Istiqlal fədailəri
Sinəsilə dura bilsin.
Драфт: Шамшадил – Draft:Shamshadil
Шамшадил, Шамшаддил, или же Султанат Шамшаддил (рус. Шамшадиль, Шамшадинский султанат, азерб. Şəmşəddil sultanlığı ) был султанат основан в 1747 году. Его площадь составляла 4200 кв. версты (одна верста равна 1067 квадратных метров), а население в основном состояло из зулгадарского клана, происходящего от гызылбашей. Тюркские племена. Султанат располагался недалеко от Озеро Севан и покрыл территории современности Тавушская область в Армении и некоторых частях Товузский район в Азербайджан, с центром в с. Оксузлу, на территории Товуза. [1]
Его возглавил клан Зулгадар, проживавший в основном в селе Хилхина. Хотя султанат Шамшаддил был подчинен Гянджинское ханство и Картли Царь время от времени всегда боролся за независимость.
В 1801 году Шамшадильский султанат был присоединен к Российская империя вместе с султанатами Борчалы и Казахский.
Первым султаном Шамшаддила был султан Аллахверди Зулькадар который правил с 1747 по 1761 год. Самый могущественный султан – Насиб – правил с 1797 по 1819 год. [2] [3]
Смотрите также
- Гюлистанский договор
- Туркменчайский договор
- Северный Кавказ
- Южный Кавказ
- Ханства Кавказа
- Ханства Южного Кавказа
- Русско-персидские войны
- Азербайджанская Демократическая Республика
- Азербайджан
- Эриванская губерния
- Западный Азербайджан
Istiqlal fədailəri
İranda rejimə qarşı etiraz bütün xalqların azadlıq hərəkatına çevrilib
Sentyabr ayında İranda Məhsa Əmininin ölümü ilə başlayan etiraz aksiyaları qısa zamanda ölkənin əksər böyük şəhərlərini bürüdü. Hakimiyyət dairələri nümayişlərin qarşısını almağa çalışsa da, mümkün olmadı, etirazçıların sayı gündən-günə artmaqda davam etdi. Etirazlara səbəb isə ilk başlarda qadınların hicaba yox deməsi, azadlıq və hüquqlarının qorunması olsa da, alovlanmaqda olan nümayişlər getdikcə rejimə qarşı çevrildi.
Nümayişçilərin əsas hissəsini isə bu günə qədər qadınlar təşkil edirlər. Ölkədə əxlaq polisinin ləğv ediləcəyi ilə bağlı yayılan xəbərlərdən sonra belə hicablarını yandıran qadınlar bunun nümayişlərin dayanacağına yetərli olmadığını bildirirlər. Belə ki, hicab azadlığı ilə etiraza çıxanlar artıq molla rejiminin dəyişikliyini tələb edirlər. Çünki anlayırlar ki, qadınların azadlıqlarını əlindən alan, onların hüquqlarını qorumayan, hicaba görə öldürülən, qadınların haqlarını tapdalayan rejimi dəyişmədən dəyişiklik mümkün deyil. Molla rejiminin hökm sürdüyü halda daim günahsız insanlar edam olunacaq, qadınların bütün haqları tapdanacaq.
Bu aksiyalar İranda qadınların ilk etirazları deyil, müxtəlif illərdə də iranlı qadınlar hicaba görə nümayişə çıxıblar. Bununla belə, həmin aksiyaların qarşısı polis tərəfindən alınıb, nəticədə qadınların tələbləri yerinə yetirilməyib. Budəfəki etirazlar isə nəinki iranlılar, orada yaşayan digər hüquqları pozulan millətlərin də azadlıq hərəkatına çevrildi.
Amma hər şeydən öncə bu, qadınların azadlıq hərəkatı, onların ayağa qalxdığı, haqlarını tələb etdiyi nümayişlərdir. İranda etirazlar başlayandan müxtəlif ölkələrdə qadınların saçlarını kəsərək iranlı qadınlara dəstək xarakteri daşıyan videogörüntülər də yayılır. Dünyanın hər yerindən tanınmış şəxslər paylaşımlar edərək iranlı qadınlara dəstək olduqlarını bildirir, onları cəsur, qorxmaz qadınlar adlandırırlar.
“İlin qəhrəmanları” seçilən iranlı qadınlar
ABŞ jurnalı da nümayişçi qadınları yüksək qiymətləndirib. Belə ki, həftəlik nəşr olunan “Time” jurnalı 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan etirazlara rəhbərlik edən iranlı qadınları “İlin qəhrəmanları” seçib. Jurnal təxminən 3 aya yaxın davam edən etirazların bu günə qədər ölkə hakimiyyətinə qarşı ən uzunsürən nümayişlər olduğunu diqqətə çatdırıb.
Etiraz aksiyalarına qatılan iranlı qadınları “savadlı, dünyəvi, liberal” kimi xarakterizə edən “Time” etirazın səbəblərinin çox olduğunu və hökumətin buna əsaslı cavabının olmadığını qeyd edib. Eyni zamanda məqalədə bildirilib ki, dəyişiklik axtaranların istəkləri nümayiş etdirilir, “qadın, həyat, azadlıq” sözləri şüarlara çevrilir.
Həmçinin jurnal ötən illərdə İranda bəzi qızların hicabı açaraq tək keçirdiyi sakit etirazdan söz açıb, qadına qarşı düşmənliyi siyasət brendinə çevirən hökumətlərin bu gücü görmədiyini bildirib.
Ümumiyyətlə, iranlı qadınların əvvəlcə hicab, daha sonra rejimə qarşı etirazları müxtəlif ölkələr tərəfindən onların cəsarətli addımları kimi qiymətləndirilir. Azadlığı tələb edən qadınların etirazları artıq çoxlarını qəflət yuxusundan oyadıb. Hər kəs haqqını axtarır, hüququnun qorunmasını tələb edir, ən əsası isə azadlıq istəyir. Elə azadlıq da insanın əsas hüququ deyilmi?
Etirazlar hələ də səngimək bilmir. Bununla yanaşı, etiraz aksiyalarına rəhbərlik edənlər, insanları nümayişlərə qaldıranlar saxlanılır, həbs olunur, barələrində ölüm hökmü də çıxarılır. Yəni rejim insanların tələblərini yerinə yetirmək əvəzinə onların azadlıq hüququnu pozmaqda davam edir, bununla yanaşı, insanın yaşamaq hüququnu da əlindən alır.
Etirazçılar edam edilirlər
İran İnsan Haqları Təşkilatının dekabrın 7-nə olan məlumatına görə, ölkədə davam edən ümummilli etirazlarda təhlükəsizlik qüvvələri tərəfindən 63-ü uşaq, 29-u qadın olmaqla 450-dən çox şəxs öldürülüb. Nümayişçilərdən 5 nəfərinə ölüm hökmü çıxarılıb, ümumilikdə isə belə şəxslərin sayı 11-ə çatıb. Qeyd olunub ki, 63 uşaqdan 9-u qızdır. Onların yaşı 18-dən aşağı olsa da, hamısı sənədlərlə təsdiqlənməyib və təşkilat onların yaşlarının təsdiqlənməsi üçün çalışır. Ölüm hallarının ən çox Sistan və Bəlucistan, Kürdüstan, Tehran, Mazandaran, Kirmanşah və bəzi tarixi Azərbaycan şəhərlərində qeydə alındığı bildirilir.
Ölüm hallarının hələ də araşdırıldığı bildirilir və ölənlərin daha çox olduğu ehtimal edilir. Daha dəhşətlisi odur ki, ölüm hökmü təsdiqlənən etirazçıların da adı gizlədilir.
İran rəsmiləri etiraz aksiyalarında öldürülən və saxlanılanların sayını və kimliyini də açıqlamır. Ölüm hökmü çıxarılanlarla bağlı gizlilik isə yəqin ki, edamın qarşısının alınmasına olacaq əngəlləri qabaqlamaqdır. Hər bir halda rejim insanların haqlarını tapdalamaqda, onların hüquqlarını pozmaqda davam edir.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”
İstiqlal və İstiqbal şeirləri – Dilsuz
Bu çətin və şərəfli mübarizə bəzən əsrlərlə sürüb, amma nəsil-nəsil Tarix palatasında – reanimasiyada qalan xalqımız İstiqlalına və İstiqbalına olan ümidini, inamını, mübarizə əzmini zərrə qədər də itirməyib, Şəhidlərinə söykənə-söykənə ayağa qalxıb, dikəlib, Sibir və Lefortovo zindanlarından keçməyi bacarıb!
Maraqlıdır ki, böyük şairimiz Bəxtiyar Vahabzadənin nəşri qadağan olunmuş “Gülüstan” poeması bir-birindən dəyərli digər poemalarından – “Şəbi-hicran” dan, “Yollar və oğullar”dan çox oxunub, həm də əl altından, gizli!
Yenə böyük şairimiz Xəlil Rza Ulutürk oğlunun – Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin dəfn mərasimində tabutun altı əlini göynətsə də, içində dağlar uçsa da, özünü şax tutub – tək toxtaqlığı, heç şübhəsiz ki, əldə etdiyimiz istiqbal və istiqlal olub!
Bizim İstiqlal və İstiqbalımız, hər şeydən əvvəl, şeirlərimizdə öz əksini tapıb – bəzən dalğa-dalğa kükrəyib, bəzən də damla-damla, həzin-həzin çağlayıb.
Bu gün – Cümhuriyyət bayramı ərəfəsində şeirlərini sizə təqdim etdiyimiz İstiqlal və İstiqbal şairlərimizi şükranla anırıq.
Allah İstiqlal və İstiqbalımızı qorusun!
Əhməd CAVAD
Milli marş
Azərbaycan Xalq Cümhuriyyətinin himni
Ey qəhrəman övladın
Səndən ötrü can verməyə
Səndən ötrü qan tökməyə
Üç rəngli bayrağınla
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Abbas SƏHHƏT
Vətən
Könlümün sevgili məhbubu mənim
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nəmək,
Vətəni məncə unutmaq nə demək?!
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz!
Almas İLDIRIM
Mən kiməm?
Bir zamanlar Altaylardan enib yaşıl düzlərə,
Asiyanın qucağında atəş yaxan mənmiyəm?
Göy xaqanından salam gətirib dənizlərə,
Qərbə coşğun bir sel kimi
Mənmiyəm qırbaclayan qərbin üfüqlərini?
Harda qırbacım mənim, göstər mana yerini?
Mən kiməm, kimlərdənəm,
harda mənim el-obam?
Bu doğrumu, deyirlər Oğuzmuş igid babam,
Sarılmış oymaqlara vermək üçün bir nizam,
Minərək şimşəklərə göydə çıxan mənmiyəm,
Anlat mənə Mete kim,
Cebe kim, Sabutay kim,
Çingiz, Teymur varmıymış,
Gurşad kim, Cığatay kim?
Söylə, mənmiyəm quran ilk birlik əsasını,
Söylə, mənmiyəm yazan
türkün tək yasasını,
Mənmiyəm indi tutan tariximin yaşını?
Şimdi həsrətlə böylə
dünə baxan mənmiyəm?
Mənmiyəm ölü, durğun
bir dəniz kimi böylə,
Söylə, ey Bozqurdların yaşıl diyarı, söylə!
Harda məni gül qoynunda doğuran,
Xamırımı göz yaşıyla yoğuran,
Beşiyimdə “layla balam!” çağıran
Azərbaycan, mənim baxtsız anam oy!…
Neçə ildir həsrətində yannam oy.
Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy.
Hökm etsə, bu sərsəm gediş dursa oy.
Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adı dilimdən?!
Azərbaycan, mənim eşsiz yurdum oy!…
Ölməz eşqim, içimdəki dərdim oy.
Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neylim qürbət eldə günü mən,
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım, taxtım oy!…
Oyanmazmı kor olası baxtım oy?!
Süleyman RÜSTƏM
Təbrizim
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünməz saf bir ürəklə,
Təbrizim, Təbrizim, aman Təbrizim,
Yox olsun başından duman, Təbrizim!
Qədrini ayrılıq çəkənlər bilər,
Hicranda göz yaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim, Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!
Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək səpim, Təbrizim!
Nədir o, mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu burma, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!
Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban, elinə qurban!
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Məhəmmədhüseyn ŞƏHRİYAR
Azərbaycan
Könlüm quşu qanad çalmaz sənsiz bir an,
Xoş günlərin getmir müdam xəyalımdan,
Səndən uzaq düşsəm də mən
eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran
Bütün dünya bilir –
sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran,
Vətən eşqi məktəbində
can verməyi öyrənmişik,
Ustadımız deyib “heçdir vətənsiz can”,
Övladların nə vaxtadək
Əl-ələ ver, üsyan elə, oyan, oyan,
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan,
Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman,
Məmməd ARAZ
Ayağa qalx, Azərbaycan!
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa qalx, Azərbaycan, səninləyəm!
biz hər şeyi bölə billik!
biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gurşad boğan yurda oğul
Qara Çoban, Dəli Domrul oğulların.
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Ayağa qalx, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın.
Gözünü sil, Vətən oğlu,
Üfüqünə bir yaxşı bax.
Sərhədinə bir yaxşı bax.
Sərhədinin kəməndinə bir yaxşı bax!
Qalx, içindən qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Qalx, içindən qorxağı qov,
Qalx, özünü Bozqurd elə!
Bir səsindən min səs dinər,
Neçə-neçə daşa dönmüş dinməz dinər!
Oddan bitər, qandan bitər əyilməzlər!
Mərd oğullar-mərdliyilə öyünməzlər!
Torpaq altda ölümlüyə gömülməzlər.
Varım, yoxum, səninləyəm,
Azım, çoxum, səninləyəm,
Şirin yuxum, səninləyəm.
Yıxın məni söz atından,
Atın məni tank altına.
Əzin məni xıncım-xıncım,
Kəsmir əgər söz qılıncım,
Didin məni didim-didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni xilas edim.
Neçə “səni”, neçə “məni” xilas edim.
Sözü qəmli, özü dəmli
Danışmırdı rəncbər atan,
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey Yaradan, səninləyəm!
Ya bilmərrə yatırt bizi,
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey Yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Ayağa qalx, Azərbaycan,
Xəlil Rza ULUTURK
Mən yenə dönəcəm Azərbaycana
Mən yenə dönəcəm Azərbaycana ,
Burda havam çatmır. hava istərəm.
Xəzər dənizinin özü boydaca.
Burda səmasızam,səma istərəm –
Günəşin aləmə sözü boydaca.
Xəzər dənizinin özü boydaca.
Qırın zəncirləri biləklərimdən,
Açın qıfılları diləklərimdən.
Endirin zindanı kürəklərimdən.
Gecələr bürünüb soyuq yorğana,
Yatmıram, dalıram Azərbaycana!
Yalnız anam – bacım,qardaşım deyil,
Vətənim – əbədi səadətimdir.
Min-min övladının biridir Xəlil
Vətənsiz iki qat,üç qat yetimdir,
Vətənim – əbədi səadətimdir.
Hər çayı-çeşməsi səsim,nəfəsim,
Hər daşı bənzəyir ləli-mərcana,
Doğrayın, kəsin də lap kəsim-kəsim
Təki qovuşdurun Azərbaycana!
Hər daşı bənzəyir ləli-mərcana.
Mütləq dönməliyəm doğma məkana.
Bir az da qüdrətli, bir az da mətin.
Kürlə Araz kimi bağlıyam ona,
Canıyam, bağrıyam bu məmləkətin.
Bir az da güclüyəm, bir az da mətin.
Hər gün qayıdıram Azərbaycana.
Kəhkəşan oluram bu gecə yarı
Üzümdən nur düşür Milə, Muğana.
Hər gün qayıdıram Azərbaycana.
Saqqalım ağsa da gənc anamdır o,
Ana uşağına dönürəm hər gün.
Ayna Göy gölümdə, Maral gölümdə
Bir Ay işığına dönürəm hər gün.
Ana uşağına dönürəm hər gün.
Əgər gələ bilsəm Azərbaycana,
Mənim gəlişimlə o yüksələcək
Ordular gələcək haqq nəfəsimdə,
Əzəmət, ləyaqət, qüdrət gələcək
Mənim gəlişimlə o yüksələcək.
Zümrüd yağışına, ağ dumanına
Bürünə-bürünə gələsiyəm mən.
İşdir ayaq üstə gələ bilməsəm,
Sürünə-sürünə gələsiyəm mən.
Nəfəsim kəsilsə. sürtüb üzümü,
Dağından-daşından qüvvət alacam.
Üzülsə qollarım, dişimlə tutub
Uğrunda bir daha qılınc çalacam.
Dağından-daşından qüvvət alacam.
Yoluma neçə min Əzrayıl çıxa,
Ömrü məzar ilə bölə bilmərəm.
Anla ey imansız: Azərbaycansız
Yaşaya bilmərəm, ölə bilmərəm.
Mən yenə gələcəm Azərbaycana,
Şəninə şərqilər deyəcəyəm mən.
Acı tüstüsünü bal kimi udub
Odunu qaymaq tək yeyəcəyəm mən.
Şəninə şərqilər deyəcəyəm mən.
Qanadı yaralı bir qartalammı?
Tay qanadımla da uçaram inan.
Dərbənddən, Salyana, Zəncana qədər
Onu yetmiş qolla qucaram, inan!
Tay qanadımla da uçaram, inan.
Qaldırın bu ağır daşı üstümdən,
Göy göldən su səpin bu yanar cana.
Bəlkə eraların başı üstündən
Mən bir də gələcəm Azərbaycana!
Göy göldən su səpin bu yanar cana.
Haray,ey nəfəsim, ey qardaslarım
Məlul – məlul baxan arxadaşlarım.
Yandırır aləmi bu göz yaşlarım,
Siz məni qaytarın Azərbaycana!
Səni qucasıyam, ey doğma elim,
Məni vüsal günü – o gün yaşadır.
Gözümdən bir damla yaş axsa, bilin:
Məni vüsal günü – o gün yaşadır!
Balaş AZƏROĞLU
Elə oğul istəyir vətən
Gecədən xeyli keçmiş
Hələ qurtarmamış mübahisəmiz.
Filosof dostumla biz
Neçə bağlı papiros çəkmişik,
Bir samovarı boşaltmışıq.
Qanun və hisslərlə dolu
Gecə yarısınadək uzatmışıq.
Fəqət Çin hasarı kimi
Nə axırı görünür, nə nəticəsi,
Nə qədər uzun olsa da
Məğlub ordunun əsgəri tək
Ulduzlu paqonları çıxarıb
Atır yeni doğan şəhərin ayağına,
Ay bir qılınc kimi girir qınına.
Dostum tarlaşmış eynəyini
Sonra eynəyin üstündən mənə baxır:
“İks”i kökdən çıxarmağı!
Cəmiyyət də belədir.
O qanunla getməsən
Nə xalq azad olar,
Nə də “iks” kökdən çıxar.
Filosof hey qanundan danışır.
Daha səbr kasası daşır.
Düzü əhvalım da qarışır.
Bir söz demək istəyirəm
Bu formullar mücəssəməsinə,
Ancaq dilimin ucundan qaytarıram yenə.
Lənət sənə, kor şeytan.
-Qardaş, saxla bu mühazirəni!
Vaxt gələr oxuyarsan tələbələrinə.
İndi qulaq as mənə:
Feysəlin sinəsi qurğuşunla ovulanda,
Xalq taxtından salanda istibdadı,
De görüm formullar pozuldumu?,
İndi elə bir zamandır ki,
Sədlər dayana bilmir
Ağalar özləri səs verir
Müstəmləkə dünyasının dağılmasına.
Fəqət bizim Azərbaycanda
Orta əsrin bidətlər var.
Fikirlər qızarmış dəmir tək
Nəfəsin od tutur,
İyirminci əsr ayaq tutduğu gündən
Üç dəfə şahla üz-üzə duran,
Üç dəfə hökumət quran,
Döyüşdə üzü dönməyən,
Azadlıq üçün torpağa düşən,
Fəqət ayaqlarda sürünməyən
Haqqını qəsb etmiş ağalar.
Nə ana dilində məktəbi var.
Budur Tehranın qisası.
Kürəyinə əl vurub
Dilini kəsirlər bir millətin.
Görək kim qanıyla bahasını verəcək
Şərq xitabət kürsüsünə qalxdığı,
Qaralar ağların hakimiyyətini yıxdığı
Ana dili qadağan olmuş Azərbaycanda.
Bir həddinə baxın zülmün.
Səfəvilərin qanun yazdığı dilə
Kilid vurmuş cəlladın birisi.
Nə dili söz tutur,
Beş qara pula dəyər
İndi dilimiz “məhəlli”
Özümüz “məhəlli” olmuşuq.
Nizamisi dünyaya sığmayan
Bir məhəlləyə dolmuşuq!
İndi elə oğul istəyir vətən
Alov töksün dilindən.
Qalxıb Savalan dağına
Bir millətin dərdini
Bütün Şərqə bağırsın.
Qoy qoca Şərq eşitsin
Sinəsi çarpaz dağlıların
Azərin taleyilə oynayan ağalar;
Ya da saqqalı yanar.
İndi elə oğul istəyir vətən
O, Səttərxan ürəkli,
Möcüz niyyətli olsun.
Düşmən el-el qovulsun!
Ey filosof dostum!
İndi elə oğul istəyir vətən
Yadlara meydan oxuya bilsin.
Neçə top zəncirini qıra bilsin
Min nəfərə qarşı
Elə oğul istəyir vətən
Dişilə zənciri qıra bilsin,
Sinəsilə dura bilsin.
Ağır tankları əritsin nəfəsi.
Top gülləsindən uzaq getsin
Haqq deyən səsi.
Bir əli İsfahanda olsun,
Milləti toplaya bilsin
Bir bayraq altına.
Qoy İran yenidən qalxsın
Bir yumruq kimi birləşsin
Azadlıq təşnəsi milləti
Apara bilsin ardınca.
Düşünəndə bir az,
Axı başqa yolu yoxdur
Nə qədər gücsüz olsa da
Radikalını almaq olmaz
Mədinə GÜLGİN
Azərbaycan
Qızıl günəş göy üzündə güləndə,
Nəğməsini, quşlar bağ-bağ böləndə,
Mən göz açıb bu dünyaya gələndə
Bəxt ulduzum burda yanan olubdur,
İlk beşiyim Azərbaycan olubdur.
Tappur-tappur addım atıb gəzmişəm,
Gülə batıb, şehə batıb gəzmişəm.
Əllərimdən anam tutub gəzmişəm,
Sevincimiz coşğun ümman olubdur.
İlk beşiyim Azərbaycan olubdur.
Yollar açıb qucağını gəl deyib,
Səninlədir oba deyib, el deyib.
Ürəyimin sözləridir, dil deyib,
Könlüm sözlə dolu cahan olubdur,
İlk beşiyim Azərbaycan olubdur.
Bəzən yolum yoxuş olub, qalxmışam,
Haray salıb şimşək kimi çaxmışam.
Nəğmə olub ürəklərə axmışam,
El sevgisi mənə bəyan olubdur.
İlk beşiyim Azərbaycan olubdur.
Sevincimə gözdolusu gülənim,
Nisgilimi, istəyimi bilənim,
Dar ayaqda harayıma gələnim,
Havadarım hər bir zaman olubdur,
İlk beşiyim Azərbaycan olubdur.
Çağlamağı bulaqlardan almışam,
Boy atmağı qovaqlardan alımışam.
Əzəməti bu dağlardan almışam,
Gül-çiçəyi dərdə dərman olubdur,
İlk beşiyim Azərbaycan olubdur.
Laylalarım qüvvət verib canıma,
Laylayımçün qurban olum anama.
Bu analı, bu laylalı dünyama
Doğma torpaq nə mehriban olubdur,
İlk beşiyim Azərbaycan olubdur.
Yuvası var körpəcə bir quşun da,
Mənası var qayanın da, daşın da.
Nə yaxşı ki, könlüm coşub-daşanda
Nəğməm burda havalanan olubdur,
İlk beşiyim Azərbaycan olubdur.
Hazırladı: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Comments are closed, but trackbacks and pingbacks are open.