Press "Enter" to skip to content

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir

İxtisas secimi mərhələsi də abituriyentdən dəqiqlik tələb edir. İxtisas seçimi siyahısında həm dövlət sifarişli, həm də ödənişli ixtisasları seçərkən, diqqətli olmaq lazımdır. İxtisas kodunu daxil edərkən abituriyent ödənişli, yoxsa dövlət sifarişli yer olduğunu bildirən qeydi işarələməlidir. Abituriyentlər həm ödənişli, həm də dövlət sifarişli yerləri seçmək istəyirsə, ikinci dəfə də eyni kodu yazmalı, bu dəfə növbəti təhsil növünü qeyd etməlidirlər.

İxtisas secimi zamanı nələrə diqqət eləmək lazımdır?

İxtisas secimi gənclərin gələcək fəaliyyəti üçün mühüm addımlardan biridir.

İxtisas seçimi gənclərin gələcək fəaliyyət üçün verdikləri ilkin qərardır. Buna görə də işə bundan başlamaq, sonra isə ali məktəbi seçmək lazımdır.

Gənclər, ilk növbədə, bacarıq və potensialını başa düşüb ixtisas seçimini elə etməlidirlər. Həmçinin gənclər ürəyincə olan, sevdiyi ixtisası seçməlidirlər. Amma təəssüf ki, həm potensialını başa düşən, həm əmək bazarının tələbatını dərk edən, həmçinin ürəyinin səsinə qulaq asan gənclər azdır. Lakin bu keyfiyyətlərdən hər hansı birinin olması, gələcəkdə tələbənin öz üzərində çalışması, fəallığı sayəsində uğur qazanmasına gətirib çıxara bilər.

İxtisas seçmək hüququna yalnız test imtahanında iştirak etmiş və imtahan nəticələri müsabiqə şərtlərini tam ödəyən abituriyentlər malikdirlər.

İxtisas secimi edərkən çox diqqətli olmalı, yığdığınız bala uyğun diqqətli seçim etməlisiniz.

Düzgün ixtisas secimi necə edilməlidir?

Mütəxəssislərin fikrinə görə, abituriyentlərin hər biri seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirib daha sonra düzgün seçim etməlidirlər.

Bununla yanaşı iş dünyasının hansı universitetin məzunlarına daha çox etibar etdiyini də öyrənmək lazımdır. Bu, gələcəkdə məzun olacaq tələbələrə bilik və təcrübə ilə yanaşı, işəgötürən müəssisə tərəfindən verilən müsbət qiymət kimi də dəyərləndiriləcək.

İxtisas secimi zamanı ən önəmli faktorlardan biri də abituriyentin topladığı balın miqdarıdır. Abituriyentlər ixtisaslar seçimi zamanı sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir: Yüksək bal toplayan tələbələrdə ixtisas seçimi çətin olmur. Abituriyent hansı ixtisası öz potensialına uyğun hesab edib seçirsə, həmin ixtisasa qəbul olmaq ehtimalı çox olur. Ballar aşağı düşdükcə abituriyentlər ciddi seçim qarşısənda qalırlar. Xüsusilə də 300-400 bal toplayan abituriyentlər böyük risk altında olur.

Abituriyent 15 ixtisas seçimindən ilk ikisini topladığı baldan bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Təbii ki burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır.

İxtisas seçimi edərkən nəyə diqqət eləmək lazımdır?

İxtisas seçərkən diqqət edilməli əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir.

Abituriyentin ixtisas seçərkən kodlaşdırmada səhv etmək şansı yoxdur. Səhv olan zaman proqram avtomatik olaraq abituriyentə yanlış olması ilə bağlı məlumat verir. Abituriyentə yalnız informasiyaları düzgün təhlil etmək və balına uyğun olaraq ixtisası müəyyənləşdirmək qalır.

İxtisas secimi mərhələsi də abituriyentdən dəqiqlik tələb edir. İxtisas seçimi siyahısında həm dövlət sifarişli, həm də ödənişli ixtisasları seçərkən, diqqətli olmaq lazımdır. İxtisas kodunu daxil edərkən abituriyent ödənişli, yoxsa dövlət sifarişli yer olduğunu bildirən qeydi işarələməlidir. Abituriyentlər həm ödənişli, həm də dövlət sifarişli yerləri seçmək istəyirsə, ikinci dəfə də eyni kodu yazmalı, bu dəfə növbəti təhsil növünü qeyd etməlidirlər.

İxtisas secimi Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Prosesi necə həyata keçirməklə bağlı elektron ixtisas seçimi ərizəsində də təlimat yerləşdirilib.

Abituriyentlər elektron ixtisas seçimi ərizəsinə daxil olaraq ixtisasları qeyd edib və “yadda saxla” düyməsini basmalıdırlar. Bubdan sonra ərizəni mütləq təsdiqləmək lazımdır. ” Təsdiq et” düyməsini basdıqdan sonra ekrana ərizənin təsdiq olunduğuna dair bildiriş gəlir. Abituriyent “Çap variantı” düyməsindən istifadə etməklə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin surətini çap edir.

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Uşaq vaxtı hər birimizdən “böyüyəndə kim olacaqsan?” soruşublar. Böyük əksəriyyətimizin cavabı “həkim, müəllim, polis, prokuror” və sair olub. Dövr dəyişdikcə, uşaqların arzuları da dəyişir. İndi böyük əksəriyyət kompüter mühəndisi, tərcüməçi, turizmçi kimi yeni sahələrə meyillənir. Bu günlərdə təhsil nazirinin müavini İdris İsayev deyib ki, builki tələbə qəbulunda daha çox texniki ixtisaslara üstünlük verilib. Onun sözlərinə görə, bu gün daha çox iqtisadiyyatın kənd təsərrüfatı, informasiya texnologiyaları kimi ixtisaslarına diqqət artıb: “Bu il hazırlanan tələbə qəbulu proqramında artıq bu istiqamətlər öz əksini tapıb. Biz görürük ki, burada texniki ixtisaslara daha çox üstünlük verilib. Çünki əmək bazarı çevik bir sahədir. Elə ixtisaslar var ki, bu gün onların mövcud olmasına ehtiyac yoxdur. Amma elə ixtisaslar da var ki, bu gün əmək bazarına yeni daxil olur. Biz daim bu prosesi izləməliyik və bizim strategiyamız buna uyğun olmalıdır”.

İ.İsayev hesab edir ki, iqtisadiyyatda baş verən dəyişikliklər əmək bazarında, əmək bazarında baş verən dəyişikliklər isə təhsil sistemində öz əksini tapmalıdır. Təhsil proqramları da buna uyğun hazırlanmalıdır: “Bu proses zəncirvari həyata keçirilir və gələcəkdə də nəzərə alınacaq”.
Bəs görəsən gənclər ixtisas seçimi zamanı hansı məqamlara diqqət etməlidirlər? Abituriyentlər hansı ixtisaslara yönəlməlidir ki, dörd il sonra universiteti bitirib işsiz qalmasınlar?

Təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində bəzi məqamlara toxundu: “Bəzən qəbul imtahanından yüksək bal toplayan abituriyentlər ixtisas seçimində səhvə yol verirlər. Bir neçə gündən sonra ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsi başlayacaq. Müsabiqə şərtlərini ödəyən şəxslər topladıqları bala və istəklərinə uyğun olaraq ixtisas seçimi edəcəklər. Təəssüflər olsun ki, gənclərin əksəriyyəti ixtisas seçimi edərkən ixtisasın adına, cəmiyyətdə formalaşan pafoslu fikirlərə önəm verirlər. Hüquq, beynəlxalq münasibətlər ixtisaslarını seçən abituriyentlər həddən çoxdur. Həmin abituriyentlər bitirdikdən sonra əmək bazarında işlə təmin olunmaqla bağlı ciddi problemlərlə üzləşirlər. Çünki bu meyarlar özünü doğrultmaya bilir. Sevindirici haldır ki, son illər ərzində texniki ixtisaslar üzrə kadrlara əmək bazarında ciddi ehtiyac yaranıb. Abituriyentlərin bir qismi trend olan ixtisaslara yönəlib. Universiteti bitirdikdən sonra tələbələrin yalnız 42 faizi işlə təmin olunur. Onların əksəriyyəti qeyri-ixtisas sahəsi üzrə işləyir. Bu da düzgün seçim etməməyin nəticəsi kimi qiymətləndirilir. Həmçinin onların təhsil aldığı ixtisas artıq əmək bazarının tələbinə cavab verə biləcək səviyyədə kadr hazırlığını həyata keçirmir. Biz dünyada gedən qlobal proseslərdən geri qalırıq. Ona görə də ixtisas seçimi zamanı bütün bunlar dərindən təhlil edilməlidir. Hal-hazırda Azərbaycanda ayrı-ayrı təhsil müəssisələrindəki ixtisasların böyük əksəriyyəti zamanın tələbinə cavab vermir. Dünyadakı ali təhsil müəssisələrində texniki sahələr üzrə tədris olunan vacib texniki ixtisasların çoxu bizdə yoxdur. Universitetlərimizdə 174 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Amma say çox olsa da, bu ixtisasların çoxu əmək bazarının tələbinə cavab vermir. Buna görə də qəbul imtahanlarında keçid balı toplayan şəxslər ilk növbədə məzun olduqdan sonra işlə təmin olunma məsələsinin reallığına diqqət etməlidirlər. Texnologiya, xidmət sektoru ən çox tələb olunan sahələrdəndir. Bu sahə üzrə təhsil alanların işlə təmin olunması daha realdır. Bizdə isə texniki sahələrə aşağı bal toplayan tələbələr daha çox meyl edir. Məlumdur ki, neft erası başa çatır. Alternativ enerji ilə bağlı ixtisaslara yönəlmək lazımdır. Ona görə də bu sahə üzrə düzgün tədqiqat işi aparılmalı, abituriyentlərlə maarifləndirmə işi həyata keçirilməlidir. İxtisaslar haqqında ətraflı materiallar hazırlanmalıdır. Hər bir ixtisasın dərinliyi haqqında bilgilər olmalıdır”.

Təhsil eksperti Hümeyir Əhmədov deyir ki, əvvəllər peşə seçimi ilə bağlı mərkəz fəaliyyət göstərirdi. İndi isə belə qurumlar yoxdur: “Məktəblərdə peşələr haqqında məlumatlandırma yox səviyyəsindədir. Hər bir abituriyent ixtisas seçimi etməzdən əvvəl o ixtisas haqqında məlumatlı olmalıdır. Yəni görməzə-bilməzə seçim etmək olmaz. Bununla bağlı maarifləndirmə işi aparılmalıdır. Orta məktəb məzunlarının ixtisas seçimi zamanı 15 seçim hüququ var. Bəziləri hətta təsadüfən yazdığı ixtisas üzrə qəbul olunur və 4 il istəmədiyi bir sahə üzrə təhsil alır. Məncə, seçimlərin bu qədər çox olması düzgün deyil və məhdudlaşdırılmalıdır. Hər bir gənc əvvəlcə kim olmaq istədiyini bilməlidir. Bəzən də şagird seçdiyi ixtisas və ali məktəb haqqında o qədər bilgisiz olur ki, təhsilini bitirdikdən sonra hansı işlə məşğul olacağını belə bilmir. Ona görə də ali məktəblərdə ixtisaslar üzrə açıq qapı günləri keçirilməlidir. Marketinq işi düzgün şəkildə qurulmalıdır ki, gənclər seçdiyi ali təhsil müəssisələrinin imkanları ilə tanış ola bilsinlər. Ümumilikdə bu sahədə ciddi boşluqlar var. Ona görə də ciddi iş tələb olunur. Məsələn, müəllimlik ixtisasına marağın artırılması ilə bağlı görülən iş artıq öz bəhrəsini verməkdədir. Əgər 4 il təhsil aldığın ixtisas üzrə işləmirsənsə, deməli, bu 4 il boşuna keçib. Dövr dəyişdikcə yeni ixtisaslar yaranır və onlara tələb artır. Ona görə də bu yeniliklərə uyğunlaşmaq lazımdır”.

Sosioloq Lalə Mehralının fikrincə, gənclər artıq daha çox texniki sahələrə yönəlir: “İnformasiya texnologiyaları əsrində yaşayırıqsa, məncə, bu tamamilə təbiidir. Əsas səbəblərdən biri də məhz budur. İT sahəsi inkişaf etdikcə yeni peşə ixtisaslar yaranır. Əvvəllər abituriyentlər bu barədə məlumatlı deyildi və onlara elə də maraqlı gəlmirdi. Ona görə də əksəriyyət ənənəvi sahələrə yönəlirdi. Amma indi gənclərin çoxu bu sahəyə meyillidir. Şagirdlər universiteti bitirdikdən sonra əmək bazarında özünə yer tapmaq üçün bu sahəni seçirlər. İT ilə yanaşı, xarici dillərə də son illər ərzində maraq artıb. Çin, Koreya dilləri üzrə ixtisaslı kadrlara ehtiyac var. Abituriyentlərin də bu dillərə marağı getdikcə artmaqdadır. Çin hal-hazırda dünya iqtisadiyyatında hegemon dövlətlərdəndir. Ona görə də gənclər bu sahəyə meyillənir. Elə bir dövrdə yaşayırıq ki, gənclər orta nəslin nümayəndələrindən daha çox məlumatlıdırlar. Onlar öz seçimlərini edərkən müxtəlif araşdırmalar aparırlar. Amma valideynlər də uşaqlarını öz ixtiyarına buraxmamalıdır. Müəyyən məsləhətləşmələr aparılmalıdır. İş tapmaq məsələsinə gəlincə isə, indi 4-5 il humanitar sahə üzrə təhsil alanlar iş tapmaqda çətinlik çəkir. Müəllimlərin maaşı demək olar ki, çox aşağıdır. İndi gənclər daha çox gəlirli sahələrə meyillənir”.

Milli.Az

Ixtisas seçimi zamanı nələrə diqqət yetirməli

Dövlət İmtahan Mərkəzi DİM II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edib.

Modern.az saytının məlumatına görə, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

“Nəzərinizə çatdırırıq ki, I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar ali təhsil müəssisələrinə iyulun 22-də keçiriləcək qəbul imtahanın nəticələri elan edildikdən sonra çap ediləcək”,- DİM bildirib.

Kitabçaları aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

– Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
– Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Modern.az

Comments are closed, but trackbacks and pingbacks are open.