Işlk orfoqrafiya lüğti
Dialektlər və loru ifadələr
Orfoqrafiya-orfoepiya lüğăti
When you buy books using these links the Internet Archive may earn a small commission.
Последний раз отредактировано анонимно
24 марта 2011 г. | История
Orfoqrafiya-orfoepiya lüğăti
kompleks sorğu văsaiti
от A. Ă. Ăfăndizadă
- 0 Оценок
- 0 Хотят прочитать
- 0 Сейчас читают
- 0 Прочитало
Orfoqrafiya-orfoepiya lüğăti
Publish Date
Купить эту книгу
When you buy books using these links the Internet Archive may earn a small commission.
У этого издания еще нет описания. Можете ли вы добавить его?
Рубрики
Showing one featured edition. View all 1 editions?
Book Details
Published in
Bakı : Azărbaycan Dövlăt Năşriyyatı
Классификации
Library of Congress PL313 .A351 1996
Физический объект
Нумерация страниц 143 p. ; Количество страниц 143
Идентификаторы
Open Library OL20329734M
Отзывы сообщества (0)
Для данной работы ещё не было оставлено отзывов сообщества.
Списки с этой книгой
Loading Related Books
История
- Создано 26 октября 2008 г.
- 4 редактирования
Wikipedia citation
Скопируйте и вставьте этот код на страницу Википедии. Need help?
| 24 марта 2011 г. | Отредактировано 94.20.31.38 | Update covers |
| 15 декабря 2009 г. | Отредактировано WorkBot | link works |
| 27 сентября 2009 г. | Отредактировано 85.132.55.3 | Отредактировано без комментариев. |
| 26 октября 2008 г. | Создано ImportBot | MARC Запись импортирована из University of Toronto . |
Open Library
- Видение
- Станьте волонтером
- Станьте партнёром
- Вакансии
- Блог
- Условия использования
- Пожертвовать
Исследуйте
Разработка
- Центр разработчиков
- Документация API
- Дампы данных
- Написание ботов
- Добавить книгу
Помощь
- Центр помощи
- Сообщить о проблеме
- Предложение изменений
Изменить язык сайта
Open Library- это инициатива Internet Archive, некоммерческой организации 501(c)(3), создающей электронную библиотеку интернет-сайтов и других культурных артефактов в цифровой форме. Включая другие проекты Wayback Machine, archive.org и archive-it.org
Işlk orfoqrafiya lüğti
Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi işinin təşkili istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” işıq üzü görüb.
Tərcümə Mərkəzindən Modern.az-a bildiriblər ki, lüğət müasir və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na uyğun tərtib edilib.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin əvvəlki orfoqrafiya lüğətlərindən başlıca fərqli cəhətləri – yazılış qaydası əvvəlki lüğətlərdə qüsurlu, yaxud iki, bəzən üç variantda verilmiş minlərlə söz və terminlərin vahid düzgün yazılış qaydasında verilməsi, minlərlə söz quramalarından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən (ümumilikdə 54 000-ə yaxın) təmizlənərək, əvvəlki orfoqrafiya lüğətlərində yer almamış 8 000-dən çox saf Azərbaycan sözlərini, eləcə də elm, texnologiya, idman, mədəniyyət, siyasət və digər sahələrdə işləklik qazanmış terminləri özündə cəmləməsidir.
Lüğətin tərtibçisi və “Ön söz”ünün müəllifi – Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, redaksiya heyəti – filologiya üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərov, filologiya üzrə elmlər doktoru, professor Vilayət Quliyev, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli, filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev, filologiya üzrə elmlər doktoru, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmayıl Məmmədov, nəşriyyat redaktoru – Lətafət Səmədovadır.
Lüğət “Şərq-Qərb” nəşriyyatında çap edilib.
Modern.az Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsudun lüğətə yazdığı “Ön söz”ü təqdim edir.
“Azərbaycan dili dünyanın ən inkişaf etmiş, zəngin dillərindən biri, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının dövlət dilidir. Dilimizin saflığının qorunması və inkişafına hər zaman xüsusi önəm vermiş böyük Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət dili siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Müvafiq sahənin ali tənzimləyici orqanı olan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasına rəhbərliyin bilavasitə Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilməsi, dil və tərcümə sahəsinin təkmilləşdirilməsi işinə məsul edilmiş Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yaradılması, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunda müvafiq dəyişiklik və əlavələrin edilməsinə dair məsələlərin gündəmə gətirilməsi kimi mühüm tədbirlər bu dövlət əhəmiyyətli strateji sahənin köklü şəkildə yenidən qurulması ilə yanaşı, Azərbaycan dilinin ölkədə, eləcə də onun hüdudlarından kənarda təbliğinə geniş imkanlar yaradır.
Hər bir dilin inkişafını, düzgün istifadəsini şərtləndirən başlıca meyarlar sırasında onun söz ehtiyatının, lüğət tərkibinin zənginliyi və saflığı ilə yanaşı, təsbit edilmiş orfoqrafiya qaydalarının səlisliyi, bu qaydalara əməl olunmasını özündə ehtiva edən müvafiq vəsaitlərin, başlıca olaraq, mükəmməl orfoqrafiya lüğətinin mövcudluğu dayanır. Orfoqrafiya lüğətçiliyi tariximizə nəzər saldıqda dilimizin söz ehtiyatını, düzgün yazılış qaydalarını müəyyən edən ilk orfoqrafik vəsaitin 1929-cu ildə latın əlifbasında işıq üzü görmüş “İmla lüğəti” (müəllif V.Xuluflu) olduğunu, nəşrin 1940, 1960, 1975-ci illərdə genişləndirilərək kiril əlifbasında, 2004, 2013-cü illərdə yenidən latın əlifbasında (“Azərbaycan dilinin orfoqrafiya lüğəti” – Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu) çap edildiyini, növbəti nəşrlərdə söz ehtiyatının, ilkin olaraq müəyyən edilmiş 20 000-dən, dilin inkişaf prosesi üzrə 50 000-ə, sonrakı nəşrlərdə 75 000-ə yüksəldiyini, sonuncu beşinci və altıncı nəşrlərdə isə əvvəl 90 000-ə, daha sonra 110 000-ə çatdırıldığını izləmiş oluruq.
İlk baxışdan 90 illik lüğətçilik tarixini əhatə edən bu statistika ana dilimizin lüğət tərkibinin həyat axarıyla dövrün tələblərinə uyğun zənginləşməsi, müxtəlif funksional üslub sahələri üzrə zəruri leksik ifadə imkanları qazanması səbəbindən irəli gələn təbii söz artımı prosesi təəssüratını yaratsa da, son lüğətlər üzərində təhlil və araşdırma işlərinə başlanılarkən mənzərənin heç də göründüyü kimi olmadığı, xüsusilə son nəşrlərdə izlənən bu aktiv artım tempinin dilimizin aşınmasına, milli-mənəvi varlığımızın aşağılanmasına yönələn dağıdıcı proses olduğunun acı həqiqəti ilə üzləşmək məcburiyyətində qaldıq. Bu mənzərə 2004, 2013-cü illərdə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən ərsəyə gətirilmiş orfoqrafiya lüğətlərində aparılan təhlil və araşdırmalar nəticəsində özünü daha qabarıq büruzə verdi. Belə ki, əvvəlki lüğətlərdə yer almış minlərlə arxaikləşmiş, qeyri-işlək ərəb, fars sözlərinin bu nəşrlərdə də olduğu kimi saxlanıldığı, minlərlə sözün orfoqrafiya lüğəti formatına zidd olan ikili, bəzən üç variantda, yaxud tamamilə səhv yazılışda verildiyi, regional dialektlərə, loru ifadələrə gen-bol yer ayrıldığı, söz ehtiyatımızın mindən çox heç bir anlam kəsb etməyən çar-çar, car-cur, cur-cur, dız-dız, dın-dın, danq-danq, danq-dunq, vıj-vıj, vıj-qıj, zaranq-zaranq kimi səs təqlidi və onlara dair lüzumsuz törəmələrlə, eləcə də bir neçə sözdən düzəldilərək əcaib mənalar qazanmış ağızdandolma, cırtacırtetmə, cız-vızetmə, cövlanaçıxma, çəpikolma, dibdəndüşmə, dəyməağlarlıq, dır-dıretmə, ditetmə, dız-dızoynama, qalaq-qalaqoynama, əvəzedilməzsayılma, əzvayolma, fır-fırolma, gəzmələrdənolma, qəzetbasdırma, tartan-partanyazma, təyyarəçi-kişi, vəzifəgöstərmə, yumurtayadüşmə və s. bu kimi minlərlə söz quramalarıyla “zənginləşdirildiyi” araşdırma işlərinin ilkin mərhələlərindən müəyyən edildi.
Yaranmış vəziyyət bu milli və dövləti məsələyə məsuliyyətli yanaşmanın vacibliyini, dilin konstitusiyası sayılan, dövlət gerbimiz, bayrağımız bərabərində milli dövlətçilik atributu olan dil qaynağı kitabımızın Azərbaycan ədəbi dilinin norma və qaydalarına müvafiq qaydada yenidən hazırlanması zərurətini gündəmə gətirdi.
Yeni orfoqrafiya lüğəti üzərində işə başlanılarkən, paralel şəkildə müxtəlif növ mətnlərin (dövlət qurumları saytları, KİV, dublyaj, təhsil, tədris, elmi-bədii nəşrlər və s.) Azərbaycan dilində tərtibi və tərcüməsi prosesində nəzərə çarpan qüsur və xətalarla bağlı təhlil və araşdırma işlərinə də start verildi. On illər boyu nəşrdən-nəşrə genişləndirilərək kütləvi istifadəyə verilmiş orfoqrafiya lüğətlərində yer alan səciyyəvi qüsur və xətaları əyani şəkildə nümayiş etdirən söz və terminlərin, səs təqlidlərinin və s. siyahıları hazırlanaraq aşağıdakı qaydada təsnifatlaşdırıldı:
Yazılışı və mənası
qüsurlu sözlər
Yazılış qaydası müxtəlif variantlarda verilmiş sözlər
Dialektlər və loru ifadələr
Qeyri-işlək ərəb, fars və digər əcnəbi sözlər
Fonem. Orfoqrafiya. Orfoqram.
Sözün mənasmı dəyişən səs fonem adlanr. Məsələn, tələ – dələ, zaman – saman, dağ – sağ, çağ – bağ – tağ, kal – kol və s. Dilimizdə dil vahidləri müstəqil və qeyri-müstəqil olmaqla iki yerə bölünür. Müstəqil dil vahidləri (söz, cümlə) dilin formalaşmasında aparıcı rol oynayır. Qeyri-müstəqil dil vahidləri isə söz və ya cümlənin (müstəqil dil vahidlərinin) formalaşması vasitəsi kimi çıxış edir. Fonem belə bir qeyri-müstoqil dil vahidlərindən hesab olunur.
Orfoqrafiya. Orfoepiya.
Dilçilikdə sözlərin düzgün tələffüz edilməsi qaydalarını öyrənən bölmə orfoepiya adlanır. Orfoepiyada bəzi səslərin sözün əvvəli, ortası və sonunda səslənməsi, intonasiya, sözlərdə vurğunun yeri, ixtisarların deyilişi və s. öyrənilir. Dil haqqında elmin sözlərin düzgün yazılması qaydalarını öyrənən bölməsi orfoqrafıya (yunanca orfo – düzgün, qrafo – yazıram deməkdir) adlanır.
Orfoqram
Sözdə düzgün yazılması üçün müəyyən orfoqrafik qayda olan hərflər orfoqram (yunanca orfo – düzgün, qramma – harf deməkdir) adlanır. Yazı zamanı bəzi sözlərdə müəyyən hərfin seçilməsi çətinlik yarada bilir. Məsələn, [bulut] sözünü yazarkən sözün axırındakı hərf t olmalıdır, yoxsa d ? Bu hal üçün belə bir qayda vardır: sonu [d] və ya [t] ilə deyilən sözlərə saitlə haşl anan şəkilçi artırıldıqda hansı samit işlənirsə, həmin hərfı də seçmək lazımdır.
Comments are closed, but trackbacks and pingbacks are open.