Jan gevr xacə şah
– Tarixi mənbələr hər kəsə açıqdır. Hər kəs ondan istifadə edib istədiyi nəticəyə gələ bilər. Amma ortada fakt varsa, onu da gizlətmək olmaz. Səməd Vurğun şair olaraq öz münasibətini bildirib. Bundan sonra da Qacara müsbət və ya mənfi münasibət bildiriləcək, heç kim buna məhdudiyyət qoya bilməz. Tarixin məntiqində müqəddəs insan yoxdur. Qacarın hökmdar kimi mənfisi də var, müsbəti də. Amma onun müsbət tərəfi təbliğ ediləndən çox-çox yüksəkdir.
“Qacar Azərbaycanı birləşdirmək istəyirdi, Vaqif isə ruslarla separat əlaqəyə girmişdi”
Sərdar Cəlaloğlu: “Səməd Vurğun Qacarı bir fars hökmdarı kimi, işğalçı, qaniçən kimi verir, ruslarla separat əlaqəyə girən Vaqifi Azərbaycan xalqının şəxsiyyəti kimi təqdim edir. Yazıçının nə ixtiyarı var, tarixi tərsinə versin?”
Ağa Məhəmməd şah Qacar kim olub? Səməd Vurğunun yazdığı kimi qəddar iranlı işğalçı, yoxsa böyük türk sərkərdəsi? “Pen klub” proqramındakı debata Şah Qacarın mənfi obrazını yaradan Səməd Vurğunu tənqid etmiş Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, tarixçi Əkbər Nəcəf və “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesinin müəllifi, dramaturq Əli Əmirli qatıldılar.
“QACAR – AZƏRBAYCANIN BİSMARKI”
Şahnaz Bəylərqızı:
– Sovet dövründə şah Qacar haqda təsəvvürlər daha çox Səməd Vurğunun “Vaqif” pyesi əsasında formalaşmışdı. Həmin pyesdə fars meylli bir dövlət adamının obrazı yaradılmışdı. Amma zaman keçdi və Qacara münasibət də dəyişməyə başladı.
Sərdar Cəlaloğlu:
– Mən Qacar haqqında şəxsi fikrimi demək istəmirəm. Jan Gevrin “Xacə şah” əsərinin müqəddiməsindən bir abzas oxumaq istəyirəm: “Acınacaqlı hal kimi yada salmaq istərdik ki, illərlə bir çox şəxsiyyətlər kimi Ağa Məhəmməd şah Qacara münasibətimizi bu dövrün hakim siyasətinə görə müəyyənləşdirmişik. İndiyə kimi talesiz, bəxtikəm, lakin ağıllı siyasi xadim, hərtərəfli siyasi biliyə malik alim, mahir sərkərdə haqqında həqiqəti söyləmək imkanımız xaricində olub. Biz bu qüdrətli Azərbaycan türkünü xalqımıza qaniçən, cəllad, yadelli işğalçı kimi tanıtmışıq. Onu öz mühitindən çıxarıb min bir sual qarşısında qoymuşuq”. Bir fransız yazıçısı Qacara kitab həsr edib, burda onun nə qədər böyük alim, nə qədər böyük siyasətçi olmasından, Azərbaycanın Bismarkı kimi torpaqları birləşdirmək istiqamətində apardığı mübarizədən yazıb.
Ş.Bəylərqızı:
– Qacar bu gün Azərbaycanda layiqincə tanınırmı?
S.Cəlaloğlu:
– Əslinə baxsan, tək Qacarı yox, Nadir şahı tanıyırıqmı? Ən çox sevdiyimiz Şah İsmayıl Xətaini şah kimi tanıyırıqmı? SSRİ-nin tərkibinə daxil olandan sonra siyasi keçmişimizin olmaması ilə bağlı bizi hazırlayıblar. Sadə vətəndaş deyir ki, bizim nə vaxt dövlətimiz olub? Niyə? Çünki Nadir şahı, Şah Qacarı, o cümlədən Şah İsmayılı fars kimi, İran hökmdarları kimi təqdim ediblər. Faktiki olaraq Azərbaycan türkünün dövlətçilik tarixi təhrif olunub. Ən bəxtsizi də Qacar şahdır. İranda Əminə Pak Rəvan adlı bir müəllif yazır: “Bütün siyasi davranışında Çingiz xanı örnək alan Ağa Məhəmməd xan ölkə yönətimində və dövlətin yazqısı baxımından Çingiz xanın yasalarını uyqulamaqda idi. Qacar yasasına görə, vəliəhdin sadəcə atası deyil, anası da Qacar soyundan olmalı idi”.
“QACARLAR ORTA ŞƏRQDƏ QURULAN SONUNCU TÜRK İMPERİYASI OLDU”
Əkbər Nəcəf:
Ağa Məhəmməd şah Qacar
– Təəssüf ki, Qacarlar dövrü bizdə tədqiq edilməyib. Qacarlar dövləti yaradılanda özlərini Qızılbaş dövləti adlandırmışdılar, Səfəvilərin vəliəhdi kimi ortaya çıxmışdılar. Qacarlar Səfəvi dövlətinin qurucusu olan yeddi tayfadan biridir. Səfəvi ailəsi ilə qohumluq əlaqəsi var. Qacarlar bütün gücünü türklərə dayandırmışdı, dövləti də Qızılbaş adlandırmışdı. Qacarlar qədər türk dili və ədəbiyyatına xidmət etmiş ikinci dövlət tapmaq çətindir. Bizdə modernləşmə Axudovdan başlayır. Amma Mirzə Fətəli Axundovun stolu üstündə Azərbaycan dilini ifadə etmək üçün istifadə etdiyi lüğətlər və qrammatika kitabları Qacarlar dövründə hazırlanmışdı. Qacarlar Orta Şərqdə qurulmuş axırıncı türk imperiyasıdır. 1925-ci ilə qədər yaşadılar və türk kimliklərini də qorudular.
“QACARIN ÖLDÜRÜLMƏSİ AZƏRBAYCANIN PARÇALANMASI İLƏ BAĞLIDIR”
Sərdar Cəlaloğlu:
– Həmin iranlı müəllif yazır ki, Fətəli şahın gözəl binalar yapdırma həvəsi ifrat şəklində mövcud idi. “Bu memari əsərlər Pəhləvi dönəmində özəlliklə məhv edildilər ki, Qacarlardan memari olaraq bir əsər qalmasın!” Əgər bu Qacarlar farsıydılarsa, niyə onlardan qalan məscidləri, mədrəsələri, mavzoleyləri yerlə-yeksan etdilər. Bir də həmişə verilən sual – şah Qacar niyə Şuşaya hücum etdi? Qarabağ xanı İbrahimxəlil xan özünü bağımsız ölkənin sultanı kimi aparırdı. Yəni separatçı kimi. Ağa Məhəmməd şah Qacar Şuşanı ələ keçirdi. Çünki əks halda rusların bulunduğu Dərbənd rahatca ələ keçirilə bilər, dənizdən təhdid edilən Bakının kontrolu ələ alına bilərdi. Şah Qacar öldürüldü, Dərbənd bu gün də Rusiyanın əlindədir. Bakı işğal olundu, Azərbaycan iki yerə parçalandı. Bax, Qacarın öldürülməsi Azərbaycanın parçalanması ilə bağlıdır, Qarabağdakı bugünkü separatist hərəkatı da Qacar boğa bilmədiyinə görə, başımıza problemdir.
“QACARIN QARABAĞA HÜCUM NİYYƏTİ OLMAYIB”
Əkbər N:
– Qacarın Qarabağa hücum niyyəti də olmayıb. Çünki İbrahimxəlil xan da daxil bir çox Azərbaycan xanlıqları Qacar hakimiyyətə gəldiyində onu hüquqi hökmdar kimi tanıyıblar. Gürcüstanla Rusiya arasında 1781-ci ildə imzalanmış “Georgiyevski” sülhü var. Gürcüstan Rusiyanın hakimiyyəti altına girir. Qacar çar İrakliyə yazır ki, yüzillər boyu sən bizim – türklərin qulu olmusan, nəyə görə Rusiyaya tərəf keçirsən, öz səhvini düzəlt. İki dəfə hücum edir Tiflisə. Birinci hücumda da, ikincidə də Şuşada dayanır və Tiflisi alır. Tiflisdə böyük qətliam törədib. Orda xüsusən də kilsələrin yandırılması və din adamlarının öldürülməsi gürcülərin, rusların zehnində Qacara qarşı mənfi obraz formalaşdırıb. Qacarın problemi ondadır ki, onun meydana çıxdığı dövr ideyalarını gerçəkləşdirmək üçün əlverişli deyildi. Qacardan sonra Abbas Mirzə reformlara başladı, Avropaya oxumaq üçün gənclər göndərdi. Amma təəssüf ki, o gənclər İrana qayıtdıqda casus kimi işləməyə başladılar.
“QACARIN ƏZAZİLLİYİ DƏ OLUB”
Ş.Bəylərqızı:
– Dinləyici yazır ki, Qacarın xeyli mənfi cəhətləri də olub, bunu indi üzə çıxarmırlar. “Mən sizi peşəkar tarixçi sayıram və lütfən birini deyəndə o birini də söyləyin. Mənə onun əzazilliyi ilə bağlı faktlar lazımdır”.
Ə.Nəcəf:
– Əzazilliyi olub. Kirmanda böyük qətliam törədib, 8 min qadını-uşağı əsir alıb, onlarla dəhşətli davranıblar. Əsir aldıqları kişilərin gözlərini çıxarıblar. Bəli, zalım hökmdardır. Amma başqa çarəsi də yox idi. Nadir şahdan sonra bölgədə hər tayfa hakimiyyətə iddia edirdi. Hətta hakimiyyət uğrunda öz qardaşlarını öldürüb. (ardı aşağıda)
Şahnaz Bəylərqızı
“SEÇKİ KEÇİRMƏLİYDİ, RADİO-TELEVİZİYA AÇMALIYDI 18-Cİ ƏSRDƏ?”
S.Cəlaloğlu:
– Görünür, dinləyicinin orta əsrlər haqda təsəvvürü yoxdur. Çingiz xan Pekini tutanda 1 milyon adamı öldürüb, bir il cəsəd qoxusu şəhərdən çəkilməyib. İstanbulu tutan Sultan Mehmet Fateh fərman verib ki, türk sultanları dövlət naminə oğullarını və qardaşlarını öldürməlidir. Qacarın qardaşları ona xəyanət ediblər, o da öldürdüb. Bəyəm Avropada belə hadisə olmayıb? Bundan yüz dəfə artığı olub. Biz heç kimi ideallaşdırmaq istəmirik. Qacar Azərbaycan türkünün hökmdarı olub, vahid Azərbaycan yaratmağa cəhd edib. O hansı üsulla edib. Yox bir demokratiya etməliydi, seçki keçirməliydi, insan hüquq və azadlıqları təmin olunmalıydı, radio və televiziya açmalıydı 18-ci əsrdə. O dövrdəki hökmdarlar arasında bəlkə də Qacar ən ədalətlisi olub.
Ş.Bəylərqızı:
– Əli Əmirli söhbətə qoşulur. Onun Qacar haqda pyesi indi tamaşaya qoyulur. Əli bəy, nədir yazarları Qacarda cəlb edən? Onun həyatının faciəviliyi, qəddarlığı, yoxsa böyük sərkərdə olması?
ƏLİ ƏMİRLİ: “BİR PYESLƏ DÖVLƏT XADİMİNİN, SƏRKƏRDƏNİN ÜSTÜNDƏN XƏTT ÇƏKMƏK OLMAZ”
Əli Əmirli:
– Mən deməzdim ki, Qacarın obrazına bu qədər çox toxunulub. Bir neçə əsərdə özünü göstərib. Azərbaycan dramaturgiyasında “Vaqif” dramı qədər tanınanı yoxdur və sıravi azərbaycanlı Qacarı Səməd Vurğunun pyesindən tanıyır. O zamanın tələbinə uyğun olaraq Səməd Vurğun Qacarın obrazını xeyli təhrif edib. Yəni Vaqifi lazım olduğundan daha çox yüksəldib, Qacarı isə əksinə layiq olduğundan daha çox aşağılayıb. Xalqımızın xatirəsində Qacar bu cür qalıb. Amma Jan Gevrin romanında Qacarın obrazı çox cəlbedicidir və obyektivdir. Doğrusu, mənim Qacara müraciətim bu romandan sonra oldu, çox təsirləndim. Düşündüm ki, bir pyeslə bir dövlət xadiminin, sərkərdənin üstündən xətt çəkmək olmaz. Bu məqsədlə yeni pyes yazdım. Tarixi şəxsiyyətə də zamana, məkana, şəraitə görə qiymət vermək lazımdır. Bu tarixi şəxs yenidən tədqiq olunmalıdır. (ardı aşağıda)
Əli Əmirli
“BƏLKƏ DƏ DÜNYADA BİRİNCİ DƏFƏ HAKİMİYYƏT BAŞINA GƏLƏN XACƏ -QACAR OLUB”
Ş.Bəylərqızı:
– Sizin Qacar nəylə fərqlənir?
Ə.Əmirli:
– Mənə maraqlı gələn onun həyatı və şəxsiyyəti olub. Həm fiziki qüsuru, həm də bu naqisliyin olmasına baxmayaraq taxt-taca çıxa bilməsi. Mənim əsərimdə belə monoloq var ki, “kişilik uşaq əkmək deyil, kişilik fənd, qüdrət, təpərdir”. Bəlkə də dünyada hakimiyyət başında olan yeganə xacə Qacar olub. İran kimi dövlətin başına gəlmək üçün siyasi, sərkərdəlik qabiliyyəti və intellekt lazım idi.
Ş.Bəylərqızı:
– Siz pyesdə həm də onun qardaşlarını öldürtməsini və 16 il sarayında girov olaraq qaldığı Kərim xan Zəndin sümüklərini taxtının ayaqları altında basdırtmasını xüsusi vurğulamısız.
Ə.Əmirli:
– Mən çalışmışam pyesimdə effektli səhnələr verim, bu da xarakterin qəribəliklərindədir. Kərim xan Zənd onu uzun illər sarayında əsir saxlayanda ancaq başını sığallamırdı. Məsələn, pyesdə Kərim xan sual edir ki, nədən sənin başını vurdurmadım, çünki sən nə kişisən, nə qadın, heç vaxt hakimiyyətə gələ bilməzsən. Əgər o bunu deyirsə, bu onun qəlbində qalır. Onun xacə olması haqda bir neçə versiya var. Versiyalardan biri budur ki, döyüşdə yaralandıqdan sonra xacə olub. Bu daha ağlabatandır. Başqa versiyaya görə, Zəndiyyələrin qızlarından biriylə nişanlı olur və kəbindən öncə vüsala çatırlar. Buna görə də Qacarı sərt cəzalandırırlar ki, bir də belə qələt etməsin. Mən əsərdə ikinci versiyadan istifadə etdim.
Ş.Bəylərqızı:
– Dediniz ki, bir pyeslə Qacarın üstündən xətt çəkmək olmaz, ona görə də özüm yeni pyes yazmalı oldum. Necə bilirsiz, sizin pyesi “Vaqif”in uğuru gözləyirmi?
Ə.Əmirli:
– Qətiyyən yox. “Vaqif” pyesi yazılanda camaatda teatra böyük maraq vardı. Ona görə heç bir əsər onu üstələyə bilməyəcək. Bir də mühüm olan – həqiqətdir, həqiqət həmişə qalib gəlir, mən bunu nəzərdə tuturam.
S.Cəlaloğlu:
– “Vaqif” dramı işğal altındakı xalqın acı taleyinin tipik nümunəsidir. Bir xalq işğalı azadlıq kimi qələmə verir. İkincisi, Aleksandr Dümanın “3 muşketyor” əsərində kardinal Rişelye var. Əslində, həmin kardinalın Avropada müharibələrin qarşısının alınmasında böyük rolu olub. Ancaq Düma deyib ki, mən o kardinalı elə təsvir edəcəm ki, hamı ona nifrət etsin. Doğrudan da, romanda belədir. Bizim hörmətli yazıçı deyir ki, ədəbiyyat başqadır, tarix başqadır. Yazıçı tarixi həqiqətləri həzm etməyə kömək etməlidir, əksinə olanı təhrif etməməlidir. Səməd Vurğun Qacarı bir fars hökmdarı kimi, işğalçı, qaniçən kimi verir, ruslarla separat əlaqəyə girən Vaqifi Azərbaycan xalqının şəxsiyyəti kimi təqdim edir. Yazıçının nə ixtiyarı var, tarixi tərsinə versin?
Ə.Əmirli:
– Tarixi öyrənmək üçün tarix kitablarına müraciət etmək lazımdır. Qacarın tarixi rolunu onlar müəyyənləşdirməlidirlər. Yazıçı isə tarixi materialdan istifadə edərək bədii əsər yazır. Onun təxəyyülü bəzən tamam başqa istiqamətə gedir. Sərdar bəyin dediyi kimi Düma Rişelyenin fərqli obrazını yaradıb. Məqsədi nəydi bilmirəm, amma yazıçı kimi hərəkət edib. Tarixi şəxsiyyətləri olduğu kimi qələmə alsaq maraqsız olacaq. Həyat həqiqəti və bədii həqiqət bir-birindən fərqlənir. Mənim üçün Qacarın ölkə üçün etdikləri yox, şəxsiyyəti, xarakteri və taleyi maraqlıdır.
S.Cəlaloğlu:
– Söhbət Qacarın xacə olmasını yazmaqdan getməməlidir. Söhbət Qacar, Nadir şah kimi qüdrətli sərkərdənin olmasından getməlidir. Biz Azərbaycan tarixindən o adamları seçib təbliğ etməliyik ki, bugünkü azərbaycanlı dərk etsin. Onun babaları imperiyalar yaradıb, at üstündə qılıncla gedib Hindistanı tutub, indi Qarabağı qaytara bilmir. Bugünkü yazıçının vəzifəsi xalqı tərbiyə etməkdir. Bu nə deməkdir, sən gətir Bakıdakı soyqırımı “26 Bakı komissarı”nda azadlıq hərəkatı kimi ver, sonra da de ki, mən yazıçıyam. Belə şey olar.
Ə.Nəcəf:
– Tarixi mənbələr hər kəsə açıqdır. Hər kəs ondan istifadə edib istədiyi nəticəyə gələ bilər. Amma ortada fakt varsa, onu da gizlətmək olmaz. Səməd Vurğun şair olaraq öz münasibətini bildirib. Bundan sonra da Qacara müsbət və ya mənfi münasibət bildiriləcək, heç kim buna məhdudiyyət qoya bilməz. Tarixin məntiqində müqəddəs insan yoxdur. Qacarın hökmdar kimi mənfisi də var, müsbəti də. Amma onun müsbət tərəfi təbliğ ediləndən çox-çox yüksəkdir.
PROQRAMI TAM İZLƏ
Jan gevr xacə şah
IV FƏSIL. CƏNUBİ AZƏRBAYCANIN
SOSİAL -İQTİSADİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
| 10 | CƏNUBİ AZƏRBAYCAN XIX ƏSRDƏ |
| Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan torpaqları Rusiya ilə Qacarlar İranı tərəfindən zəbt olunaraq iki yerə bölündü. Bundan sonra İranın mühüm hissəsi olan Cənubi Azərbaycanın sosial-iqtisadi, siyasi vəziyyəti fərqlənməyə və özünəməxsus şəkildə inkişaf etməyə başladı. |
| qapıpulu, ilati, vəliəhdneşin, Zeynəb paşa, siyasi idarəetmə, Tahirə-Zərrintac |
Cənubi Azərbaycanın idarə olunması. XIX əsrdə Cənubi Azərbaycan İranın dörd əyalətindən biri idi. İlk vaxtlar Qacarlar dövləti bəzi nüfuzlu xanların hakimiyyətini tanımaqla onları ayrı-ayrı xanlıqların hakimi təyin etdi və daxili müstəqilliklərini qəbul etməli oldu. Dövlət onların daxili işlərinə qarışmır, yalnız vergi və xüsusilə də silahlı qüvvə tələb edirdi. Qacarlar dövründə İran ordusunun əsas hissəsi məhz Cənubi Azərbaycandan toplanan qüvvələrdən ibarət idi. Maku, Urmiya kimi xanlıqlar istisna edilməklə qalanları tədricən ləğv olunaraq vilayətlərə çevrildi. Əyalətdə vali vəzifəsindən tutmuş vilayət hakimlərinə qədər şəxslər mərkəzdən göndərildiyindən yerli feodallar Qacarlardan narazı qalırdılar.
Fətəli şahın (1797–1834) vaxtından Cənubi Azərbaycan “vəliəhdneşin” (vəliəhdin əyləşdiyi yer) hesab edilmiş, “Darüssəltənə” (səltənət evi) adlandırılan Təbrizdə isə həmişə Qacarların rəsmi vəliəhdləri oturmuşdular. Bu da Azərbaycanın, xüsusilə Təbriz şəhərinin siyasi əhəmiyyətini göstərirdi. Vəliəhd burada oturduğu və Təbriz, bir növ, ikinci paytaxt olduğu üçün xarici diplomatik nümayəndələrin iqamətgahları da burada yerləşirdi. Əyalətin idarəsi rəsmən vəliəhdin ixtiyarında olsa da, əslində, onu şahzadələrdən seçilən və “qaimməqam” adlanan vali idarə edirdi. Əsasən, şahın və yaxınlarının qohumlarından təyin olunan vali, vəzir, kələntər və s. rəsmi şəxslər vəzifələrinə gəlir mənbəyi kimi baxaraq xalqı soyurdular.
Jan Gevr. Xacə şah. Bakı, 2012
Jan gevr xacə şah
Alınmaz qalamız laqeydliyin, xəyanətin qurbanı oldu
Azərbaycanın dilbər guşəsi olan Şuşa Qarabağ xanlığının əsas strateji nöqtəsi idi. Bu xanliğın əhalisini Azərbaycan türkləri təşkil edirdi. Xanlığın əsasını qoyan və az vaxt ərzində Qarabağda öz hakimiyyətini möhkəmləndirməyə müvəffəq olan Pənahəli xan (1748-1763) idi. O dövrdə məlikliklər olan Vərəndə, Xaçın, Dizaq, Çəlibörd, Gülüstan Qarabağ xanlığına tabe oldu. Pənahəli xan daxildə baş qaldıran feodalların və məliklərin iğtişaşlarını yatırdıqdan sonra 1748-ci ildə tikdirdiyi Bayat qalasında qalmaqdan ehtiyatlanırdı. Ona görə də xanlığın iqamətgahını daha etibarlı yerə köçürdü və bu ərazidə qala tikdirdi. Bu yer Şuşa qalası idi. Qalanın tikintisi 1757-ci ildə tamamlandı. İlk vaxtlar Pənahəli xanın adını daşısa da, sonradan Şuşa qalası adlandırıldı. Pənahəli xanın oğlu İbrahimxəlil xanın (1763-1806) vaxtında xanlıq daha da möhkəmləndi.
XVIII əsrin axırlarında xanlıq dəhşətli faciələrlə üzləşdi. İran şahı Ağa Məhəmməd Qacar 1795-ci ilin iyul ayında 85 minlik qoşunla Xudafərin körpüsünü keçərək, Qarabağ xanlığı üzərinə hücuma keçdi və Şuşa qalasını mühasirəyə aldı. Şuşa iki tərəfdən mühasirəyə alındı, iri toplardan şəhərə daş və mərmi yağdırıldı. Qala 33 gün mühasirədə saxlandıqdan sonra şah öz qoşununu Gürcüstana yeritdi. Tiflisi işğal edib 20 min əsir götürən Ağa Məhəmməd Qacar İrana döndü.
Rus çarı I Pavelin 1797-ci ildən Azərbaycan və Dağıstan ərazilərindən rus ordularını geri çağırmaq haqqında göstərişindən xəbər tutan İran şahı Qacar 1797-ci ilin yazında ikinci dəfə Qarabağ xanlığına yürüş etdi.Şuşa İran şahı tərəfindən işğal edildi. Bu hadisələrin baş verdiyi vaxt bir qrup erməni nəyin bahasına olursa olsun Qarabağı Rusiyanın tərkibinə daxil etdirib bu yerlərdə erməni məliklikləri yaratmaq niyyətlərini həyata keçirməyə çalışırdı.
Tarixi mənbələrdə belə söylənilir ki,guya 1797-ci ildə heç bir müqavimət görmədən Ağa Məhəmməd şah Şuşanı işğal etmişdir. İbrahimxəlil xan isə qalanı, əhalini başlı-başına qoyaraq ailəsi və ətrafında olan bəylərlə Car-Balakənə qaçmışdır. Amma düşmənə qarşı dəyanətlə vuruşan və ona tələfat verən İbrahimxəlil xanın indi hər şeyi, əhalini başsız qoyub qaçması inandırıcı görünmür. Fransız tarixçi alim Jan Gevr Fransəvinin İranda farsca çap olunmuş �Xacə tacidar� (�şah�)əsərində bu məsələlər açıq-aydın göstərilmişdir. Tarixçi yazır ki,1797-ci il Qacar hücumu zamanı �. İbrahim xan elan etmişdi ki,kim istəsə çətin ayaqda öz ailəsi ilə birlikdə şəhəri tərk edə bilər. O, özü gecə qoçaq adamlarından 200 nəfər götürüb xəlvət yoldan çıxaraq düşmənin arxasına keçdi.İran topxanasına arxadan hücum etdi.Topları ələ keçirdi.Geriyə qayıdanda gördü ki,yol bağlanıbdır. Qacar qoşunları Hacı Babək adlı Şuşa müccəhidinin vastəçiliyi ilə şəhərə daxil olmuşdur�. Müəllif qarabağlıların mənəvi cəhətdən Qacar ordularından üstün olduğunu göstərir. Onun mülahizələrinə görə, Qacarın orduları İranın cənubundan olub,müxtəlif tərkibli idi. İbrahim xan öz adamlarının hamısını tanıyırdı. Şuşalılar qətiyyətlə döyüşürdülər. Qarabağlılar öz yerlərinə yaxşı bələd idilər.
İbrahim xan çox bacarıqlı, ağıllı və iş bilən adam idi. Qarabağ xanı qala qapılarının bağlı olduğuna görə geri dönə bilmədi. O, düşmən əhatəsini yarıb Dağıstan tərəfə,qohumu Avar hakimi Umma xana pənah gətirdi.
. Azərbaycan dövlət müstəqilliyini çətin və mürəkkəb beynəlxalq şəraitdə əldə edə bilmişdi. Sovet dövlətinin süqutu ilə�soyuq müharibə�sona çatmış,beynəlxalq münasibətlər sistemi aradan qalxmış, qloballaşma prosesləri sürət götürməyə başlamışdı. Azərbaycanın dövlət müstəqilliyini az bir vaxtda dünya dövlətlərinin çoxu tanımışdı. Onu ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası tanıdı. 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyini artıq 116 dövlət tanımışdı,70 xarici dövlət ilə Azərbaycan arasında diplomatik əlaqələr yaranmışdı. Bununla belə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçü n dünya dövlətlərinin təsirli dəstəyini əldə etmək, müharibəni söndürmək mümkün olmadı. Belə bir şəraitdə Ermənistan və Dağlıq Qarabağdakı erməni silahlı birləşmələri əvvəl sovet,sonra rus hərbi qüvvələrinin köməyi ilə Da ğ lıq Qarabağda irimiqyaslı hərbi əməliyyatlar keçirdi, əlverişli strateji mövqeləri tutaraq azərbaycanlıları öz doğma torpaqlarından qovub çıxarmağa başladılar. 1991-ci il sentyabr ayının ilk günündə burada qeyri-qanuni bir qurum�oyuncaq �Dağlıq Qarabağ respublikası� yaradıldı. Noyabrın 26-da isə Azərbaycanın Ali Soveti DQMV-nin stasunu ləğv etdi. Erməni faşist ordularının müvəffəqiyyət əldə etməsinin əsas səbəblərindən biri xəyanət, səriştəsizlik idisə, digər səbəb isə Azərbaycanda ordu quruculuğunun formal xarakter daşıması idi.
Azərbaycan iqtidarı hərbi hissələrin müəyyən qüvvələrin təsirinə düşüb ona qarşı çıxacağından qorxaraq ilk vaxtlar sovet qoşununa, sonra isə Rusiya silahlı qüvvələrinə meyl göstərməyi nəzərdə tuturdu. 1991-ci il sentyabr ayının 5-də Müdafiə Nazirliyi yaradıldı.General Valeh Bərşadlı müdafiə naziri təyin edildi. Erməni hərbi hissələri rus ordusunun köməyi ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə hücumlarını artırdılar. Dekabrın sonlarında Kərgicahan qəsəbəsinə erməni quldur dəstələrinin hücumu başlandı. Ermənilər ilk dəfə odatan silahı işə saldılar. Çətin döyüşlərdə 30 azərbaycanlı əsgər igidlik göstərərək həlak oldu.1992-ci il yanvarın 19-da Kərgicahan düşm ən əlinə keçdi və yandırıldı.Yanvarın 21-də Qeybalı, fevralın 12-də Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri işğal olundu. Xocalı və Şuşanın mühasirəsi yaxınlaşırdı.Azərbaycan ordu hissələri, xüsusi təyinatlı milis dəstələri və yerli özünümüdafiə batalyonlarının müqaviməti nizamsızlıq, əlaqəsizlik, satqınlıq üzündən baş tutmurdu.
Alınmaz Şuşanın mühasirəsini yarmaq üçün Daşaltı tərəfdən Azərbaycan ordu hissələrinin 1992-ci il yanvarın 25-dən 26-na keçən gecə keçirdiyi əməliyyat da bu səbəbdən uğursuzluğa düçar oldu.Satqın bələdçilər bir taqım əsgəri və zirehli texnikanı minalanmış sahəyə saldılar. Ordu hissələrindən 33 nəfər həlak oldu, 34 nəfər itkin düşdü, 36 nəfər isə yaralandı. Döyüşlərdə Erməni tərəfi 150 nəfərədək itki verdi. Bir neçə gün sonra Şuşanın mühasirəsini Ağdam istiqamətində yarmaq məqsədilə aparılan Xromot-Xanabat əməliyyatı da uğursuz başa çatdı.
Azərbaycanın döyüş meydanlarında vəziyyətə təsir etmək imkanına malik silahlı dəstələrə arxalanan qüvvələr arasında hökm sürən didişmələrin, satqınlığın növbəti qurbanları Şuşa və Laçın oldu.Şuşa şəhəri uzun vaxt idi ki,m ühasirədə qalmışdı. Şəhərə erməni daşnak ordularının güclü hücumları gözlənilirdi. Rusiyanın 366-cı motoatıcı alayının 180 nəfər hərbçisinin 90 ağır hərbi texnika ilə erməni tərəfə keçməsi bəlli idi. Alay bu ərazidən Gürcüstana köçürülərkən çoxlu sayda hərbi texnika erməni hərbi hissələrinə verilmişdi.
Şuşa şəhərinin müdafiə olunması üçün isə cəmi 24 ağır hərbi texnika var idi. Hərbi rabitə pis vəziyyətdə idi, şəxsi heyətin hazırlıq səviyyəsi, nizam-intizam pozulmuşdu. Silahlı qüvvələr arasında narazılıq başlanmış, eləcə də dəstələrdə parçalanma şiddətlənmişdi. Azərbaycan iqtidarı isə iki güc nazirliyi (Müdafiə və Daxili İşlər nazirliklərinin) rəhbərlərinin yaxınlaşmasını özünə qarşı təhlükə hesab edirdi. Azərbaycan rəhbəri məsuliyyətli vaxtda diqqəti yayındırmaq məqsədilə diplomatik tələyə düşdü. İran dövlətinin vasitəçiliyi ilə Ermənistan rəhbərliyi ilə danışıqlar aparılırdı. Minalanmış sahələr zərəsizləşdirilmiş, əsgərlərin xeyli hissəsi cəbhə xəttindən qısa müddətli məzuniyyətə göndərilmişdi. Şuşa taborunda 1500-ə yaxın döyüşçü olduğu halda hücum vaxtı vur-tut 500 nəfər qalmışdı. 200 könüllü döyüşçü isə silahı ilə şəhəri tərk etmişdi.Şuşadan hərbi texnika, �Qrad�qurğularının çıxarılmas ı na başlanmışdı. Xüsusi milis taborunun döyüşçüləri 1992-ci il mayın 4-də Şuşanı tərk edib Böyük Kirsdə mövqe tutmuşdular. 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni yaraqlıları Şuşa şəhərini güclü artilleriya atəşinə tutdular. Düşmənin hücumunda 80 �T-72″ tankı, 6 minə yaxın döyüşçü,eləcə də xarici muzdlular iştirak edirdilər.
Səhərə yaxın şəhərətrafı postlar düşmən tərəfindən ələ keçirilmişdi. Bəzi sahələrdə isə milli qüvvələr düşmənə qarşı igidliklə vuruşurdular. Bu vaxt düşmənin 3 tankı şəhərə soxula bildi.Azərbaycan Ordusunun 533 saylı tankı düşmən tankının birini vurub sıradan çıxardı, o biri tanklar geri qayıtdılar. �Qayabaşı�adlı yerdə dayanmış əsgərlər döyüşü axıra qədər davam etdirdilər. Belə bir zamanda müdafiə dəstələrinə köməyə gələn olmadı. Köməyə çatan vertolyot isə səhvən şəhərin müdafiəçilərinin mövqeyini atəşə tutdu, piyadalar üçün döyüş maşınını sıradan çıxardı. Axşama qədər 30-40 müdafiəçi Şuşanı tərk etdi. Şu ş a şəhəri ətrafında gedən döyüşlərdə 155 müdafiəçi şəhid oldu, 167 nəfər yaralandı, 20 nəfər itkin düşdü. Alınmaz Şuşanın süqutu ilə erməni faşistləri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı başa çatdı.
. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Qarabağ probleminin həll olunması istiqamətində şox böyük işlər görür. Xarici müşahidəçilər qeyd edirlər ki, İlham Əliyev danışıqların aparılmasının təmkinli məcraya düşməsində mühüm iş görüb. Qarabağ probleminin dinc yolla həll edilməsinin tərəfdarı olan Prezidentimiz, bununla yanaşı,açıq-aşkar bildirir ki, Azərbaycanın öz torpaqlarını istənilən anda, o cümlədən hərbi yolla erməni işğalından azad etmək,ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanları vardır. Xalqımız torpaqlarımızı düşməndən azad etmək üçün Prezident, Ali Baş Komandan İlham Əliyevın əmrini gözləyir.
ADPU-nun Azərbaycan tarixi
kafedrasının dosenti,
tarix elmləri namizədi
Xalq qəzeti.- 2010.- 12 may.- S. 10.
Comments are closed, but trackbacks and pingbacks are open.