Press "Enter" to skip to content

Keyfiyyətə nəzarət unec

2023-03-17 17:39:00

Keyfiyyətə nəzarət unec

UNEC Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında “Keyfiyyət təminatında təcrübə mübadiləsi” adlı beynəlxalq hibrid formada keçirilən vebinara ev sahibliyi edib.

UNEC-dən APA-ya verilən məlumata görə, tədbirdə Türkiyənin Hacəttəpə, Boğaziçi, Ankara, İstanbul və Yıldız Teknik universitetləri ilə yanaşı, Azərbaycanın 22 ali təhsil müəssisəsinin keyfiyyət təminatı mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Vebinarın açılışında UNEC-in Rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd keyfiyyət təminatı istiqamətində beynəlxalq və yerli təcrübənin paylaşılmasıdır. UNEC-də keyfiyyət təminatı modelinin 2015-ci ildən tətbiq olunduğunu diqqətə çatdıran prorektor, vebinarda paylaşılacaq təcrübənin ali təhsil müəssisələrində keyfiyyət təminatı modelinin qurulması və təkmilləşdirilməsi istiqamətində faydalı olacağını diqqətə çatdırıb.

Sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Asiman İlyasov “Qanunvericilikdə ESG” mövzusunda təqdimatla çıxış edib. A.İlyasov təhsil müəssisələrinin akkreditasiya qaydaları, bu istiqamətdə tətbiq olunan normativ-hüquqi aktları – ali təhsil pilləsi üzrə dövlət standartları, dövlət təhsil strategiyası, təhsil proqramları barədə ətraflı məlumat verərək, standartları təhlil edib.

Vebinara onlayn olaraq qatılan Hacəttəpə Universitetinin professoru Maviş Emel Kulak Kayıkcı “Ali təhsildə tələbə mərkəzli keyfiyyət təminat sistemi” mövzusunda danışıb və bu istiqamətdə Hacəttəpə Universitetinin təcrübəsini paylaşıb.

Yıldız Teknik Universitetinin keyfiyyət müdiri Recep Başak keyfiyyət təminatı sistemi çərçivəsində təmsil etdiyi universitetin nümunəsində “İnstitusional Daxili Qiymətləndirmə Hesabatının hazırlanması prosesi” barədə geniş təqdimatla çıxış edib.

Vebinar Ankara Universitetinin Akademik dəyərləndirmə, akkreditasiya və keyfiyyət kondinatoru Prof.Dr.Alı Sınağın “Türkiyədə ali təhsilin dəyişən strukturu və Ankara Universitetinin Keyfiyyət təminatı modeli” mövzusunda çıxışı ilə davam edib. O, təqdimatında keyfiyyətin təminatı modelinin yaradılması, yaranan problemlər və onların aradan qaldırılması yollarını açıqlayıb.

Vebinarın ikinci hissəsində Boğaziçi Universitetindən Dr. Gözde Erhan Ünal “Ali Təhsildə Keyfiyyət Təminatı və Boğaziçi Universiteti nümunəsi”ni iştirakçılarla paylaşıb.

Sonra tədbirin təşkilatçısı, UNEC-in Tədrisin keyfiyyətə nəzarət şöbəsinin müdiri dosent Sevda Sərdarova “UNEC-in keyfiyyət təminatı modeli” barədə məruzə edib. O, UNEC-in daxili keyfiyyət təminatı, tərtibi, tətbiq olunan standartlar, tələbəyönümlü təlim-tədris, davamlı inkişaf barədə geniş məlumat verib.

Türkiyənin İstanbul Universitetindən Prof.Dr. Eray Yurtseven “Ali təhsildə keyfiyyət təminatı və İstanbul Universiteti nümunəsi” və təmsil etdiyi universitetin keyfiyyət təminatı sistemi ilə bağlı fəaliyyət planı barədə danışıb.

Vebinarda mövzu ilə bağlı suallar cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb.

Keyfiyyətə nəzarət unec

2021-11-20 17:27:00

UNEC-də “Keyfiyyət təminatında beynəlxalq təcrübə mübadiləsi” keçirilib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında “Keyfiyyət təminatında təcrübə mübadiləsi” adlı beynəlxalq vebinara ev sahibliyi edib. AzEdu.az xəbər verir ki, hibrid formada keçirilən tədbirdə Türkiyənin Hacettepe, Boğaziçi, Ankara, İstanbul və Yıldız Texniki universitetləri ilə yanaşı, Azərbaycanın 22 ali təhsil müəssisəsinin keyfiyyət təminatı mərkəzlərinin rəhbərləri iştirak ediblər. Tədbirin açılışında UNEC-in rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd keyfiyyət təminatı istiqamətində beynəlxalq və yerli təcrübənin paylaşılmasıdır. UNEC-də keyfiyyət təminatı modelinin 2015-ci ildən tətbiq olunduğunu diqqətə çatdıran prorektor vebinarda paylaşılacaq təcrübənin ali təhsil müəssisələrində keyfiyyət təminatı modelinin qurulması və təkmilləşdirilməsi istiqamətində faydalı olacağını söyləyib. Sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Asiman İlyasov “Qanunvericilikdə ESG” mövzusunda təqdimatla çıxış edib. O, təhsil müəssisələrinin akkreditasiya qaydaları, bu istiqamətdə tətbiq olunan normativ-hüquqi aktlar – ali təhsil pilləsi üzrə dövlət standartları, dövlət təhsil strategiyası, təhsil proqramları barədə ətraflı məlumat verib, standartları təhlil edib. Vebinara onlayn qatılan Hacettepe Universitetinin professoru Maviş Emel Kulak Kayıkcı “Ali təhsildə tələbə mərkəzli keyfiyyət təminat sistemi” mövzusunda danışıb. O, bu istiqamətdə Hacettepe Universitetinin təcrübəsini paylaşıb. Yıldız Texniki Universitetinin keyfiyyət müdiri Recep Başak keyfiyyət təminatı sistemi çərçivəsində təmsil etdiyi universitetin nümunəsində “İnstitusional daxili qiymətləndirmə hesabatının hazırlanması prosesi” barədə geniş təqdimatla çıxış edib. Vebinar Ankara Universitetinin akademik dəyərləndirmə, akkreditasiya və keyfiyyət koordinatoru professor Alı Sınağın “Türkiyədə ali təhsilin dəyişən strukturu və Ankara Universitetinin keyfiyyət təminatı modeli” mövzusunda çıxışı ilə davam edib. O, təqdimatında keyfiyyətin təminatı modelinin yaradılması, yaranan problemlər və onların aradan qaldırılması yollarını açıqlayıb. Onlayn tədbirin ikinci hissəsində Boğaziçi Universitetindən Gözde Erhan Ünal “Ali təhsildə keyfiyyət təminatı və Boğaziçi Universiteti nümunəsi”ni iştirakçılarla paylaşıb. Sonra UNEC-in Tədrisin keyfiyyətə nəzarət şöbəsinin müdiri dosent Sevda Sərdarova “UNEC-in keyfiyyət təminatı modeli” barədə məruzə edib. O, UNEC-in daxili keyfiyyət təminatı, universitetdə tətbiq olunan standartlar, tələbəyönümlü təlim-tədris, davamlı inkişaf barədə geniş məlumat verib. Türkiyənin İstanbul Universitetindən professor Eray Yurtseven “Ali təhsildə keyfiyyət təminatı və İstanbul Universiteti nümunəsi” və təmsil etdiyi ali məktəbin bununla bağlı fəaliyyət planı barədə danışıb. Vebinarda mövzu ilə bağlı suallar cavablandırılıb, müzakirələr aparılıb. Beynəlxalq vebinar UNEC-in rəsmi feysbuk səhifəsində canlı yayımlanıb.

Bu bölməyə aid digər xəbərlər

Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub

2023-03-18 11:23:00

“Heydər Əliyev İli” çərçivəsində növbəti tələbə elmi konfransı keçirilib

2023-03-18 10:48:00

Azərbaycan Universitetində Çin mədəniyyətinə həsr olunmuş sərgi

2023-03-18 10:29:00

Mingəçevirdə tələbələr və şagirdlər Novruz bayramını birgə qeyd ediblər

2023-03-18 10:05:00

LDU –da bayram ovqatlı Novruz şənliyi

2023-03-18 09:43:00

Rektor universitet heyətini təbrik etdi

2023-03-18 09:22:53

Rektor universitet kollektivini təbrik etdi

2023-03-17 18:24:44

Meksika şah memarlıq əsərləri AzMİU-da

2023-03-17 17:52:00

BMU-da bu tələbələr mükafatlandırılıb

2023-03-17 17:39:00

UNEC Novruz bayramını “Qocalar evi”ndə qeyd edib

Keyfiyyətə nəzarət unec

UNEC-də “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə onlayn təlimlərə start verilir.

Universitetdən Tehsil.biz-ə verilən məlumata görə, 26 noyabr- 04 dekabr tarixlərində keçiriləcək təlimləri ADPU-nun “Müasir Azərbaycan dili” kafedrasının müdiri, prof.Buludxan Xəlilov, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, prof. Sevinc Əliyeva, Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri Şahlar Məmmədov, Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsinin müdiri Səfurə Çərkəzqızı və Dövlət Dil Komissiyası Mərkəzinin digər nümayəndələri aparacaqlar.

  1. “İşgüzar və akademik kommunikasiyada işgüzar ünsiyyətin prinsipləri, özünütəsdiq təqdimatı, dialoq janrları”.
  2. “İşgüzar ünsiyyətdə sözsüz bağlantı, bu ünsiyyətin etikası və psixologiyası”.
  3. “Layihə fəaliyyətinin logistik dəstəklənməsi, işgüzar ünsiyyətin mədəniyyətlərarası aspekti”.
  1. “Akademik kommunikasiya prosesində nitqin keyfiyyətinə verilən tələblər
  2. “Kommunikasiya prosesində imicin rolu”.
  3. “Verbal və qeyri-verbal kommunikasiya vasitələri”.
  4. “Akademik kommunikasiyada nitq etiketləri”. “Elmi məruzələrdə intonasiya, dikusiya, səs tembri, pauzanın əhəmiyyəti”
  5. “Tərcümeyi-hal, xasiyyətnamə, arayış və təqdimat, təqdimatın hazırlanma qaydaları”.+
  6. “Akademik kommunikasiya”. “Akademik nitqin növləri: monoloji, dioloji və poliloji nitq”. “Monoloji nitqin növləri: mühazirə, məruzə, çıxış, nitq”.
  7. “İşgüzar kommunikasiya prosesində danışma və dinləmə mədəniyyəti”
  8. “Nitq texnikasının komponentləri haqqında”.
  9. “Elmi mühit və sosial şəbəkələrdə akademik ünsiyyətin əhəmiyyəti”.

Təlimlər UNEC-in “Keyfiyyətə nəzarət şöbəsinin” təşkilatçılığı ilə keçiriləcək.

İştirak etmək istəyənlər qeydiyyatdan keçməlidirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.