Dini kitabların ticarəti
Sual: Sadəcə mushaf, dini kitab, dini lövhə və ilahi disklərin ticarətinin zərəri varmı?
Ginnesin Rekordlar Kitabı
Dünyanın möcüzələri ilə yanaşı, onun rekord həddində olan hadisələri də yadda qalır. Rekordların bir araya toplanması ideyası isə 1955-ci ildə ağıla gəlib. Qeyri-adiliyi ilə yadda qalan həmin hadisələr bir yerə toplanaraq «Ginnesin Rekordlar Kitabı” (ing. The Guinness Book of Records) adlanıb ki, insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuədir. Kitab ilk dəfə 1955-ci ildə İrlandiyanın „Ginness” pivə zavodunun sifarişi ilə nəşr olunub.
Maraqlıdır, pivə zavodu ilə “Ginnesin Rekordlar Kitabı”nın nə əlaqəsi ola bilər? Verilən məlumatlara görə, zavodun direktoru Hyu Biver 4 may 1951-ci ildə tanışı ilə birlikdə ova çıxıb. Ovda onların arasında „qızılı cüllüt”ün, yoxsa şotland tetra quşunun daha sürətlə uçması barədə mübahisə yaranıb.
Həmin vaxt bu barədə soraq kitabı olmadığına görə, haqlı haqsızı müəyyənləşdirə bilməyib. Bundan sonra ser Hyu Biver belə bir “soraq” kitabını tərtib etdirməyi qərara alıb.
İdeyanı həyata keçirmək üçün o, bu işi Londonda məlumat agentliyi saxlayan Norris və Ross Makuirter qardaşlarına tapşırıb. 1954-cü ildə soraq kitabının ilk variantı hazırlanıb çap edilir və onun1000 nüsxəsi pulsuz paylanır. Növbəti ilin avqust ayının 27-də isə kitab formasında 197 səhifəlik ilk nəşri çapdan çıxıb satılmağa başlanır. Deyilənlərə görə, Milad bayramı ərəfəsində İngiltərədə ən çox satılan kitablar siyahısında ön sıraları „Ginnesin Rekordlar Kitabı” tutub. 1956-cı ildə kitab ABŞ-da 70 min nüsxə ilə satışa çıxarılıb.
Birinci kitabın nəşri üçün pivə zavodunun sahibi tərəfindən “Guinness World Records Limited” şirkəti yaradılıb. Sonradan kitabın çap hüququ da bir neçə dəfə satılıb. 1995-ci ildə onun konsepsiyası dəyişib: yalnız mətndən ibarət olan kitab şəkilli alboma çevrilib.
Hazırda „Ginnesin Rekordlar Kitabı” dünyanın 100-dən çox ölkəsində, 24 dildə çap olunur. O, kitab ticarəti tarixində ən uğurlu kommersiya nəşridir. Kitab sahibləri iddia edirlər ki, onlar müəlliflik hüququ ilə qorunan və ən çox satılan kitabdır.
Azərbaycanla bağlı rekordlar da kitabda öz əksini tapır. 28 oktyabr 1995-ci ildə “Ulduz” və „Nərimanov”metrostansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 nəfər həlak olmuş, 400 nəfərin isə xəsarət alması kitabda əksini tapıb. Bu qəza “Ginnesin Rekordlar Kitabı”na ən dəhşətli metro qəzası kimi düşüb.
Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan və həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri çəkməyə həsr etmiş Fəxrəddin Vəliyev 2004-cü ildə adı „Ginnesin Rekordlar Kitabı”na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub.
Lənkəran rayonunun Aşağı Nüvədi kəndinin 7 yaşlı sakini Ələsgər Rəhim oğlu Həsənzadə isə “Ginnesin Rekordlar Kitabı”na düşən ən azyaşlıdır. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərtilə 3 min dəfə qalxıb enir. Bununla da adı kitaba düşüb. Bunlardan başqa, Neft Daşları „Ginnesin Rekordlar Kitabı”nda adı ən birinci dəniz neft platforması kimi tanınır. İçərişəhərdə fəaliyyət göstərən “Miniatür Kitab Muzeyi”, həmçinin 168 il yaşamış azərbaycanlı — Lerik sakini Şirəli Müslümov da uzunömürlülüyünə görə bu kitaba adı düşənlərdəndir.
Etibar Elçiyev Budaqlı dünyada beşqat rekordçudur. Gürcüstanın Borçalı mahalında yaşayan soydaşımızın da adı 2013-cü ildə rekordçular kitabına əlavə edilib. „Maqnit adam” Gürcüstanda “İlin rekordçusu” elan olunub. O, İtaliya, Almaniya və Pekində dünya rekordu qazanaraq sertifikat və medallarla təltif olunub. Etibar növbəti dəfə bədəni ilə 150 kq-a qədər çəki qaldırmaq fikrində olduğunu bildirib.
Xatırladaq ki, „Ginnesin Rekordlar Kitabı” bir il əvvəl hazırlanır və növbəti il başlanan kimi təqdimatı keçirilir.
Müəllif: M.NƏRİMANOĞLU,
Mənbə: Azərbaycan qəzeti
- Teqlər:
- kitab
- , rekordlar
- , Ginnesin Rekordlar Kitabı
Dini kitabların ticarəti
Sual: Sadəcə mushaf, dini kitab, dini lövhə və ilahi disklərin ticarətinin zərəri varmı?
Mushafı Qurani-kərim öyrədilməsinə səbəb olmaq niyyətilə satmaq caiz və savabdır. Alınan pul halal olar. Lakin belə bir niyyətin əlaməti nəşr edilmə dəyərinə yaxın az bir qazancla satmaqdır. Dolanışıq başqa kitablardan gəlirsə, mushaflar qazancsız satılmalıdır! (Şira)
Mushaf, dini lövhə, elmihal kitabları ticarət malı deyildir. Əmri-məruf üçün satılar. Bazarda satılmaz. Dükanlarda rəfə qoyular. Oxumaq, bərəkətlənmək üçün otağa asılar. Bəzək əşyası deyildir. Dini lövhələri və digər əsərləri yerə sərmək onları alçatmaq deməkdir.
Sual: Hər kəsin Şeyx baba kimi çağırdığı bir nəfər qomşumuzdakı xanıma, “Ərindən oğurladığın pulu mənə gətir. Mən haram pulu halala çevirərəm” demişdir. Şeyxin qara pulları ağartma səlahiyyəti varmı?
Şeyxin haram pulu halala çevirmə kimi bir səlahiyyəti yoxdur. Belə şəxslər saxta şeyxlərdir. Bəziləri “Namazı səndən qaldırdım” deyir, bəzisi “Sizi qardaş elədim” deyərək qadınla kişinin xəlvətinə səbəb olur . Zəmanə şeyxlərindən uzaq durmaq lazımdır.
Pozuq kitab satmaq
Sual: Kitabçı işi ilə məşğul oluram. Din kitabların qazanc əldə etmək niyyətilə satmağın caiz olmadığını bildiyim üçün dini əsər satmıram. Bəziləri, “Sən sahibkarsan, ruzin üçün hər kitabı sata bilərsən, günah olmaz” deyir. Bidət əhlinin pozuq kitablarını da satmaq günah olmazmı?
Əlbəttə günah olar. O söz qəssaba, “Ruzin üçün donuz əti sata bilərsən” deməyə bənzəyir. Xeyrə vəsilə olan xeyr işləmiş olduğu kimi, şərə vəsilə olan da günah işləmiş olar. Məsələn, içki içən günaha girdiyi kimi içki satan da günaha girər. Bir hədisi-şərif məalı belədir:
“Bu on şəxs lənətlənmişdir: Şərab üçün üzüm sıxan, sıxdıran, içən, daşıyan, özü üçün daşıtdıran, paylayan, satan, pulunu yeyən, satın alan, özü üçün satın alınan”. [Tirmizi]
Bidət işləyən, bidəti yayan, onları himayə edən, yəni qoruyan, kitablarını satan da eyni günaha girər. Bir hədisi-şərif məalı belədir:
“Bidət əməl çıxardana da, onu himayə edənə də lənət olsun!” [Buxari]
Kimyayı-Səadət kitabında deyilir ki: Dini məsxərəyə qoyanlara, yalan-yanlış kitab yazaraq dini yıxmağa çalışanlara kağız satmaq günahdır. (S. Əbədiyyə)
Pozuq kitab yazanlara kağız satmaq günah olduğuna görə pozuq kitabları satmaq daha böyük günah olar. Doğru din kitablarını isə dinə xidmət üçün qazancsız satmaq uyğun olar.
Hazır bizbes (3D kitab ticarəti)
Azərbaycanda bir ilk olacaq 3d kitab ticarəti üzrə fəaliyyət göstərən beynəlxalq şirkətin azərbaycan üzrə təmsilçiliyi və eksklyuziv nümayəndəliyi. Hazır çap edilmiş məhsullar, geniş satış şəbəkəsi (22 mağaza), online magaza və s. Hazır biznes satılır. Anbarda olan mal qalığının maya dəyəri 25000 manatdır. Mal qalığından əlavə olaraq çap ediləcək kitablara aid 11000 ədəd aktivləşdirmə lisenziyası da (ümumi dəyəri 8000 USD) verilir.
Bakı 29 Yanvar 2019 1503 dəfə Mənbə: tap.az
A
Anar Rasulov
Elanın vaxtı bitmişdir
Seçilmişlərə əlavə et
Oxşar Elanlar
Kitab rəfi
185 10 Mart
Clopos Restoran Sistemi
Clopos Reklam
Kitab
9 11 Mart
Hazır biznes
6 500 12 Mart
Kitab Dolabı
190 10 Mart
3D qələm
19 28 Fevral
“Sony” 3D eynəyi
15 5 Fevral
Kitab rəfi
75 25 Yanvar
3d monitor
15 2 Fevral
Kitab
5 25 Fevral
Kitab altlığı
2.50 16 Fevral
Kitab rəfi
180 11 Mart
3D qələm
28 16 Fevral
3D qələm
28 16 Fevral
3D qələm
28 27 Fevral
Kitab boyunbağı
13 Dünən
3D ekran böyüdücü
25 2 Fevral
3d puzzle
25 3 Mart
3D çap xidməti
5 11 Mart
Kitab
30 Bu həftə
Hazır biznes satılır
15 000 23 Yanvar
3D qələm filament
1.50 5 Fevral
3D layner
7 27 Fevral
Kitab
3 20 Fevral
Ödənişli xidmətlər
Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!
Ödənişli xidmətlər
Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!
Elanı sil
Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim
Telefon: (012) 566-74-58
Haqqımızda
Yardımçı linklər
Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır
© UcuzTap bir şirkət məhsuludur
Comments are closed, but trackbacks and pingbacks are open.