Azərbaycan dili-Riyaziyyat 5-6-7
Biri var idi, biri yox idi, keçmiş zamanlarda Nəbi adlı varlı bir kişi vardı. Bu kişinin dövləti, varı, malı, qoyunu başından aşırdı, ancaq övladı yox idi ki, öləndən sonra dövlətinə sahib dursun. Bu kişi həmişə övlad həsrətilə yaşayırdı. Onun ağıllı bir çobanı var idi. Günlərin bir günü Nəbi kişinin çobanı sürünü haylayıb uca bir dağın ətəyinə gətirdi. Birdən duman, çiskin hər tərəfi bürüdü, ətraf gecə kimi qaranlıq oldu. Çoban qoyunların içində dayandı. Bir az sonra duman çəkildi, hava işıqlaşdı, ancaq elə bir tufan qopdu ki, çoban üzüqoylu yerə uzandı, qoyunlar bir yerə toplandılar. Tufan kəsildi. Çoban gördü ki, sürünün içində təzə anadan olmuş bir uşaq var, uşağın təpəsində bircə gözü var. Çoban qoyunların birini sağıb uşağa içizdirdi. Axşam oldu. Çoban uşağı keçəyə büküb evə gətirdi, ağasının arvadına verdi. Ağası və arvadı çox şad oldular. Arvad uşağı öz uşağı kimi saxlamağa başladı.
Ahəng qanunu
Ümumiyyətlə, iltisaqi dillərdə,xüsusən türk dillərində və o cümlədən Azərbaycan dilində ahəng, həmahəngləşir. Elə buna görə də son zamanlara qədərki dilçilik ədəbiyyatında sinharmonizm istilahı ilə bu hadisə ancaq “saitlər ahəngi”(rus dilində yazılmış ədəbiyyatda qarmoniya qlasnıx) kimi izah edilmiş və beləliklə də,”ahəng qanunu” təkcə sait səslərin həmcinsləşməsi kimi birtərəfli anlaşılmışdır.
Əslində isə türk dillərində başlanğıcdan,hətta ,söz köklərində səslərin uyuşması -həmcinsləşməsi hadisəsi təkcə saitlərdə,deyil s amitlərində bir çoxunda ,eləcədə sait və samitlərin münasibətində müəyyən şəkildə təzahür etmişdir və bunların izi indi də türk dillərində,o cümlədən Azərbaycanda qalmaqdadır.
Bütün bunların nümunələrini Orxon -Yenisey kitabələrində, uyğur dilində yazılmış ilk mənbələrdə müşahidə etmək mümkün olduğu kimi, indiki türk dillərinin bir çoxunun orfoqrafiya qaydalarında da görmək mümkündür. Belə bir cəhəti də qeyd etməliyik ki ,XI əsrin böyük türkoloq-dilçisi Mahmud Kaşqari bu hadisəni müşahidə etmiş və ahəng qanununun həm samitlərə,həm də saitlərlə samitlər əlaqəsinə aid olduğunu təsbit edən misallarla yanaşı bu qanun haqqında ağla batan izahat da vermişdir.Hətta M. Kaşqari bu qanunla əlaqədar olaraq kəlmələri, şəkilçiləri qaflı və kaflı (yəni tərkibində q olanlar və tərkibində k olanlar) deyə iki qurupa bölmüş,məsdər şəkilçisinin qaflı kəlmələrdə -maq, kaflı kəlmələrdə isə -mək, olduğunu xüsusi qeyd etmişdir .
Bütün bunları nəzərə aldıqda ahəng qanununu dar mənada ,yəni təkcə saitlər ahəngi mənasında deyil ,ki ,həmdə saitlərlə samitlər ahəngi kimi başlıca üç növdə geniş dairəli bir qanun kimi başa düşmək lazımdır .
Burada belə bir cəhəti də yada salar ki ,Azərbaycan dilinin müxtəlif şivələrində bu və ya digər dildə bu qanun müəyyən dərəcədə yaşayır və öz hökmünü saxlayır.Azərbaycan ədəbi dilində ahəng qanunu yalnız söz köklərində deyil, daha çox sözlərə bitişən şəkilçilərdə özünü göstərir .Ahəng qanunu ,hər zaman sonra gələn hecadakı səsin, ondan əvvəl gələn hecadakı səslə ,cinsinə görə uyğunlaşması şəklində təzahür edir. Burada dilarxası səslərindın sonra dilarxası səslərin ,dilönü səslərindən sonra dilönü səslərinin, eləcə də karlardan sonra kar, cingiltilərdən sonra cingiltili səslərin sıralanması bu qanunun əsasını təşkil edir.Buna görə də ahəng qanunu əsasən irəli uyuşmanın qanuniləşmiş bir növüdür.
Beləliklə, demək oiar ki, ahəng qanunu sözdəki səslərin həmcinsləşmə,həmahəngləşmə yolu ilə uyuşmasıdır .
- Saitlərahəngi (uyuşması).
- Saitlərlə samitlərin ahəngi (uyuşmas).
- Samitlər ahəngi ( uyuşmas).
- Dil ahəngi -dilə görə fərqlənən saitlərin uyuşması .
- Dodaq ahəngi -dodağa görə fərqlənən saitlərin uyuşması .
- Arxa sıra ahəngi (qalın saitlər ahəngi).
- Ön sıra ahəngi (incə saitlər ahəngi).
Azərbaycan dili-Riyaziyyat 5-6-7
Salam mən 5-6-7 sinif azərbaycan dili və riyaziyyat tapşırıqlarının bütün cavalarını və həllini haradan tapa bilərəm?
Lütfən cavablarınızı aşağıya yazın.
Sualı verdi: Iki deli 22 ( 20/09/2018 )
Kateqoriya: Sual . Azərbaycan dili riyaziyyat. Qısa keçid.
Bu suala hələ ki cavab yoxdur
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Cavab verin
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Üzvlər üçün giriş
Elan qutusu
Son cavablar və şərhlər
Software Developer cavab verdi – Kargo şirkətləri (4 saat əvvəl)
benzolos10 cavab verdi – Saytların qurulması üzrə şirkət (4 gün əvvəl)
SN cavab verdi – WooCommerce API attributlar (5 gün əvvəl)
Software Developer cavab verdi – import 21 yazısı gəlib mənə gömrük dən ne demekdi (6 gün əvvəl)
Software Developer cavab verdi – EBay-dan ğələn mal metal axtaran (6 gün əvvəl)
E. Hacı cavab verdi – WooCommerce API attributlar (7 gün əvvəl)
SN cavab verdi – WooCommerce API attributlar (7 gün əvvəl)
E. Hacı cavab verdi – WooCommerce API attributlar (7 gün əvvəl)
Software Developer cavab verdi – Saytların qurulması üzrə şirkət (8 gün əvvəl)
SN cavab verdi – WooCommerce API attributlar (8 gün əvvəl)
E. Hacı cavab verdi – WooCommerce API attributlar (9 gün əvvəl)
Israfil cavab verdi – Saytda aylıq ödəniş sistemi qurmaq (10 gün əvvəl)
E. Hacı cavab verdi – Azeri Online Loto oyunu saytı (11 gün əvvəl)
Güvn nşriyyatı azrbaycan dili 5 6 sinif
Biri var idi, biri yox idi, keçmiş zamanlarda Nəbi adlı varlı bir kişi vardı. Bu kişinin dövləti, varı, malı, qoyunu başından aşırdı, ancaq övladı yox idi ki, öləndən sonra dövlətinə sahib dursun. Bu kişi həmişə övlad həsrətilə yaşayırdı. Onun ağıllı bir çobanı var idi. Günlərin bir günü Nəbi kişinin çobanı sürünü haylayıb uca bir dağın ətəyinə gətirdi. Birdən duman, çiskin hər tərəfi bürüdü, ətraf gecə kimi qaranlıq oldu. Çoban qoyunların içində dayandı. Bir az sonra duman çəkildi, hava işıqlaşdı, ancaq elə bir tufan qopdu ki, çoban üzüqoylu yerə uzandı, qoyunlar bir yerə toplandılar. Tufan kəsildi. Çoban gördü ki, sürünün içində təzə anadan olmuş bir uşaq var, uşağın təpəsində bircə gözü var. Çoban qoyunların birini sağıb uşağa içizdirdi. Axşam oldu. Çoban uşağı keçəyə büküb evə gətirdi, ağasının arvadına verdi. Ağası və arvadı çox şad oldular. Arvad uşağı öz uşağı kimi saxlamağa başladı.
Biri var idi, biri yox idi, bir tülkü var idi. Günlərin birində tülkü baba quyruğunu belinə qoyub çöldə gəzirdi ki, görsün quşdan, cəmdəkdən bir şey taparmı, yesin. Çox gəzdi, çox dolandı, axırda gəlib çıxdı bir quyunun başına. Boynunu uzadıb əyildi, quyuya baxdı. Gördü quyunun dibinə bir parça ağappaq quyruq düşüb. Tülkü sevindiyindən oynamağa başladı. Uzun quyruğunu yerlə sürüyə-sürüyə bir xeyli oynadı. Sonra öz-özünə dedi: “Yaxşıca əlimə quyruq düşüb, onu yeməsəm, heç hara getməyəcəyəm”. Tülkünün ağzının suyu axmağa başladı. Elə bil quyruq çağırıb ona deyirdi: “Tülkü baba, gəl məni ye, tülkü baba, gəl məni ye”.
Bir mahal vardı yer üzündə. Laləli, ceyranlı, turaclı düzləri, yamaclı dağları, durnagözlü bulaqları, marallı, əlikli meşələri baxanı heyran qoyurdu. İlxı-ilxı atları, sürü-sürü qoyunları saya gəlməzdi onların. Öz halal zəhmətləri ilə əkər, biçər, yaşayardılar bu dünyada. Kimsənin varında, dövlətində gözləri olmazdı bu tayfanın. Dəliqanlı igidləri at belində quş kimi səkər, qılınc oynadardılar.
Bu mahal ağsaçlı bir müdrik insanı başçı seçmişdi özünə. Adına Böyük ata deyirdi hamı. Bir sözünü iki edən olmazdı dünya dağılsaydı. Hörməti hörmət, ehtiramı ehtiram idi Böyük atanın. Qan-qada ilə işi olmazdı onun.
– Davanızı dağla-daşla edin, igidlərim, – deyərdi həmişə. – Qaya yarın, yol çəkin dağlara, səhralara su çıxarın. Qan axıtmayın, tər axıdın canınızdan. İşiniz onda yüngül olar, təriniz sünbül olar, – deyərdi həmişə.
Belə deyirlər ki, bir bağban varmış. Bu bağbanın gözünün ağıqarası bir oğlu varmış. Bu bağban oğluna yaxşı tərbiyə veribmiş. Bir gün bağban həyətində yer belləyəndə bir qara ilanla ağ ilanın bir-birinə sarmaşıb yatdığını görür. Bağbanın ağ ilanın qara ilanla sarmaşıb yatdığına acığı tutur, o bel ilə qara ilanı vurmaq istəyir, bel ağ ilana dəyir. Qara ilan qaçıb gedir. Bağban ağ ilanı torpağa basdırıb evinə gedir. Bu hadisədən neçə illər keçir. Bağbanın oğlu böyüyür. Onun evlənmək vaxtı gəlib çatır. Bağban kənd ağsaqqallarını yığıb məsləhət eləyir. Ağsaqqalların biri bağbana deyir ki, toy elə, amma ehtiyatlı ol. Gəlini evə salanda qapıda dur, içəri hər adamı buraxma. Bağban toy edir, gəlini gətirəndə qapıda durur. İçəri heç kəsi buraxmır. Qara ilan gəlinin donunun altında içəri keçir. Gecə neçə dəfə istəyir ki, bağbanın oğlunu çalsın, eşikdəki adamların bağbana etdikləri duanı eşidib, oğlanı çalmır. Səhər olur. Həmin ağsaqqal kişi səhər tezdən bağbanın evinə gəlir. Bağbandan soruşur ki, bir hadisə baş verməyib ki? Bağban söyləyir ki, yox. Ağsaqqal deyir:
Belə deyirlər ki, bir kənddə bir kişi varmış. Bu kişinin daxmasının ətrafı bağ-bağat imiş. Kişi həmişə tezdən durub bağ-bağatla məşğul olarmış. Bir səhər adəti üzrə yenə də bağa çıxır. Hava da yavaş-yavaş istiləşməyə başlayır. Kişi görür ki, bir böyük ilan daşın üzərində qıvrılıb özünü günə verir. İstəyir öldürsün, ilan fışıltıyla daşların arasında görünməz olur.
Kişi bu əhvalatı qoca adamlara danışır. Ona məsləhət edirlər ki, ilana toxunmasın. O, ocaq ilanıdır. Yurdun bərəkətidir. Onu incidib eləsə, küsüb gedər, yurdun bərəkətini də özü ilə aparar. Əgər öldürsə, böyük bəla üz verər. Çünki onlar yeddi qardaş olurlar. Harada olsalar, gəlib öz qardaşlarının intiqamını alarlar.
Biri var idi, biri yox idi, Hatəm adlı bir cavan oğlan var idi. O, anası ilə birlikdə yaşayırdı. Hatəmin bir iti, bir keçisi, bir toyuğu var idi. Bütün ili hər gün toyuq bir yumurta, keçi də bir sərnic süd verirdi. Bu südlə yumurta ana-balanı el-elə, baş-başa dolandırırdı. Hatəm toyuğa sarı buğda, keçiyə qara yonca, itə isə san fətir yedirirdi.
Keçi hər il dörd dişi bala doğurdu. Amma onun balaları böyüyüb ərsəyə çatan kimi qurd oğurlayıb yeyirdi. Yazıq keçi həmişə gözünün yaşını axıdıb bala üzünə həsrət qalırdı. Hatəm nə qədər çalışırdısa da qurdu tapa bilmirdi. Keçinin bir qoyun bacılığı var idi. Hər gün otlağa gedəndə bacılığı onun yanına gəlib qəmini dağıdırdı. Keçi gününü bu bacılığı ilə keçirirdi. Günlərin bir günü keçi yenə otlağa çıxmışdı. Bir göy çəmənlikdə otlayırdı. İt də önun yanında idi. Bir de gördü budu, bacılığı ağlaya-ağlaya gelir. Keçi soruşdu:
Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri – adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar. Dedilər:
– Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx meşənin uca dağın axırıncı dənizin arxasında idi. Ora yalnız quşlar gedib çıxırdı. Yerin sakinləri Tovuzquşunu seçdilər. Dedilər:
– O, çox gözəldir. Günəş onun sözünü yerə salmaz.
Biri var idi, biri yox idi. Günlərin bir günündə bir padişah var idi. Bu padişahın üç oğlu vardı. Günlərin bir günündə üç qardaş bir-birinə diyirlər:
– Gəlin, atamıza xəbər yollayaq ki, biz yetişmişik.
Qardaşlar bazara çıxıb üç dənə qovun alırlar. Bu üç qovunun biri lap yetişmiş, o biri miyanə, üçüncisi alababat. Bu üç qovunu qızıl məcməyəyə qoyub ataları üçün yolladılar. Padişah qovunu görüb tez vəziri çağırtdırdı:
– Vəzir bu qovunlar nə olan işdir?
Biri varmış, biri yoxmuş. Meşə Göyərçini bir yaz günü su içməyə getdi. Gördü bir Qarışqa suya düşüb çapalayır. Göyərçin tez Qarışqanın köməyinə gəldi. Dimdiyinə bir yarpaq alıb suya atdı. Amma yarpaq Qarışqadan xeyli uzağa düşdü. Çayın axarı Qarışqanı xeyli uzağa apardı. Bu dəfə Göyərçin caynağına çöp alıb onu suya atdı. Qarışqa tez çöpə dırmaşdı. Beləliklə, o ölümdən qurtardı. Sahilə çıxanda Qarışqa Göyərçinə dedi:
-Məni ölümdən qurtardın. Bir gün olar, mən də sənə kömək edərəm.
Biri var idi, biri yox idi, qədim zamanlarda bir qız var idi, adı Fatmaxanım idi. Fatmaxanımın öz anası rəhmətə getmişdi. Atası ayrı bir arvad almışdı. Fatmaxanım ögey ananın əlində qalmışdı. Ögey ana Fatmaxanımla çox pis rəftar edirdi, deyirdi ki:
– İlanın acığı yarpızdan gedəndə, mənim acığım, ay qız, səndən gedir. Səni görməyə gözüm yoxdu.
Səhərdən axşama hər nə iş olsaydı, Fatmaxanıma gördürərdi. Bu arvadın qabaqkı ərindən bir qızı vardı ki, özüylə Fatmaxanımgilə gətirmişdi. Arvad öz qızına təmiz paltar geydirərdi və qoymazdı əlini ağdan qaraya vursun. Şam vaxtı bir az quru çörək qoyardı Fatmaxanımın qabağına və deyərdi:
Comments are closed, but trackbacks and pingbacks are open.