Bölmə 6. Kompüter sistemlərinin proqram təminatı
nüsxələşdirici, yəni ehtiyat nüsxə yaradan xidmətedici proqramlar nəzərdə tutulur. Aktiv müdafiə vasitələri kimi antivirus proqram təminatından istifadə edilir. Verilənləri icazəsiz müdaxilədən qorumaq üçün kriptoqrafiyaya əsaslann xüsusi sistemlər mövcuddur.
Proqram təminatı və əməliyyat sistemlərinin quraşdırılması
Lisenziyalı proqram təminatı işinizin dayanmadan gedişatını təmin olunmasının zaminidir. Əməliyyat sistemləri və proqram təminatı təkcə fərdi kompüterlər üçün lazım olmur. Şirkətlər və müxtəlif cihazlar üçün skaner və printerlərdən müəyyən avadanlıqlara – paybox, terminallar, RFİD oxuyucuları, müşahidə kameralarına qədər şəbəkə rejimində işləmək məqsədilə nail olunmuş peşəkar irəliləyişlər var. İstənilən müasir sistem etibarlılıq və təhlükəsizlik prinsiplərinə uyğun gəlməlidir. Şirkətimizdən müəssisənin fəaliyyəti üçün zəruri olan hər bir şeyi əldə edə bilərsiniz. Bundan başqa, ixtisaslı mütəxəssislərimiz proqramların fəaliyyətində hər hansı problemlərdən müdafiə məqsədilə satın alınmış proqram təminatı yükləyəcəklər, və buna görə də təklif edirik.
Proqram təminatı vəƏməliyyat sistemlərinin quraşdırma xidmətləri
Kompüterin düzgün işləməsi üçün ona proqram təminatınıyükləmək lazımdır, və eləcə də, rahat işləməsi üçün bütün lazımlı proqramları vaxtında quraşdırmaq lazımdır. Şirkətimiz bu prosesin həyata keçirilməsində mütəxəssislərimizin xidmətlərini təklif edir. Hər bir şirkətin işində ən müasir proqramlara uyğun bir proqram təminatı quraşdırılmış kompüter qiymətləndirilir. Beləliklə, istifadəçi iş proseslərini onun üçün ən uyğun şəkildə həyata keçirə bilər. Əlavə olaraq, proqram seçimi sistemin nə qədər tez işləməsinə, həm də avadanlığın işləməsinə və rahatlığına daha çox təsir göstərir. Şirkətimizin mütəxəssislərindən ibarət qrupu, müxtəlif əməliyyat sistemlərini kompüter avadanlıqlarına quraşdırmaqla yanaşı, bütün əlaqəli proqramlar ilə əlaqədar geniş xidmətlər təqdim edə biləcəkdir. Təqdim etdiyimiz xidmətlər aşağıdakı kimi işləri əhatə edir:
- Mütəxəssisimiz əməliyyat sisteminizə (Windows, MacOS və ya Linux) uyğun olan proqramlarıyükləyib quraşdıracaq;
- Şirkətimiz, həmçinin, kompüterin komponentlər və periferik cihazlarla işləməsi üçün lazımlı drayverlərin mövcudluğunu yoxlayacaq, proqram təminatının düzgün işləməsini tənzimləyəcək;
- Ustalarımız ümumiyyətlə kompüter aləmində “soft” adlandırılan tətbiq proqramlarını quraşdıracaq və onların ayarlanmasını edəcəkdir. Buraya çoxlu sayda proqram təminatı daxildir – ofis paketləri, antivirus proqramları, kommunikasiya proqramlar, qrafik tipli redaktorlar və s.
Əməliyyat sistemlərinin quraşdıran mütəxəssislərə müraciətin üstünlükləri
Proqramların daim yenilənməsi, antivirus proqramının konfiqurasiyası və kompüterlərin yavaşlanması səbəbindən daxili proseslərin sürətinin zəifləməsi ilə bağlı problemlərlə qarşılaşsanız, “NewTech” şirkətimizə müraciət edə bilərsiniz. Yüksək təcrübəli mütəxəssislərimizsadəcə proqram quraşdırılmasını yox, həm dəproqramın xətasız işləməsi üçün onları ayarlayıb tənzimləyəcəkdir. Bu xidmətin mürəkkəblik səviyyəsiişin keyfiyyətinə və operativliyinətəsir etməyəcəkdir. Şirkətimizə müraciət edərək aşağıdakıları əldə etmiş olacaqsınız:
- Proqram təminatı vəƏməliyyat sistemlərinin, qrafika ilə işləmək üçün proqramlar, ofis paketləri, antivirus proqramlarının yüksək keyfiyyətli və sürətli quraşdırılması. Bundan yararlanmaq üçün xidmətlə əlaqədar yalnız saytımızda sorğu göndərmək kifayətdir;
- Şirkətimizdən bir mütəxəssis dərhal və təxirə salınmadan kompüterinizi diaqnostika edəcək,məhz hansı proqramların quraşdırılmasının məqsədəuyğun olması barədə tövsiyələrini verəcəkdir.
Bölmə 6. Kompüter sistemlərinin proqram təminatı
Proqram – məsələnin həll alqoritminin kompüterin anladığı dildə yazılmış əmrlər və ya operatorlar ardıcıllığıdır. Hər bir kompüter proqramının son məqsədi aparat vasitələrnin idarə edilməsindən ibarətdir.
Məs ə l ə lə r in k o m püt e r d ə n or m al hə ll i ü ç ü n pr o qram sə hv lə r d ə n t ə m izl ə n m əli, ə la v ə i ş l ə n m ələrə e h t i y ac d u y m a m alı v ə m e v af i q s ə nə d l ə ş m ə y ə m alik ol m al ı dır. B u na gö rə d ə ko m pü t er d ə i ş lə m ək b a xı m ınd a n, ― pr o qr a m t ə m inat ı ‖ (so f t w a re) ter m ini t e z – t ez i st if a də e d il ir k i, b u d a ve r il ə n l ər i n e m ail s i s te m in i n fə a li yy ətinə dair pr o qra m lar, p r os e du r və qa y dalar, hə m çin i n s ə n ə dl ə ş m ələr ç o x lu ğ u dur.
Kompüterdə proqram və aparat təminatları qırılmaz əlaqədə və qarşılıqlı təsirdə işləyir. Hesablayıcı sistemin proqram təminatının tərkibi proqram konfiqurasiyası adlanır. Proqramlar arasında qarşılıqlı əlaqə mövcuddur. Belə ki,proqram təminatını təşkil edən əsas proqramlar çoxluğunun işi aşağı səviyyə proqramlarına əsaslanır.
Proqramlararası interfeys dedikdə, proqram təminatının bir-biri ilə əlaqəli olan bir- neçə səviyyədə paylanması nəzərdə tutulur. Proqram təminatının səviyyələri bir piramida təşkil edir ki, burada da hər bir səviyyə özündən əvvəlki səviyyələr üzərində yerləşir. Bu piramidanın zirvəsində tətbiqi səviyyə, bunun altında xidmətedici səviyyə, bunun altında sistem səviyyəsi və piramidanın oturcağında baza səviyyəsi yerləşir.
Baza səviyyəsi.
Baza səviyyəsi proqram təminatının ən aşağı səviyyəsidir. Bu səviyyə baza aparat vasitələrinin qarşılıqlı fəaliyyətini təmin edir. Baza proqram təminatı baza aparat təminatının tərkibində yerləşərək sabit yaddaş qurğusunun xüsusi mikrosxemlərində saxlanır və BİOS adlanan baza giriş-çıxış sistemini əmələ gətirir. Proqramlar və verilənlər sabit yaddaş qurğusuna istehsal mərhələsində yazılır və istismar zamanı dəyişdirilmir.
Sistem səviyyəsi.
Sistem səviyyəsi keçici səviyyədir. Bu səviyyənin proqramları kompüterin digər proqramlarının baza səviyyəsinin proqramları və bilavasitə aparat təminatı ilə qarşılıqlı fəaliyyətini təmin edir. Bütövlükdə hesablayıcı sistemin istismar göstəriciləri sistem səvyyəsinin proqramlarından asılıdır. Kompüterə yeni avadanlığın qoşulması zamanı sistem səviyyəsində həmin avadanlıqla qarşılıqlı fəaliyyəti təmin edən bütün proqramlar qurulmalıdır. Konkret qurğularla qarşılıqlı fəaliyyət yaratmaq üçün nəzərdə tutulan proqramlar drayver adlanır. Sistem səviyyəsinin digər sinif proqramları istifadəçi ilə qarşılıqlı fəaliyyəti təmin etmək üçündür. Bu proqramlar verilənləri hesablayıcı sistemə daxil etməyə, sistemin işinə rəhbərlik etməyə və nəticələri münasib formada almağa imkan verir. Kompüterlə işin münasibliyi və məhsuldarlığı istifadəçi interfeysinin bu təminat vasitələrindən asılıdır. Sistem səviyyəsindəki proqram təminatı çoxluğu kompüterin əməliyyat sisteminin nüvəsini təşkil edir. Əmməliyyat sisteminin nüvəsinin mövcudluğu istifadəçinin hesablayıcı sisemdə praktiki işləyə bilməsi mkanı üçün ilk şərtdir. Əməliyyat sisteminin nüvəsi aşağıdakı funksiyaları yerinə-yetirir:
– yaddaşın idarə edilməsi;
-giriş-çıxış proseslərinin idarə edilməsi;
-fayl ssisteminin idarə edilməsi;
-proseslərin qarşılıqlı fəaliyyətinin və dispetçerlənməsinin təşkili;
-resursların istifadə edilməsinin uçota alınması;
-əmrlərin emalı və i.a.
Xidmətedici səviyyə.
Bu səviyyənin proqramları həm baza, həm də sistem səviyyələrinin proqramları ilə qarşılıqlı fəaliyyət göstərir. Xidmətedici proqramlar (utilitlər) kompüter sisteminin yoxlanması və sazlanması işlərinin avtomatlaşdırılmasını həyata keçirir, həmçinin sistem proqramlarının funksiyalarının yaxşılaşdırılmasını təmin edir. Bəzi xidmətedici proqramlar iş başlayan kimi əməliyyat sisteminin tərkibinə daxil olaraq onun nüvəsini genişləndirir. Lakin bunların əksəriyyəti əməliyyat sisteminin imkanlarını genişləndirmək üçün nəzərdə tutulan əməliyyat sisteminə nəzərən xarici proqramlardır. Yəni xidmətedici proqramların bir qismi əməliyyat sistemi ilə ineqrasiya edilir digər qismi isə ayrıca fəaliyyət göstərir.
Xidmətedici proqram vasitələrinin təsnifatı.
- Fayllar dispetçeri 117 . Fayl strukturlarına xidmət üzrə icra edilən əməliyyatların əksəriyyəti 118 bunların köməyi ilə icra edilir. Baza proqram vasitələri sistem səviyyəsinin proqramlarının tərkibində yerləşir və əməliyyat sistemi ilə birgə yüklənir.
- Verilənlərin sıxılması vasitələri 119 . Bunlar arxiv yaratmaq üçündür. Arxiv fayllarındakı informasiya daha sıx yerləşdiyindən 120 informasiya daşıyıcısından 121 daha səmərəli isttifadə etməyə imkan verir.
- Diaqnostika vasitələri. Bunlar proqram və aparat təminatlarının diaqnostikası proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Bu vasitələr səhvlərin düzəldilməsi vvə kompüter sisteminin işinin optimallaşdırılması üçün istifadə edilir.
- Proqramların qurulması 122 vasitələri. Bunlar cari proqram konfiqurasiyasına yeni
- Kommunikasiya vasitələri. Bunlar uzaq məsafələrdəki kompüterləri əlaqələndirmək, elektron poçtla xəbər ötürmək, faksimil məlumatları göndərmmək və s üçün nəzərdə tutulmuşdur.
- Baxışvətəkraryaratmavasitələri. Bunlar əsasən fayllarla işləmək üçün, onları öz
- Kompüter təhlükəsizliyi vasitələri. Bunlara: verilənlərin pozulmasına, onlara icazəsiz müdaxilə edilməsinə, baxış keçirilməsinə və dəyişdirilməsinə qarşı istifadə edilən aktiv və passiv vasitələr aiddir. Passiv müdafiə vasitələri dedikdə,
117 fayl menecerləri
118 faylın surətinin çıxarılması, yerinin dəyişdirilməsi, adının dəyişdirilməsi, katloqların (qovluqların) yaradılması, obyektlərin ləğv edilməsi, faylların axtarılması və fayl daxilində naviqasiya və s.
119 arxivatorlar 120 yazıldığından 121 yaddaşdan
nüsxələşdirici, yəni ehtiyat nüsxə yaradan xidmətedici proqramlar nəzərdə tutulur. Aktiv müdafiə vasitələri kimi antivirus proqram təminatından istifadə edilir. Verilənləri icazəsiz müdaxilədən qorumaq üçün kriptoqrafiyaya əsaslann xüsusi sistemlər mövcuddur.
Tətbiqi səviyyə.
Bu səviyyənin proqram təminatı istehsal, yaradıcılıq, əyləncə və öyrətmə məsələlərinin həlli üçün nəzərdə tutulmuş tətbiqi proqramlar kompleksindən ibarətdir. Tətbiqi proqramlarla sistem proqramları arasında sıx qarşılıqlı əlaqə mövcuddur.
Hesablayıcı sistemin universallığı, tətbiqi proqramlara əlçatanlıq və kompüterin funksional imkan genişliyi mövcud əməliyyat sisteminin tipindən, onun nüvəsində yerləşdirilmiş sistem vasitələrindən və insan-proqram-avadanlıq kompleksinin qarşılıqlı təsirindən bbirbaşa asılıdır.
Tətbiqi proqram təminatının təsnifatı
- Mətn redaktorları. Mətn redaktorunun əsas funksiyaları – mətn verilənlərinin daxil edilməsi və redaktə olunmasıdır. Verilənlərin daxil edilməsi, çıxarılması və saxlanması üçün mətn redaktoru sistem proqram təminatından istifadə edir. Proqram təminatı ilə tanışlıq və kompüterlə işləmək vərdişlərinə yiyələnmək tətbiqi proqramların bu sinfi ilə başlayır.
- Mətn prosessorları. Bunlar mətni formatlaşdırmağa, başqa sözlə, rəsmi formaya gətirməyə imkan verir. Mətn prosessorlarının əsas vasitələri hazır sənədin tərkib hissələri olan mətn, şəkil, cədvəl və digər obyektlərin qarşılıqlı təsirini, həmçinin redaktə və formatlaşdırma işinin avtomatlaşdırılmasını təmin edirlər. Sənədlərlə işləməyin müasir stili (üslubu) 2 yanaşmadan ibarətdir: 1) kağız sənədlərlə iş, 2) elektron sənədlərlə iş. Bu sənədlərin formatlaşdırılması metodları fərqli olsa da mətn prosessorları hər iki sənədi uğurla işləməyə imkan verir.
- Qrafik redaktorlar. Qrafik şəkillərin yaradılması və emalı üçün nəzərdə tutulmuş geniş proqramlar sinfi mövcuddur. Bunların 3 kateqoriyası fərqləndirilir: 1) rastr redaktorları, 2) vektor redaktorları, 3) 3-D redaktorları –(üçölşülü qrafika).
barədəki informasiyadan daha vacibdir. Bu yanaşma fotoqrafiya və poliqrafiya (mətbəə) şəkilləri üçün xarakterikdir.
- Verilənlər bazasının idarə edilməsi sistemləri (VBİS-lər). Verilənlər bazası dedikdə, cədvəl strukturları şəklində təşkil edilmiş iri verilənlər massivləri nəzərdə tutulur. VBİS-in əsas funksiyaları aşağıdakılardan ibarətdir:
-verilənlərin strukturlara doldurulması və digər bazalarda olan cədvəllərdən verilənlərin idxal edilməsi vasitələrinin mövcud olması;
-verilənlərə müraciət imkanı və axtarış və filtrasiya vasitələrinin mmövcud olması.
Şəbəkə texnologiyalarının geniş yayılması ilə bağlı olaraq müasir VBİS-lərdən uzaqda (İnternet serverlərində) yerləşən paylanmış resurslarla işləmək imkanıın olması tələb edilir.
- Elektron cədvəllər. Bunlar müxtəlif tip verilənlərin saxlanması və emalı üçün vasitələr kompleksi təqdim edir. Əsas aksent verilənlərin dəyişdirilməsinə yönəldilsə də ədədi verilənlər üzərində işləmək üçün geniş spektrdə vasitələrə malikdir. Elektron cədvəllərin əsas xüsusiyyəti riyazi və ya məntiqi düsturlarla verilmiş əlaqələndirilmiş yuvaların məzmununu avtomatik dəyişdirə bilməkdir. Elektron cədvəllər mühasibat uçotunda, maliyyə və ticarət bazarlarının təhlilində, iri həcmli ədədi verilənlərin müntəzəm təkrarlanan hesablamalarının avtomatlaşdırılmasında geniş tətbiq edilir.
- Avtomatlaşdırılmış layihələşdirmə sistemləri (SAD-sistemlər). Bunlar layihə- konstruktor işlərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. SAD-sistemlər maşınqayırmada, cihazqayırmada, memarlıqda tətbiq edilir. Bu sistemlər qrafik işlərlə yanaşı sadə hesablamalar aparmaq, verilənlər bazasında mövcud olan hazır konstruktiv elementləri seçmək imkanı da verir. SAD-sistemlərin əsas xüsusiyyəti
avtomatik təmin etməkdən ibarətdir. Layihə işlərinin avtomatlaşdırılmış sistemi (rusca-САПР) çevik istehsal sistemlərinin (ÇİS-lərin) və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinin (TP AİS-lərin) zəruri komponentidir.
- Stolüstü nəşriyyat sistemləri. Bunlar poliqrafiya məhsullarının səhifələnməsi (verstka edilməsi) prosesini avtomatlaşdırmaq üçündür. Nəşriyyat sistemləri mətnin səhifə parametrləri ilə və qrafik obyektlərlə qarşılıqlı təsirin idarə edilməsi üzrə geniş tərkibdə vasitələrə malik olsalar da, mətnin daxil edilməsi və redaktə işinin avtomatlaşdırılması imkanları üzrə xeyli zəifdir. Bunlar adətən əvvəlcədən mətn və qrafik redaktorlarda işlənilmiş sənədlərə tətbiq edilir.
- HTML redaktorları (Web-redaktorlar). Bunlar mətn və qrafik redaktorların imkanlarını özündə birləşdirən xüsusi sinif redaktorlardır. Bu redaktorlar İnternetin veb-səhifələrini yaratmaq və redaktə etmək üçün nəzərdə tutulmuşdur. Bu sinfə aid olan proqramlar elektron sənədlərin və multimediya məhsullarının hazırlanmasında istifadə edilir.
- Brauzerlər (Veb-sənədlərə baxış vasitələri). Bunlar HTML formatında yaradılmış elektron sənədlərə baxış keçirmək üçündür. Brauzerlər mətn və şəkilləri təkrar yaratmaqla yanaşı, musiqi, insan danışığı, radioverilişləri, video konfranslar səsləndirmək, elektron poçtla işləmək imkanı da yarada bilir.
- Avtomatlaşdırılmış tərcümə sistemləri. Elektron lüğətlər və dildən-dilə tərcümə proqramları fərqləndirilir. Elektron lüğətlər sənəddəki ayrı-ayrı sözləri tərcümə etmək üçün olan proqram vasitələridir. Bunlar sərbəst mətn tərcüməsi ilə məşğul olan peşəkar tərcüməçilər tərəfindən istifadə edilir. Bu proqramlar bir dildə daxil edilən mətni başqa dildə ekrana çıxarıaraq tərcümə işini avtomatlaşdırır. Avtomatlaşdırılmış tərcümədə keyfiyyətli bədii tərcümə mətni almaq çətindir. Çünki burada tərcümə ayrı-ayrı leksik vahidlərin tərcüməsi yolu ilə əldə edilir. Texniki mətnlərin tərcüməsi xeyli keyfiyyətli alınır.
-xarici dili mütləq şəkildə anlamadıqda:
-sənədlə tez tanış olmaq zərurəti yarandıqda;
-xarici dilə tərcümə etmək lazım gəldikdə;
- İnteqrasiyaedilmişkargüzarlıqsistemləri. Bunlar rəhbərin iş yerinin avtomatlaş- dırılması üçün nəzərdə tutulmuş vasitələrdir. Xüsusi halda, bu funksiyalar sənədlərin yaradılmasından, redaktə edilməsindən və formatlaşdırılmasından, elektron poçt, faksimil və telefon rabitəsi funksiyalarının mərkəzləşdirilməsindən, müəssisədəki sənəddövriyyəsinin monitorinqindən və dispetçerləmədən, alt bölmələrin işinin koordinasiyasından, inzibati-təsərrüfat fəaliyyətinin optimallaşdırılmasından və operativ və sorğu informasiyasının göndərilməsindən ibarətdir.
- Mühasibatsistemləri. Bunlar mətn və cədvəl redaktorlarının, həmçinin VBİS-in funksiyalarını özlərində birləşdirmişdir. Mühasibat sistemləri ilkin mühasibat sənədlərinin tərtibi və uçotu, müəssisənin istehsal, təsərrüfat və maliyyə fəaliyyətinin yekunlarına dair müntəzəm hesabatların vergi orqanlarının, büdcədənkənar fondların və statistik uçot orqanlarının tələb etdikləri formada hazırlanmasının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
- Maliyyə-analitik sistemləri. Bunlar bank və birja strukturlarında istifadə edilir. Maliyyə-analitik sistemləri maliyyə və ticarət bazarlarında, habelə xammal bazarlarında gözlənilən situasyaya nəzarət etmək və proqnozlaşdırmaq, həmçinin cari hadisələri təhlil etmək və hesabat tərtib etmək işlərini avtomatlaşdırmaq üçündür.
- Ekspert sistemləri. Bunlar bilik bazalarındakı verilənlərin təhlili və istifadəçi sorğusuna uyğun cavabın verilməsi üçün nəzərdə tutulmuşdur. Ekspert sistemləri o halda istifadə edilir ki, qərar qəbulu üçün xüsusi geniş mütəxəssis biliyi tələb olunur. Bu sistemlər tibbdə, əczaçılıqda, kimyada, hüquqda və s istifadə edilir. Ekspert sistemlərinin istifadə edilməsi bilik mühəndisliyi adlanan elm sahəsi ilə əlaqədardır. Bilik mühəndisləri dedikdə, ekspert sistemlərinin layihələşdiriciləri ilə (proqramçılarla) elm və texnikanın konkret sahəsinə aid olan mütəxəssislər (ekspertlər) arasında əlaqə yaradan mütəxəssislər nəzərdə tutulur.
- Geoinformasiya sistemləri. Bunlar xəritəçəkmə və geodeziya işlərinin avtomat- laşdırılması üçündür. Bu sistemlər topoqrafik və aeroqrafik metodlarla alınmış informasiya ilə işləyir.
- Videomontaj sistemləri. Bu sistemlər video materialların rəqəmsal işlənməsi,
materiala səsin qoşulması, titr və subtitrlərin əlavə edilməsi üçün nəzərdə tutulmuşdur. Bu sistemlərin bəzi kateqoriyaları tədris, sorğu və əyləncə sistemləri və proqramları şəklində mövcuddur. Bunların xarakterik cəhəti geniş spektrdə multimediya vasitələri ilə təcchiz olunmasıdır.
- İnstrumentaldillərvəproqramlaşdırmasistemləri . Bu v a s i t ə l ə r y e n i p r o qra m lar ı n t ə r t i b e d il m əsi ü ç ü n n əzə r d ə t u t u l m uş d ur. Bu s i s t e m l ərin k ö m ə y i i l ə t ə r t i b e di l m iş pr o qra m ı k o m püter ― a n l a y ır‖ v ə m a ş ın k o d un da i cra e dir. H ər bir ə m r 1 v ə 0 – l a r sı r a s ı ş ə k l in d ə v e r i lir. Pro q ra m ın m a ş ın d i li n d ə y az ı l m a s ı q ə ti y y ən m üna s i b de y il d ir. B u na g ö r ə d ə p r o qr a m insa n a a y d ı n o l an d i l d ə, y əni i n s t r u m e n tal di l d ə, b a ş qa s özlə, al q o r it m ik d il d ə v ə y a pr o q r a m la ş d ır m a d i l in d ə t ə r t i b e d i l ir v ə s o nra t r a n sl y a to r a d l a n an x ü su si p r o q r a m va s i t ə s i l ə pr o qr a m m ətni m a ş ın ko d u na t ər c ü m ə e d i l i r k i , b u na da p r o qra m ın tra n sl y a s i y a e d il m əsi de y ilir. T r a n s l y ator l ar 2 ti p o lu r : 1 ) i n te r pr e t a to r lar v ə 2) k o m pil y ato r lar. İ nt e r p r et a t or p r o qra m d a kı b i r o per at o r u o x u y ur, t ə h l i l e d ir v ə h ə m in a n da icc r a e d ir. S o n ra n öv b ə ti o p e ra t oru ox u y ur v ə s. K o m pil y ator i s ə p r oq ra m ı t a m a m i l ə o x u y ub t ə h l i l e td i k d ə n s o n r a p r oq r a m ın icr a s ı na ba ş la y ır. İ n st r u m e n tal di l l ər a ş a ğı s ə v i y y əli ( m a ş ın di l i n ə y a x ı n ) v ə y ük s ə k s ə v i y y əli ( i n s a n di l i n ə y a x ı n) ol m a q la 2 q r u pa böl ü n ür. A ş a ğ ı s ə v i y y əli d i l l ə rə a sse m ble r l ər, y ük s ək s ə v i y y əli di l l ə rə is ə Pa s ca l , B a s i c, C / C++, V B d i l l əri v ə s a id dir. Pr o qra m la ş d ır m a si st e m l ər i n ə tr a n s l y ato r l ar d a n ə l a v ə, m ətn r e d a k t o r lar ı , y er b ə y er ( k o m p o n ov ka) e d i c i, st a n da r t proqra m lar k it a b x a na s ı, sa z la y ıcı, pr o qra m la ş d ı r m a n ın a v t o m atl a ş d ı r ıl m a s ı n ı v i z u a l la şd ır a n va si t ə l ər d a x il dir. Belə s i s t e m l ərə nü m u n ə ol a raq D e l p h i, V i s u a l Basic, C++, V i s u a l F ox P ro v ə s g ö s t ə r i l ə b i l ə r.
ELSEN INFORMATIKA
Kompüter digər qurğulardan fərqli olaraq onun üçün əvvəlcədən hazırlanmış proqrama uyğun işləyən və ona daxil olan informasiyanın təhlilinə aid istənilən əməliyyatları yerinə yetirən qurğudur . Odur ki, kompüter üçün onun başa düşəcəyi dildə və ətraflı əməllər ardıcıllığı, yəni proqram tərtib olunmalıdır. Proqram–maşının addım-addım yerinə yetirəcyi təlimatlar və yaxud əmrlər siyahısıdır. Kompüterdən istifadə etmək və onun tətbiq sahəsini genişləndirmək üçün onlar proqram təminatına malik olmalıdır. Proqram təminatı elə proqramlar kompleksidir ki, onsuz kompüterin işini təsəvvür etmək olmaz. Proqram təkcə konkret məsələni həll etmək üçün deyil, istifadəçi ilə kompüter arasında ünsiyyət yaratmaq, informasiya emalı prosesini idarə etmək, məsələnin həllində proqramçıya kömək etmək, səhvləri aşılayıb ona çatdırmaq və s. üçün lazımdır. Proqram təminatı kompüter istifadəçisinin araşdırdığı problem və məsələlərin həllini təşkil edən proqramlar yığımıdır.
İş üsuluna görə proqram təminatına daxil olan proqramlar üç kateqoriyaya bölünürlər:
1. Sistem proqramları . Belə proqramlar həmişə işə hazır vəziyyətdə olub yaddaşda saxlanılırlar. Onların əsas vəzifəsi kompüterin qurğuları və aparat hissəsi ilə iş prosesində istifadə edilən digər proqramlar arasında əlaqə yaratmaqdır. Belə proqramlara BİOS proqramını göstərmək olar;
2. Qeyri-rezident (adi) proqramlar . Ən geniş yayılmış kateqoriyalı proqramlardır. Bu proqramlar vasitəsilə istənilən növ məsələni kompüterdə həll etmək mümkündür. Bu proqramlar işlərini bitirdikdən sonra əməli yaddaş boşaldılaraq idarəetmə digər proqramlara verilir.
3. Rezident proqramlar . Belə proqramlar adi proqramlardan fərqli olaraq idarəetməni digər proqramlara ötürdükdə əməli yaddaşdan silinmirlər və onlar proqramların icrası qurtardıqdan sonra idarəetməni öz üzərinə götürürlər.
Kompüterdə istifadə olunan proqram təminatı funksional təyinatına görə üç qrupa bölünürlər:
1. İdarəetmə və müxtəlif köməkçi funksiyaları yerinə yetirən sistem proqram təminatı. Məsələn, istifadə olunan informasiyanın surətinin çıxarılması, kompüterdə qurğunun işçi vəziyyətdə olmasının yoxlanması və s.
2. Kompüterdə yeni proqramların yaradılmasını təmin edən proqramlaşdırma sistemləri və ya instrumental sistemlər;
3. İstifadəçinin müəyyən işlərini həyata keçirən tətbiqi proqramlar. Məsələn, mətn redaktorları, şəkil və qrafiklərin çəkilməsi və s.
Sistem proqram təminatı:
Sistem proqram təminatı kompüterdə informasiyanın emalı prosesini təşkil edir.
Sistem proqramları aşağıdakılardır:
1. Əməliyyat sistemləri;
2. Şəbəkə sistemləri;
3. Xidməti proqramlar və s.
Sistem proqramlarının vasitəsilə diskləri formatlaşdırmaq, kompüterə qoşulan xarici qurğuların parametrlərini təyin etmək, əməli yaddaş və digər qurğuları testdən keçirmək, çapı təşkil etmək, lokal və qlobal şəbəkələrlə əlaqə yaratmaq mümkündür.
Əməliyyat sistemləri sistem proqram təminatının əsasını təşkil edir. Əməliyyat sistemləri fərdi kompüterlərin vacib elementlərindən biridir. Əməliyyat sistemi kompüter qoşulduqda işə düşən, kompüterin bütün hissələrinin işləməsini təmin edən və informasiyanı idarə edən proqram sistemidir. Əməliyyat sistemi məlumatların saxlanması və onun emalının idarə edilməsi ilə yanaşı istifadəçi üçün də interfeysə malikdir.
Şəbəkə əməliyyat sistemləri lokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsilə əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Şəbəkə proqram təminatı paylanmış hesablama şəbəkəsinin ümumi ehtiyatlarını idarə edir. Ümumi ehtiyatlara yaddaş qurğuları, periferiya qurğuları, ortaq proqram təminatı və s., şəbəkə proqram təminatına isə Windows 2000 for Server, Windows NT Server, Netware, Windows for Workgroup və s. aiddir.
Əməliyyat sisteminin tərkibinə bir sıra işləri yerinə yetirən xidməti proqramlar daxildir. Bu proqramlar kompüterdən istifadəni və onun texniki xarakteristikalarını xeyli yaxşılaşdırır. Bu proqramlar kompüterin aparat hissəsinin işinə nəzarət edir, nasazlıqları aşkarlamağa, onların harada baş verdiyini müəyyənləşdirir, əməliyyat sisteminin nüvəsinə müraciət etməyə, proqramların xarici yaddaş qurğularından (disklərdən və viçesterdən) əməli yaddaşa yüklənməsinə, iş zamanı səhvləri düzəltməyə, proqram modulları arasında əlaqə yaratmağa, disklərin formatlaşdirilmasına və sair işlərin həyata keçirilməsinə imkan verir.
Xidməti proqramlara aşağıdakılar aiddir:
· interfeys proqramları;
· fayl, kataloq və qovluqlarla işləmə proqramları;
· antiviruslar;
· arxivləşdirmə proqramları;
· proqram örtükləri;
· qurğuların iş qabiliyyətini yoxlayan proqramlar;
· qurğuların işini idarə edən proqramlar – drayverlər;
· köməkçi proqramlar.
Xidməti proqramlar kompüterin istismarı zamanı aşağıdakı köməkçi funksiyaları yerinə yetir:
v kompüteri diaqnostika edərək nasazlıqları aşkar edir və imkan daxilində onları aradan qaldırır;
v arxivləşdirmə proqramları faylları sıxaraq həcmlərini kiçildir (ARJ, ZİP, WINZIP? WINRAR);
v antivirus proqramlar kompüterin viruslrla yoxlanmasının qarşısını alır və əmələ gələn virusları arada götürür (NOD32, Антивирус Касперского və s.).
İnstrumental proqramlar (Proqramlaşdırma sistemləri):
İnstrumental proqramlar və ya proqramlaşdırma sistemləri yeni proqram vasitələri (sistem və tətbiqi) yaratmaq üçün istifadə edilir. Proqramlaşdırma sistemləri maşın dilində deyil, istifadəçi üçün daha asan olan proqramlaşdırma dillərində işləməyi təmin edir.
Maşın dili çoxsaylı əmrlər ardıcıllığından ibarət kompüterin birbaşa başa düşə biləcəyi kodlarla işləyir. Lakin çoxsaylı istifadəçilər üçün bu dildə işləmək əlverişli deyildir. Ona görə də təbii dilə yaxın olan simvolik dillərdən istifadə olunur. Bu cür dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dilində yazılan proqramlar maşın dillərinə çevrilərək yerinə yetirilir.
Alqoritmik dillər yüksək səviyyəli dillər hesab edilir. Belə dillərdə tərtib olunan proqramlar istənilən kompüterdə işləyir və onlarla işləmək əlverişli və asandır. Çatışmayan cəhətləri kompüterin texniki xarakteristikalarının nəzərə alınmasının mümkün olmaması və icrasına daha çox vaxtın sərf edilməsidir.
Alqoritmik dillər aşağıdakı qruplara ayrılırlar :
· məntiqi məsələlərin həlli üçün;
· elmi-texniki və iqtisadi məsələlərin proqramlaşdırılması üçün;
· texnoloji proseslərin idarə olunması və modelləşdirilməsi məsələlərinin proqramlaşdırılması üçün.
Proqramlaşdırma dilində yazılan proqram yerinə yetirilmədən əvvəl translyator adlanan proqramlar kompleksinin köməyi ilə maşın dilinə çevrilirlər.
Translyatorlar iki üsulla təşkil oluna bilərlər: interpretasiya və kompilyasiya yolu ilə. Məhz buna görə də translyatoru uyğun olaraq interpretator və ya kompilyator adlandırırlar.
İnterpretator proqramın operatorlarını bir-bir təhlil edir və onu bütövlükdə yaddaşa yükləyir. Bu səbəbdən də proqramın işləmə vaxtı uzanır.
Kompilyator bütün proqramı maşın koduna çevirərək səhvlər haqqında məlumatları vaxtında istifadəçiyə çatdırır. Burada operatorların təhlili və maşın koduna çevrilməsi bir dəfəlik aparılır. Buna görə də kompüterin işləmə sürəti artır və proqramın icrası prosesdən asılı olmur. Nəticədə proqramın əməli yaddaşa yüklənməsinə ehtiyac duyulmur və əməli addaşdan digər məqsədlər üçün istifadə edilməsinə şərait yaranır.
Tətbiqi proqramlar
İnsan fəaliyyətinin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçün nəzərdə tutulan proqram təminatına tətbiqi proqramlar deyilir. Tətbiqi proqramlar iki hissədən ibarətdir:
Ø tətbiqi proqramlar paketi (TPP);
Ø standart proqramlar kitabxanası.
Tətbiqi proqramlar paketi müəyyən sinif məsələləri həll etmək üçün nəzərdə nəzərdə tutulmuş elə proqramlar kompleksidir ki, kompleksin komponentlərindən biri idarəedici rolunu oynayaraq, istifadə edilən bütün proqramların bir-biri ilə əlaqəsini təşkil etmiş olur.
Standart proqramlar kitabxanası isə riyazi funksiyaların hesablanması, standart məsələlərin həllini, verilənlərin emalını və sairə bu kimi işləri yerinə yetirən proqramlardır. Bu proqramlar əvvəlcədən hazırlanaraq istifadə üçün kompüterin yaddaşına yazılır.
Hal-hazırda ən çox istifadə edilən tətbiqi proqramlar aşağıdakılardır:
· kompüterdə mətnlərin hazırlanması-mətn redaktorları (WordPad, Microsoft Word);
· cədvəl verilənlərinin emalı-cədvəl prosessorları (Lotus 1-2-3, Microsoft Excel);
· nəşriyyat sənədlərinin hazırlanması-nəşriyyat sistemi (PageMarker? QuarkXpress);
· informasiya massivlərinin emalı-verilənlər bazasının idarə edilməsi sistemləri (Microsoft Access);
· təqdimatların (prezentasiyaların) hazırlanması (Microsoft Power Point);
· iqtisadi əhəmiyyətli proqramların hazırlanması (Финэксперт, Бухгалтерия 1С);
· videofilmlərin, şəkillərin yaradılması üçün proqramlar-qrafik sistemlər (Presto! Mr. Photo);
· verilənlərin statistik təhlili proqramları ( SPSS, Statistika);
· kompüter oyunları, öyrədici proqramlar, tərcümə proqramları və s. (Polyqlot, PROMT).
Tətbiqi proqramlar paketi hər hansı məsələ və ya məsələlər sinfi, həmçinin istifadəçilər üçün nəzərdə tutulan proqram vasitələrinin toplusu və ya kompleksidir.
Tətbiqi proqramlar paketi aşağıdakı əlamətlərə görə təsnif olunurlar:
§ tətbiq sahəsi və həll olunan məsələlər sinfinə görə;
§ informasiyanın işlənməsi üsullarına görə;
§ paketlərin reallaşmasın qaydasəna görə.
Tətbiqi proqramlar paketi tətbiq sahələri üzrə aşağıdakı kimi təsnif olunurlar:
§ əməliyyatlar sistemlərinin imkanlarını genişləndirən tətbiqi proqramlar paketi;
§ ümumi təyinatlı tətbiqi proqramlar paketi;
§ mühəndis, iqtisadi və sairə məsələlərin həlli üçün istifadə olunan tətbiqi proqramlar paketi.
İnformasiyanın işlənməsi üzrə tətbiqi proqramlar paketi üç qrupa bölünürlər:
§ üsulyönlü proqramlar paketi;
§ problemyönlü və ya problemlə bağlı proqramlar paketi;
§ texnologiyayönlü proqramlar paketi.
Üsulyönlü tətbiqi proqramlar paketi hər hansı üsulla (məsələn, simpleks üsulla xətti proqramlaşdırma məsələlərinin həlli) məsələlərin həlli üçün istifadə edilir.
Problemyönlü tətbiqi proqramlar paketi hər hansı problemlə bağlı (uçot, təhlil, audit və s.) məsələlərin həlli üçün istifadə edilir.
Texnologiyayönümlü tətbiqi proqramlar paketi informasiyaların işlənməsi texnologiyası və məlumatların icrası üçün nəzərdə tutulur.
Tətbiqi proqramlar paketlərini əməliyyatyönümlü və problemyönümlü paketlər kimi də fərqləndirmək mümkündür.
Əməliyyatyönümlü paketlər də öz növbəsində iki yerə bölünür:
· məlumatların işlənməsini təmin edən paketlər;
· məlumatların məntiqi-riyazi işlənməsini təmin edən paketlər.
Tətbiqi proqramlar ixtisaslaşmış və inteqrasiya olunmuş proqram paketlərinə bölünürlər. İxtisaslaşmış tətbiqi proqramlar paketi ayrıca sahə və ya ayrıca götürülmüş məsələnin həlli üçün təyin olunmuş və istifadə edilən proqram paketidir. İnteqrasiya olunmuş proqram paketləri ümumi təyinatlı tətbiqi proqramlar paketi funksiyalarına görə fərqləndirən, müxtəlif proqram paketlərini özündə birləşdirən tətbiqi proqramlar paketidir. Müasir inteqrasiya olunmuş tətbiqi proqramlar paketi tərkibinə mətn redaktorları, elektron cədvəllər, qrafiki redaktorlar, informasiya bazalarını idarəetmə sistemləri və kommunikasiya sistemləri daxildir. Buraya digər komponentləri əlavə etmək də olar. Müxtəlif komponentlərin inteqrasiya edilməsi istifadəçi imkanlarını genişləndirir.
Fərdi kompüterin proqram təminatı aşağıdakı sxemdə
Fərdi kompüterin proqram təminatı
Əməliyyat sisteminin köməyi ilə istifadəçi-kompüter dialoqu yaranır, əməli və daimi yaddaş qurğuları iş prosesinə qoşulur, kompüter idarə edilir və istənilən proqram işə düşür. Beləliklə, əməliyyat sisteminin əsas funksiyası kompüterlərin ehtiyatlarının və hesablama sistemləri proseslərinin idarə olunmasıdır. Əməliyyatlar sistemlərinə PC DOS, OS/2,MS DOS, UNİX, Windows-u göstərmək olar.
Əməliyyat sistemiləri yerinə yetirdikləri funksiyalarına görə üç qrupa bölünürlər:
· birməsələli (bir istifadəçidən ibarət) əməliyyat sistemiləri;
· çoxməsələli (çox istifadəçidən ibarət) əməliyyat sistemiləri;
· şəbəkə əməliyyatlar sistemləri.
Birməsələli əməliyyat sistemiləri bir istifadəçinin iş prosesində yalnız konkret bir məsələnin həlli üçün istifadə edilir. Belə sistemlərə MS-DOS əməliyyat sistemini göstərmək olar.
Çoxməsələli əməliyyat sistemiləri fərdi kompüterlərdən istifadəçilərin multiproqram vaxt bölgüsü rejimində kollektiv istifadəni təmin edir. Bu vaxt kompüterin yaddaşında bir neçə proqram və məsələ olur ki, mikroprosessor kompüterin resurslarını onlar arasında bölüşdürür. Belə əməliyyat sistemilərinə UNİX, OS/2, Windows, Windows NT-ni göstərmək olar.
Şəbəkə əməliyyat sistemiləri lokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsi ilə əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Hal-hazırda İBM PC markalı kompüterlər üçün aşağıdakı əməliyyatlar sistemi geniş istifadə olunur:
Ø MS-DOS və onunla uzlaşan PC-DOS və Novell Dos əməliyyat sistemləri;
Ø Windows 3.1, Windows 3.11, Windows 95, Windows 98, Windows 2000/NT, Windows XP, Windows Vista.
Ø UNİX, LUNİX.
Bu əməliyyat sistemləri 8, 16, 32 mərtəbəli mikroprosessorlar üzərində qurulmuş fərdi kompüterlər üçün yaradılmışdır.
MS-DOS əməliyyat sistemi
MS-DOS əməliyyat sistemi İBM PC kompüterləri ilə eyni vaxta yaradılmış və 16 mərtəbəli mikroprossesorlar üzərində qurulmuş fərdi kompüterlərdən istifadə edilir.
MS-DOS əməliyyat sisteminin ilk versiyası 1981-ci ildə Mickosoft firması tərəfindən yaradılıb. 1987-ci ildə bu əməliyyat sisteminin 3.3(3.0) versiyası yaradılır və 3-4 il ən geniş istifadə edilən versiya olur. Daha güclü kompüterlər üçün sonralar MS-DOS əməliyyat sisteminin 5.0 və 6.0 versiyaları yaradılır. Həmin versiyalar əməli yaddaşın 640 Kbayt-dan çox tutuma, maqnit disklərinin isə 32 Mbayt-dən artıq tutuma malik olmasına imkan verdi. 6.0 versiyası rezerv proqramlar yaratmağa, diskdəki sıxılmış informasiyalardan və antivirus proqramlarından istifadəyə imkan verdi. Hazırda MS-DOS-un 6.20 versiyası istifadə edilir.
MS-DOS əməliyyat sistemi ilə uzlaşan PS DOS və Digital Research firmasının DR DOS əməliyyat sisteminin 6.0 və 7.0 versiyalarından istifadə edilir. Onların çatışmayan cəhəti diskdəki informasiyanın bir-biri ilə uzlaşmamasıdır.
MS-DOS əməliyyat sistemi kompüterin daimi yaddaşında saxlanan əsas idarəetmə proqramı olub, yaddaşın proqramlar üçün bölünməsini, faylların diskdə yerləşdirilməsini, kompüter avadanlıq və qurğularının (klaviatura, di spley, sərt disk, disk sürücüləri) daxil olan siqnallara və işləyən proqramlara xidmətini həyata keçirir.
MS-DOS əməliyyat sistemi minimal funksiyalar yığımından ibarət olmaqla bir nəfərin vahid proqramla işləməsinə imkan yaradırdı.
Bu sistemi hazırlayarkən iki prinsipə üstünlük verilmişdir:
Ø MS-DOS-un ilkin və sonrakı versiyaları üçün tərtib edilmiş proqramlar arasında uzlaşma olmalıdır;
Ø MS-DOS-un istənilən versiyası İBM və onunla uzlaşan istənilən kompüterlər ilə işləmə imkanına malik olmalıdır.
Hazırda Windows 95, Windows 98 və ya Windows NT əməliyyatlar sistemindən geniş istifadə MS-DOS əməliyyat sisteminin əhəmiyyətini heçə endirmir. Çünki:
· çoxlu sayda yaradıcı sahələrə aid MS-DOS-da tərtib edilən proqramlar müvəffəqiyyətlə istifadə edilir.
· Windows əməliyyat sistemi və onun müxtəlif versiyalarında baş verən nasazlıqların aradan qaldırılmasında MS-DOS proqramlarından istifadə edilir.
MS-DOS əməliyyat sisteminin üstün cəhətləri bunlardır:
· geniş imkanlı əmrlər sisteminə malikdir;
· fayllarla ardıcıl qurğularla işlənilən kimi işləməyin mümkünlüyü;
· çoxsəviyyəli kataloqların təşkil olunma imkanları;
· əlavə qurğuları qoşarkən onların idarəedici proqramlarının, drayverlərinin sistemə qoşulması mümkünlüyü;
· istifadəçilər ilə dialoq müddətində digər məsələnin həllinin mümkünlüyü;
MS-DOS əməliyyat sistemi modul prinsipi ilə qurulmuşdur və onun əsas hissələri aşağıdakılardır:
· Giriş-çıxış baza sistemi (BİOS)- kompüterin daimi yaddaş qurğusudur. Bu modul həm aparat, həm də proqram vasitələrinin tərkib hissəsi kimi fəaliyyət göstərir. Onun köməyi ilə daxiletmə və xaricetmə ilə əlaqədar sadə və universal əməliyyatlar sistemi həyata keçirilir. O, həmçinin yaddaşın işini yoxlayır, əməliyyat sisteminin yüklənməsi üçün lazım olan proqramı hazır vəziyyətdə saxlayır;
· Əməliyyat sisteminin yükləyicisi, ilkin yükləmə proqramı (boot record) – bu qısa proqram olub, sistem diskinin birinci sektorunda yerləşir. Onun vəzifəsi DOS və onun digər iki modulunun yaddaşa yüklənməsi prosesini tamamlamaqdır;
· Disk faylları- (İO,SYS və MSDOS,SYS). Disk faylları əməliyyat sisteminin yükləyicisi tərəfindən yüklənir və kompüter yaddaşında daimi qalırlar;
· Əmrlər prosessoru COMMAND.COM fayl olub, sistem diskinin istənilən yerində saxlanıla bilər. O, istifadəçi tərəfindən verilən əmrləri təhlil edir. Əmrə uyğun proqramı tapıb yükləyir, iş tamam olduqdan sonra həmin proqramı yaddaşdan silir və növbəti hal üçün hazır vəziyyəti alır;
· DOS-un xarici əmrləri-utilitlər. Disklərin yoxlanması, formatlaşdırılması (FORMAT.COM), çapın təşkili (PRİNT.COM) kimi əməliyyatların yerinə yetirilməsini təmin edirlər;
· Qurğuların idarəedici proqramları olan drayverlər. Bu drayverlər kompüterin yaddaşına köçürülür və onların adları CONFİG.SYS faylında göstərilir.
UNİX əməliyyatlar sistemi:
UNİX əməliyyatlar sisteminin üstünlüklərindən biri ondan ibarətdir ki, bu sistem sayı çox olmayan intuitiv aydın anlayışlara əsaslanır. Əvvəldən UNIX əməliyyatlar sistemi interaktiv sistemi kimi nəzərdə tutulmuşdur. Başqa sözlə UNİX terminal iş üçün təyin olunmuşdur. Sistemə daxil olan istifadəçi fayl sistemi ilə işləməyə başlayır. Fayl sistemi ağacvarı quruluşa malikdir. Ağacın kökündə qurğu və ya əsas (kök) kataloq durur. Sonrakı şaxələnmə alt kataloqlar və fayllar üzrə aparılır. İstifadəçi adətən, fayl və kataloqları silə, yenilərini əlavə edə və dəyişdirə bilər.
İstifadəçinin UNİX sistemi ilə işləməsi ənənəvi olaraq əmrlər dilindən istifadəyə əsaslanır. Sistemə daxil olduqdan sonra hər hansı əmrlər interpretatoru işə düşür. Adətən sistemdə oxşar olan, lakin əmrlər dilindəki fərqlərə malik bir neçə əmrlər interpretatoru olur. UNİX əməliyyatlar sisteminin istənilən əmrlər interpretatorunun ümumi adı SHELL (örtük) –dir. Çağırılmış əmrlər interpretatoru növbəti əmrlərin daxil edilməsini tələb edir. Yeni əmrlər sətrində yerinə yetiriləcək sadə əmrlərdən biri daxil edilməlidir. Əmrə uyğun nəticə ekrana verildikdən sonra yenə də əmrlər sətrində yeni əmrin verilməsi üçün şərait yaradılır. Bu prosesin başa çatdırılması üçün istifadəçi əmrlər sətrində LOGOUT əmrini yazmalı və ya CTRL-D düymələrini basmalıdır. UNİX əməliyyatlar sistemində hər bir istifadəçi öz sistem tərəfindən qeydiyyata alınmış unikal (təkrarlanmayan) identifikatoruna görə (UİD- USER İDENTİFİER) tanınır. Bununla bərabər hər bir istifadəçi istifadəçilər qrupuna (GİD- GROUP İDENTİFİER) aid olur. Hər bir istifadəçi üçün mövcud olan UİD və GİD sistemin uçot fayllarında saxlanılır və müraciətə uyğun olaraq yerinə yetirilir. Aydındır ki, UNİX sistemində də sistemin adminstratoru (inzibatçısı) da mövcud olur. Bu istifadəçiyə, yəni adminstratora uyğun olan UİD sıfırıncı UİD adlanır. Adminstartor digər istifadəçilərə nisbətən daha çox imkanlara malik olur. O, digər istifadəçilərdən fərqli olaraq, sistemdə dəyişiklik etməyə, istənilən istifadəçiyə aid olan fayl və kataloqları dəyişməyə və ya ləğv etmək imkanlarına malik olur. Adətən adminstratoru superistifadəçi (superuser) və ya ROOT adlandırırlar. UNİX əməliyyatlar sistemində müxtəlif proqramlaşdırma dillərindən FORTRAN, PASCAL, MODULA, ADA və s. istifadə oluna bilər. Lakin bu sistemdə daha çox C (C++) dilindən istifadə olunur. Bu onunla izah olunur ki, UNİX sisteminin özü C dilində hazırlanmışdır. Bu səbəbdən də C dilində yazılan proqramlarda aparat hissəsi ilə əlaqəli işləmək daha effektivdir.
Comments are closed, but trackbacks and pingbacks are open.