Press "Enter" to skip to content

Konstitusiya hüququnun əsasları

Azərbaycan Respublikasının hal- hazırda qüvvədə olan Konstitusiyası suveren və müstəqil döv-

Konstitusiyanın sasları

Konstitusiya quruluşunun əsasları

Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I bölməsində təsbit olunmuşdur . Konstitusiya quruluşunun əsasları ayrı-ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir . Məsələn, İtaliya və Almaniya Federativ Respublikasının Konstitusiyasında �Əsas Prinsiplər�, Fransa Respublikası Konstitusiyasında � Suverenlik haqqında�, Türkiyə Respublikası Konstitusiyasında � Ümumi Əsaslar� və s . Azərbaycan Respublikası Konstitusiyasında isə cəmiyyətin və dövlətin fundamental əsasları, həyata keçirilməsi ölkəmizdə konstitusion dövlətin bərqərar olunmasına yönələn başlıca prinsiplər isə � Ümumi müddəalar� adı altında təsbit olunmuşdur . Bu bölmədə öz əksini tapan normalar norma-prinsiplər, məqsəd normaları, vəzifə-normaları hesab olunur . Konstitusiya quruluşunun əsaslarının aşağıdakı struktur elementləri vardır: xalq hakimiyyəti; xalq suverenliyi ; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü ; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü ; sosial və iqtisadi əsaslar; dövlət hakimiyyətinin əsasları; yerli özünüidarəetmənin tanınması və təmin olunması, onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması. Konstitusiya quruluşu dar və geniş mənada anlaşılır. Dar mənada Konstitusiya quruluşu – Konstitusiyada təsbit olunan və mövcud qanunvericilikdə inkişaf etdirilən dövlətin təşkili üsullarıdır. Geniş mənada konstitusiya quruluşu – ali hakimiyyət və idarəetmə orqanlarının təşkili; dövlət quruluşu və insan , vətəndaş cəmiyyəti və dövlət arasındakı hüquqi əlaqələrlə bağlı meydana çıxan, başlıca olaraq Konstitusiya normaları ilə nizama salman iqtisadi , sosial , siyasi , hüquqi , ideoloji münasibətlərin məcmusudur.

Konstitusiya quruluşunun əsasları – dövlətin hüquqi tabeçiliyini təmin edən və onu konstitusion dövlət kimi xarakterizə edən başlıca prinsiplərin məcmusudur. Bu prinsiplər bütövlükdə konstitusiya hüquq sisteminin ideya və hüquqi bazasını təşkil edir . Konstitusion dövlət ilk dəfə İngiltərədə meydana gəlmiş və konstitusion təsisatlar XVIII əsrin sonlarından başlayaraq Qərbi Avropa və Amerikaya , sonra isə Şərqi Avropaya və bir sıra Asiya ölkələrinə yayılmışdır. Ölkəmizdə konstitusion dövlət quruculuğu istiqamətində yeni addım 1991-ci il 18 oktyabr tarixli �Dövlət müstəqilliyi haqqında� Konstitusiya Aktının qəbulundan sonra atılmış oldu . Artıq bu Aktda Konstitusiya quruluşunun mühüm prinsipləri öz təsbitini tapmış oldu . Məsələn, �Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur� (10-cu maddənin I hissəsi); �Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik , unitar dövlət yaradır� (12 maddənin I hissəsi); �Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölunməsi prinsipinə əsaslanır� (12-ci maddənin II hissəsi) və s . Qeyd etmək lazımdır ki , Akt yeni Konstitusiyanın işlənməsi üçün əsas hesab olunurdu . Konstitusiya quruluşunun elementləri Konstitusiyanın birinci bölməsində aşağıdakı qaydada öz əksini tapmışdır:

– Xalq hakimiyyəti (1 – ci maddə);

– Xalq suverenliyi (2-ci maddə);

– Hakimiyyət bölgüsü (7-ci maddənin III hissəsi);

– İnsan və vətəndaşın hüquq və azadlığının üstünlüyü (12-ci maddə);

– İqtisadi plüralizm (13 və 15-ci maddələr);

– Dünyəvi dövlət prinsipi (7, 18 və 48-ci maddələr);

– Konstitusiya quruluşunun zəruriliyi (Azərbaycan Respublikası Konstitusiyasının preambulasının müddəaları).

Ərazisində bütün dövlət və ictimai proseslərin baş verdiyi Azərbaycan dövlətinin normal fəaliyyət göstərməsi şərtləri cəmiyyətin iqtisadi əsaslarının Konstitusiyada təsbit edilməsindən ibarətdir. Azərbaycan Respublikasında vahid iqtisadi məkana, malların sərbəst dövriyyəsinə, xidmət və maliyyə vəsaitlərinə, rəqabətə kömək göstərilməsinə, sərbəst iqtisadi fəaliyyətə təminat verilir . Bazar iqtisadiyyatı sisteminin təşəkkül tapması yönümündə göstərilən parametrlərin həyata keçirilməsi əmtəə-bazar münasibətlərinin inkişafına səbəb olur . Azərbaycanın yeni iqtisadi sistemi üçün mülkiyyət formalarının müxtəlifliyi xarakterikdir . Bu forma Konstitusiyada təsbit edilməklə əldə edilmişdir . Azərbaycan Respublikasında dövlət mülkiyyəti, xüsusi mülkiyyət, bələdiyyə mülkiyyəti və mülkiyyətin digər formaları bərabər surətdə tanınır və müdafiə olunur . Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir . Torpaq və digər təbii ehtiyatlar , həmçinin dövlət, xüsusi və bələdiyyə mülkiyyətində ola bilər. Mülkiyyət münasibətləri konkret olaraq mülki qanunvericiliklə, torpaq münasibətləri və torpaqdan istifadə qaydaları isə torpaq qanunvericiliyi ilə nizama salınır.

Demokratik dövlət. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin başlıca əlamətlərini təsbit etmişdir ki , bu da dövlətin mahiyyətini müəyyən edir . Konstitusiyanın 7-ci maddəsinin I hissəsində deyilir : Azərbaycan dövləti demokratik , hüquqi , dünyəvi, unitar respublikadır. Azərbaycan dövlətinin demokratik xarakteri özünün ifadəsini konstitusiya quruluşunun aşağıdakı struktur elementlərində tapır:

Konstitusiya hüququ elmində, adətən xalq , millət və dövlət suverenliyi anlayışları bir-birindən fərqləndirilir. Bunlar qarşılıqlı əlaqəyə malik olan anlayışlardır. Xalq və millətin suverenliyi onların müstəqil, azad şəkildə öz siyasi , sosial və mənəvi məişətini müəyyən etməsi olub , dövlətin suverenliyinin əsasında durur . Xalq suverenliyi milli suverenlik və dövlət suverenliyinin əsasıdır və sonuncu xalq və millətin suveren iradəsinin siyasi-hüquqi forması kimi təzahür edir . Xalq hakimiyyəti – dövlət hakimiyyətinin yeganə mənbəyidir. Onu cəmiyyət özü müəyyən edir . Xalq suverenliyinin həyata keçirilməsi üsulları aşağıdakılardır: suveren və müstəqil dövlətin yaradılması, başqa dövlətə müstəqil birləşmə və ya onların birləşməsi, xalq tərəfindən azad şəkildə müəyyən edilən hər hansı siyasi statusun müəyyən edilməsi. Xalqın iradəsi demokratik dövlətin yeganə bazisidir və dövlət hakimiyyətinə, onun formasının dəyişməsinə mandat məhz ondan gəlir. Azərbaycan Respublikası Konstitusiyası xalq hakimiyyətinin əsaslarını təsbit etmişdir . Konstitusiyanın 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Xalq hakimiyyəti aşağıdakı əsas formalarla həyata keçirilir :

* Bilavasitə demokratiya . Bu zaman xalq ona məxsus olan dövlət hakimiyyətini bilavasitə həyata keçirir .

* Nümayəndəli demokratiya . Xalqı təmsil edən, onun iradəsi ilə fəaliyyət göstərən dövlət hakimiyyəti və yerli özünüidarə orqanları vasitəsilə həyata keçirilir .

Konstitusiya hüququ elmində mövcud olan fundamental problemlərdən biri də bilavasitə demokratiya institutları sistemidir . Bilavasitə demokratiya institutları sisteminin kataloqunu müasir konstitusya hüququ elmi aşağıdakı kimi təsnifləşdirir :

– qanun layihələrinin və dövlət həyatının mühüm məsələlərinə dair ümumxalq müzakirəsi ;

– vətəndaşların yığıncaqlar , ictimai təşkilatlar , yerli özünüidarə orqanları vasitəsilə cəmiyyətin işlərinin idarə olunmasında iştirakı ;

– dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına fərdi və kollektiv müraciət ( petitsiya ) hüququ .

Referendum və azad seçkilər xalq hakimiyyətinin ali , birbaşa təzahür formalarıdır. Azərbaycan Respublikasında seçkilərə – Azərbaycan Respublikası Prezidentinin , Azərbaycan Respublikası Milli Məclisinin və yerli özünüidarəetmə orqanlarının seçkiləri aiddir . Seçki dedikdə dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının təşkil olunması üçün seçki komissiyalarının, seçki dairələri və seçki məntəqələrinin təşkili, seçici siyahılarının tərtibi, namizədlərin irəli sürülməsi v ə qeydiyyatı, seçkiqabağı təşviqatın aparılması, səsvermə və ona yekun vurulması üzrə Azərbaycan Respublikası vətəndaşlarının fəaliyyəti başa düşülür . Seçkiləri başqa formada dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının təşkil olunması üsulu kimi də xarakterizə etmək olar . Seçkilər cəmiyyətin siyasi barometridir . Seçkilərin hüquqi əsasını Respublika Konstitusiyası, Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüququ aktları təşkil edir . Referendum və seçkilər – birbaşa demokratiya institutları kimi məqsəd və subyektlərinə görə çox oxşar , obyektlərinə və nəticələrinə görə bir-birindən fərqlənirlər. Onların məqsədi eynidir – xalqın iradəsini ifadə etmək; subyektlərinə görə də fərqlənmirlər. Başqa sözlə, referendumda iştirak etmək hüququ olan vətəndaşlar seçkilərdə də iştirak edə bilər. Referendum demokratiya və dövlət quruculuğu tarixində ən maraqlı formalardan biridir . �Referendum� latın sözü olub , bildirilməsi zəruri olan , xəbər verilməli fakt mənasını verir və zəngin tarixə malikdir . Referendum keçirilməsi şərtləri və üsulu ( prosedurası ) müvafiq ölkələrin və ya federasiya subyektlərinin konstitusiyaları və qanunvericiliyi ilə nizamlanır . Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində referendum və ümumxalq səsverməsi anlayışları sinonim anlayışlar kimi işlədilir .

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində qanunvericilik , icra və məhkəmə hakimiyyətinə əsaslanan hakimiyyət bölgüsü prinsipi təsbit edilmişdir ki , bu da dövlət hakimiyyətinin normal fəaliyyət göstərməsinin vacib ilkin şərtidir . Hakimiyyətin bu üç qolunun hər biri müstəqildir . Hakimiyyətin bölgüsü prinsipi həmçinin hakimiyyətin səmərəli tarazlığını yaradır ki , bunun nəticəsində hakimiyyət budaqlarından heç biri digərinin səlahiyyətlərinin həyata keçirilməsinə qarışmır . Buna görə də mövcud prinsipin müntəzəm olaraq həyata keçirilməsi bütün dövlət mexanizminin səmərəli fəaliyyət göstərməsinin zəruri şərtidir . Ümumiyyətlə isə , qeyd etmək lazımdır ki , hakimiyyətin bölünməsi prinsipinin dövlət idarəetmə formasına müvafiq olaraq Konstitusiyada necə təsbit olunmasından asılı olmayaraq , artıq demokratiyaya doğru atılmış addım kimi qiymətləndirilməlidir . Azərbaycan Respublikasının da Konstitusiyası bu prinsipi təsbit edərkən mövcud sistem nəzərə alınıb və özünəməxsus bir bölgü işlənib hazırlanıb .

Xalq Cəbhəsi.- 2015.- 22 dekabr.- S.13.

Konstitusiya hüququnun əsasları.

Plan:
1. Konstitusuya hüququnun anlayışı.
2. Dövlətin əsas qanunu kimi Konstitusiyanın anlayışı və mahiyyəti.
3. AR vətəndaşlığı.
4. İnsan və vətəndaşın əsas hüquq, azadlıq və vəzifələri.
5. Dövlət hakimiyyətinin anlayışı.
6. Yerli özünüidarəetmə.

Konstitusiya termini latın mənşəli olub təsis etmək , qurmaq deməkdir.
Konstitusiyanın dövlətin əsas qanunu kimi meydana gəlməsi burjua dövlətinin yaranması ilə bağlıdır.Konstitusiya tipli ilk aktlar ilk dəfə İngiltərədə qəbul edilmişdir.Ancaq B.Britaniya özü dünyada yeganə ölkədir ki,yazılı konstitusiyaya maliki deyildir.
İlk yazılı konstitusiya ABŞ-da 1787-ci ildə qəbul edilmişdir. Avropada isə ilk yazılı konstitusiya Polşa və Fransanın 1791-ci il Konstitusiya hesab edilir.
Konstitusiya – xüsusi hüququ xassələrə malik olan hüquqi aktdır.Konstitusiyada aşağıdakı əsas məsələlər öz əksini tapır:
– cəmiyyət və dövlət quruculuğunun əsas prinsipləri təsbit olunur.
– Dövlət hakimiyyətinin məxsusluğu və onu həyata keçirilməsi mexanizmi müəyyən olunur.
– Insan və vətəndaşın dövlət tərəfindən etiraf və mühafizə olunan hüquqları, azadlıqları və vəzifələri təsbit olunur.
Konstitusiya əsas qanun kimi təsbitedici xarakterə malikdir. Bu özünü konstitusiyanın tənzimetmə predmetində göstərir. O dövlətin konstitusiya quruluşunun əsaslarını, ərazi quruluşunu , insan və vətəndaşın əsas hüququ , azadlıqları və vəzifələrini, dövlət hakimiyyətinin və yerli özünüidarəetmənin təşkili və sistemini təsbit edərək ictimai həyatın bütün sahələrinə hüquqi təsir göstərir.Ona görə də konstitusiya normaları bütün dövlət idarəçili və hakimiyyət orqanları , siyasi və ictimai təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar üçün əsas hesab olunur.Konstitusiya normaları bütün digər hüquq normalarına münasibətdə ilkin hesab olunur.
AR Konstitusiyası 12.11.1995-ci ildə referendum yolu ilə qəbul edilmiş və 27.11.1995-ci ildə qüvvəyə minmişdir.2002-ci ilin 24 avqustunda və 19 mart 2009-cu il tarixdə keçirilən referendum nəticəsində ona bəzi əlavə və dəyişikliklər edilmişdir. O 5 bölmədən , 12 fəsildən və 158 maddədən ibarətdir.
AR Konstitusiyanın hüquqi xassələrinə aşağıdakılar aiddir:
– alilik
– ən yüksək hüquqi qüvvəyə malik olması
– hüquqi sistemin əsasını təşkil etməsi
– xüsusi hüquqi mühafizəsi
– qəbul edilməsi, əlavə və dəyişikliklər edilməsinin xüsusi qaydası.
AR Konstitusiyanın ilk bölməsi dövlət və cəmiyyətlə bağlı münasibətlərin tənzimlənməsinə həsr olunub. Dövlət və xalq konstitusiya hüququnun əsas subyektləridir. Konstitusiyanın 1-ci maddəsinə görə AR-da dövlət hakimiyyətinin yeganə mənbəyi azərb.xalqıdır. Xalq dedikdə AR ərazisində və ondan kənarda yaşayan , AR dövlətinə və onun qanunlarına tabe olan AR vətəndaşları başa düşülür. Xalq anlayışı ilə vətəndaşların məcmusu üst-üstə düşür.
Dövlət siyasi sistemin əsas ünsürü hesab olunur. Konstitusiyanın 7-ci maddəsinə əsasən Azərb.dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Dövlətin konstitusion əsasları bütün digər normalara münasibətdə ilkindir, çünki 3 əsas subyektin- şəxsiyyətin, cəmiyyətin, dövlətin qarşılıqlı münasibətlərinin ən əsas istiqamətlərini müəyyən edir.
Dövlətin hüquqi- siyasi əsaslarına dövlətin ərazi və quruluşunu, dövlət başçısı kimi prezidenti, silahlı qüvvələri, dövlət dilini, paytaxt və rəmzləri, demokratiyanı göstərmək olar.
– Dövlətin iqtisadi əsaslarına mülkiyyəti, pul vahidini, təbii ehtiyatları, borclara qoyulan məhdudiyyətləri aid etmək olar.
Dövlətin sosial əsasları kimi ailəni, dini, sosial inkişafı göstərmək olar.
Hər bir dövlət onun sosial –siyasi və hüquqi mahiyyətini müəyyən edən əlamətlərdən əlavə, həm də onun bir növ simasını müəyyən edən formal əsaslara, əlamətlərə malikdir. Bu cür əlamətlərə dövlətin inzibati mərkəzi, dövlətin dili və rəmzləri aiddir.
Hər bir dövlətin atributlarından biri onun öz dövlət orqanlarına malik olmasıdır. D/ orqanları dövlətin öz funksiyalarını həyata keçirmək üçün yaratdığı xüsusi təşkilatdır. Dövlət orqanı hakimiyyəti realizasiya etdiyindən dövlət adından çıxış edir.
AR-da dövlət hakimiyyəti orqanları müəyyən sistem təşkil edir və hakimiyyətlərin bölünməsi prinsipi əsasında qurulur. Konstitusiyanın 7-ci mad-nin 3-cü hissəsinə əsasən
1) qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir;
2) icra hakimiyyəti AR prezidentinə mənsubdur;
3) məhkəmə hakimiyyətini AR məhkəmələri həyata keçirir.
Bu cür bölgü onunla əsaslandırılır ki, dövlət 3 əsas funksiyanı yerinə yetirməlidir;
1) qanunların qəbul edilməsi.
2) Qanunların icra edilməsi.
3) ədalət mühakiməsinin həyata keçirilməsi.
Ancaq bu işin siyasi tərəfi də vardır. Belə ki, demokratiyanın saxlanması, hakimiyyət səlahiyyətlərinin bir şəxsin və ya orqanın əlində cəmləşməsinin qarşısını almaq məqsədilə bu prinsip son dərəcə vacibdir.Belə olduqda hakimiyyətin bu 3 qolu bir-birinə nəzarət etmək, qanun pozuntularınıın qarşısını almaq imkanına malik olurlar.
Konstitusiyanın 81-ci maddəsinə əsasən qanunvericilik hakimiyyətini AR Milli Məclisi həyata keçirir. Bu dövlət hakimiyyətinin nümayəndəli orqanıdır, yəni xalqın seçdiyi nümayəndələrdən – deputatlardan ibarətdir.Onların sayı 125-dir. MM-in deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçilir.
MM-in hər bir çağırışının səlahiyyət müddəti 5 ildir. Hər çağırışın seçkiləri hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirlir. Deputatlığa passiv seçki hüququ 25 yaşdan əmələ gəlir.
MM yalnız 83 deputat seçildikdən sonra səlahiyyətli hesab olunur və ilk iclasını çağıra bilər.
MM-in əsas funksiyası qanunvericilik fəaliyyətidir. Qəbul olunmuş qanunlar 14 gün müddətində imzalanmaq üçün AR prezidentinə təqdim olunmalıdır.
MM- in səlahiyyətlərinə aşağıdakılar aiddir:
– inzibati ərazi bölgüsü
– dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi
– prezidentin təqdimatına əsasən dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət.
– AR hərbi doktrinasının təsdiqi
– AR Prezidentinin təqdimatına əsasən Konstitusiya Məhkəməsi , AR Ali Məhkəməsi və AR Apellyasiya məhkəməsi hakimlərinin təyin edilməsi
– Amnistiya elan edilməsi və s.
Konstitusiyanın 99-cu maddəsinə əsasən AR-da icra hakimiyyəti AR Prezidentinə mənsubdur.Prezidentin səlahiyyət müddəti 5 ildir. O səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Bir şəxs iki dəfədən artıq AR Prezidenti seçilə bilməz.
Azərbaycan prezidentli respublika olunduğundan dövlətin də əsas vəzifəli şəxsi prezident hesab olunur. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərb.dövlətini təmsil edir. Prezident Azərb.dövlətinin müstəqilliyinin və ərazi bütövlüyünün , AR-nın tərəfdar olduğu beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.
Prezident AR MM-nə seçkiləri təyin edir, qanunları imzalayır və dərc etdirir; nisbi veto hüququna malikdir və s. AR Prezidenti qanunları ona təqdim olunduğu gündən başlayaraq 56 gün ərzində imzalayır.
Prezident səlahiyyətinə vətəndaşlıq məsələləsinin həlli, siyasi sığınacaqlar verilməsi, dövlət təltifləri ilə təltif etmə, fəxri adların verilməsi, əfv etmə məsələləri də aid edilmişdir.
Prezident müəyyən hüquqi aktlar verir. Bunlar fərman və sərəncam adlanır.
Prezident öz səlahiyyətlərini həyata keçirmək məqsədilə AR Nazirlər Kabinetini yaradır. NK Prezidentin yuxarı icra orqanıdır. NK Prezidentə tabedir və onun qarşısında məsuliyyət daşıyır.
Məhkəmə hakimiyyəti AR Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi , Apellyasiya
Məhkəməsi, AR ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirilir.
Ədalət mühakiməsi yalnız məhkəmələr tərəfindən həyata keçirilir.
Məhkəmə hakimiyyətinin konstitusion prinsipləri aşağıdakılardır:
– məhkəmələrin( hakimlərin) müstəqilliyi.
– Işlərə obyektiv baxılması
– Məhkəmələrin fəaliyyətinə təsir edilməsinin yol verilməzliyi.
– Vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi.
– Aşkarlıq
– Məhkəmə icraatının bilavasitəliyi
– Çəkişmə prinsipi və s.
“ Məhkəmə və hakimlər haqqında” 10 iyun 1997-ci il tarixli qanuna əsasən AR məhkəmə sisteminə aşağıdakılar daxildir.
1) rayon( şəhər ) məhkəmələri.
2) Ağır cinayətlərə dair işlər üzrə AR məhkəməsi
3) Hərbi məhkəmələr
4) Ağır cinayətlərə dair işlər üzrə AR Hərbi Məhkəməsi
5) Yerli iqtisad məhkəmələri
6) Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair AR İqtisad Məhkəməsi
7) NMR-nın Ali Məhkəməsi
8) AR Apellyasiya Məhkəməsi
9) AR Ali Məhləməsi.
Konstitusiyada səlahiyyəti, fəaliyyət istiqamətləri daha ətraflı şəkildə təsbit olunmuş yeganə məhkəmə hakimiyyəti orqanı Konstitusiya Məhkəməsidir.Konstitusiya Məhkəməsi vasitəsilə Konstitusiya nəzarəti tənzimlənir.
Konstitusiyada insan və vətəndaşların hüquq və azadlıqları da təsbit olunmuşdur. Bu hüquq və azadlıqlar aşağıdakı kimi təsnifləşdirilir.
1) şəxsi hüquq və azadlıqlar:
a) yaşamaq hüququ
b) bərabərlik hüququ
c) azadlıq hüququ
d) toxunulmazlıq hüququ
e) nigah hüququ və s.
2) siyasi hüquq və azadlıqlar
a) sərbəst toplaşmaq azadlığı
b) məlumat azadlığı
c) seçki hüququ
d) birləşmək hüququ və s.
3) iqtisadi , sosial mədəni hüquq və azadlıqlar.
a) mülkiyyət və əqli mülkiyyət hüququ
b) əmək hüququ,
c) tətil hüququ
d) sosial təminat hüququ
e) təhsil hüququ
f) azad sahibkarlıq hüququ və s.
Konstitusiya ilə tənzimlənən məsələlərdən biri də vətəndaşlıq hüququdur.( maddə 53). Vətəndaşlıq dövlət ilə insan arasında davamlı hüquqi əlaqədir. 52-ci maddəyə əsasən Azərb.dövlətinə mənsub olan , onunla siyasi və hüquqi bağlılığı , habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs AR vətəndaşıdır.
Vətəndaşlıq müəyyən prinsiplərə əsaslanır. Vətəndaşlıq prinsipləri dövlətin vətəndaşlığa münasibətini əks etdirir. Bu prinsiplər aşağıdakılardır:
1) ayrılmaz vətəndaşlıq 2) bərabər vətəndaşlıq 3) vahid vətəndaşlıq 4) vətəndaşın müdafiəsi.
Vətəndaşlıq fərd doğulduğu anda yaransa da onun dəyişdirilməsi mümkündür. Odur ki, qanunvericilikdə vətəndaşlığın yaranması və xitam mexanizmini işə salan hüquqi faktlar əks olunur və vətəndaşlığın əldə edilmə üsulları müəyyənləşdirilir. Bu üsullar aşağədakılardır:
1) filiasiya – fərdin doğulduğu andan dərhal vətəndaşlıq əldə etməsi.
2) Naturalizasiya – fərdin könüllü olaraq bir dövlətin vətəndaşlığını əldə etməsi
3) Optasiya – fərdin bir neçə dövlətin vətəndaşlığından birini seçməsi.
4) Transfert – dövlətlər arasında ərazi dəyişməsi zamanı və ya yeni dövlət yarandıqda müvafiq ərazidə olan əhalinin bütövlükdə yeni dövlətin vətəndaşlığını qəbul etməsi.
Vətəndaşlığı təsdiq edən sənədlər aşağıdakılardır:
1) doğum haqqında şəhadətnamə; 2) AR vətəndaşının şəxsiyyət vəsiqəsi ; 3) pasport.
– Doğum haqqında şəhadətnamə vətəndaş doğulduqda müəyyən yaşa qədər müvəqqqəti verilən sənəddir.
– Şəxsiyyət vəsiqəsi yalnız dövlət daxilində tətbiq edilir.
– Pasport AR hüdudlarından kənara çıxdıqda istifadə olunur və 3 kateqoriyaya bölünür:
1) ümumvətəndaş; 2) xidməti ; 3) diplomatik.

Konstitusiyanın funksiyaları

1)hüquqi funksiyadır yəni hüquq normalarının hüquqauyğunluğunun qiymətləndirilməsi,müəyyəmləşdirilməsi funksiyasını yerinə yetirir.

2)sosial funksiya sosial təbəqələrin ortaq mənafe və maraqlarını aşkara çıxarır.

3)siyasi funksiya ölkənin siyasi sistemimi ilə bağlı olan funksiyadır.Bu funksiya hakimiyyətin təşkili və dövlətin əsasları ilə birbaşa bağlıdır.

4)tərbiyyə funksiyası-bu funksiya hərşeydən əvvəl ,hərbir insanda konstitusiyaya,qanunlara,insan hüquq və azadlıqlarına hörmət ruhu aşılayır.

Azərbaycan Respublikasının hal- hazırda qüvvədə olan Konstitusiyası suveren və müstəqil döv-

lətimizin ilk konstitusiyasıdır

Bu konstitusiya qəbul olunana kimi Az.SSR-in 1978-il konstitusiyası ona edilmiş bir sıra düzəlişlərlə qüvvədə olmuşdur. 1978-ci il Konstitusiyası Az.SSR-in sayca 3-cü Konstitusiyasıdır.

1) Az.SSR-in ilk Konstitusiyası 1921-ci il mayın 19-da Ümumazərbaycan Sovetlər qurultayında

2) Az.SSR-in ikinci kostitusiyası 1937-ci il Martın 14-də Ümumazərbaycan Sovetlər qurulta-

yinda qəbul edilmişdir. Bu Konstitusiya 1936-il dekabrın 5-də qəbul edilmiş SSR-in yeni

3) Az.SSR-in ücüncü konstitusiyası 1978-ci il aprelin 21-də Az.SS-i ali sovetinin növbədən

kənar 7-ci sessiyasında qəbul edilmişdir.

4) Az.Respublikasının sayca dördüncü, müstəqil və suveren dövlətin ilk Konstitusiyası isə 1995-

il noyabrın 12-də qəbul edilmişdir.Bu azərbaycan xalqının və dövlətinin həyatında tarixi və əla-

mətdar hadisəyə cevrildi.

Ona görə də noyabrın 12-i hər il ölkəmizdə Konstitusiya günü kimi qeyd edilir.

1991-il avqustun 30-da Az.Respublikasının Ali Soveti özünün növbədən kənar sessiyasında Bəyannamə qəbul etdi.Bu bəyannamə 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Respub likasinin Dövlət müstəqilliyinin bərpa olunduğunu elan etdi və 1991-il oktybrın 18-də Azər baycan Respublikasının “Dövlət Müstəqilliyi haqqında”Konstitusiya aktı qəbul edildi.

Konstitusiyanın Azərbaycan Respublikasının ictimai-iqtisadi, siyasi və hüquqi həyatında böyük

Onun vasitəsi ilə azəbaycan respublikasının hüquqi təbiəti, idarəetmə formaları,dövlət quruluşu

müəyyən edilir, regionları və bələdiyyə qurumlarının təşkilati cəhətdən vahidliyi təmin olunur,

şəxsiyyət,dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlər qaydaya salınır.

Comments are closed, but trackbacks and pingbacks are open.