Eldar İbrahimov: Kooperativ yaratmaq kolxoz anlamını vermir
Xatırladılır ki, hazırda dünyada taxıl, ət və ya süd istehsalı üzrə ixtisaslaşmış, amma pərakəndə fəaliyyət göstərən xırda istehsalçılar əmlaklarını və maliyyə resurslarını kooperativ müəssisə çərçivəsində birləşdirirlər. Bunun əksinə – bizim MM aqrar siyasət komitəsinin ilkin müzakirələrə çıxardığı “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi ətrafında mübahisələr isə səngimək bilmir.
Kooperasiyalaşma
2022-ci ilin 10 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) doktorant, dissertant və gənc tədqiqatçıların iştirakı ilə “Elm Günü”nə həsr olunmuş elmi seminar keçirilib.
AzEdu.az xəbər verir ki,“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov tədbir iştirakçılarına rektorun salamlarını çatdırıb. Prezidentin müvafiq Sərəncamına əsasən hər il martın 27-nin Azərbaycanda “Elm günü” kimi qeyd edildiyini diqqətə çatdıran V.Əyyubov ölkəmizdə elmin inkişafının daim dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Cəmiyyətin tərəqqisində elmin müstəsna rolundan bəhs edən professor MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılması və təşviq edilməsi istiqamətində görülən işlərdən danışıb və seminar iştirakçılarına uğurlar arzulayıb.
Seminarın moderatoru, MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev proqrama daxil olan mövzular haqqında məlumat verdikdən sonra məruzələr dinlənilib.
MDU-nun Mühəndislik fakültəsinin gənc akademik heyət üzvləri və tədqiqatçılarından Liliya Süleymanova “Azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi dövlətin prioritetlərindəndir”, Məryəm Əsədova “Ağıllı enerji” təminatının intellektual idarəetmə modeli ve sistemləri”, Qaragöz Kərimov “Nəqliyyat logistikasının müasir problemləri”, Leyla Əhmədova “Taxıl bitkilərində Aran bölgəsi üçün ekoloji şəraitin qiymətləndirilməsi” və Leyla İsmayılzadə “Müasir məktəbdə informatikanın tədrisinin aktual problemləri və perspektivləri” mövzularında çıxış ediblər.
İqtisadiyyat və idarəetmə fakültəsinin gənc akademik heyət üzvləri və tədqiqatçılarından Babək Hüsüyev “Gələcəyimizə istiqamət verən startaplar”, Xəyalə Xəlilova “Aqrar sektorda kooperasiyalaşma istiqamətləri” və Aytən Nadirova “Maliyyə təhlükəsizliyi: rəqəmsal ödənişlərin genişləndirilməsi və mühafizəsi aspektləri” mövzularında elmi məruzələrini təqdim ediblər.
Təhsil fakültəsinin gənc akademik heyət üzvləri və tədqiqatçılarından isə Nərgiz Kərimova “Müasir ingilis dilində istifadə olunan frazeologizmlərin mənşəyi”, Fəxriyyə İsayeva “Taun – ədəbiyyata və həyata yadlaşma gətirən əsas amil kimi”, Nərgiz Niftəliyeva “Birgə fəaliyyət prosesində ünsiyyətin psixoloji xüsusiyyətləri” və Günel Sadıqlı “Cəbr və funksiyalar” məzmun xəttinin reallaşdırılması prosesində şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi” mövzularında məruzələrini diqqətə çatdırıblar.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da universitetin elmi potensialının yüksəldilməsi, əməkdaşların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və innovativ tədqiqat metodlarının tətbiqinin genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə, akademik heyət üzvlərinin və gənc tədqiqatçıların universitetdə keçirilən müxtəlif formatlı elmi tədbirlərə aktiv cəlb olunmasına xüsusi önəm verilir.
Eldar İbrahimov: “Kooperativ yaratmaq kolxoz anlamını vermir”
Aqrar məhsulların 95 faizindən çoxu ev təsərrüfatlarında formalaşır. Orta hesabla bir ev təsərrüfatına 1,5-2 hektar becərilən torpaq sahəsi düşür. Dünya ölkələrinin təcrübəsi isə belədir ki, fermerin sərəncamında 10-15 hektardan az torpaq olduqda onun təsərrüfatı rentabelli işləyə bilmir, bazar və ixrac yönümlü məhsul istehsalını təşkil potensialı aşağı olur.
Aqrar sektorun hazırkı durumu kooperasiyalaşmanı zəruri edir. Mütəxəssislər bu fikirdədirlər ki, kooperasiyalaşma mexanizmi vasitəsi ilə sayı 800 minə çatan kiçik ölçülü ailə-kəndli təsərrüfatlarının konsalidasiyası son dərəcə vacibdir.
Xatırladılır ki, hazırda dünyada taxıl, ət və ya süd istehsalı üzrə ixtisaslaşmış, amma pərakəndə fəaliyyət göstərən xırda istehsalçılar əmlaklarını və maliyyə resurslarını kooperativ müəssisə çərçivəsində birləşdirirlər. Bunun əksinə – bizim MM aqrar siyasət komitəsinin ilkin müzakirələrə çıxardığı “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi ətrafında mübahisələr isə səngimək bilmir.
Komitənin sədri Eldar İbrahimov deyib ki, əhalinin böyük bir hissəsi onlara verilən pay torpaqlarını əkib-becərə bilmir və ya torpaqdan lazımi qazanc götürmür: “Vəziyyətdən çıxış yolu kooperativlər yaratmaqdadır. Birinin torpağı, digərinin texnikası, başqa birinin isə pulu olar və güclərini bir yerə toplayıb təsərrüfat yaradarlar, qazanc götürərlər”.
Bu fikrin doğru anlaşılmadığı ortadadır. Eldar İbrahimov vurğulayır ki, kooperasiya ilə bağlı qanunu hazırlamaqda məqsəd kiminsə torpağını əlindən almaq deyil. Torpaq Məcəlləsinin 73-cü maddəsində açıq şəkildə qeyd olunur ki, xüsusi mülkiyyətdə olan torpaqlar sahibkardan alınmır. O torpaqlar alına bilər ki, onlar bələdiyyəyə və yaxud dövlət mülkiyyətinə aid olsun. Yəni kooperasiya adı altında yenidən keçmiş kolxoz sistemi bərpa olunacaq və sair kimi iddiaların heç bir əsası yoxdur. Yeri gəlmişkən, hazırda xüsusi mülkiyyətə aid olan torpaqların sahəsi 1 milyon 671 min hektardır. Özü də bu torpaqlar əkinə yararlı, münbit torpaqlardır.
Qanun layihəsində göstərilir ki, kooperativlərə daxil olmaq və oradan çıxmaq könüllülük prinsipinə əsaslanır. Bu gün Azərbaycanda cəmi 179 kənd təsərrüfatı kooperativi mövcuddur ki, onlar da 1996-cı ildə qəbul edilmiş və sonradan qüvvədən salınmış “Kooperasiya haqqında” qanuna və 1999-cu ildə qəbul edilmiş Mülki Məcəllənin müvafiq maddələrinə uyğun olaraq yaradılıb. E.İbrahimov deyir:
“Söhbət ondan gedir ki, kooperasiya istehsalçıdan ta istehlakçıya qədər uzanan bir sistemdir. Məsələn, mən pomidor, soğan, kartof istehsal edirəm, amma istəyirəm ki, onu saxlayıb, qışda bir az baha satım.

Ona görə mənə lazımdır ki, başqa bir nəfər də kömək etsin. Yəni onun emal müəssisəsi, saxlama kamerası olsun, aparsın anbarda saxlasın, sonra isə qışda çıxarıb baha satım. Yaxud da pomidor istehsal edirəm, ancaq istəyirəm ki, ondan şirə hazırlayım. Bunun üçün də emal zavodu lazımdır. Kooperasiya olan zaman bunlar bir araya gəlib bu məsələni həll edə, həm özləri qazana, həm də insanlar ucuz, keyfiyyətli məhsul əldə edə bilərlər. Və ya xüsusi mülkiyyətdə olan fermerlər 2-si, 3-ü bir yerdə birləşir ki, daha güclü olsun. Biri var ki, 5 hektar yeri becərəsən, bunun üçün böyük zəhmət sərf edəsən, yatırım qoyasan, biri də var ki, 100 hektarlarla torpağı becərəsən, həm özün qazanasan, həm də insanlar. Bunun ən optimal və ən düzgün yolu da birləşib kooperativlər yaratmaqdan keçir”.
Millət vəkili onu da bildirdi ki, bu gün dünyanın, xüsusilə Avropanın ən aparıcı, ən inkişaf etmiş ölkələri kooperasiya sisteminə üstünlük verir: “Məsələn, Almaniyada bir fermer öz mal-qarasının südünü sağır, süd bidonunu da qoyur qapısının ağzına. Südü gəlib yığıb aparan isə ayrı adamdır. O adam səhər bidonu qaytarıb gətirəndə həm də südün pulunu verir. Yəni bunlar hamısı birləşəndə bir kooperasiya, kooperativ yaranır. Söhbət bundan gedir”.
Aqrar sektorun geniş potensiala malik olduğu ölkələrin hamısı yüksək kooperasiyalaşma səviyyəsinə malikdir. Məsələn, Danimarka həm əhali sayına, həm də kənd təsərrüfatına yararlı torpaqların həcminə görə Azərbaycandan 2 dəfə, kənd təsərrüfatı sektorunda çalışanların sayına görə isə 13 dəfə geri qalır. Amma bu ölkənin aqrar istehsalının indiki həcmi Azərbaycandan iki dəfə böyük olan ölkənin kənd təsərrüfatı məhsullarını 100 faiz ödəməyə çatır.
Danimarka aqrar məhsulların ixrac həcminə görə dünyanın 15 ölkəsi sırasında yer alır. Bu ölkədə aqrar istehsalın 80 faizə qədəri ixraca yönəlir. Bunun səbəbi -aqrar sektorun tam kooperasiya münasibətlərinə keçmiş olmasıdır. Ölkədə mövcud olan 40 mindən artıq fermer təsərrüfatının hamısı istehlak kooperativlərində birləşib. Kooperativlər əsasən süd və ət emalı üzrə ixtisaslaşıblar. Kooperativlərə üzv olan fermerlər öz məhsullarını məhz onların nəzdində fəaliyyət göstərən zavodlara satmaq öhdəliyinə malikdir. Bu həm də məhsulun fermerdən alınacağına dair təminat mexanizmi deməkdir. Bənzər misalları başqa ölkələrin timsalında da görmək olar.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Kooperasiyalaşma
Fikrimcə, ölkə prezidentinin yeni kabinetdə kənd təsərrüfatı kimi ağır bir sahəni “Asan xidmət” modelinin yaranıb inkişaf etməsində xüsusi rolu olan İnam Kərimova etibar etməsi belə bir mexanizmin yaradılma iradəsi ilə bağlıdır. Azərbaycana “Asan kənd təsərrüfatı” modeli hava və su kimi lazımdır. Çünki, bu gün ölkənin ümumi iqtisadi inkişafı fonunda aqrar sektor qlobal çağrışlara cavab verə bilmir, ÜDM-də aqrar sektor az yer tutur, bir çox xidmətlər regionun ən ucqar bölgələrində yaşayan istehsalçılar üçün əlçatan deyil, bu sahədə məşğulluğun, iqtisadi aktivliyin qidalandırılması balansı qeyri-tarazdlr.
Dövlət başçısı çıxışlarında “Asan kənd təsərrüfatı” modelinin konturlarını açıq göstərir: çevik olmalıdır, aqrar sektorda çoxsaylı təşkilatlar bir mərkəzdən koordinasiya olunmalıdır, ən əsası, başımızın tacı olan torpaq adamları üçün bütün qapılar açıq, xidmətlər isə sərfəli olmalıdır. Birbaşa və dolayı dövlət dəstək tədbirləri şəffaf, ünvanlı olmalıdır, regionlarda məşğulluq səviyyəsinin yüksəldilməsi, kənd təsərrüfatı istehsalçılarının gəlirlərinin yüksəldilməsi təmin olunmalıdır. Bu dövlət başçısının mövqeyidir, gəlin, torpaq adamının özündən soruşaq, görək ən çox nədən əziyyət çəkir?
Çoxlarından soruşmuşam və verilən cavabların əsasında yeni modelin qarşısında duran vəzifələr bunlardır:
– Kadr təminatı: müasir biliklərə malik aqronom, zootexnik, baytar, bioloq, mühəndis və digər ixtisas sahiblərinə böyük ehtiyac var. Güclü aqrar təhsil qurulmalı, beynəlxalq sistemlə əlaqələndirilməlidir. Yeni nazir elə etməlidir ki, abituriyentlər qəbul imtahanlarında bu ixtisaslara maraq göstərsinlər;
– Elmi təminat: KTN nəzdində olan tətqiqat-araşdırma institutları, Aqrar Universitet hərəkətə gəlməli, dərin məzmunlu təhlilləri ilə aqrar siyasətin önündə olmalı, fermerlər real, ödənişsiz informasiya təminatı almalı, təcrübə-sınaq mərkəzləri yaradılmalıdır;
– Elektron kənd təsərrüfatı sistemi: ölkənin əkin və qeyri-əkin torpaqları aydın olmalıldır, xidmətlər elektronlaşmalı, regionların potensialı elektron xəritələrə köçürülməlidir;
– Kooperasiyalaşma: kiçik istehsalçılar bazar rəqabətinə tap gətirə bilməyib torpaqdan imtina edirlər, onlar təşkilati formalarda birləşib ixtisaslaşmalı, güc birliyini iqtisadi səmərəyə çevirməlidirlər;
– Texniki təminat: istehsalçıların texnika parkı gücləndirilməlidir, traktor, aqreqat, avadanlıqlar əlçatan olmalıdır, xüsusən kiçik və orta təsərrüfatlarda əl əməyi azaldılmalıdır;
– Toxum təminatı: bitkiçilik, meyvəçilik və heyvandarlıqda təsadüfi toxumların qarşısı alınmalı, bütün istehsalçılar üçün toxumlar ucuz, əlçatan olmalıdır;
– Kiçik və orta sahibkarlıqda intensiv təsərrüfatçılıq formaları yaradılmalı, kiçik təsərrüfatlara maya dəyərini ucuzlaşdıran, izafi itkiləri neytrallaşdıran müasir texnologiyaların gətirilməsi təmin olunmalı, iqtisadi səmərə yüksəldilməlidir;
– Azərbaycan aliminin elmi-tətqiqatları patentləşdirilməli, əməyi layiqincə ödənilməli, aqrar elminə həsr olunnan forumlar, müzakirələr, nəşrlər artmalıdır;
– İri şəhərlərdə keçirilən yarmarkalar alverçilərin “işğalından azad edilməli”, real fermerlərə qaytarılmalı, yerli bazar iştirakçıları aktivləşdirilməlidir;
– Kiçik və orta sahibkarlar üçün marketinq-informasiya, bazar araşdırmaları xidmətləri göstərən sistem qurulmalıdır. Çünki, hamı hər il kütləvi eyni məhsulu əkir, nəticədə məhsul bolluğu yaranır;
– Fermerlər üçün yazlıq və payızlıq əkinləri həyata keçirmək üçün asan subsidiya, avans, kredit mexanizmləri işlənməlidir və s.
Qarşıda duran vəzifələrin sayını daha da artırmaq olar, amma inanırıq ki, vətəndaşın məmnuniyyətini təmin edən “Asan Xidmət” qurucusu İnam Kərimov sadə insanların fikirlərini öyrənən elə bil mexanizm quracaq ki, onların qarşılaşdıqları problemlər operativ üzə çıxacaq. Bununla belə, kənd təsərrüfatımızın dirçəldilməsi üçün yeni, gənc nazirimizə ictimaiyyətin dəstəyi son dərəcə vacib olacaq. Təmənnasız, şər-bötandan uzaq olan bir dəstəkdən söhbət gedir.
“Asan xidmət” bir dünya brendidir, gün o gün olsun ki, Azərbaycanın “Asan kənd təsərrüfatı” modelidə o sırada dayansın!
Nicat Nəsirli
Comments are closed, but trackbacks and pingbacks are open.