Koroğlu dastanının lüğti
Bu yenilməz sərkərdəni dəlilərə, yoxsul insanlara daha çox sevdirən mərdliyi, ədalətli olması və igidliyidir. Varlanmaq, şöhrət qazanmaq xalqa arxalanan, ondan güc, qüdrət alan Koroğlunun təbiətinə yaddır.
Koroğlu dastanının lüğti
Azərbaycançılığın qaynaqları: �Koroğlu� dastanı və azərbaycançılıq ideyası
Azərbaycançılıq ideyası öz əksini �Koroğlu� dastanında daha parlaq şəkildə tapmışdır. Bu dastan özündə epik, lirik və dramatik mənbələrin başlanğıclarını birləşdirir. Azadlıq ruhu, geniş demokratizm, şəxsiyyətin əzilməsinin və zülmün hər cür formalarının inkarı başdan-başa əsərin canına hopmuşdur. �Koroğlu� dastanının humanist məzmununun cazibə qüvvəsi əsrlər boyu daha da güclənmişdir. XX əsrdə böyük Üzeyir Hacıbəyovun eyniadlı operasının meydana gəlməsi ilə dastana dünya şöhrəti bəxş etmişdir.
Dastanın nüvəsini � vətənpərvərlik motivləri təşkil � edir. Qəhrəman Koroğlunu əhatə edən adamlar bütün məsləkdaşların mənafeyinə sadiq olan bərabərhüquqlu birlik təşkil edir. Bərabərhüquqluluq müdriklikdə və şücaətdə kişilərdən heç də geri qalmayan qadınlara da aiddir.
Koroğlunun başçılığı altında xalqın müdafiəçiləri-qəhrəman dəlilər öz cəmiyyətini yaratmışlar. Burada onlar mərdlik və kişilik qanunları şəraitində yaşayırlar. Bu cəmiyyətdə düzlük, həqiqət hökm sürür, yalana, ikiüzlülüyə, qorxaqlığa yer yoxdur. Burada yalnız fiziki deyil, mənəvi qüdrətin artırılmasına da qayğı göstərilir. Onların qəhrəmanlığı təbii istedadlarından ayrılmazdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev � 2012-ci il fevralın 22-də xalq qəhrəmanı Koroğlunun abidəsinin açılışındakı nitqində demişdir: �Koroğlu � bizim xalq qəhrəmanımızdır. Koroğlu vətənpərvərlik, igidlik rəmzidir. � Azərbaycan xalqının qəlbində Koroğlu daim yaşamışdır. Bütün dövrlərdə Koroğlunun xalq qarşısında etdiyi xidmətlər Azərbaycan xalqının xatirəsində yaşamışdır və bu gün də yaşayır. Koroğlu obrazı vətənpərvərlik, igidlik, mərdlik, şücaət obrazıdır. Koroğlu Azərbaycan xalqına xas olan bütün gözəl xüsusiyyətləri özündə əks etdirir. Vətənpərvərlik kimi bu gün də çox vacib olan amil Koroğlu obrazında bariz şəkildə özünü göstərir.�
Azərbaycan tədqiqatçısı Sona xanım Vəliyeva �Koroğlu� dastanındakı milli Azərbaycan ideyasından bəhs edərək yazır: �Şifahi ədəbiyyatımızda vətənçilik, ideala və torpağa tapınma, mərdlik baxışları XVII-XVIII əsrlərin möhtəşəm abidəsi olan �Koroğlu�nun 4 dastanında daha aydın və açıq mətnlə öz əksini tapmışdır. Dastanda nisbətən sonrakı dövrlərin hadisələri təsvir olunsa da, Azərbaycan xalqının ən qədim və ən yaşarı milli-mənəvi dəyərləri təcəssüm etdirilir. Xalq öz milli varlığının, yabançı və mahiyyətcə istilaçı xarici ətraf qüvvələrə qarşı mütəşəkkil birlik və bütövlüyünün rəmzi kimi Çənlibel sosiumunu, bu cəmiyyətin mənəvi prinsiplərə əsaslanan institusional konstruksiyalarını sevə-sevə tərənnüm edir.
�Koroğlu� dastanındakı Çənlibel, Koroğlu və onun ətrafında bir yumruq kimi birləşmiş xalq kütlələri milli Azərbaycan ideyasının azad Vətən, tarixi şəxsiyyət və xalq demokratiyasından ibarət iki mühüm tərkib hissəsinin simvolik arxitipi kimi dərk oluna bilər.� Qəhrəmanlıq idealı, Vətənə bağlılıq öz təcəssümünü �Koroğlu� dastanında bariz şəkildə tapmışdır. Dastan Zaqafqaziya regionunda güclü � feodal dövlət hakimiyyəti dövründə yaranmışdır. Əsərdə təsvir edilən hadisələr, əsas etibarilə Azərbaycanda qardaş Türkiyədə (İstambul, Qars, Ərzurum) və Şərqdə (Bağdad və s.) cərəyan edir. X.Q.Koroğlunun �Orta Asiya, İran və Azərbaycan xalqlarının dastanlarının qarşılıqlı əlaqəsi�, (M. 1983) �Koroğlu türkmən eposu və onun tarixi xüsusiyyətləri� (M. 1971), eləcə də, B. A. Karrıyevin �Türkdilli xalqlarda Koroğlu haqqında epik dastanlar� (M.1968) əsərlərində göstərilir ki, dastan XV-XVI əsrlərdə bu regionda qüdrətli Osmanlı imperiyasının hökmranlığının ən əzəmətli dövrlərində meydana gəlmişdir. Müəlliflər �Koroğlu� eposunun bir çox türk xalqlarının şərikli mənəvi sərvəti olduğuna baxmayaraq, düzgün olaraq, bu dastanın Azərbaycan varlığından yarandığını göstərirlər. Dastanın bədii nüvəsini XVI əsrin sonu – XVII əsrin əvvəllərində Azərbaycanda və Kiçik Asiyada baş vermiş real tarixi hadisələr təşkil edir. Bu dövrdə Azərbaycanın cənubunda və cənub-qərb rayonlarında tarixdə cəlalillər adı ilə məşhur olan güclü xalq hərəkatı başlandı. Dastanın ana xəttində də məhz bu hadisələr durur. Bu mənada, dastanda � xalqın milli ideal haqqında təsəvvürləri əks olunmuşdur. Digər dastanlardan fərqli olaraq bu dastanda tarixilik ünsürləri daha güclüdür.� �Koroğlu� dastanında Azərbaycan xalqının ən yaxşı xüsusiyyətləri mənəvi və fiziki cəhətdən gücü və məğlubedilməzliyi xalqın sosial və əxlaqi idealları öz ifadəsini tapmışdır. Bu dastanda epik qəhrəmanın prototipi və tarixi şəxsiyyəti arasında oxşarlıq aydın nəzərə çarpır. Koroğlu xalqın mənafeyini və şərəfini silah gücünə qoruyan bir tarixi şəxsiyyət olduğundan, xalq bu tipli qəhrəmanların adları ətrafında şöhrət oreolu yaratmışdır. Xalq qəhrəmanlarının simasında həm folklor yaradıcısının arzu və istəkləri, həm də böyük bəşəri idealları əks olunmuşdur. Dastanın ana xəttini xalq kütlələrinin ictimai əxlaqı təşkil edir. Burada təsvir edilən ideal cəmiyyət – Çənlibel qəhrəmanlığın təntənəsinə xidmət edir. Bu cəmiyyətdə mərdliklə qəhrəmanlıq qovuşmuşdur. Koroğlu yalnız xalq səadəti uğrunda mübariz-qəhrəman deyil, həm də saf, ülvi məhəbbəti tərənnüm edən aşiqdir. Dəlilərin hərbi yürüşlərinin əsas məqsədlərindən biri məhəbbətdir. Dəlilər əxlaqının əsasını xalq əxlaqının norma və tələbləri təşkil edir. Bu əxlaq zorakılıq əxlaqının inkarı kimi meydana gəlmişdir. Dəlilik əxlaqındakı qabarıq şəkildə aşkara çıxan qüvvət və müqavimət ünsürləri məhz buna xidmət edir. Koroğlunun poetik aşıq yaradıcılığı xalqla sıx bağlı olub öz tərəfdarlarına güclü estetik və mənəvi təsir göstərir. Bu poeziya insanları sosial ədalətsizliyə nifrət, xalq işinə sədaqət, onun azadlığı uğrunda mübarizə ruhunda tərbiyələndirir. �Dəlilər əxlaqı� ictimai tərəqqiyə mane olan nə varsa, hər şeyə qarşı � mübarizəyə � çağıran � yüksək əxlaq olub hər � cür alçaqlığı inkar edir. Bu inkar xalqa məhəbbətlə, onun azadlığına cəhdlə dolu olub xalq kütlələrinin azadlıq hərəkatının yüksəlişilə səsləşir (Dastandakı �dəlilik� anlayışı qoçaqlığın, güc və əzəmətin, mərdlik və qəhrəmanlığın sinonimi kimi başa düşülməlidir ). Koroğlu öz vəzifəsinin mənəvi əhəmiyyətini onda görürdü ki, o öz xalqının azadlıqsevər arzularını ifadə edirdi. �Çənlibel cəmiyyəti� və onun əxlaqi sosial ədalətsizliyə xalq etirazlarının ən yüksək formasıdır. Xalq hərəkatının doğurduğu yeni inqilabi təsir gücünə malik olan bu əxlaqi ideal keçmişin kor-koranə idealizə edilməsi demək deyildir, bu ideal o dövr üçün xalqı öz qüvvələrinə inanmağa çağıran yeni qabaqcıl humanist idealların təzahürünə səbəb olur.
�Koroğlu� qəhrəmanlıq dastanının əxlaqi idealı xalq kütlələrini sosial ədalətsizlikı doğuran qaydalara qarşı etiraz etməyə ruhlandırır. Bu idealda insanların mənafeyinə uyğun olaraq cəmiyyətin daha da inkişafına olan ümid və cəhdlər ifadə olunmuşdur. Bu ideal keçmişdə mövcud olan gələcəyə istiqamətləndirmişdir.
Əxlaqi ideal özündə ən yaxşı əxlaqi sərvətləri cəmləşdirib ümumiləşdirərək yalnız əxlaqi cəhətdən mükəmməl keyfiyyətləri əks etdirmir, eyni zamanda, onları o şəkildə inikas etdirir ki, bu nümunə ən ümumi kimi qəbul edilə bilsin, ideal şəxsiyyətin ləyaqəti və m əziyyətləri daha çox adamın malına çevrilsin.
Hər bir ictimai sistem öz ideal şəxsiyyətini formalaşdırır. İnsan nəsilləri tərəfindən yaradılan mənəvi-etik sərvətlər cəmiyyətdəki sosial-iqtisadi dəyişiklər baş verdikcə, keçmişin irsi adı altında gərəksiz bir şey kimi kənara atılmamış, əksinə, hər bir yeni nəsil bu irsin mütərəqqi ünsürlərindən istifadə edərək, onu zənginləşdirir və daha da inkişaf etdirir.
Çənlibel burada vətən anlayışı ilə eyniləşdirilmiş və onu göz bəbəyi kimi qorumaq hər bir igidin borcuna çevrilmişdir. Namərdlik (�müxənnətlik�), alçaqlıq və xəyanət, qorxaqlığa nifrət bəsləmək bu ideal cəmiyyətin sosial-mənəvi həyatının ayrılmaz cəhətləri hesab edilir, Çənlibeldə sənətə və sənətkara hörmət qəhrəmanlıq qanunlarından irəli gəlir. Çənlibeldə aşıqlıq sənəti özü də qəhrəmanlıqla sıx əlaqədardır. Məlumdur ki, xalqın ağıl və zəkasını özündə birləşdirən Koroğlu Vətənin istiqlaliyyəti uğrunda qılınc çalan qəhrəman bir sərkərdə olmaqla yanaşı, həm də xalqını yadelli işğalçılara qarşı üsyana səsləyən saz-söz sənətkarı kimi də məşhur olmuşdur. Koroğlunun aşıqlığı, şairliyi onun qəhrəmanlığı ilə vəhdət təşkil edir. Koroğlunun aşıqlığı bəzən onun qəhrəmanlığının davamı olub bu qəhrəmanlığı tamamlayır: aşıqlıq sayəsində Koroğlunun qəhrəmanlığı reallaşır, yüksək nöqtəsinə çata bilir. Aşıq şair Koroğlunun hünəri qəhrəman Koroğludan geri qalmır.
Çənlibel sosiumunda azadlıq anarxiya, hərc-mərclik doğurmur, əksinə, burada müəyyən nizam-intizam, qayda-qanun hökm sürür: �Çənlibelin öz qayda-qanunları vardı. İş zamanı hamı işdə, məşq zamanı hamı məşqdə, keyf zamanı hamı keyfdə olardı�.
Burada dəli həm əsgər, həm də azad vətəndaşdır. Dəli azad əsgərdir. Koroğlunun başçılıq etdiyi ordu, 7777 azad dəli, keyfiyyətcə ətraf aləmdən fərqlənir. Koroğlunun ordusunda bacarıqlı sərkərdələr yalnız savaş zamanı sərkərdəlik edirlər, dinc vaxtlarında isə sıravi dəlilərdən çox da fərqlənmirlər. Başçılarla dəlilər arasındakı (vuruşma vaxtı) münasibətlər rəis və tabe münasibətləri deyil, mərdlər arasındakı qardaşlıq münasibətləridir. Hərəkətlər (hücum, yaxud müdafiə tədbirləri) əmrlə yox, məsləhətlə, ümumi rəyə əsasən icra olunur. Dastanda ümumən itaət ruhunun inkar edilməsi burada da özünü göstərir. Qarşılıqlı münasibətlərdə bütün prinsiplər demokratik ruhla əvəz olunmuşdur. Demokratik əhval-ruhiyyənin həm dinclik, həm də hərb zamanı hökmran olması dəlilərə daha da qol-qanad verir, Çənlibelin varlığı üçün əsas şərt olan azadlıq əxlaqi azadlığın, davranış azadlığının təzahürüdür – çünki burada cəmiyyətin hökmü ziddinə heç bir hərəkətə yol verilmir. Xüsusilə, azadlıq qəhrəmanlıqla vəhdətdə ideal cəmiyyətin daha sıx birləşməsinə və vahid mübarizə istiqamətini təmin edir və daha geniş məna daşıyır. Çənlibel icmasının rəhbəri Koroğlu obrazı sosial həyatın obyektiv xüsusiyətlərini, eləcə də, insan təbiətinin fərdliyini özündə əks etdirən obrazdır. Çənlibellilərin qəhrəmanlığı onların nail olduqları, əldə etdikləri azad həyatın mühafizəsini qüvvətləndirir. Çənlibeldəki azad həyat inkar etdiyi əsarətə əsaslanan mövcud feodal mütləqiyyət quruluşunu lərzəyə saldığına görə, onun sosial əhəmiyyəti daha da artır, itaətə boyun əymək istəməyən bütün güclü, ləyaqətli, seçmə oğlanlar bu azad məkana axışıb gəlirlər. Çənlibel azad və qəhrəman insanların birliyinə çevrilir. Burada Çənlibelin bütün daxili qayda-qanunları hər bir dəlinin qəhrəman kimi fəaliyyətini təmin edir, bu birliyin bərabərhüquqlu üzvü kimi bütün bacarıq və qabiliyyətlərini aşkara çıxmasına imkan yaradır, eyni zamanda, onlardan yüksək qəhrəmanlıq qanunlarına ciddi riayət etməyi tələb edir. �Koroğlu� dastanında qəhrəmanlığın sosial məzmunu geniş məna daşıyır. Dastandakı müxtəlif qollar və epizodlar bu fikrin təsdiqinə xidmət edən, onu qoruyan bir vasitə olduğu kimi, Koroğlunun azadlığa ehtiyacı, meyili də qəhrəmanlığın formalaşmasına imkan yaradaraq, onu gerçəkləşdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev � Bakıda Koroğlu abidəsinin açılışındakı nitqində �Koroğlu� � dastanının milli Azərbaycan idealının azərbaycançılığın təcəssümü olduğunu � xüsusi vurğulamışdır: �Gənc nəslin tərbiyə edilməsində �Koroğlu� dastanı çox mühüm bir vasitədir. Çünki gənc nəslimiz vətənpərvərlik ruhunda böyüməli, tərbiyə almalıdır. Müstəqil Azərbaycanın vətəndaşları öz Vətənini, xalqını sevməlidirlər. Koroğlu xalq içərisindən çıxmış, xalq üçün yaşamış gözəl insan, böyük sərkərdə idi. Koroğlu, eyni zamanda, istedadlı insan idi – həm şair, həm aşıq idi. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqının ən gözəl xüsusiyyətləri onda var idi və bizim gənclərimiz keçmişimizdə olan müsbət obrazları da bilməlidirlər, yaxından, dərindən tanımalıdırlar. Biz keçən il müstəqilliyimizin 20 illiyini qeyd etmişik. Ancaq bizim çox böyük, zəngin tariximiz, mədəniyyətimiz vardır. Şifahi xalq yaradıcılığımız vardır. Gözəl əsərlərimiz, dahi şəxsiyyətlərimiz vardır. Bizim vətəndaşlar, xüsusilə, gənclər o dahi şəxsiyyətləri tanımalıdırlar. Koroğlu da haqq-ədalətin tərəfində idi. Koroğlu kasıbların tərəfində idi. Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi. Biz, bir daha demək istəyirəm ki, gənc nəsli bu müsbət nümunələr əsasında tərbiyə etməliyik. Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar, Vətəni sevirlər. Bizim vətəndaşlar haqlı olaraq, qürur hissi keçirirlər ki, biz hamımız Azərbaycan vətəndaşıyıq. İyirmi il ərzində ölkəmiz böyük və şərəfli yol keçmişdir, bütün sahələrdə böyük uğurlara imza atmışdır. Uğurlarımızın təməlində məhz milli-mənəvi dəyərlər dayanır. Güclü iqtisadiyyat yaratmaq olar, bölgədə güclü mövqelərə malik olmaq olar, – halbuki bunun üçün də çox çalışmaq lazımdır, – ancaq milli-mənəvi dəyərlər olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulubdur. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulubdur. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz, təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir.� �
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
� Səs.- 2012.- 2 mart.- S. 10.
Koroğlu dastanının lüğti
(Azərbaycan və Türkiyə variantları əsasında)
1-ci yazı
Tarix boyunca dünyanın dörd bucağında at oynatmış, zəfərlər qazanmış türk xalqlarının ortaq abidələrindən biri də “Koroğlu” dastanıdır. Yüzilliklərdən bəri yaşayan “Koroğlu” dastanı Türk mədəniyyətinin günümüzə qədər mühafizə olunması baxımından abidəvi bir əsər sayılır. Böyük coğrafi areala yayılmış “Koroğlu” dastanında Giziroğlu Mustafa bəyin də igidliyi daha görümlü təsvir olunur. Giziroğlu Mustafa bəy dastanın istər Azərbaycan, istərsə də Türkiyə variantlarında qarşımıza çıxır.
Koroğlu – Giziroğlu münasibəti V.Xuluflu, H.Əlizadə və M.Təhmasib nəşrlərinin “Durna teli”/”Bağdad səfəri” qolunda təхminən еyni şəkildə təsvir еdilib. Qolda Mustafa bəyə təsadüfən Koroğlunun dəlilərinin Aslan paşaya əsir düşməsi barədə хəbərin çatması, onun Koroğlunun Aslan paşanın ordusunu nеcə məğlub еdəcəyi ilə maraqlanması, yalnız mеydana şеşpər atmaqla kifayətlənməsi (H.Əlizadə nəşrində isə Koroğluya kömək еdir), Koroğlu Bağdad səfərindən tək qayıdarkən Mustafa bəyin onun yolunu kəsməsi, Giziroğlunun хəbəri olmadan Koroğluya bir toppuz vuraraq əsir еtməsi, öldürmək istəyərkən mərhəmət еdib buraхması, Koroğlunun daim onun mərdliyini söyləyəcəyini vəd еdərək ayrılması, Mustafa bəyin onu sınamaq üçün adamları ilə gizlicə Çənlibеlə gəlməsi, bu vaхt Koroğlunun məclisdə onu tərif еtməsi, Mustafa bəyin üzə çıхaraq Koroğlu ilə qardaşlaşması kimi epizodlar əks olunub. “Koroğlu” dastanının M.Təhmasib nəşrində Giziroğlu Mustafa bəyin qırх atlı ilə birlikdə Bağdad tərəflərində yaşadığı da göstərilir: “Bağdad tərəflərdə Giziroğlu Mustafa bəy adında adlı-sanlı bir igid var idi. Giziroğlu Mustafa bəy doğrudan da qaçaq, qolu qüvvətli bir adam idi. Atası kеçmişdə gizir olub…”
Paris nüsxəsinin yeddinci məclisində (qolunda) Gizir Mustafa bəy Qacarın on iki minlik əsgəri ilə qırx gün Koroğlunun qonağı olmasından, doqquzuncu məclisində Koroğluya yenidən qonaq olması və Həsən paşanın bağından kabablıq durna əti istəməsi, buna görə Koroğlunun Eyvaz, Dəmirçioğlu, Bəlli Əhməd və Küyümçüoğlunu Tokata göndərməsi, bu səfərdə dəlilərin həbs olunması, onları həbsdən azad etmək üçün Koroğlunun dəstəsi ilə Tokata getməsi, Giziroğlunun silahdaşları ilə Tokata gedib Koroğluya xəbərdarlıq etmək üçün şeşpərini meydana atması, Giziroğlunun köməyi ilə dəlilərin xilas olunması epizodları canlandırılır.
Giziroğlu Mustafa bəy Tiflis nüsхəsinin bir neçə məclisində iştirak еdir. Bu nüsхənin dördüncü məclisində, Paris nüsxəsində olduğu kimi, Koroğlu Giziroğlu Mustafa bəyin durna əti istədiyini yerinə yetirmək üçün dəlilərini Qazlı gölə (Paris nüsxəsində Tokata) göndərir. Dəlilər Həsən Paşanın ovlanma yasağı qoyduğu durnaları ovladıqları üçün əsir düşürlər. Epizodun arxası Paris nüsxəsində olduğu kimidir. Nüsxənin on yeddinci məclisində Cəlali Koroğlunun əsas düşmənlərindən olan Bolu bəgin Koroğlu ilə olan düşmənçiliyini sona yetirmək üçün Giziroğlu Mustafa bəg ilə Çamlıbelə gəlməsindən və Koroğlunun Həsən Cəlalinin bacısını Bəhbəhandan Çamlıbеlə gətirib Giziroğlu Mustafa bəglə еvləndirməsindən; iyirmi ikinci məclisində Eyvazın Koroğludan küsüb Çəmlibeldən getməsi və Gaziroğlu Mustafa bəgin Eyvazın Çəmlibelə geri qayıtması üçün Koroğluya yardımçı olmasından danışılır.
Azərbaycan variantının “Mahru хanımın Çənlibеlə gəlməsi” qolunda Giziroğlu Mustafa bəyin Koroğlu ilə Hasan paşanın qırx min əsgərini Tokat keçidində qanına qəltan etməsindən, Giziroğlunun sonra Gizir qalasına qayıtmasından və yeddi yüz yetmiş yeddi dəlisini də götürüb Çənlibelə gəlməsindən, onların şərəfinə Çənlibeldə qırx gün məclis qurulmasından, Koroğlu ilə Giziroğlu Mustafa bəyin şəhadət barmağını kəsib qanını bir-birinə sıxaraq qan qardaşı, dost olmasından, Giziroğlu Mustafa bəyin Хotkarın bacısı Mahru хanımı İstanbuldan Çənlibelə gətirib onunla еvlənməsindən bəhs edilir.
“Giziroğlu Mustafa bəyin Çənlibelə gəlməsi” (Azad Nəbiyev nəşri) qolunda Koroğlu ilə Giziroğlunun dostlaşmasından qorxuya düşən Hasan paşanın hiyləyə əl atması, Giziroğlunun atı Alapaçanı Muştuluğa oğurladıb Koroğlunun ilxısına qatdırması, bununla Hasan paşanın Koroğlu ilə Giziroğlu arasına nifaq salması, bu fürsətdən istifadə edərək Giziroğlunu əsir götürtməsi, Koroğlunun silahdaşları ilə Giziroğlunun arxasınca Tokata gedərək onu xilas etməsi, o gündən Giziroğlunun dəstəsinin də Çənlibeldə yaşaması göstərilir.
V.Xuluflu, H.Əlizadə və M.Təhmasibin nəşrlərində Giziroğlu Mustafa bəylə bağlı epizodlar yalnız “Durna teli”/”Bağdad səfəri” qolu içərisində özünə yer tapmışdır. Qeyd edək ki, Giziroğlu Mustafa bəy “Koroğlu” dastanının bu üç nəşrinin “Durna teli” qolunda epizodik surət kimi nəzərə çarpır. Bu nəşrlərdə Giziroğlu Mustafa bəylə bağlı müstəqil qola rast gəlinmir. Giziroğlu Mustafa bəy V.Xuluflu, H.Əlizadə və M.Təhmasib nəşrlərində əvvəlcə mərd bir düşmən, sonra isə dost kimi göstərilir. Paris və Tiflis nüsxələrində olduğu kimi, A.Nəbiyev nəşrində də elə əvvəlcədən Koroğlunun yaхın dostu kimi çıхış еdir.
Anadolu rəvayətinin “Bağdat kolu”nda Koroğlunun yeddi dəlisinin durna teli üçün Bağdada getməsindən və İran şahı tərəfindən həbs edilməsindən, dəlilərin xilası üçün Koroğlunun Bağdad üzərinə getməsindən, Kiziroğlu Mustafa bəyin bu xəbəri eşitdikdən sonra doqquz yüz doqquz atlısı ilə Koroğluya köməyə getməsindən, İran şahı Şeyx oğlu Şah Abbasın Koroğlu ilə barışmasından, hər ikisini aradan götürmək üçün Koroğlu ilə Giziroğlunu ayrı-ayrılıqda İrana toya dəvət etməsindən, əvvəlcə Giziroğlunu dəliləri ilə həbs еtdirməsindən, bu xəbəri eşidən Koroğlunun dərviş paltarında İrana gəlməsindən, Giziroğlu və dəstəsi ilə bağlı məlumat əldə etdikdən sonra Çamlibеlə qayıtmasından və Mustafa bəylə silahdaşlarını zindandan azad еtməsindən söz açılır.
“Kiziroğlu Mustafa Bey – Afganistan – Gürcistan” qolunda Akçadağ yaylalarında yaşayan Giziroğlu Mustafabəyin Çamlıbеlə çoх sayda dərviş gəldiyi halda, Akçadağa hеç kim gəlmədiyi üçün Koroğlunu qısqanması, carçıların Mustafa bəyin dərvişlərə Koroğludan daha çoх pul vеrəcəyini bildirməsi, buna görə də dərvişlərin Akçadağa aхın еtməsi, şəklini gördüyü Suna xanımı almaq üçün Gürcüstana gələn Kiziroğlu və silahdaşlarının zindana salınması, Koroğlunun dəliləri ilə onları zindandan azad etməsi, Koroğlunun Suna xanımı qaçıraraq Kiziroğluna təslim etməsi göstərilir.
“Aşıklardan halk hikayeleri” adlı kitabda verilmiş Köroğlu hikayesi “Kiziroğlu Mustafa Bey” qolu da diqqətçəkicidir. Qolda Koroğlunun Ayvazı evləndirmək istəməsi, qızın atasının Çakırdalı Çamlıbelli Koroğludan Kiziroğlunun çemçıraq (şamşırak, şeb-çerağ) daşını və Bağdaddan bir cüt durna telini qızına hədiyyə gətirəcəyi təqdirdə qızını Ayvaza verəcəyini vəd etməsi, Koroğlunun dərviş qiyafəti geyinərək Kiziroğlu Mustafa bəyin evinə getməsi, Kiziroğlu yuxuya getdikdən sonra onun çemçıraq danışını götürüb qaçması, Kiziroğlunun onun arxasınca getməsi, Çimliçayırda ona çatması, Koroğlunu öldürməyib bağışlaması, Koroğlunun xanım və dəlilərə onu tərif etməsi və Kiziroğlunun dəlilərin arxasından irəli çıxaraq onu qucaqlaşıb qardaş olmasından bəhs edilir.
Belə bir faktı da qeyd edək ki, 1897-ci ildə Aşıq Camalinin (Mkrtıc Taliantsi) “Koroğlunun nağılı. Giziroğlu və Bolu bəylə baş vermiş əhvalatlar” adlı türkcədən tərcümə və təbdili Tiflisdə ermənicə M.Vartanyantsın mətbəəsində çap olunub. Türkiyədə Kiziroğlu ilə bağlı müstəqil qollar toplanıb nəşr edilmişdir. Bunlardan “Kiziroğlu”, “Kiziroğlu Mustafa Bey”, “Kiziroğlu Mustafa Bey/Kırım Seferi”, “Köroğlu ile Kiziroğlu”, “Kiziroğlu Mustafa Bey (Kars, Göle ve Çamlıbel)” qollarını göstərmək olar. Giziroğlu Mustafa bəy haqqında Qara Namazovun “Koroğlu və Giziroğlu Mustafa bəy”, Muhsin Köktürkün “Kiziroğlu Mustafa bey”, Mehmet Gökalpın “Köroğlu kollarından Kiziroğlu Mustafa kolu”, “Kizlroğlu ve Köroğlu”, Nejat Birdoğanın “Kiziroğlu Mustafa bey ve Köroğlu üzerine”, İbrahim Aslanoğlunun “Kiziroğlu Mustafa bey” adlı məqalələri də səciyyəvidir. Bununla bərabər qeyd edilməlidir ki, Refik Özdekin “Kiziroğlu Mustafa” (1998), Muzaffer Şamiloğlunun “Köroğlu ile Kiziroğlu Mustafa Bey” adlı kitablarında da Kiziroğlunun zamanı, məkanı və fəaliyyəti təsvir edilib. Giziroğlu Mustafa bəyə istər Azərbaycan, istərsə də Türkiyə variantlarında ortaq bənzərlikləri olan türkülər qoşulmuş, qəhrəmanlığın tərənnümünə həsr olunmuş bu türkülər onu hər tərəfdə tanıdıb.
H.Əlizadə nəşrindən:
Hay dеyəndə haya basar,
Huy dеyəndə huya basar,
Koroğlunu çaya basar
Giziroğlu Mustafa bəy!
Hay dеyəndə haya yеtər,
Qatı pеykan yaya yеtər.
Koroğlunu çayə təpər
Bir bəy oğlu Mustafabəy.
Hay еdеndе haya tеpеr
Huy еdеndе huya tеpеr
Köroğlunu çaya tеpеr
Kiziroğlu Mustafa Bеy.
“Koroğlu”nun hər iki variantında Giziroğlu Mustafa bəyin Alapaça atı Qıratın qaçmasına belə fürsət verməyən qeyri-adi bir at kimi təsvir olunur:
Azərbaycan variantından:
Bir atı var alapaça,
Aman vermir Qırat qaça,
Nizəsinin ucu haça
Giziroğlu Mustafa bəy!
Bir at biner alapaça
Fırsat vermez Kırat kaça
Az kaldı ortamdan biçe
Kiziroğlu Mustafa Bey.
“Koroğlu” dastanı
XVI əsrin sonu — XVII əsrin əvvəllərində baş vermiş Cəlalilər hərəkatı xalq arasında geniş əks-səda tapmış, bu hərəkatın iştirakçıları haqqında çoxlu nəğmə, rəvayət yaranmışdır. Bu tarixi hadisə Azərbaycan və Türkiyə ərazisi ilə bağlı olduğundan yaranan bədii nümunələr də bu ölkələrdə daha geniş yayılmış, dildən-dilə keçmiş, zaman ötdükcə daha da zənginləşmişdir. “Koroğlu” dastanının mənbəyi məhz bu tarixi hadisə, bu hərəkat hesab olunur. Xalqın bədii təfəkkürünün, düşüncəsinin məhsulu kimi meydana gələn bu dastan (təsadüfi deyildir ki, onda əfsanəvi qüvvələr də iştirak edir) illər keçdikcə mükəmməl bədii forma və məzmun almış, möhtəşəm, təkrarolunmaz abidəyə çevrilmişdir.
Dastanda xarakter, fərdi xüsusiyyət və insanlara münasibətləri ilə bir-birindən fərqlənən çoxlu obraz yaradılmışdır. Eposun baş qəhrəmanı Koroğlu xarakteri, davranışı, tədbirli olması ilə diqqəti dərhal cəlb edir və seçilir. Yoxsul ilxıçı oğlu olan Rövşən ilk dəfə atasının intiqamını almaq üçün silaha əl atır, lakin haqsızlığa, ədalətsizliyə nifrəti bu gənci mübarizə yolundan döndərmir. Ağa, bəy, xan zülmündən cana doymuş, xoşbəxt həyat arzusu ilə yaşayan yoxsul gənclərin üz tutduğu Çənlibel azadlığın hökm sürdüyü yurda, Rövşən isə Koroğluya çevrilir.
Bu yenilməz sərkərdəni dəlilərə, yoxsul insanlara daha çox sevdirən mərdliyi, ədalətli olması və igidliyidir. Varlanmaq, şöhrət qazanmaq xalqa arxalanan, ondan güc, qüdrət alan Koroğlunun təbiətinə yaddır.
Koroğlunun başına yığışan, ətrafında sıx birləşən dəlilər — silah yoldaşları üçün ümumi olan cəhətlər az deyildir; mərdlik, qorxmazlıq, haqqın, ədalətin tərəfində durmaq, dostluqda sədaqətli olmaq, düşmənə nifrət və s. onları birləşdirən cəhətlərdəndir. Bu igidləri bir-birindən fərqləndirən xüsusiyyətlər də çoxdur. Dəli Həsən təmkinli, tədbirli olması ilə seçilir. Eyvaz səmimiliyi ilə dəlilərin sevimlisi olur. Bəlli Əhməd təvazökarlığı, Dəmirçioğlu isə səbirli və dözümlülüyü ilə diqqəti cəlb edir.
Dastanı oxuduqca bu el qəhrəmanlarının əxlaqına, davranışına heyran olmamaq mümkün deyil. Sadə insanların, zəhmət adamlarının içindən çıxan bu igidlər öz başçılarına layiq insanlardır.
Eposdakı qadın surətlərinin oxşar cəhətləri çoxdur. Onların, demək olar ki, hamısı xotkar, şah, bəy, xan qızlarıdır. Haqqın, ədalətin, bərabərliyin, mənəvi azadlığın hökm sürdüyü Çənlibel hamı kimi, bu qızları da cəlb edir. Dəbdəbəli saray həyatından üz döndərib bu yurda gələn xanımlar burada sədaqət, vəfa, səmimilik görürlər. Koroğlu dəliləri ilə xoşbəxt ailə quran bu qızlar çətin anlarda ərlərinə arxa, dayaq olur, onlarla bərabər düşmənə qarşı vuruşurlar.
Ağıllı məsləhətləri, xeyirxahlığı ilə bütün dəlilərin hörmətini qazanan Nigar xanım Çənlibelin ağbirçək anası sayılır. Koroğlunu bir igid, mərd insan kimi yüksək qiymətləndirən Nigar xanım onun səhvlərini də üzünə deyir, dəlillərlə sərkərdənin arasında soyuqluğun yaranmasına imkan vermir.
Nigar vəfalı ömür-gün yoldaşı olur. Ərinin qocalığında ona qayğısını daha da artırır, onu fikir etməyə, dərd çəkməyə qoymur.
Dastanda yaradılmış Telli xanım, Ruqiyyə xanım, Məhbub xanım və başqa qadın surətləri ağıl, davranış və xoş rəftarları ilə hamının rəğbətini qazanırlar.
Xalqla, arxasız, kimsəsiz insanlarla amansız rəftar edən xotkar, şah, bəy, xan surətlərinə, demək olar ki, hər qolda rast gəlmək mümkündür. Koroğlu onların yuxusuna haram qatmış, hakimiyyətlərini xeyli məhdudlaşdırmışdır. Bu yenilməz igidlə açıq döyüşdən çəkinən hakim təbəqə onu məhv etmək üçün ağlagəlməz hiylələrə əl atır. Bu təbəqənin ən nüfuzluları Koroğlunu aradan götürmək üçün var-dövlətlərinin böyük bir qismini, hətta övladlarını — qızlarını belə qurban verməyə razıdırlar. Xotkar, Hasan paşa, Ərəb Reyhan, Bolu bəy və b. namərd, hiyləgər, amansız olduqları qədər də qorxaq və ikiüzlüdürlər. Onlar fürsət düşən kimi bir-birini aldadır, xotkarın rəğbətini qazanmaq üçün hər fırıldağa əl atır, ən yaxınlarına belə yalan danışırlar.
Koroğlu və onun dəliləri bütün döyüşlərdə onlara qalib gəlirlər. Bu, haqqın, ədalətin, düzlüyün, doğruluğun qələbəsidir.
Dastanın üzərində müşahidələri dərinləşdirməklə, mənbələri araşdırmaqla bütün deyilənləri nümunələrlə əsaslandırmaq və onlara əhəmiyyətli əlavələr etmək mümkündür.
Dastanın əsrlər boyu maraqla oxunmasının, geniş yayılmasının və yaşamasının səbəbləri çoxdur. Bunlardan ən mühümü onun bədii gözəlliyi, solmayan təravətidir. Bir-biri ilə heyrətamiz ustalıqla bağlanan, əlaqələndirilən əhvalatları həyəcansız oxumaq mümkün deyildir.
Hadisələrin təsviri elə ilk cümlələrdən diqqəti cəlb edir, oxucunu, dinləyicini intizarda saxlayır, onun necə tamamlanacağı maraqla izlənilir.
Dastanda nəsrlə nəzmin əvəzlənməsi ona xüsusi gözəllik vermişdir. Əhvalat və hadisələrin təsviri nəsrlə verilmiş, hiss-həyəcanların ifadəsində isə daha çox qoşma və gəraylıdan istifadə olunmuşdur.
Dilimizin gözəlliyi, ifadə imkanlarının genişliyi dastanın hər cümləsində, səhifəsində açıq-aşkar duyulur. Obrazların hiss və düşüncələrinin, portretlərinin, döyüş səhnələrinin dəqiq seçilmiş söz və ifadələrlə əks olunması dastanın oxucusuna, dinləyicisinə hədsiz zövq verir və o, hadisələrin iştirakçısına çevrilir, qəhrəmanlarla gah fərəhli, gah da üzüntülü duyğular yaşayır. Onların taleyi üçün təhlükə yaranan anlarda həyəcanlanır, zəfər anlarında isə qəlbi iftixar hissi ilə dolur.
Dastandakı əhvalatlar axıcı bir dillə, təşbeh, metafor, təkrir, mübaliğə, litotadan, eləcə də, xalq deyimləri, məsəllər, atalar sözlərindən bol-bol istifadə ilə nağıl olunur.
Dastanın (onun hər bir qolunun) maraqlı, cəlbedici süjetə, bitkin kompozisiyaya malik olması kamil sənət nümunəsi səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynayır.
Mövzusunu tarixi hərəkatdan alan dastanda xalqın azad, firavan yaşamaq istəyi, haqsızlığa, ədalətsizliyə nifrəti geniş əksini tapmışdır. Buna uyğun olaraq, Koroğlunun və onun silahdaşlarının — dəlilərin bədii obrazı xalqın arzusuna və zövqünə müvafiq yaradılmış, onlara böyük məhəbbət ifadə edilmişdir. Dastanın yaradıcıları ədalətsiz şah, bəy və xanlara nifrətlərini də gizlətməmişlər.
Eposda anaya, qadına dərin hörmət, əməyə, zəhmət adamına rəğbət ardıcıl duyulur, mərd və dürüst olmağın üstünlükləri barədə müdrik fikirlərə, ibrətamiz əhvalatların təsvirinə yer verilir.
Dastanın qollarını bir ana xətt birləşdirsə də, hər birinin müstəqil süjet xətti var və oxucu onlarda yeni əhvalat və hadisələrlə qarşılaşır. Bu isə o deməkdir ki, dastan ideyaca zəngindir və bunu ciddi araşdırma aparmaqla əhatəli şərh etmək mümkündür.
Comments are closed, but trackbacks and pingbacks are open.