Press "Enter" to skip to content

Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi

Rus anarxiyasının qurucusu olan Mixail Bakunin və şagirdi Neçayev ideal bir terroristi belə təsvir edirlər:

MƏQALƏLƏR

Terroristlərin mühüm xüsusiyyətlərindən biri kütlə ruhu ilə hərəkət etmələridir. Kütlə ruhu ilə hərəkət edən insanlar həqiqətən təkbaşına etməyəcəkləri şeyləri edir, şüursuzluq və iradəsizlik içində hərəkət edə bilirlər. Dünyanın bir çox ölkəsindəki terror təşkilatlarında olan ağılsız və cahil insan nəyi nə üçün etdiyini belə bilmədən, kütlənin və şüarların təsiri altına düşərək, sürü psixologiyasında həqiqətən öz iradəsi ilə etməyəcəyi kütləvi cinayətlərə səbəb olur.

Rus anarxiyasının qurucusu olan Mixail Bakunin və şagirdi Neçayev ideal bir terroristi belə təsvir edirlər:

“İdeal terrorist, qanuni və mədəni dünyanın bütün qanuni, mənəvi və digər təşkilatları ilə əlaqəni kəsən insandır... Yalnız birelmi tanıyır: Yox etmək.”(http://www.teror.gen.tr/turkce/propaganda/eleman/ozellikler.html)

Bakunin və Neçayevin bu sözlərindən də aydın olduğu kimi terroristlər maddi və mənəvi bütün təşkilatlarla əlaqəni kəsən, buna görə də bütün əxlaqi dəyərləri rədd edən və bu təşkilatları özlərinə bir maneə və düşmən hesab edən insanlardır. Bakunin başqa bir sözündə isə “Bir terroristin tək bir məqsədi olmalıdır, mərhəmətsiz məhv! Bu məqsədlə yorulmadan və soyuqqanlılıqla hər zaman ölməyə və buna mane olan hər kəsi öz əlləri ilə öldürməyə hazır olmalıdır”deyib. Terrorizmin stolüstü kitabı olaraq qəbulolunan İnqilabçının Stolüstü kitabında bir terroristin necə olması bu cümlələrlə açıqlanır:

“. Özünə qarşı sərt davranan inqilabçı, sevgiyə, dostluğa, minnətdarlığa hətta şərəfə belə yer verməyərək başqalarına da qarşı sərt olmalıdır. Sadəcə müvəffəq olunmalı özünə zövq, razılıq və mükafat verəcək inqilabimübarizənin soyuq ehtirasına yer verməlidir.” (http://www.teror.gen.tr/turkce/propaganda/eleman/ozellikler.html)

Bu sözlər terrorun qaranlıq üzünü bütün gerçəkliyi iləgöstərməkdə və terrorun sülh, xoşniyyət və sevgi dini olan İslam dini ilə tamamiləzidd tərəflərdə olduğunu göstərir. Çünki Allah “Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.” (Bəqərə Surəsi, 208)ayəsi ilə insanlara sülhün həqiqi qurtuluş olduğunu, bunun əksi isə – yəni döyüşün və qarşıdurmanın isə – şeytanın addım izləri ilə getmək olduğunu bildirir.

Terrorun kütlə psixologiyası

Terroristlərin bir başqa əhəmiyyətli xüsusiyyətləri də kütlə ruhu ilə hərəkət etmələridir. Bu kütlə daxilində fərdi düşüncələr əriyib yox olmaqda, hər kəs tək bir məqsədə yönəlməkdədir. Kütlə ruhu ilə hərəkət edən insanlar həqiqətən təkbaşına etməyəcəyi şeyləri etməkdə, şüursuzluq və iradəsizlik içində hərəkət etməkdədirlər. Dünyanın bir çox ölkəsində terror təşkilatlarında olan ağılsız və cahil insan, nəyi nə üçün etdiyini belə bilmədən, kütlənin, şüarların təsiri altına düşərək, sürü psixologiyasındahəqiqətən öz iradəsi ilə etməyəcəyi kütləvi cinayətlərəsəbəb olur.

Bir anda qatilə, təcavüzkar bir etirazçıya, insanlıqdan kənar hərəkətləri edə biləcək bir terroristə çevrilə bilər. Tək olduğu zaman, sakit görünən bir adam, bir terror qrupunun içinə girdiyində birlik olub bir evi atəşə verə bilər, bir əcnəbiyə səbəbsiz yerə hücum edə bilər, bir iş yerini qarət edə bilər, kütləvi surətdə insanları qətl edə bilər, hətta özünü belə ölümə atmaqdan çəkinməyə bilər. Terrorist qrupun içində edilən yamsılamağa özünü təslim edər və çoxluğun ona verdiyi güclə əmr olunan hər şeyi şüursuz bir şəkildə yerinə yetirər.

Terror fəaliyyətlərinəqoşulanlarınçoxu, iradə və vicdanları zəif olduğu üçün kütlə psixologiyası içində hazırlanmış “sürü” halına gəlirlər. Mühakimə və hökm tamamilə ortadan qalxmış, bunun yerinə həddindən artıq və şişirdilmiş duyğular, şiddətə meyl və təcavüzkarlıq hakim olmuşdur. Belə insanlar təsir altına tez düşür, dözümsüz və heç bir qayda tanımırlar.

Bu “kütlə psixologiyası”nın səhvini, insanın öz ağıl və iradəsi ilə hərəkət etməli olduğunu bir Quran ayəsində belə açıqlanır:

“Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibin əməlləri) barəsində sorğu-sual olunacaqlar” (İsra Surəsi, 36)

Terrorizmin əsl qaynağı: üçüncü dünya fanatizmi

“İslami terror” olaraq adlandırılan və son dövrdə dünya aktuallığında özünə yer alan tamamilə həqiqətə uyğun olmayan bu faktı anlamaq üçün tarixi faktlar olduqca aydınlatıcıdır. Çünki bu gün də İslam adından istifadə edərək terror törədənlərvə ya bunu dəstəkləyənlər İslam dünyasındakı kiçik bir azlığı təmsil edirlər. Bu İslamdan deyil Peyğəmbərimiz (s.ə.v) dövründə yaşamış bəzi qövmlərə hakim olan “bədəvi xarakteri”ndən əmələ gəlməkdədir. Bədəvilər İslamın mahiyyətini heç cür anlamayaraq, bir sülh, əmin-amanlıq və ədalət dini olan İslamı, öz ictimai və mədəni quruluşlarındanmeydana gələn vəhşiliklərinə alət etməyə çalışırlar. Bu vəhşiliyin qaynağı isə, “Üçüncü dünya fanatizmi” olaraq adlandıra biləcəyimiz, insan sevgisindən uzaq olan insanların ağılsızlıqlarıdır.

Bu bir həqiqətdirki, son bir neçə əsrdir ki, İslam dünyasının dörd bir tərəfindəki müsəlmanlar qərbli güclər və ya onların əlaltıları tərəfindən zülmə məruz qalırlar. Müstəmləkəçi Avropa dövlətləri, Qərb tərəfindən dəstəklənən yerli müstəmləkəçilər (məsələn İsrail) və ya Qərb tərəfindən dəstəklənən yerli totalitar rejimlər, müsəlmanlara çox zülm etmişlər. Amma bu, müsəlmanların Qurana görə anlaması, şərh etməsi və reaksiya verməsi lazımlı bir vəziyyətdir. Quranda heç bir zaman “zülmə qarşı zülm” tətbiq olunmasına icazə verilmir.

Müsəlmanlar özlərinə edilən zülmə qarşı əlbəttə reaksiya verməlidirlər, bunu tətbiq edənlərə cavab vermələri qanuni bir haqdır. Amma bu heç bir zaman kor-koranə nifrətə, ədalətsiz bir ədavətə səbəb olmamalıdır. Allah bu mövzuda müsəlmanları “. camaata qarşı olan kin sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir (Maidə Surəsi, 2) hökmü ilə xəbərdar etməkdədir.

Üçüncü dünya fanatizminin İslamla heç bir əlaqəsi olmadığının ən bariz nümunəsi bu fanatizmin yaxın zamana qədər kommunist ideologiyası ilə eyni olmasıdır. Bilindiyi kimi günümüzdəki Qərb əleyhdarı terror hərəkətlərinin bənzərləri 60-cı və 70-ci illərdə də Sovet İttifaqından dəstək alan kommunist təşkilatlar tərəfindən həyata keçirilibdir.

Kommunist ideologiyası təsirini itirməsi ilə birlikdə, bu təşkilatları əmələ gətirən ictimai quruluşların bir qismi İslamı istifadə etməyə başlamışdır. Köhnə kommunist ifadələrinə İslami bəzi anlayışlar və simvollar əlavə edərək meydana gətirmək istədikləri bu “din libasına bürünmüş vəhşilik”, həqiqətən İslamın mahiyyətini meydana gətirən əxlaqi dəyərlərə tamamilə ziddir.

Bu mövzuda son olaraq, İslamın hər hansı bir millətə və ya coğrafiyaya aid olmadığıdır. İslam Allahın insanlara yol göstərici olaraq endirdiyi son dindir və bütün insanlığa xitab etməkdədir. Müsəlmanlar, inandıqları haqq dini hər mədəniyyətdən olan millətə izah etmək, tanıtmaq və onların qəlbləriniİslama yaxınlaşdırmağa məsuldurlar.

Buna görə İslam adına ortaya çıxaraq terror tətbiq edən, totalitar rejimlər meydana gətirən, dünyanı gözəlləşdirmək yerinə çirkinləşdirən insan və qruplara qarşı tək bir həll yolu vardır: Həqiqi İslamın təbliğ edilməsi, izah edilməsi, kütlələr tərəfindən başa düşülməsi və yaşanması.

Terrorun ən əhəmiyyətli xüsusiyyətlərindən biri hədəfini təsadüfi seçməsidir. Ayrı-seçkilik güdmədən hədəfin təyin olunması, qorxunun yayılmasının ən əhəmiyyətli səbəblərindən biridir. Çünki bu, heç bir insanın təhlükəsiz ola bilməyəcəyi mənasını verməkdədir. Əgər hər hansı birini hədəf almaq üçün xüsusi bir səbəb yoxsa o zaman heç kim təhlükəsizlikdə olmayacaq. Potensial hədəf özünü qorumaq üçün heç bir şey edə bilməz. Çünki terrorist öz qaydalarına görə mühakimə edər və özü seçdiyi yer və zamanda hərəkətə keçər. Bu da siyasi terror fəaliyyətlərinin əvvəldən təxmin edilə bilməyəcəyini göstərməkdədir.

Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi

Qustav Lebon
XALQLARIN VƏ KÜTLƏNİN PSİXOLOGİYASI
Annotasiya
Fransız psixoloqu Lebon Qustavın “Xalqlar və kütlə psixologiyası” əsəri böyük
sosial qrupların psixologiyasının tədqiqinə həsr olunub. Mütəşəkkil kütlənin davranış
qanunlarını ilk dəfə məhz Lebon ifadə edib. Əsərində o yazır ki, izdiham zamanı
adamlarda “indiyədək sahiblənə bilmədikləri yeni keyfiyyətlər meydana çıxır”. Belə
vəziyyətdə fərd “fors-major şüur əldə edir və bu şüur onu elə instinktlərə tabe
olmağa vadar edir ki, tək olduğu zamanlarda heç vaxt onlara azadlıq vermir”. Lebon
bunu belə izah edir: birincisi, “kütlə anonimdir və ona görə məsuliyyət daşımır. Ayrı-
ayrılıqda fərdləri həmişə çəkindirən məsuliyyət hissi, izdiham zamanı tamamilə
ortadan qalxır”. İkincisi, izdihamda “hər bir hiss, hər cür fəaliyyət sirayətedicidir, özü
də o dərəcədə ki, fərd öz şəxsi maraqlarını çox asanlıqla kollektiv maraqlara qurban
verir”. Müəllifin müşahidələrinə görə, izdihamda fərdin üçüncü əsas xüsusiyyəti, “bir
növ təlqinə həssas olmasıdır, bu zaman o, öz iradəsinə malik olmur”.
Gustave Le Bon PSYCHOLOGIE DES FOULES
Qustav Lebon XALQLARIN VƏ KÜTLƏNİN PSİXOLOGİYASI
Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
ISBN 978-9952-26-984-0
downloaded from KitabYurdu.org

I Kitab
XALQLARIN PSİXOLOGİYASI
Giriş
MÜASİR BƏRABƏRLİK İDEYALARI VƏ TARİXİN PSİXOLOJİ ƏSASLARI
Bərabərlik ideyalarının təşəkkülü və inkişafı. – Onun doğurduğu nəticələr. –
Baxın, onun tətbiqi nəyə gətirib çıxarıb. Onun kütlələrə hazırkı təsiri. – Bu əsərdə
nəzərdə tutulmuş məsələlər. – Xalqların ümumi təkamülünün başlıca faktorlarının
tədqiqi. – Bu təkamül təsisatlardanmı təşəkkül tapır? – Hər bir sivilizasiyanın
elementləri özündə ayrılıqda götürülmüş hər bir xalqa xas olan təsisat, incəsənət,
etiqad və s. kimi məlum psixoloji əsasları əks etdirirmi? – Tarixdə hadisənin
əhəmiyyəti və dəyişilməz qanunlar. – Bəlli subyektdə irsi ideyaların dəyişdirilməsinin
çətinliyi.
Xalqları idarə edən təsisatların ideyaları ən uzunmüddətli təkamülə məruz
qalırlar. Çox astagəlliklə təşəkkül tapan bu ideyalar, elə tədricən də yoxa çıxırlar. Ağıllı
zəkaların aşkar nöqsan kimi qəbul etdikləri həmin ideyalar, kütlə tərəfindən uzun
zaman ərzində şəksiz həqiqət kimi qəbul edilir və qara xalq kütləsinə öz təsirini
göstərməkdə davam edir. Yeni ideyanı təlqin etmək nə qədər çətindirsə, köhnəsini
aradan qaldırmaq da bir o qədər asan deyil. Bəşəriyyət ölü ideyalardan və ölü
tanrılardan daim möhkəm yapışıb, qopmaq bilmir.
İbtidai insan tarixinə aid olan və onun ruhi quruluşunun müxtəlifliyini və irsi
qanunlarını əks etdirən olduqca cahil ideyalara qarşı şair və filosofların, dünyada
insanların və irqlərin bərabərliyi ideyasını ortalığa atmasından, demək olar ki, bir əsr
yarım vaxt keçib.
Kütlə üçün çox şirnikləndirici olan bu ideya onların ruhuna çox tezliklə hakim
kəsildi və öz bəhrəsini də çox tez verməyə başladı. O, köhnə cəmiyyətin əsaslarını
sarsıtdı, ən qorxunc inqilablardan birinə gətirib çıxardı və qərb dünyasında bir sıra
güclü qıcolmalar doğurdu və onların sonu hələ də görünmür.
Şübhəsiz, fərdləri və irqləri bir-birindən ayıran bəzi bərabərsizliklər o dərəcədə
aşkar idi ki, uğrunda ciddi mübarizə apara biləsən. Lakin adamlar həmin
bərabərsizlikləri yalnız verilən tərbiyənin nəticəsi hesab etdiklərindən, bütün
insanların eyni cür ağıllı və xeyirxah doğulduqlarını, lakin sonradan onların yalnız
müxtəlif təsisatlar tərəfindən korlandıqlarını düşünərək, çox tez sakitləşirdilər. Buna
qarşılıq olan çox sadə vasitə var idi: təsisatlar qurmalı və bütün adamlara eyni tərbiyə
verməli. Beləliklə, təsisatlar və maarifləndirmə, müasir demokratiyanın məşhur sehrli
downloaded from KitabYurdu.org

iksirinə – böyük prinsiplər üçün alçaldıcı olan bərabərsizlikləri aradan qaldıran,
müasirliyin tək ilahi vasitəsinə çevrilmişdi.
Buna baxmayaraq, elmin ən yeni nailiyyətləri eqalitar nəzəriyyələrin
əhəmiyyətsizliyini üzə çıxardı və təsdiq etdi ki, keçmişdə insanlar və irqlər arasında
yaradılan əqli uçurum, yalnız irsən toplanmışlarla, özü də tədricən doldurula bilər.
Müasir psixologiya sərt təcrübə dərsləri ilə birlikdə göstərdi ki, məşhur şəxslər və
məşhur xalqlardan ötrü uyğunlaşdırılmış tərbiyə sistemi və təsisatlar, digərləri üçün
çox ziyanlı ola bilər. Lakin özləri tərəfindən dünyada dövriyyəyə buraxılmış ideyaların
uydurma olduğuna əminlik yarandıqda, filosoflar onları dövriyyədən çıxarmaq
səlahiyyətinə malik olmurlar. Həmin ideyalar yatağından çıxmış çaya bənzər, heç bir
bənd onun qarşısını saxlaya bilməz, ideya dağıdıcı, nəhəng və dəhşətli axın olaraq
davam edər.
Və baxın, ideyalar necə məğlubedilməz gücə malikdirlər! Nə bir psixoloq, nə bir
mədəni dövlət insanı və xüsusilə – nə də hər hansı bir səyahətçi tapa bilməzsən ki,
dünyanın altını üstünə çevirmiş, Avropada nəhəng inqilablara gətirib çıxarmış və
Amerikada Cənub Ştatlarını Şimali Amerika İttifaqından ayırmaq uğrunda qanlı
müharibəyə sövq etmiş insanların bərabərliyi anlayışının nə qədər yalançı, xəyali
olduğunu başa düşməsin; bizim təsisatlar və tərbiyənin, ibtidai xalqlar üçün nə qədər
məhvedici olduğunu inkar etməyə heç kimin mənəvi haqqı yoxdur. Bütün bunlarla
yanaşı, bir adam da tapa bilməzsən ki, – ən azı Fransada – hakimiyyətə gələndən
sonra ictimai rəyə qarşı çıxsın və ona müqavimət göstərə bilsin, bu tərbiyə və
təsisatları bizim müstəmləkələrdəki yerli əhali üçün də tələb etməsin. Bizim
bərabərlik ideyasından qaynaqlanan sistemlərin tətbiqi müstəmləkələri viran qoyur
və tədricən bütün müstəmləkələrimiz acınacaqlı vəziyyətə düşür. Lakin sistemin
başlanğıc olaraq mənbəyini təşkil edən prinsiplər, hələ də sarsımaz olaraq –
qalmaqdadır.
Bununla belə, tənəzzüldən uzaq olan bərabərlik ideyası hələ də
genişlənməkdədir. Bu bərabərlik naminə sosializm zərurətə çevrilib, görünür, o, yaxın
gələcəkdə Qərbin əksər xalqlarını öz köləsinə çevirəcək, onların xoşbəxtliyinin
təminatı üçün çalışacaq. Onun adı ilə müasir qadın özünə kişilərlə bərabər hüquq və
eyni tərbiyə tələb edir.
Bu, bərabərlik prinsiplərinin gətirdiyi siyasi və sosial çevrilişlər və bundan sonra
onun doğuracağı daha mühüm dəyişikliklər, kütləni heç də qayğılandırmır, dövlət
adamlarının siyasi ömrü isə o qədər qısadır ki, onlar bundan narahat belə, olmurlar.
Bununla belə, müasirliyin baş hakimi – ictimai rəydir və ona riayət etməmək
mümkünsüzdür.
Hər hansı bir ideyanın sosial əhəmiyyətini müəyyən etmək üçün zəkalar üzərində
hökmranlıq edən gücdən yaxşı ölçü meyarı yoxdur. Onda olan həqiqət və yalan payı
yalnız fəlsəfi nöqteyi-nəzərdən maraq doğura bilər. Nə vaxt ki, həqiqi və yaxud yanlış
ideya kütlə üçün hissə çevrilir, bu zaman ondan törəyən nəticələr də tədricən ortaya
çıxır.
Beləliklə, maarifçilik və təsisatların köməyilə, bərabərliklə bağlı müasir arzuların
həyata keçirilməsinə başlamaq lazımdır. Onların yardımı ilə biz ədalətsiz təbiət
qanunlarını təshih etməklə Martinika, Qvadelupa və Seneqaldan olan zəncilərin,
downloaded from KitabYurdu.org

Kütlələrin psixologiyası

Kütlənlərin psixologiyası və ya, həmçinin çağırılan kimi, kütlənin psixologiyası, sağlam düşüncə və hissləri olan böyük bir qrupun düşüncə və davranış xüsusiyyətlərini nəzərdən keçirir. Kütlələrin psixologiyasının yaradıcıları arasında – Ziqmund Freud və digər tanınmış mütəfəkkirlər, bu mövzuya maraq çox uzun müddətdir mövcud olmuşdur.

Kütlələrin psixoloji nəzəriyyəsi

Başlamaq üçün anlayışları anlamaq lazımdır. Psixoloji izdiham – yalnız bir yerə yığılmış insanlar deyil, yalnız psixoloji bir cəmiyyətə malik insanlardır. Şüurlu bir fərddən fərqli olaraq, yığıncaq şüursuzca hərəkət edir. Bu, şüurun fərdi olması və şüursuzun kollektiv olmasıdır.

İzdiham nə olursa olsun, həmişə mühafizəkar olacaq, keçmiş həmişə bu gündən daha vacibdir. Bu vəziyyətdə heç bir kütlə lideri olmadan edə bilməz, mantıksız arqumentləri deyil, müəyyən bir hipnotik hakimiyyətə malikdir.

Bir neçə növ kütlə var. Məsələn, heterojen bir izdiham anonim (məsələn, caddedeki insanlar) və qeyri-anonim (parlament iclasları) ola bilər. Hörmətli bir kütlənin üç kateqoriyasında təmsil olunur: məzhəb (dini və ya siyasi), kast (ruhanilər, işçilər, təqaüdçülər, hərbi), siniflər (orta sinif, burjuazi və s.

Kütlələri nəzarət edə bilmək üçün siyasət həmişə milli bir fikir, dini və s. Şəklində möhkəm bir təməl olmalıdır. Tək götürülmüş, insanlar ağlabatan; amma yığıncaqda, siyasi mitinqdə və ya hətta dostları ilə bir insana bir sıra xəyanətlərə qadirdir.

Kütləvi idarəetmənin psixologiyası

Bu gün bir çox alim kütlələri xalqa çevirməkdən danışır. Xalqa bir yerdə toplanmalı və xalqın dağılması mümkündür. Kütləvi ünsiyyət televiziya, qəzet, radio və internet vasitəsi ilə hər bir insanı kütləsinin bir üzvünə çevirməyə imkan verir. İzləmə metodları aşağıdakı üsullardan istifadə olunur:

  1. Uşaqlara olduğu kimi insanlara müraciət edin . Qeyd: ictimaiyyət üçün nəzərdə tutulan çıxışların əksəriyyəti, uşaqla söhbət zamanı istifadə olunan ifadələr və intonasiyalarla qurulmuşdur. Bir şəxsin düşüncəli olması səbəbindən reaksiya 12 yaşından kiçik uşaqlar üçün xarakterik olan kritik qiymətləndirmə olmadan aparılacaqdır.
  2. Distractions . Kütlələr fəal şəkildə bəzi problemləri əhatə edir, başqalarına səssiz qalır, daha da əhəmiyyətlidir. Müasir psixologiya, iqtisadiyyat, kibernetika və ya elm kəşflərinin ən vacib problemlərindən bəhs etmək əvəzinə hava saatı şou-biznes, idman hadisələrini işıqlandırır, məntiqsiz seriallar yayımlayır.
  3. Tədricən tətbiq üsulu . Tədricən, bir şey təqdim edə bilərsiniz – əgər media dərhal kütləvi işsizliyin, qeyri-sabitliyin və əhalinin qeyri-müəyyənliyini məlumatlandırırsa, üsyan ola bilər, lakin tədricən açılmış bu məlumatlar daha sakit bir reaksiyaya səbəb olur.
  4. Problemlər yaradın və təkliflər təklif edin . Bu vəziyyətdə vətəndaşların müəyyən reaksiyasına səbəb olan bir süni şəkildə yaradılmış vəziyyət, əhalinin özü hökumətin artıq lazım olan addımları ilə bağlıdır, lakin digər hallarda dəstək ala bilməz. Misal: vətəndaşların hüquq və azadlığını pozduqlarına baxmayaraq, insanların təhlükəsizliyin gücləndirilməsində israr etdiyi terror hücumları.
  5. İnsanları cahilliyə aparın . Hakimiyyətin səyləri həm də insanların necə başa düşmədiklərinə, necə fəaliyyət göstərdiyinə yönəlmişdir. Bunu etmək üçün təhsil səviyyəsinin aşağı salınması, şou-biznesin “mədəniyyət” kimi təqdim edilməsi və s.

Kütlələrin psixologiyası, bir nəfərdən daha çox insanları idarə etməkdən daha asan olduğunu söyləyir. Hansı rəhbərliyin hər şeyə dair olduğunu tam olaraq görmək vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.