Press "Enter" to skip to content

Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn forum keçirilib

Bu il sərgidə dünyanın 26 ölkəsindən 100-dən çox şirkət iştirak edəcək. Onların arasında Rusiya, Belorus, Polşa, Almaniya, Çexiya, Hollandiya, Latviya, Türkiyə, İtaliya və İspaniya kimi ölkələr yer alır. Bu il ilk dəfə olaraq Latviya, Moldova, Belçika və İran öz milli ekspozisiyaları ilə çıxış edəcəklər. Eksponentlərin ümumi sayının 60%-ni debütantlar təşkil edir. Sərginin ümumi ekspozisiyasının 40%-ni təşkil edən Azərbaycan şirkətləri də sərgidə fəal iştirak edirlər.

Bakıda “Qida sənayesi” sərgisi keçiriləcək

Milli.Az xəbər verir ki, artıq on doqquzuncu ildir ki keçirilən “WorldFood Azerbaijan” sərgisi Xəzəryanı regionda qida sənayesinin ən böyük tədbiri kimi öz mövqeyini tam möhkəmləndirib. Keçirildiyi uzun illər ərzində “WorldFood Azerbaijan” sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, habelə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və “ITE Group plc” şirkəti çıxış edirlər. Layihənin icrasına “ITE Group plc” şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən tərəfdaşlar şəbəkəsi cəlb olunub.

Bu il sərgidə dünyanın 26 ölkəsindən 100-dən çox şirkət iştirak edəcək. Onların arasında Rusiya, Belorus, Polşa, Almaniya, Çexiya, Hollandiya, Latviya, Türkiyə, İtaliya və İspaniya kimi ölkələr yer alır. Bu il ilk dəfə olaraq Latviya, Moldova, Belçika və İran öz milli ekspozisiyaları ilə çıxış edəcəklər. Eksponentlərin ümumi sayının 60%-ni debütantlar təşkil edir. Sərginin ümumi ekspozisiyasının 40%-ni təşkil edən Azərbaycan şirkətləri də sərgidə fəal iştirak edirlər.

Ekspozisiya qida məhsullarının təqdim olunması baxımından mühüm marketinq funksiyasını yerinə yetirməklə yanaşı, həm də innovasiyalı məhsulların nümayişi və onlarla tanışlıq üçün platforma hesab olunur. Belə ki, bu il sərgidə ziyarətçiləri aparıcı istehsalçılar, məşhur brendlərin distribütorları, habelə yeni baqqaliyyə məhsulları gözləyir. Sahənin praktiki olaraq bütün istiqamətlərini əhatə edən “WorldFood Azerbaijan” sərgisi mövzu ilə bağlı bir neçə ekspozisiyanı özündə birləşdirir – qida sənayesi (“WorldFood”), içkilər (“WorldDrink”) və texnologiyalar (“WorldFoodTech”). Sərgidə ət, konservləşdirilmiş məhsullar, baqqaliyyə məhsulları, inqrediyentlər, çay, meyvə və tərəvəz, qənnadı məmulatları və içkilərdən ibarət stendlər təqdim olunacaq.

Həmin tarixlərdə keçirilməsi planlaşdırılan “Ipack Caspian-2013” Xəzər Beynəlxalq “Qablaşdırma, tara, etiket və poliqrafiya” sərgisində müxtəlif sənaye sahələri üçün qablaşdırmanın istehsalı və tərtibatı üçün avadanlıqlar, qablaşdırma materialları, tara və hazır qablaşdırmalar təqdim olunacaq. Bu il kənd təsərrüfatı sahəsində çalışan həm yerli, həm də əcnəbi şirkətlər “WorldFood Azerbaijan” sərgisi ilə paralel keçirilən “Agrihort Azerbaijan-2013” 7-ci Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” sərgisinə də böyük maraq göstərirlər. Belə ki, sərgidə Ukrayna, Almaniya, Rusiya, Fransa, İtaliya, İspaniya və Hollandiyadan şirkətlər təmsil olunacaqlar. Açıq meydançada isə ziyarətçilərin diqqətinə kənd təsərrüfatı texnikası təqdim olunacaq.

Beləliklə, qida sənayesi mütəxəssislərinin illik görüşü üçün etibarlı platforma hesab olunan “WorldFood Azerbaijan” sərgisi qida məhsulları çeşidini artırmaqla yanaşı, beynəlxalq əməkdaşlığın qurulmasına, o cümlədən dünya ərzaq bazarında Azərbaycanın ərzaq məhsullarının rəqabətədavamlılığının artırılmasına şərait yaradacaq.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

“Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn forum keçirilib

Qida Təhlükəsizliyi Agentliyində “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn forum keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlayn forumda işğaldan azad edilmiş ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılması, qida və ictimai iaşə sektorunun sahibkarları ilə pandemiya və postpandemiya dövrü ilə əlaqədar müzakirələr aparılıb.

Forumda çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev pandemiya dövründə həyata keçirilən tədbirlər barədə məlumat verib, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali və sahibkarlar arasında geniş maarifləndirmə işlərinin aparıldığını, ictimai iaşə, turizm, qida məhsullarının ticarəti ilə məşğul olan və digər sahibkarlıq subyektlərində monitorinqlərin keçirildiyini bildirib. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə agentliyin işğaldan azad edilmiş ərazilər üzrə fəaliyyətinə dair konsepsiya sənədinin hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyini qeyd edən sədr müavini həmin bölgələrin dirçəldilməsində sahibkarların üzərinə də məsuliyyətin düşdüyünü və bunun icrası zamanı qarşıya çıxan məsələlərin həlli zamanı onları fəal əməkdaşlığa dəvət edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov öz çıxışında torpaqlarımızın işğaldan azad edilməsinin biznes üçün yeni imkanlar açdığını, həmin bölgələrdə biznes qurmaq istəyən sahibkarlardan indiyədək çoxsaylı müraciətlərin daxil olduğunu qeyd edib. Həmin müraciətlərin əsasən istehsal, turizm, toxuculuq, tikinti, tibbi fəaliyyət, eləcə də qida sənayesi üzrə ictimai iaşə və kənd təsərrüfatı sahələrini əhatə etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlara KOBİA tərəfindən lazımi informasiya, əlaqələndirmə və məsləhət xidmətləri göstərilir.

Onlayn forumda, həmçinin qida biznesi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin problemləri müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Bakı Qida Sənayesi Kollecinin ərazisində yanğın olub

Bakı Qida Sənayesi Kollecinin ərazisində yanğın olub Bakının Nizami rayonunda yanğın hadisəsi baş verib.

14 Aprel , 2019 00:30
https://static.report.az/photo/779846aa-2d4b-4998-b2a8-89d8d479f28b.jpg

Bakının Nizami rayonunda yanğın hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə Bakı Qida Sənayesi Kollecinin ərazisində yerləşən gözətçi otağında qeydə alınıb. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Link kopyalandı
Xəbərlər Şöbəsi
https://static.report.az/photo/a31389f3-bdb0-3954-982a-8378f2e91c2d_50.jpg
Rus versiyası Foto В Низаминском районе Баку произошел пожар

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.