Liquliyev r.m imamverdiyev y.n informasiya thlüksizliyi insidentlri
sahədə əlaqədar qurumlar tərəfindən konseptual, təşkilati, elmi-metodoloji, qanunvericilik,
Liquliyev r.m imamverdiyev y.n informasiya thlüksizliyi insidentlri
MULTIDISCIPLINARY SCIENTIFIC AND THEORETICAL PROBLEMS OF INFORMATION SECURITY
Rasim M. Alguliyev, Yadigar N. İmamverdiyev, Rasim Sh. Mahmudov
The article investigates the multidisciplinary scientific and theoretical problems of information security. It particularly analyzes the international, political, psychological, legal, economic, cultural and ethical aspects and issues related to training and child protection. Current research directions in these areas are determined (pp.28-37).
Keywords:information society, information security, information and psychological security, information war, information security culture, information security of children.
DOI : 10.25045/jpis.v08.i2.04
- UNESCO, Code of ethics for the information society, http://www.unesdoc.unesco.org/images/0021/002126/212696e.pdf
- Martin C.D., Holz H.J. Non-apologetic Сomputer Ethics Education: A Strategy for Integrating Social Impact and Ethics into the Computer Science Curriculum, http://www.southernct.edu
- Chusavitina G.N., Chernova E.V., Makashova V.N., Zerkina N.N., Kuznetsova I.M. Ethical issues of application of information technologies as a component of the subject preparation of university students // Fundamental research, 2015, No 10, pp.318-323.
- Imamverdiyev Y.N. Problems of information security culture in e-government environment // Problems of information technologies, 2015, No1, pp.80-88.
- Alguliyev R.M., Mahmudova R.Sh. Information culture: essence and formation problems, 2010, No1, pp.14-22
- Mjolsnes S.F. A Multidisciplinary Introduction to Information Security, CRC Press, 2011, 348 p.
- Alguliyev R.M., Mahmudov R.Sh. Security Issues of Information Economy // Information Society Problems, No1(7), 2013, pp. 3-13.
- Bohme R.R. (Editor) The Economics of Information Security and Privacy, Springer-Verlag Berlin Heidelberg, 2013, 327 p.
- Musayev V.Y., Imamverdiyev Y.N. International Challenges, Initiatives and Obligations in Information Security / II Republican Scientific and Practical Conference on Multidisciplinary Problems of Information Security, May 14, 2015, pp. 102-105.
- Malykhina G.I., Aksenov V.V. Modern Information Security and Problems of Globalization // Science and Military Security, 2008, No 2, pp.7-12.
- Brandman E.M. Globalization and Information Security of Society // Philosophy and Society, 2008, No1, pp.31-41.
- Imamverdiyev Y.N. Problems of the Provision of Information-Psychological Security / II Republican Scientific-Practical Conference on Multidisciplinary Problems of Information Security, May 14, 2015, pp.78-81.
- Grachev G.V. Sociology of Information-Psychological Security: the problem of formulating the definitions // NB: International relations, 2013, No 4, pp.61-85.
- Alguliyev R.M., Imamverdiyev Y.N., Yusifov F.F. Some conceptual views on information security of society // Problems of information society, 2011, No2(4), pp.3-9.
- Alguliyev R.M., Imamverdiyev Y.N. Humanitarian aspects of information security / II Republican scientific-practical conference on multidisciplinary problems of information security, May 14, 2015, pp. 9-12.
- Livingstone S. Children and the Internet, John Wiley & Sons, 2013, 320 p.
Liquliyev r.m imamverdiyev y.n informasiya thlüksizliyi insidentlri
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTU
Ana səhifə 3339.01 – “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsi.
P R O Q R A M I
- İnformasiya təhlükəsizliyi anlayışı. İnformasiya təhlükəsizliyinin üç aspekti.
- İnformasiya təhlükəsizliyi təhdidləri və onların təsnifatı.
- Konfidensial informasiya və onun növləri. Dövlət sirri. Xidməti sirr və kommersiya sirri.
- İnformasiya təhlükəsizliyi üzrə qanunvericilik tədbirləri. İnformasiya təhlükəsizliyi üzrə standartlar.
- İnformasiya təhlükəsizliyi siyasəti. İnformasiya təhlükəsizliyi siyasətinin əsas növləri
- Zərərli proqramların təsnifatı və yayılma üsulları. Antivirusların iş prinsipləri.
- Elektron imza. Gücləndirilmiş elektron imza. Sertifikat və sertifikat xidmətləri mərkəzləri.
- İdentifikasiya və autentifikasiya vasitələri. Biometrik texnologiyaların növləri
- Girişə nəzarət modelləri. Rollar əsasında girişə nəzarət.
- Protokollaşdırma və audit. Aktiv audit.
- Şəbəkələrarası ekranların funksiyaları və iş prinsipləri. Şəbəkələrarası ekranların təsnifatı.
- “Açıq sistem” anlayışı. OSI modeli. OSI modelinin səviyyələri.
- Kompüter şəbəkələri. Şəbəkə topologiyaları və protokolları.
- Ethernet texnologiyası. CSMA/CD texnologiyasının mahiyyəti. Ethernet kadrlarının formatları.
- Lokal və qlobal şəbəkələr və onların proqram təminatı.
- İnternet şəbəkəsi: arxitekturası, xidmətləri, şəbəkə protokolları, ünvanlaşdırma.
- TCP/IP protokollar steki. TCP və UDP protokolları.
- IP-protokolu. IP-protokolunun ünvan sxemi.
- İnformasiya sisteminin arxitekturası. Lokal və paylanmış sistemlər.
- Şəbəkədə məlumatların marşrutlaşdırılması. OSPF protokolunun iş prinsipi
- Korporativ kompüter şəbəkələrinin ümumi xarakteristikası, tipik strukturu və yaradılması üçün zəruri komponentlər (İntranet).
- Alqoritm və onun əsas xassələri. Alqoritmin təsviri üsulları. Verilənlərin strukturu.
- Əməliyyat sistemlərinin (ƏS) ümumi xarakteristikaları. ƏS-nin nüvəsinin funksiyaları. Şəbəkə əməliyyat sistemləri.
- Əməliyyat sistemlərində informasiya təhlükəsizliyinin əsas mexanizmləri
- Aşağı və yüksək səviyyəli proqramlaşdırma dilləri. Kompilyatorlar və interpretatorlar. Obyektyönlü proqramlaşdırma texnologiyası.
- Müasir proqramlaşdırma texnologiyaları. Struktur proqramlaşdırma. Funksional və məntiqi proqramlaşdırma.
- Proqram təminatının təhlükəsizliyi. Proqram təminatının təhlükəsizliyinin təmin edilməsinin əsas prinsipləri
- Verilənlər bazasının yaradılmasının ümumi prinsipləri: relyasion, iyerarxik və şəbəkə modelləri. Kompüter şəbəkələrində paylanmış verilənlər bazaları. Verilənlər bazasının idarəetmə sistemi (VBİS).
- Verilənlər bazasının təhlükəsizliyinin təmin olunması vasitələri: VB-nin ehtiyat surətlərin yaradılması və bərpası vasitələri, VB sistemlərinə uzaqdan müraciət texnologiyaları, paylanmış VB sistemlərində nüsxələmə və sinxronlaşdırma.
- Veb-texnologiyaları. Veb-proqramlaşdırma. Veb-xidmətlər.
- İnformasiyanın texniki mühafizəsinin əsas məsələləri. İnformasiyanın texniki mühafizəsinin baza prinsipləri
- Kriptoqrafiyanın əsas anlayışları: simmetrik şifrləmə, asimmetrik şifrləmə, rəqəmsal imza, heş funksiya, kriptoqrafik açar. Açıq açar və gizli açar.
- Virtual xüsusi şəbəkələr
- İnformasiya nəzəriyyəsi. İnformasiya anlayışı. Entropiya. Şərti entropiya. Qarşılıqlı informasiya və onun xassələri.
- Xətti kodlar. Dövri kodlar. Xemminq kodu. Əlaqə kanalının riyazi modeli. Düz və əks kodlaşdırma teoremləri.
- Qraflar nəzəriyyəsinin elementləri: qrafın tərifi, qrafın əlaqəlilik və insidentlik matrisləri.
- Qraflarda marşrutlar, yollar, zəncirlər, tsikllər, konturlar. Əlaqəli və güclü əlaqəli qraflar.
- Qraf üzərində ekstremal məsələlər: Deykstra alqoritmi.
- Sonlu avtomatlar. Avtomatın keçid qrafı.
- Kombinatorikanın əsas anlayışları (permutasiya, aranjeman, kombinezon). Cəmləmə və vurma qaydaları. Daxiletmə və çıxarma üsulu.
- Ehtimalın klassik tərifi. Ehtimal fəzası. Şərti ehtimal. Ehtimalların vurulması teoremi. Ehtimalların toplanması teoremi. Bayes düsturu.
- Təsadüfi kəmiyyətlər və onların paylanma funksiyaları. Normal paylanma.
- Böyük ədədlər qanunu. Mərkəzi limit teoremi.
- Markov zəncirləri.
- Riyazi statistikanın əsas məsələləri. Variasiya sırası və onun statistik parametrləri (ədədi orta və dispersiya). Ən kiçik kvadratlar üsulu.
- Statistik hipotezlərin yoxlanması.
- Kütləvi xidmət nəzəriyyəsi: M/M/1 modeli.
- Riyazi proqramlaşdırma məsələlərinin qoyuluşu. Məqsəd funksiyaları. Riyazi proqramlaşdırma məsələlərinin təsnifatı.
- Şərtsiz optimallaşdırma məsələsinin qoyuluşu. Nyuton üsulu. Koordinat enişi üsulu. Ən tez eniş üsulu.
- Şərti ekstremum məsələləri və Laqranj vuruqları üsulu. Lokal və qlobal ekstremum.
- Xətti proqramlaşdırma məsələsinin qoyuluşu və həndəsi mənası. Xətti proqramlaşdırmanın düz və qoşma məsələləri. Simpleks-metodu.
- Diskret proqramlaşdırma məsələsinin qoyuluşu. Tamqiymətli xətti proqramlaşdırma məsələləri. Budaqlar və sərhədlər üsulu.
ƏDƏBİYYAT
- Kərimov S.Q., Həbibullayev S.B., İbrahimzadə T.İ. İnformatika. Ali məktəblər üçün dərslik. Bakı, 2009. 436 səh.
- Kərimov S., Sərdarov Y. Kompyuter elminin nəzəri əsasları, Bakı, 2009, 290 səh.
- Kərimov S.Q. İdarəetmənin informasiya texnologiyaları və korporativ informasiya sistemləri, Bakı, 2010, 426 səh.
- Əliyev A.Y. İnformatika və proqramlaşdırma. Bakı, Mütərcim, 2008.
- Hüseynov Ə. Ə. Diskret riyaziyyat. Dərs vəsaiti. Bakı: Çaşıoğlu, 2010. – 408 səh.
- Əliquliyev R.M., İmamverdiyev Y.N. Kriptoqrafiyanın əsasları. Bakı: İnformasiya texnologiyaları. 2006. 698 s.
- Əliquliyev R.M., İmamverdiyev Y.N. İnformasiya təhlükəsizliyi insidentləri. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2012, 219 səh.
- Таненбаум Э.С. Компьютерные сети. 4-е изд. 2004, СПб, Издательский дом “Питер”, 992 стр.
- Stallings W., Cryptography and Network Security: Principles and Practice. Pearson; 6th edition, 2013, 752 p.
1 C?Miyy?Tin informasiya t?Hluk?Sizliyin?
konfidensiallığı, tamlığı, əlyetərliliyi və ziyanlı kontentlərlə mübarizədir.
İlk dəfə 1988-ci ilin noyabr ayının 30-da universitetlər, elmi-tədqiqat institutları və hərbi
idarələr də daxil olmaqla, ARPANET-in minlərlə qovşağını sıradan çıxaran ilk kompyuter virusu
meydana gəldi və böyük itkilərə səbəb oldu. Yaradıcısının adına uyğun olaraq “Morris
soxulcanı” adlandırılan bu virusun vurduğu ziyan təxminən 100 milyon dollar həcmində
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 3-9
“Morris soxulcanı” göstərdi ki, informasiya təhlükəsizliyi həqiqətən də çox ciddi məsələdir
və insanlar tərəfindən böyük səylər və müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Buna
görə də dünya ictimaiyyəti informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın
zəruriliyi haqqında ciddi düşünməyə başladı. Həmin vaxtdan bəri informasiya texnologiyaları,
informasiya cəmiyyəti inkişaf etdikcə bu problem daha da aktuallaşır. Bunları əsas tutaraq, 1988-
ci ildə Kompüter Avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq informasiya
təhlükəsizliyi günü elan etdi. Ona görə ki, informasiya təhlükəsizliyi məsələsi bir ölkə üçün yox,
bütün bəşəriyyət üçün mühüm əhəmiyyət daşıyır.
İnformasiya təhlükəsizliyinin təmin edilməsi sistematik, kompleks yanaşma tələb edir. Bu
sahədə əlaqədar qurumlar tərəfindən konseptual, təşkilati, elmi-metodoloji, qanunvericilik,
maddi-texniki əsasların yaradılması üzrə işlər aparılmalıdır. Cəmiyyətin informasiya
təhlükəsizliyinin təmin olunması üçün zəruri olan tədbirlər kimi beynəlxalq hüquqi
mexanizmlərin ciddi araşdırılması, milli normativ-hüquqi bazanın formalaşdırılması,
təhlükəsizlik siyasətinin işlənilməsi və reallaşdırılması, xüsusi texnologiyaların tətbiqi, ölkə və
korporativ səviyyədə informasiya təhlükəsizliyinin monitorinqi və menecmentinin aparılması,
kadr hazırlığı, əhalinin maarifləndirilməsi və vətəndaşlarda informasiya mədəniyyətinin tərkib
hissəsi kimi informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması məsələləri aktuallıq
kəsb edir. Ümumiyyətlə, informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri
tədbirlərin həyata keçirilməsi üçün beynəlxalq hüquqi mexanizmlərin, milli normativ-hüquqi
bazanın formalaşdırılması mühüm əhəmiyyət daşıyır və bu məsələ ayrı-ayrı ölkələr kontekstində
məlidir. Beynəlxalq təcrübədə qlobal informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə bir
sıra proqramlar, layihələr, mexanizmlər işlənilmişdir. Onların sırasında 2002-ci ildə BMT
tərəfindən qəbul etmiş Qlobal İnformasiya Təhlükəsizliyi Mədəniyyəti haqqında Qətnaməni,
2008-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən qəbul olunmuş Qlobal
İnformasiya Təhlükəsizliyi proqramını göstərmək olar [1,2]. Bununla yanaşı, 2010-cu ildə
NATO-nun Lissabon sammitində qəbul olunmuş Bəyannamənin 40-cı maddəsinə əsasən, 2012-
ci ildə Tam Operativ Hazırlıq (Full Operational Capability, FOC) mərkəzləşdirilmiş qurumunun
yaradılması nəzərdə tutulur [3]. Bu qurum NATO-nun bütün infrastrukturunun informasiya
təhlükəsizliyini həyata keçirəcəkdir.
Azərbaycan Respublikasında da informasiya təhlükəsizliyi məsələləri milli təhlükəsizliyin
əsas tərkib hissələrindən biridir və bu sahədə normativ-hüquqi bazanın formalaşması informasiya
cəmiyyəti quruculuğunda prioritet məsələlərdən hesab olunur. Ölkəmizdə informasiya
təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının formalaşdırılması və inkişaf
etdirilməsi istiqamətində bir sıra mühüm konseptual sənədlər, normativ-hüquqi aktlar qəbul
edilmişdir. Bunlara misal olaraq 2007-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının Milli
Təhlükəsizlik Konsepsiyası”nı, eləcə də, “İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Elektron sənəd və elektron imza haqqında”,
“Elektron ticarət haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Telekommunikasiya
haqqında” qanunları və s. göstərmək olar [4-10].
İnformasiya texnologiyalarının inkişafı və istifadəçilərinin sayının sürətlə çoxalması
kompyuter sistemlərinə olan təhdidlərin daha geniş xarakter almasına və onların
reallaşdırılmasının daha böyük fəsadlar törətməsi ehtimallarının artmasına səbəb olur. Buna görə
də, informasiya təhlükəsizliyi sistemlərində baş verən anomal hadisələrə və qeyri-qanuni
hərəkətlərə çevik reaksiya verilməsi, kompüter cinayətlərinin müxtəlif növlərinə əks-təsir
vasitələrindən biri də dünya təcrübəsində geniş istifadə olunan Kompüter İnsidentləri üzrə
Yardım Komandalarının (Computer Emergency Response Team, CERT) yaradılmasıdır.
Dünyada ilk CERT də məhz 1988-ci ilin noyabr ayında baş vermiş virus epidemiyasından
bilavasitə sonra yaradılmışdı. Hazırda müxtəlif ölkələrdə çoxlu sayda CERT qurumları fəaliyyət
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 3-9
Cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunmasına dair konseptual yanaşmalar
Məlumdur ki, qlobal informasiya cəmiyyətində informasiya iqtisadiyyatın, elmin, təhsilin,
siyasi və ictimai fəaliyyətin digər sahələrinin aparıcı amilinə çevrilir. Bu baxımdan, informasiya
cəmiyyəti çox mürəkkəb formada qarşılıqlı münasibətdə olan korporativ və açıq informasiya
fəzalarının toplusundan ibarətdir. Ümumiyyətlə, informasiya cəmiyyətinin formalaşması
mərhələləri beş səviyyədən ibarətdir: kommunikasiyalaşma, kompyuterləşmə, şəbəkələşmə,
informasiyalaşma və virtuallaşma. Cəmiyyətin informasiya təhlükəsizliyinə olan təhlükələrin
hədəfləri də məhz bu səviyyələrdir [11]. İnformasiya təhlükəsizliyinə olan təhlükələrin meydana
çıxmasının əsas səbəblərindən biri kimi isə beynəlxalq səviyyədə İnternetin fəaliyyətini
tənzimləyən mexanizmlərin olmamasını göstərmək olar. İnternetin sürətli inkişafı və
istifadəçilərinin sayının kütləvi şəkildə artması ilə kompyuter və kommunikasiya sistemlərinə
olan təhdidlər daha ehtimallı olur və onların realizəsi nəticəsində yaranan fəsadlar daha da geniş
miqyas alır. Müxtəlif səviyyələrdə təhlükələrin olmasına baxmayaraq, istənilən halda,
təhlükələrin mənbəyi insandır. Hər bir insanın daxili dünyası, yaşadığı mühit, psixoloji
durumundan asılı olaraq cəmiyyət qarşısında məsuliyyətini itirməsi başqalarının hüququnun
pozulması ilə nəticələnir. Statistik hesabatlara görə, sistemin öz istifadəçilərinin hərəkətləri
nəticəsində vurulan ziyanın həcmi artıq virusların vurduğu ziyanı üstələyir. Təhlükəsizlik
sahəsində bir çox problemlər istifadəçilərin, sistem administratorlarının və digər mütəxəssislərin
informasiya təhlükəsizliyi sahəsində biliklərinin lazımi səviyyədə olmaması nəticəsində yaranır.
Təbii ki, insan amilinə bağlı olan bu problemlərin aradan qaldırılması informasiya təhlükəsizliyi
mədəniyyətinin formalaşmasını zəruri edir.
Vətəndaşlarda informasiya mədəniyyətinin vacib hissəsi olan informasiya təhlükəsizliyi
mədəniyyətinin formalaşdırılması istiqamətində davamlı və məqsədyönlü tədbirlərin görülməsi
də müasir dövrdə mühüm məsələyə çevrilir. Belə ki, istifadəçilərə informasiya-kommunikasiya
sistemlərində iş zamanı gözlənilən təhlükələr və onlarla mübarizə mexanizmləri haqqında zəruri
biliklər verilməlidir. İnternet şəbəkəsindən istifadə mədəniyyətini formalaşdırmaq, neqativ
təsirlərə qarşı “immunitet”in möhkəmləndirilməsi üçün bu mədəniyyət normalarını aşılamaq
Cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunmasına məsuliyyət bölgüsü də qeyd
olunan bütün səviyyələr üzrə aparılmalıdır. Hər bir korporativ informasiya fəzasının
təhlükəsizlik siyasəti işlənilməli və həyata keçirilməlidir. Xüsusən, cəmiyyətin informasiya
təhlükəsizliyinin əsas komponenti sayılan enerji təhlükəsizliyi məsələsi daim diqqət mərkəzində
saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, enerji təhlükəsizliyi hər hansı bir dövlətin daxili məsələsi
olmadığı üçün istənilən ölkədə olan serverin sıradan çıxması mövcud informasiya resurslarına
digər ölkələrdən də çıxış imkanının məhdudlaşdırılmasına gətirib çıxarır.
İnformasiya təhlükəsizliyinin mühüm vəzifələrindən biri də informasiya azadlığının təmin
olunmasıdır. İnformasiya azadlığının təmin olunmasının mühüm göstəricisi kimi fasiləsiz,
məhdudiyyətsiz informasiya resurslarına çıxış imkanının (əlyetərliliyin) olmasıdır. İnsanların
İnternetə çıxış sürətinə tələbatının çox yüksək templə artması bəzi ölkələrdə informasiya
azadlığının təmin olunması üçün vətəndaşların İnternetə çıxış sürətinin minimum həddi haqqında
qanunlar qəbul olunmasını zəruri etmişdir. Qeyd etmək lazımdır ki, 2005-ci ildə “İnformasiya
əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanundan irəli
gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə Xüsusi Dövlət Mühafizə Xidməti ilə birgə
AMEA İnformasiya Texnologiyaları İnstitutu gov.az domen zonasında fəaliyyət göstərən veb-
saytların yaradılması və istismarına dair qaydaları işləyib hazırlamışdır.
Mühüm məsələlərdən biri də vətəndaşların şəxsi və ailə həyatı ilə bağlı toplanan, emal
olunan və ötürülən məlumatların mühafizə olunması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, bir sıra
ölkələrdə İnsan Hüquqları haqqında Bəyənnamənin 19-cu və 21-ci maddələrinin həyata
keçirilmə vəziyyətinin monitorinqi məqsədi ilə “informasiya ombudsmanı”, “informasiya
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 3-9
tribunalı”, “informasiya telekommunikasiya ombudsmanı” kimi institutlar fəaliyyət göstərir [12].
Başqa sözlə, informasiya ombudsmanları, bir tərəfdən, informasiya azadlığının (19-cu maddə),
digər tərəfdən isə, fərdi məlumatların mühafizə vəziyyətinin (21-ci maddə) monitorinqini həyata
keçirir. İnformasiya cəmiyyəti quruculuğu prosesində ölkədə formalaşan fərdi məlumatlar
infrastrukturu ən önəmli məsələlərdən birini təşkil edir. Ölkəmizdə 2010-cu ildə “Fərdi
məlumatlar haqqında” qanun qəbul olunmuşdur və hal-hazırda qanundan irəli gələn vəzifələrin
yerinə yetirilməsi məqsədilə müvafiq işlər aparılır [13]. Bu sahədə dünyada olan mövcud
təcrübəni nəzərə alaraq ölkəmiz Avropa Şurasının 1981-ci il tarixli “Fərdi məlumatların
avtomatlaşdırılmış sistemlərdə emalı vaxtı fiziki şəxslərin qorunması haqqında” Konvensiyasına
(108 saylı Konvensiya) qoşulmuşdur [14].
Cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında biometrik informasiya texnologiyaları
böyük imkanlara malikdir. Təcrübədən məlumdur ki, informasiya-kommunikasiya
sistemlərində, xüsusən də, İnternet mühitində baş verən cinayətlərin, qeyri-etik davranışın əsas
səbəblərindən biri istifadəçilərin zəruri hallarda identifikasiyası mexanizmlərinin mükəmməl
olmamasıdır. 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror hadisəsindən sonra BMT-nin
Təhlükəsizlik Şurası insanların onlara məxsus biometrik məlumatlara əsasən identifikasiyasının
həyata keçirilməsi, yeni nəsil sənədlərin tətbiqi haqqında qətnamə qəbul etmişdir. 2007-ci ildə
Azərbaycanda da “Biometrik eyniləşdirmə sisteminin yaradılması haqqında” Dövlət Proqramı
qəbul olunmuşdur [15]. Hesab etmək olar ki, yaxın gələcəkdə on-layn biometrik servislərin
tətbiqi cəmiyyətin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması üçün geniş imkanlar
Milli eyniləşdirmə sisteminin iki vacib elementinin – biometrik eyniləşdirmə sisteminin və
elektron imza infrastrukturunun yaradılması, onların imkanlarının səmərəli şəkildə
birləşdirilməsi və istifadəsi təkcə bu problemin həllində deyil, ümumiyyətlə, informasiya
məkanının təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq.
Cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunmasında İnternet provayderlərinin də
rolu böyükdür və onların üzərinə mühüm vəzifələr qoyulur. Bu gün ölkə üzrə təxminən 40-a
yaxın provayder tərəfindən İnternet xidmətləri göstərilir. Cəmiyyətin informasiya təhlükəsizliyi,
əsasən, bu provayderlərdən və onların administratorlarından asılıdır. Ona görə də İnternet-
provayderlərin və administratorların cəmiyyət qarşısında məsuliyyəti hüquqi mexanizmlərlə
təsbit olunmalıdır. İnformasiya cəmiyyəti məsələlərinə həsr olunmuş Ümumdünya Sammitinin
yekun Bəyannaməsində, beynəlxalq qurumların, Avropa Birliyinin və inkişaf etmiş ölkələrin
qəbul etdiyi hüquqi sənədlərdə spamlarla, viruslarla, ziyanlı kontentlərin yayılmasına qarşı
mübarizə məqsədi ilə şəbəkə operatorları və İnternet-provayderlərin qarşısında mühüm vəzifələr
qoyulur. Spamlarla, viruslarla, ziyanlı kontentlərlə mübarizə şəbəkə operatoru və provayderlər
səviyyəsində aparılarsa, çox az vəsait hesabına kompyuterləri viruslardan mühafizə etmək olar.
Bununla yanaşı, beynəlxalq təcrübəyə əsaslanaraq şəbəkə operatorlarının və provayderlərinin
maliyyələşdirməsi mexanizmlərinin işlənilməsinə də xüsusi diqqət yetirilməlidir [17].
Mühüm məsələlərdən biri də elektron dövlət proqramlarının reallaşdırılması zamanı
təhlükəsizlik məsələlərinin təmin edilməsidir. Həyata keçirilən elektron dövlət proqramlarının
məqsədlərinə hakimiyyət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, səmərəliliyin
yüksəldilməsi, informasiya azadlığının, demokratiyanın inkişafı və insan hüquqlarının təmin
olunması, vətəndaşların (fiziki imkanlarından asılı olmadan) dövlətin idarə edilməsində yaxından
iştirakı, onlayn mühitdə dövlət xidmətlərinin göstərilməsi, təhlükəsizliyinin təmin olunması və s.
E-dövlət proqramlarının həyata keçirilməsi üçün texniki və inzibati-hüquqi xarakter
daşıyan bir sıra məsələlər həll olunmalıdır. Bunların arasında idarələrarası qarşılıqlı əlaqə
reqlamentlərinin hazırlanması, dövlət xidmətlərinin təsnifatının yaradılması, eləcə də, vahid
texniki arxitekturun qurulmasını, proqram-aparat platformasının reallaşdırılmasını və
informasiya təhlükəsizliyinin təmin olunmasını göstərmək olar.
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 3-9
Ölkəmizdə formalaşan informasiya cəmiyyətinin bir seqmenti də e-elmdir. E-elmin şəbəkə
platforması AzScienceNet Elm kompyuter şəbəkəsi UNESCO-nun xüsusi komissiyasının
tövsiyəsi ilə AMEA-nın üzvlüyü çərçivəsində TERENA-da (Trans-Avropa Elmi-tədqiqat və
Təhsil Şəbəkə Assosiasiyası) qeydiyyata alınmışdır [18]. Bunun nəticəsində Azərbaycan elmi
qurumlarının Avropa və beynəlxalq elmi şəbəkələrə inteqrasiyasının həyata keçirilməsi üçün
əlverişli zəmin yaranmışdır. AzScienceNet şəbəkəsinin infrasturkturunun genişlənməsi,
təhlükəsizlik və monitorinq sisteminin etibarlı şəkildə qurulması, DATA mərkəzinin yaradılması,
açıq qrid, cloud computing və eduroam servislərinin tətbiqi, videokonfrans sisteminin təşkili,
beynəlxalq səviyyədə və digər ölkələrdə fəaliyyət göstərən müvafiq elmi şəbəkə qurumları ilə
inteqrasiya istiqamətində kompleks işlərin həyata keçirilməsinə kömək edir. Bu baxımdan,
AzScienceNet-in informasiya təhlükəsizliyinin təmin olunması da mühüm əhəmiyyət kəsb edir.
Bu məqsədlə AMEA İnformasiya Texnologiyaları İnstitutunda AzScienceNet-in “İstifadə
siyasəti” və “İnformasiya təhlükəsizliyi siyasəti” işlənmiş və şəbəkənin təhlükəsizliyinin təmin
olunması üçün kompleks tədbirlər həyata keçirilir. Həmçinin AzScienceNet-in monitorinq və
təhlükəsizlik xidməti təşkil olunmuş, şəbəkə mühiti üçün Az-CERT komandası yaradılmışdır və
hal-hazırda fəaliyyət göstərir [19]. Eyni zamanda, AzScienceNet institutda informasiya
təhlükəsizliyi sahəsində aparılan elmi tədqiqatların tətbiqi üçün eksperimental baza rolunu
Hal-hazırda informasiya resurslarından və texnologiyalarından cinayət və terror məqsədləri
ilə istifadə etməyin qarşısının alınması, insan hüquqlarının qorunması, o cümlədən, fərdi
məlumatların toxunulmazlığı və söz azadlığının təmin olunması da aktuallıq kəsb edir. İnsan
haqlarının qorunması ilə yanaşı, İnternetdə terrorizmin bütün formaları və təzahürlərinə qarşı
mübarizə aparılmalı, rəqəmsal bərabərsizliyin aradan qaldırılması üçün ciddi tədbirlər
görülməlidir. Eləcə də, gənc nəslin şəxsiyyət kimi formalaşmasında, məhdud imkanlı insanların
problemlərinin, gender məsələsinin həllində İKT-nin rolunun artırılması cəmiyyətin inkişafında
informasiya təhlükəsizliyinin təmin olunmasını mühüm məsələ kimi ön plana çıxarır. Bütün
bunlar nəzərə alınaraq, Azərbaycanın hüquqi sistemi də beynəlxalq səviyyədə virtual məkana
dair qəbul olunmuş normativ sənədlərin tələblərinə uyğunlaşdırılmışdır.
Ölkəmizdə informasiya cəmiyyətinin inkişafı yeni keyfiyyət mərhələsinə – elektron
tranzaksiyaları, elektron xidmətləri dəstəkləyən, aparıcı dövlətlərin təcrübəsinə əsaslanan
elektron dövlətin formalaşması mərhələsinə qədəm qoymuşdur. Ona görə də elektron dövlətin
dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədi ilə vətəndaşlara dövlət orqanları
tərəfindən göstərilən elektron xidmətlər və interaktiv münasibətlər yüksək informasiya
təhlükəsizliyi tələblərinə cavab verməlidir. Bunun üçün də dövlət, elm, biznes və vətəndaş
sektorlarında fəaliyyət göstərən müvafiq qurumlar ölkəmizdə formalaşmaqda olan informasiya
cəmiyyətinin təhlükəsizliyinin təmin olunması işlərində səylərini, intellektual potensialını
səfərbər etməli və qarşıda duran vəzifələri birgə həll etməlidirlər.
İnformasiya cəmiyyəti inkişaf etdikcə elektron dövlətin yaradılması prosesində vahid və
çoxsəviyyəli ümumdövlət informasiya təhlükəsizliyi sisteminin yaradılması zərurəti meydana
çıxır. Ümumiyyətlə, informasiya cəmiyyətinin formalaşdırılması ölkələrin informasiya
təhlükəsizliyini təmin etmək, immunitetini artırmaq, müxtəlif təbiətli və miqyaslı təhlükələrlə
təkbaşına mübarizə aparmağı xeyli çətinləşdirir. Ona görə də qlobal informasiya təhlükəsizliyi
mühitini formalaşdırmaq bütün ölkələrin, ictimai birliklərin, biznes sektorunun və vətəndaşların
marağında olmalıdır. Ən əsası, ölkələrin informasiya təhlükəsizliyinin təmin olunmasında vəzifə
və məsuliyyət bölgüsü müəyyənləşdirilməlidir. Hər bir korporativ informasiya fəzasının öz
CERT komandası yaradılmalı və dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının qarşılıqlı
inam mexanizmləri əsasında üfüqi və şaquli münasibətlər qurulmalıdır. Beynəlxalq təcrübəyə
əsaslanaraq ölkə üzrə informasiya təhlükəsizliyinin vəziyyətinin monitorinqinin (statistikasının)
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 3-9
aparılması üçün indikatorlar işlənilməli, təhlillər aparılmalı və səmərəli qərarların qəbul edilməsi
üçün mexanizmlər yaradılmalıdır.
Создание глобальной культуры кибербезопасности, 2002, http://www.un.org
Global Cybersecurity Agenda, 2008, http://www.itu.int
Lisbon Summit Declaration, 20 November 2010, , http://www.nato.int
«İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Azərbaycan
Respublikasının Qanunu, 3 aprel 1998-ci il, http:// www.e-qanun.az
«Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanunu, 7 sentyabr 2004-cü il,
«Elektron sənəd və elektron imza haqqında» Azərbaycan Respublikasının Qanunu, 9 mart
2004-cü il, http:// www.e-qanun.az
«Elektron ticarət haqqında» Azərbaycan Respublikasının Qanunu, 10 may 2005-ci il,
«İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunu, 30 sentyabr 2005-
ci il, http://www.ikt.az
«Telekommunikasiya haqqında» Azərbaycan Respublikasının Qanunu, 14 iyun 2005-ci il,
“AR-nın Milli təhlükəsizlik konsepsiyası”, 23 may 2007-ci il, http://www.mns.gov.az
Əliquliyev R.M., Valehov C.F., Mahmudov R.Ş. İnternet-jurnalistikanın formalaşmasının
bəzi aspektləri. Ekspress-informasiya. İnformasiya cəmiyyəti seriyası. Bakı: “İnformasiya
Texnologiyaları” nəşriyyatı, 2008, 32 səh.
The Universal Declaration of Human Rights, http://www.un.org
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu,
4 iyun 2010-cu il,
Convention for the Protection of Individuals with regard to Automatic Processing of Personal
“Biometrik eyniləşdirmə sisteminin yaradılması haqqında 2007-2012-ci illər üçün Dövlət
Proqramı”, 13 fevral 2007-ci il,
World Summit on the Information Society, http://www.itu.int/wsis
Əliquliyev R.M., Mahmudov R.Ş. İnternetin tənzimlənməsi problemləri. Ekspress-
informasiya. İnformasiya cəmiyyəti seriyası, Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı,
Comments are closed, but trackbacks and pingbacks are open.