M.şərifli feodal dövlətlər
Gürcüstanın qüvvətlənməsi Şirvanşahların mövqeyinə təsir göstərdi. Şirvanşah III Mənuçöhrün (1120-1160) zamanında Şirvan-Gürcüstan münasibət-lərində dönüş yarandı. Bu dövrdə Şirvan-Gürcüstan əlaqələrinin yaxşılaşmasında Böyük Səlcuqlu imperatorluğunun zəifləməsi ilə yanaşı III Mənuçöhrün arvadı Tamar və onun gürcü əhatəsi də mühüm rol oynamışdı. Gürcü çarı ilə birliyə bel bağlayan və onun Azərbaycanla əlaqədar siyasətinin mahiyyətini düzgün qiymətləndirməyən III Mənuçöhr Şirvanşahlar dövlətinin ənənəvi siyasətini pozaraq səlcuq türklərindən üz dön-dərdi. Nəticədə Şirvanşahlar dövləti Böyük Səlcuqlu imperatorluğuna 40.000 dinar məbləğində illik bacı verməkdən imtina etdi. Buna cavab ola raq 1123-cü ildə səlcuq sultanı Şirvana hücum etdi. Lakin Şirvanşahın, IV Davidin və Qıpçaq türklərinin birləşmiş qüvvələrinə qalib gələ bilməyən Sultan, çox keçmədən Azərbaycanı tərk etdi.
M.şərifli feodal dövlətlər
Heysam ibn Xalidin dövründə Məzyədilər daha damüstəqilləşdilər. O, 861 – ci ildə şirvanşşah titulunu qəbul edərək Şirvanın mmüstəqilliyini elan etdi.
Səlcuq türklərinin hakimiyyəti dövründə də Azərbaycanın dövlətçilik ənənələri aradan qalxmadı. Azərbaycanın quzeyində Şirvanşahlar dövləti yenidən dirçəlirdi. Şirvanşah I Fəriburz (1063-1096) səlcuq sultanlarına tabe olsa da, Şirvanşahların hakimiyyətinə tamamilə son qoyulmamışdı. Böyük Səlcuq hökmdarı Məlikşahın hakimiyyətinin sonuna yaxın Şirvan-şahlar yenidən qüvvətlənməyə başlamışdılar. Bu zaman I Fəriburz, daha sonra isə onun oğulları II Mənuçöhr və I Afridun ölkəni müstəqil idarə edirdilər.
Səlcuq türklərinə qarşı mübarizədə gürcü çarları Şirvanşahlara yaxınlaşmağa çalışırdılar. Gürcü çarı Qurucu IV David (1089-1125) bu məqsədlə qızı Tamarı Şirvanşah I Afridunun oğlu III Mənuçöhrə vermişdi (1111). Şirvanşahlarla qohumluğun digər bir səbəbi də gürcü taqavorlarının Azərbaycanın qərb torpaqlarını ələ keçirmək istəyi ilə bağlı idi. Geniş xarici siyasət planlarına malik olan gürcü çarı başqa bir qızını Bizans imperatoru Aleksey Komninin oğluna ərə vermişdi. Çar Davidin özü isə Səlcuqlara qarşı güclü müttəfiq qazanmaq məqsədilə Qıpçaq türklərinin hökmdarı Atrakın qızına evlənmişdi. O, səlcuq türklərinə qarşı qoymaq üçün Qafqazın şimalında Gürcüstana 45 min ailə və ya 225 min Qıpçaq türk döyüşçüsü köçürmüşdü. Bütün bundan başqa Bizans imperiyasının vasitəçiliyi ilə, səlcuq türklərinə qarşı Qərbi Avropa səlibçiləri ilə də əlaqə yaranmışdı. Bu olduqca məkrli bir siyasət idi: gürcü və erməni qoşunları Bizans imperiyasına, həmçinin Qərbi Avropa səlibçilərinə arxalanaraq türk-müsəlman əhalisini Qafqazdan sıxışdırıb çıxarmağa, Azərbaycan tor paqlarını öz aralarında bölüşdürməyə çalışırdılar. Bununla belə, ehtiyatlı siyasət yeridən Şirvanşahlar daha qüdrətli rəqib olan səlcuq türkləri ilə münasibətləri pozmamağı üstün tutdular. Belə olduqda öz qoşunlarını Qıp çaq – türk döyüşçüləri hesabına gücləndirmiş gürcü çarı, Şirvanşahların səlcuq türkləri əleyhinə onunla ittifaqa girmədiyini bəhanə edərək Azərbaycanın qərb torpaqlarını işğal etməyə başladı. 1117-ci ildə IV Davidin oğlu Demetre Şirvana hücum etdi. O, Şirvan qoşunlarını məğlubiyyətə uğradıb çoxlu qənimət və əsirlərlə Gürcüstana döndü. 1120-ci ildə isə IV Da vidin özü qüvvətli ordu ilə iki dəfə Şirvana basqın etdi. Şirvanşah qoşunları yenə də məğlubiyyətə uğradı. Gürcü çarı Qəbələni və ətraf yerləri talan edərək çoxlu qənimət, qızıl-gümüş ələ keçirib geri qayıtdı. IV David 1121- ci ildə Tiflis yaxınlığında Didqori vuruşmasında daha mühüm qələbə qa zandı. Gürcülər, Qıpçaq türkləri, osetinlər və Qərbi Avropa səlibçilərinin birləşmiş qüvvələri səlcuq qoşunlarına qalib gəldilər. 1122-ci ildə Tiflis müsəlman əmirliyi aradan qaldırıldı. Tiflis gürcülərin əlinə keçdi.
Gürcüstanın qüvvətlənməsi Şirvanşahların mövqeyinə təsir göstərdi. Şirvanşah III Mənuçöhrün (1120-1160) zamanında Şirvan-Gürcüstan münasibət-lərində dönüş yarandı. Bu dövrdə Şirvan-Gürcüstan əlaqələrinin yaxşılaşmasında Böyük Səlcuqlu imperatorluğunun zəifləməsi ilə yanaşı III Mənuçöhrün arvadı Tamar və onun gürcü əhatəsi də mühüm rol oynamışdı. Gürcü çarı ilə birliyə bel bağlayan və onun Azərbaycanla əlaqədar siyasətinin mahiyyətini düzgün qiymətləndirməyən III Mənuçöhr Şirvanşahlar dövlətinin ənənəvi siyasətini pozaraq səlcuq türklərindən üz dön-dərdi. Nəticədə Şirvanşahlar dövləti Böyük Səlcuqlu imperatorluğuna 40.000 dinar məbləğində illik bacı verməkdən imtina etdi. Buna cavab ola raq 1123-cü ildə səlcuq sultanı Şirvana hücum etdi. Lakin Şirvanşahın, IV Davidin və Qıpçaq türklərinin birləşmiş qüvvələrinə qalib gələ bilməyən Sultan, çox keçmədən Azərbaycanı tərk etdi.
Səlcuq qoşunlarının geri çəkilməsi və Şirvanşahlarla Böyük Səlcuq imperatorluğu arasında münasibətlərin pozulması Azərbaycan üçün ağır nə ticələr verdi. Qərbi Azərbaycan və Şirvan torpaqlarını işğal etmək üçün fürsət gözləyən gürcü çarından ötrü əlverişli şərait yarandı. IV David Şir-van torpaqlarını bütünlüklə Gürcüstana qatmaq qərarına gəldi və 1123-1124-cü illərdə dəfələrlə Azərbaycana yürüş etdi. Gülüstan və Buğurd qalalarını, Şamaxını ələ keçirdi. Mühüm şəhərlərdə və qalalarda güclü qarnizonlar qoyub geri döndü. Lakin gürcü qarnizonları Şirvanda beş ay-dan artıq qala bilmədilər. IV Davidin ölümündən (1125) sonra onlar Şirva nı tərk etməyə məcbur oldular. Gürcü çarının Şirvanı işğal etmək planı baş tutmadı. Şirvanşahlar taxtı yenidən III Mənuçöhrün əlinə keçdi.
III Mənuçöhr və I Demetrenin (1125-1155) hakimiyyəti illərində Şirvan- şahlarla Gürcüstan arasında hərbi münaqişə baş vermədi. XII əsrin 30 – 60- cı illərində Şirvanşahlar dövləti özünün güclənmə çağını yaşayırdı. Azərbaycan Şirvanşahlar dövləti bütün Güney Qafkazda qüdrətli siyasi amilə çevrilmişdi.
1160-cı ildə III Mənuçöhrün ölümü ilə Şirvanda vəziyyət yenidən mürəkkəbləşdi. Şirvanşahın oğulları arasında taxt-tac mübarizəsi başlandı. Hələ III Mənuçöhrün sağlığında saray çevrilişi etməyə cəhd göstərmiş Şir- van əyanları yenidən fəallaşdılar. Sarayda yaranmış qarışıqlıqdan istifadə edən Tamar kiçik oğlu və bir qrup əyanla birlikdə Qıpçaq türklərinə arxalanaraq Şirvanı Gürcüstana birləşdirməyə cəhd göstərdi. Lakin Azərbaycan Eldənizlər dövlətinin işə qarışması ilə bu plan pozuldu. Atabəy Şəmsəddin Eldənizin hərbi qüvvələrinin köməyi ilə III Mənuçöhrün böyük oğlu I Əhsitan (1160-1196) hakimiyyəti ələ keçirdi. Tamar özünün gürcü əhatəsi ilə birlikdə Azərbaycandan qaçdı və rahibliyə qapılaraq ömrünü monastırda başa vurdu.
I Əhsitanın hakimiyyəti illərində Şirvan dövləti daha da gücləndi. O, atası III Mənuçöhrün səhvini düzəldərək səlcuq türkləri ilə dostluq münasibətlərini bərpa etdi. I Əhsitan ömrünün sonunadək ona hakimiyyəti ələ keçirməkdə kömək etmiş Azərbaycan Eldənizlər dövləti ilə dostluq əlaqələri saxladı, ona arxalandı. Eyni zamanda Gürcüstan çarlığı ilə dostluq münasibətləri davam etdirildi. I Əhsitan Şirvan-Gürcüstan qohumluq ənənələrini davam etdirərək gürcü çarı III Georginin bacısı qızına evlən di. 1173-cü ildə Şirvanşahın hərbi qüvvələri Şəki ərazisindən keçərək Gür cüstana hücum etdi və mərkəzi hakimiyyətə qarşı qalxmış qiyamı yatır maqda III Georgiya köməklik göstərdi. Bundan başqa I Əhsitanın hakimiy yəti illərində Dərbənd hakimliyi yenidən Şirvanşahlardan asılı vəziyyətə salındı. Atası III Mənuçöhr kimi, I Əhsitan və onun varisləri də Şirvan döv lətinin müdafiə qüdrətini artırdılar. Ölkənin ərazisində çoxlu müdafiə qurğuları – qalalar, qüllələr, sədlər tikildi və bərpa edildi.
1175-ci ildə Şirvanşahlar dövləti yenidən xarici təcavüzə məruz qaldı: 73 gəmidən ibarət rusların donanması Azərbaycana basqın etdi. Yadellilər Kürün mənsəbinə daxil olaraq Lənbərana qədər hərəkət etdilər. Elə bu zaman quzeydən Qıpçaq türkləri Dərbəndi və Şabranı ələ keçirdilər. Şirvanşahın hərbi qüvvələri rus donanmasını məhv etdi. Şabran və Dər- bəndi qıpçaqlardan geri aldı. Hər iki qələbədə çar III Georginin başçılıq etdiyi gürcü qoşunları Şirvanşaha kömək göstərdilər. Yeri gəlmişkən, Bizans şahzadəsi Andronik Komin də Azərbaycana köməyə gələn gürcü qoşun- larının ordugahında idi.
I Əhsitanın hakimiyyətinin sonuna yaxın güclü zəlzələ (1192) nəticəsində Şamaxı dağıldı. Şəhər əhalisinin xeyli hissəsi (o sıradan şahın ailə üzv ləri) tələf oldu. Bu hadisədən sonra Şirvanşahlar dövlətinin paytaxtı Bakı-ya köçürüldü.
Şirvanşah I Əhsitan və onun varislərinin hakimiyyəti illərində Azərbay canın quzey torpaqlarında yaranmış siyasi sabitlik, Şirvanşahların Azərbay can Eldənizlər dövləti və səlcuq türkləri ilə dostluq siyasəti, Gürcüstanla qonşuluq münasibətləri, Dərbənd keçidinin möhkəmləndirilməsi iqtisadi in kişafa və mədəniyyətin tərəqqisinə müsbət təsir göstərdi.
Şirvanşah III Fəriburzun siyasəti
İbn əl-Əsirin “yaramaz davranışlı pozğun və ədalətsiz adlandırdığı Şirvanşah I Güştasp 1225-ci ildə devrildi. Taxta onun oğlu III Fəriburz (1225-1243) çıxdı. O, ilk öncə Gürcüstana qaçıb oradan üç minlik qoşunla öz torpağına savaşa gələn atası ilə qarşılaşmalı oldu. Fəriburz qoşun başçılarını yığıb söylədi: “Gürcülər bizi mühasirəyə alsalar, ola bilsin qalib gələcəklər; onda mənim atam bizl ərdən kimsəni sağ buraxmayacaq, gürcülərin isə (belə olduqda) ölkəni yarısını, bəlkə də hamısını tutub ələ keçirmələri fəlakət olardı. Yaxşı olar bir həmlə ilə onlara qarşı çıxıb vuruşaq. Biz onlara üstün gəlsək, Allaha şükür olsun, onlar üstün gəldikdə isə mühasirə onsuz da bizimlə olacaq.”
Qoşun başçıları razı oldular. Fəriburz min döyüşçüsü olan atlı alayının baş ında yağıları əzib dağıtdı. Qaynaqlarda Şirvanşah Fəriburzun bu uğurda sonra qoşun və təbəələri ilə yaxşı davranması, qanunsuz yollarla xalqın əlindən alınmış torpaqları və pulları ona qaytarması yazılmışdır.
Cəlaləddinin və Çormağun Noyonun yürüşlərinin ağır zərbələri Şirvan dövlətini sarsıtmış, fəqət yoxluğa endirə bilməmişdi. 1225-ci ildə Şirvanşahı n adından kəsilən pulların üzərində yalnız onun öz ləqəbi: “Əl-Malik əl- müəzzəm Fəriburz ibn Gerşasb”, 1226-1242-ci illərdə kəsilən pulların üzər ində isə “əl-Malik əl-müəzzəm Əla’əd-Dünya və-d-Din Fəriburz ibn Gerşasb” və Bağdad xəlifəsinin adı bildirilmişdir. Onun oğlu II Əhsitanın də ilk hakimiyyət illərini Zəkəriyyə əl-Qəzvini belə qiymətləndirir: “Şirvan müstəqil, asılı olmayan bir vilayətdir. Onun sahibi Əhsitan adlanır”.
ŞİRVANŞAH I İBRAHİM
Bu zaman – XIV yüzilliyin 80-90-cı illərində Azərbaycanın siyasi həyatında böyük dəyişikliklər baş verirdi. 80-ci illərin başlanğıcında Şirvanşah Kəsrani evi büsbütün nüfuzdan düşmüşdü. Elxanilər çağında olduğu kimi, Çobanilər və Cəlayirlər çəkişmələri illərində də bu sülalə xalqın dinc yaşa yışını təmin edə bilmir, yeni hərbi-siyasi çəkişmə oyunçularının əllərində oyuncaq olurdu. Buna görə 1382-ci ildə Şirvan dövlətini narazılıq bürüdü. Kiçik feodallar və kəndlilər üsyana qalxdılar. Şirvanşah Huşəng öldürüldü, Şirvanşahlar sülaləsinin Dərbəndi qolundan olan İbrahim Şamaxıya dəvət edilərək Şirvanşah taxtına çıxarıldı. O, Huşəngin əmisi oğlu idi, bir neçə il atası ilə Şirvanşahın təqibindən qaçıb Şəki kəndlərindən birində gizlənməli olmuşdu.
Münəccimbaşı xalq çıxışları və ara çəkişmələrindən sonra yerli əyanl ar tərəfindən I İbrahimin taxta çıxarılması barədə aşağıdakı rəvayəti söyləyir: “Onlar hökmdarlıq nişanəsi sayılan dövlət atları və elçiləri ilə İbrahi min yanına yola düşərək, onu əkin işindən sonra yorğun düşüb şumlanmış torpaq şırımı yaxınlığında bir ağac altında uyumuş gördülər. Onlar hökmdar qulluqçuları kimi davranaraq onun üzərinə çətir çəkdilər, kənarda dayanıb ayılmasını gözlədilər. Ayılarkən alqışlayıb qarşısında sədaqət andı içdilər. Onu şəhərə (Şamaxıya) gətirib taxtda oturtdular, o da ölkələr fəth edib öz təbəələri içərisində ədalətlə hökm edərək, onların ürəklərini ələ ald ı, səxavət göstərdi. 0, güclü mövqe tutaraq ad çıxarıb şöhrət qazandı”.
Tezliklə bütün Azərbaycan Teymurilər ilə Qızıl Orda arasında barışmaz çəkişmələrin meydanına çevrildi. 1386-cı ildə Teymurun yürüşünü qabaqlamaq istəyən Toxtamış xan 90 minlik ordu ilə Dərbəndi keçərək Şirvan dövlətini dağıntılara uğratdı, Təbrizə yaxınlaşıb onu mühasirəyə aldı. Səkk iz günlük mühasirədən sonra Təbriz əhalisindən 250 qızıl tümən bac aldı. Ancaq andını pozaraq açılmış şəhər qapılarından qoşunla içəri soxuldu, minlərlə adamı qılıncdan keçirdi. Marağa, Mərənd və Naxçıvanın da aqibəti belə oldu. 200 minə kimi adam əsir aparıldı. Toxtamışın tələsik ölkədən çıxması Teymurun hərbi fəallığı ilə bağlıdır. Hələ 1385-ci ildə Cəlay ir qoşunu ilə toqquşub onu əzən Teymur bir il ötdükdən sonra Azərbaycan a dönərək yenidən onları əzdi. Təbriz yeni dağıntıya uğradı. Yenə də bir çox günahsız adamlar öldürüldü, sənətkarlar, ustalar ailələri ilə birlikdə Səmərqəndin tikilib bəzədilməsi üçün əsir aparıldı.
Əlincə Qala müdafiəsi
Naxçıvan yaxınlığında, özü ilə bir ad daşıyan çay üzərindəki sıldırım dağ başında yerləşən Əlincə qalası alınmaz sayılırdı. Hülakü, Çobanı və Cəlayir basqınları sayəsində ələ keçirilən saysız xəzinələrin zaman-zaman Əlincə qalada saxlanılması bununla bağlı idi. Teymuri sərkərdəsi İlyas Xoca 1387-ci ildə Naxçıvanı tutsa da, bu qalanı həmlə ilə ala bilmədi. Ay rıca bir qoşunla qalanı mühasirəyə alıb qalan gücü ilə Ermənistan və Gür cüstana yürüdü.
Cəlayirli Sultan Əhməd Əlincə qalanın müdafiəsinə başçılıq etməyi oğlu Məlik Tahirə və sərkərdə Əmir Altuna tapşırmışdı . Çünki Cəlayir sultanlığının xəzinəsini buraya gətirtmişdi. Qalada yalnız üç yüzə yaxın qorçu var idi. Əlincə qalanın başlıca müdafiəçisi xalq özü idi. Bu müdafiə getdikcə bütün Azərbaycan üçün bir yenilməzlik rəmzinə çevrilmədə idi. Hürufi başçısı Fəzlullah Nəiminin burada öldürülməsi xalqın nifrətini daha da artırmışdı. Teymuri qoşunlarının irəliləməsinə yol verməmək üçün Əlincənin müdafiəsində hətta gürcü döyüşçüləri də iştirak edirdilər. 1397-1398-ci ilin qışında Şəki hakimi Sidi Əli Orlat gürcü qoşunu ilə birlikdə qalanın köməyinə gəldi. O biri yandan vəziyyətin kəskinləşməsi ilə bağlı Teymurun oğlu Miranşah Əlincə qala üzərinə Xorasandan yeni qoşun göndərdi. Şərəfəddin Əli Yəzdi, Əbdürrəzzaq Səmərqəndi kimi orta çağ müəlliflərinin yazdığına görə, Əlincə qala qarşısında qanlı döyüşlər oldu. Şəki hakim i Əli savaşda şəhid düşdü. Bununla belə Teymurilər qoşunu üstünlük qaz ana bilmədi, ağır itki verib geriyə çəkilməli oldu. Yalnız o biri ildə onlar müdafiəçiləri yenərək, qalaya soxula bildilər. Beləliklə, Əlincə qalanın qəhr əman müdafiəsi bəzi illər ara verməklə 1387-ci ildən 1399-cu ilədək, yəni 12 il davam etmişdir.
Şirvanşah dövləti böyük təhlükə qarşısında qalmışdı. Belə bir şəraitdə Şirvanşah I İbrahim öz qorxunc düşmənləri ilə silahlı mübarizəyə girməyi mümkün saymırdı. O, Teymur və Toxtamış arasındakı barışmaz rəqabətdən istifadə etmək siyasətinə üstünlük verirdi. O, böyük hədiyyələrlə Teymurun görüşünə gəlmiş, ona sədaqət bildirmişdir.
Bu zaman Qarabağda olan Teymur Dərbənddən keçib Qıpçaq çölünə, Qızıl Orda üzərinə yürüşə hazırlaşırdı (1386). Şeyx İbrahim ilk öncə Şamax ıda Teymurun adına xütbə oxutdu. Onun adına sikkə kəsdirdi, sonra böyük bəxşişlə hüzuruna gəldi. Moğol xanlarının adəti üzrə bağışlanan hər pay 9 dənə qul isə səkkiz idi. Səbəbi sorulduqda, “doqquzuncu mən özüməm” söyləmişdi. Bu cavabdan məmnun qalan Teymur, onu Şirvan hakimi kimi tan ıdı, bəzi yeni torpaqları ixtiyarına verib ayrıca bir fərmanla öz varislərinə Şirvanşahın övladlarını da qorumağı buyurdu. Teymurun yeddiillik (1399- 1405) savaşı zamanı Osmanlı Sultan Bayezid üzərinə Kiçik Asiya yürüşl ərində Şirvanşah İbrahimin iştirak etməsi, söz yox, Azərbaycanın dövlət mənafeyinə uyğun gəlmirdi. Ancaq bu yolla o öz məmləkətini yağma və da ğıntılardan xilas edir, başqa vassallar kimi Teymurilərə bac verməyərək, öz ölkəsini gerçəkdən idarə edən bir hökmdar durumu qazanırdı. Bunun sayə-sində Teymur ordusu Şirvan dövlətinə toxunmamış, təsərrüfata və dinc əha liyə nisbətən az xəsarət yetirmişdi. Teymurun vassalı olmaqla Şirvanşah İb rahim onun Toxtamışa qarşı sonrakı yürüşündə fəal iştirak etmişdir. 1395-ci ildə Terek çayı üzərində baş verən bu döyüşdə Teymur ordusu Toxtamış üzərində qələbə çaldı. Bu həm də Şirvanşah İbrahimin qələbəsi sayıla bilərdi, çünki bununla Azərbaycanı iki yandan məngənə kimi sıxan qorxunc yağılardan birisi o birinin gücü ilə aradan götürülmüşdü.
Savaşdan sonra Şirvanşah İbrahimin siyasi çəki və nüfuzu artdı. Teymur ilə “xüsusi” münasibətlərdən o, Şirvan dövlətinin güclənməsi üçün ustalıql a istifadə edirdi. “Arran Qarabağı”, yəni bütün düzənlik və Dağlıq Qarabağ tezliklə Şirvan dövlətinə qatıldı. Şəki əyaləti də bu dövlətə tabe idi. Şəki ha- kimi Sidi Əlinin Teymur qoşunlarına qarşı Əlincə qalasının mühasirəsində iştirak etməsinə və orada qəhrəmancasına həlak olmasına baxmayaraq, Şirvanşah İbrahimin təklifi ilə onun oğlu Sidi Əhməd Şəki əyalətinə hakim qoyuldu. Beləliklə Şəki əyalətinin Şirvanşah dövlətindən vassal asılılığı güclənmiş oldu. Şirvanşah I İbrahimin vasitəçiliyi ilə gürcü çarı VII Georgi də Əlincə qalası müdafiəsində azərbaycanlıların tərəfində iştirak etməsinə baxmayaraq Teymurun vassalı kimi tanındı. Bu, Gürcüstanda siyasi sabit ləşmə üçün çox dəyərli bir iş idi.
Sacilər dövləti ( 879 – 941 )
Azərbaycan Sacilər dövlətini türk sülaləsi olan Sacilər (879-941) yaratmışdılar. Bu sülalənin nümayəndələri bir qayda olaraq, Afşin ləqəbi daşıyırdılar. Sacoğulları kökcə Orta Asiyanın Əşrusən (Usruşana) vilayətinin qədim türk nəsillərindən idilər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu nəsildən çıxmışdılar. Azərbaycan Sacilər dövlətinin meydana gəlməsi real etnik-siyasi zəminə əsaslanırdı. Kiçik Asiyanın gündoğar bölgələri, İran və Güney Qafqaz Xilafətin əlinə keçdikdən sonra bu yerlərdə islam dinini qəbul etmiş türk tayfalarının mövqeyi daha da möhkəmləndi. Xilafətlə Bizans arasında uzun sürən müharibələr, ərəb xəlifələri Mehdi (775-785), Harun ər-Rəşid (786-809), Məmun (813-833), Mötəsim (833-842), xüsusilə, Mütəvəkkilin (847-861) hakimiyyəti illərində Xilafət-Bizans sərhədlərini möhkəmləndirmək məqsədilə Orta Asiyadan Azərbaycana və Şərqi Anadoluya yeni türk tayfaları köçürüldü. Türk alpları Xilafət ordusunda mühüm qüvvəyə çevrildi. Ərəb xilafətinin zəifləməsi nəticəsində fəallaşan Bizans imperiyası və onunla əlbir hərəkət edərək Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü hakimlərindən ibarət vahid xristian blokuna qarşı mübarizədə islam-türk birliyi, о cümlədən Azərbaycan türkləri mühüm rol oynadı. [5]
Sacilər sülaləsinin banisi Əbu Sac Divdad da Xilafət qoşunlarında xidmət edən məşhur türk sərkərdələrindən biri idi. O, dəfələrlə ərəb qoşunlarının hərbi əməliyyatlarına başçılıq etmiş, Xilafətdə bir sıra mühüm vəzifələr tutmuşdu. Dövlət qarşısındakı xidmətlərinə görə Xilafətin böyük və ən zəngin əyalətlərindən biri olan Azərbaycan iqta olaraq Sacilərə verilmişdi. Azərbaycanı müstəqil idarə edən Sacilər Xilafət xəzinəsinə ildə 120 min dinar bac göndərirdilər. Əbu Sac Divdadın oğulları Məhəmməd ibn Əbu Sac və Yusuf ibn Əbu Sac da Xilafətin görkəmli sərkərdələrindən idilər.Sacoğullarının hakimiyyəti dövründə (879-941) Azərbaycanın Güney bölgələri müstəqil dövlətə çevrildi. Xilafətin tabeliyindən çıxmış Sacilərin öz pulları vardı. IX əsrin sonlarında (898, 900) Məhəmməd ibn Əbu Sacın adından pul kəsilməsinə başlanmışdı.
Məhəmməd ibn Əbu Sacın ölümündən sonra onun qardaşı Yusuf ibn Əbu Sacın dövründə Sacilər dövləti daha da qüvvətləndi. 912-ci ildən etibarən Xilafət xəzinəsinə ilbəil bac göndərilməsi tamamilə dayandırıldı. Yusuf ibn Əbu Sac erməni və gürcü hakimlərinin qoşunlarını ağır məğlubiyyətə uğratdı. Ermənistan ərazisini, Tiflis və Kaxeti ələ keçirdi. Azərbaycan torpaqları hesabına genişlənməyə çalışan erməni və gürcü hakimləri özləri Azərbaycan Sacilər dövlətindən asılı vəziyyətə düşdülər.
Sacoğulları Şirvanşahlar dövlətini də özlərinə tabe etdilər. Beləliklə, Azərbaycan Sacilər dövləti X əsrin əvvəlləri üçün Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Sacilər dövlətinin şərq sərhədləri Xəzər dənizi sahillərindən başlanır, qərb sərhədləri Ani və Dəbil (Dvin) şəhərlərinə qədər uzanıb gedirdi. Yusuf ibn Əbu Sac dövlətin şimal sərhədlərini möhkəmləndirmək üçün Dərbənd səddini təmir etdirdi: səddin dənizin içərisində olan, uçub dağılmış hissəsini yenidən qurdurdu. Yusuf ibn Əbu Sacın adından Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi о zaman Azərbaycanın müstəqil bir dövlət kimi Abbasilər xilafətindən asılı olmadığını göstərir. Azərbaycan Sacilər dövlətinin paytaxtı əvvəl Marağa, sonra isə Ərdəbil şəhəri idi.
IX əsrin 80-ci illərindən X əsrin 40-cı illərinədək, yəni yarım əsrdən çox bir tarixi dövr ərzində bütün Azərbaycan torpaqlarının Azərbaycan türk dövlətinin – Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə Azərbaycan türk xalqının etnik özülünün güclənməsinə müsbət təsir göstərdi.
Mərzban İbn Məhəmməd 941-ci ildə sonuncu Saci hökmdarı Deysəmi taxtdan saldı və Salarilər dövlətini yaratdı.
Sacilər dövlətinin süqutu
Sacilər dövləti Deysəmin dövründə sürətlə zəifləməyə başladı. Bundan istifadə edən Sacilərin Deyləm vilayətinin hakimi Mərzban ibn Məhəmməd 941 – ci ildə dövlətə qarşı qiyam qaldırdı. Qiyam nəticəsində sacilər dövləti süqut etdi.
Sacilər dövlətinin yaranmasının tarixi əhəmiyyəti
ü Bütün azərbaycan torpaqları vahid şəkildə birləşdirildi;
ü Azərbaycan əyalətləri arasında iqtisadi və mədəni əlaqələr gücləndi;
ü Azərbaycan türk xalqının formalaşması prosesi gücləndi;
ü Azərbaycan ərazisində etnik fərqlər qradan qalxmağa başladı.
Salarilər dövləti ( 941 – 981 )
Yaxın və Orta Şərqdə yaranmış siyasi hərcmərclik şəraıtındə Sacilər dövləti də uzun zaman davam gətirə bilmədi. Azərbaycanda çəkişmələrdən istifadə edən Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd axırıncı Saci hökmdarı Deysəmə (Sacilər dövlətində hakimiyyəti ələ keçirən qulam) 941-ci ildə qalib gəlib ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd (941-957) Salarilər (941-981) sülaləsindən olduğu üçün bu dövlət Azərbaycän tarixində Salarilər dövləti kimi tanınır. Salarilər dövlətinin də paytaxtı Ərdəbil şəhəri idi.Salarilər, çox keçmədən, Azərbaycanın şimal-qərb torpaqlarını və Şirvanşahlar dövlətini də özlərindən asılı hala saldılar, Dərbəndi ələ keçirdilər. Bundan başqa Mərzban ibn Məhəmməd Ermənistan ərazisini də öz dövlətinə qatdı, Şərqi Gürcüstanı tabe etdi.
Beləliklə, Salarilər dövləti quzeydə Dərbənd keçidindən başlayaraq, güneydə Dəclə və Fərat çaylarının yuxarılarına qədər, şərqdə Gilan da daxil olmaqla Xəzər sahillərindən, qərbdə Ermənistan və Şərqi Gürcüstan da daxil olmaqla geniş əraziləri əhatə edən bir dövlətə çevrildi. Bununla, sacilərdən sonra Salarilər sülaləsinin hakimiyyəti illərində yenidən bütün Azərbaycan torpaqları vahid dövlət daxilində birləşdi. Bu da obyektiv olaraq, bütün ölkə miqyasında iqtisadi əlaqələrin inkişafına, sənətkarlıq və ticarətin tərəqqisinə, xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərdi. Salarilərin hakimiyyəti illərində Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Azərbaycanın bütün Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı. Müxtəlif etnik boyların Azərbaycan xalqı ilə qaynayıb-qarışması sürətləndi. Bununla belə, Mərzban ibn Mə-həmmədin ölümündən sonra (957) onun oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət üstündə gedən ara savaşları mərkəzi hakimiyyətin zəifləməsinə səbəb oldu. Xəzərsahili Azərbaycan vilayətlərinin tez-tez rusların basqınlarına məruz qalması, 944-cü ildə Bərdənin qarət olunması və şəhər əhalisinə dəhşətli divan tutulması Salarilər dövlətinin süqutunu daha da sürətləndirdi.
Şəddadilər dövləti (971 – 1054 )
X əsrin 70-ci illərində Azərbaycanın quzeyində Şəddadilər dovləti meydana gəldi. Şəddadilər, əvvəllər Salarilər dövlətinin tərkibində olan Dəbil (Dvin) yörələrində yaşayırdılar. Salarilər dövlətinin zəifləməsindən istifadə edən Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbili ələ keçirlb müstəqil Dəbil (Dvin) əmirliyini yaratmışdı. Soykökünə görə kürd olan Мəhəmməd ibn Şəddad və onun varislərinin idarə etdiyi bu Azərbaycan əmirliyi tarixdə Şəddadllər dövləti adı ilə tanınır. Sonralar Şəddadilər Salarilər dövlətinin zəifləməsindən istifadə edib 971-ci ildə Gəncəni ələ keçirdilər və Azərbaycan Şəddadilər dövlətinin əsasını qoydular. Çox keçmədən Şəddadilər Gəncə ətrafında olan Bərdə, Şəmkir və b. torqlarda möhkəmləndilər. Ermənistanın şərq hissəsini ələ keçirdilər.
Fəzl ibn Məhəmmədin (985-1030) hakimiyyəti dövründə Şəddadilər dövləti qüvvətləndi. O , Gəncə ətrafındakı bütün xırda mülkləri aradan qaldırıb mərkəzi hakimiyyəti gücləndirdi, Şəddadilərin ata-baba mülkləri olan Dəbili də öz dövlətinə birləşdirdi. Erməni hakimi Şəddadilər dövlətinə bac verməyə məcbur oldu. Bunda n başqa Fəzl ibn Məhəmməd gürcülər və xəzərlərə qarşı uğurlu savaş apardı. Onun hakimlyyəti illərində hərbi məqsədlə Araz çayı üzərində salınan Xudafərin körpüsü (1027) Azərbaycanın quzey və Güney bölgələri arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsində mühüm rol oynadı. Fəzl ibn Məhəmmədin hakimiyyəti illərində Şəddadilərlə Şirvanşahlar arasında da sıx əlaqə yaranmışdı. Hər iki sülalə arasında qohumluq münasibətləri vardı. Şəddadilər digər Azərbaycan hakimləri ilə Güneydə hökmdarlıq edən Rəvvadilərlə və Tiflis əmiri Əbülfəzl Cəfər ibn Əli ilə də dostluq münasibətləri saxlayırdılar. XI əsrin 30-cu illərində Arazdan quzeydəki Azərbaycan torpaqlarında yeni-yeni Oğuz boylarının məskən salması Şəddadilərin hərbi qüdrətini daha da artırdı.Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına ağır zərbə vuruldu (1037). Bizans və Gürcüstanın birləşmiş qüvvələrinin Tiflis müsəlman əmirliyini aradan qaldırmaq cəhdi də baş tutmadı (1038). Bütün bu qovğalarda oğuz döyüşçüləri fəal iştirak etdilər.
Şəddadilər dövləti Əbu-I-Əsvar Şavurun (1049-1067) dövründə Gürcüstanla və onun müttəfiqi olan Şirvanşahlar dövləti ilə müharibələr apardı. Şəddadilər dövlətinin qüvvətlənməsindən qorxuya düşən və bu zaman Cəfərilər sülaləsinin idarə etdiyi Tiflis əmirliyini tutmağa çalışan gürcü çarı IV Baqrat alanlarla ittifaq bağladı, 1062-ci ildə alanların Dəryal keçidini aşıb Gürcüstan vasitəsilə Azərbaycana hücum etməsinə şərait yaratdı. Bu zaman Şavur Gəncənin yadellilərə qarşı müdafiəsini möhkəmləndirdi. Bu məqsədlə onun ətrafına hasar və xəndəklər çəkdirdi, şəhərə möhkəm qala qapıları düzəltdirdi (1063). Şəddadilər bu zaman Dəbili əldən verməmək, habelə onlardan asılı olan Ani əmirliyini müdafiə etmək üçün ermənilərə və onlara kömək edən Bizans imperiyasına qarşı da uğurla mübarizə apardılar. Kiçik Asiyanın şərqində Bizansa qarşı vuruşan Şəddadi qoşunlarının vurucu qüvvəsi oğuz türkləri idi. Bu mübarizədə Şəddadilərin daha qüdrətli müttəfiqi sonralar Səlcuq türkləri oldu.
Rəvvadilər dövləti ( 981 – 1054 )
Salarilər hakimiyyətinin zəiflədiyi dövrdə qüvvətlənən Təbriz, Marağa və Əhər hakimi Əbülhica 981-ci ildə axırıncı salari hökmdarı İbrahim ibn Mərzbanı (962-981) taxtdan salıb Rəvvadilər dövlətinin əsasını qoydu.Bu sülalənin soykökü qədim ərəb nəsillərindən birinə bağlanırdı. Xilafət işğalları zamanı Azərbaycanın Güney bölgələrinə də çoxlu ərəb köçürülmüşdü. Ərdəbil, Təbriz, Marağa, Qaradağ və Əhər bölgələrində müxtəlif ərəb nəsilləri yurd saimışdılar. Onlardan biri də əzdilər nəsli idi. Bu nəslin banisi əslən Yəmənli olan ər-Rəvvad əl-Əzdi idi. Azərbaycanda məskən salmış başqa ərəb nəsilləri kimi rəvvadilər də yerli əhali ilə qaynayıb-qarışmışdılar. Hələ VIII yüzilin sonlarında yarımmüstəqil dövlətə çevrilmiş Rəvvadi əmirliyi zaman-zaman tamamilə müstəqilləşir, az qala Azərbaycanın bütün Güney torpaqlarını öz nəzarəti altında saxlayırdı. Salariləri məğlubiyyətə uğratdıqdan sonra Rəvvadilər Azərbaycanın Güney torqaqlarını qəti olaraq öz hakimiyyətləri altında birləşdirdilər. Bundan başqa Rəvvadilər Muğan hakimi Sipəhbudu məğlub edib özlərindən asılı vəziyyətə saldılar. Rəvadilərin hakimiyyəti dövründə Azərbaycanda Oğuz türklərinin mövqeyi daha da möhkəmləndi. 1028 -ci ildə Mahmud Qəznəvinin Xorasan oğuzlarına vurduğu ağır zərbədən sonra təqribən 2000 oğuz ailəsi Azərbaycana köçdü və rəvvadi hökmdarı Vəhsudanın (1020-1059) icazəsi ilə burada məskən saldı. Onlar öz soydaşları olan Azərbaycan türklərinə qovuşdular. Bundan çox keçməmiş oğuz boylarının Azərbaycana yeni-yeni axınları baş verdi. Azərbaycan türklərinin mövqeyi qüvvətləndi. Rəvvadilər ölkənin paytaxtını Ərdəbildən Təbrizə köçürdülər. Bu , mütərəqqi bir addım idi.Təbriz bütün Azərbaycan torpaqlarının iqtisadi, siyasi və mədəni baxımdan birləşdirilməsi üçün çox əlverişli mövqedə yerləşmişdi. Müxtəlif Şərq ölkələrini Aralıq dənizi və Qara dəniz sahilləri ilə, həmçinin Dərbənd keçidi vasitəsi ilə Volqaboyu və Şərqi Avropa ilə birləşdirən beynəlxalq karvan yollarının qovşağında yerləşən Təbriz Rəvvadilərin hakimiyyəti illərində böyüyüb abadlaşdı.
IX-XI əsrlərdə Azərbaycanda meydana gələn feodal dövlətlərdən ŞirvanşahMəzyədilər , Sacilər ,Salarilər ,Şəddadilər və Rəvvadiləri yaradan sülalələr mənşəcə müxtəlif olsalar da, onların təşkil etdiyi dövlətlər Azərbaycan ərazisini əhatə edirdi. Bunlardan Sacilər və Salarilər ara müharibələri və daxili mübarizə nəticəsində,Rəvvadilər və Şəddadilər isə səlcuqların hücum və təzyiqləri nəticəsində fəaliyyətlərini dayandirmağa məcbur oldular .
IX-XI əsrlərdə isə gərgin mübarizə şəraitində Azərbaycanda müstəqil feodal dövlətlərin yaranması müstəsna əhəmiyyəti olan hadisə idi.Həmin dövlətləri yaradan sülalələrin mənşəyindən və mənsubiyyətindən asılı olmayaraq bu dövlətlər Azərbaycan torpağında milli zəmində təşəkkül tapırdılar.Onlar xilafətə tabe olmaqdan imtina etməklə öz istiqlaliyyət bayraqlarını qaldırırdılar.Bu dövətlərin mövcud olduğu on illər ərzində yaranmış qismən əmin-amanlıq zəminində təsərrüfatın bütün sahələri dirçəlir,əhali artır və məhsuldar qüvvələr inkişaf edirdi.
…Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır. Heydər Əliyev
Orta əsrlərdə IX-XI əsrlərdə Azərbaycan xilafət hakimiyyətindən azad olub müstəqil feodal dövlətləri – Şirvanşahlar, Şəddadilər, Sacilər, Salarilər, Rəvvadilər, sonralar isə Atabəylər, Qaraqoyunlular və Ağqoyunlular meydana gəldi.1994-cü ildə nəşr olunmuş “Azərbaycan tarixi” kitabında (redaktorları akad. Z.Bünyadov və professor Y.Yusifov) bu feodal dövlətlər haqqında mənbələrə əsaslanaraq məlumat verilmişdir.
IX əsrdə Xilafətə qarşı mübarizə şəraitində Azərbaycanda meydana gələn feodal dövlətlərdən biri də paytaxtı Ərdəbil şəhəri olan Sacilər dövləti (889-942-ci illər) idi. Yeni sülalənin banisi hesab edilən Əbu Saç Divdad “adlı-sanlı türk sərkərdələrindən” olmaqa Xilafət ordularının döyüşlərində dəfələrlə sınaqdan çıxmış, Səhl ibn Sumbatın xəyanəti nəticəsində Babəkin tutulub Bərzəidə, Afşinin düşərkəsinə aparılmasında iştirak etmişdi.
Sacilər mənşəcə türk idilər. Əbu Sac Divdad və onun varisləri Məhəmməd və Yusif muxtəlif vaxtlarda Xilafətin əyalət hakimləri olmuş Abbasilər hakimiyyətinə qarşı baş vermiş üsyanların yatırılmasında fəal iştirak etmişdilər.
Sacilərin banisinin Əbu Sac Divdad hesab edilməsinə baxmayaraq, dövlət onun ölümündən xeyli sonra oğlanları Məhəmmədin və Yusifin dövründə yaranmışdı. Xidmətləri ilə Xəlifənin rəğbətini qazandığına görə, 889-cu ildə Məhəmməd Azərbaycanın hakimi təyin olundu. Təbərinin yazdığına görə, o, “Azərbaycana gəldikdən dərhal sonra özünü müstəqil elan edib, Xilafətə tabe olmaqdan boyun qaçırtdı”. Lakin mənbələrdə qeyd edilir ki, Məhəmməd xəlifə ilə əlaqəsini tamamilə kəsə bilmir və tez-tez sazişə girməli olurdu.
Məhəmməd ona qarşı itaətsizlik göstərən Marağa hakimini susdurdu və şəhəri ələ keçirdi. 893-cu ildən başlayaraq o, bir neçə dəfə Ərməniyəyə uğurlu yürüşlər təşkil etdi, Naxçıvandan keçərək Dvin hasarlarına qədər çatdı və erməni hakimi I Sumbatın ailə üzvlərini və yaxın qohumlarını əsir götürdü, onun özünü güzəştə getməyə məcbur etdi. Qələbədən sənra Məhəmməd öz oğlu Divdadı Ərməniyəyə hakim təyin edib, özü Gürcüstana gedərək, Tiflisi və digər şəhərləri soyub taladı. Bu qələbələr Məhəmmədin şöhrətini yüksəltdi. Qonşu dövlətlərin hakimləri ondan çəkinməyə başladılar.
Bacarıqlı sərkərdə olan Yusifin qibtə ediləcək dərəcədə çevikliklə rəqiblərini əzməsi, hakimiyyəti möhkəmləndirməsi, əvvəlki siyasi nüfuzunu bərpa etməsi, Azərbaycanın müstəqilliyinin reallaşdırması Bağdadda xəlifə sarayına rahatlıq vermirdi. Ona görə də xəlifə onu “idarə etdiyi Azərbaycan, Ərməniyə, Arran, Beyləqan və s. əyalətləri buraxıb, İkiçayarasından “təhlükəli bir səfərə”, Xilafətə qarşı üsyan qaldırmış qərimətlərə qarşı müharibəyə göndərdi. 927-ci il dekabrın 27-də Kufə şəhəri yaxınlığındakı döyüş zamanı Yusifin qoşunu məğlub oldu. O özü yaralandı, əsir düşdü və öldürüldü.
Sacilər sulaləsinin hakimləri içərisində Yusif ən nüfuzlusu olmaqla 24 il bu dövləti idarə etmişdi. Sacilər dövləti istiqlaliyyət qazandı. Azərbaycan torpaqları mərkəzləşdirildi ki, bunun sayəsində də təsərrüfatın canlanmasına, şəhərlərin, sənətkarlığın, ticarətin və mədəniyyətin inkişafına xeyli zəmin yarandı. Onun maliyyə və vergi sahəsində obyektin siyasəti ölkədə iqtisadiyyatın dirçəlməsinə və əhalinin artmasına təkan verdi.
Yusifin ölümündən sonra hakimiyyət əldən-ələ keçdi. Onun sərkərdəsi Deysəmin dövründə Azərbaycan yenidən müharibə meydanına çevrildi. 942-ci ildə Sacilər sülaləsinin hakimiyyətini Salarilər əvəz etdilər.
Salarilər dövləti. Dövlətin yaradıcısı Mərzuban ibn Məhəmməd Kilan vilayətindəki Salarilər tayfasına mənsub olduğundan dövlət Salarilər adlanırdı. Dövlətin təməlini qoyan Mərzuban ibn Məhəmməd çox uzaqgörən, ağıllı, mərd və cəsur şəxsiyyət, görkəmli dövlət xadimi olmuşdu. O, yuxarıda qeyd edildiyi kimi, 942-ci ildə Sacilər hakimi Deysəmi məğlub edərək Azərbaycanı tutdu. Həmin tarixdən hakimiyyət onun təmsil etdiyi Salarilər sülaləsnnin (942-981) əlinə keçdi. Salarilər dövlətinin də paytaxtı Ərdəbil idi.
Salari hakimi Mərzuban ibn Məhəmməd çətin mubarizə şəraitində Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarına sahib olaraq öz səltənətini möhkəmləndirməyə çalışdı. Möhkəmlənməkdə olan gənc dövlət yeni fəlakətlə üzləşdi. Mənbələrdə Rus adlanan tayfalar təbiətinin və sərvətinin zənginliyinə görə Qafqazın mirvarisi hesab edilən Bərdə şəhərinə hücum etdilər. Xalq müqəddəs torpaq uğrunda mübarizəyə qalxdı. Görünməmiş qırğınlar və talanlar başlandı, gözəl binalar dağıldı, şəhər əvvəlki əzəmətini itirdi. Bundan istifadə edən Məsul hakimi Azərbaycanın cənubunda Səlmas şəhərinə basqın etdi. Salari hakimi Bərdənin müdafiəsini sərkərdələrindən birinə tapşırıb, özü Səlmasın harayına getdi. Onun bu yürüşü uğurlu oldu. Döyüşlərdəki qələbələr sayəsində ölkənin cənub-qərb vilayətlərindən düşməni qovduqdan sonra, Azərbaycanın şimal-qərb vilayətlərini və Ərməniyəni öz hakimiyyəti altına keçirdi. Sacilərin dövründə olduğu kimi, Şirvanşah Məzyədilər dövləti Salarilərə tabe edildi. Bununla da Salarilərin şimal sərhədi Dərbəndə qədər uzandı.
Azərbaycanın cənub-şərq vilayətlərinin, xüsusilə, Zəncanın, Əbhərin, Qəzvin və İsfahan hakiminin asılılığında qalması Mərzubanı narahat edirdi . Onun məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi . O, bu niyyətlə 948-ci ildə hərbi yürüşə başlayaraq Qəzvinə getdi . Mərzubanın 5 min nəfərlik ordusu düşməninkindən dəfələrlə az idi . Buna baxmayaraq , o , döyüşdən imtina etməyi qeyrətinə sığışdıra bilmədi. Saatlarla davam edən savaş Mərzubanın məğlubiyyəti ilə başa çatdı. O, sərkərdələri ilə birlikdə əsir düşdü . Onun əsirlikdə olduğu dövrdə Azərbaycanda hakimiyyət uğrunda feodal ara müharibələri yenidən qızışdı. Hakimiyyəti əvvəlcə Mərzubanın atası, sonra isə qarda şı Vəhsudan ələ keçirdiyi hakimiyyət uğrunda mübarizədə keçmiş Sacilər dövlətinin hakimi Deysəm də iştirak edirdi . O, Zəncanda, Azərbaycanın və Ərməniyənin bir hissəsində hakimiyyəti bərpa etdi . Salarilərin qoşunu maaşla saxlanılan süvari dəstələrindən və piyada hissələrindən ibarət idi . Onların dənizdə gəmiləri də vardı.
40 il yaşamış Salarilər dövləti təkcə Azərbaycan və Qafqazdakı feodal dövlətlərlə deyil , Ön Asiyadakı nüfuzlu dövlətlərlə də müqayisə olunmağa layiq idi . X əsrin II yarısında Azərbaycanda meydana gələn müstəqil feodal dövlətlərdən biri də paytaxtı Gəncə olan Şəddadilər dövləti idi . Onun ərazisi əsasən Kür və Araz çayları arasındakı torpaqları əhatə edirdi . Şəddadilər şimal tərəfdən Şəki və Kaxetiya çarlığı ilə, cənubdan Rəvvadilər dövləti ilə həmsərhəd idi . Dövlətin cənub-qərbində yerləşən Dəbil şəhəri də Şəddadilərə tabe idi . Müəyyən dövrlərdə Şəki və Kaxetiya çarlığının bəzi əraziləri də onlardan asılı vəziyyətə düşmüşdü . Ərməniyənin xeyli hissəsi Şəddadilərin hakimiyyəti altında idi .
Bu dövlətin yaradıçısı hesab edilən Məhəmməd ibn Şəddad mənşəcə kürd idi . O, Dəbil ətrafında yaşamaqla siyasi fəaliyyətə X əsrin ortalarında başlamışdı. Əslində, Şəddadilər dövləti Salarilərin dövründə və onların ərazisində meydana gəlmişdi. Salari hakimi Mərzuban əsirlikdə qaldığı beş il (948-953) müddətində onun varisləri arasında hakimiyyətin qızışdığı şəraitdə dövlət xeyli zəiflədi. Ona tabe olan feodal əyanlar içərisində müstəqillik meylləri gücləndi. Belə feodallardan biri Məhəmməd ibn Şəddad idi . O, fürsətdən istifadə edərək, Dəbili tutdu və özünü mustəqil elan etdi . Lakin o , burada möhkəmlənə bilmədi. Mərzuban əsirlikdən xilas olduqdan sonra hakimiyyətini bərpa etdiyi zaman Dəbil Şəddadın əlindən çıxdı. Onun ölümündən sonra , oğlanları Fəzl və Ləşkəri Gəncəyə gəldilər və 971-ci ildə Salari İbrahimin Gəncədəki naibini qovaraq burada hakimiyyəti ələ keçirdilər. Müharibədə Əbülhəsən Ləşkəriyə gücü çatmayan Salari hökmdarı İbrahim ibn Mərzuban onunla muqavilə bağladı və Şəddadilər dövlətini rəsmən tanımağa məcbur oldu . 971-ci ildən Şəddadilər dövləti fəaliyyətə başladı. Bu hadisə Ləşkərinin nüfuzunu art ırdı o , az müddət ərzində Bərdəni, Şəmkiri, Ərməniyənin xeyli hissəsini öz dövlətinə birləşdirdi, ölkədə əmin-amanlıq yaratdı. Səkkiz illik hakimiyyəti dövründə Şəddadilər dövləti möhkəmləndi və ərazisi genişləndi. Onun varisi Fəzlin dövründə Beyləqan Şəddadilər dövlətinə birləşdirildi. Ağıllı diplomat olan Fəzl dövlət işlərini məharətlə idarə edirdi . Ərəb tarixçisi ibn əl-Əsirin məlumatına görə, ” Kürd Fəzlun 1030-cu ildə xəzərlər üzərinə hücum etdi . Onlardan çox adam qırdı, əsir tutdu və böyük miqdarda qənimət aldı”.
Şəddadi Fəzl uğurlu xarici siyasətlə yanaşı, ölkənin daxili işləri ilə məşğul olmağı da unutmur , sənətkarlığın, ticarətin, mədəniyyətin inkişafına qayğı göstərirdi. O, ticarət və hərbi məqsədlə Araz çayı üzərində körpu saldırdı. Gəncədə öz adına pul kəsdirdi. Onun Şirvanşah Manuçöhrlə (1027-1034) qohum olmasına baxmayaraq , Şəddadilərlə Şirvanşahlar arasındakı dostluq və qohumluq sabit deyildi . Şəddadilər tez-tez Şirvanşahlar , Rəvvadilər və gürcü hakimləri ilə müharibələr edirdilər.
Şəddadilərin görkəmli hakimlərindən olan Əbüləsvər Şavurun dövründə (1050-1067) dövlət daha da möhkəmləndi. Şavur iqtisadi , ictimai həyatda və xüsusilə, orduda bir sıra faydalı islahatlar keçirərək, Gürcüstanla və Şirvanşahlarla müharibələri davam etdirdi . Alan tayfalarının, qonşu feodal dövlətlərin və xüsusilə, şöhrəti gündən-günə artmaqda olan səlcuq türklərinin basqınlarından qorunmaq üçün tədbirlər gördü . Gəncənin ətrafında xəndək qazdırıb, hasar çəkdirdi. Onun tapşırığı ilə Dəmirçi İbrahim 1063-cü ildə Gəncənin dəmir qapılarını düzəltdi. Həmin il Şirvana bir neçə yürüş təşkil edərək, onlardan 40 min dinar xəraç aldı. Lakin siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq Şavur hakimiyyətinin sonunda səlcuqların vassallığını qəbul etməyə məcbur oldu .
Şəddadilər dövlətinin axırıncı əmiri olan III Fəzlun (1074-1088) vassalı olduğu səlcuq sultanlığına qarşı mübarizəni davam “etdirmək istəyirdi. Mənbələrin məlumatından aydın olur ki , Yaxın və Orta Şərqdə, həmçinin, Zaqafqaziyada güclü dövlət yaradan Səlcuq türkləri Şəddadilərin daxili müstəqilliyini özləri üçün təhlükə hesab edirdilər. Ona görə də, Səlcuq sultanı Məlikşah öz sərkərdəsi Buğanı qoşunla Gəncəyə göndərdi. Buğa 1088-ci ildə Gəncəni tutdu və III Fəzlunu əsir götürərək Bağdada göndərdi. O, 1091-ci ildə orada , əsirlikdə öldü . Beləliklə, 1088-ci ildə Şəddadilər dövlətinin tarixi sona çatdı.
Orta əsr müəllifləri Rəvvadilər sülaləsinin tarixi və dövlətin yaradıcısı Əbülheyca Rəvvadinin şəxsiyyəti barədə dolaşıq fikirlər söyləmişlər. Əbulheycanın mənsub olduğu Rəvvadilər (mənşəcə ərəb idilər) sülaləsinin tarixi qədimdir. Onlar VIII əsrdə Təbrizdə, Marağada , Əhərdə, Qaradağda hakimlik etməklə uzun müddət müstəqilliyə can atmışdılar. Rəvvadilərin mənşəcə Salarilərlə yaxınlığı olmamışdı.
X əsrin ortalarında və ikinci yarısında Əhər ( Qaradağ ) hakimi Əbülheyca Rəvvadi Salarilər dövlətinin hakimi Mərzubana, sonra isə onun varisi İbrahimə tabe olan və xərac verən nüfuzlu feodallardan idi . Əbulheyca yaranmış tarixi şəraitdən istifadə edərək, 981-ci ildə Salari İbrahimə tabe olmaqdan boyun qaçırdı, onunla mübarizəyə başladı, qalib gəldi və hakimiyyəti ələ aldı. Beləliklə, Rəvvadilər dövləti rəsmən yarandı. Vaxtilə Salarilər dövlətinin əlində olan Azərbaycan və Ərməniyə torpaqları Rəvvadilərin hakimiyyəti altına keçdi . Dövlətin paytaxtı Ərdəbildən Azərbaycanın qədim və zəikin şəhəri Təbrizə köçurüldü . Bu zaman Təbriz Ərdəbilə nisbətən iqtisadi , siyasi və mədəni cəhətdən xeyli tərəqqi etmişdi . Təbrizin təbii-çəğrafi mövqeyi paytaxt şəhəri uçun daha münasib idi . Rəvvadilər dövlətinin ərazisi əsasən indiki İran Azərbaycanı ərazisini əhatə edirdi . Əbülheyca hakimiyyəti ələ keçirib dövlətin daxili işlərini səhmana saldıqdan sonra 987-ci ildə Ərməniyəyə hücum edərək onu özünə tabe edib əhali üzərinə vergi qoydu və xərac aldı. O , Xəy və Urmu feodallarını da hakimiyyəti altına keçirtdi . Dövlətin ərazisi genişlənməklə yanaşı, onun nüfuzu da yüksəlirdi. Əbülheycanın varislərindən olan Əbu Mənsur Vəhsudan da (1020-1059) ölkə daxilində bir sıra tədbirlər həyata keçirdi . Mərkəzi hakimiyyəti xeyli güçləndirdi. Onun dövründə Şəddadilərlə düşmənçilik davam etdi . 1042-ci ilin oktyabrında Təbrizdə güclü zəlzələ baş verdi . Mənbələrin məlumatına görə, zəlzələ nəticəsində bir çox binalar və qalalar dağıldı, 40 mindən artıq adam tələf oldu , şəhərin müdafiə qabiliyyəti zəiflədi. Şəhərin ətrafındakı qala hasarları uçulub-dağıldığından Rəvvadi Vəhsudan Təbrizi tərk edib başqa qalaya köçdü . Şəhərin bərpa işləri başa çatdırılmamış Toğrul bəyin başçılıq etdiyn səlcuq türkləri Təbrizə hücum etdilər hücuma hazır olmayan Vəhsudan muqavimət göstərə bilmədi.
İbn əl Əsirin yazdığına görə, “səlcuq hakimi Toğrul bəy bir sıra qələbələrdən sonra , 1054-cü ildə Təbrizə gəldiyi zaman Rəvvadi hakimi Vəhsudan siyasi hakimiyyəti əlində saxlamaq məqsədilə səlcuqların vassallığını qəbul etməyə məcbur oldu “.
IX-XI əsrlərdə gərkin mübarizə şəraitində Azərbaycanda müstəqil feodal dövlətlərin yaranması müstəsna əhəmiyyəti olan hadisə idi . Həmin dövlətləri yaradan sülalələrin mənşəyindən və mənsubiyyətindən asılı olmayaraq , bu dövlətlər Azərbaycan torpağında milli zəmində təşəkkül tapırdılar.
Исмайлов Эльдар. Очерки по истории Азербайджана
• Onullahi S.M. XIII- XVI əsrlər də Təb riz şə h ərinin tarixi. Bak ı , 1979.
• Osmanov F. İ . Qafqaz Albani y an ın maddi mədə niy y əti. Bakı , 1982.
• Paşayev A. C ümhuriyyət parlamentin ə gedən yol. Bakı , 200 5.
• Piriyev V.Z. A zə rbay can H ülakülər dövlətini n tənəzzülü dövründə ( 1316-
1360 -ci il lə r) Bakı, 1978.
• Piriyev V. Z. Azərbaycan XIII – XIV əsr l ərdə. B a kı , 200 3.
• Qacar C. Qədim və orta əsrlər Azərba ycanı n görkə mli şəxsi yyətləri. Bakı ,
• Qarabağna mələr. I , Bakı , 19 89, II, Bakı , 19 91.
• Qasımov M. X arici Dövlə tl ər və Azərba ycan. Bakı, 1998.
• Qaşqa y S.M. Manna çarlı ğı n ın tarixindən. Bakı , 1 989.
• Qa yıdış. 1990 – 1993. Bakı, 1 996.
• Qədi m Azərbaycan tarixi mixi yazı l ı m ənbələrdə. Tərtib və tərc ü mə edəni
S.Qaşqay. Bakı , 200 6.
• Qəsd: Oktyabr 1994 – Mart 1995. Bakı 1 996.
• Qətiyyətin təntənə si (sənədli xr onika) Bakı, 1995.
• Qe ybullaye v Q. Azərbaycan türk lə r inin təşəkkülü tarixində n. B akı , 1994.
• Qur tulu ş. Bakı, 1998.
• Rəhimli Ə. Güney Azərba ycanda milli – demokratik hərəkat (1 941 -194 6). Bakı,
• Rəşidəddin. O ğuznamə . Bakı , 2 003.
• Rəsulzadə M. Ə. Azərbaycan Cümhuri yyəti. Bakı , 1990.
• Rəsulzadə M. Ə. Azərbaycan Cümhuri yyə ti. Bakı , 1990.
• Rəsulzadə M. Ə. Çağdaş Azərb aycan tarixi. B akı , 1991.
• Şərifli M. X. IX əsrin ikinci yar ı s ı – XI əsr azərbaycan f eo dal dö vl ətləri. Bakı ,
• Se y idzadə D. Azərba ycan XX Əsrin ə vv əllərində: müstəq illiyə apar an yollar.
Bakı , 2004 .
• Ş ükü roğlu L. C ümhuriyyət Höküməti r e pr e siya məngənə sində. Bakı 200 0.
• Şükürov K.K. Azərbaycan ta ri xi. Elmi- nəzəri və prakti k p robl e mləri. I h issə.
• Ş ükü rov K.K. Azərba ycan tarixi. Ən qədim Zamanlarda bizim gü n lərədək:
dövrlər, hadisələr, sinxronlaşd ırılmış cədvəllər. II his sə Bak ı , 1 998.
• Şükürov K.K. T ürkmənçay. 18 28. Tarixi xronika. Bakı , 20 06.
• Süleymano v M. Qafqaz İ sla m O rdusu və Azərbaycan. Bakı , 1 999.
• Sultanov O. 80- ci illərin sonu – 90 – cı illərin ə vvll ərində Azərba ycanda siyasi
mübarizə. Bakı, 199 5.
• T ağıy eva Ş. Ə. 1920 – ci il Təbriz üsyanı . B akı , 1990.
• Vahidov R. M. Mi ngəç evir II I-VIII əsrlərdə. Bakı , 1961.
• Vəkilov R. Ə. Azərbaycan Respublika sı n ı n yaranma tarixi. Bakı , 199 8.
• Vəlixanlı N. Ərəb xilafəti və Azərbaycan. B akı , 1993.
• Vəlixanlı N.M. IX- XII əsr ərəb coğrafiyaşünas səy yahlar ı Azərba ycan
haqq ın da. Bakı , 1 974.
• Vəliyev T .T. İmperializm döv ründə Azərbaycan səna yesi və pro letaria t ı . B akı ,
• Xəlilov С.Ə. Qərbi Azərbaycanın tunc dövrü və qədi m dö vrünün əvvəllərinə
aid arxeoloj i abidələr. Bakı , 1959 .
• XVIII yuzildə Çar m üharibələ rinin xronikası . Bakı , 1 998.
• Yaqublu M. Azərbaycan regionla rı . Bakı, 200 2.
• Yaqublu N. Mə mməd Əmin Rəsulzadə. Bakı , 1 99 1.
• Yaqublu N. Mu savat partiyas ı n ı n tarixi. Bakı , 1 996.
• Ye sai Hasa n Cəlalyan. Alban ö l k əsinin qı sa tar ixi. 1702-1722. Bakı , 1992.
• Zeynalov İ .X. Az ərba ycanı n s osial- iqtisadi inkişafı XX əsrin II yarsı nda. Bakı,
• Zeynalov İ.X. Azərba ycanın iqtisadi və sosial inkişafı (70- 80 -ci ill ər) Bakı,
На русском языке
• Аббасов М. Бак у в годы Великой О течественной войны. Баку, 1967 .
• Абуталыбов Р . Годы и встречи в Пар иже. М., 200 7.
• Агамалиева Н ., Худиев Р. Азербайд жанская Республика.
• Адрес – кале ндарь Азербай джанской Респ ублики / По д р ед. А.М.
Ставровского. Б аку, 1920.
• Адрианов В., Миралямов Г. Гейдар Алиев. М., 20 05.
• Азербайджанс кая Демократ ическая рес публика. (1 918 – 19 20 гг.) . Внешняя
политика. Документы и мат ериалы. Баку, 1998 .
• Азербайджанс кая Д емократическая р еспублика. (1918 – 1920 гг.).
Законодательные акты. Баку, 19 98.
• Азербайджанс кая Д емократическая республика. (19 18 – 1920 гг.).
Парламент. Стенограф ические отчеты. Бак у, 1998.
• Азербайджанс кая Демо кратическая Республика. Сбо рник стате й. М.,
• Аз и зб екова П.А. Братс кая пом ощь ве ликого р усскою наро да побе де
Советской власти в Азербайджане. Баку, 195 4.
• Азимов Г.С. В еликий Октябр ь и Азербайджан. Баку, 19 87.
• Акты Кавказской Археографической Комиссии. Ар хив Глав но го
Управления Наместн ика Кавказа. Т ом II, Тифлис 1868, Т ом III, Тифлис, 186 9.
• Алиев Играр . История Мидии. Бак у, 1960.
• Алиев Ф. Антииранские выступления и борьба про тив т урецком ок –
купации в Азербайджа не в I половине XVII I века. Баку, 1993.
• Алиев Ф.М. Азербайджано – русские отношен ия (XV – XI X вв.). Баку, 1985.
• Ал и – за де А.А. Социально – экономическая и политическая ис тория
Азербайджана XIII – XIV вв. Б аку, 1956.
• Алияров С.С. Неф тяные монопол ии в Азербайджа не в период пер вой
мировой войны. Баку, 19 74.
• Асадов Ф.М. Арабские источники о тюрках в ран нее средневековье . Бак у,
• Ахундова Э. Гей дар Алиев. Лич ность и эпоха. Ч. 1 – 2, Бак у, 2007, часть 3 –
4, Баку, 2008.
• Ашурбейл и С . В. Государств е; Ширваншахов. (VI – XVI в в.) Баку, 1983 .
• Багирова И.С. По литические партии и организа ции Азерба йджана в
начале XX века. 19 00 – 1917. Баку, 1997.
• Байрамо в К.М. Р абочий класс Азербайджана в борьбе за победу Великого
Октября. Баку, 1987 .
• Бакиханов А. Гюлиста н – и Ирам. Баку, 1991 .
• Бадаев А. Азербайджанское национальное движе ние в 19 17 – 1918 гг. Баку,
• Балаев А. Мамед Эмин Рас улзаде. М., 2009.
• Балаев А . Февр альская рево люция и нац иональные окраины. Мар товские
события 1918 го ла в Азербайджане. М., 200 8.
• Величко В.Л. Кавказ. Русское дело и межплеменные во просы. Отв., 1904.
• Вер диева Х.Ю. Переселенческая политика Ро ссийской империи в
Северном Азербай джане. Баку, 1999.
• Вер диева Х.Ю. Переселенческая по литика Ро ссийской империи в
Северном Азербайджа не. Баку, 1999.
• Волхонский М. Мухано в В . По следам Азербайджанской
Демократической Респ ублики. М., 2007 .
• Гаджиев А. Демо кратические респ ублики Юго – Западно го Кавказа. Баку,
• Гасанлы Дж. СССР – Иран: А зербайджанс кий кр изис и начало холодной
войны (1941 – 1946). М., 2006.
• Гасанлы Д ж. СССР – Т урция: от нейтралитета к холод ной войне. М., 2008.
• Гасанлы Дж. Хрущевска я “оттепель” и национальны й вопрос в
Азербайджане (195 4 – 1959 ). М., 2009.
• Гейдаров М.Х. Города и горо дское ремесло Х III – XIV вв. Бак у, 1987
• Геюшев Р .Б. Христианство в Кав казской Албании. Бак у, 1984.
• Гулиев Дж.Б. Борьба Коммунистической партии за осуществление
ленинской национа льной политики в Азерба йд жане. Баку, 1 970.
• Гулиев Д ж.Б. К образо ванию второй республи ки Азербайджана. Баку,
• Гусейнов М.Д. Т юркская демократическая партия фе дералистов
“Мусават” в прошлом и настоящем. Бак у, 1927.
• Гусейнов Т . Апрельская революция. Б аку, 1926.
• Дарабади П. В оенные проблемы политическо й истор ии Азербайджана
начала XX века. Бак у, 1991.
• Джафарли М. Политическ ий террор и судьбы азербайджанских немцев.
• Джафаро в Г.Ф. Древнейши е связи азербайджанс ких племен со стра нами
Ближнего Востока. Бак у, 1986.
• Зевакин Е.С. Прикас пийские про винции в эпоху р усской оккупации
XV II I B . 1927.
• Искендеро в М. Из исто рии борьбы Комм унистической партии
Азербайджана за побед у Советской влас ти. Баку, 1958.
• Исмаил – заде Д.И. Русское к рестьянство в Закавказье (30 – е го ды XIX – нач .
XX веков). М., 19 82.
• Исмаилов М.А. Капитализм в се льском хозяйс тве Азербайджана на
исходе XIX и нача ле XX в. Бак у, 1964.
• Исмаилов Э.Р. Азербайджан: 1953 – 1956 гг. Первые го ды “оттепели” . Бак у,
• Исмаилов Э.Р. Власть и нар од. Послевоенный сталинизм в А зер байджане
(1945- 1953 ). Баку, 2003.
• История Азербайджана. В тр ех томах, четырех книгах. Баку, 1958 – 1963.
• Караев А.Г. Из недавнего про шлого. Баку, 1926 .
• Мамедов С. А. Азербайджан по источникам XV – I полови ны XVI II вв.
• Махм удов Я.М. В заимоотношения гос ударств Аккою нлу и С ефевидов с
западноевропейскими странам и (вторая полов ина XV – нача ло XVII века).
• Мехтиев Р. Азербайджа н: выз овы глобализации. Уроки прошлого, реалии
настоящего и перспе ктивы будущего. Бак у, 2004.
• Мильман А.Ш. Политичес кий стро й Азербайд жана в XIX – начале XX
века (административны й а ппарат и суд, фор мы и методы колониа льного
управления). Баку, 19 76.
• Минорск ий В.Ф. История Д ербента и Ширвана. М. , 1963.
• М урадалиева Э. Б. Города Северного Азербайджана во второй полови не
XIX века. Баку, 1998 .
• М урадалиева Э.Б. Кровь зем ная – нефть Азербайджа на и истор ия. Кн ига 1.
• М устафазаде Р.С. Две республики. Азербайджано – российские отношения
в 1918 – 19 22 гг. М., 2006.
• М устафа – заде Т .Т. Азербайджан и р усско – азербайджа нские отноше ния в
первой трети XVIII века. Баку, 1993.
• Наджафов Б. Л ицо врага. Часть I . Баку, 1993. Час ть II . Баку 1994.
• Новосельцев А.П. Генезис фео дализма в странах Закавка зья. М., 19 80.
• Описание Караба хской про винции, со ставленное в 1823 году, по
распоряжению главноуправляющего в Грузии Ерм олова, действитель ным
статским советником Могилевск им и полков ником Ермо ловым 2 – м. Т ифлис,
• Петр ушевский И.П. Система русского колониального управления в
Азербайджане в первой половине XIX в. Ч. 1 . М.; Л., 1936 .
• Раевский А. Английская интервенция и м усаватское правительство. К
истории интервенции и контррево люции в Закавказье. Бак у, 1927.
• Ратга узер Ю.Л. Борьба за Советский Азерба йджан. Баку, 192 9.
• Ратга узер Ю.А. Революция и гражданская вой на в Бак у. Ч. I, 1917 -1918.
• Рафи – заде И.Р . Б уржуазная эволюция государственной деревни
Азербайджана к конц у XIX века. Баку, 1986.
• Рахмани А .А. Азерба йджан в конце XVI и XVII веке (1590 -1700). Баку,
• Рустамова Дж. Националь ная бурж уазия в пер иод Азерба йджан ской
Демократической Респ ублики. Баку, 2007 .
• Рустамова – Тогиди С. Март 19 18 год. Баку, 2009.
• Сеид – заде Д.Б. Азербайджанские депутаты в Государственной Думе
России. Баку, 1991 .
• Сеф С. Бор ьба за Октябрь в Ба ку . Тифлис, 1930.
• Страницы пол итической истор ии. 1918 – 1920. Баку, 1994 .
• Сумбат – заде А.С. Азербайджа нская историогр афия XIX – XX вв. Бак у,
• Сумбат – заде А.С. Промышленность Азербайджана в XI X в. Баку, 1964.
• Сумбат – заде А.С. Социа льно – экономичес кие предпосылки победы
Советской власти в Азербайджане. Баку , 1972.
• Т окаржевский Е. А. Из истории иностранной интервенции и граж данской
войны в Азербайджа не. Баку, 1957.
• Т опчибашев А.М. Письма из Парижа. Баку, 1998.
• Т опчибашев А.М. Д ипломатические беседы в Стамбуле. 19 18 – 1919 гг.
Баку , 1994.
• Чавчавадзе И.Г. Армянские ученые и вопиющие кам ни. Т ифлис, 1902.
• Шопен И. Историческ ий па мятник состояния Армянск ой области. С Пб.,
• Юсифзаде С . Ю. Пер вая Азербайджанская республи ка: история, событ ия,
факты англо – азер байджанских отношен ий. Баку, 1998.
На англий ском и ту рецком языках
• Alstadt А. The Azerbaijani T urks: P ower and İ dentit y under Russian Rule.
Stanford, 1992.
• Azerbaycan belgel erinde er meni sorunu. 1918 -1920. Ankara, 2 001.
• Baykara H. Azerbaycan İ stikl al Mü cadelesi Tar ihi. İstanbul, 19 75.
• Benningse n A., Wi mbush E. Mosle m National Com munism in the Soviet
Union: A Revolutionar y Strategy for the Colonial Wo rld. Chicago; London, 197 9.
• Ahmet Caferoğl u. Kafkasya Türkleri. Ankara, 1976.
• Nadir Devlet. Rusya T ürklerinin Milli Mücadele T arihi (1905 -1917). Ank ara,
• Duran T . Birinci Dü nya Sa vaşı Son unda T ürk Diplo matisinin ilk B aşa rı sı.
Brest- Litovsk Hazırlıkları. B ült en (Nis san-Te mmuz), 1973.
• Nilgün (Akgül) E rdaş. Milli Mücadile Dö neminde Kafkas Cümhuriyetleri ile
İlişkiler (1917 -1921). Ankara, 1994.
• Fisber L. T he War for Baku. “ Oil İ mperialism ” . C h. 1. London, 19 76.
• Cemil Hasa nlı Azerbaycan Tarihi 1918 – 1920. Türkiyenin Yardım ı ndan
Rusyan ın İşgalına Kadar. Ankara, 1998.
• Cemil Hasa nlı Soğuk Savaş ın İlk Çatış ması: İ ran Azerba y canı. İstanbul, 2006.
• Hasanlı C. At th e Dawn of the Cold War: The So vi et -Amer ican Crisis over
İ ranian Azerbaijan, 1 941 -1946. Cambridge, 2006.
• Leluw Ch. Azerbaijan: A. Quest for İ dentity. Ne w-York, 1998.
• Sara y M. Azerbaycan türklerinin tarihi. İstanbul, 1 993.
• T ahir Sünbül. Azerbaycan Dos yası. An kara, 1990.
• Suny R. The Baku Commune, 1917-191 8: Class and Nationalist. P rinceton
• E min Arıfoğlu Şıhalı yev. Türkiye ve Aze rba ycan Açısından Ermeni Sor unu:
Tarih, Gerçe kl er ve Olaylar. Ankara, 2002.
• Sebahettin Şi mşir. Azerbaycanın İstiklal Mücadile si. İstanbul, 2002 .
• Swietocho wski T. Russian Azerbaij an, 1905 -1920: The Shaping of National
İ dentity in Moslem Co mmunity. Cambridge, 19 85.
• Swietocho wski T. Russia and Azerbaij an: A.Borderland in Transinon. N.Y.,
Swietochowski T . and Collins B . Historical Dictionary o f Aze rbaij an. Lanham,
Nasir Yücer. B irinci Dü nya Savaş ında Osmanlı Ordusunun Azerbaycan ve
Dağıstan Herekatı. Ankara, 1996.
Comments are closed, but trackbacks and pingbacks are open.