Press "Enter" to skip to content

Magistr 5 keçid balları

Magistraturanın sınaq imtahanına qeydiyyat davam edir

Magistr OL

Magistartura nədir?
Bakalavrdan sonra təhsilin 2-ci pilləsi Magistraturadır.
Təhsil müddəti: 2 il
Təhsili uğurla başa vuranlara MAGİSTR dərəcəsi verilir. Magistraturada ixtisasınız üzrə konkret bir bölməni daha dərindən öyrənirsiniz. Həmçinin o bölmə üzrə elmi araşdırma aparırsınız. Müstəqil işləmə qabiliyyətinizi ortaya qoyurusunuz.

Magistraturaya necə qəbul ola bilərəm?
Magistraturaya qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) 2 mərhələdə həyata keçirir.
1-ci mərhələ: bu mərhələdə tələbələr 3 fənndən (məntiq, informatika , xarici dil) imtahan verir. 1-ci mərhələdə cəmi 100 sual olur ( məntiq -50, informatika -25, xarici dil-25). Magistratura imtahanlarındakı bütün suallar hər biri 1 balla qiymətləndirilir. Səhv düzü aparmır.
keçid balları ixtisasdan asılı olaraq dəyişir. (40-50 bal arası). 1-ci mərhələdən keçmiş tələbələr 2-ci mərhələyə buraxılır.
2-ci mərhələ: Bu mərhələ də seçdiyiniz ixtisasa uyğun 50 sual olur. Keçid balı 20 bal ətrafında dəyişir.

DAHA ƏTRAFLI MƏLUMAT

Burada Ən Çox Verilən Sualların Cavabları İlə Tanış Ola Bilərsiniz. Bir sözlə beyninizdə olan magistrla bağlı suallarınıza cavab tapacaqsız.


Diqqət: Magistr OL Tədris Mərkəzində Magistr Hazırlıqlarına Qeydiyyat Başlanmışdır. Ətraflı Məlumat Üçün Buradan BAX»

Sual-1: Magistra hazırlaşmaq istəyirəm lakin bu haqda heç məlumatım yoxdur.
-Ay əcəb edirsən. Məlumatın yoxdur bu dəqiqə olar. Bəs magistrol.com nə üçündür?! təbii ki sizi məlumatlandırmaq və öyrətmək üçün. Heç Eynşteyn də düz əməlli danışa bilmirdi ancaq indi adı Dahi sözünün sinonimidir. Kim bilir bəlkə gələcəkdə sənin də adın master sözünün sinonimi oldu 🙂
Magistrturada ya sən öz bakalavrda öyrəndiyin ixtisası daha da dərindən öyrənirsən. Yəni əməlli başlı elm adamı olursan. (təbii ki yaxşı oxusan. Yaxşı oxumasan da evdəkilər qonşunun yanında fəxrlə deyir ki “az həəə bizim uşaaq magistrda oxuyur”).
Ya da ki düşünürsən ki, öz ixtisasımı artıq oxuduğum bəsdir yeni bir ixtisasım da olsun. O zaman MBA proqramını seçib olursan iqtisadçı (mühasib, menecer, marketinq və s.) MBA eşidib tez gözlərin parıldamasın astarı üzündən baha başa gəlir. Magistraturada təhsil ancaq əyanidir və 2 il davam edir.

Sual-2: Magistraturaya qəbul olmaq üçün nələrdən imtahan verməliyəm?
-Magistraturaya qəbul imtahanı 2 turdan ibarət olur.
1-ci tur hamı üçün eynidir. Və 3-cə fəndən imtahan veririsiz. Məntiq, İnformatika, Xarici Dil.
*Məntiqdən 50 sual olur, onlardan 45-i test 5-i açıq sual.
*İnformatikadan 25 sual olur, onlardan 20-si test 5-i açıq sual.
*Xarici Dildən 25 sual. 20 test 5 açıq sual.
Hər suala görə bir bal verilir. Səhv düzü aparmır. Bildiklrinizi yazırsız sonra ağlınıza və əlinizə keçənə cavab atırsız, tutar magistr tutmaz canınız sağ olsun 😀
Birinci turdan keçə bilsəz 2-ci turda illər ərzində universitetdə keçdiyiniz və “mükəmməl öyrəndiyiniz” ixtisasınızdan imtahan verəcəksiz. MBA-nı seçənlər isə ixtisas imtahanı əvəzinə orta məktəbin 9-cu sinif səviyyəsində riyaziyyatından və GMAT-dan imtahan verirlər.
İkinci turda cəmi 50 sual olur, 45 test və 5 açıq sual. Yenə də hər sual 1 bal və səhv düzü aparmır.

Sual-3: Magistraturaya qəbu imtahanları hansı aylarda olur?
1-ci tur fevralın axırı martın əvvəli. İkinci tur isə normalda mayın axırı lakin Avropa Oyunları kimi bir hadisə təkrar baş versə aprelin axırı.

Sual-4: Magistraturaya hansı kitablardan hazırlaşım?

-MƏNTİQ. Hazırlığa YOS İQ 1-ci hissədən başlayın. Kitabdakı testlərin sadədən çətinə doğru düzülməsi sizə köməy olacaq. Kitab başlamaq üçün yaxşı olsa da imtahan üçün tam kifayyət deyil (təqribən qəbulda düşəcək 50 məntiq sualından 20-25 dənəsi bu kitabdakı tiplərdən olur.) Onu bitirdikdən sonra TQDK məntiq kitabı (yerlərin dəyişik də işləyə bilərsiz). İPG-nin dediyinə görə mükəmməl bir məntiq kitabı hazırlayırlar. Amma çox adam çox söz deyər kitab çap olsun götürüm baxım həqiqətən də mükəmməl olsa deyəcəm onu da işləyərsiz. 🙂 Olmazsa başqa kitablar məsləhət görərəm. Və birdə əlinizə düşən bütün sınaqları qəbulları hamsın işləyin (çoxsunu elə bu saytdan tapa bilərsən) . Faydası böyükdür. Testləri həll etməzdən əvvəl video dərsləri bu linkdən izləyə bilərsən: İZLƏ›››
İNFORMATİKA. IPG informatika kitabı və Magistr OL İnformatika test bankı İnformatikadan qəbulda olan 25 sualdan 25-nə də cavab yazmaq üçün mövcud olan kitablardır. Başqa kitaba ehtiyac yoxdur. Daha geniş məlumata sahib olmaq istəyirsizə o zaman Nəhəng TQDK informatika kitabını da oxuyun. Qısaca məlumat üçün sizə online dərslər təqdim edirik. Dərsləri bu linkdən oxuya bilərsiniz: İnformatika qısa kurs: OXU›››
İnformatika Video Dərsləri: İZLƏ›››
Məntiqdə dediklərimiz informatika üçün də keçərlidir. Nə qədər test tapdız işləyin.
Başa düşmədiyiniz suallar üçün isə qrupumuzun qapısı pəncərəsi 24 saat üzünüzə açıqdır. QRUPA ÜZV OL›››

Sual-5: Hansı mövzuları Öyrənməliyəm? Qəbul proqramını hardan tapım?
-Siz istəməkdə olun. magistrol.com tapıb gətirər.
*Qəbul proqramları və Nümunə testlər üçün Magistr 1 və Magistr 2 jurnalına baxın. Online satışı var TQDK-nın saytında (Yəqin yaxın vaxtlarda artıq DİM-in saytı olacaq)

Sual-6: Magistra hansı kursda hazırlaşım?
-Kurs filan lazım deyil. Yuxarıda adı keçən kitabları alırsız oturub evdə hazırlaşırsız. Təbii ki magistrol.com-un hamıya açıq olan online hazırlıq materiallarından da istifadə edirsiz.
Yox əgər düşünürsüzsə ki, “Qılınc Müsəlmanlardansız” başınızın üstündə kimsə durmasa oxuya bilməzsiz o zaman təbii ki “Magistr OL” Tədris Mərkəzini seçirsiz və tam ürəkli şəkildə yaxınlarınıza məsləhət də görə bilərsiz sonunda onlar buna görə sizə təşəkkür edəcək. Online hazırlıqda rəqibsiz olduğu kimi real həyatda olan hazırlıqda da Magistr OL rəqibsizdir. (Təvazökarlıqdan uzaq da olsa həqiqəti demək lazımdır))) [Görünən dağa nə bələdçi?! 🙂 birdən elə başa düşərsiz dağa gəzməyə gedirik qəti o fikirə düşməyin. Dağ qəbul olun sonra olacaq. İndi isə Təhsil , TəHsİL və yenə də tƏhSiL ]

Sual-7: Öz ixtisasıma uyğun magistrda hansı ixtisaslarda oxuya bilirəm?
Bunun üçün TQDK-dan magistr 3 jurnalı al ya da dost tanışdan tap ordan bax fərqi yoxdu. Nəysə çox uzatmayaq jurnala baxar baxmaz ilk sualın bu olacaq ki mən bundan necə istifadə edim? səbrin olsun deyirəm. Birinci sütunda öz bakalavr ixtisasını axtar tap. Tapandan sonra ikinci sütunda o bakalavr ixtisasının qarşısında olan ixtisaslardan istənilən birin seçə bilərsən. TQDK orda xətlərlə sərhəd çəkib diqqətlə bax tam aydın olacaq hamsı. 3-cü sutunda isə proqramının nömrəsi yazılıb onu da yaxşı-yaxşı əzbərlə lazım olacaq.

Sual-8: MBA nədir?

Öz ixtisası üzrə oxumaq istəməyənlər MBA proqramın seçə bilərlər. MBA proqramını seçərək siz, Biznes, Maliyyə, Bank işi, idarəetmə, mühasibat, insan resursları, İT və s. iqtisadi ixtisaslardan birinə sahib ola bilərsiz. Birinci turu adi magistrla eyni imtahandır (məntiq, informatika, xarici dil). İkinci turda isə orta məktəb riyaziyyatı və GMAT-dan imtahan verirsiz. Daha ətraflı məlumat üçün Videonu İzləyin

Sual-9: GMAT nədir?

GMAT biraz riyaziyyat, biraz həndəsə, biraz məntiq qarışığı olan Amerikansayağı test tipidir. Nümunə testlərə və həllərinə bu videoda baxa bilərsiz. Videonu İzlə

Əgər suallarınıza cavab tapa bilmədizsə aşağıdakı qutulara günün 24 saatı suallarınızı yaza bilərsiniz. Ən qısa zamanda cavablandırılacaq. (Gördüz cavablandırılmır elə bu saytdan Magistr OL-un əlaqə vasitələrin tapın onlara yazın. Düşünməyin ki bezdirirsiz əksinə bizə xoşdur. Cavab gecikəndə isə bütün hirsinizi üstümüzə tökməyin, yazan çox olur başa düşün Lütfən. gec olsun güc olsun )))

Diqqət: Magistr OL Tədris Mərkəzində Magistr Hazırlıqlarına Qeydiyyat Başlanmışdır. Ətraflı Məlumat Üçün Buradan BAX»

Magistr 5 keçid balları

2019-02-27 16:37:00

Magistraturaya qəbulda keçid balları aşağı salınacaq? –Rəsmi cavab

Magistraturaya müsabiqə şərtlərində heç bir dəyişiklik olmayacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, ballarda və müsabiqə şərtlərində hər hansı dəyişikliyin edilməsi nəzərdə tutulmur. AzEdu.az bakalavrla kömək məqsədiləmagistratura üzrə müsabiqə şərtlərini bir daha təqdim edir: Ali təhsil müəssisələri və AMEA-nın magistratura pilləsinə qəbul imtahanının I mərhələsi 24 fevralda keçirilib. Tələbələr təhsil ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar (səhiyyə, rifah və xidmət ixtisasları) üzrə I mərhələdə minimal 40 bal toplamalıdırlar. II mərhələdə dövlət sifarişli yerlərdə təhsil almaq üçün minimal 25, ödənişli əsaslarla təhsil almaq üçün minimal 20 bal tələb olunur. Yəni, texniki ixtisas üzrə dövlət sifarişi əsasında təhsil almaq istəyənlər 65, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə 60 bal toplamalıdırlar. Məntiqdən 15, İnformatika və xarici dildən 5 sualın cavablandırılması vacibdir. Humanitar və sosial ixtisaslar üzrə I mərhələdə minimal 50 bal toplamaq lazımdır. II mərhələdə dövlət sifarişli yerlərdə təhsil almaq üçün minimal 25, ödənişli əsaslarla təhsil almaq üçün minimal 20 bal tələb olunur. Yəni, humanitar və sosial ixtisas üzrə dövlət sifarişi əsasında təhsil almaq istəyənlər 75, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə 70 bal toplamalıdırlar. Məntiqdən 15, İnformatika və xarici dildən 5 sualın cavablandırılması vacibdir. Təbiət ixtisaslar qrupu (iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu) üzrə I mərhələdə minimal 45 bal yığmaq şərtdir. II mərhələdə dövlət sifarişli yerlərdə təhsil almaq üçün minimal 25, ödənişli əsaslarla təhsil almaq üçün minimal 20 bal tələb olunur. Yəni, bu ixtisas üzrə dövlət sifarişi əsasında təhsil almaq istəyənlər 70, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə 60 bal toplamalıdırlar. Mədəniyyət və incəsənət ixtisasları qrupu , kənd təsərrüfatı ixtisasları, xüsusi təyinatlı ixtisaslar, bədən tərbiyəsi və idman ixtisası üzrə I mərhələdə minimal 30 bal toplamaq lazımdır. II mərhələdə dövlət sifarişli yerlərdə təhsil almaq üçün minimal 20, ödənişli əsaslarla təhsil almaq üçün minimal 15 bal tələb olunur. Yəni, bu ixtisaslar üzrə dövlət sifarişi əsasında təhsil almaq istəyənlər 50, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə 45 bal toplamalıdırlar. Məntiqdən 10, İnformatika və xarici dildən 5 sualın cavablandırılması vacibdir. Qeyd edək ki, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanın birinci mərhələsində ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.

Bu bölməyə aid digər xəbərlər

Magistratura imtahanında fənlər üzrə nisbi bal şərti qoyulacaq? – CAVAB

2023-02-28 09:34:00

Sabah 7 şəhər və rayonda magistratura imtahanı keçiriləcək

2023-02-18 10:42:00

Magistratura imtahanında dil seçimi necə aparılır? – Rəsmi CAVAB

2023-02-17 15:51:00

Magistratura imtahanlarında qeydiyyatdan keçib iştirak edə bilməyənlərə vacib XƏBƏR

2023-02-14 10:31:00

Magistraturaya ən son keçid balları-DİQQƏT

2023-01-12 13:06:00

Magistraturanın sınaq imtahanına qeydiyyat davam edir

2023-01-11 11:50:00

Magistratura I şans imtahanında iştirak etməyən bakalavr ll də iştirak edə bilməz?-DİM

2023-01-10 11:49:00

Magistratura səviyyəsi üçün sınaq imtahanının TARİXİ

2022-12-14 11:14:00

Magistraturaya qəbul imtahanının vaxtı AÇIQLANDI

2022-12-13 11:04:00

Magistratura üzrə sınaq imtahanı nə zaman keçiriləcək?-DİM

Magistr 5 keçid balları

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) “Magistr” jurnalının 5-ci sayın; nəşr edib.

Modern.az-ın xəbərinə görə, jurnalın bu sayında 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.

Bakalavrların nəzərinə çatdırılır ki, magistr proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan 2016-cı ilin avqust ayında TQDK-nın internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m.

Jurnalın elektron versiyasını isə (pdf formatında) TQDK saytının “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: //eservices.tqdk.gov.az/ejurnal/).

Ağa AKİFOĞLU

Comments are closed, but trackbacks and pingbacks are open.