Press "Enter" to skip to content

Riyaziyyat azrbaycan dili xarici dil bsq testlri bütün siniflr

ТРКИ imtahanlarının yazılı və şifahi bölmələri namizədin istəyindən asılı olaraq fərqli günlərdə və ya eyni gündə verilə bilər. Yazılı və şifahi imtahan bölgüsünün olması namizədlərin diqqəti ancaq bir istiqamətə yönəldərək yazılı və ya şifahi imtahanlara hazırlaşmasına imkan yaradır.

Yeni qəbul imtahanlarında xarici dil seçimi ilə bağlı vacib izahlar – Bütün abituriyentlər diqqətli olmalıdırlar

Yeni modelin detalları isə hələ ictimaiyyətə elan olunmayıb. Abituriyentlərə qaranlıq qalan məqamlarda biri də buraxılış və qəbul imtahanlarında xarici dilin seçilməsiylə bağlıdır.

AzEdu.az bunu nəzərə alaraq, yeni model əsasında keçiriləcək imtahanlarda xarici dil seçimi ilə bağlı vacib məqamları izahlı formada diqqətə çatdırır:

Şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi məktəbdə onlara tədris olunan və məktəb tərəfindən “Şagird-məzun” sisteminə daxil edilən xarici dil fənnindən imtahan verəcəklər.

İzahı: Yəni məktəbdə xarici dil kimi sizə hansı fənn tədris olunubsa, imtahanı da o fəndən verəcəksiniz.

Ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahanın nəticələri nəzərə alınacaq.

İzahı: Ali məktəbə daxil olmaq üçün buraxılış və qəbul imtahanının nəticələri toplanacaq. Buraxılış imtahanını məktəbdə sizə keçirilən fəndən verəcəksiniz ki, buraxılış nəticəniz də qəbul balınızın üzərinə gələcək.

Lakin abituriyentlər məktəbdə onlara tədris olunmayan başqa bir xarici dil fənnindən imtahan vermək və I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahandan topladıqları balın nəzərə alınmasını istəyərlərsə, onlara özlərinin seçdiyi xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılacaq.

İzahı: Məsələn, deyək ki, məktəbdə sizə ingilis dili tədris olunub, amma siz qəbul imtahanınızın nəticələrinə ingilis dilindən deyil, rus dilindən topladığınız balın əlavə olunmasını istəyirsiniz. Bu zaman məktəbdə keçdiyiniz xarici dil fənni üzrə məcburi buraxılış imtahanı verməlisiniz. Lakin DİM sizə şərait yaradır ki, seçdiyiniz fəndən, yəni rus dilindən əlavə imtahan verəsiniz.

Əlavə imtahan verməyin üstünlüyü nədir?

Belə olduğu halda, həmin abituriyentlərin buraxılış imtahanında xarici dil fənnindən topladıqları bal deyil, əlavə verdikləri imtahandan topladıqları bal ümumi balın üzərinə əlavə olunacaq və müsabiqə zamanı nəzərə alınacaq.

İzahı: Buraxılış imtahanında verdiyiniz xarici dilin yox, əlavə imtahan verdiyiniz dilin balı ümumi qəbul balınızın üzərinə gələcək.

Buraxılış+qəbul=ümumi nəticə
Buraxılış= Azərbaycan dili, Riyaziyyat, Xarici dil.

Xarici dil=Heç bir əlavə seçim etmədən buraxılışda imtahan verdiyiniz dil və ya seçim edərək əlavə imtahan verdiyiniz dil.

Xarici dil seçimi üçün DİM-ə ərizə yazmaq tələb olunmur. Məktəb tərəfindən hansı xarici dil “Şagird-məzun” sisteminə daxil olunursa, şagird həmin xarici dil fənnindən imtahan verir.Yəni, şagirdin imtahan verəcəyi xarici dili məktəb müəyyən edir.

İzahı: Hələ də hansı xarici dildən imtahan verəcəyinizə əmin deyilsinizsə, məktəbinizdən bu barədə məlumat ala bilərsiniz.

Tədris Azərbaycan dili istisna olmaqla digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər IX və XI sinif üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənnindən də imtahan verəcəklər.

İzahı:Rus bölməsində təhsil alan şagirdlər IX və XI sinif buraxılış imtahanlarında Azərbaycan dilin fənnin də imtahan verməlidirlər.

Riyaziyyat azrbaycan dili xarici dil bsq testlri bütün siniflr

2018-10-13 16:19:00

Buraxılış və qəbul imtahanlarında xarici dil seçimi necə edilməlidir? – Qaydalar

Xəbər verdiyimiz kimi 2019-cu ildə buraxılış və qəbul imtahanları tamamilə yeni format əsasında keçiriləcək. Yeni modelin detalları isə hələ ictimaiyyətə elan olunmayıb. Abituriyentlərə qaranlıq qalan məqamlarda biri də buraxılış və qəbul imtahanlarında xarici dilin seçilməsiylə bağlıdır. AzEdu.az bunu nəzərə alaraq, yeni model əsasında keçiriləcək imtahanlarda xarici dil seçimi ilə bağlı vacib məqamları diqqətə çatdırır: Şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi məktəbdə onlara tədris olunan və məktəb tərəfindən “Şagird-məzun” sisteminə daxil edilən xarici dil fənnindən imtahan verəcəklər. Ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahanın nəticələri nəzərə alınacaq. Lakin abituriyentlər məktəbdə onlara tədris olunmayan başqa bir xarici dil fənnindən imtahan vermək və I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahandan topladıqları balın nəzərə alınmasını istəyərlərsə, onlara özlərinin seçdiyi xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılacaq. Belə olduğu halda, həmin abituriyentlərin buraxılış imtahanında xarici dil fənnindən topladıqları bal deyil, əlavə verdikləri imtahandan topladıqları bal ümumi balın üzərinə əlavə olunacaq və müsabiqə zamanı nəzərə alınacaq. Xarici dil seçimi üçün DİM-ə ərizə yazmaq tələb olunmur. Məktəb tərəfindən hansı xarici dil “Şagird-məzun” sisteminə daxil olunursa, şagird həmin xarici dil fənnindən imtahan verir.Yəni şagirdin imtahan verəcəyi xarici dili məktəb müəyyən edir. Tədris Azərbaycan dili istisna olmaqla digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənnindən də imtahan verəcəklər.

Nəzrin Rüstəmova

Bu bölməyə aid digər xəbərlər

Polis imtahanlarda gücləndirilmiş iş rejimində xidmət aparıb (FOTO)

2020-08-14 13:52:00

Sabah 14 mindən çox şagird buraxılış imtahanı verəcək

2020-07-29 14:38:00

Buraxılış və qəbul imtahanlarında iştirak edən qızların bilik səviyyəsi oğlanlardan yüksəkdir -RƏSMİ

2019-10-10 10:40:00

Yay qəbul imtahanlarına ərizə qəbulu davam edir

2019-06-03 13:43:00

III qrup üzrə respublika birincisi: ”Bəzi suallar məntiqi təfəkkürə o qədər də əsaslanmırdı”

2019-06-03 13:25:00

700 balı bir addımlığında itirən Məhəmməd: “Ani stres yaşadım, sonra isə. ”

2019-06-03 12:18:45

AzEdu.az-da abituriyentlərə əla şans – SUALINIZ VAR? online xidməti – Yeni layihə

2019-06-03 08:14:00

Bu il niyə 700 bal toplayan yoxdu? – 1000 ballıq məsələ. -TƏHLİL

2019-06-02 13:06:00

II və III qruplar üzrə keçirilən qəbul imtahanlarının nəticələri bu gün açıqlanacaq

2019-05-31 13:37:30

İyunda keçiriləcək vacib imtahanların dəqiq təqvimi – Abituriyentlərin diqqətinə

Beynəlxalq rus dili imtahanları

1995-ci ildən bəri keçirilən ТРКИ imtahanının hazırlanmasında 4 universitet iştirak etmişdir: A.S.Puşkin adına Leninqrad Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universiteti (SPDU).

Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin 22 fevral 2018-ci il tarixli 130 nömrəli əmri ilə SPDU Rus dili xarici dil kimi dövlət imtahanını keçirən və dövlət tərəfindən tanınmış sertifikat təqdim edən təhsil müəssisələrinin siyahısına daxil edilmişdir. Bu imtahandan aşağıdakı məqsədlərə çatmaq istəyən namizədlər yararlana bilər:

• Rusiya Federasiyasının vətəndaşlığını almaq (Rusiya Federasiyasının vətəndaşı olmaq istəyən şəxslər ТРКИ imtahanı üzrə müvafiq səviyyədə (minimum A2 səviyyəsi) sertifikata sahib olmalıdır);
• Rusiya universitetlərinə daxil olmaq (B1 səviyyəsi üzrə sertifikat tələb olunur);
• Müxtəlif ölkələrdə rus dili kurslarında dərs vermək (C1 səviyyəsi tələb olunur);
• Banklarda, diplomatik nümayəndəliklərdə, siyasətdə, humanitar elmlərdə vəzifə tutmaq, tərcüməçi, redaktor, jurnalist, menecer və s. kimi işləmək;
• Rus dilini daha yüksək səviyyədə mənimsəmək;
• Rus dilini öyrənməkdə motivasiyanı artırmaq və s.

SPDU Rus dili xarici dil kimi dövlət imtahanını keçirən və dövlət tərəfindən tanınmış sertifikat təqdim edən təhsil müəssisələrinin siyahısına daxil edilmişdir. Bu imtahandan aşağıdakı məqsədlərə çatmaq istəyən namizədlər yararlana bilər:

• Rusiya Federasiyasının vətəndaşlığını almaq (Rusiya Federasiyasının vətəndaşı olmaq istəyən şəxslər ТРКИ imtahanı üzrə müvafiq səviyyədə (minimum A2 səviyyəsi) sertifikata sahib olmalıdır);
• Rusiya universitetlərinə daxil olmaq (B1 səviyyəsi üzrə sertifikat tələb olunur);
• Müxtəlif ölkələrdə rus dili kurslarında dərs vermək (C1 səviyyəsi tələb olunur);
• Banklarda, diplomatik nümayəndəliklərdə, siyasətdə, humanitar elmlərdə vəzifə tutmaq, tərcüməçi, redaktor, jurnalist, menecer və s. kimi işləmək;
• Rus dilini daha yüksək səviyyədə mənimsəmək;
• Rus dilini öyrənməkdə motivasiyanı artırmaq və s.

İmtahan haqqında

ТРКИ (Rus dili xarici dil kimi testi) rus dilini bilmə səviyyəsini təyin etmək üçün keçirilən beynəlxalq imtahandır. Bu imtahan dünyada TORFL (Test of Russian as a Foreign Language) kimi tanınır.

Bu gün ТРКИ imtahanlarının mərkəzləri Avropa və Asiyanın bir sıra qabaqcıl ölkələrində (Böyük Britaniya, Almaniya, Fransa, Çin, Koreya, Yaponiya, Türkiyə və s.) fəaliyyət göstərir.

Dövlət İmtahan Mərkəzi (DİM) SPDU ilə əməkdaşlıq çərçivəsində ТРКИ imtahanının Azərbaycanda təklif edən yeganə rəsmi İmtahan Mərkəzi kimi qeydiyyata alınmışdır. Beləliklə, DİM rus dili üzrə bacarıqlarını sertifikatlaşdırmaq istəyən namizədlər üçün ТРКИ imtahanını Azərbaycanda da təklif edir.

ТРКИ imtahanları hər səviyyə üçün beş komponentdən (subtestlərdən) ibarətdir:

  • Lüğət ehtiyatı və qrammatika
  • Oxu
  • Dinləmə
  • Yazı
  • Danışıq

ТРКИ imtahanları aşağıdakı 6 (altı) səviyyə üzrə aparılır:

  • İbtidai səviyyə (ТЭУ / A1)
  • Əsas səviyyə (ТБУ / A2)
  • Birinci səviyyə (ТРКИ-I / B1)
  • İkinci sertifikat səviyyəsi (ТРКИ-II / B2)
  • Üçüncü sertifikat səviyyəsi (ТРКИ-III / C1)
  • Dördüncü sertifikat səviyyəsi (ТРКИ-IV / C2)

ТРКИ imtahanları aşağıdakı 3 formatda keçirilir:

1. kağız əsaslı;
2. kompüter əsaslı;
3. onlayn (imtahan iştirakçısının özünə uyğun olan məkandan).

DİM-də ТРКИ imtahanları kompüter əsaslı formada keçirilir. Yəni iştirakçılar imtahanı DİM-in imtahan mərkəzinə gəlməklə kompüter vasitəsilə verirlər.

Onlayn ТРКИ imtahanları: Namizədlər onlayn qaydada ТРКИ imtahanlarını istənilən yerdən verə bilərlər. Bunun üçün ancaq kompüter, veb-kamera, qulaqlıq, yazılı işin skan edilməsi/çəkilməsi üçün cihaz (skaner, kamera, kameralı smartfon) və internet şəbəkəsinin olması kifayətdir.

ТРКИ imtahanlarının yazılı və şifahi bölmələri namizədin istəyindən asılı olaraq fərqli günlərdə və ya eyni gündə verilə bilər. Yazılı və şifahi imtahan bölgüsünün olması namizədlərin diqqəti ancaq bir istiqamətə yönəldərək yazılı və ya şifahi imtahanlara hazırlaşmasına imkan yaradır.

İmtahanların qiyməti

ТРКИ imtahanlarının qiyməti seçilən imtahan səviyyəsindən asılı olaraq dəyişir. Aşağıdakı cədvəl imtahanların qiymətinə dair məlumatı əks etdirir (ƏDV daxil).

Onlayn və kompüter əsaslı imtahanlar:

CEFR səviyyəsi

Nəticələr və Sertifikat

İmtahanın nəticələri 7 iş günü ərzində elan olunur.

Namizədlər sertifikatlarını 30 gün ərzində DİM-dən əldə edə bilərlər.

İmtahandan uğurla keçmək üçün namizəd hər subtest üçün ən azı 66% toplamalıdır. Namizəd 1 və ya 2 subtest üzrə 66%-dan aşağı nəticə göstərərsə, imtahan məbləğinin 50% -ini ödəməklə uğursuz subtest(lər) üzrə iki il ərzində yeni imtahan vermək hüququna malikdir. Bu zaman namizədin daha öncə uğurla verdiyi subtestlərin nəticələri yenidən nəzərə alınır.

ТРКИ sertifikatlarının etibarlılığı A1 səviyyəsi üzrə 2 il, qalan bütün səviyyələr üçün isə müddətsizdir.

Hər bir ТРКИ sertifikatı unikal nömrəyə malikdir və vahid verilənlər bazasına daxil edilir. Bu, həm onun həqiqiliyini yoxlamağa, həm də lazım olduqda nüsxəsini əldə etməyə imkan verir.

Hazırlıq materialları

ТРКИ -nin rəsmi hazırlıq və praktiki materialları elektron platformada əlçatandır. Eləcə də, ТРКИ imtahanlarına hazırlaşmaq istəyən namizədlər Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (РИКЦ) ilə DİM arasında gəlinmiş razılığa əsasən, РИКЦ tərəfindən təklif edilən münasib qiymətə müxtəlif qeyri-formal təhsil proqramlarından yararlana bilərlər.

Namizədlər, həmçinin aşağıdakı keçidlərə daxil olaraq bir sıra əlavə material və SPDU haqqında məlumatlardan yararlana bilərlər:

SPDU üzrə virtual səyahət

Rus dili xarici dil kimi üzrə əlavə təhsil proqramları

DİM tərəfindən keçirilən ТРКИ imtahanına qeydiyyat, imtahanın keçirilmə qaydaları və nəticələrin öyrənilməsi haqqında əlavə məlumat əldə etmək üçün əlaqə vasitəsi:

+994 55 205 97 59; + 994 12 310 53 16 (daxili 1204); email international@dim.gov.az.

Comments are closed, but trackbacks and pingbacks are open.