Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası
15.11.2014-cü il tarixində Almaniyanın LD DİDACTİC şirkətinin nümayəndələr AzTU-da hər üç universitet üçün onlardan alınmış laboratoriya avadanlıqlarında laboratoriya işlərinin yerinə yetirilməsi, işlərin aparılma qaydaları, laboratoriya avadanlıqlarının işə salınması üçün seminarlar keçirmiş və eksperimentlər aparmışlar.
Texniki Universitetdən Azərbaycan təhsilinə NÜMUNƏLƏR+FOTOLAR
Millixəbər.az İnformasiya portalı olaraq tələbə gənclərimizin milli və mənəvi tərbiyəsinin formalaşmasında ali məktəblərin rolunu nəzərə alaraq ali məktəblərə baş çəkməyi vacib bildik.Texniki Universitetin rəhbərliyi ilə keçirdiyimiz görüşdən tam aydın oldu ki, orada tələbələrin milli və mənəvi vətənpərvərlik ruhunda tərbiyələrinə xüsusi fikir verilir. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün dünyəvi təhsil standartlarından səmərəli şəkildə yararlanılır. Tələbələrin hərtərəfli bilik qazanmaları və dünya görüşünün artırılması yönümündə mühüm addımlar atılır. Beləki, ölkəmizin texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılıb. 1950-1955-ci illərdə universitetin fakültələri müxtəlif ünvanlarda yerləşən binalarda fəaliyyət göstərib. 1955-ci ildən bütün fakültələri əhatə etməklə universitet binasına köçüb. 1978-ci ildən etibarən AzTU-da SSRİ-nin müxtəlif respublikaları və bir sıra Asiya, Afrika və Latın Amerikası ölkələri üçün kütləvi mütəxəssis hazırlığına başlanılıb. 1991-ci ildən universitet indiki Azərbaycan Texniki Universiteti adını daşıyır. Hazırda universitet maşınqayırma, metallurgiya, informatika və kompüter texnologiyaları, elektrotexnika, telekommunikasiya, nəqliyyat, mühəndis biznesi və digər sahələrdə mütəxəssis və elmi kadrlar hazırlayır. Universitetin 7 tədris binası var. Əyani şöbədə 10 fakültədə 33 ixtisas, qiyabi şöbədə isə 5 fakültədə 6 ixtisas üzrə ümumilikdə 8693 nəfər tələbə təhsil alır. Universitetdə 136 nəfər əcnəbi tələbə var. 492 nəfər magistrin 417-si əyani, 75 nəfəri isə qiyabi təhsil alır. 2014-cü ildə Azərbaycan Texniki Universitetinin bakalavr səviyyəsini 1492 tələbə bitirib. 2013-2014-cü il məzunlarından 108 nəfəri magistr adını qazanıb. 2014-2015-ci tədris ilində universitetin bakalavr səviyyəsinə 2003 tələbə qəbul olunub. Universitetdə 634 nəfərlik professor-müəllim heyəti çalışır. 2014-cü ildə xarici jurnallarda professor-müəllim heyətinin 180 məqaləsi dərc olunub. 2000-ci ildən etibarən universitetin rektoru, texniki elmlər doktoru, professor Havar Məmmədovdur.
Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Xalıq Yahudovla müsahibəmizdən…
Xalıq müəllim Universtedə tədrisin keyfiyətinin yüksəldilməsi, maddi texniki bazanın günün tələbləri səviyyəsində qurulması istiqamətində hansı işlər həyata keçirilir və Universitetin tədris sahəsində uğurlarınızın artırılması yönümündə gələcəkdə daha nələri etməyi planlaşdırırsınız?
Universitet 7 tədris binasından ibarətdir. 2011, 2012 və 2013-cü illərdə AzTU-da əsaslı təmir-tikinti və abadlıq işləri həyata keçirilib. Təmir-bərpa işləri hazırda da davam etdirilir. Əvvəllər cəmi bir neçə kompüteri olan universitetə son illər 1000-dən artıq müasir kompüterlər alınıb, bütün dekanlıqlar, kafedralar, laboratoriyalar, şöbə və bölmələr zəruri cihaz və avadanlıqlarla təmin edilib.
Universitetin böyük idman sarayı var. SSRİ dövründə, ümummilli lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətdə olduğu ilk illərdə (1969-1972-ci illərdə) inşa edilib və istifadəyə verilən İdman sarayının tərkibində bədən tərbiyəsi kafedrası və idman klubu fəaliyyət göstərir. İdman sarayı kompleks olaraq 8 (səkkiz) zaldan ibarətdir.
AzTU-da professor-müəllim heyətinin və digər əməkdaşların istirahətlərinin səmərəli təşkili üçün universitetin Altıağac qəsəbəsində yerləşən tədris-təcrübə bazasında hər cür şərait yaradılıb. Burada ildə 300 nəfər əməkdaşın istirahət etməsi mümkündür.
Metallurgiya və metalşünaslıq kafedrasında müasir “Metalloqrafiya və struktur analizi” laboratoriyası yaradılıb. Laboratoriya üçün Almanyanın “Buehler” firmasından kobud və incə kəsici qurğular, müasir optik mikroskop, müasir mikrobərklik ölçən, metalloqrafik şlifin hazırlanması üçün avtomat press, avtomatik pardaxlayıcı və cilalayıcı qurğular alınıb. Laboratoriyada yeni istifadəyə verilən metalloqrafik mikroskop və mikrobərklik ölçən qurğuların hər birinə ayrılıqda xüsusi kameralar qoşulub. Proqram təminatı eyni zamanda onlayn rejimində strukturların və ölçmələrin nəticələrinin analiz olunmasına imkan verir və nəticələrin 3D formatında baxılmasına da imkan yaradır.
Universitetin əksər kafedralarında interaktiv lövhə ilə təchiz olunmuş auditoriyalar vardır. Tədris prosesində elektron vasitələrindən geniş istifadə edilir.
Elektrik təchizatı və izolyasiyası kafedrasında TEMPUS layihəsi çərçivəsində 9 kompüterdən ibarət şəbəkə yaradılıb.
Telekommunikasiya şəbəkələri və texnologiyaları kafedrasında ADSL texnologiyası ilə yüksək sürətli internetə qoşulmuş lokal kompüter şəbəkəsi bazasında hazırlanan ixtisaslar üzrə elektron tədris-metodik kompleksi yaradılıb. Bu kompleksə hər bir ixtisasa tədris olunan fənlər üzrə genişlənmiş proqram, əsas və əlavə ədəbiyyatların adları və URL-ünvanları, tədris-metodik kartaları, mühazirələrin mətnləri və prezentasiyaları, imtahan sualları və özünüyoxlama testləri, virtual laboratoriya işləri və onlara metodik göstərişlər daxil edilib.
Kafedrada müasir İKT avadanlıqları və proqramları ilə təchiz olunmuş 3 tədris laboratoriyası mövcuddur. AzTU-nun Texnoloji komplekslər və xüsusi texnika kafedrasında tədris prosesində yeni texnologiyaların tətbiqi və transferi, texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirilməsi və idarə olunması, tələbələrdə unikal vərdişlərin və qabiliyyətlərin formalaşdırılması, ixtisasartırma və yeni ixtisas alma, elmi nəricələrin kommersiyalaşdırılması və s. ilə əlaqədar fəaliyyətlərin həyata keçirilməsi məqsədilə Virtual Layihə-Texnoloji Tədris Mərkəzi (VLTTM) yaradılıb.
VLTTM-in bazasında AzTU Amerikanın HAAS Automation, İsveçrənin Abplanalp ingineering AG (HAAS) və Almaniyanın “R.&S. KELLERGmbH” şirkətləri arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin, o cümlədən də irihəcmli layihələr üzərində, real vaxt rejimində və vahid informasiya mübadiləsi standartları sistemində fəaliyyət göstərən virtual müəssisənin təşkili planlaşdırılır.
Universitetin professor-müəllim heyəti və tələbələri mərkəzdə istifadə edilən informasiya-kommunikasiya texnologiyaları vasitəsilə hüquqi baxımdan bir-birindən asılı olmayan müəssisələrin, o cümlədən də “HAAS Automation”, “R.&S.Keller Gmbh”, “Abplanalp Engineering AG” və digərləri mühəndis-texniki işçiləri və tələbələri ilə birlikdə virtual bir müəssisə təşkil edərək, real vaxt rejimində və informasiya mübadiləsinin vahid standartları daxilində birgə layihələr həyata keçirmək imkanlarına malikdirlər.
Maşınqayırma texnologiyası kafedrasında “Sprut”, “Kompas”, MASTER CAM, Pro/İngeneer kimi CAD/CAM proqramlarından tədris prosesində əyani vasitə kimi istifadə edilir.
Çoxəməliyyatlı dəzgahlarda texnoloji proseslərin kompüter layihələndirilməsi üzrə təcrübə almaq üçün kafedranın dosenti və 2 magistrantı Müdafiə Sənayesi Nazirliyinin Optika Mexanika İstehsal Birliyində 2 aylıq staj keçiblər.
Bundan başqa, Avtomatika və idarəetmə kafedrasında informasiya texnologiyalarına və kibernetikanın son nailiyyətlərinə əsaslanan zəngin laboratoriyalar yaradılıb və bu laboratoriyalar təyinatına görə bölünüb.
“Elektron universitet”
Elmin, texnologiyanın və texnikanın prioritet istiqamətləri üzrə kadr hazırlığında informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən biri də universitetlərin idarə olunmasının avtomatlaşdırılmış sistemi – “Elektron universitet”dir (EU).
“İT və proqramlaşdırma” kafedrası son illər universitetin lokal şəbəkəsinin və portalının yaradılmasını və idarə edilməsini həyata keçirir.
AzTU-da “Elektron universitet” layihəsi üzərində aktiv tədqiqatlar aparılır, universitetin hər bir funksional bölməsi üzrə həmin bölməyə aid məsələləri avtomatlaşdırılmış rejimdə həll etmək imkanlarına malik alt-sistemlər işlənir. Funksional alt-sistemlərin əlaqələndirilməsi AzTU.edu.azindex portalı vasitəsilə həyata keçirilir.
AzTU-da www.aztu.edu.az portalı yaradılıb, portalda bütün kafedra və struktur bölmələrin elektron ünvanları yerləşdirilib.
Gəncləri xarici ölkələrin ali təhsil sistemləri və yüksək reytinqli ali məktəbləri haqda məlumatlandırmaq üçün xüsusi internet portal yaradılıb və “Elektron AzTU”nun “Beynəlxalq əlaqələr” alt-sisteminin ayrıca modulu kimi fəaliyyət göstərir. Bu portalda dünyanın inkişaf etmiş 26 ölkəsinin ali təhsil sistemləri və aparıcı ali məktəblərinin internet ünvanları ilə yanaşı, xaricdə təhsillə bağlı respublikamızda qəbul olunmuş qərar və hüquqi-normativ sənədlərin elektron kitabxanası hazırlanaraq yerləşdirilib.
Sonuncu layihə ölkənin ən vacib problemi olan Dağlıq Qarabağ münaqişəsinə, onun informasiya təminatına həsr olunub. Bu məqsədlə “Qarabağ – Torpaq və insanlar” internet portalı hazırlanıb və portal Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.
Universitetdə son illərdə İKT sahəsində 4 beynəlxalq, 4 respublika konfransı keçirilib.
Tələbənin məzun olmaq üçün verdiyi imtahanlar
AzTU-da imtahanlar yazılı və kompüterdə test üsulu ilə həyata keçirilir. İmtahanlar universitetin İnformasiya-Tədris Mərkəzinin 120 yerlik və əsas binanın birinci mərtəbəsində yerləşən 44 yerlik kompüter zallarında aparılır.
Yazılı imtahanların aparıldığı fakültələrdən biri 2012-ci ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılan “Xüsusi texnika və texnologiya” fakültəsidir ki, buraya qəbul dövlət sifarişi əsasında aparılır. Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında yaradılan fakültə nazirlik üçün kadrlar hazırlayır. Bundan əlavə, Avropa İttifaqının “Tempus” layihəsi üzrə və Təhsil Nazirliyi tərəfindən yaradılan SABAH qruplarında imtahanlar universitetin Elmi Şurasının qərarına əsasən mərkəzləşdirilmiş şəkildə yazılı formada aparılır. Tələbələrdən 333 nəfəri imtahanı yazılı, digərləri isə kompüter vasitəsi ilə test üsulu ilə verir.
Obyektivliyin və şəffaflığın təmin olunması məqsədi ilə koordinator-nəzarətçilər qeyri-ixtisasdan seçilir. Yazılı imtahan verən tələbələr qiymətləndirmədən narazıdırlarsa, dərhal münaqişə komissiyasına müraciət edərək apelyasiyaya vermək hüququna malikdir. Tələbələrin şikayətlərinin dərhal araşdırılması, müraciətlərinə baxılması məqsədi ilə 15 nəfərdən ibarət qərargah qrupu yaradılıb.
Hazırda AzTU-nun SABAH qruplarında “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları sistemləri” və “Elektronika telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə 41 nəfər tələbə təhsil alır. Bu qruplardakı tələbələrin hamısı akademik balı 61-dən yuxarı olanlardır. Müəllimlər də Təhsil Nazirliyində müsabiqədən keçərək seçilib. SABAH qrupları lazımi resurslarla tam təmin olunub. Onlar üçün resurs mərkəzi yaradılıb, daim internetdən istifadə edir. Bu qruplar müxtəlif bilik yarışmalarında iştirak edir, tanınmış insanlarla görüşlər keçirirlər. Bu ildən etibarən universitetin SABAH qruplarına 9 ixtisas üzrə qəbul aparmaq planlaşdırılır.
Layihələrin İdarə Olunması və İnnovasiyalar Mərkəzi
2014-cü il noyabrın 1-dən Azərbaycan Texniki Universitetində (AzTU) “Layihələrin İdarə Olunması və İnnovasiyalar Mərkəzi” fəaliyyət göstərir. Mərkəzin rəhbəri Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının (AzMPA) prezidenti İqbal Babayevdir. Mərkəzin yaradılmasının əsas məqsədi ölkədə layihə menecmenti üzrə beynəlxalq standartların və onun metodologiyasının tətbiq edilməsi, tələbələr ilə peşəkar layihə menecerləri arasında təcrübə mübadiləsi məqsədilə “məntiqi körpünün” yaradılması, gənc alim və mütəxəssislərlə layihə menecmenti üzrə elmi tədqiqat işlərinin həyata keçirilməsidir. 2015-ci il yanvarın 23-də mərkəzdə “İnformasiya-kommunikasiya texnologiyaları üzrə layihələrin idarə edilməsində beynəlxalq ISO standartlarının tətbiqi” mövzusunda seminar keçirilib. Tədbirdə İKT üzrə layihələr sahəsində çalışan beynəlxalq ekspertlər, tələbələr, aspirantlar, təcrübə keçən menecerlər iştirak ediblər.
Elmi nailiyyətin əsasında elmi-tədqiqat durur
Elmi-tədqiqat bölməsi AzTU-nun elmi-tədqiqat hissəsinin elmi-pedaqoji kadrların attestasiyasını, elmi-tədqiqat işlərinin planlaşdırılmasını, yerinə yetirilməsini və nəticələrinin istehsalatda və tədris prosesində tətbiq olunması haqqında hesabatların tərtibini, müzakirədən keçirilməsini, əməkdaşların elmi yaradıcılığını təşkil edən struktur bölməsidir. Bölmə öz fəaliyyətini Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericilik aktlarına, AzTU-nun Nizamnaməsinə, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş əsasnamələrə, Təhsil Nazirliyinin müvafiq əmrlərinə, Elmi Şuranın qərarlarına, rektorun əmrlərinə və öz əsasnaməsinə uyğun həyata keçirir.
Şöbə tərəfindən 2011-2015-ci illərdə universitetin 44 kafedra, 18 elmi-tədqiqat laboratoriyasında 86 problem, 129 mövzu, 170 iş, 653 mərhələ üzrə ETİ planı hazırlanaraq müvafiq kafedra iclaslarında, Koordinasiya və fakültə şuralarında, həmçinin universitetin Elmi Şurasında təsdiq edilib. Universitetin elmi nailiyyətləri “Elmi əsərlər” adlı elmi-texniki jurnalda çap olunur.
Universitetin 2011-2015-ci illər üçün elmi-tədqiqat işlərinin planına uyğun olaraq, Avtomatika və KT və Radiotexnika və rabitə fakültələrinin kafedralarında, həmçinin, “Nəqliyyatın və texnoloji proseslərin idarə olunmasının müasir problemləri”, “Kompüter şəbəkələrinin və informasiya texnologiyalarının problemləri”, “Mexaniki sistemlərdə avtomatlaşdırma və idarəetmə” elmi-tədqiqat laboratoriyalarında bilavasitə İKT sahəsində -“Texniki sistemlərdə idarəetmə və informatika, avtomatlaşdırılmış idarəetmə sistemləri”, “Radiotexniki qurğuların analizi və optimal sintezinin yeni üsullarının işlənməsi”, “Azərbaycanda yeni texnologiyalar bazasında telekommunikasiya infrastrukturunun təşkilinin elmi-texniki əsasları” istiqamətləri üzrə 22 mövzuda elmi-tədqiqat işləri yerinə yetirilir.
Elektrodinamika və REV kafedrasında aparılan elmi-tədqiqat işlərindən alınan mühüm elmi nəticələr, yəni müasir ədədi üsulların analizi, ifrat yüksək tezlikli element və qurğuların hesablanması üçün yeni alqoritmlər, blok-sxemlər, qurğuların spesifik xüsusiyyətləri, riyazi modellərin qurulması, elektromaqnit sahələrinin əsas parametrlərinin təyin edilməsi və s. məsələlər informasiya texnologiyalarının bilavasitə tətbiqi ilə həyata keçirilir. Bu cür məsələlərin proqram təminatını yaratmaq üçün isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu ilə sıx əməkdaşlıq edilir.
AzTU-da informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də elmi kadr hazırlığına xüsusi diqqət yetirilir.
AzTU-da fəaliyyət göstərən Dissertasiya Şurasında İKT sahəsində “Hesablama texnikasının və idarəetmə sistemlərinin element və qurğuları” və “Telekommunikasiya sistemləri, şəbəkələri və qurğuları” ixtisasları üzrə fəlsəfə və elmlər doktoru dissertasiyaları müdafiə edilir. Son illərdə bu ixtisaslar üzrə 8 fəlsəfə doktorluğu dissertasiya müdafiə olunub və bir sıra iş müdafiə ərəfəsindədir. AzTU əməkdaşları həmçinin, AMEA-nın Kibernetika İnstitutunda da dissertasiya müdafiə ediblər.
Azərbaycan Texniki Universitetinin rektorunun xüsusi tapşırığı ilə universitetin əməkdaşları tərəfindən “Azərbaycan Texniki Universitetinin Elektron Təhsil Sistemi” layihəsi hazırlanıb. Layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) tərəfindən bəyənilib və onun reallaşdırılması üçün texniki və maliyyə (2 milyon dollar) dəstəyin göstərməsi üzrə Azərbaycan hökuməti ilə müqavilə bağlanıb. Layihənin əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə universitetin idarəetmə sisteminin təkmilləşdirilməsidir. Azərbaycan Texniki Universitetinin Tərbiyə işləri üzrə prorektoru İsa Xəlilovla müsahibəmizdən…
İsa müəllim, Universitetin tərbiyə sahəsinə nəzarət edən prorektor kimi Azərbaycan Texniki Universitetində tələbələrin milli və mənəvi tərbiyəsi istiqamətində hansı işlər görülür və tələbələrin pis vərdişlərdən kənarlaşdırılması ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilirmi ?
Universitetimizdə hər il tərbiyə sahəsində tədbirlər planı tutulur.Əsasən bu plana əlamətdar tarixi gün və anımlar daxildir. Eyni zamanada Təhsil Nazirliyindən universitetimizə gələn məktublar əsasında da tədbirlər təşkil edilir. Universitetimizdə tələbələrin milli və mənəvi tərbiyəsinin formalaşadırılması, Azərbaycançılıq ruhunda tərbiyəsi istiqamətində mühüm addımlar atılır. Biz il ərzində gənclərin sağlamlığı, pis vərdişlərdən kənarlaşdırılması, idman yarışlarının yüksək səviyədə keçirilməsinə nail oluruq. Bir qayda olaraq Respublika günü, Milli qurtuluş günü, Dövlət bayrağı günü, Konstitusiya günü, Dünya Azərbaycanlılarının həmrəyliyi günü və digər tarixi günlər böyük təntənə ilə qeyd edilir. Anım günləri kimi qeyd edilən 20 Yanvar , Xocalı, 31 mart soyqırım günləri təşkil edilir. Əlamətdar tarixi günlərlə əlaqəli inşa yazı, rəsm müsabiqələri keçirilir. Bizim tələbələr Universitetlər arası inşa yazı, rəsm, idman və digər sahələrdə keçirilən yarışlarda fəal iştirak edirlər. Ötən il bədii öz fəaliyyət üzrə yarışlarda tələbələrimizdən biri 1-ci yer tutub, digəri isə 2-ci yerə layiq görülüb. Tələbələrimiz intelektual biliklərini yaxşılaşdırmaq üçün bir sıra intelektual yarışlara qatılırlar.Mütəmadi olaraq “Birenn-rinq”, “Teknokrat”, “Kim,harda necə”,”Mən Azərbaycanlıyam”bir sıra oyun və layihələrdə tələbələrimiz aktiv iştirak edir. Ümummilli liderimiz Heydər Əliyevin irsinin öyrənilməsi ilə bağlı Heydər Əliyev Mərkəzi tərəfindən keçirilən “Nə, harada, nə zaman” intelektual bilik yarışmasında tələbələrimiz uğurla iştirak edir. Universitetimizdə tələbələrin milli və mənəvi ruhda maarifləndirilməsi, Dünya görüşünün formalaşdırılması, ədəbi-bədii düşüncələrinin artırılması ilə əlaqədar olaraq tarixi şəxsiyyətlərin yubileylərini keçiririk. Son zamanlar dahi şairimiz Nizami Gəncəvinin, Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin, Hüseyn Cavidin, Xurşidbanu Natəvanın bu sıradan olan filosof, şair və yazıçılarımızın yaradıcılığına diqqət edərək onların hər birinin təmtəraqlı yubileylərini təşkli edirik.Vaxtaşırı Respublikamızın fəxri ziyalıları ilə tələbələrimizin görüşlərini keçiririk. Professor Bəkir Nəbiyev, Xalq şairləri Nərman Həsənzadə , Zəlimxan Yaqub və digər yazıçı və şairlərimizlə keçirdiyimiz yadda qalan ədəbi-bədii görüşlər tələbələrin yaddaşında özəl bir günə çevrilir. Tələbələrin zərərli vərdişlərdən uzaqlaşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinin tərbkibində fəaliyyət göstərən komisiyalarla sıx əməkdaşlıq edilir. Narkomaniya əleyhinə, spirtli içkilər, siqaret, qadın alveri və digər xoşagəlməz hallarla bağlı maarifləndiricilik ruhunda tədbirlər keçiririk. Çalışırıq ki, tələbə gənclərimiz dövlətimizə layiqli vətəndaşlar kimi yetişsinlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclərə diqqət və qayğı ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Buna nümunə olaraq ölkəmizdə keçirilən Gənclər forumları,Gənclər ili, ölkəmizin hər tərəfində tikilərək inşa edilən Gənclər mərkəzləri gənclərin asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş dövlət siyasətinin uğurlu göstəricisidir. Biz də Texniki Universitetinin tələbə müəllim heyəti olaraq dövlətin diqqət və qayğısını hiss edərək fəaliyyətimizdə gündən-günə dönüş edirik. Tələbələrimizi milli və mənəvi vətənpərvərlik ruhunda tərbiyələndirmək vəzifə borcumuz olmaqla yanaşı vətəndaşlıq borcumuzdur. Onu da qeyd edim ki, Universitetimizin rektoru professor Havar Məmmədov tələbə gənclərimizə diqqət və qayğı ilə yanaşır. Hər gün işə gələndə auditoriyada rastlaşdığı tələbələrlə söhbət edir və onların istək və arzularınının və problemlərinin həlli istiqamətində onlara dəstək və köməklik göstərir. Tələbələrə doğma övladı kimi yanaşan Havar müəllim həm də rəhbərlik etdiyi Universitetdə tələbə müəllim münasibətlərinin səmimi və mehribanlıq şəraitində qurulmasına son dərəcə həvəs göstərərək maraqla yanaşır. Bu da sözsüz ki, Universitetimizin nizam-intizamla fəaliyyətinə və gələcək perspektivinə təkan verir.
Azərbaycan Texniki Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Mustafa Babanlı ilə müsahibəmizdən…
Mustafa müəllim, Texniki Universitetin Beynəlxalq Universitetlər və aparıcı şirkətlərlə əməkdaşlıq münasibətlərində bu günə kimi hansı irəliləyişlər edilib və yaxud, tələbələriniz xarici Universitetlərdə biliklərini artırmaq və təcrübə keçmək üçün sizə müraciət edirlərmi?
Hal-hazırda Azərbaycan Texniki Universiteti Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) dəstəyi ilə həyata keçirilmiş “Azərbaycan Texniki Universitetinin Elektron Təhsil sistemi” layihəsini uğurla tamamlayıb,tədrisdə və idarəetmədə istifadə edir:
-AzTU-nun bütün 1 və 2-ci kurs tələbələri bu sistemdən yararlanaraq şəffaf təhsil almaq imkanına malikdirlər;
-Hər bir tələbə və ya valideyn istənilən məkandan (internet vasitəsi ilə) daxili şəbəkəyə qoşularaq özünün və ya övladının davamiyyəti və müvəffəqiyyəti ilə maraqlana bilirlər (sistemdən istifadəçilərin sayı gündəlik 600-1000 tələbə və 300-400 müəllim aralığında dəyişir);
-Forum və ya didaktik materiallar bölmələri vasitəsi ilə müəllim-tələbə yazışmaları aparılır;
-Semestrin sonunda tələbələr tərəfindən müəllimin fəaliyyətinin (məxfi) qiymətləndirilməsi aparılır;
-Bu layihə vasitəsi ilə AzTU –nun portalı yenilənmişdir;
-Daxili sənəd dövriyyəsi elektronlaşdırılmış, hər bir professor və müəllim üçün veb səhifə işlənilib hazırlanmışdır.
Həmin layihənin məntiqi nəticəsi kimi Texniki Universitetin daxili infrastrukturunun yaxşılaşdırılmasına və təhsilin keyfiyyətinin qaldırılmasına nail olmaq məqsədi ilə universitetin əməkdaşları tərəfindən “Azərbaycan Texniki universiteti elektron təhsil sisteminin multimedia və kommunikasiya infrastrukturunun yaradılması” adlı yeni layihə işlənib KOİCA qarşısında dəstəklənməsi məqsədi ilə Təhsil Nazirliyinə təqdim edilmişdir.
- Tempusprojekt:“Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Bolonya prosesinə uyğunlaşdırılması”,516678 TEMPUS-1-2011-1-DE-TEMPUS –JPCRlayihəsi çərçivəsində 2014 –cü ildə keçirilmiş və müzakirə olunmuş məsələlər haqqında məlumat.Yerinə yetirilmə müddəti: 15.10.2011-dən 14.10.2015–dək.
08.01.2014-Azərbaycan Dövlət Neft Akademiyasında layihədə iştirak edən hər üçAzərbaycan universitetlərinin (AzTU, SDU və ADNA) əməkdaşları layihənin koordinatoru Professor Reza Talibi Daryani ilə görüşü olmuşdur. Görüşdə aşağıdakı məsələlər müzakirə olunmuşdur:Tədris planına uyğun olaraq Modulların hazırlanması üçün göndərilmiş materialların yeni formatda təhlili və hər üç universitetdə akkreditasiyaya hazırlıq üçün özünütəhlilin aparılması.
27.01.2014 . 07.02.2014-cü il tarixlərində Köln Tətbiqi Elmlər Universitetinin professoru Vener Gornikin iştirakı ilə Bakıda AzTU –nun bazasında seminar keçirilmişdir. Bu seminarda, işçi proqramlar müzakirə olunmuş, özünütəhlil hesabatının müzakirəsi və Akkreditasiya ərizəsindəki punktların müzakirəsi aparılmışdır.
06 – 08 mart 2014-cü ildə Bakıda, AzTU – nun bazasında Prof. Rza Talebi Daryaninin rəhbərliyi altında görüş keçirilmişdir. Bu görüşdə hər üç universitet üçün laboratoriya avadanlıqlarının alınması məsələləri və Akkreditasiya ərizəsinin müzakirəsi aparılmışdır.
12.03.2014 AzTU-da Prof. Rza Talebi Daryaninin rəhbərliyi altında görüş keçirilmişdir. Görüşdə qiymətləndirmə mərkəzinin yaradılması, özünütəhlil hesabatının və modul dərsliklərinin vəziyyəti müzakirə olunmuşdur.
01-30 Aprel 2014-cü il tarixlərində AzTU-nun iki dosenti Avstriyanın Grats Texniki Universitetində ezamiyyətdə olmuş və “Eelektroenergetika mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması” ixtisasları üzrə magistr pilləsində tədris planında nəzərdə tutulan fənlərin modul kitablarını, yəni işçi proqramlarını hazırlamışlar.
13.05.2014-cü il Prof. Verner Gornikin rəhbərliyi altında Bakı şəhərində görüş keçirilmişdir. Görüşdə işçi proqramların vəziyyəti, ASİİN tərəfindən keçiriləcək hazırlanmış ərizənin bəzi punktlarının təhlili və keçiriləcək seminar haqqında müzakirələr aparılmışdır.
23.05.2014 –cü ildə Bakı şəhərində Prof. V.Gornikin rəhbərliyi altında görüş keçirilmiş, Akkreditasiya işləri və qiymətləndirmə ilə bağlı müzakirələr aparılmışdır.
24.0605.07.2014-tarixdə Prof. Rza Talebi Daryaninin rəhbərliyi altında AzTU, SDU və ADNA- əməkdaşları ilə görüşlər keçirilmişdir. Görüşdə ASİİN( Akkreditasiya Agentliyi) əməkdaşı M.Sirpelin Rəhbərliyi ilə 3 gün Seminar keçirilmişdir. Seminarda ASİİN tərəfindən hazırlanmış Akkreditasiya ərizəsi təhlil və müzakirə olunmuşdur.
08.07.2014 tarixində AzTU-da Eelektroenergetika mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması” ixtisasları üzrə tədris laboratoriyaları üşün TEMPUS layihəsinin hesabına Almaniyanın “LD Didactic” firmasından laboratoriya avadanlıqları alınmış və uyğun ixtisas kafedralarına verilmişdir.
30.09.-01.10.2014-cü ildə Layihənin Avropa Tərəfdaş Ölkələrindən, Grats Texniki Universitetinin professoru Stefan Vorbach, Varşava Texnologiya Universitetinin professoru Pavel Fabiyanski və Köln Tətbiqi Elmlər Universitetinin professoru Verner Gorniklə görüş keçirilmişdir.Görüşlərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndələri də iştirak etmişdir. Tempus layihəsi çərçivəsində akkreditasiya ərizəsinə yenidən baxış və səfərə hazırlıqla infrastruktur spesifikasiyası şərtləri ilə ASİİN-nin rəyinin hazırlanması üçün Tempus layihəsi çərçivəsində dərs aparan fakültələr və şöbələrə, həmçinin, Laboratoriyalar və fənn kabinetlərinə, universitetin digər infrastrukturlarına baxış keçirilmiş və müsbət rəy verilmişdir.
03.06.2014-cü ildə professor Rza Talibi Daryani ilə görüşlər olmuş, layihənin yerinə yetirilməsi məsələsi və əsasən də akkreditasiya üçün hazırlıq və özünü təhlil ərizəsinin təqdim olunması müzakirə olunmuşdur.
15.11.2014-cü il tarixində Almaniyanın LD DİDACTİC şirkətinin nümayəndələr AzTU-da hər üç universitet üçün onlardan alınmış laboratoriya avadanlıqlarında laboratoriya işlərinin yerinə yetirilməsi, işlərin aparılma qaydaları, laboratoriya avadanlıqlarının işə salınması üçün seminarlar keçirmiş və eksperimentlər aparmışlar.
Hal-hazırda layihə üzrə Akkreditasiyaya hazırlıq aparılır. Özünü təhlil hesabvataının hazırlanması noyabr ayında başa çatdırılmış və 12 dekabr 2014-cü il tarixində akkreditasiya ərizəsi ASİİN- ə təqdim olunmuşdur.
2015-ci ilin birinci rübündə AzTU –da Eelektroenergetika mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması” ixtisasları üzrə Azərbaycanda ilk dəfə akkreditasiyanın keçirilməsi nəzərdə tutulur.
- Tempusprojekt:“Azərbaycan, Gürcüstan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı”544191-TEMPUS-1-2013-1PT-TEMPUS-JPCR.Yerinə yetirilmə müddəti: 15.02.2014-dən 15.10.2017–dək.
7-12.04. 2014-cü il tarixlərində Fransanın Thonon Les Baines şəhərində Regionlararası komitənin toplantısında AzTU –nun 3 əməkdaşı, layihənin regional texniki direktoru, professor Həsən Hüseynov,professorRamiz İsgəndərov və AzTU-nun Fransız dili müəllimi Aybəniz Həsənova iştirak etmişdir.
22.05.2014-cü ildə layihənin baş koordinatoru Fransanın Qrenobl Akademiyasının məsul işçisi Jean Noel Paşoud , Azərbaycan regionu üzrə referent universitet olan Ruminiyanın Aleksandr İoan Kuza Universitetinin professoru Valentin Nita və layihənin Azərbaycan üzrə pilot qrupunun üzvləri iştirakı ilə layihənin təntənəli açılışı oldu.
22-25.05.2014 tarixlərində, layihə üzrə 30 nəfərdən ibarət analitiklər qrupunun formalaşdırılması üçün Valentin Nita tərəfindən seminar keçirildi.
Iyun 2014 tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə aparılmış yazışmalar nəticəsində AzTU-da, layihənin Azərbaycan üzrə koordinator universiteti kimi, mehmanxana menecmentinin iki ixtisası üzrə magistr hazırlığına icazə verilmişdir.
21-27 sentyabr2014-cü il tarixində Rumıniyanın İASİ şəhərində Aleksandr İoan Kuza Universitetində layihənin pilot qrupunun 13 nəfər üzvünün iştirakı ilə strateji təlim kursları keçirilmişdir.
17-21 oktyabr 2014-cü il tarixində, Azərbaycan Texniki Universiteti və Azərbaycan Turizm İnstitutunda 30 nəfərlik analitiklər qrupu ilə mehmanxana menecmenti üzrə iki prioritet peşənin müəyyənləşdirilməsi üçün 500 nəfər peşəkar mehmanxana işçisi arasında yazılı, 50 nəfər arasında müsahibə və ədəbiyyat əsasında tədqiqatlar aparmaq üçün Rumıniyanın Aleksandr İoan Kuza Universitetinin professoru Teodora Roman tərəfindən seminar keçirilmişdir.
10-15.11.2014 tarixlərində Azərbaycanı təmsil edən üç ali məktəb üzrə strateji fəaliyyət planının hazırlanması üçün Fransanın Qrenobl Akademiyasının ömür boyu təhsil üzrə mütəxəssisi Magali Dugas tərəfində seminar keçirildi. Nəticədə layihə üzrə vahid strateji fəaliyyət planı formalaşdırılmışdır.
17-22.11.2014 tarixlərində Mehmanxana işinin menecmenti sahəsi üzrə iki prioritet peşənin müəyyənləşdirilməsi üçün 5 vərəqdən ibarət elektron sorğu işlənib hazırlanmışdır.
01-13.12.2014 tarixlərində Azərbaycanın müxtəlif regionların təmsil edən 500 nəfər peşəkar mehmanxana işçisinin ev və elektron üçvanlı siyahısı müəyyənləşdirildi və bütün ünvanlar elektron sorğular göndərildi.
Hal-hazırda keçirilmiş sorğuların nəticələri elektron şəkildə təhlil olunur.Məqsədimiz, bir bakalavr və 2 magistr peşəsi və bu peşələrə uyğun kompetensiyalar və təhsil tələbləri müəyyənləşdirilsindən və prioritet peşələr tərtib edilsindən ibarətdir.
Layihədə İtaliya, İsveç, Fransa, Polşa, Portuqaliya, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Azərbaycandan 21 universitet iştirak edir, bu layihənin yerinə yetirilməsi 2012-2016-cı illəri əhatə edir.
Təqdim olunan layihədə müəyyən olunmuş müddətdə Belarusiya, Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan ölkələrinin ali məktəblərinin tələbələri bakalavr, magistr, doktorantura və elmlər doktoru pillələri üzrə Avropa Tərəfdaşlıq Universitetlərində təhsil alması və Avropa Şərq Tərəfdaşlıq Universitetlərinə Avropa Birliyi ilə əməkdaşlıq edən universitetlərdən müəllim – tələbə heyətinin mübadiləsi nəzərdə tutulur.Azərbaycan təhsil sisteminin Avropa standartlarına uyğunlaşması və daim inkişaf etməsi bizim universitetin tələbə mübadiləsinin genişləndirilməsi üçün şərait yaradır. Tələbə mübadiləsinin əsas məqsədi xarici ölkələr üçün dünya standartlarına cavab verən ixtisaslı kadrlar hazırlamaqdır. “Erasmus Mundus EMİNENCE I -Ali Təhsildə Əməkdaşlıq vasitəsilə Qonşu Şərq Ölkələrinə İnteqrasiyası” lahiyəsi çərcivəsində 2013-2014- cü təqdris illəri üzrə Azərbaycan Texniki Universitetindən, “Mühəndis biznesi və menecment” fakültəsinin II kurs tələbəsi, Mustafayeva Nigar Qabil qızı və “Avtomatika və kompüter texnikası” fakültəsinin II kurs tələbəsi, Abbasov Elmar Elçin oğlu iştirak edərək Avropada10 aylıq təhsil hüququ əldə etmişlər. Abbasov Elmar Elçin oğlu təhsilini müvəffəqiyyətlə bitirmiş və hal-hazırda Azərbaycan Texniki Universitetində təhsilini davam etdirməkdədir. Mustafayeva Nigar Qabil qızı isə iki tərəfli razılıq əsasında İşveçin Malmo Universitetində qalaraq təhsilini sözü gedən universitetdə davam etdirməkdədir.
2013-2017-ci tədris ili üçün AzTU, Erasmus Mundus-EMİNENCE II adı altında yeni bir layihənin qalibi oldu. Layihədə İsveç, Polşa, Portuqaliya, Rumıniya, İspaniya aparıcı ölkə kimi eyni zamanda Şərq Qonşu Tərəfdaşlarından isəUkrayna, Moldova, Belarus, Gürcüstan və Azərbaycandan 20 universitet iştirak edir. 2013-2017-ci tədris ili üçün Azərbaycan Texniki Universiteti tərəfdaş olaraq,IANUS II –Inter Academic Network Erasmus Mundus, BackisErasmus Mundus , Infinity Erasmus Mundus iştirak etməkdədir.
2014-2015 ci tədris ili üzrə ”Erasmus Mundus EMİNENCE I və II –Ali Təhsildə Əməkdaşlıq vasitəsilə Qonşu Şərq Ölkələrinə İntiqrasiyası”lahiyəsinin qalibi, tələbələrdən Mühəndis Biznesi və Menecment” fakültəsinin 95 1 qrupunun, III kurs tələbəsi Musayeva Zərəfşan Avtandil qızı İspaniyanın Rovira i Virgili Universitetinə,“Mühəndis Biznesi və Menecment” fakültəsinin M 963r qrupunun, I kurs magistrı Şamxalova Nəzrin Sahib qızı İtalyanın Torino Texniki Universıtetinə, “Elektrotexnika və Energetika”fakültəsinin 242A1qrupunun, II kurs tələbəsi Məmmədli Rüfət Səyavuş oğlu Portuqalıyanın Porto Universitetinə,Radiotexnika və rabitə ” fakültəsinin 311A8 qrupunun, IIIkurs tələbəsi Muradzadə Elvin İlqar oğlu İtalyanın Torino Texniki Universıtetinə , Radiotexnika və rabitə ” fakültəsinin 311A1 qrupunun, IIIkurs tələbəsi Abbaszadə Elvin Malik oğlu, Portuqalıyanın Porto Universitetində ikili təhsil almaq hüququnu qazanmışlar.Azərbaycan Texniki Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aytən Sadiqova iştirak edərək qrant qazanaraq,İsveçin Malmo şəhərində yerləşən Malmo Universitetinin Dil və Linqvistika kafedrasına mühazirəçi qismində dəvət edilmişdir.Bu müddət ərizində Aytan Sadiqova dərslərin tədrisini təşkil etmiş və müntəzəm olaraq tələbələrlə görüşmüşdür. Hal-hazırda sözü gedən tələbələr təhsillərini Avropa Universitetlərində davam etdirməkdədirlər.
- Azərbaycan Texniki universitetiMÖVLANA MÜBADİLƏ PROQRAMI-na qoşulan ilk Azərbaycan universitetlərindəndir.
Mövlana Mübadilə Proqramı (Mevlana Değişim Programı) Türkiyənin ali təhsil qurumları ilə digər dünya ölkələrinin ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirən bir proqramdır. 23 avqust 2011-ci tarixdə Türkiyə Cümhuriyyətində rəsmi elan edilmiş və 2013-cü ildən başlayaraq fəaliyyət göstərməkdədir. Bu proqram Türkiyənin Yüksək Öğretim Kurumu (YÖK) tərəfindən maliyələşdirilir.
Mövlana Mübadilə Proqramına qatılmaq istəyən tələbələr ən azı bir, ən çoxu iki semestr, müəllimlər isə bir tədris ilində ən azı 1 həftə, ən çoxu 3 ay Türkiyənin universitetlərində oxumaq və dərs vermək imkanına malik olurlar. Mövlana Mübadilə Proqramına qoşulmaq üçün Türkiyənin müvafiq universitetləri ilə müəyyən protokol çərçivəsində müqavilələr bağlanmışdır. Azərbaycan Texniki Universitetinin artıq Türkiyənin 12 universiteti ilə 8 il müddətinə bu proqram çərçivəsində ikitərəfli əməkdaşlıq müqavilələri imzalamışdır və bunlar aşağıdakılardır:
- Qazi Universiteti
- Kırklareli Universiteti
- Şırnak Universiteti
- Karabük Universiteti
- Bülent Ecevit Universiteti
- Ankara Universiteti
- Hitit Universiteti
- Kafkaz Universiteti
- İzmir Katip Çelebi Universiteti
- Mustafa Kamal Universiteti
- Uşak Universiteti
- Muş Arparslan
Hal-hazırda “Mövlanə mübadilə proqramı” çərçivəsində Türkiyənin 6 universiteti ilə əməkdaşlıq əlaqələri üzrə bir sıra işlər yerinə yetirilməkdədir.
Bu proqram çərçivəsində əlaqələri daha da möhkəmləndirmək məqsədilə, AzTU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Günay Əliyeva və dosent Seyami Hüseynov Türkiyə Cumhuriyyətinin Çorum şəhərində yerləşən Hitit Universitetində işgüzar səfərdə olmuşlar. Hitit Universitetində təşkil olunmuş işgüzar görüşdə AzTU-nun əməkdaşı “Mövlanə mübadilə” proqramının kurum koordinatoru,cənab, Dos.Dr. Abdurrahman Asan,koordinator köməkçiləri xanım Tuba Kümbül,Zeren Bektaş və Oya Uslu ilə görüşmüşdür.Görüş zamanı hər iki Universitet arasında yerinə yetirilən “Mövlanə mübadilə” proqramı çərçivəsində texniki sahələr üzrə Universitetlərarası əməkdaşlığın yaradılması haqqında bağlanmış müqavilənin tələblərinə uyğun əməkdaşlığın vəziyəti müzakirə edilmişdir.
G.Əliyeva və S.Hüseynov Mövlana Mübadilə Proqramına (Mevlana Değişim Programı) uyğun olaraq qardaş ölkədə təhsil almaq imkanı əldə etmiş “Metallurgiya” və “Mühəndis biznesi və menecement” fakültəsinin tələbələri ilə görüşmüş və təhsil aldıqları universitetdə keçirilən dərslərin, əldə olunan biliklərin müzakirəsini aparmışlar.
Səfər zamanı AzTU-ilə Hitit Universiteti arasında 2014-2019-cu illərdə əməkdaşlığın inkişaf perespektivləri və iş planı müzakirə edilmişdir.Eyni zamanda AzTU-nun əməkdaşları,Hitit Universitetinin “Metallurgiya” və “İqtisadiyyat və idarəetmə” fakultələrinin dekanları cənab, Prof.İrfan Çağlar,cənab, Dos.Dr.Selcuk Kendirli və cənab Dos.Dr. Habib Akdoğan ilə də gələcəkdə də ikitərəfli elmi və tələbə-müəllim mübadilələrinin aparılamasının genişləndirmək məqsədilə,bir sıra məhsuldar görüş keçirmişlər.Gələn tədris ilində də AzTU və Hitit Universitetinin professor,bakalavr və magistrantlarından ibarət nümayəndə heyətinin iştirakı ilə elmi mübadilənin daha da artırılması və birgə elmi layihələrin aparılması qərara alınmışdır.
- Müxtəlif laboratoriya qurğularının və avadanlıqlarının gətirilməsi və qurulmasına dair həyata keçirilən beynəlxalq layihələ
ETAP- -AzTU layihəsi.
ETAP (USA) şirkətinin təqdim etdiyi 636 000 ABŞ dolları dəyəri olan virtual analiz laboratoriyası: training and advanced study & practical researches about protection & Control of power plants, all voltage levels transmission & distribution lines, substations, substation automation, SCADA, DMS (Distribution Management System), Smart Grid, EMS (Energy Management System), Power Simulation, Short Circuit Analysis, Renewable Energy Studies, DG (Distributed Generation), Power Quality AnalysisGeneral Electric.
General Electric (GE)-AzTU layihəsi.
General Electric (Canada) -in təqdim etdiyi 173000 ABŞ dolları dəyəri olan laboratoriyanın proqram təminatı.
“Iskratel” LLC – AzTU layihəsi.
Azərbaycan-Sloveniya Biznes Forumu çərçivəsində (16.01.2013), Bakı Biznes Mərkəzidə, Azərbaycan Texniki Universiteti ilə Sloveniyanın “İskratel” şirkəti arasında layihənin imzalanma mərasimi keçirildi. Layihənin icra müddəti: 18 ay.
Layihənin başlanması: 01.05.2013.
Layihənin bitməsi: 01.11.2014.
Layihə çərçivəsində “İskratel” şirkəti ən müasir rabitə avadanlıqları ilə təchiz olunmuş laboratoriya yaradır, proqram təminatını həyata keçirir və bir nəfər AzTU-nun əməkdaşına 30 iş günü müddətini əhatə edən xüsusi təlim kursu keçir.Hal-hazırda laboratoriya avadanlıqları «Telekommunikasiya şəbəkələri və texnologiyaları» kafedrasında quraşdırılmış (kafedra müdiri, prof.F.Məmmədov) və son tamamlama işlərindən sonra açılışa hazırlanır. Sloveniyada təlim keçmiş mütəxəssis: baş müəl. Hüseynov Ramil.
- İtaliyanın Udine Universitetinin rektoru, professor Alberto De Toni Azərbaycan Texniki Universitetində AzTU –nun rektoru, professor Havar Məmmədovla görüşmüşdür. Səfərdə əsas məqsəd Azərbaycan ali təhsil sistemi ilə, AzTU –nun fəaliyyəti ilə tanış olmaq və bu sahədə əməkdaşlıq etmək Həmçinin qonaq universitetlərimiz arasında bakalavr, magistr və doktorantların qarşılıqlı mübadiləsini aparmaq istəyini bildirmişdir.
- Cenevrə Beynəlxalq Universitetinin professoru Doğan Güvən AzTU-da bir sıra görüşlər keçirmiş, ölkəmizdə İnnovasiya elm mərkəzlərinin işi ilə yaxından maraqlandığını bildirmişdir. Qonaq AzTU ilə əməkdaşlıq qurmaq istədiklərini və bu istiqamətdə təkliflərini vermişdir.
- Tokyo Boeki Texnoloji LTD -nin MDB ölkələri üzrə Kiyev ofisinin direktoru Şpak Aleksiy Anatoliyeviç və mühəndisi Tinkov Vitaliy Aleksandroviç Azərbaycan Texniki Universitetində olmuşlar. Qonaqlar Tokyo Boeki Texnoiloji LTD şirkətinin istehsalı olan və bütün dünyada geniş tətbiq edilən elektron mikroskopları, difraktometrləri,analevatorların texniki xüsusiyyətlərinə dair təqdimat keçirmişlər
- AlmaniyanınChemnitz Texniki Universitetinin “İstehsal texnikası və texnologiyası, metalkəsən dəzgahlar” kafedrasının professoru Andreos Hirş Azərbaycan Texniki Universitetinə sfər etmişdir. Chemnitz Texniki Universitetinin professoru Andreos Hirş təmsil etdiyi ali məktəbdə kadr hazırlığından, elmi-tədqiqat işlərinin təşkili və nəticələrindən, təhsil və istehsalat təcrübəsinin əlaqələndirilməsindən, habelə tələbə-müəllim mübadiləsindən danışaraq universitet haqqında ətraflı məlumat vermişdir.Daha sonra almaniyalı alim“Maşın istehsalı texnologiyasının metalkəsən dəzgahlar sahəsində müasir inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
- Azərbaycan Respublikasının Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu, Almaniya Bundestaqının keçmiş deputatı Otto Hauzer Azərbaycan Texniki Universitetində olmuşdur. AzTU-nun rektoru, professor Havar Məmmədov AzTU haqqında ətraflı məlumat vermiş və universitetimizin Almaniyanın texniki ali məktəbləri ilə əməkdaşlığından danışmışdır.Cənab Otto Hauzer AzTU-nun elmi,texniki və kadr potensialının yüksək qiymətləndirmiş və Ştutqart Texniki Universiteti ilə müştərək kadr hazırlığı məsələsini professor Havar Məmmədovla müzakirə etmişdir.
- Dağıstan Dövlət Texniki Universitetinin Beynəlxalq Əməkdaşlıq idarəsinin müdiri Elvira Hurmaqomedova Azərbaycan Texniki Universitetində olmuş, iki universitet arasında olan əməkdaşlıq, birgə elmi tədqiqat işlərinin nəticələri müzakirə edilmişdir. Müəllim-tələbə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
- Ukrayna Elmlər Akademiyasının akademiki, Ukraynanın əməkdar elm xadimi, Ukraynanın elm və texnika sahəsində Dövlət Mükafatı Laureatı, Layihələrin İdarə Edilməsi Ukrayna Assosiasiyasının yaradıcısı və prezidenti, Sidney (Avstraliya) Texnoloji Universitetinin və Lil (Fransa) Menecment Universitetinin professoru, Texnika elmləri doktoru, professor Sergey Buşuyev 2014- cü il mayın 1-də Azərbaycan Texniki Universitetində olmuş və Universitetin rektoru,professor Havar Məmmədovla görüşmüşdür.AzTU-nun rektoru, professor Havar Məmmədov professor Sergey Buşuyev layihə və proqramların idarə edilməsi texnologiyaları sahəsində dünyada tanınmış alim olduğunu bildirmiş və layihələrin, proqramların professional idarə olunmasının sosial-iqtisadi inkişafın əsas meyarlarından biri olduğunu qeyd etmişdir.Görüş iştirakçıları Azərbaycan Texniki Universitetində yaxın gələcəkdə layihələrin və proqramların idarə edilməsi üzrə İnnovasiya və Layihələrin İdarə Edilməsi Mərkəzinin yaradılması, AzTU-nun bazasında Layihələrin və Proqramların İdarə Edilməsi üzrə magistrlərin hazırlanması proqramının tətbiq edilməsi və iki Universitet arasında bu sahədə əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun hesab etmişlər.
- Asiya İnkişaf Bank nümayəndələri AzTU-da olmuşlar. Görüşdə Bankın Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın energetika və nəqliyyat sektorlarında istixana qazları (İXQ) emissiyalarının azaldılmasının xərc və faydalarının iqtisadi təhlilinin aparılmasına regional texniki yardımı (RTY) ilə bağlı məsələ müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, regional texniki yardım Stokholm Ekoloji İnstitutu ilə birlikdə Abt Associates şirkəti tərəfindən həyata keçirilir.Nümayəndələr Mərkəzi və Qərbi Asiyada iqlim dəyişikliyinin iqtisadiyyatı, Azərbaycanın nəqliyyat vasitələri haqqında ətraflı məlumat vermişlər.
- Bolqarıstan Avropa Politexnik Universitetinin nümayəndələri tanışlıq məqsədilə Azərbaycan Texniki Universitetində olmuşlar. Görüşdə Bolqarıstan Avropa Politexnik Universitetinin prezidenti Toshko Krastev və MDB Xalqları ilə Dostluq Federasiyası “Slavyanlar” Fondunun sədri, Avropa Politexnik Universitetinin himayədarı, professor Zaxari Zaxariyev təmsil etdikləri ali məktəb haqqında ətraflı məlumat verərək bildirmişlər ki, bu Universitet özəl təhsil ocağıdır və cəmi bir neçə il bundan əvvəl yaradılmışdır. Görüşdə hər iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
- Polşanın Adam Miskevic Universitetinin bir qrup nümayəndəsi Azərbaycan Texniki Universitetində olmuşdur. AzTU-nun rektoru, professor Havar Məmmədov qonaqlara müstəqillik əldə etdikdən sonra respublikamızda təhsilin inkişafına dövlət qayğısından, ali təhsilin Avropa təhsil sisteminə inteqrasiyasından, AzTU-nun beynəlxalq layihələrdə fəal iştirakından söz açmışdır. Erasmus Mundus-EMİNENCE Ali Təhsildə Əməkdaşlıq proqramının koordinatoru, Polşanın Adam Miskevic Universitetinin əməkdaşı Katarzyna Barbara Hadas haqqında danışılan layihənin üstünlüklərindən, Avropanın ali məktəblərində təhsil alacaq gənclər üçün yardılmış şərait və imtiyazlardan söz açmışdır. Bildirmişdir ki, layihə bakalavr, magistr, doktorantura pillələri üzrə tələbələrin Avropanın bir çox nüfuzlu universitetlərində təhsil almaları üçün nəzərdə tutulmuşdur.
- Rusiya Federasiyası Ural Federal Universitetinin nümayəndələri tanışlıq məqsədi ilə Azərbaycan Texniki Universitetində olmuşlar. AzTU-nun rektoru,professor Havar Məmmədov qonaqları qəbul etmiş,onlara ölkəmizdə təhsil strategiyası dövlət proqramının həyata keçirilməsi,yüksəkixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, Avropa təhsil sisteminə inteqrasiya,dünyanın nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıqla bağlı universitetdə görülən işlərdən danışmışdı Ural Federal Universitetinin Departament direktoru Natalya Rakultseva təmsil etdiyi Universitetin öz tərəfdaşları ilə sıx əlaqələr yaratmaq məqsədini qarşıya qoyduğunu bildirmişdir Danışıqlar zamanı hər iki Universitet arasında əməkdaşlıq müqaviləsinin ilkin razılığ əldə edilmişdir
- Belarus Milli Texniki Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru,Belarus Milli Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Çıqanovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində olaraq AzTU-nun rektoru,professor Havar Məmmədovla görüşmüş və iki ali təhsil ocağı arasında imzalanmış müqavilənin yerinə yetirilməsi ilə bağlı görülən işlərlə tanış olmuşlar. Hər iki Universitet arasında əməkdaşlıq barədə müqavilə imzalanmışdır.
- AzTU-da “Elektron Təhsil Sisteminin Yaradılması” layihəsinin açılış mərasimi keçirilmişdir Koreyanın Azərbaycandakı səfiri cənab Coi Suk-In layihənin uğurla həyata keçirilməsində iştirak edən Universitetin professor-müəllim heyətinə və layihəyə göstərdiyi dəstəyə görə AzTU-nun rektoru, professor Havar Məmmədova öz minnətdarlığını bildirmişdir.Tədbirdə iştirak edən Nazirlər kabinetinin şöbə müdiri Nail Fətəliyev,Təhsil Nazirliyinin bölmə müdiri Sülhəddin Gözəlov layihənin uğurla həyata keçirilməsinə görə Universitet rəhbərliyini,professor-müəllim heyətini təbrik etmiş və Koreya Respublikasının KOİCA şirkəti bir sıra layihələrlə ölkəmizlə səmərəli əməkdaşlıq etmələrindən söz açmışlar.
- AzTU-da “İskratel” şirkətinin quraşdırdığı “NGN” tipli stansiya və tədris mərkəzi istifadəyə verilmişdir.Bu sistem Avropa ölkələrində geniş yayılmaqdadır.Gələcəkdə abunəçilər genişzolaqlı rabitə xidmətlərinə üstünlük verəcəklər. Optik kabel və modemdən istifadə etməklə abunəçilər video telefon, yüksək sürətli internet və İPTV xidmətlərinə qoşula biləcəklər.Tədbirdə “İskratel” şirkətinin direktor müavini Yasmin Kukavitsa, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Nazim Cəfərov, “AZTELEKOM” İstehsalat Birliyinin texniki direktoru Zahir Vəliyev “NGN” tipli stansiyanın üstünlükləri və yaratdığı imkanlar barədə məlumat vermişlər.Tədris mərkəzindəki yeni texnika və texnologiyadan istifadə etməklə İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında,eləcə də ölkəmizin müxtəlif təşkilatları üçün mütəxəssislərin ixtisaslarının artırılmasında geniş istifadə ediləcəkdir.
- Avropa İttifaqı Ali Təhsil Komissiyasının nümayəndələri Azərbaycan Texniki Universitetində olmuşlar.Görüşdə beynəlxalq “TEMPUS” layihəsi ilə bağlı Azərbaycan Texniki Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında, Sumqayıt Dövlət Universitetində təhsilin beynəlxalq “TEMPUS” layihəsinə uyğunlaşdırılmasının vəziyyəti və əldə olunan nəticələr müzakirə edilmişdir.
- Azərbaycan Texniki Universitetində Moskva Energetika İnstitutu nümayəndə heyəti ilə görüş keçirilmişdir. Moskva Energetika İnstitutunun rektoru, professor Nikolay Roqalyov görüş iştirakçılarına başçılıq etdiyi İnstitut haqqında ətraflı məlumat vermişdir Görüşdə hər iki ali təhsil ocağının rektorları birgə əməkdaşlıq müqaviləsi imzalamışlar.
- Kipr Respublikası Şərqi Aralıq Dənizi Universitetinin nümayəndəsi cənab Cahit Ezel AzTU-da olmuşdur. Professor Cahit Ezeli Azərbaycan Texniki Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri,dosent Natiq Əhmədov qəbul etmiş və Universitet haqqında geniş məlumat vermişdir Professor Cahit Ezel söhbət zamanı AzTU-nun Türkiyə və Kipr Respublikasının bir çox universitetləri ilə sıx əlaqələrini nəzərə alaraq Şərqi Aralıq Dənizi Universiteti və AzTU arasında gələcəkdə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirmişdir.Görüşdə hər iki universitetin nüməyədələri əməkdaşlıq münasibətlərini geniş müzakirə etmişlər.
- Albaniyanın Tirana Politexnik Universitetinin rektoru,professor Jorgaq Kaçani Azərbaycan Texniki Universitetində olmuşdur.Qonaq AzTU-nun professor-müəllim heyəti ilə görüşmüş,Universitetin elmi və tədris laboratoriyaları ilə tanış olmuşdur. Görüşdə hər iki ali məktəb arasında əməkdaşlıq barədə müqavilə imzalanmışdır.
- Afrika İnkişaf Fondununtəsisçisi və prezidenti,Ümumdünya Sağlamlıq Təşkilatının üzvü xanım Kumba Ture ilə Azərbaycan Texniki Universiteti tələbələrinin görüşü keçirilmişdir
- Böyük Britaniyanın Aberstvit Universitetinin Kompyuter elmləri departamentinin direktoru,professor Bernard Tiddemanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində olubdur.Söhbət zamanı hər iki universitet arasında əməkdaşlıq barədə memorandum imzalamaq üçün ilkin razılıq əldə edilmişdir.
- 2014-cü ildə bir sıra ikitərəfli müqavilələr bağlanmışdır:
- Ukrayna nəşriyyat konsorsiumu
- Missuri Universiteti
- Dosmuxamedov adına Atırau Dövlət Üniversiteti
- SGROUP Avropa Universiteti
- Ş.Esenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti
- Dağıstan Dövlət Texniki Universiteti DDTU-ali peşə təhsilli Federal Dövlət büdcə təhsil müəssisəsi
- UDINE Universiteti (İtaliya)
- HITIT Universiteti (Turkiye)
- Movlane Mubadile Proqrami
- Gəncə Dövlət Universitet
- Izmir Katip Çelebi Universiteti
- Perm Politexnik Milli Tədqiqat Universiteti
- Belarusiya Milli Texniki Universiteti
- S. Popov adına Odessa Milli Akademiyası (Ukrayna)
- Xarkov Milli Radioelektronika Universiteti (Ukrayna)
- Qazi Universiteti
- Kırklareli Universiteti
- Şırnak Universiteti
- Karabük Universiteti
- Bülent Ecevit Universiteti
- Ankara Universiteti
- Uşak Universiteti
- Qafqaz Universiteti
- Tirana Politexnik Universiteti
- Muş Alp Arslan Universiteti
- Mustafa Kamal Atatürk Universiteti
- Milli Tədqiqat Universiteti
- Torina Politexnik Universiteti
- Qdansk Universiteti
- Lubliyana Universiteti
- Permik Universiteti
- Avropa Politexnik Universiteti
- Belarus Milli Texniki Universiteti
- İ. Satpayev adına Qazaxıstan Milli Universiteti
- Viniskiy Milli Texniki Universiteti
- Sankt Peterburq Milli Texnologiya Universiteti
- Aleksand Qriqoriyeviç və Nikokay Vladimir Qriqoriyeviç Stoletovıx adına Dövlət Universiteti
- Moskva Energetika Universiteti
- “Dəmiryol nəqliyyatının istismarı” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Heybətulla Əhmədov, “Elektrik təchizatı vəizolyasiyası” kafedrasının baş müəllimi Elşad Məmmədov, “Avtomatika və idarəetmə” kafedrasının baş müəllimi İlqar Xəlilov və “Dəmiryol nəqliyyatının istismarı” kafedrasının baş müəllimi Elşən Manafov Rostov Dövlət Dəmiryolları Universitetində qısamüddətli ixtisasartırma kurslarında iştirak etmişlər. Bu tədbir Azərbaycan Texniki Universiteti ilə Rostov Dövlət Dəmiryolları Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilmişdir.
- Azərbaycan Texniki Universitetinin (AzTU) Ukrayna Milli Texniki Universiteti ilə birgə hazırlayıb həyata keçirdikləri “Texnologiyalar transferi menecmenti üzrə tədris proqramının MDB dövlətlərində yayılması” qrant layihəsi sahibkarlara biznesin daha gəlirli və qısa zaman kəsiyində yüksək iqtisadi səmərə verən sahələrini müəyyənləşdirməkdə kömək edəcəkdir. Ukrayna Milli Texniki Universitetinin İxtisasdəyişmə və İxtisasartırma İnstitutunun direktoru, professor İnna Malyukova iyunun 3-də AzTU-da layihə ilə bağlı treninq keçirmişdir.
- “TEMPUS” layihəsi çərçivəsində “Gürcüstan, Azərbaycan və Moldova turizm sənayesinin inkişaf etdirilməsi üçün Otelçilik menecmenti ixtisasları üzrə peşəkar bakalavr-magistr hazırlığı”adlı,Nö 544191 TEMPUS 1-2013-1-PT JPCP proqramı çərçivəsində, “Hədəf peşələrinin identifikasiyası və Hotelçilik menecmenti fəaliyyətində təhsilə olan tələblər” mövzusunda seminar keçirilmişdir.
- Azərbaycan Texniki Universitetinin Texnoloji maşınlar fakültəsinin “Maşın və mexanizmlər nəzəriyyəsi” kafedrasının əməkdaşları N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin “Robototexnika və kompleks avtomatlaşdırma” fakültəsinin təşkil etdiyi beynəlxalq interaktiv seminarda (vebinarda) iştirak etmişdir.Vebinarda “Maşın və mexanizmlər nəzəriyyəsi” fənninin tədrisində innovativ texnologiyalar və istiqamətlər, ali texniki məktəblərdə tədris texnologiyalarının əsas problemləri və inkişaf prioritetləri,ixtisasartırma proqramları və onların reallaşdırılması xüsusiyyətləri, texniki təhsildə ingilis dilinin rolu mövzularında müzakirələr aparılmışdır. Əksər MDB ölkələrinin də qoşulduğu vebinarda AzTU-nun Texnoloji maşınlar fakültəsinin “Maşın və mexanizmlər nəzəriyyəsi” kafedrasının müdiri, t.e.d., dosent İsa Xəlilov və kafedranın professoru Ayaz Kəngərli çıxış etmiş, qoyulan problemlərin həlli üçün öz təkliflərini vermişlər.
- 11.2014. “LAYIHƏLƏRIN İDARƏ OLUNMASI VƏ İNNOVASIYALAR” treninqi keçirilmişdir.Treninqin keçirilməsində əsas məqsəd layihə menecmenti üzrə beynəlxalq standartların ölkəmizdə tətbiq edilməsi və onun metodologiyasının öyrənilməsi, tələbələr ilə peşəkar layihə menecerləri arasında təcrübə mübadiləsi məqsədilə “Elmi körpünün” yaradılması, gənc alim və mütəxəsisslər layihə menecmenti üzrə elmi tədqiqat işlərinin həyata keçirilməsinə şəraitin yaradılmasıdır. Treninqdə «Gələcəyə baxış: təşkilatın davamlı inkişafında layihə menecmentinin rolu» mövzusu ətrafında da müzakirələr aparılmışdır. Treninqin işində AzPMA-nın prezidenti, professor İqbal Babayev və AR Nazirlər Kabineti, ekologiya şöbəsinin baş məsləhtçisi, sertifikatlaşdırılmış “IPMA Level C” beynəlxalq dərəcəli layihə meneceri İmran Ziyadiştirak etmiş, davamlı inkişaf konspesiyası (sustainability) mövzusunda maraqlı diskusiyalar aparılmışdır.
AFR-nin ZEH Metallveredelungs GmbH: Almaniya Federativ Respublikasının ZEH Metallveredelungs GmbH şirkətinin nümayəndələri cənab Karl-Heinz Kuhring və xanım Elke Dettinger AzTU -da olmuşlar. AzTU-nun rektoru, profesor Havar Məmmədov universitet haqqanda nümayəndələrə ətraflı məlumat vermiş və ZEH Metallveredelungs GmbH şirkətinin köməkliyi ilə AzTU-da Metalurgiya fakültəsinin nəzdində “Örtüklər” laborotoriyasının açılması haqqında qərar qəbul edildiyini bildirmişdir.
JİCA: Mərkəzi Asiya və Yaxın Şərq Ölkələri üzrə Sənayedə Avtomatika Texnologiyası layihəsinin əməkdaşları, JİCA-nın (Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi) Tədris Mərkəzinin rəhbəri Gürcan BİLDİR və JİCA nın Ekspert heyətinin baş məsləhətçisi professor Tokujiro İTO Azərbaycan Texniki Universitetində olmuşlar.
Qonaqlarla görüş zamanı gələcəkdəgörüləcəkişlərinilkinmüzakirəsi aparılmış və müəyyən razılıqlar əldə edilmişdir.
İREX: Azərbaycan Texniki Universitetini rektoru, professor Havar Məmmədov ABŞ-nın İREX şirkətinin Azərbaycandakı Yeni Media Layihəsinin rəhbəri Angela Nicora və Layihənin hüquqşünası Ələsgər Məmmədlini qəbul etmişdir.Görüş zamanı Azərbaycan Texniki Universiteti ilə İREX/ANMP şirkətinin Azərbaycan nümayəndəliyi arasında əməkdaşlığa dair memorandum imzalanmışdır. Memaranduma əsasən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə AzTU-nun təxminən 300 kvadrat metr qapalı ərazini əhatə edən pulsuz simsiz Wİ-F1 internet rabitə sistemi quraşdırılmışdır.
“Azərbaycan Metallurqlar Cəmiyyəti”: Azərbaycan Metallurqlar Cəmiyyəti”nin nümayəndəsi ilə AzTU-da görüş keçirilmişdir. Azərbaycan Metallurqlar Cəmiyyəti -nin idarə heyyətinin sədrinin 1-ci müavini Qoşqar İsmayılov AzTU ilə əməkdaşlığa dair təkliflərini irəli sürmüşdür.
Huawei Technologies Azerbaijan : AzTU-da ölkəmizdə İKT texnologiyalarının tətbiqi ilə məşğul olan “Huawei Technologies Azerbaijan” şirkətinin təqdimatı olmuşdur. Şirkətin böyük mühəndisi Eldar Cəbrayılov və İnsan resursları üzrə meneceri Kamil Hüseynov mərasimə toplaşanları təmsil etdikləri qurumun fəaliyyəti ilə ətraflı tanış etdilər. Bu şirkətin Azərbaycanda İKT sahəsində iştirak payı 70%-ə bərabərdir. Təqdimat mərasimində o da vurğulandı ki, AzTU-nun İKT ixtisası üzrə təhsil alan və fərqlənən tələbələri şirkətlə əməkdaşlıq edərək istehsalat təcrübəsi toplamaqla gələcəkdə “Huawei Technologies Azerbaijan” şirkətində işlə təmin oluna bilərlər.
AzergazBank: AGBankın nümayəndələrinin AzTU-nun tələbələri ilə görüşü keçirilmişdir. Tədbirdə AGBank haqqında qısa məlumat verilmişdir.Belə tədbirlərin keçirilməsində əsas məqsəd, AzTU-nun tələbələrinin istehsalat təcrübələrinin səmərəli təşkili və gələcəkdə onların ixtisaslarına uyğun işlə təmin olunmasına yardım etməkdir.
ARDNŞ:AzTU-da ARDNŞ-nin İşə qəbul və xarici ölkələrdə təhsil almaq üçün təqaüd proqramlarının təqdimatı keçirilmişdir. Təqdimatda dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, gənclərin xaricdə təhsil almaları üçün yaradılan imkanlardan, bu istiqamətdə ARDNŞ-nin həyata keçirdiyi tədbirlərdən danışmışdır.
“Halal”AzTU-da “Halal” şirkəti ən müasir çap texnika və texnologiyasının təqdimatını keçirmişdir. Tədbirdə müasir texnika və texnologiyanın öyrənilməsi və tətbiqinin əhəmiyyətindən danışılmışdır.“Halal” şirkətinin nümayəndələritəqdim edilən yeni çap texnika və texnologiyasının üstünlüklərindən və AzTU ilə bu sahədə mütəxəssis hazırlığında birgə əməkdaşlıq etmək istədiklərindən danışmışlar.
Bakı Gəmiqayırma Zavodu MMC-nümayəndələri ilə AzTU da görüş keçirilmişdir.Bakı Gəmiqayırma Zavodu MMCson vaxtlar respublikamızda yüksək texnika və texnologiyalar əsasında inşa edilmiş yeni müəssisələrdən biridir.Onun rentabelli müəssisəyə çevrilməsi, ən müasir texnika ilə təchiz olunmuş zavodun gələcəkdə uğurla fəaliyyət göstərməsi, təbiidir ki, müxtəlif ixtisasları birləşdirən kifayət qədər təcrübəli kadr potensialına malik olmasından asılıdır.Bakı Gəmiqayırma Zavodu MMC-nin İnsan Resursları Departamentinin aparıcı mütəxəssisi Nəcəf Mustafayev AzTU-da olarkən bu ali təhsil ocağında təmsil etdiyi müəssisənin müxtəlif istehsal sahələri üçün mühəndis kadrların hazırlanması məsələləri ilə maraqlanmışdır. Görüş zamanı Bakı Gəmiqayırma Zavodu MMC ilə qarşılıqlı əməkdaşlıq barədə razılaşma əldə edilmişdir.
BP–Universitetdə BP-də işə qəbulla bağlı təqdimat keçirilmişdir. AzTU-nun ölkəmizin müvafiq şirkətləri, iri müəssisə və birlikləri,o cümlədən BP şirkəti ilə əməkdaşlıq əlaqələri yaratması ali təhsilli gənclərin işə qəbulunu asanlaşdırmaq məqsədi daşıyır. BP-nin Kadrlar şöbəsi tələbə və məzunların işə qəbulu sektorunun rəhbəri Aytən Kərimova tədbirə toplaşanları təmsil etdiyi şirkətdə işlə təmin olunma şərtləri ilə tanış etdi.O bildirdi ki,BP azərbaycanlı məzunlara öz texniki biliklərini,ünsiyyət bacarıqlarını artırmaq üçün şərait yaradır və onları bu şirkətdə işləməyə hazırlayır.
Azərsun Holding- AzTU-da tələbələrlə görüş keçirmişdir. Tədbirdə Sumqayıt Yağ Fabrikinin Rəhbəri Şahəddin İbrahimov və proses istehsalata nəzarət üzrə Bölmə rəhbəri Arzu Mahmudov iştirak etmişdir. Görüşdə AzTU –nun tələbələrinin bu müəsisədə təcrübə keçməsinə və daha sonra işlə təmin olunmasına şərait yaratmaqla bağlı razılıq əldə olunmuşdur.
- Xarici ölkələrin vətəndaşlarının AzTU-da təhsili
- Azərbaycan Texniki Universitetin təhsil alan əcnəbi tələbələrin ümumi sayı 153 nəfərdir. Bunlardan, Hazırlıq: (7 nəfər), Bakalavr: qiyabi (22 nəfər), əyani (113 nəfər), Magistr: qiyabi (2 nəfər), əyani (5 nəfər), Doktorant: qiyabi(3 nəfər), əyani (1 nəfər). Bu tələbələr, magistrlar və doktorantlar aşağıda adları göstərilən ölkələri təmsil edirlər: Türkiyə, Əfqanıstan, İordaniya, İran, Suriya, Efiopiya, Pakistan, Hindistan, Rusiya, Anqola, Misir,Moldova, Əlıcəzair, Almaniya, Yəmən, Madaqaskar, Fələstin, Çili, Çin, Banqladeş, Kuba, Panama, Mali, BƏƏ, Koreya, Kompuçiya, Zimbabve, Peru, Laos, Ekvador, Marokko, Çad, Zair, Kolumbiya, Monqolustan, Sudan, İraq, Mozambik, Nigeriya, Ukrayna, Türkmənistan. Xarici tələbələrin dərslərinin müvəffəqiyyət faizi yay imtahan sessiyasıda 82% olmuşdur.
- Almaniyalı tələbələr AzTU-da təcrübə keçirlər.Almaniyanın Hochschule LAUSİTZ Tətbiqi Elmlər universitetinin Texniki Mühəndislik fakültəsinin dekanı, prof. Dr Syivio Simon, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Marina Levandrovski və Mühəndislik və İnformasiya fakültəsinin dekanı, prof.Dr. Peter Biegel 4 iyun 2013-ci il tarixində Azərbaycan Texniki Universitetində olmuşlar. AzTU və Almaniyanın Hochschule LAUSİTZ Tətbiqi Elmlər universiteti arasında bağlanmış müqaviləyə əsasən, həmin universitetin əməkdaşları ilə birlikdə, AzTU-da təcrübə keçirmək məqsəd ilə yeddi nəfər almaniyalı tələbə də gəlmişdir.
- Azərbaycan Texniki Universitetinin aprel 2013- noyabr 2014-cü illər üçünxarici ölkələrəezam olunmuş əməkdaşlarının siyahısı
- “İstilik və Soyuqluq texnikası” kafedrasının dosent, t.e.n. Zeynalova Adilə Bala-ağa qızı “Binalarda enrji auditi” mövzusu üzrə kurslarda iştirak etmək məqsədilə, 22.04.2013-cü ildən, 26.04.2013-cü il tarixinədək Norveç Krallığının Oslo şəhərinə ezam olunmuşdur.
- e.d. prof. Beynəlxalq Əlaqələr üzrə prorektor Babanlı Mustafa Baba oğlu AzTU_da texnologiyaların transferi mərkəzinin yaradılması və Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Elm Fondu ilə Ukraynanın Millli Texniki Universitetinin birlikdə növbəti konfransının Azərbaycanda keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün, 14.04.2013-cü ildən,19.04.2013-cü il tarixinədək Ukrayna Respublikasına ezam olunmuşdur
- “İstilik və Soyuqluq texnikası” kafedrasının müdiri, t.e.d. prof. Şahverdiyev Astan Nuravan oğlu Portuqaliya Respublikasında İonlu Mayelər üzrə keçiriləcək 5-ci Beynəlxalq Konqresdə iştirak etmək məqsədiləş, 21.04.2013-cü ildən. 25.04.2013-cü il tarixinədək Portuqaliya Respublikasına ezam olunmuşdur.
- “Telekomminikasiya şəbəkələri və texnologiyaları” kafedrasının baş müəllimi Hüseynov Ramin Hüseynağa oğlu İSKRATEL şirkətinə məxsus müəssisədə keçiriləcək təşmilləşdirmə kurslarında iştirak etmək məqsədilə, 03.06.2013-cü il tarixindən, 07.2013-cü il tarixinədək Sloveniya Respublikasına ezam olunmuşdur.
- e.d. prof. Beynəlxalq Əlaqələr üzrə prorektor Babanlı Mustafa Baba oğlu polşa Respublikasının Adam Mitskeviç Universitetinin umumi koordinatorluğu ilə yerinə yetirilən ERASMUS MUNDUS (EMİNENCE) layihəsi adı altında Ali təhsildə Əməkdaşlıq çərçivəsində Qonşu Şərq ölkələrinə İnteqrasiyası adlı konfranda iştirak etmək məqsədilə, 21.05.2013-cü ildən, 25.05.2013-cü il tarixinədək Polşa Respublikasına ezam olunmuşdur.
- e.d., prof. “Metallurgiya və metalşünaslıq ” kafedrasının müdiri Namazov Sübhan Nadir oğlu Polşanın Varşava şəhərinə SDU və ADNA ilə birgə yerinə yetirilən TEMPUS layihəsi çərçivəsində “Qiymətləndirmə və akkreditasiya” mövzusunda keçiriləcək treninqdə iştirak etmək məqsədilə, 26.05.2013-cü ildən 02.06.2013-cü il tarixinədək Polşa Respublikasına Ezam olunmuşdur.
- e.d., prof. “Metallurgiya və metalşünaslıq ” kafedrasının müdiri Namazov Sübhan Nadir oğlu Almaniyanın Akademik mübadilə Xidmətinin (DAAD)-nın dəstəyi ilə Almaniyanın Rostok Universitetinin “Materiallar texnologiyası” və “Yeni materiallar” kafedraları ilə birgə qazanılmış Qrant layihəsini yerinə yetirilməsi məqsədilə, 04.09.2013-cü ildən 05.09.2013-cü il tarixinədək Almaniyanın Rostok Universitetinə ezam olunmuşdur.
- e.d “Maşın hissələri və YQNM” kafedrasının dosenti, Nobel Oil şirkətinin Azərbaycan Respublikasındakı filialının “Nobel Oil Elmi tədqiqat və İnnovasiyalar mərkəzi tərəfindən İsveçin Sotkholm şəhərində keçiriləcək II Beynəlxalq Tədqiqat İnnovasiya konfrasındaelmi məruzə ilə iştirak etmək məqsədilə, 13.09.2013-cü ildən 14.09.2013-cü il tarixinədək Stokholm şəhərinə ezam olunmuşdur.
- e.d. “Elektron” kafedrasının professoru Əbilov Çingiz İldırım oğlu Türkiyə Cümhuruyyətinin İzmir şəhərində keçiriləcək “Kondensə olunmuş materiallar” Ümumdünya Konqrensində elmi məruzə ilə çıxış etmk məqsədilə. 16.09.2013-cü ildən, 20.09.2013-cü il tarixindək İzmir şəhərinə ezam olunmuşdur.
- e.d. prof. Beynəlxalq Əlaqələr üzrə prorektor Babanlı Mustafa Baba oğlu Ukrayna elmi-texniki mərkəzi tərəfindən yerinə yetiriləcək 5980N-li layihə çərçivəsində keçiriləcək elmi konfranda iştirak etmək məqsədilə, 18.09.2013-cü il tarixindən, 21.09.2013-cü il tarixinədək Ukrayna Respublikasına ezam olunmuşdur.
- e.n. “Dəmiryol nəqliyyatının istismarı” kafedrasının dosenti Elyazov İsrail Şükür oğlu Ukrayna Dövlət Dəmir Yolları Akademiyasında keçirilən Beynəlxalq Elmi Praktik Konfransda çıxış etmık məqsədilə, Ukrayna Respublikasına ezam olunmuşdur.
- e.d. prof. Beynəlxalq Əlaqələr üzrə prorektor Babanlı Mustafa Baba oğlu Ukrayna elmi-texniki mərkəzi tərəfindən yerinə yetirilən 5980N-li layihə çərçivəsində N.E. Bauman adına Moskva Dövlət Texniki Universitetin nəzdində keçiriləcək elmi-konfranda iştirak etmək məqsədilə 09.10.2013-cü ildən 12.10.2013-cü il tarixindək Moskva şəhərinə ezam olunsun.
- e.d. prof. Beynəlxalq Əlaqələr üzrə prorektor Babanlı Mustafa Baba oğlu Litva Respublikasının Kaunas şəhərində yerləşən Kaunas Texnologiya Universitetinin ümumi koordinatorluğu ilə yerinə yetirlilən ERASMUS MUNDUS (EMİNENCE) layihəsi adı altında Ali təhsildə Əməkdaşlıq Çərçivəsində “Qonşu Şərq ölkələrinə İnteqrasiya ” adlı konfransda iştirak etmək məqsədilə, 24.10.2013-cü ildən 26.10.2013-cü il tarixindək Litva Respublikasına ezam olunmuşudur.
- e.d. prof. Elm və texnika üzrə prorektor, Türkiyənin Rizə şəhərində Qara Dəniz Ölkə Universitetlər Şəbəkəsinin başçılığı altında keçiriləcək “Bİrləşmiş millətlərin akademik təsir təşəbbüsü” adlı 3-cü Beynəlxalq konqresdə iştirak məqsədilə. 06.11.2013-cü il tarixindən, 09.11.2013-cü il tarixindək Rizə şəhərinə ezam olunmuşudur.
- e.d., prof. “Metallurgiya və metalşünaslıq ” kafedrasının müdiri Namazov Sübhan Nadir oğlu Almaniyanın Köln şəhərində Tempus layihəsi çərçivəsində “Qiymətləndirmə və Akkreditasiya” mövzusunda keçiriləcək seminarda iştirak etmək məqsədilə 15.11.2013-cü il tarixindən, 23.11.2013-cü il tarixindəkKöln şəhərinə ezam olunmuşudur.
- r.e.d “Texniki mexanika” kafedrasının müdiri Rusiya Elmlər Akademiyasının Metallurgiya və Melaşünaslıq İnstitunda elmi tədqiqat işləri aparmaq məqsədilə Moskva şəhərinə ezam olunmuşudur.
- e.d prof., “Fəlsəfə və politalogiya kafedrasının müdiri Kərimov Eyyub Sevdim oğlu Ukraynanın Kiyev şəhərində VIII Ukraynaşünasların Beynəlxalq Assosiasiyası tərəfindən keçiriləcək Konqresdə məruzə ilə çıxış etmək məqsədilə 21.10.2013-cü il tarixindən, 24.10.2013-cü tarixinədək Kiyev şəhərinə ezam olunmuşdur.
- “İstilik və Soyuqluq texnikası” kafedrasının müdiri, t.e.d. prof. Şahverdiyev Astan Nuşravan oğlu Ukrayna Respublikasının Simperopol şəhərində Avropa Birliyinin dəstəyi ilə keçiriləcək “Qara Dəniz Hövzəsi Universitetləri adlı”tədbirdə iştirak etmək məqsədilə, 17.11.2013-cü il tarixindən, 25.11.2013-cü il tarixindək Ukrayna Respublikasına ezam olunmuşdur.
- e.d prof., “Radiotexnika və rabitə” fakültəsinin dekanı İbrahimov Bayram Qənimət oğlu Rusiya Federasiyasının Moskva Texniki Rabitə və İnformatika Universitetində keçirilən Beynnəlxalq İnformatizasiya Forumunda iştirak məqsədilə, 26.11.2013-cü il tarxindən, 28.11.2013-cü il tarixinədək Moskva şəhərinə ezam olunmuşudr.
- e.d. prof. rektor Məmmədov Havar Əmir oğlu Almaniyanın Köln Təbiqi Elm Universitetində keçiriləcək “Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin boloniya prosesinə uyğunlaşdırılması” TEMPUS layihəsinin yekun seminarı ilə əlaqədar seminarda iştirak etmək məqsədilə 24.05.2014-cü il tarixindən, 31.05.2014-cü il tarixindək Köln şəhərinə ezam olunmuşdur.
- “T.e.d. prof. Beynəlxalq Əlaqələr üzrə prorektor Babanlı Mustafa Baba oğlu RF-nın Həştərxan Dövlət Texniki Universitetində keçiriləcək “İqtisadiyyatda və təhsildə innovasiya texnologiyaları” adlı beynəlxalq elmi-praktiki konfransda iştirak etmək məqəsədilə 24.12.2013-cü il tarixindən, 27.12.2013-cü il tarixinədək Həştərxan Dövlət Texniki Universitetinə ezam olunmuşdur.
- e.d. “Maşınqayırma texnologiyası” kafedrasının prof. Hüseynov Ələkbər Güləhməd oğlu RF-nın Moskva Dövlət Cihazqayırma və İnformatika Universitetində təcrübə keçmək və materialların toplanması məqsədilə Moskva şəhərinə ezam olunmuşdur.
- e.d. prof., “Texnoloji komplekslər və xüsusi texnika” kaferdasının müdiri, Hüseynov Həsən Əhməd oğlu Belçikanın Brüssel şəhərində keçiriləcək konfranda iştirak etmək məqsədilə 089.02,201cü il tarixindən 13.02.2014-cü il tarixindək Brüssel şəhərinə ezam olunmuşudr.
- e.n “Texniki mexanika” kafedrasının dosenti Aslanov Elbəy Aslan oğlu AFR Ştutqart Universitetində Almaniya Akademik mübadilə xidmətinin (DAAD) təqaüd proqramə əsasında təcrübə keçmək məqsədilə 10.06.2014-cü ildən 10.07.2014-cü il tarixinədək AFR ezam olunmuşdur.
- e.d. prof. Beynəlxalq Əlaqələr üzrə prorektor Babanlı Mustafa Baba oğlu Polşa Respublikaısnın pPoznana şəhərinə yerləşən Adam Mitskeviç Universitetində keçiriləcək Ali təhsildə Əməkdaşlıq çərçivəsində Qonşu Şərq Ğlkələrinə İnteqrasiya adlı konfransda iştirak etmək məqsədilə, 06.04.2014-cü ildən 10.04.2014-cü il tarixinəədək Polşa Respublikasına ezam olunmuşdur
- “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının dosenti, Şahbazova Şahnaz Nadir qızı ABŞ-ın Texas ştatının Kaliforniya ştatının Berkli şəhərində keçiriləcək IV Ümumdünya Soft Computing üzrə konfransda iştirak etmək məqsədilə 21.05.2014-cü ildən, 02.06.2014-cü il tarixindək Berkli şəhərinə ezam olunmuşdur.
- e.d. prof. “Radiotexnika və rabitə” fakültəsinin dekanı, İbrahimov Bayram Qənimət oğlu ABŞ-ın Texas ştatının Kaliforniya ştatının Berkli şəhərində keçiriləcək IV Ümumdünya Soft Computing üzrə konfransda iştirak etmək məqsədilə 25.05.2014-cü ildən 29.05.2014-cü il tarixinədək Berkli şəhərinə ezam olunmuşdur.
- “İstilik və Soyuqluq texnikası” kafedrasının müdiri, t.e.d. prof. Şahverdiyev Astan Nuravan oğlu Türkiyənin İzmir şəhərində keçiriləcək TERMAM-2014 “Perspektiv materiallarının istilik-fiziki və mexaniki xassələri üzrə” Beynəlxaql Konfranda iştirak etmək məqsədilə 12.06.2014-cü ildən, 15.06.2014-cü il tarixinədək, İzmir şəhərinə ezam olunsun
- e.d. prof. “Daxili yanma mühərikləri və avtotraktorlar” kafedrasının müdiri, Kərimov Ziyafət Xeyrullla oğlu Qazaxıstan Respublikasının Astana şəhərində keçiriləcək seminarda iştirak etmək məqsədilə . 16.06.2014-cü il tarixindən, 19.06.2014-cü il tarxindək qazaxıstana ezam olunmuşdur.
- e.d. “Texniki mexanika” kafedrasının prof. Baxşəliyev Valeh İsmixan oğlu Gürcüstan Respublikasının Tiflis şəhərində keçiriləcək, beynəlxalq elmi konfranda iştirak etmək məqsəilə 18.06.2014-cü ildən, 21.06.2014-cü il tarixindək Gürcüstan Respublikasına ezam olunmuşdur
- e.d. prof. Beynəlxalq Əlaqələr üzrə prorektor Babanlı Mustafa Baba oğlu 5980N-li elmi layihənin yerinə yetirliməsi ilə bağlı toplantıda iştirak etmək məqsədilə 15.07.2014-cü ildən, 19.07.2014-cü il tarixinədək Ukrayna Respublikasına ezam olunmuşdur
- e.d. “Telekommunikasiya şəbəkələri və texnologiyaları” kafedrasının müdiri Məmmədov Famil Hüseyn oğlu yeni texnologiyalar ilə tanış olmaq məqsədilə 22.09.2014-cü il tarixindən 27.09.2014-cü il tarixinədək Kranj Lubliyana şəhərinə ezam olunmuşdur.
- Beynəlxalq Əlaqələr şöbəsinin tərcüməçisi Sadiqova Aytən Pilağa qızı “Erasmus Mundus EMİNENCE- Ali Təhsildə Əməkdaşlıq vasitəsilə Qonşu Şərq Ölkələrinə İnteqrasiyası” layihəsi çərçivəsində, ixtisas artırmaq məqsədilə, İsveçin Malmo Universitetinə 10.09.2014-cü ildən 10.10.2014-cü il tarixinədək Malmo şəhərinə ezam olunmuşdur
- “İstilik və soyuqluq texnikası” kafedrasının professoru Bəşirov Mahir Məcnun oğlu “Enerji səmərəliliyi üzrə ixrac təşəbbüsü” keçirilən proqramı çərçivəsində “Külək enerjisi və Fotovoltaikin şəbəkə inteqrasiyası” adlı layihələrlə tanış olmaq, külək enerjisi sahəsində alman müəssisələrində texnologiyaların tətbiq olunmasının yaxından öyrənilməsi məqsədilə 26.10.22014-cü ildən, 31.10.2014-cü il tarixinədək Berlin şəhərinə ezam olunmuşdur
- Beynəlxaql Əlaqələr şöbəsinin inspektoru Əliyeva Günay Oktay qızı “ Mövlanə mübadilə proqramı” layihəsi çərçivəsində TR Çorum şəhərində yerləşən Hitit universitetinə ixtisas artırmaq məqsəidlə 14.10.2014-cü ildən 21.10.2014-cü il tarixinədək Çorum şəhərinə ezam olunmudur.
- “Texnoloji komplekslər və Xüsusui Texnika” kafedrasının dosenti, İmanova Tünzalə Rza qızı AFR Brandenburq Texnik Universitetində keçiriləcək elmi konfransda iştirak etmək məqsədilə 19.11.2014-cü ildən 23.11.2014-cü il tarixinədək AFR ezam olunmuşdur.
- e.d. prof. Elm və texnika üzrə prorektor İsmibəyli Elşad Qula oğlu K.İ.Satpayev adına Qazaxıtsan Milli texnik Universitetində keçiriləcək “XXI əsrdə Mühəndislik təhsili və elm problemlər və perspektivlər” adlı beynəlxalq forumda iştirak etmək məqsədilə 21.10.2014-cü il tarixindən 24.10.2014-cü il tarixindək Qazaxıstan Respublikaısna ezam olunmuşdur.
- e.n. dos “Tətbiqi İnformatika” kafedrasının müdiri RF Moskva şəhərində keçiriləcək müzakirələrədə iştirak etmək məqsəildə 27.10.2014-cü il tarixindən 01.11.2014-cü il tarixindək Moskva şəhərinə ezam olunmuşudr.
- “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının dosenti, Şahbazova Şahnaz Nadir qızı ABŞ-ın Kaliforniya ştatında elmi tədqiqat işlərinin yerinə yetirilməsi məqsədilə 15.12.2014-cü ildən, 26.12.2014-cü il tarixindək Kaliforniya ştatına ezam ounmuşdur.
- e.d. prof. Beynəlxalq Əlaqələr üzrə prorektor Babanlı Mustafa Baba oğlu TC Ali təhsil müəssisələrində staj keçmək məqsədilə 17.11.2014-cü ildən, 30.11.2014-cü il tarixinədək TC ezam olunmuşdur.
- AzTU –da yerinə yetirilənbeynəlxalq elm və tədris layihələri haqqında.
Brandenburq Texniki Univesiteti (Kotbus-Zenftenberq) – AzTU (Bakı)
BTU tərəfdən layihənin rəhbəri: Prof. S.Simaon (Tədris işləri üzrə dekan, kafedra müdiri); AzTU tərəfdən layihənin həmrəhbərləri: dos. Ə.Məmmədov (Maşınqayırmafakultəsinin dekanı) və Fariz Əmirov (Texnoloji maşınlar fakultəsinin dekanı);Brandenburq Texniki Univesiteti ilə Azərbaycan Texniki Universiteti arasında elmi-tədqiqat əlaqələrinin qurulması, müxtəlif elmi istiqamətlərdə və mövzularda ikitərəfli seminarların təşkili;Malyəçi təşkilat: DFG (Deutsche Forchungsgemeinschaft) Alman Tədqiqat Fondu)
Hal-hazırda 2015 –ci ilin yayında universitetlərarası yay məktəbində iştirakla bağlı işləraparılır.
Layihə Azərbaycan Texniki Universitetinin doktorantı Hüseynov Vüsalın Parisin 6-saylı Universitetinin “Chimie-ParisTech” institutunda (“Groupe de Métallurgie Structurale” bölməsində) prof. Frédéric PRIMA –nın rəhbərliyi altında elmi tədqiqat işlərinin yerinə yetirilməsinə həsr olunmuşdur. Layihənin AzTU–tərəfdən rəhbəri, prof. M.B.Babanlıdır.Bu layihə üzrə bütün sənədləşmələr qanunvericiliklərə uyğun qaydada aparılmış və hər iki universitetin rektoru tərəfindən imzalanmışdır.Dissertasiya işinin mövzusu Titan ərintilərinə həsr edilmişdir: “Development of titanium alloys with very large plastic deformation:Implementation of a semi-empirical approach”.Layihə doktorantın 3 (üç) il müddətində, hər il 6 (altı) ay Parisdə elmi tədqiqat işləri yerinə yetirməsi ilə bağlı bütün məsrəflərinı təmin edir. Bununla yanaşı doktorant Parisdə olduğu zaman onun AzTU –tərəfdən elmi rəhbərinin bir həftə müddətində Parisə ezam olunmasını və məsrəflərini tam qarşılayır və əksinə doktorant Bakıda olduğu zaman onun Fransadan olan elmi rəhbərinin bütün ezamiyyə xərclərini öz üzərinə götürür.Layihənin yekununda doktorant Parisdə və Bakıda elmi tədqiqat işlərinin yekunlarına dair (Fransız, İngilis və Azərbaycan dillərində) dissertasiya işini müdafiə edərək hər iki ölkənin yerli qanunvericiliyində nəzərdə tutulmuş elmi dərəcələri təsdiq edən diplomla təmin ediləcəkdir.
NRF Layihəsinin Techno Peace Corps(TPC) proqramı üzrə tpcadmin@nrf.go.kr or tpcadmin@nrf.re.kr tanınmış məsləhətçi, prof. HONG SEOK KANG bir il (01.10.2011 – 01.13.2013) müddətinə Azərbaycan Texniki UniversitetindəİKT sahəsində əsaslı işləri yerinə yetirmişdir. Elmi istiqaməti: İnformasiya texnologiyaları. İş təsnifatı: Texniki məsləhətçi, Elmi dərəcəsi: Ph.D. – Hal hazırda AzTU – ya yeni bir professorun dəvəti üzrə işlər aparılır. -AzTU – da yerinə yetirilən KOİCA layihəsində iştirak edən mütəxəssislərə (proqramlar üzrə) treninqlərin keçirilməsinə yardım etmək məqsədi ilə NRF ilə razılığa gəlinmişdir. Əsas məqsədimiz AzTU – da yaradılacaq tədris kontentlərin yaradılmasında NRF –dən gələn professorun məsləhətlərindən və təcrübəsindən yararlanmaqdır.
Alman Akademik Mübadilə Agentliyi (DAAD) –nin Bakı ofisi, Azərbaycanda yalnız bizim universitetdə mərkəzləşmiş (ödənişsiz) dil kursları təşkil etmişdir. DAAD –ın Alman dilinin tədrisinə yalnız Azərbaycan Texniki Universitetin tələbələri, magistrantları və doktorantları qoşula bilər.2013/14 tədris ilində AzTU –da təhsil alan 1-ci kursda təhsil alan bakalavrlardan, magistrantlardan və doktorantlardan cəmi 15 nəfər seçilərək (seçim turunda cəmi 72 nəfər a iştirak etmiş, müsabiqəni Almaniyadan dəvət olunmuş Alman dili mütəxəssisi keçirmişdir) 2013 –cü ilin oktyabrın 1-dən tədrisə başlanılmışdır. Tədris pulsuzdur və Almaniyadan dəvət olunmuş Alman dili mütəxəssisləri tərəfindən həyata keçirilir.Layihənin yekununda hər bir dinləyici Almaniyada qəbul edilən DAAD dil bilikləri sertifikatı alacaqdır ki, bu da həmin tələbələrin müxtəlif layihələrə cəlb olunmalarına şərait yaradacaqdır.
- Layihənin müddəti 3 ildir, lakin hər iki tərəfin razılığı ilə uzadıla bilər.
- Azərbaycan Texniki Universitetində xarici dillərin tədrisi layihələri – Fransız dili.
Fransanın Azərbaycan Respublikasındakı səfirliyinin nəzdində fəaliyyət göstərən Fransa mədəniyyət mərkəzinin Bakı ofisi, Azərbaycan Texniki Universitetində təhsil alan tələbələrə, magistrlara, doktorantlara, habelə bütün əməkdaşlara pulsuz Fransız dili kursları təşkil etmişdir.Kurslar yerli və Fransadan dəvət olunmuş fransız dili mütəxəssisləri tərəfindən həyata keçirilir.Layihənin yekununda hər bir dinləyiciya sertifikat almaq üçün imtahanlarda imtiyazlı ödəmə şərtləri ilə iştirak etmək şərait yaradacaqdır.Layihənin müddəti 3 ildir ki davam edir və qarşılıqlı razılaşmaya əsasən daha bir il uzadılacaqdır.
Qrant layihәsinin adı: “Texnologiyalar Transferi menecmenti sahəsində elmi işçilərin beynəlxalq ixtisasartırma sistemi”.İştirakçı təşkilatlar: Ukrayna Milli Texniki universiteti «KPİ», Azәrbaycan Texniki Universiteti.Azərbaycan tərəfdən olan layihə həm-rəhbəri: prof. Babanlı Mustafa Baba oğlu. Ukrayna tərəfdən olanlayihə həm-rəhbəri: prof. Malyukova İnna Gennadyevna (Ukrayna Milli Texniki universiteti «KPİ»). Layihənin məbləği: 123000 Avro. Müddəti: 4 il
Layihənin başlanma tarixi: 01.09.2011-cü il.
Layihənin bitmə tarixi: 01.09.2015-cü il.
Layihənin məqsədi – Keçmiş sovet respublikalarının aparıcı elm mərkəzlərinin yaxından iştirakı ilə Texnologiyalar Transferi menecmenti sahəsində daha geniş miqyaslı işlər həyata keçirərək hər bir layihə iştirakçısı olan ölkələrdə, o cümlədən də Azərbaycanda, AZTU –da və ya Milli Elmlər akademiyasının institutlarında “Texnologiyalar Transferi menecmenti” sahəsində elmi işçilərin beynəlxalq ixtisasartırma sisteminin qurulmasıdır.
Qrant layihәsinin adı: “Cd1-xMnxTe nanotəbəqələrinin alınması və onların rentgen və qamma-şüa qeydiyyatında mümkün tətbiqlərinin öyrənilməsi”.
İştirakçı təşkilatlar: AMEA Radiasiya Problemlәri İnstitutu, AMEA Fizika İnstitutu, Azәrbaycan Texniki Universiteti “Elektronika” kafedrası
İştirakçılar: prof. Orucov Hüseyn Surxay oğlu. Layihənin məbləği: 77133 Avro.
Layihənin başlanma tarixi: 01.06.2013-cü il.
Layihənin bitmə tarixi: 01.12.2014-cü il.
Layihənin məqsədi – mükəmməl kristal quruluşa malik, təmiz və hamar səthli epitaksial Cd1-xMnxTe nazik təbəqələrinin alınması və təbəqənin qalınlığından, Mn-nın konsentrasiyasından, altlığın növündən asılı olaraq onların əsasında rentgen və qamma-şüa detektorlarının yaradılması üçün təbəqələrin optimal parametrlərinin təyinidir.
Layihə haqqında: Aşağı ölçülü yarımkeçirici strukturlara maraq təkcə onların unikal xassələri ilə deyil, həmçinin bu strukturların elektronika, optoelektronika, nanoelektronika, spintronika, inteqral optika, astrofizika, tibb və digər sahələrdə yeni və geniş tətbiqi imkanları ilə bağlıdır.
Qrant layihәsinin adı: “Texnologiyalar transferi menecmenti üzrə hazırlanmış tədris proqramının MDB dövlətlərində: Azərbaycan, Gürcüstan, Qazağıstan, Moldova və Özbəkistanda yayılması”.İştirakçı təşkilatlar: Ukrayna Milli Texniki universiteti «KPİ», Azәrbaycan Texniki Universiteti.Azərbaycan tərəfdən olan layihə həm-rəhbəri: prof. Babanlı Mustafa Baba oğlu. Ukrayna tərəfdən olanlayihə həm-rəhbəri: prof. Malyukova İnna Gennadyevna (Ukrayna Milli Texniki universiteti «KPİ»). Layihənin məbləği: 171000 Avro (üç tərəfli maliyyələşmə).
Layihənin başlanma tarixi: 01.12.2013-cü il.
Layihənin bitmə tarixi: 01.01.2015-cü il.
Layihənin məqsədi – “İntellektual mülkiyyət hüquqları, elmi – texniki biznesin təşkili və həyata keçirilməsi, texnologiyaların yayılması menecmenti və başqa sahələr üzrə tədris kontentlərinin işlənməsi və MDB və şərqi Avropa ölkələrində yayılması”.
EİF-BGM-2-BRFTF-1-2012/2013-07/03/1-M-05
Qrant layihәsinin adı: “3d keçid elementləri ilə aşqarlanmış defekt quruluşlu ZnO və ZnSnAs2 birləşmələrinin struktur, elektron və maqnit xassələrinin təməl prinsiplərdən tədqiqi”. Azərbaycan tərəfdən olan layihə həm-rəhbəri: f.r.e.d., prof. Orucov Hüseyn Surxay oğlu (Azәrbaycan Texniki Universiteti). Belarus tərəfdən olanlayihə həm-rəhbəri: f.r.e.d., prof. Nelayev Vladislav Viktoroviç (Belarus Dövlət informatika və radioelektronika universiteti). İştirakçı təşkilatlar: Azәrbaycan Texniki Universiteti “Elektronika” kafedrası, AMEA Fizika İnstitutu, Belarus Dövlət Informatika və Radioelektronika Universiteti.
Layihə müddəti: 24 ay
Layihənin icrasının başlanma tarixi: 01 sentyabr 2013-cü il.
Layihənin icrasının qurtarma tarixi: 01 sentyabr 2015-ci il.
Layihənin dəyəri: 60 000 AZN
Layihə haqqında. Proyektin əsas ideyası təməl prinsiplərdən modelləşdirmədən alınmış nəticələr əsasında 3d keçid elementləri ilə aşqarlanmış defekt quruluşlu ZnO və ZnSnAs2 birləşmələrinin fundamental xassələrinin izahı və tələb olunan funksional xassəli materialların yaradılmasının optimal texnologiyasının şərtləri və parametrlərinə dair tövsiyələrin hazırlanmasından ibarətdır.
Layihənin adı: “Qara Dəniz regionunda neft və qazın nəqli zamanı istifadə olunan maşın və mexanizmlərin etibarlılığı və möhkəmliyi”.Layihənin icra müddəti: 36 ay (3 il). Layihənin həyata keçirilməsi üçün Beynəlxalq Elmi Konsorsium: Azərbaycan Texniki Universiteti, Karlsruhe Texniki Universiteti (Almaniya), Dokuz Eylul Universiteti (Türkiyə), Gürcüstan Texniki Universiteti (Gürcüstan).Layihənin koordinatoru: Azərbaycan Texniki Universiteti. Layihənin rəhbəri: T.e.d. V.İ.Baxşəliyev. Layihənin ümumi məbləği: 194.000 Avro. Layihənin Azərbaycan Qrupuna ayrılan məbləğ: 50.000Avro. Layihənin Azərbaycandan olan iştirakçıları: Fərhad Elbəy oğlu Aslanzadə (AzTU, doktorant), İsmayıl Allahverdi oğlu İsmayıl (AzTU, dissertant). Layihənin xarici Partnyorları: Prof. Carsten Proppe (Almaniya), Prof. Erdal Çelik (Türkiyə), Prof. Nodar Davitaşvili (Gürcüstan) yuxarıda dediyiniz suala cavab olaraq deyim çalışdığım Azərbaycan Texniki Universitetində tələbələrin beynələxalq təhsil sisteminə inteqrasiyası istiqamətində bütün şərait yardılıb. Dünya təhsilində baş verən yenilikləri mütəmadi olaraq izliyirik. Təhsilin keyfiyyətinə təkan verən yenilikləri Universitetimizdə tətbiq etməyə çalışırıq. Tələbələrimizəd xaricdə təcrübə keçməyə meyillik çoxdur. Bunu onların bizə müraciət edərkən təbəsümlərindəki sevinc hissindən aydın görmək olur. Onlar xarici ölkələrəd qazandıqları təcrübəni buraya gəldikdə qurup yoldaşları ilə də paylaşırlar. Bir sözlə qabqcıl yenilik və üsullardan səmərəli şəkildə bəhrələnərək Universitetimizin adını yüksəkliyə qaldırmaq üçün səylə çalışırıq.
Hal-hazırda yuxarıda qeyd edilən beynəlxalq layihələrdən başqa AzTU –da Azərbaycan Respublikası Prezidenti yanında Elmin inkişafı fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Texnologiyaların inkişafi fondunun və s. bu kimi ölkədaxili fondların 10 –a yaxın layihəsi yerinə yetirilir.
Zamin Zeynal
Fotolar Nicat Ülfətoğlu
Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası
1 Azərbaycan Texniki Universiteti Maşınqayırma texnologiyası kafedrası KAFEDRA ELMİ-TƏDQİQAT İŞLƏRİNİN TƏŞKİLİ VƏ PLANLAŞDIRILMASI HAQQINDA ƏSASNAMƏ 1.Ümumi müddəalar 2. Kafedranın elm-tədqiqat fəaliyyəti 3. Elmi-təqdiqat işlərinin təşkili və planlaşdırılması 4. Elmi-tədqiqat işlərinin icraçıları 5. Tədris və elmi proseslərin vəhdəti 6. Beynəlxalq elmi əməkdaşlıq 7. Elmi-tədqiqat işlərinin qeydiyyatı və hesabatı 8. Elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi
2 Maşınqayırma texnologiyası kafedrasında elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında əsasnamə 1.Ümumi müddəalar 1.1. Bu əsasnamə Maşınqayırma texnologiyası kafedrasında elmi-tədqiqat işlərinin planlaşdırma, maliyyələşdirmə qaydalarını və elmi-tədqiqat fəaliyyətinin təşkilini müəyyən edir Kafedra elmi fəaliyyətinin əsas vəzifələri: milli iqtisadiyyatın inkişafında AzTU-nu elmi potensialından səmərəli istifadə edilməsi; fundamental və axtarış tədqiqatlarının üstün istiqamətlərinin inkişaf etdirilməsi və yeni texnika, texnologiya və informasiya sistemlərinin yaradılması; yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, iqtisadiyyatın, sənayenin və digər təsərrüfat sahələrinin mütəxəssisləinin ixtisaslarının artırılmasının təmin edilməsi; elmi nəticələrin istehsalatda istifadə olunmasının genişləndirilməsi məqsədilə milli iqtisadiyyatın müxtəlif sahələri ilə elmi-texniki əməkdaşlığın perspektiv formalarının inkişaf etdirilməsi; tələbələrin elmi-tədqiqat işlərinə geniş cəlb olinması; mütəxəssislərin hazırlıq səviyyəsinin artırılması məqsədilə elmi tədqiqatların nəticələrinin tədris prosesinə tətbiq edilmısi; kafedranın xarici ölkələrlə elmi-texniki əməkdaşlığının inkişaf etdirilməsi; kafedrada yeni təcrübə-istehsalat bazasının yaradılması.
3 1.3. Elmi-tədqiqat işləri yerinə yetirildikdə kafedra öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Milli Məclisin qərarlarını, Nazirlər Kabinetinin qərar, sərəncam və göstərişlərini, Azərbaycan Respublikası Təhsil Nazirliyin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur Kafedra müdirləri aparılan elmi-tədqiqat işlərinin elmi səviyyəsinə və səmərəliliyinə, onların maliyyə və dövlət intizamına riayət edilməsinə cavabdehdirlər Elmi-tədqiqatların maliyyələşdirilməsi və elmi-istehsalat fəaliyyəti aşağıdakı mənbələr hesabına aparılır: AzTU-nun tabe olduğu nazirlik tərəfindən fundamental və axtarış elmitədqiqatların aparılmasına dövlət büdcəsindən ayrılan vəsait; təsərrüfat müqavilələri əsasında aparılan elmi-tədqiqat işlərindən alınan vəsait; AzTU-nun elmi-texniki və sosial inkişaf fondlarından ayrılan vəsait Elm və texnikanın tərəqqisi və mütəxəssislərin hazırlanmasının keyfiyyətinin artırılması məqsədilə kafedrada elmi-tədqiqat, layihə-konstruktor və elmi-texnoloji işlər (bundan sonra elmi-texniki işlər) aparılır.
4 2. Kafedranın elm-tədqiqat fəaliyyəti 2.1. Kafedranın elmi fəaliyyəti fundamental və tətbiqi tədqiqatların əsasında elmtutumlu, rəqabətə davamlı məhsulun işlənməsi, onun daxili və xarici bazarlara çıxarılmasına, tədqiqatların nəticələrinin təhsil prosesinə və islahata tətbiq edilməsi formalarının genişləndirilməsinə, AzTU-nun maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilir Elm- tədqiqat fəaliyyətinin elmtutumlu, məhsulun istehsalı, hesablama texnikası üçün proqram vəsaitlərinin, informasiya sistemlərinin işlənib hazırlanması, elm-istehsalat xidmətlərinin göstərilməsi, informatika, informasiya sahələri üzrə məsləhət və başqa xidmət növləri aiddir Kafedrada mütəxəssis hazırlığı elmlə təhsilin vəhdəti əsasında həyata keçirilir. 2.4.Kafedranın elm sahəsində fəaliyyəti elmi tədqiqat işlərinin aparılmasına, Universitetin profilinə uyğun olaraq, elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesində tətbiqinə yönəldilir Elmi fəaliyyət kafedranın professor-müəllim heyətinin işinin tərkib hissəsidir Kafedra, aparılan elmi tədqiqat işlərinin nəticələrinin istehsalata və tədris prosesinə (mühazirə, məşğələ, seminar, laboratoriya dərslərinə, kurs layihələrinə, kurs və buraxılış işlərinə, magistr dissertasiyalarına) tətbiq olunmasını və monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər şəklində dərc olunmaqla və elmi forumlarda məruzə edilməklə yayılmasını təşkil edir Kafedrada aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi xarakter daşıyır.
5 2.8. Kafedrada həyata keçirilən elmi tədqiqat fəaliyyətinin məqsədi aşağıdakılardır: fundamental və tətbiqi-nəzəri araşdırmaların aparılmasını, elmi tədqiqat və elmi-texniki işlərin həyata keçirilməsini təmin etmək; elmi xarakterli tapşırıqları icra etmək; kadrların elmi potensialından səmərəli istifadə etməklə, təlimin keyfiyyətini yüksəltmək; təhsilverənlərin ixtisas səviyyəsini artırmaq; fundamental və tətbiqi-nəzəri araşdırmaların aparılmasını, elmi tədqiqat və elmi-texniki işlərin həyata keçirilməsini təmin etmək; elmi xarakterli tapşırıqları icra etmək; kadrların elmi potensialından səmərəli istifadə etməklə, təlimin keyfiyyətini yüksəltmək; təhsilverənlərin ixtisas səviyyəsini artırmaq; elmi tədqiqatların nəticələrinin və nailiyyətlərinin tətbiqini təşkil etmək; tədris və elmi proseslərin vəhdətini təmin etmək; elmi tədqiqat işlərinin nəticələrini tədris prosesində, informasiya sahələrində tətbiq etmək; elmi tədqiqat işlərinin əsas istiqamətləri üzrə milli və beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək; müraciət əsasında dövlət və qeyri-dövlət qurumları üçün analitik, məsləhət və proqnozlaşdırma fəaliyyətini həyata keçirmək;
6 İT layihələrinin hazırlanmasında və ekspertizasının keçirilməsində iştirak etmək; milli və xarici ekspertlərin iştirakı ilə elmi seminarlar, konfranslar, simpoziumlar və konqreslər keçirmək.
7 3. Elmi-təqdiqat işlərinin təşkili və planlaşdırılması 3.1.Kafedra elmi və elm-tədqiqat fəaliyyətinin cari və perspektiv planlaşdırılmasını sərbəst həyata keçirirlər. 3.2.Kafedrada elmi-tədqiqat işlərinin planlaşdırılması onun əsas elmi istiqamətlərinə müvafiq həyata keçirilir. Kafedranın elmi istiqamətləri, hazırlanan mütəxəssislərin profilinə uyğun, müvafiq elm və texnika sahəsində perspektiv inkişafını və vəziyyətini, kadr təminatını nəzərə almaqla müəyyən edilir. 3.3.Elmi-tədqiqat işlərinin mövzularına kafedranın iclasında baxılır və onların planı elmi işlər üzrə prorektor tərəfindən təsdiq olunur. Kafedranın iclasında tədqiqat işlərinin yekunlarını müzakirə edilir.
8 4. Elmi-tədqiqat işlərinin icraçıları bilər: 4.1.Kafedrada elmi-tədqiqat işləri aşağıdakılar tərəfindən yerinə yetirilə əsas iş vaxtı ərzində fərdi iş planlarına müvafiq olaraq professor-müəllim heyəti; buraxılış işi, magistrlik dissertasiyası, tədris planlarında nəzərdə tutulmuş digər tədqiqat işlərinin yerinə yetirilməsi gedişində, tələbə elmi cəmiyyətlərində dərsdən kənar sərbəst vaxtda tələbələr; doktorant, tədqiqatçı-stajor və müəllim-stajorlar. 4.2.Dövlət büdcəsi və təsərrüfat müqaviləsi vasitələri üzrə maliyyələşdirilən elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə professor-müəllim heyəti, elmi və digər işçiləri, həmçinin (sifarişçi müəssisə istisna olmaqla) qanunvericiliklə müəyyən olunmuş qaydada kənar müəssisə və təşkilatların işçiləri əsas işlərindən kənar vaxtda əvəzçiliklə cəlb oluna bilər.
9 5. Tədris və elmi proseslərin vəhdəti 5.1.Tədris prossesinin, elmin və istehsalın inteqrasiyası aşağıdakı vasitələrlə həyata keçirilir: sahələrarası elmi-texniki sistemlərin yaradılması; elmi kollektivlərin tərkibində tələbələrin elmi-tədqiqat işlərinin yerinə yetirilməsi; elmi-texniki tərəqqinin istiqamətlərinə və yüksək səviyyəli mütəxəssislərə olan sosialiqtisadi tələbata uyğun elmi və texniki nailiyyətlərin əsasında mütəxəssislərin hazırlanması; elmi və tədris-tədqiqat işlərinin aparılması; dövlət büdcəli elmi-tədqiqat işlərinin yerinə yetirilməsi; təsərrüfat müqaviləli elmi-tədqiqat işlərinin yerinə yetirilməsi (bu halda tələbələr üçün əmək haqqının müəyyən hissəsi faiz ilə ayrılır); Kafedranın fəal tədris işlərinin müxtəlif formalarından buraxılış işi və kurs işi layihələrindən, tədris və istehsalat təcrübəsindən, tədris prosesində elmi avadanlıqlardan və hesablama texnikasından, tədqiqat və ölçmənin müasir üsullarından, avtomatlaşdırılmış məlumat banklarından və s. istifadə edilməsi; elmi tədqiqatların nəticəsində yaradılmış tədrisin yeni texniki vasitələrinin (laboratoriya işləri, mühazirə kursları, kompüter tədris vasitələri və praktikumlar, proqram paketləri və informasiya ssitemlərinin) tədris prosesində tətbiq edilməsi; tədris prosesi ilə əlaqədar tələbələrin elmi və texniki yaradıcılığının müxtəlif formalarını inkişaf etdirilməsi üzrə yaradılmış Şuralarla birlikdə elmi, metodik və təşkilat işlərinin aparılması;
10 tədrisdən kənar vaxtlarda konstruktor vəlayihə bürolarında, elm-istehsalat dəstələrində, təhsil alan gənclərin elmi-texniki mərkəzlərində işlərin aparılması. 5.2.Tələbə elmi, layihə, konstruktor büro və mərkəzləri kafedranın tərkibində yaradılır.
11 6. Beynəlxalq elmi əməkdaşlıq 6.1.Kafedra xarici ölkələrin təhsil müəssisələri və təşkilatları ilə elmi-texniki əməkdaşlığı müqavilələr əsasında həyata keçirir. 6.2.Beynəlxalq elmi-texniki əməkdaşlıq aşağıdakı məsələləri əhatə edir: elm və texnikanın üstün istiqamətlərinin inkişaf etdirilməsi sahəsində texniki layihələrin xarici ali məktəblər, elmi təşkilatlar ilə birgə işlənməsi; kommersiya əsasında yüksək səmərəli elmi-texniki məhsulların işlənməsi və hazırlanması; birgə tədqiqat aparmaq və elmi problemləri dərindən öyrənmək məqsədilə ali məktəb alimlərinin xaricdə təcrübə keçməsi; müştərək elmi, elmi-texniki laboratoriyaların və müəssisələrin yaradılması, bunların əsasında elmi-texniki məhsulların hazırlanması və müqavilə əsasında elm-istehsalat xidmətlərinin göstərilməsi; elmi-tədqiqat işlərinin yerinə yetirilməsi nəticəsində yaradılan elmtutumlu, aztonnajlı, xırdaseriyalı elmi-texniki məhsulların və proqram vasitələrinin xarici ölkələrdə qəbul edilmiş qaydalar əsasında satılması; qəbul olunmuş qaydalar üzrə lisenziyaların və noyxay ların satılması, elmi-texniki məhsulların qarşılıqlı satışı, hesablama texnikasının, ölçü sistemlərinin texnoloji avadanlıqların icarəyə verilməsi və alınması; nadir elmi avadanlıq, kompüter proqram paketlərinin hazırlaması, marketinq keçirilməsi, sorğu və digər xidmətlərinin göstərilməsi.
12 7. Elmi-tədqiqat işlərinin qeydiyyatı və hesabatı 7.1.Qüvvədə olan texniki-normativ sənədlərə uyğun olaraq kafedrada aparılan elmi-tədqiqat işləri mövcud qaydada dövlət qeydiyyatından keçməlidir. 7.2.Yerinə yetirilən işlər haqqındakı son hesabat aparılan tədqiqatların metroloji və patent nöqteyi nəzərindən işlənməsinin nəticələrini, onların tətbiqi zamanı texniki, iqtisadi və sosial səmərəliliyini qiymətləndirməyə imkan verəcək hesablamaların nəticələrini özündə əks etdirməlidir. Hesabatın mətni, illüstrasiyalar və başqa materiallar müəyyən olunmuş qaydada müəlliflər tərəfindən çap işlərində (məqalə, monoqrafiya, dərslik və s.), həmçinin dissertasiyalarda istifadə oluna bilər. Belə hallarda müəllif mətnlərinin bu materiallarla üst-üstə düşməsi mümkündür Başa çatmış mərhələlərin və bütövlükdə elmi işin alınmış nəticələri, işin təhvil verilmə aktları sifarişçilərin (müqabil tərəflərin) və ya baş təşkilatın nümayəndələrinin, yaxın profilli elmi təşkilatların, başqa kafedraların nümayəndələrinin iştirakı ilə kafedranın iclasında müzakirə olunmalıdır. Başa çatmış təsərrüfat hesablı tədqiqatların qəbul qaydası sifarişçi ilə birlikdə müəyyən edilir. Təsərrüfat müqaviləsi ali məktəb tərəfindən qəbul olunmuş və təsdiq edilmiş son sənədlər olduqda yerinə yetirilmiş hesab olunur. 7.4.Elmi-tədqiqat işlərinin nəticələri hər il Fakultə Elmi Şurasında müzakirə edilməlidir. Kafedra elmi-tədqiqatişlərinin yerinə yetirilməsi haqda tabe olduğu struktur bölmələrə müəyyən edilmiş qaydada uyğun formada və müddətdə hesabat təqdim etməlidir. 7.5.Kafedra elmi-tədqiqat işlərinin hesabatlarının müəyyən edilmiş qaydada, vaxtında təqdim edilməsini və dəqiqliyini təmin edir.
13 8. Elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi 8.1.Dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat işləri aşağıdakılardır: texniki elmlərin fundamental problemləri; Azərbaycan Respublikası elmi-texniki tərəqqisinin kompleks proqramı; yeni texnika və texnologiya yaradılması üçün sahələrarası elmi və elmi-texniki dövlət əhəmiyyətli proqramlar; AzTU elmi şurasının qərarı ilə təşəbbüslü fundamental və axtarış elmi tədqiqatları Kafedrada yerinə yetirilən elmi-tədqiqatlar aşağıdakı mənbələr hesabına maliyyələşdirilir: professor-müəllim heyətinin fərdi iş planları üzrə əsas iş vaxtı müddətində aparılan elmi tədqiqatlar üçün ali məktəbə ayrılan vəsaitlər. dövlət elmi-texniki proqram tapşırıqlarının yerinə yetirilməsi üçün müəyyən edilmiş qaydada dövlət büdcəsindən ayrılan vəsaitlər; müsabiqə əsasında proqramların, layihələrin, mövzuların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər; axtarış və yeni elmi istiqamətlərə ayrılan tədqiqatların maliyyələşdirilməsi üçün ali məkətəblərin elmi-texniki və sosial inkişaf fondundan ayrılan vəsaitlər; sifarişçilərlə müqavilələr əsasında alınan vəsaitlər; Bu elmi-tədqiqatlardan alınan nəticələr elmi hesabat və ya monoqrafiya şəklində hazırlanır və attestasiya, müsabiqə yolu ilə vəzifələrin tutulmasında, professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsində nəzərə alınır.
AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin müdiri təyin olunub
Azərbaycan Texniki Universitetində (AzTU) yeni təyinat olub.
Texnika elmləri namizədi, dosent Malik Qarayev həmin universitetin magistratura və doktorantura şöbəsinin müdiri təyin olunub.
O, yeni təyinata qədər Fövqəladə Hallar Nazirliyi Akademiyasının Tədris şöbəsinin rəisi vəzifəsində çalışıb.
Ehtiyatda olan polkovnikdir.Malik Qarayev – 1990-cı ildə Azərbaycan Texniki Universitetini (keçmiş Azərbaycan Politexnik İnstitutunu) “05.02.08-Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib və gənc mütəxəssis kimi “Maşınqayırma texnologiyası” kafedrasında “tədris ustası” vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1991-1992-ci illərdə Moskva Dövlət Texnoloji Universitetində
elmi stajor kimi təkmilləşdirmə kursunu bitirib.1992-1995-ci illərdə həmin universitetdə məqsədli aspiranturada əyani təhsil alıb,
1995-1996-cı illərdə isə doktorantura qabağı elmi stajor kursunu keçib.1996-cı ildə Moskva Dövlət Texnoloji Universitetində namizədlik dissertasiyasını uğurla müdafiə edib,
texnika elmləri namizədi elmi dərəcəsi alıb.M.F.Qarayev 1990-cı ildə, 1999-2000-ci illərdə AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasında bir sıra ixtisas fənlərindən və digər təhsil müəssisələrində isə “Tətbiqi mexanika”, “Tərsimi həndəsə və mühəndis qrafikası” fənlərindən dərs deyib, 20 ildən çox elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
M.F.Qarayev 1997-2005-ci illərdə Daxili İşlər Nazirliyinin və 2005-2012-ci illərdə Fövqəladə Hallar Nazirliyinin nəzdində baş müəllim, silsilə rəisi, Elmi-Təcrübə və İstehsalat Mərkəzinin rəis müavini və 2012-2019-cu illərdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Tədris şöbəsinin rəisi vəzifələrində çalışıb.
2016-cı ildə dosent elmi adını alıb və 2019-cu ilin mart ayından əmək fəaliyyətini yenidən
AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasının dosenti vəzifəsində davam etdirib.İxtisaslar üzrə 1 dərsliyin, 1 metodik vəsaitin, 1 səmərələşdirici təklifin, 2 tədris-fənn proqramının,
eləcə də, rəsmi təsdiq olunmuş 19 elmi məqalənin və tədris-metodiki işlərin müəllifidir.Təhsil aldığı və xidmət etdiyi dövrlərdə fəxri fərmanlar və döş nişanları ilə,
eləcə də, “Qüsursuz xidmətlərə görə” və 5 yubiley medalı ilə təltif olunub.
2018-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.Ailəlidir, bir oğlu, bir qızı, iki nəvəsi var.
Qeyd edək ki, şöbənin bundan əvvəlki müdiri Elçin Rzayev universitetdə keçirilən
dekan seçkisində iştirak edərək “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı seçilib.
O vaxtdan magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsi vakant olub.Biz də hörmətli Malik müəllimi
yeni vəzifəyə təyin olunması münasibətilə
ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq.
Comments are closed, but trackbacks and pingbacks are open.