Mehman ağayev
Elmi seminarda A.A.Bakıxanov adına Tarix İnstitutunun Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru Vaqif Abışovun “Azərbaycan tarixi” dərsliklərinin vəziyyəti: problemlər və çıxış yolları” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, “Azərbaycan tarixi” kursu xalqın tarixi yaddaşının möhkəmlənməsinə yaxından kömək edir, tarixi keçmişi barədə təsəvvür yaradır, etnik və dil köklərini müəyyən edir. Müstəqillik əldə etdiyimiz 30 illik bir dövr ərzində tariximizlə bağlı yeni-yeni elmi əsərlər, o cümlədən “Azərbaycan tarixi” dərslikləri yazılması təqdirəlayiqdir.
Mədəniyyət
Azərbaycan xalqı qədim, zəngin və özünəməxsus mədəniyyət yaratmışdır. O, bədii yaradıcılığın ən müxtəlif sahələrində, o cümlədən musiqi yaradıcılığı sahəsində də qiymətli sərvətlər meydana gətirmişdir. Muğam dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü dövrə qədər gəlib çatmasında mühüm rol oynayıb. Muğam, Azərbaycan xalq musiqisi kimi öz kökü etibarilə Şərq musiqi mədəniyyətinin lap dərinliklərinə gedir. Muğamın ahəngi Quran oxuyan mouzəçilərdən, melodiyası fars saraylarında çalınan musiqidən, ifa tərzi isə Azərbaycan aşıqları tərəfindən qoyulmuşdur.
Muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Bu sənət Azərbaycan ərazisində yaşayan talışlar, dağlı yəhudilər, ləzgilər, gürcülər, avarlar kimi etnik qruplar arasında da populyardır. Ümumiyyətlə muğamdakı heyrətamiz səsin bəşəri deyil, ilahi musiqi olduğunu fərq etməmək mümkün deyil. Muğam bütün hallarda bizim daxili ovqatımıza təsir edir. O, həmişə yerinə düşür — kədərli və qüssəli anlarımızda da, sevinc və sevgi duyğuları aşıb-daşanda da. Muğam bizi həyatımızın əvvəlindən sonuna qədər daim müşayiət edir. Muğam əsrlər boyu insanı müşayiət edib, ona ruhi saflıq və ucalıq bəxş edərək, ən qədim dövrlərdən bu günə və gələcəyə körpü olub.
Muğam — Şərq ölkələrinin klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Muğam sözü iran-ərəb-türk dilində işlənilən “məqam” sözündən yaranmışdır. “Məqam” sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas (mayə) notu alətin bir pərdəsində olduğu üçün bu ad verilmişdir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır. Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olmuşdur. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi.
Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”, köməkçi muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ Çahargah”dır.
Muğam — Azərbaycanın ənənəvi musiqisinin ən iri janrının ümumi adıdır, muğam formalarının bütün növlərinə şamil olunur, hərçənd onlardan hər birinin öz ayrıca adı mövcuddur. Bu janrı təmsil edən başlıca musiqi formaları — dəsgah (vokal-instrumental və ya sırf instrumental növlər), muğam (vokal-instrumental, solo-instrumental və solo-vokal növləri) və zərbi-muğamdır.
Azərbaycan musiqisində mövcud olan bütün muğam formaları arasında öz miqyasına və bədii ideyasına görə ən böyüyü dəsgahdır. Klassik şərq muğamını yaradanlar və muğam barədə əsas nəzəri fikirlər yürüdənlər Əbu Nəsr Farabi, Əbu Əli ibn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvi və başqaları olmuşlar. Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.
Muğam ifaçılığının yayılmasında və onun pprofessional şəkil almasında XIX yüzilin 20-ci illərindən XX yüzilin əvvəllərinə qədər Azərbaycan şəhərlərində yaranmış ədəbi və musiqi məclisləri böyük rol oynamışlar. Onlardan ən məşhuru Şuşada “Məclisi-Fəramuşan”, “Məclisi-Üns”, Musiqiçilər Cəmiyyəti, Şamaxıda “Beytüs-səfa” və Mahmud ağanın musiqi məclisi, Bakıda “Məcmə-üş-şüəra”, Gəncədə “Divani-hikmət”, Ordubadda “Əncümən-üş-şüəra”, Lənkəranda “Fövcül-füsəha” idi. Bu məclislərdə şairlər, ədiblər, musiqiçilər, sadəcə ziyalı şəxslər, klassik poeziyanın və musiqinin sərrafları və biliciləri toplaşır, muğamları diqqətlə dinləyir, musiqinin və şeirin incə ifası ətrafında müzakirələr aparırdılar. Məclis XIX yüzildə muğamların dinləyicilər qarşısında ifasının başlıca formalarından biri idi və bu ənənənin sönüb getməsi XX yüzilin əvvəllərində musiqi ifaçılığının konsert formasının üzə çıxmasıyla Azərbaycanda musiqi həyatının demokratikləşmə prosesi ilə bağlı olmuşdur. Lakin, məclislər muğamın diqqətlə dinlənilməsinin xüsusi mədəniyyətini, eləcə də muğamın ifasına yüksək bədii tələblər irəli sürən zövqlü, başadüşən dinləyici mühitini (“ariflər məclisi”) formalaşdırmışdı. Məclislər özlüyündən XIX yüzil – XX yüzilin əvvəlində Azərbaycan musiqiçilərinin professional baxımdan kamilləşmələrində güclü stimul rolunu oynamışdı.
Muğam ifaçılığı mədəniyyəti parlaq musiqiçilərin — bütün Qafqazda və İranda məşhur olan xanəndələrin və sazəndələrin bir çox nəsillərinin yaradıcılıq nailiyyətlərindən formalaşmışdır. Keçmişin çox böyük sayda xanəndələrindən yalnız Mirzə Səttar, Hacı Hüsü, Məşədi İsi, Əbülhəsən xan Azər İqbal, Mirzə Muxtar Məmmədzadə, Cabbar Qaryağdı oğlu, Ələsgər Abdullayev, Əbdülbaqi Zülalov, Ağasəid Ağabalaoğlu, Mirtağı Mirbabayev, Məcid Behbudov, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Məşədi Məmməd Fərzəliyev, Hüseynqulu Sarabski, Seyid və Xan Şuşinskilər, Bülbül, Zülfü Adıgözəlov kimi daha parlaq adları qeyd edə bilərik.
Sovet dövründə muğam sənətini xanəndələr Əbülfət Əliyev, Qulu Əsgərov, Nəriman Əliyev, Həqiqət Rzayeva, Yavər Kələntərli, Zəhra Rəhimova, Cahan Talışinskaya, Fatma Mehrəliyeva, Rübabə Muradova, Şövkət Ələkbərova, Töhfə Əliyeva, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, tarzənlər Əhsən Dadaşov, Bəhram Mansurov, Baba Salahov, Kamil Əhmədov, Hacı Məmmədov, Həbib Bayramov, Məmmədağa Muradov, Əmirulla Məmmədbəyli, Ağasəf Seyidov, Firuzə Zeynalova qoruyub saxlamış və inkişaf etdirmişlər.
Xanəndələr İslam Rzayev, Arif Babayev, Əlibaba Məmmədov, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Mənsum İbrahimov, Səkinə İsmayılova, Qəndab Quliyeva, Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Zahid Quliyev, tarzənlər Ağasəlim Abdullayev, Vamiq Məmmədəliyev, Möhlət Müslümov, Firuz Əliyev, Sərvər İbrahimov, kamançaçılar Habil Əliyev, Mirnazim Əsədullayev, Şəfiqə Eyvazova, Fəxrəddin Dadaşov kimi ifaçılar və pedaqoqlar da Azərbaycan muğam ifaçılığı mədəniyyətinə böyük töhfələr vermişlər.
Muğamlarımız, dəsgahlarımız zövq mənbəyi olduğu kimi, nəinki Azərbaycanın tarixi keçmişi ilə bağlı ən zəngin və çox nadir informasiyalarla soydaşlarımızın dünyagörüşünü formalaşdırır, hətta Şərq xalqlarının ictimai-siyasi həyatında baş verən tarixi hadisələrin üzə çıxarılıb müqayisəli şəkildə araşdırılmasında, öyrənilməsində mühüm rol oynayır. 2003-cü il noyabrın 7-də Azərbaycan muğamı UNESCO tərəfindən “bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri” elan edilmiş və onun vətəninin məhz Azərbaycan olduğu qeyd edilmişdir. Heydər Əliyev Fondu 2005-ci ildən davamlı olaraq “Azərbaycan muğamları” layihəsini həyata keçirir. 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğrulu layihədir. Fond tərəfindən 2008-ci ildə hazırlanmış “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir.
Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin inşası, son illərdə respublika muğam müsabiqələrinin, həmcinin dünyanın bir cox ölkəsindən gələn gənclərin iştirak etdiyi Beynəlxalq Muğam Festivallarının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirəcək gənc istedadlı ifaçıları üzə çıxarmaq və muğam sənətini dünyaya təbliğ etmək məqsədi daşıyır. Beynəlxalq Muğam Festivallarının keçirilməsi bütün dünyaya muğamın Azərbaycanın milli sərvəti, həmçinin dünya musiqi xəzinəsinin incisi olmasını bir daha sübut edir.
Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.
UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yazdığı kimi: “Muğam bizim qəlbimizin xüsusi məqamıdır… Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə də biz muğama dönə-dönə qayıdırıq. O artıq bizim həyatımızın bir hissəsi deyil, o bizim özümüzdür.
Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”.
Xalqımızın şərəfli və keşməkeşli tarixini səslərdə əbədiləşdirən muğamlarımız ən ağrılı-acılı günlərimizdə həm də təskinliyimizdir. Heyrətamiz hisslər, düşüncələr, müdriklik mənbəyi olan muğam bütün hallarda – qüssəli, sevincli anlarımızda ovqatımıza təsir edir, azadlığa və müstəqilliyə qovuşduğumuz anların fərəhini yaşadır və bizləri qələbəyə səsləyir.
Mehman ağayev
Azərbaycan Respublikası
Təhsil Nazirinin 25.06.2007–ci il tarixli,
752 saylı əmri ilə təsdiq edilmişdir.
Redaktor: prof. M. M. Ağayev
Rəyçilər: prof. K. İ. Abdullayev
prof. C. T. Məmmədov
Mehman Ağayev, “Nefrologiya”
“ bilov, Zeynalov v o ullar ”, Bakı- 2007, 352 səh.
Təqdim olunan kitabda nefroloji biliklərin müasir səviyyəsinə uyğun
olaraq böyrək və sidik yollarının anatomo-funksional vəziyyəti, onların
müayinə üsulları və böyrək xəstəlikləri zamanı müşahidə olunan əsas
kliniki sindromlar verilmişdir. İfrazat sistemi orqanlarının əsas xəstəlikləri
– qlomerulonefrit, sidik yollarının infeksiyaları, interstisial nefrit, böyrək
vərəmi, polikistozu, şişləri, onların etiologiyası, patogenezi, klinikası,
diaqnostikası və müalicəsi haqda müasir məlumatlar təqdim olunmuşdur.
Eyni zamanda orqanizmin başqa orqanlarının patoloji prosesləri – şəkərli
diabet, hamiləlik, sistem xəstəlikləri, amiloidoz zamanı böyrəklərin
zədələnməsi, müasir kliniki-laborator diaqnostika və müalicə
işıqlandırılmışdır.
Kitab terapevtlər, Tibb Universiteti tələbələri, nefroloqlar, uroloqlar,
praktiki və ailə həkimləri üçün nəzərdə tutulmuşdur.
“Azərbaycan tarixi” dərsliklərinin vəziyyəti, problemlər və çıxış yolları müzakirə olunub
AMEA-nın İctimai Elmlər Bölməsinin “Azərbaycan tarixi” dərsliklərinin vəziyyəti: problemlər və çıxış yolları” mövzusuna həsr olunan elmi seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva Azərbaycanın qədim və zəngin dövlətçilik tarixinə malik olduğunu, xalqımızın bir çox tarixi hadisələrə şahidlik etdiyini, adət-ənənələri, mədəniyyəti ilə bəşəriyyətin inkişafına töhfələr verdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan tarixi sovet hakimiyyəti illərində bir çox təhrifə məruz qalıb, xalqımızın tarixi, soykökü unutdurulmağa çalışılıb. SSRİ dövründə tarix dərsliklərində Babəklə bağlı təhriflərə yol verilməyə çalışılsa da, ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində bunun qarşısı alınıb.
Akademik Gövhər Baxşəliyeva bildirib ki, ölkəmizin müstəqillik əldə etməsindən ötən 30 il ərzində AMEA-da Azərbaycanın qədim və zəngin dövlətçilik tarixi ilə bağlı sistemli tədqiqatlar aparılıb, bir çox kitablar, monoqrafiyalar, məqalələr çap edilib. Xüsusilə ermənilərin Qafqazın aborigen xalqı deyil, sonradan bu ərazilərə köçürülmələri ilə bağlı tədqiqatlar mühüm yer tutur. Bu tədqiqatlar dövlətçiliyimizi gücləndirib, milli mənsubiyyətimizin inkişafına əməli töhfə verib.
G.Baxşəliyeva bu araşdırmaların gələcək nəsillərə çatdırılmasının önəminə toxunaraq, “Azərbaycan tarixi” dərsliklərinin dolğun və vahid milli konsepsiya əsasında hazırlanmasının vacibliyini bildirib.
Elmi seminarda A.A.Bakıxanov adına Tarix İnstitutunun Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru Vaqif Abışovun “Azərbaycan tarixi” dərsliklərinin vəziyyəti: problemlər və çıxış yolları” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, “Azərbaycan tarixi” kursu xalqın tarixi yaddaşının möhkəmlənməsinə yaxından kömək edir, tarixi keçmişi barədə təsəvvür yaradır, etnik və dil köklərini müəyyən edir. Müstəqillik əldə etdiyimiz 30 illik bir dövr ərzində tariximizlə bağlı yeni-yeni elmi əsərlər, o cümlədən “Azərbaycan tarixi” dərslikləri yazılması təqdirəlayiqdir.
V.Abışov ali məktəb tələbələri üçün nəzərdə tutularaq yazılmış “Azərbaycan tarixi” dərsliklərində tariximizin ayrı-ayrı dövrlərinə, xüsusilə tariximizin qədim dövrü ilə bağlı hadisələrə fərqli yanaşmalar olduğunu deyib. Qeyd edilib ki, bu yanaşmalar xüsusilə Azərbaycan xalqının formalaşması məsələlərində özünü göstərir. Bu da öz növbəsində tələbə və geniş oxucu kütləsi üçün çaşqınlıq yaradır: “Qədim zamanlardan azərbaycanlıların soykökünün bu ərazi ilə bağlı olması, Azərbaycan xalqının yaranması və formalaşmasında bilavasitə iştirak edən türk etnoslarının qədimdən burada yaşamaları barədə mövzular XX əsrin 60-cı illərindən başlayaraq tədqiqat obyektinə çevrilib və son illərdə daha da genişləndirilib. Bu müddəanın əsas məzmununu qədim zamanlardan Azərbaycanda və qonşu ərazilərdə türk etnoslarının məskun olması fikri təşkil edir. İbtidai icma quruluşundan başlamış, ta günümüzədək olan dövrün tarixinin bir nəfərin “qələmindən” çıxması qeyri-mümkündür. Əlbəttə, bir nəfər tariximizin bütün dövrlərinin dərin bilicisi ola bilməz”.
Şöbə müdiri sözügedən problemlər ətrafında təkliflərini də səsləndirib. Təhsil Nazirliyində, AMEA-nın müvafiq institutlarında, eləcə də ali məktəblərdə çalışan mütəxəssislərdən ibarət komissiyanın yaradılmasını və ilkin olaraq universitetlərdə tədris olunan “Azərbaycan tarixi” dərsliklərinin monitorinqinin keçirilməsini təklif edib. Həmçinin ciddi təhlil olunduqdan və xüsusi ekspert qrupunun razılığından sonra “Azərbaycan tarixi” dərsliklərinin çapına icazə verilməsini məqsədəuyğun hesab edib. “Azərbaycan tarixi” dərsliyinin yazılmasında özbaşınalıqların qarşısını almaq üçün aidiyyəti qurumlar tərəfindən ciddi ölçü götürülməsinin və müəyyən edilmiş qaydalara əməl olunmasının vacibliyini bildirən alim hər kəs tərəfindən “Azərbaycan tarixi” dərsliklərinin çapına icazə verilməməsinin önəminə toxunub.
Məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Mövzu ilə bağlı çıxış edən İctimai Elmlər Bölməsinin Elmi şurası sədrinin müavini akademik Nərgiz Axundova, Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürov sözügedən məsələyə münasibət bildirib, təkliflərini bölüşüblər. Həmçinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri professor Hidayət Cəfərov, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri dosent Mehman Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri dosent Firdovsiyə Əhmədova və başqaları çıxış edərək məruzədə toxunulan problemlərin aktual olduğunu bildirib, onların həlli ilə bağlı təkliflərini səsləndiriblər. Təkliflərdə dərsliklərin hazırlanması məqsədilə işçi qrupunun yaradılması və vahid milli konsepsiya əsasında “Azərbaycan tarixi” dərsliklərinin hazırlanmasının vacibliyi vurğulanıb.
Comments are closed, but trackbacks and pingbacks are open.