Press "Enter" to skip to content

Dərsliklərlə bağlı yeniliklər

Aydındır ki, diaqnostik qiymətləndirmə ilə təhsilalanın dərs ilinin, yeni bölmənin əvvəlində, sinfə yeni təhsilalan qəbul edildikdə aparılır. Formativ qiymətləndirmə – təhsilalanın fəaliyyətinin izlənilməsi və onun müvafiq alt məzmun standartı üzrə əldə etdiyi biliyin bacarığa çevrilmə səviyyəsinin qiymətləndirilməsi hər bir dərsdə (dərs başlayandan bitənədək) həyata keçirilir. Kiçik (böyük) summativ qiymətləndirmə isə müvafiq tədris vahidi (bölmə, yarımil) üzrə reallaşdırılmış alt məzmun standartları üzrə təhsilalanın nailiyyət səviyyəsinin qiymətləndirilməsi üçün aparılır. Bu qiymətləndirmələrin nəticəsi olaraq təhsil müəssisələrində təhsilverənin qiymətləndirmə prosedurunda subyektiv rolu demək olar ki, minimuma endirilir və nəticə etibarı ilə təhsilalanın mövcud vəziyyəti – nəyi hansı səviyyədə necə bildiyi, ondan necə istifadə etdiyi və s. düzgün müəyyən edilir. Bu qiymətləndirmələr nəinki təhsilalan, təhsilverən və idarəedənlərə, həmçinin valideynə də övladının inkişafı barədə düzgün məlumat verir.

Metodik vəsaitlər

Bu gün həyata keçirilməkdə olan Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında müəllim amilinin təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynadığı, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsirinin onun akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılı olduğu qeyd edilib. Bu isə ümumtəhsil məktəblərində çalışanları məsuliyyət hissini dərk etməyə sövq edir və təhsil müəssisələrində həm təhsilalanların, həm təhsilverənlərin, həm də idarəedənlərin fəaliyyətinin qiymətləndirilməsinə yeni yanaşmaların tətbiqini tələb edir.

Ümumtəhsil məktəblərinin yeni təhsil standartı və proqramları tətbiq olunan siniflərində təhsilalanların qiymətləndirilməsi Azərbaycan Respublikası təhsil nazirinin 02.09.2013-cü il tarixli 792 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti Təlimat” əsasında aparılır.

Təhsilalanın fəaliyyətinin və nailiyyət səviyyəsinin qiymətləndirilməsi üçün qəbul edilmiş hüquqi normativ sənədlərdə məktəbdaxili qiymətləndirmənin üç növündən – diaqnostik, formativ və summativ (kiçik və ya böyük) qiymətləndirmələrdən istifadə olunduğu vurğulanır.

Aydındır ki, diaqnostik qiymətləndirmə ilə təhsilalanın dərs ilinin, yeni bölmənin əvvəlində, sinfə yeni təhsilalan qəbul edildikdə aparılır. Formativ qiymətləndirmə – təhsilalanın fəaliyyətinin izlənilməsi və onun müvafiq alt məzmun standartı üzrə əldə etdiyi biliyin bacarığa çevrilmə səviyyəsinin qiymətləndirilməsi hər bir dərsdə (dərs başlayandan bitənədək) həyata keçirilir. Kiçik (böyük) summativ qiymətləndirmə isə müvafiq tədris vahidi (bölmə, yarımil) üzrə reallaşdırılmış alt məzmun standartları üzrə təhsilalanın nailiyyət səviyyəsinin qiymətləndirilməsi üçün aparılır. Bu qiymətləndirmələrin nəticəsi olaraq təhsil müəssisələrində təhsilverənin qiymətləndirmə prosedurunda subyektiv rolu demək olar ki, minimuma endirilir və nəticə etibarı ilə təhsilalanın mövcud vəziyyəti – nəyi hansı səviyyədə necə bildiyi, ondan necə istifadə etdiyi və s. düzgün müəyyən edilir. Bu qiymətləndirmələr nəinki təhsilalan, təhsilverən və idarəedənlərə, həmçinin valideynə də övladının inkişafı barədə düzgün məlumat verir.

Bu gün ümumtəhsil məktəblərinin I-IX siniflərində dərs aparan müəllimlər təhsilalanların qiymətləndirilməsi ilə bağlı kifayət qədər bilik, bacarıq və səriştələrə yiyələnmişlər. Bununla belə, məktəblərdə çalışan müəllimlərin müəyyən hissəsinin və yeni işə başlayan gənc müəllimlərin metodik köməkliyə ehtiyacı var. Bunları nəzərə alaraq işlədiyim Bakı şəhərinin 83 nömrəli məktəb-liseyində şagird nailiyyətlərinin qiymətləndirlməsi baxımından müəyyən işlərin görüldüyünü qeyd etmək istərdim.

Məktəb-liseydə təhsilalanların istər diaqnostik, istər formativ, istərsə də summativ qiymətləndirilmələrinin aparılması üçün qabaqcıl, peşəkar və səriştəli müəllimlərdən ibarət monitorinq və qiymətləndirmə üzrə işçi qrupu yaradılmışdır. İşçi qrup fənlərə aid müvafiq alt məzmun standartları üzrə diaqnostik, formativ və summativ qiymətləndirmə vasitələrinin yaradılmasına, aparılmasına və qiymətləndirilməsinə rəhbərlik və nəzarəti həyata keçirir.

Hazırda müəllimlərin əksər hissəsi müəyyən təlimlərdə iştirak edib müvafiq setifikatlar alsa da onların səviyyəsinin yüksəldilməsi qayğısına qalınması məktəb rəhbərliyinin ümdə vəzifələrindən sayılır. Dövlət Strategiyasında da qeyd edildiyi kimi, təhsilalanın səviyyəsi təhsilverənin səviyyəsi ilə müəyyən olunur. Bu baxımdan məktəb-liseydə fəaliyyət göstərən Elmi-Metodik Şuranın fəaliyyətini qənaətbəxş hesab etmək olar. Belə ki, son iki ildə məktəb-liseydə seminar fəaliyyət göstərir. Bu seminarda qabaqcıl, təcrübəli, novator müəllimlərin təqdimatları dinlənilir, gənc müəllimlərin fəaliyyətinə istiqamət verilir, onlara lazımi elmi-metodiki köməklik göstərilir. Ardıcıl və sistemli şəkildə aparılan işlərin nəticəsidir ki, ümumtəhsil məktəblərində işləyən müəllimlərə metodik köməkliyin göstərilməsi məqsədi ilə məktəb-liseyin müəllimləri tərəfindən hazırlanmış metodik vəsaitlər – o cümlədən, Azərbaycan dili və ədəbiyyat müəllimlərindən Vüsalə Ağayevanın “Təhsilalanın Azərbaycan dilindən bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri” (8-ci sinif, Bakı. 2016), AMEA-nın filologiya elmləri üzrə fəlsəfə doktoru proqramı üzrə doktorantı Mehri Quliyevanın “Ümumtəhsil məktəbinin VII sinfində təhsilalanın Azərbaycan dilindən fəaliyyətinin izlənilməsi və biliyinin bacarığa çevrilmə səviyyəsinin qiymətləndirilməsi üçün rubriklər” və “Ümumtəhsil məktəbinin VII sinfində təhsilalanın ədəbiyyatdan fəaliyyətinin izlənilməsi və biliyinin bacarığa çevrilmə səviyyəsinin qiymətləndirilməsi üçün rubriklər” (Bakı, 2015)”, riyaziyyat müəllimləri Nəbi Mahmudov, Dursun Abdullayev və Vəfa Sadıxovanın “V sinif şagirdlərinin riyaziyyatdan bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri” və “VI sinif şagirdlərinin riyaziyyatdan bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri” (Bakı, 2014), Nəbi Mahmudov və Fəridə Xəlilovanın (Şamaxı şəhər 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi) “IV siniflərdə təhsilalanın riyaziyyatdan fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün rubrik nümunələri” (Bakı, 2016), tarix müəllimləri Sevinc Allahverdiyevanın “VI sinif şagirdlərinin Azərbaycan tarixindən bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri” və “VI sinif şagirdlərinin ümumi tarixdən bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri” (Bakı, 2015), Natavan Mustafayevanın “VII sinif şagirdlərinin Azərbaycan tarixindən bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri” və “VII sinif şagirdlərinin ümumi tarixdən bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri” (Bakı, 2015), təsviri incəsənət müəllimi, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi (2015) Xatirə Xudiyevanın “Ümumi orta təhsil səviyyəsində təhsilalanın təsviri incəsənətdən bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri” (Bakı, 2015), ingilis dili müəllimi Günay Zülfüqarovanın “Təhsilalanın ingilis dilindən bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri” (Bakı, 2016), Azərbaycan bölməsində rus dili müəllimi Aynur Əhmədovanın “İbtidai təhsil səviyyəsində təhsilalanın Azərbaycan dili (dövlət dili kimi) fənnindən bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri” (Bakı, 2015) vəsaitləri çap olunmuşdur. Bu vəsaitlərdən istifadə edərək müəllimlərimiz təhsilalanların fəaliyyətinin hər bir alt məzmun standartı üzrə izlənilməsini və qiymətləndirilməsini həyata keçirirlər. Həmçinin bu vəsaitlərdən onların

Bakı şəhərinin müxtəlif ümumtəhsil məktəblərində çalışan həmkarları da istifadə edirlər. Məktəb-liseyin tarix müəllimləri Afaq Vəliyevanın Natavan Mustafayeva ilə birlikdə son iki tədris ili ərzində hazırladığı və 2016-cı ilin zəfərli aprel hadisələrini də özündə əks etdirən “Qarabağ tarixi” adlı vəsaiti ulu öndərin ad günündə – 10 may 2016-cı ildə işıq üzü gördü.

Bununla yanaşı məktəb-liseyin müəllimləri (Nəbi Mahmudov, Nizami Ağayev, Fatma Hacıyeva) tərəfindən şagirdlərin həm fəaliyyətinin, həm də nailiyyət səviyyəsinin qiymətləndirilməsi üçün I-V siniflər üçün İnformatikadan və V siniflər üçün riyaziyyatdan formativ və summativ qiymətləndirmə vasitələri hazırlanmışdır. Həmçinin 2014-2016-cı illərdə məktəb-liseyin riyaziyyat müəllimi Nəbi Mahmudovun ibtidai sinif müəllimləri Səbinə Seyidl və Fəridə Xəlilova ilə birlikdə “IV siniflərdə təhsilalanların riyaziyyatdan fəaliyyət səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri”, Nəbi Mahmudov və Nizami Ağayevin “Ümumi orta təhsil səviyyəsində sinifdaxili qiymətləndirmə vasitələrinin hazırlanması” məqalələri dərc olunmuşdur. Hazırda müəllimlərimiz bu vəsaitlərdən istifadə edir və onların praktik olaraq təkmilləşdirilməsi üçün məqsədyönlü iş aparırlar.

Artıq Azərbaycan dili və ədəbiyyat müəllimləri Rəna Vəliyevanın “Azərbaycan dili və ədəbiyyatdan təhsilalanın fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi nümunələri”, Vəsilə Hüseynovanın “Təhsilalanın Azərbaycan dilindən bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri” və “Təhsilalanın ədəbiyyatdan bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri” (6-cı sinif Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün), riyaziyyat müəllimləri Nəbi Mahmudov və Rəna Rzayevanın “IX siniflərdə təhsilalanın fəaliyyətinin qiymətləndirilməsi üçün rubriklər”, fizika elmləri üzrə fəlsəfə doktoru, əməkdar müəllim Nizami Ağayevin “VI siniflərdə təhsilalanların fəaliyyətinin qiymətləndirilməsi üçün rubrik nümunələri”, tarix müəllimi Natavan Mustafayevanın “VIII sinif şagirdlərinin ümumi tarixdən fəaliyyətinin qiymətləndirilməsi üçün rubriklər”, təsviri incəsənət müəllimi Xatirə Xudiyevanın “İbtidai təhsil səviyyəsində təhsilalanın təsviri incəsənətdən bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri”, texnologiya müəllimi Ehtiram Eminovun “V və VI siniflərdə texnologiyadan şagirdin fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi nümunələri” adlı vəsaitləri hazırlanmış, ilkin rəy alınmaq üçün Elmi-Metodik Şuraya təqdim olunmuşdur. Müvafiq müsbət rəy alındıqdan sonra onların yeni dərs ilinin ilk aylarında nəşriyyata təqdim edilməsi nəzərdə tutulur. Biz 2016-2017-ci tədris ilində də başladığımız işləri uğurla davam etdirəcək və bununla da ölkəmizin ümumtəhsil məktəblərində təhsilalanların səriştəlilik, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə öz töhfəmizi vermək üçün səy və bacarığımızı əsirgəməyəcəyik.

Nəbi Mahmudov,
Bakı şə h ə ri 83 nömr ə li m ə kt ə b-liseyin direktoru, riyaziyyat üzr ə f ə ls ə f ə doktoru

Dərsliklərlə bağlı yeniliklər

Dərsliklərlə bağlı yeniliklər &2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulur.

2 İyul , 2020 10:15

https://static.report.az/photo/5c9943ab-ab1b-3296-a2d4-13ae6e38bb95.jpg

2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulur. Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün bəzi dərsliklər yenidən tərtib edilib, bəziləri isə təkmilləşdirilib. Həmçinin növbəti tədris ilində birinci siniflər üçün Azərbaycan dili (tədris dili) və riyaziyyat fənləri üzrə dərsliklər iki hissəli nəşr ediləcək. Dərsliyin I hissəsi tədris ilinin birinci, II hissəsi isə ikinci yarısını əhatə edəcək. I siniflər üçün musiqi və texnologiya, V siniflər üçün fiziki tərbiyə, rus dili (ikinci xarici dil) və ingilis dili (ikinci xarici dil) dərslikləri ilk dəfədir tərtib edilib. Əvvəllər bu dərsliklər mövcud deyildi və fənnin tədrisi müəllim üçün hazırlanan metodik vəsaitlər vasitəsilə həyata keçirilirdi. I, V və IX siniflər üçün xarici dil fənni üzrə dərsliklərə müvafiq audio fayllar əlavə edilib. Audio fayllar həmçinin I sinif musiqi, V sinif “Azərbaycan dili (dövlət dili)” dərslikləri üçün də hazırlanıb. Bu ildən etibarən I sinifdə təhsil alanlar üçün hazırlanan bütün dərsliklərin istifadə müddəti də dəyişdirilir. Belə ki, əvvəl bu dərsliklər üçün istifadəyə yararlılıq müddəti dörd tədris ili təyin olunurdusa, bu ildən etibarən bir tədris ili təyin olunacaq. Bu, həm də bəzi tapşırıqların şagirdlər tərəfindən dərslik üzərində həll edilməklə yerinə yetirilməsinə imkan yaradacaq.

Metodik Vəsaitlər

Teleqram Və İnstaqram Kanallarına abone olmaqla sizə lazim olan pdf-ləri əldə edə bilərsiz . İzahının istədiyiniz mövzuları qeyd .

5 лет назад

Summativler~Sinif dərslikləri və müəllim üçün metodik vəsaitlər (pdf yüklə)~KSQ~bütün fənlər üzrə.

Salamlar Biz AZERBAYCANLI youtuber olmaq istəyirik. Kanalimizda vlog, alış-veriş, rəsm, egitim, moda, hack – qisasi həyatınızı .

1 месяц назад

metodik vəsait yükləmə

1 год назад

“Azərbaycan rəqsi oğlan və qızlar üçün” adlı metodiki vəsait

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı Xoreoqrafiya .

3 месяца назад

7 -ci Sinif müəllimlər üçün yeni Ingilis dili metodik vəsait #ingilisdili #cavablar#müəllim

Teleqram Və İnstaqram Kanallarına abone olmaqla sizə lazim olan pdf-ləri əldə edə bilərsiz . İzahının istədiyiniz mövzuları qeyd .

4 года назад

Məktəbəhazırlıq qruplarında işləyən müəllimlərə metodik tövsiyələr

Məktəbəhazırlıq qruplarında işləyən müəllimlərə metodik tövsiyələr.

3 месяца назад

10-cu sinif İngilis dili müəllimlər üçün yeni metodik vəsait.#ingilisdili #metodik #dərslik

ingilis dili metodik vəsait 6 cı sinif ingilis dili metodik vəsait 2 ci sinif ingilis dili metodik vəsait 3cu sinif ingilis dili metodik vəsait 9 .

3 месяца назад

10cu sinif İngilis dili metodik vəsait Müəllimlər üçün yeni dərslik.#ingilisdili #dərslik #metodika

Teleqram Və İnstaqram Kanallarına abone olmaqla sizə lazim olan pdf-ləri əldə edə bilərsiz . İzahının istədiyiniz mövzuları qeyd .

4 года назад

Metodik tövsiyələr. Qaydalı oyun nümunələri

Metodik tövsiyələr. Qaydalı oyun nümunələri.

Comments are closed, but trackbacks and pingbacks are open.