Press "Enter" to skip to content

Milli kitabxananın biblioqrafik məlumat kitabı

Festivalın açılışından sonra qonaqlar sərgidə mövzu üzrə qruplaşdırılmış və gözəl düzülmüş 3 minə yaxın adda ədəbiyyatla tanış oldular.Nəfis tərtibatlı, qiymətli kitablar böyük maraqla seyr edildi.

Milli kitabxananın biblioqrafik məlumat kitabı

Çağırır indi bütün milləti imdada Vətən, Dəyişilməz ey oğul, cənnətə dünyada Vətən.

B.Vahabzadə

You are here

Görkəmli kitabxanaşünas alimin yubileyi keçirildi

Milli Kitabxanada BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin sədri, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun 85 illik yubileyinə həsr olunmuş tədbir və “Abuzər Xələfov. Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Abuzər Xələfovun kitabxanaşünaslıq sahəsində əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, onun bu mövzuda kitabları, araşdırma yazıları hər zaman ölkəmizin kitabxana ictimaiyyətinin köməyinə çatır.

“Abuzər Xələfov. Biblioqrafik məlumat kitabı” haqqında məlumat verən K.Tahirov bildirib ki, kitabxanaşünas alimin anadan olmasının 85, elmi-pedaqoji fəaliyyətinin 65 illiyinə həsr olunmuş kitabda müəllifi olduğu dərsliklər, dərs vəsaiti, monoqrafiya, metodik göstəriş və proqramları, elmi məqalələr və digər materiallar haqqında məlumat toplanıb. Nəşrdə həmçinin professorun elmi rəhbəri olduğu fəlsəfə doktorluğu dissertasiyaları, redaktə etdiyi elmi işlər haqqında da materiallar öz əksini tapıb.
Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini icra edən Aslan Cəfərov nazirlik adından yubilyarı təbrik edərək, alimin faydalı ömür yaşadığını, böyük bir kitabxanaşünaslıq məktəbi yaratdığını, milli kitabxanaşünas-biblioqraf kadrların hazırlanmasında səmərəli işlər gördüyünü bildirib. Qeyd edib ki, kitabxana işində bir çox ilklərə imza atan Abuzər Xələfovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Həmçinin onun elmi-pedaqoji fəaliyyətinin bəhrəsi olaraq Azərbaycanda yüzlərlə insan kitabxana işində fəxri adlara, təltiflərə layiq görülüb.
Bakı Dövlət Universiteti (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov, universitetin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov, Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva və digər çıxış edənlər Abuzər Xələfovun kitabxana işinin təşkilində novator alim kimi geniş biliyə, zəngin təcrübəyə malik olmasından, bu sahədə ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlərindən danışıblar.
Sonda Abuzər Xələfov tədbirin keçirilməsinə görə Milli Kitabxanaya və biblioqrafiyanın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Görkəmli alimin yaradıcılığını, kitabxanaşünaslıq tarixində əvəzsiz xidmətlərini özündə əks etdirən “Abuzər Xələfov 85” adlı kitab sərgisi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Milli kitabxananın biblioqrafik məlumat kitabı

2005-ci ildən Milli Kitabxanada Elektron kataloqun tərtibinə başlanmışdır və milli ədəbiyyata dair təsvir məlumat bazasına daxil edilir.

Kitabxanada oxucu sorğularının müxtəlifliyi ilə əlaqədar olaraq: Ümumi oxu zalı, Sahəvi elmi zallar, Dövri mətbuat, Not-musiqi, Xarici ədəbiyyat zalları oxucuların xidmətindədir.

2000-ci ildən fəaliyyət göstərən İNTERNET zalda oxucuların Beynəlxalq İNTERNET şəbəkəsinə qoşulmaq imkanı yarandı.

Azərbaycan Arxivi şöbəsində və Nadir kitablar bölməsində qədim tariximizin müxtəlif dövrlərini əks etdirən nadir və qiymətli nəşrlər, miniatür kitablar kolleksiyası saxlanılır.

Kütləvi tədbirlər, sərgilər, seminar və konfranslar, kitab təqdimatları, yazıçı və elm adamları ilə görüşlər oxuculara xidmət işində, ədəbiyyatın təbliğində mühüm rol oynayır.

19.01.07 tarixində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının sərgi zalında �20 yanvar-Yaddaşımızın qanlı səhifəsi� başlıqlı kitab sərgisi keçirildi.

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru K.Tahirov açdı. K.Tahirov çıxışında bir daha dəhşətli gecəni qısaca olaraq xatırladı və üstündən 17 il keçməsinə baxmayaraq hələ də xalqımızın bu günü hörmətlə andığını qeyd etdi. Çıxışdan sonra söz Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini, Milli Akademiyasının müxbir üzvü, professor Sevda Məmmədəliyeva və Kitabxana sektorunun müdiri Fikrət Babayevə verildi. Çıxışda qonaqlar gənclərimizi bu faciəni unutmamağa çağırdı və bu işdə Milli Kitabxananın rolunun böyüklüyünü bir daha vurğuladılar.

Daha sonra Milli Kitabxananın işçiləri X.İsmayılova və S.Məmmədli öz hisslərini şer parçaları ilə bildirdilər.

Tədbirin sonunda sərgiyə b

axış keçirildi. Sərgidə qanlı faciəni əks etdirən 100-ə yaxın ədəbiyyatdan istifadə olunmuşdur. Ədəbiyyat siyahısına həmçinin qəzet və jurnal materialları da daxil idi.

26 dekabr 2006-cı il tarixində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Hökuməti ilə yaponiya Hökuməti arasındakı müqaviləyə əsasən Milli Kitabxanaya mədəni qrant çərçivəsində hədiyyə edilmiş müasir tipli elektron avadanlıqların təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tadahiro Abe, dəvət olunmuş qonaqlar və media nümayəndələri iştirak etmişdir.

Alınmış bu avadanlıqlar vasitəsilə milli ədəbiyyat mikrofilmlərə, not-musiqi ədəbiyyatı və qramplastinkalar isə SD disklərə, audiokasetlərə köçürülməsinə və oxunmasına imkan yaranacaqdır. Eyni zamanda kitabxananın böyük akt zalı müxtəlf tədbirlərin və təqdimetmə mərasimlərin keçirilməsinə kömək məqsədilə elektron akkustika və səsgücləndirici avadanlıqlarla təchiz olunmuşdur.

Bütün bu göstərilənlər, habelə, həmin avadanlıqlardan istifadə edənlərin öyrədilməsi üçün yapon mütəxəssisləri tərəfindən treninqlər keçirilmişdir.

Bu layihənin həyata keçirilməsi nəticəsində 10 illərdən bəri mühafizə olunaraq saxlanılan qiymətli milli ədəbiyyatın oxucuların istifadəsinə mikrofilmləri, qramplastinkaların və not ədəbiyyatının istifadəçilərinə isə CD və audio diskləri veriləcək, onların orijinalları isə etibarlı şəkildə xüsusi temperatur və rütubət rejimində mühafizə olunacaqdır.

Bununla da Avropa Birliyinin ayırdığı texniki yardım əsasında tamamilə yenidən qurulan kitabxananın binasında müasir tipli elektron avadanliqların quraşdırılması oxucuların kitabxanadan daha səmərəli istifadə etməsinə və kitab fondlarının etibarlı mühafizəsinə tam şərait yaranacaqdır.

Dekabr ayının 22-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundov adına Milli Kitabxana görkəmli alim, əməkdar elm xadimi, BDU-nin Kitabxanaşünaslıq kafedrasının müdiri, professor Abuzər Xələfovun anadan olmasının 75, elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirmişlər. Saat 17 00 -da Milli Kitabxanada �Abuzər-Xələfov: Biblioqrafik məlumat kitabı�nın təqdimatı və �Abuzər Xələfov-75� adlı kitab sərgisinin açılışı olmuşdur. Tədbiri giriş sözü ilə açan Milli kitabxananın direktoru K.Tahirov Professor A.Xələfovun keçdiyi şərəfli həyat yolundan bəhs etmiş, onun kitabxanaçılıq elminin inkişafında əvəzsiz xidmətlərindən danışmışdır. Çıxış edənlər: BDU-nin dosenti Nadir İsmayılov, BDU-nin kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, professor X.İsmayılov və digərləri, professor A.Xələfovun elmi fəaliyyətindən, yeni nəşr edilmiş �Abuzər Xələfov: Biblioqrafik məlumat kitabı�nın dəyərlərindən geniş məlumat verdilər.

Daha sonra yubileylə bağlı tədbirlər silsiləsinin davamı olan Təntənəli Yubiley Mərasimi Azərbaycan Dövlət Mahnı Teatrında davam etdi. Mərasimdə Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, BDU-nin rektoru, millət vəkili Abel Məhərrəmov, Azərbaycan Təhsil Naziri Misir Mərdanov və Milli Kitabxananın direktoru K.Tahirov, BDU-nin kitabxanaçılıq-informasiya fakültəsinin dosenti R.Kazımov çıxış edərək, ürək sözlərini dedilər. Tədbir rəsmi hissədən sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə maraqlı bədii hissə ilə başa çatdı.

12 dekabr 2006-cı il tarixində Ümummilli liderimiz Heydər Əliraza oğlu Əliyevin xatirəsini anma münasibəti ilə M.F.Axundov adına Milli Respublika kitabxanasının sərgi zalında geniş kitab sərgisi açılmışdır. Sərgidə 83 ədəd H. Əliyevin yaradıcılığı, həyat və iş fəliyyəti haqqında ədəbiyyat öz əksini tapmışdı r.

Oktyabr ayının 25-dən 31-nə qədər Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Respublikamızda �Yad d an çıxmaz Qarabağ� adı altında aksiya keçirilir və bu səbəbdən M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın xarici ədəbiyyat zalında geniş konfrans keçirildi. Konfransda Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, Milli Məclisin deputatı Həvva Məmmədova, �Ulduz� jurnalının redaktoru Elçin Hüseynov, �525�-ci qəzetin redaktoru Rəşad Məcid, yazıçı Əli Əmirli, Azərbaycan Teatr cəmiyyətinin sədri Azərpaşa Nemətov, Mədəniyyət və Turizm Nazirliyinin İdarə rəisi Fikrət Babayev, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat İdarəsinin müd i ri Çingiz Əlioğlu, Əliməmməd Salayev, bəstəkar Səyavuş Kərimi iştirak etmişdilər.

Konfransdan sonra konfrans iştirakçıları M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın sərgi zalında �Ya d dan çıxmaz Qarabağ� başlığı altında geniş kitab və jurnal materiallarından ibarət sərgiyə dəvət olundular. Sərginin açılışını Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev etdi və bu aksiyanın nə qədər böyük əhəmiyyəti olduğunu vurğuladı. Çıxışlardan sonra sərgiyə baxış keçirildi.

Sərgi aşağıdakı bölmələrdən ibarətdir:

  1. Qarabağın tarixi;
  2. Qarabağ işğal altında;
  3. Musiqili Qarabağ;
  4. Qarabağın görkəmli şəxsiyyətləri;
  5. Qarabağ bədii ədəbiyatda.

Sərgidə 400-ə qədər ədəbiyyat və Şuşa Mədəniyyət evinin rəsmləri böyük marağa səbəb olmuşdur.

06.10.06 tarixində R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yazıçı-publisist Soltanməcid Qənizadənin anadan olmasının 140 illiyi münasibəti ilə yubiley gecəsi keçirildi. Bu tədbirdə M.F.Axundov adına Milli Kitabxana kitab sərgisi ilə iştirak etdi. Sərgidə yazıçının həyat və yaradıcılığını özündə əks etdirən 40-dan çox ədəbiyyat nümayiş etdirildi.

Kitabların əksəriyyətinin Milli Kitabxananın arxivindən olduğu üçün qonaqlar və mediya nümayəndələri tərəfindən böyük maraqla qarşılandı.

“Azərbaycanda Rusiya ili” çərçivəsində 14-16 sentyabr 2006-ci ildə Bakıda I Beynəlxalq Rus kitabı Festivalı keçirildi. Çox yüksək səviyyədə keçən festivalda 150 nəfər Rus yazıçı və şairi, nəşriyyat direktorları iştirak edirdi. Tədbiri Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Ə. Qarayev açdı və iki xalqın qədim mədəni dostluq əlaqələrinin bu gün də yaşadığını qürur hissi ilə qeyd etdi. Tanınmış yazıçılardan Çingiz Aytmatov, Oljas Süleymanov, Anar və digərləri də gözəl ənənənin davam etdirilməsinin əhəmiyyətindən danışdılar.

Festivalın açılışından sonra qonaqlar sərgidə mövzu üzrə qruplaşdırılmış və gözəl düzülmüş 3 minə yaxın adda ədəbiyyatla tanış oldular.Nəfis tərtibatlı, qiymətli kitablar böyük maraqla seyr edildi.

Festivalın 2-ci günü Rus kitabının satışı keçirildi. Kitab satışından əldə edilən vəsait uşaq evlərinə, uşaq kitablarının alınmasına sərf olunacaqdır.

I Beynəlxalq Rus kitabı Festivalında nümayiş etdirilən qiymətli ensiklopediyalar, lüğət və dərsliklər isə M.F.Axundov adına Milli kitabxanaya hədiyyə edildi.

2006-cı il oktyabr ayının 25-dən 31-dək �Yaddan çıxmaz Qarabağ� adlı ümumrespublika mədəni-siyasi aksiyası – İncənət Həftəsi keçiriləcək. Bu tədbirlə əlaqədar M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında oktyabr ayının 25-də saat 12.00-da kütləvi informasiya vasitələri üçün dəyirmi masa keçiriləcəkdir. Saat 12.30-da isə kitabxananın sərgi zalında �Yaddan çıxmaz Qarabağ� adlı kitab sərgisinin açılışı olacaqdır. Sərgidə Qarabağın tarixini, işğalını, mədəniyyət və incəsənətini özündə əks etdirən 300-dən çox ədəbiyyat nümayiş etdiriləcəkdir.

“Bərdə və bərdəlilər” kitabının təqdimatı keçirildi

Ötən həftə M.F.Axundzadə adına Milli Kitabxanada “Bərdə və bərdəlilər” (biblioqrafik məlumat kitabı) kitabının təqdimat mərasimi keçirildi. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, kitabda Azərbaycanın ən qədim şəhərlərindən olan Bərdənin tarixi, görkəmli şəxsiyyətləri və s. barədə geniş məlumatların əks olunduğunu bildirdi.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Firudin Qurbanov qədim və zəngin tarixə malik Bərdə haqqında ilk dəfə belə bir kitabın çap olunduğunu nəzərə çatdırdı. Daha sonra o, kitabın ərsəyə gəlməsində böyük əməyi olan Xuraman İsmayılovanı Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif etdi.
Sonra kitabın məsləhətçisi, AMEA-nın Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev çıxış edərək Bərdənin qədim mədəniyyət mərkəzi olmasından, kitabda istifadə olunan mənbələrdən bəhs etdi. Yazıçı-publisist Yusif Kərimov bu biblioqrafiyanın tədqiqatçılar üçün çox əhəmiyyətli olduğunu qeyd etdi. Tədbirdə Bərdə ictimaiyyəti adından rayon MKS-nin direktoru Həvva Mirzəyeva çıxış etdi.
Sonda kitabın tərtibçiləri adından danışan Milli Kitabxananın kitabxana fondlarının mühafizəsi şöbəsinin müdiri Xuraman İsmayılova nəşrin hazırlanmasında göstərilən köməyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.

Comments are closed, but trackbacks and pingbacks are open.