Press "Enter" to skip to content

Milli ordumuz dünən və bu gün adlı kiçik inşa

Bax, indi biz taleyimizdən və ürəyimdən keçənləri ürəklə yaza bilərik. Şanlı Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı barədə zaman-zaman əsərlər yaranacaq, filmlər çəkiləcəkdir.

Milli ordumuz dünən və bu gün adlı kiçik inşa

şəkil 4. Müasir Azərbaycan əsgərləri

şəkil 5. Azərbaycan Silahlı Qüvvələrinin emblemi

Azərbaycan Sovet imperiyasının tərkibinə qatılandan sonra onun Milli Ordusu ləğv edildi. Çünki Sovetlər birliyinə daxil olan ölkələrin bir ümumi ordusu — Sovet ordusu var idi.

Azərbaycan Respublikası yenə müstəqildir. İndi onun qüdrətli Milli Ordusu vardır. Xalqımız hər il 26 iyunda Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü təntənə ilə qeyd edir. Milli Ordumuzun hərbi paradı keçirilir.

Azərbaycan xalqı müharibə istəmir. Müharibə ölkənin inkişafına ziyan vurur. İnsanlar ölür, şikəst olur. Amma, bəzən dövlət və xalq müharibə tərəfdarı olmasa da, müharibəyə cəlb edilir. Ölkəmiz Ermənistan Respublikası ilə müharibə vəziyyətindədir. Çünki ərazimizin bir hissəsi Ermənistan Respublikası tərəfindən işğal olunmuşdur. Azərbaycan bu müharibədə çoxlu şəhid vermişdir. Respublikamızın hər rayonunda Şəhidlər Xiyabanı vardır. Bu gün Milli Ordumuz işğal olunmuş torpaqlarımızı müharibə yolu ilə azad etməyə qadirdir. Amma biz çox istəyirik ki, torpaqlarımızı dinc yolla, yəni danışıqlar yolu ilə azad edək.

  1. Azərbaycan ordusu nə vaxt yaranmışdır?
  2. Azərbaycan Demokratik Respublikasının ordusuna ilk dəfə kim rəhbərlik etmişdir?
  3. Azərbaycan xalqı nə üçün torpaqlarını azad etməkdə dinc yola üstünlük verir?
  4. «Milli ordumuz dünən və bu gün» adlı kiçik inşa yaz.

Milli ordumuz dünən və bu gün adlı kiçik inşa

Noyabrın 8-i Şuşa şəhərinin fəthi, noyabrın 9-u Vətən müharibəsində tam qələbə Milli Ordumuzun Cənubi Qafqazın ən qüdrətli ordusu olduğunu bir daha təsdiqləmiş oldu

Ömrüm boyu nə Şuşanı görmüşəm, nə də Təbrizi, amma ruhum həmişə quş kimi bu iki şəhərin başı üzərində qanad çalıb. Ağlım kəsəndən həmişə Qarabağ deyəndə Şuşa, Azərbaycan deyəndə Təbriz yadıma düşüb. Təbiətin ən gözəl möcüzəsi sayılan göy qurşağını bu iki tarixi məskənimiz arasında doğmalıq körpüsünə bənzətmişəm. Bəlkə elə göy üzündəki o əlçatmaz, ünyetməz rənglərdən hopub ruhumuza Şuşa sevgisi, Təbriz eşqi?! Son günlər televiziya verilişlərində tez-tez ecazkar muğamın sədaları altında Qarabağ mahalının cənnət guşələri bir-bir göstərilir. Kadrlarda Şuşada inzibati binanın üzərində dalğalanan üçrəngli bayrağımız qəlbimizi fərəh hissi ilə doldurur. Bu görüntünü ilk dəfə seyr edəndə gözümüz həm gülür, həm sevinc yaşı axıdırdı. Hərbçilərimizin Ali Baş Komandana qələbə raportu verdikləri o tarixi anda Şuşayla bərabər sanki Odlar yurdumuzun gözlərinə yenidən işıq gəldi. Azərbaycan özü boyda dünya oldu. Dünyada dost da, düşmən də, düşməni himayə edənlər də bildilər ki:

Bu ölkənin başında başçı da var, baş da var,

Vətəni haqdan sevən əsl vətəndaş da var.

Şuşanın dağlarının, daşlarının, bulaqlarının sevindiyi o gün yenə Təbriz yadıma düşdü. Axı on altıncı yüzilliyin salnamələrində qılınc və söz sərkərdəsi Şah İsmayılın qızılbaş qoşunu ilə qədim paytaxtımız Təbrizə daxil olmasını dövrün təzkirəçiləri belə təsvir etmişdi: “O, Təbrizə girdi, elə bil ruh bədənə daxil oldu.”

Azərbaycan türkcəsini dövlət dili elan edən Şah İsmayıl Xətainin hələ ata – babasının zamanında Qarabağda qacar və qaramanlı tayfasından sədaqətli müridləri və ardıcılları vardı. Taxta çıxandan sonra Qarabağ bəylərbəyi yaradılmışdı. Tozqoparan Qara Piri bəy Qacarın oğlu Rüstəm bəyi Qarabağın bəylərbəyisi təyin etmişdi. Qara Piri bəy Qacar vaxtilə Şah İsmayılın atası Şeyx Heydərin hərbi yürüşünə qatılmış, İsmayılın uşaqlıq çağları yeddi nəfər ən etibarlı tərəfdarlarından ibarət olan “Əhli –ixtisas” adlanan heyətinə daxil olmuşdu. Şah İsmayılın bacısının əri Qarabağlı Bayram xan Qaramanlı isə Səfəvi hakimiyyətinin ilk illərində divanda əmir vəzifəsində çalışmış və bir çöx döyüşlərdə şahı müşayiət etmişdi. Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Şah İsmayıl ilk dəfə Qarabağda olarkən yerli igidlərin sapandatma yarışını izləmişdi. Sapandçıların üç yüz zər (1 zər = 107 sm) məsafədən nişan aldıqları hədəfi vurduqlarına şahid olan “türki-tacidar” Qızılbaş qoşununda sapandçılar dəstəsi yaratmağa qərar vermişdi. Zəfər yürüşlərində Qarabağ elatlarından sapandçılar da səfərbərliyə alınmışdı. Qarabağ süvari qoşunundan olan Kiçik İbrahim igidliyi ilə ad-san çıxarmışdı. Qızılbaş sərkərdələrindən birinin adı Məhəmməd şah Qarabaği idi. Quləməli xan Qarabaği isə həmişə Səfəvi şahına xoş xəbərlər gətirdiyinə görə Şah İsmayıl ona “Xoşxəbər xan” ləqəbi vermişdi.

Asiyanın sonuncu fatehi və Makedoniyalı İsgəndəri sayılan Nadir şah Əfşarın ölümündən sonra Qarabağ bəylərbəyliyinin ərazisində iki müstəqil xanlıq – Gəncə və Qarabağ xanlıqları yarandı. Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xanın adı ilə bağlıdır. Nadir şahın sarayında eşikağası vəzifəsini tutmuş Pənahəli xan 1738-ci ildə Qarabağa qayıtmış, 1748-ci ildə isə müstəqil Qarabağ xanlığının əsasını qoymuşdur. Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Pənahəli xan Şuşanı Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.

. Aradan uzun illər ötüb keçdi. XX əsrdə yurdumuzun başının üstünü dəfələrlə qara buludlar aldı. 1992-ci ilin mayın 8-də isə Qarabağın mədəniyyət məbədi Şuşanın daşnak tör-töküntüləri tərəfindən işğalı Azərbaycanın taleyinə və tarixinə qara hərflərlə yazıldı. Bu qədim şəhərdən Azərbaycan xalqının izlərini silmək üçün erməni vandalları ən ağlagəlməz cinayətlərə əl atdılar, inanc yerlərini xarabazara çevirdilər. Şuşa şəhərinin 600 -ə yaxın tarixi və milli abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan edib, Üzeyir Hacıbəyli kimi dahilərimizin heykəllərini gülləbaran etdilər. İşğal olunmuş ərazilərimizdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması, eləcə də xatirə muzeylərinin qarət edilməsi “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına zidd olsa da, dünya birliyi başda BMT olmaqla Qarabağda baş verən erməni vandallığına göz yumdu. Hələ üstəlik İrəvandan üzübəri Azərbaycanın tarixi torpaqlara yerləşəndən sonra hər şey “mənimdir” amalı ilə yaşayan və dəfələrlə soydaşlarımızı dədə -baba torpaqlarından qovan, dəhşətli soyqırımlar törədən erməni-daşnak faşizminə dəstək verən “demokratik” dövlətlər də 30 ilə yaxın davam edən işğalın yalnız hərbi yolla həllinə rəvac verdilər.

Bəli, 8 noyabr 2020 –ci il Azərbaycan xalqının və dövlətinin müasir tarixinə qızıl hərflərlə yazıldığı gün oldu. Odlar yurdunun mədəniyyət, incəsənət renessansının vətəni sayılan Şuşamızın erməni- faşist cəlladlarının caynağından qurtulması xəbəri dünyada yaşayan bütün azərbaycanlıları nigarançılıqdan qurtardı. Bizə qələbə sevinci bəxş edən Milli Ordumuz dünya hərb sənətində öz dədə-baba torpaqlarının işğaldan azadlığı uğrunda cəngavərcəsinə parlaq döyüş nümunəsi göstərdi. Ordumuz xalqımızın inamına inam, dövlətimizin gücünə güc qatdı. Onu da qeyd etmək lazımdır ki, son illər Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında keçirilən birgə hərbi təlimlərin də əsgər və zabitlərimizin döyüş qabiliyyətinin artırılmasında, şanlı qələbəmizin əldə olunmasında misilsiz rolu oldu. Milli Ordumuz Odlar yurdunun düşmənlərinin başına PUA-larla od püskürən nəfəsi oldu. Azərbaycanın modern silahlı qüvvələrinin olduğunu bütün dünyaya nümayiş etdirməklə yanaşı 44 günlük Vətən müharibəsi ərzində xalqımızın mənəvi bütovlüyünü, cəsarətini göstərdi. Azərbaycan regional güc olaraq özünü təsdiqlədi. Bu ermənilərin havadarlarına da ibrət dərsi oldu. Bu ibrəti qismən də olsa Qərb mediasının nümunəsində gördük: 44 gün əslində dünya üçün həqiqət anı oldu.

Əgər xatırlayırsınızsa, ermənilərin indi İrəvanın küçələrində “diktator”, “xain” deyib, istefasını tələb etdikləri Nikol Paşinyan Şuşada sərxoş vəziyyətdə rəqs edə-edə xalqımızın ünvanına “qorxaq” ifadəsini işlətmiş, “Qarabağ Ermənistandır və nöqtə” demişdi.

İndi soruşan gərəkdir kimdir qorxaq? Şuşanı əlbəyaxa döyüşlə işğaldan azad edən Azərbaycanın mərd, qorxmaz əsgər və zabitləri, yoxsa minlərlə erməni əsgərini qırğına verəndən sonra təslimçilik aktını imzalayan və öz xalqının qəzəbindən qorxaraq gizlənən Paşinyan? Hər dəfə zəfər qazananda ucadan “Qarabağ Azərbaycandır!” deyən cəsur Azərbaycan oğullarının hücumunu dayandırmaq üçün dünya liderlərinə zəng edib yalvaran Ermənistan rəhbəri qorxaq durumu ilə özünü dünyada gülüş obyektinə çevirmədimi?

Azərbaycan rəhbərinin isə “Nooldu Paşinyan?” İfadəsi bu gün dillər əzbəri olub. Həfəs haqdan gələr deyiblər, Azərbaycan əsgərinin Şuşanın Yuxarı Gövhərağa məscidinin minarəsindən Allah dərgahına ucalan azan sədası, həm də haqqı – ədaləti bərpa edən qüdrətli Milli Ordumuzun dünyaya ismarıcı idi. Bu, Paşinyan kimi erməni siyasətçilərinə Azərbaycanın ibrət dərsi oldu. Əgər Ermənistan Qafqazda sülh içində yaşamaq istəyirsə, birdəfəlik antitürk siyasətindən imtina etməlidir. Faşist ideologiyasından əl çəkib, dünya ictimaiyyətini və öz xalqını aldatmağa son qoymalıdır. Erməni siyasətçiləri anlamalıdırlar ki, qonşu dövlətlərə qarşı saxta ərazi iddialarından əl çəkməsələr, gələcəkdə Ermənistan dövlət kimi xəritədən silinə bilər.

Bəli, bu gün dünyanın gözü önündə tarixin gerçək səhnəsi canlanır: qalib Azərbaycan əsgərləri Şuşada –Cıdır düzündə yallı gedirlər. Onlar tərifəlayiq İsa bulağından su içirlər. Şuşanın can dərmanı olan havası ilə nəfəs alırlar. Oradan Xankəndi ayaqlar altındaymış kimi baxırlar. Sabah bu hamımıza – hətta bu günəcən Şuşanı görməyənlərə də nəsib olacaq. Dünənə kimi Şuşaya virtual səyahət layihəsi real səyahət turları ilə əvəzlənəcək. Biz Şuşanı canlı görüb oradan bir daha dünyaya səslənəcəyik və Ali Baş Komandanımızn: “Qarabağ Azərbaycandır!”, “ Əziz Şuşa, biz qayıtmışıq, əziz Şuşa, biz səni dirçəldəcəyik!” deyəcəyik. Tezliklə Şuşada həyat yenidən qaynayacaq. Dövlət başçımızın dediyi kimi, dağıdılmış tarixi abidələrimiz hamısı bərpa olunacaq. Təbiətin Azərbaycana bəxş elədiyi bu diyar mədəni mühiti ilə ülvi bir gözəlliyə çevriləcəkdir. Yenə hər il may ayında Şuşada sevgi, fədakarlıq və sədaqət rəmzi kimi bilinən Xarıbülbülün adıyla mədəniyyət tariximizə töhfələr verən möhtəşəm Xarıbülbül mahnı festivalı keçiriləcək, özünün əsrarəngiz gözəlliyi, qonaqpərvərliyi ilə seçilən Şuşa mahnı bayramında iştirak edən görkəmli sənət adamlarına, qonaqlara qucaq açacaq.

Şuşanın işıqlı sabahları bütün Qarabağı, Azərbaycanı öz nuruna qərq edəcək, şöhrəti dünyanı dolaşacaqdır!

Bax, indi biz taleyimizdən və ürəyimdən keçənləri ürəklə yaza bilərik. Şanlı Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı barədə zaman-zaman əsərlər yaranacaq, filmlər çəkiləcəkdir.

Nurəddin Muğanlı, “İki sahil”

Milli ordumuz dünən və bu gün adlı kiçik inşa

Milli ordu nə üçün
dövlətin əlamətlərindən
biri hesab olunur?

Aprel döyüşləri haqqında
məlumat topla.

Xalqımız hər il 26 iyunda Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü təntənə ilə qeyd edir. Milli Ordumuzun hərbi paradı keçirilir.

Aprel döyüşləri. Bu gün ordumuz işğal olunmuş torpaqlarımızı müharibə yolu ilə azad etməyə qadirdir. 2016-cı ilin aprelində baş verən döyüşlər zamanı Azərbaycan ordusu bir neçə vacib yüksəkliyi ələ keçirdi. Ermənistan ordusunun əsgərləri bu yüksəkliklərdən kəndlərimizi atəşə tuturdular. Aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əhalisi öz doğma kəndlərinə qayıtdı. Aprel döyüşləri Azərbaycan ordusunun qüdrətli olduğunu sübut etdi.

  1. Azərbaycan ordusu nə vaxt və hansı məqsədlə yaranmışdır?
  2. Azərbaycan Demokratik Respublikasının ordusuna ilk dəfə rəhbərlik edən hərbçilər haqqında danış.
  3. Azərbaycan xalqı nə üçün torpaqlarını azad etməkdə dinc yola üstünlük verir?
  4. «Milli ordumuz dünən və bu gün» adlı kiçik inşa yaz.

Comments are closed, but trackbacks and pingbacks are open.