Press "Enter" to skip to content

Mirzə İbrahimov Böyük Dayaq

Gecə sakit və sirli görünürdü. O, sanki min ahəngli cazibədar bir musiqi ilə insanları oxşayır, istirahət etməyə, xəyal və düşüncələrə dalmağa, şirin söhbətlərə qulaq asmağa çağırır, ürəklərini yumşaldırdı.

Mirzə İbrahimov “Böyük Dayaq” PDF

Mirzə İbrahimovun “Böyük dayaq” (1957) romanı sovet dövrü Azərbaycan ədəbiyyatında kəndin mənəvi həyatından və problemlərindən, eləcə də şəxsiyyətə pərəstiş dövrünün törətdiyi çətinliklərdən bəhs edən ilk romandır. Məlumdur ki, sovet dövrü Azərbaycan ədəbiyyatında kənd həyatı birtərəfli şəkildə təsvir olunub. Bu, bir tərəfdən sosialist realizmi deyilən yaradıcılıq metodunun, digər tərəfdən isə şəxsiyyətə pərəstiş dövrünün tələbləri ilə bağlı olub.
“Böyük dayaq” romanının əsas süjet xəttini kolxoz təsərrüfatının inkişaf yolları, ona rəhbərlik üsulu, habelə ailə-məişət zəminində yenilik və mühafizəkarlığın konflikti təşkil edir. Əsər əsasında eyniadlı film də çəkilib.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Mirzə İbrahimov “Böyük Dayaq” PDF

Mirzə İbrahimov Böyük Dayaq

Bu gün Muğan düzünə qışın orta ayından çox payızın əvvəlini xatırladan mülayim bir axşam enmişdi. Günəş batandan azca sonra sinəsi yarıq-yarıq böyük səhranın üstündəki buludsuz göylər ulduzlarla doldu. Topalanıb çoxalan bu ulduzlar açılmaz bir sirrinmi, əbədi bir sevdanınmı dastanını oxuyur kimi bizim torpağa baxaraq sayrışdıqca, qış gecəsi hər tərəfə hakim olurdu.

Gecə sakit və sirli görünürdü. O, sanki min ahəngli cazibədar bir musiqi ilə insanları oxşayır, istirahət etməyə, xəyal və düşüncələrə dalmağa, şirin söhbətlərə qulaq asmağa çağırır, ürəklərini yumşaldırdı.

Belə axşamlarda qayğı, sevinc, iztirab və həyəcanlarla dolu iş günündən sonra qabağında ətirli və rəngli çay buğlana-buğlana samovarın yanındaca oturmaq, stola dirsəklənərək qəlyanını tüstülədib xəyala getmək Muğan düzünün böyük kolxozlarından sayılan “Yeni həyat”ın sədri Rüstəm kişinin xoşuna gələrdi. Rüstəm kişi, corab toxuyan, tikiş tikən, qab-qacaq silərək heç bir zaman işsiz oturmayan orta boylu, mütənasib bədənli arvadı Səkinə ilə ahəstə-ahəstə oradan-buradan danışar, bəzən də oynaq təbiətli və 21 yaşına çatdığına baxmayaraq hələ də bir uşaq kimi nazlanmağı sevən zarafatcıl və ərköyün qızı Pərşanın laqqırtısına qulaq asardı. Ailədə ünsiyyəti artıran, ürəkdə munis duyğular oyadan belə axşamlardan sonra yuxu nə qədər şirin olardı.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Böyük Dayaq (1962) DVDRip

Janr: Dram, Komediya.
Ölkə: Azərbaycan.
İstehsalçı: “Azərbaycanfilm” Kinostudiyası
Ssenari Müəllifi: Mirzə İbrahimov
Quruluşçu Rejissor: Həbib İsmayılov
Quruluşçu Operator: Xan Babayev
Quruluşçu Rəssam: Məmməd Hüseynov
Bəstəkar: Fikrət Əmirov
Səs Operatoru: Əziz Şeyxov
Geyim Rəssamı: Bədurə Əfqanlı
İkinci Operator: B. Vlasov
Rejissor Assistenti: Əlisəttar Məlikov, A. Vəkilov
Montaj üzrə Assistent: A. Filimonova
Operator Assistenti: Şərif Şərifov, Eldar Abbasbəyli
Dekor Rəssamı: S. Şıxlı
Qrim Rəssamı: V. Antipov
Quraşdırılmış Səhnələrin Operatoru: Mirzə Mustafayev
Quraşdırılmış Səhnələrin Rəssamı: Mirzə Rəfiyev
Çalır: SSRİ Mədəniyyət Nazirliyi Filmlər İstehsalı İdarəsinin Orkestri
Dirijor : A. Roytman
Filmin Direktoru: Daniil Yevdayev
Rollarda: Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Həsən Məmmədov, Leyla Rzayeva, Zemfira Əliyeva, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov, Hacımurad Yegizarov, Böyükağa Kazımov, Ağa Məmmədov, Firudin Mehdiyev, İbrahim İsfahanlı, Qədirağa Əzimov, Elmira Yadigarova, Rafiq Tağıyev, İsmayıl Dağıstanlı, Əli Qurbanov, Məmmədsadıq Nuriyev, Bahadur Əliyev, Ələkbər Hüseynzadə, Əliheydər Həsənzadə .
Film haqqında: Əsərdə olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılmışdır. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır.
Sosial dramın əsas qayəsi : yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilər qarşılarına qoyduqları məqsədə çata bilərlər.
Film aktrisa Tamilla Rüstəmovanın kinoda ilk işidir.
Film aktyor Həsən Məmmədovun kinoda ilk işidir.
Film Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilmişdir.
Film boyu Ələsgər Ələkbərov (Rüstəm kişi) bir çox kadrlarda at üstündə olur. Lakin ortaya problem çıxır. Ələsgər Ələkbərovun böyrəkləri xəstə olduğu üçün at minə bilmir. Xeyli götür-qoydan sonra filmin operatoru çıxış yolu tapır: Çəkiliş meydançasına gətirilən yük maşınında yəhər quraşdırıb, çəkilişi aparmağa başlayır. Filmə baxanların da heç ağlına gəlmir ki, Rüstəm kişi atsız yəhərin üstündə çapır. Qeyd edək ki, film ekranlara çıxarkən artıq Ələsgər Ələkbərov dünyasını dəyişmişdi. Böyük aktyora özünün ekranda yaratdığı gözəl rollarından birini – Rüstəm kişini görmək qismət olmadı.

Comments are closed, but trackbacks and pingbacks are open.