Press "Enter" to skip to content

Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlər davam edir

Profilaktika məqsədi ilə hər gün istifadə etmək çox effektivdir.

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

17 Mart 2016 Perşembe

Öyrətmə metodikası

Paylaşıldı 11:51 by Leyla Bayramova
Videonu izləmədən keçməyin

Bəzən tədris prosesində kadrlar seçilərkən ancaq ixtisas biliyi yoxlanılır. Yoxlama prosesi isə test üsulu ilə tətbiq edilir. Əslində isə bu o qədər də doğru addım deyil. Təhsil üçün kadrın seçilməsi zamanı xüsusi ilə də müəllimlərin seçimi zamanı nəzərə almaq lazımdır ki, müəllim sinif auditoriyasına daxil olacaq. Onun ancaq ixtisas biliklərinin yoxlanılması, həmin müəllimin hələ də yaxşı, savadlı, əsl öyrədən olmasını sübut etmir. Bir müəllim ixtisasını yaxşı bilər (kitabları səhifəsinə qədər əzbər bilə bilər 🙂 ) Ancaq, müəllimin öyrətmə metodikası və öyrətmə qabiliyyəti yoxdursa savad, bilik köməyə çatmır. Müəllim ixtisas biliklərini mükəmməl bilməklə yanaşı, düzgün öyrətmə metodikasına malik olmalıdır. Öyrətmə metodikası isə sinif auditoriyasından, auditoriyanın yaş və bilik səviyyəsindən, zamandan və məkandan asılı olaraq dəyişə bilir. Standart bir öyrətmə metodikası yoxdur. Eləcə də hər bir müəllimin özünəməxsus öyrətmə metodikası olsa belə, yenə də bu metodikalar vəziyyətdən, şəraitdən asılı olaraq dəyişir.

Bu baxımdan müəllimlərin seçimi zamanı ixtisasla yanaşı, onların nitqi auditoriyada səs tonunu idarəetmə qabiliyyətinin ölçülməsi, nitqinin aydınlığı və düzgünlüyü, səbrliliyi, metodikası, öyrədici mühiti təşkil etmə qabiliyyəti və s keyfiyyətləri əsas olaraq yoxlanılsa daha məqsədəuyğun olardı.

Bu gün dəfələrlə eşidirk ki, hər hansısa bir məktəbdə müəllimlə şagird arasında xoşagəlməz problem baş verib. Bir çox hallarda bu problem şagirdlərlə bağlı olur. Bu danılmazdır. Bu haqda hər hansısa bir tədbirin görülməsi yaxşı olardı. Ancaq etiraf edək ki, bu gün sinif auditoriyasını idarə etmə qabiliyyətinə malik olmayan təsadüfi müəllimlər də var. Eləcə də öyrətmə metodikasını düzgün təşkil edə bilməyən.

Öyrətmə metodikası şəraitə uyğunlaşdırıla bilər. Öyrətmə metodikasının şablonlaşdırılması əksinə müəyyən nöqsanların yaranmasına səbəb olur. Hansı şəraitdə olursa olsun, ilk olaraq öyrətməyə başlamazdan əvvəl auditoriyanın diqqətini cəlb etmək lazımdır. Bu özü ən vacib metodikadır. Bütün diqqəti özünə cəmləşdirmə bacarığı bütün öyrətmə prosesinə təsir edir. İkinci olaraq nitqin öyrətmə prosesinə təsiri yüksəkdir. Əgər öyrədənin nitqi eyni səs tonu ilə davam edərsə bu çox yorucu ola bilir və dinlənilməmə ilə nəticələnir.

Nitq maraqlı, dəyişkən, səlis, aydın olmalıdır. Bəzən yüksək səs tonu ilə danışmaq daha yorucu olur. Hətta tədris çox maraqlı olsa belə səs tonu bu öyrətməni məhv edə bilir. Bu səbəbə auditoriyada səs tonunu idarə etmə qabiliyyəti də xüsusi bacarıq hesab edilə bilər. Üçüncüsü isə öyrətmə yüksək motivasiya ilə qurulmalıdır. Motivasiya deyəndə nitqə başlamazdan əvvəl auditoriyaya “özünü qəbul etdirə bilmə” daha sonra sizin danışdığınız fikirlərə çox diqqətlə yanaşmaları üçün vacib olab məsələlərdəndir.

Öyrədici mühiti təşkil edərkən müəllimin bir sıra fasilitator kimi malik olduğu keyfiyyətlər

Müəllimin hər bir şagirdə xüsusi hörmət və etibarla fərdi olaraq yanaşması, şagirdlərin birlikdə əməkdaşlığı, şagirdlərin bir-birlərinə qarşılıqlı hörmət və etibarı, şagirdlərin olduqları kimi qəbul edilmələri və onların müəllim tərəfindən daim dəstəklənməsi, şagirdlərin qabiliyyətlərinə inamın olması, xeyirxahlıq, cavabları pis və ya yaxşı kimi qiymətləndirilməsindən imtina edilməsi, şagirdlərdə öyrənmə motivasiyası və stimulun yaradılması, şagirdlərin sinif mühitinəı, müəllimin xüsusi həssas münasibətinə uyğunlaşması müəllimin malik ola biləcəyi ən yüksək və ən vacib keyfiyyətlərdir.

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlər davam edir

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) və Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlər davam edir.

TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn müvafiq siyasətin reallaşdırılması məqsədilə məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün keçirilən təlimlər nəzəri biliklərlə yanaşı, praktik bacarıqların formalaşdırılması istiqamətində aparılır.

TİPİİ-də keçirilən altıgünlük təlimin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnmələrini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.

Təlimi uğurla başa vuran müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək.

Bağırsaqları təmizləməyin ən sadə yolu: Həm də arıqladır

Məlumdur ki, bir çox xəstəliklərdən xilas olmaq üçün bağırsaqları qalıqlardan, nəcis daşlarından və parazitlərdən kifayət qədər təmizləmək lazımdır. 70 il ərzində insan bağırsaqlarından 100 ton yemək və 40 min litr maye ötürülür.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunun nəticəsində bağırsaqda həyat fəaliyyətinin zəhərli qalıqları olan 15 kq-dan çox nəcis daşları yığılır və bunlar da tədricən qanımızın zəhərlənməsinə səbəb olmaqla vücudumuza bərpa olunmayan zərər yetirir. Bununla çirklənmiş bağırsaqlar tez-tez qəbizliyə səbəb olur, maddələr mübadiləsinin pozulmasına, şəkərli diabet, allergiya, artıq və ya çatışmayan çəkiyə, orqanizmdə filtr rolu oynayan böyrək və qara ciyərin xəstəliklərinə, eşitmə və görmə xəstəliklərinə, dəri, dırnaq, saç çatışmazlığına, sistem xəstəliklərinə, artritdən tutmuş xərçəng xəstəliklərinə qədər şərait yaradır.

İmalə etməklə yalnız yoğun bağırsağın kiçik bir hissəsini(40-50 sm) təmizləmək mümkündür. Bağırsaqların xüsusi cihazların köməyi ilə yuyulması isə kifayət qədər bahadır, vaxt aparır və bağırsaqların mikroflorasına zərər verir.

Kətan toxumundan hazırlanmış xüsusi undan 1-3 xörək qaşığı daxilə qəbul etmək yoğun və nazik bağırsaqların çoxillik nəcis daşlarından və qalıqlardan, eləcə də parazitlərdən 3 həftə müddətində tam təmizlənməsinə səbəb olur. Bu zaman bağırsaqların mikroflorasının tamlığı da qorunub saxlanılır.

Bu metodika çəkinin qısa müddətdə normallaşmasına və artıq yağların yanmasına şərait yaradır. Kətan toxumu unu zəhərli maddələrin, şlakların orqanizmdən çıxarılmasına və sorulmasına qadirdir, həm də qanda xolesterinin səviyyəsini aşağı salır. O, parazitlər əleyhinə geniş təsir gücünə malikdir, helmintlərin çoxlu formalarına, göbələklərə, viruslara öldürücü təsir etmək qabiliyyəti var. Kətan həm də lipid mübadiləsinin dövriyyəsinə müsbət effekt göstərir.

Yuxarı tənəffüs yolları toxumalarının iltihabi prosesləri, mədə-bağırsaq traktı, qastritlər, kolitlər, mədə və onikibarmaq bağırsaqların xora xəstəlikləri, sidik kanalı xəstəlikləri-pielit, sistit, lipid mübadiləsi pozğunluqları, bədən çəkisi xəstəlikləri.

Profilaktika məqsədi ilə hər gün istifadə etmək çox effektivdir.

Bir dəfə üçün 2-3 çay qaşığı antiparazitik xüsusiyyətləri olan qablarda hazırlanır və yemək üçün bir komponent kimi istifadə olunur.

1 xörək qaşığı un+100 q smetan və ya qatıq

2 xörək qaşığı un+100 q smetan və ya qatıq

3 xörək qaşığı un+150 q smetan və ya qatıq.

Əgər kətan toxumu unu tapmaq çətinlik törədirsə, sadəcə apteklərdən kətan toxumu almaq və onu qəhvəüyüdəndə üyütmək lazımdır.

Bu qarışığı səhər yeməyi ilə birlikdə qəbul etmək lazımdır. Bunun sayəsində yoğun və nazik bağırsaqlar qalıqlardan və nəcis daşlarından, eləcə də parazitlərdən tam təmizlənəcək, həmçinin bağırsaqların mikroflorasının tamlığı da qorunacaq. smetanı istənilən süd məhsulu ilə əvəz etmək olar. Müalicə dövründə orqanizmin su rejiminə ciddi riayət etmək lazımdır: hər gün 2 litr su içmək tələb olunur.

QEYD: Əks göstərişləri ilə bağlı dəqiq məlumatlar olmadığından və orqanizmlərin hər bir qarışıma müxtəlif reaksiyalar verə biləcəyini nəzərə alaraq, həkimlə məsləhətləşdikdən sonra yuxarıda qeyd olunanları etməyiniz məsləhətdir!

Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.