Press "Enter" to skip to content

Molla Nəsrəddin lətifələri

Xoca Nəsrəddin insanlar tərəfindən o qədər sevilib ki, hər kəs onu öz dövlətinə aid edib. Ancaq avropalı və rus tədqiqatçılar onun türk mənşəli olduğunu təsdiq ediblər. Molla Nəsrəddinin şəxsiyyəti haqda çox az məlumat var.

Molla Nəsrəddinin lətifələri

Также данная книга доступна ещё в библиотеке. Запишись сразу в несколько библиотек и получай книги намного быстрее.

Как слушать книгу после покупки

  • Чтение только в Литрес «Читай!»

Посоветуйте книгу друзьям! Друзьям – скидка 10%, вам – рубли

По вашей ссылке друзья получат скидку 10% на эту книгу, а вы будете получать 10% от стоимости их покупок на свой счет ЛитРес. Подробнее

Стоимость книги: 303,61 ₽
Ваш доход с одной покупки друга: 30,36 ₽
Чтобы посоветовать книгу друзьям, необходимо войти или зарегистрироваться Войти

  • Длительность: 7 ч. 34 мин. 32 сек.
  • Жанр:а некдотыРедактировать

Эта и ещё 2 книги за 399 ₽

По абонементу вы каждый месяц можете взять из каталога одну книгу до 700 ₽ и две книги из персональной подборки. Узнать больше

Оплачивая абонемент, я принимаю условия оплаты и её автоматического продления, указанные в оферте
Оплатить Отмена
Описание книги

Uyğur elindən Serbiyayadək böyük bir ərzidə geniş şöhrət tapmış, duzlu-məzəli hekayətləri, tutarlı cavabları el məsəllərinə çevrilmiş, xalqın rəğbət və məhəbbətini qazanmış Molla Nəsrəddin xalq müdrikliyinin timsalıdır. O nə coğrafi sərhəd tanıyır, nə zaman sərhədi. O həmişə yaşardır. Molla Nəsrəddin lətifələri dövrün haqsızlığına, yalançı din xadimlərinin, dövlət adamlarının, hakimlərin rüşvətxorluğuna, ədalətsizliyinə qarşı çevrilmiş bir ittihamnamədir. O yerdə ki, xalq öz etirazını, narazılığını, qəzəbini gülüşlə, kinayəylə, rişxəndlə ifadə etmək istəyir, o yerdə mütləq Molla Nəsrəddin zahir olur…

Molla Nəsrəddin lətifələri

Proqramda Molla Nəsrəddinin 305 ədəd lətifəsi yıgılmışdır. Proqram Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEVİN “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunur və ölkə kitabxanalarına hədiyyə edilmiş “MOLLA NƏSRƏDDİN LƏTİFƏLƏRİ” kitabının əsasən hazırlanmışdır.
Uyğur elindən Serbiyayadək böyük bir ərazidə geniş şöhrət tapmış,duzlu-məzəli hekayətləri, tutarlı cavabları el məsəllərinə çevrilmiş, xalqınrəğbət və məhəbbətini qazanmış Molla Nəsrəddin xalq müdrikliyinin timsalıdır. O nə coğrafi sərhəd tanıyır, nə zaman sərhədi. O həmişə yaşarıdır. Molla Nəsrəddin lətifələri dövrün haqsızlıqlarına, yalançı din xadimlərinin, dövlət adamlarının, hakimlərin rüşvətxorluğuna,
ədalətsizliyinə qarşı çevrilmiş bir ittihamnamədir. O yerdə ki xalq öz etirazını, narazılığını, qəzəbini gülüşlə, kinayəylə, rişxəndlə ifadə etmək istəyir, o yerdə mütləq Molla Nəsrəddin zahir olur.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Molla Nəsrəddin “Ən maraqlı Molla Nəsrəddin Lətifələri” PDF

Xoca Nəsrəddin insanlar tərəfindən o qədər sevilib ki, hər kəs onu öz dövlətinə aid edib. Ancaq avropalı və rus tədqiqatçılar onun türk mənşəli olduğunu təsdiq ediblər. Molla Nəsrəddinin şəxsiyyəti haqda çox az məlumat var.

Bir çox mənbələrdə onun 1208-ci ildə, bəzi mənbələrdə isə 1308-ci ildə anadan olduğu iddia edilir. O, Sivrihisarın Xorto şəhərində doğulub, lakin Konya sultanlığının quberniyası sayılan Ağşəhərdə yaşayıb. Elə oxuduğu Konya mədrəsəsində də öz hazırcavablığı ilə seçilirdi.
Molla Nəsrəddinin atası Abdulla əfəndi imam olub, lakin o uzun yaşamayıb. Nəsrəddin mədrəsədə oxuyarkən atasını itirir. Və bundan sonra onunçün kənddə qalmaq çətin olur.

1237-ci ildə Xoca Nəsrəddin Ağşəhərə gəlir və bölgə qazısı kimi işləməyə başlayır. Bu vəzifədə işlərkən də ona “Nəsrəddin Xoca” deyə müraciət edirdilər və o, bu adla da tarixə düşüb.
Onun lətifələri, işlətdiyi sözlər Anadoludan tutmuş, Çinin ərazilərində yaşayan türklərə kimi dillər əzbəridir.
Molla Nəsrəddinin lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin “Bozoğlan” adlı eşşəyi olub, bəzi rəsmlərdə Nəsrəddinin yanında eşşəyi də görüntülənir.

Nəsrəddinlə bağlı söylənilən lətifələrə ilk dəfə yazılı şəkildə Sarı Saltukun həyatından bəhs edən “Saltuknamə” əsərində rast gəlinib. Fateh Sultan Mehmetin oğlu Cemin (sonralar o tarixə Sultan Cem kimi düşüb) şahzadəliyi dövründə Molla Nəsrəddinlə bağlı lətifələrin qələmə alınması və kitaba köçürülməsi barədə göstəriş verilib. Göstərişin yerinə yetirilməsi o dövrün məşhur alimi Əbülxeyir Rumiyə tapşırılır. 7 il xalq arasında Molla Nəsrəddinlə bağlı lətifələr toplanılır. Həmin lətifələr 1480-cı ildə kitab halında çap edilir. Onunla bağlı əsərlərdən biri “Həzə Tərgemei Nasraddin Əfəndi Rahme” adını daşıyır, hazırda London muzeyində saxlanılır.

Molla Nəsrəddin Ağşəhərli bir xanımla evlənir. Deyilənə görə, həmin xanımdan iki qızı olub: Fatma Xatun və Dürri Mələk. Molla Nəsrəddin 1284-cü ildə (bəzi mənbələrdə 1384-cü il) yaşadığı Ağşəhərdə vəfat edir. Onun qəbri üzərində 6 sütun üzərində möhtəşəm bir qübbəsi olan türbə inşa edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.