Press "Enter" to skip to content

Mulki mudafiə

Metbuat.az xəbər verir ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.

1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd olunur. Bu gün münasibətilə mülki maarifləndirici tədbirlər keçirilir. Hazırda təşkilata dünyanın 50-dən çox ölkəsi daxildir. 1993-cü ildən nüfuzlu beynəlxalq təşkilata üzv seçilən Azərbaycan Respublikası bu mötəbər qurumla sıx əməkdaşlıq edir.

Təşkilatın vəzifələri həm müasir dövrdə müharibələrin, həm də əmin-amanlıq dövründə güclü istehsalat qəzalarının və təbii fəlakətlərin, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasıdır. Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi dayanır. Mühafizənin əsas üsul və vasitələri isə insanların mühafizə qurğularında yerləşdirilməsi, təhlükəsiz yaşayış məntəqələrinə təxliyəsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan hücum, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.

Azərbaycanda mülki müdafiə ilə bağlı genişmiqyaslı işlər görülüb

Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin (FHN) yaranması ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edir. Nazirlik ölkəmizdə mülki müdafiə sisteminin yaradılmasına böyük diqqət göstərir. Bu məqsədlə Mülki Müdafiə Qoşunlarının balansındakı binalarda, bu sahədə ixtisaslaşan hərbi hissələrdə dünya standartlarında əsaslı təmir və yenidənqurma işləri aparılır. Məhz bunun nəticəsində nazirliyin fövqəladə hallarda cavab tədbirlərinin görülməsində, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, hadisələrə çevik və operativ reaksiya verilməsində göstərdiyi səylər xarici tərəfdaşlar tərəfindən də yüksək qiymətləndirilir.

Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyətini uğurla davam etdirir. Ötən 18 ildə nazirlik fövqəladə hallarla mübarizə sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan qorunması, yanğından mühafizə və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb.

Azərbaycan dövləti fövqəladə halların idarə olunmasında maddi-texniki bazanın gücləndirilməsi, kadr potensialının daha da artırılması, fövqəladə hallara dair məlumat mübadiləsinin aparılması, eləcə də beynəlxalq təcrübədə qazanılmasında nailiyyətlərin ölkəmizdə tətbiq edilməsində maraqlıdır. Bu istiqamətdə FHN Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə sıx əməkdaşlığı davam etdirir. Bu baxımdan 2013-cü ildə Təşkilatın təşəbbüsü və FHN-in təşkilatçılığı ilə Qəbələdə keçirilmiş “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfransı qeyd etmək olar. Bundan başqa, FHN Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyası tərəfindən müxtəlif illərdə keçirilmiş sessiyalarda yüksək səviyyədə təmsil olunub.

“Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, – deyən Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsi istiqamətində mühüm tədbirlər görülüb. Bu sahədə zəruri qanunvericilik bazası yaradılıb, 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” və “Mülki müdafiə haqqında” qanunlar qəbul olunub. Dövlətimizin başçısının diqqət və qayğısı ilə ölkəmizdə mülki müdafiə xidmətinin maddi-texniki bazası xeyli gücləndirilib, mütəxəssis hazırlığı günün tələbinə uyğun qurulub. 2005-ci il dekabrın 16-da ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılıb. Prezident İlham Əliyevin dediyi kimi: “Bütövlükdə, bu gün texniki təminat yüksək səviyyədədir. Son illərdə lazım olan bütün texniki avadanlıq alınmışdır. Yəni bu gün texniki təchizatla bağlı heç bir problem yoxdur. Bir sözlə, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası möhkəmdir, işçilərin peşəkarlığı artır, tədris prosesi düzgün təşkil edilibdir”.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu sahəyə də diqqət və qayğı göstərir. Ali Baş Komandan İlham Əliyevin 2011-ci ildə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağını təqdim etməsi buna bariz nümunədir. Ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə FHN-in mülki müdafiə sisteminin rolu danılmazdır. Mülki müdafiə işinin səviyyəsinin durmadan yüksəldilməsi, bu sahənin peşəkar gənc kadrlara olan ehtiyacının ödənilməsi baxımından FHN Akademiyasının da üzərinə böyük məsuliyyət düşür. Ali tədris müəssisəsi olaraq Akademiyada mülki müdafiə dərslərinin yüksək səviyyədə keçirilməsinə, kursantlara öyrədilən nəzəri biliklərin praktiki məşğələlərlə əlaqələndirilməsinə böyük diqqət yetirilir.

Mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığı və maarifləndirilməsi təmin edilir

Respublikada insanların həyatının, əmlakının baş verə biləcək təbii və texnogen fəlakətlərdən qorunması atılan mühüm addımlardan biridir. Ötən illər ərzində böyük inkişaf yolu keçən FHN və onun struktur qurumları üçün müasir inzibati binalar tikilib istifadəyə verilib, şəxsi heyətin sosial təminatının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülüb.

Fövqəladə hallar zamanı əhalinin xəbərdar edilməsi diqqətdə saxlanılaraq şəhər və rayonlarda quraşdırılan elektrik sirenlərinin sazlığı mütəmadi yoxlanılır. Respublikada mülki müdafiə işinin təşkili ilə bağlı obyektlərdə taktiki-xüsusi təlim, əməli məşğələ, konfranslar, mааrifləndirici tədbirlər keçirilir. Mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığı və maarifləndirilməsi təmin edilir, ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi işləri davam edir. FHN-in əhalinin təhlükəsiz şəraitdə yaşaması və mülki müdafiə işinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilir.

FHN təbii və texnogen fəlakətlərə çevik və operativ reaksiya verilməsinə hər zaman hazırdır

Fövqəladə Hallar Nazirliyi istənilən şəraitdə fövqəladə hallara cavab tədbirlərin görülməsinə, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılmasına, hadisələrə çevik və operativ reaksiya verilməsinə hər zaman hazırdır. Nazirliyin əməkdaşları mülki müdafiə işində, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq göstərirlər.

Buna misal olaraq FHN-in xilasetmə dəstələrinin İsraildə, Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak etməsini göstərə bilərik. Nazirliyin şəxsi heyətinin peşəkarlığının və digər ölkələrdə baş verən fövqəladə hadisələrin qarşısının alınmasında göstərdiyi yüksək çeviklik və fədakarlığın ən bariz nümunəsi 2021-ci ildə Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi olub. Qardaş ölkədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasa yayılmasının qarşısının alması məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə yola salınan FHN-in 743 əməkdaşı fədakarlıqları ilə əsl qardaşlıq örnəyi nümayiş etdirib.

Bu ilin fevralın əvvəlində isə Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən qardaş ölkədə olan FHN-in qüvvələri müvafiq tədbirləri davam etdirir. Bu çərçivədə, zəlzələdən ciddi ziyan çəkmiş Türkiyənın Kahramanmaraş bölgəsində FHN-in qüvvələri təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə əlaqədar fəaliyyət göstərir. Onlar axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz iştirak edib və bu işə mühüm dəstək göstərərək layiqli töhfəsini verib. Ümumilikdə, FHN-in qüvvələri Türkiyədə bu vaxtadək həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 761 nəfərin isə cəsədini çıxarıblar. Axtarış-xilasetmə əməliyyatlarında xüsusi texniki vasitələr, habelə xilasetmə itlərindən istifadə olunub.

İnanırıq ki, FHN ölkəmizin coğrafi xüsusiyyətlərini nəzərə alaraq mülki müdafiə sisteminin müasir tələblər səviyyəsində formalaşdırılması, maddi-texniki bazanın daim yenilənməsi və əhalinin maarifləndirilməsi sahəsində gördüyü işləri bundan sonra da əzmlə davam etdirəcək. FHN-in şəxsi heyəti ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirməyə hər an hazırdır.

Mulki mudafiə

(+99450) 254 70 07

info@lideryangin.az

  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XİDMƏTLƏR
    • Avtomatik yanğınsöndürmə sistemləri
    • Yanğın-mühafizə siqnalizasiyası
    • Layihələndirmə
    • Odsöndürənlər
    • Dispersiya edilmiş su ilə yanğının söndürülməsi
    • Audio və video domofonlar
    • Girişə nəzarət
    • Audit, monitorinq və konsaltinq
    • Parkinq sistemi
    • Təxliyə planlarının hazırlanması
    • Mülki müdafiə planlarının hazırlanması
    • Yanğın təhlükəsizliyi təlimləri
    • Çimərliklərin təşkili
    • Dəniz təhlükəsizliyi
    • Yanğınsöndürmə balonları
    • Bütün növ silindrlər
    • Yanğın qutuları
    • Avtomatik Yanğın xəbərverici qurğular
    • Avtomatik Yanğınsöndürmə sistemləri
    • Yanğın qapıları
    • Yanğın nişanları
    • Yanğın örtükləri
    • Odadavamlı məhlul hopdurulması
    • Havalandırma və tüstüsovurma sistemləri
    • Giriş-çıxışa nəzarət sistemləri (turniketlər)
    • Kamera nəzarət sistemləri
    • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • XİDMƏTLƏR
      • Avtomatik yanğınsöndürmə sistemləri
      • Yanğın-mühafizə siqnalizasiyası
      • Layihələndirmə
      • Odsöndürənlər
      • Dispersiya edilmiş su ilə yanğının söndürülməsi
      • Audio və video domofonlar
      • Girişə nəzarət
      • Audit, monitorinq və konsaltinq
      • Parkinq sistemi
      • Təxliyə planlarının hazırlanması
      • Mülki müdafiə planlarının hazırlanması
      • Yanğın təhlükəsizliyi təlimləri
      • Çimərliklərin təşkili
      • Dəniz təhlükəsizliyi
      • Yanğınsöndürmə balonları
      • Bütün növ silindrlər
      • Yanğın qutuları
      • Avtomatik Yanğın xəbərverici qurğular
      • Avtomatik Yanğınsöndürmə sistemləri
      • Yanğın qapıları
      • Yanğın nişanları
      • Yanğın örtükləri
      • Odadavamlı məhlul hopdurulması
      • Havalandırma və tüstüsovurma sistemləri
      • Giriş-çıxışa nəzarət sistemləri (turniketlər)
      • Kamera nəzarət sistemləri

      Lideryangin.az » Xidmətlər » Mülki müdafiə planlarının hazırlanması

      Mülki müdafiə planlarının hazırlanması

      Mülki müdafiə – dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir;

      Mülki müdafiənin məqsədi aşağıdakılardır:
      1) fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi;
      2) fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması;
      3) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması.

      Xidmətlərimiz və məhsullarımızla yaxından tanış olmaq üçün kataloqumuzu yükləyin.

      (+99450) 254 70 07

      (+99412) 567 63 14

      info@lideryangin.az

      Azərbaycan, Bakı AZ1000, Nərimanov r., Dərnəgül şos., küçə 507, məhəllə 2098, bina 5

      Ümumdünya Mülki Müdafiə Günüdür

      Metbuat.az xəbər verir ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.

      Qeyd edək ki, silahlı qüvvələrdə ilk dəfə belə imkan I dünya müharibəsi zamanı (1914-18 illər) yaranıb. Almanlar ilk dəfə olaraq döyüş şəraitində aviasiya tətbiq ediblər və bu amil böyük şəhərlərin hava zərbələrindən müdafiəsi zəruriliyini yaradıb. Qoşunlarla bərabər bu prosesə mülki əhali də cəlb olunmağa başlanılıb.

      1 mart Ümumdünya Mülki Müdafiə Günü, onun vəzifələri və məqsədi 1931-ci ilin mayında tibb xidmət generalı, fransız Corc Sent Pol Parisdə “Cenevrə regionu assosisasiyası” təşkilatını yaradlb. Sonralar Ümumdünya Mülki Müdafiə təşkilatına (ÜMMT) çevrilib. Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.

      Təşkilatın vəzifələri həm müasir mühəribələrin, həm də əmin–amanlıq dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi – Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.

      Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

Comments are closed, but trackbacks and pingbacks are open.