Press "Enter" to skip to content

Multikulturalizmə giriş 2019 etibar nəcəfov

https://static.report.az/photo/41b851b7-7077-43cd-9e0e-f5110cbc6cf7.jpg

Multikulturalizmə giriş 2019 etibar nəcəfov

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Multikulturalizmə giriş

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

“Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub

Sentyabrın 14-də Azərbaycan Dillər Universitetində “Multikulturalizmə giriş” dərsliyinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ölkəmizdəki tolerant mühitdən, Azərbaycan multikulturalizmindən bəhs edib. Bildirib ki, Azərbaycanda istər millətlərarası və dinlərarası münasibətlər, istərsə də multikultural dəyərlər sahəsində əsrlərboyu təşəkkül tapan ənənələr mövcuddur. Multikultural əhval-ruhiyyə və multikultural dəyərlərə qayğıkeş münasibət əsrlərdən bəri Azərbaycan xalqına xas olan keyfiyyətdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirildi və hazırda uğurla davam etdirilir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi isə ölkəmizdə bu məsələyə olan xüsusi diqqətin təzahürüdür.

Akademik Kamal Abdulla deyib: “Azərbaycana gələn xarici qonaqlar və turistlər ölkəmizdəki tolerant mühiti, dövlətimizin apardığı multikulturalizm siyasətini yüksək dəyərləndirirlər. Azərbaycan multikulturalizminin müasir dövrdə təntənəsini xarici vətəndaşlar heyranlıqla qarşılayırlar. Bu sahədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Mərkəz yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirir. Mərkəzin önəmli layihələrindən biri də mütəmadi olaraq ildə iki dəfə təşkil edilən beynəlxalq multikulturalizm yay və qış məktəbləridir. Dəyərli ənənəyə çevrilmiş bu məktəblərin nəticəsi olaraq, xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması – “Azərbaycanın Gənc Dostları Klubu” formalaşıb. Bunun nəticəsidir ki, yay və qış məktəblərinin iştirakçıları arasında səmimi münasibətlər qurulur, onlar mütəmadi olaraq ölkəmizin multikulturalizm modeli haqqında məlumatlandırılır. BBMM-nin “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Layihə çərçivəsində dünyanın 21 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur”.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi və Təhsil nazirinin müvafiq əmri ilə 2019-2020-ci tədris ilindən etibarən ölkəmizin bütün ali təhsil məktəblərinin bakalavr səviyyələrində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris ediləcək. Bu məqsədlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən fənni tədris edəcək müəllimlərin bilik səviyyələrini artırmaq üçün sentyabrın 2-dən 13-dək hazırlıq treninqi təşkil olunub. Treninqdə yüzdən çox müəllim iştirak edib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə layihəsi olan “Multikulturalizmə giriş” dərsliyi nəşr edilib. Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Dörd bölmədən ibarət kitabın 1-ci bölməsində “Multikulturalizmə giriş” fənninin predmetindən və əhəmiyyətindən bəhs edilib. Digər bölmələrdə isə dini, etnik müxtəliflik və multikulturalizm mövzularına geniş yer verilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib: “Ölkələrin elm, təhsil, mədəniyyət, iqtisadi, siyasi, səhiyyə və digər sahələrdəki nailiyyətləri müvafiq göstəricilər vasitəsilə müəyyən olunur. Bu göstəricilərlə ölkələrin müvafiq sahə üzrə yeri müəyyən olunur. Multikulturalizm sahəsində də müəyyən göstəricilər var. Multikulturalizm ölkənin inkişafının mühüm bir sahəsini əks etdirir ki, bu da ilk növbədə, etnik mədəni müxtəlifliklərin qorunmasıdır. Etnik mədəni müxtəlifliklərin qorunmasının əhəmiyyəti ondan ibarətdir ki, bu, ilk növbədə, cəmiyyətdə inteqrasiya proseslərinə səbəb olur və şərait yaradır. Multikulturalizm sahəsində ölkələrin inkişaf səviyyəsini müəyyən etmək digər sahələrlə müqayisədə bir qədər çətindir. Çünki bəzi istisnalar olmaqla buna dair əsaslı şəkildə göstəricilər tətbiq olunmayıb. 2015-ci ildən ölkəmizin ali təhsil müəssisələrində, BBMM tərəfindən isə xarici ölkələrin ali məktəblərində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunması dövlətimiz tərəfindən bu siyasətin mühüm təzahürüdür. Fənnin tədrisi təkcə idraki xarakter daşımır, bunun çox böyük siyasi, praktik əhəmiyyəti var. Fənnin tədrisi tələbələri multikulturalizmlə bağlı məlumatlandırmaqla yanaşı, cəmiyyətdəki inteqrasiya proseslərinə də müsbət təsir göstərəcək. Bu sahədə “Multikulturalizmə giriş” dərsliyinin nəşr olunması böyük əhəmiyyət daşıyır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı multikultural, tolerant dəyərlərimizin öyrənilməsində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunmasının vacibliyini qeyd edib, bu sahədə “Multikulturalizmə giriş” dərsliyinin mükəmməl hazırlandığını diqqətə çatdırıb. Azərbaycanın dövlət-din modelinin bu gün bütün dünya ölkələri üçün örnək olduğunu vurğulayan Dövlət Komitəsinin sədri bildirib ki, hazırda müsəlman ölkələrində bu təcrübə geniş şəkildə öyrənilir.

Mübariz Qurbanlı deyib: “Müasir dövrdə multikulturalizmin təbliği, təşviqi çox vacibdir. Ölkəmizdəki tolerant mühit, Azərbaycanın multikulturalizm modeli dünya ölkələrində çox müsbət qarşılanır və tədqiq olunur. Biz beynəlxalq tədbirlərdə bunun şahidi oluruq”.

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Texnologiya Universitetinin müəllimi Əyyub Kərimov və treninq iştirakçısı, ADU-nun müəllimi Jalə Əsədova çıxış edərək Azərbaycan multikulturalizmi modelinin öyrənilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində “Multikulturalizmə giriş” dərsliyinin və “Azərbaycan multikulturalizmi” fənninin əhəmiyyətindən söz açıblar.

Tədbir çərçivəsində ölkənin müxtəlif universitetlərindən treninqdə iştirak etmiş 100-dən çox müəllimə sertifikat verilib.

Etibar Nəcəfov: “Multikulturalizm siyasəti bir sıra Qərb ölkələrində iflasa uğrayıb”

Etibar Nəcəfov: “Multikulturalizm siyasəti bir sıra Qərb ölkələrində iflasa uğrayıb” Bakı. 15 iyun. REPORT.AZ/ Müasir dövrdə multikulturalizm siyasəti bir sıra Qərb ölkələrində iflasa uğrayıb. Amma Azərbaycan bu siyasət vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində böyük nailiyyətlər əldə edib.

15 İyun , 2018 11:51

https://static.report.az/photo/41b851b7-7077-43cd-9e0e-f5110cbc6cf7.jpg

Bakı. 15 iyun. REPORT.AZ/ “Müasir dövrdə multikulturalizm siyasəti bir sıra Qərb ölkələrində iflasa uğrayıb. Amma Azərbaycan bu siyasət vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində böyük nailiyyətlər əldə edib”. “Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib. Şöbə müdiri deyib ki, bunun əsas göstəricisi Azərbaycanda etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasıdır: “Azərbaycan Respublikası, hətta multikulturalizm siyasətinin meydana gəldiyi Qərb dövlətlərindən də səmərəli multikulturalizm modeli təklif edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünyada artıq multikulturalizm mərkəzi kimi tanınır. Dünyada Azərbaycanın nadir rolu yüksək qiymətləndirilir”. E.Nəcəfov vurğulayıb ki, Azərbaycanda etnik-mədəni müxtəliflik multikulturalizm siyasəti vasitəsilə tənzimlənir.

Comments are closed, but trackbacks and pingbacks are open.