Press "Enter" to skip to content

Plagiat elmi işlər olur, danmıram” – Dilçilik İnstitutunun direktoru

– Maraqlıdır, qədim erməni dilinin tarixi hara gedib çıxır?

– Tarixi eramızdan əvvələ aiddir. Bu dili öyrənərkən məlum olur ki, qədim erməni dili strukturuna görə quraşdırmadır. Bu dilə kürd dilinin böyük təsiri var, eyni zamanda türk dilinin təsiri hiss olunur. 1902-ci ildə məşhur erməni alimi Açaryanın kitabı çıxıb. Bu kitab erməni dilinə daxil olan türk mənşəli sözlərdən ibarətdir. Ona görə də erməni dilini öyrənmək əslində, öz dilimizin dərin qatını öyrənməkdir.

İsimin halları

İsimlər cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişir, yəni nüəyyən qrammatik şəkilçilər qəbul edir. İsmin hallanması — isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə formaca dəyişməsinə deyilir.

Ismin altı halı var: Adlıq hal, Yiyəlik hal, Yönlük hal, Təsirlik hal, Yerlik hal, Çıxışlıq hal
1.Adlıq hal:

Bu halda olan isimlər əşyanın adını bildirir, şəkilçisi olmur, kim? nə? hara? suallarından birinə cavab olur. Bütün lüğətlərdə isimlər adlıq halda (başlanğıc formada) verilir. Məs: dəmir, dəmirçi, dəmirçilik, ev, evcik, daş, dağ, dağlıq, yazı, yazıçı, yazıçılıq və s.

İsimlər adlıq halda cəm , mənsubiyyət və xəbərlik şəkilçiləri ilə də işlənə bilir. Məs: bacı (başlanğıc formada); bacılar (cəm şəkilçisi ilə); bacım (mənsubiyyət şəkilçisi ilə); bacılarım (cəm və mənsubiyyət şəkilçisi ilə).

Adlıq halda olan isim cümlədə ən çox mübtəda olur. Məsələn: Anar gedir. Kitabım evdədir və s. Adlıq halda olan isim xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn: Gələn tələbələrdir. Mən müəlliməm və s.Bu halda olan isim cümlədə təin də olur.

2.Yiyəlik hal:
Yiyəlik halın iki forması var:
Müəyyənlik bildirən yiyəlik hal;
Qeyri-müəyyənlik bildirən yiyəlik hal.

2.1. Kimin?, nəyin?, haranın? suallarına cavab olur. Məsələn: uşağın (kimin?) qələmi, kitabın (nəyin?) cildi, kəndin (haranın?) bulağı və s. İsimlər yiyəlik halda -ın4 (-nın4) şəkilçisi qəbul edir. Məsələn: ağac-ın (qapı-nın), ev-in (sahə-nin), yol-un (quyu-nun), üzüm-ün (ütü-nün) və s.

Qeyd: Samitlə bitən isimlər yiyəlik halda –ın4, saitlə bitən isim-lər isə -nın4 şəkilçisi qəbul edir. İkinci şəkildəki «n» samiti iki samit arasında işlənən bitişdirici samitdir.

Mən və biz əvəzlikləri yiyəlik halda -im şəkilçisi qəbul edir.

2.2. Qeyri-müəyyənlik bildirən yiyəlik halın şəkilçisi yoxdur və nə? sualına cavab olur, sahiblik, yiyəlik məzmununu ümumi şəkildə bildirir. Məsələn: dəftər vərəqi, maşın təkəri, el gücü, atalar sözü və s.

İsmin adlıq və qeyri-müəyyənlik bildirən yiyəlik halları formaca bir-birindən fərqlənməsə də, onların qrammatik mənaları başqadır. Yiyəlik halın qeyri-müəyyən formasında olan ismi müəyyən formada da işlətmək mümkün olur. Məsələn: Su (suyun) şırıltısı əsəbləri sakitləşdirir. Lakin bəzi sözlər var ki, onları müəyyən yiyəlik hala çevirmək olmur. Məsələn: müstəqillk günü, istirahət günü və s.

Müəyyənlik bildirən yiyəlik hal bəzi hallarda ayrılıqda işlənir və bu vaxt cümlənin xəbəri olur. Məsələn: Kitab Uğurundur. Qeyri-miiəyyənlik bildirən yiyəlik hal isə ayrılıqda işlənməz.

3.İsmin yönlük halı:

Yönlük hal hərəkətin yönümünü, istiqamətini və ya son nöqtəsini bildirir. İsimlər yönlük halda samitlə bitən söz köklərində –a2, saitlə bitənlərdə isə –ya2 («y» bitişdirici samitdir) şəkilçisini qəbul edir, kimə?, niyə?, haraya? Suallarından birinə cavab olur. Məs. Murada (kimə?), quzuya (nəyə?), kən-də (haraya?) və s.

Qeyd: Sonu a, ə açıq saitləri ilə bitən isimlər yönlük halda iş-lənərkən tələffüz zamanı həmin saitlər ahəngə uyğun olaraq qa-pa-lı saitlərdən (ı,i,u,ü) birinə keçir. Məs: dərəyə-[dəriyə], Şuşaya-[Şuşuya], kölgəyə-[kölgüyə], torbaya-[torbıya] və s.

Qeyd: Saitlə bitən sözlərdə bitişdirici y samitindən istifadə edilir. Məsələn: anaya, gəmiyə, ölkəyə və s. Yönlük halda olan sözlər cümlədə, əsasən, vasitəli tamamlıq və yer zərfliyi vəzifəsini daşıyır.

4.Təsirlik hal:

Təsirlik hal hərəkətin obyektini, yəni hərəkətin hansı əşya üzərində icra olunduğunu bildirir. İsmin təsirlik halı iki yerə bölünür: müəyyənlik bildirən təsirlik hal, qeyri-müəyyənlik bildirən təsirlik hal. Müəyyənlik bildirən təsirlik hal -ı4 (-m4) şəkilçiləri ilə işlənir və kimi? nəyi? (bəzən isə haranı?) suallarmdan birinə cavab verir. Məsələn: Məktubu (nəyi?) oxudum. Hüseyni (kimi?) atası çağırdı.

Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənərək nə? sualına cavab verir. Məsələn, Məktub (nə?) göndərdim. Pişik süd (nə?) içir.

Qeyri-müəyyənlik bildirən təsirlik hal nə? sualma cavab verdiyi və şəkilçisiz işləndiyi üçün ismin adlıq halına oxşayır, onları fərqləndirmək üçün aşağıdakıları bilmək lazımdır;

1. Qeyri-müəyyənlik bildirən təsirlik halı müəyyənlik bildirən təsirlik hal şəklində işləmək olar. Məsələn: O, alma (almanı) yeyir.

2. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismi cümlədə xəbərin yanından uzaqlaşdırdıqda həmin isim müəyyənlik bildirir. Məsələn: Nurlan dostuna məktub yazır.

3. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismin əvvəlinə o, bu işarə əvəzliklərindən birini artırdıqda həmin isim yenə dətəsirlik halın şəkilçisini qəbul edir. Məsələn: Gülnur qələm aldı. Gülnur bu qələmi aldı.

4. Qeyri-müəyyənlik bildirən təsirlik hal da müəyyənlik bildirın təsirlik hal kimi yalnız təsirli feillərlə bağlı olur. Bunu yuxarıdakı nümunələrdə aydın görmək olar. Adlıq halda olan nə? sualına cavab verən isim isı əksər hallarda təsirsiz feillərlə və ya ismi xəbərlərlə bağlı olur. Məsələn: Kitab yerə düşdüş Kitab bilik mənbəyidir.

5. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan isimlər cümlədə xəbərin yanında işlənir. Nuray göy çanta götürmüşdü.

Təsirlik halın hər iki növündə olan isimlər cümlədə vasitəsiz tamamlıq olur və cümlədə yalnız təsirli feillə əlaqəyə girir.

Məsələn: Azər kitabı (nəyi?) yerinə qoydu.
Sevinc anasını (kimi?) çox sevir.
Mən Bakını (haranı?) yaxşı tanımıramş

Təsirlik hal ismin yeganə halıdır ki, cümlədə xəbər ola bilmir. İsmin təsirlik halı yalnız təsirli fellərlə işlənir. Təsirlik halın hər iki növündə olan isimlər cümlədə yalnız vasitəsiz tamamlıq olur.

5.Yerlik hal:

Yerlik hal əşyanın və ya hərəkətin yerini bildirir. -da2 şəkilçisi vasitəsilə yaranır. Kimdə? nədə? harada? suallarından birinə cavab verir. Məsələn: həyətdə, stulda, anamda və s. Yerlik halda olan sözlər cümlədə vasitəli tamamlıq, yer zərfliyi və ismi xəbər vəzifəsini daşıyır.

6.Çıxışlıq hal:

Çıxışlıq hal hərəkətin çıxış nöqtəsini, başlanğıc yerini bildirir və mənasına görə yönlük halın əksini ifadə edir. -dan2 vasitəsilə yaranır, kimdən? nədən? haradan? suallarından birinə cavab verir. Məsələn: məktəbə (yn. hal) – məktəbdən (ç. hal).

Çıxışlıq halda olan sözlər cümlədə vasitəli tamamlıq, yer zərfliyi və ismi xəbər vəzifəsini daşıyır.
Bütün isimlər, eləcə də kəmiyyət və mənsubiyyət şəkilçisi ilə işlənən vəziyyətdə hallana bilir.
Ədəbiyyat siyahısı: Müasir Azərbaycan dili, üçüncü hissə- Muxtar Hüseynzadə

YAZAR: Gülnar Nəzərli
HƏMÇİNİN BAX: Məhəmməd Füzulinin yaradıcılığı
HƏMÇİNİN BAX: Tehsilim.org/sagird-yerdeyismsine-baslanilir/

  • ← Havanın çirklənmə mənbələri
  • Qarapapaqlar →

“Plagiat elmi işlər olur, danmıram” – Dilçilik İnstitutunun direktoru

Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylunun AzNews.az-a müsahibəsi:

– Möhsün müəllim, Dilçilik İnstitutunun əsas missiyası nədir?

– Dilçilik İnstitutu Azərbaycanda yaranan elmi-tədqiqat institutlarından biridir. Elmlər Akademiyası yaranandan onun tərkibində Dilçilik İnstitutu fəaliyyət göstərir. Müəyyən vaxtlarda – 50-ci ildə Ədəbiyyat İnsitutu ilə birlikdə, 1969-cu ildən isə müstəqil fəaliyyətə başlayıb.

– Konkret demək mümkündürmü ki, bu gün Dilçilik İnstitutu nə işlə məşğuldur?

– Azərbaycan ədəbiyyatının tarixi, müasir Azərbaycan dili, Azərbaycan dilinin tarixi qrammatikası, başqa dillərlə əlaqəsi və s. Bu işlərlə məşğuldur. Aydınlıq üçün deyim ki, bizim institutda hazırda 13 şöbə var. Bu şöbələrin fəaliyyətini dilə gətirsək mənə elə gəlir, Dilçilik İnstitutunun əsas istiqamətlərinin müəyyən olunmasına kömək edə bilər.

– Buyurun.

– Ən böyük şöbələrdən biri müasir Azərbaycan dili şöbəsidir. Bu şöbənin özü 1945-ci ildən fəaliyyətə başlayıb. Əsas vəzifəsi Azərbaycan dilinin elmi qrammatikasını hazırlamaqdır. 50-ci illərdə Azərbaycanda dilçilik elmi doğrudan da çox inkişaf edib. Məsələn, Muxtar Hüseynzadə, Səlim Cəfərov, Əbdüləzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev, Yusif Seyidov və s. Bunlar Azərbaycan dilçiliyinin nəhəng simalarıdır. Hərəsinin də öz sahəsi olub. Muxtar Hüseynzadə daha çox morfologiya, Səlim Cəfərov leksika, Məmmədağa Şirəliyev dialektologiya, Dəmirçizadə isə dil tarixi ilə məşğul idi.

Dilçilik İnstitutunda Azərbaycan dilinin tarixi şöbəsi də var. Bizim ana kitabımız “Dədə Qorqud”dan başlayaraq yazılı abidələrimizin dilini və klassiklərimizi öyrənir. Tutaq ki, bizdə Nəsiminin dilinə aid ayrıca araşdırmalar var. Eyni zamanda Qazi Bürhanəddinin, Füzulinin, Vaqifin dili haqqında və s. Ən qədimdən başlayaraq yazılı ədəbiyyatımızın əsas qaynaqları və dilləri məhz bu şöbədə öyrənilir. İndi həmin şöbədə Azərbaycan dilinin tarixi lüğətinin birinci cildi nəşrdədir, ikinci cildini isə tamamilə hazırlamışıq.

Qədim şöbələrdən biri də Azərbaycan dialektologiyası şöbəsidir. İlk rəhbəri Məmmədağa Şirəliyev olub. Hazırda bu şöbə olduqca səmərəli fəaliyyət göstərir. Keçən il bizdə Naxçıvan dialektoloji atlası tərtib olundu və çox böyük rezonans doğurdu. Türk alimləri ona yüksək dəyər verdilər. Həmin atlasda Naxçıvada yerləşən bütün məntəqələrinin dilləri, fonetikası, leksikası və morfologiyası öz əksinin tapıb.

– Bəs necə düşünürsünüz, Qarabağın da dialektoloji atlasının hazırlanmasına ciddi ehtiyac yoxdurmu?

– Əlbəttə, böyük ehtiyac var. Həmin şöbə bu ildən Qarabağın dialektoloji atlasını hazırlamağa başlayıb. Bu günlərdə 6 nəfərlik heyət bir həftəlik Füzuli rayonuna getmişdilər. Çox böyük təəssüratla qayıtdılar. Füzulidə 46 yaşayış məntəqəsində olublar, sakinlərlə görüşüblər və onların dil materiallarını toplayıblar.

Deyim ki, bizdə lüğətçilik şöbəsi də fəaliyyət göstərir. Hazırda bu şöbə tətbiqi dilçilik adlanır. İsmayıl Məmmədli lüğətimizin yeni təkmilləşdirilmiş variantı üzərində işləyir. Bundan əlavə dilimizə yenicə daxil olmuş sözlərin lüğəti hazırlanmaqdadır.

– Digər şöbələr hansılardır?

– Nəzəri dilçilik və terminologiya və türk dilləri şöbələrimiz də var. Eyni zamanda terminologiya komissiyası, həm də ayrıca çap olunan “Terminologiya” jurnalı fəaliyyət göstərir. Bilirsiniz ki, Azərbaycan dili türk dillərinin oğuz dil qrupuna daxildir. Türk dilləri şöbəsində dilimiz başqa türk dilləri ilə müqayisəli şəkildə araşdırılır.

Bildiyimiz kimi, 2013-cü ilin aprelində ölkə prezidentinin sərəncamı ilə Azərbaycan dilinin qloballaşma dövründə zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı qəbul olundu. Və bu proqram bizim qarşımıza böyük vəzifələr qoydu. Sosiolinqvistika və dil şöbəsi də yaradıldı. Hind-Avropa dilləri şöbəsi də var. Eyni zamanda yeni yaranmış Qədim dillər və mədəniyyətlər şöbəsi də fəaliyyət göstərir. Burada şummer, akkad və hətta qədim erməni dili də öyrədilir. Bunun əhəmiyyəti çox böyükdür.

– Qədim erməni dili deyəndə nəyi nəzərdə tutursunuz?

– Müasir yox, qədim qrobar dilini deyirəm.

– Maraqlıdır, qədim erməni dilinin tarixi hara gedib çıxır?

– Tarixi eramızdan əvvələ aiddir. Bu dili öyrənərkən məlum olur ki, qədim erməni dili strukturuna görə quraşdırmadır. Bu dilə kürd dilinin böyük təsiri var, eyni zamanda türk dilinin təsiri hiss olunur. 1902-ci ildə məşhur erməni alimi Açaryanın kitabı çıxıb. Bu kitab erməni dilinə daxil olan türk mənşəli sözlərdən ibarətdir. Ona görə də erməni dilini öyrənmək əslində, öz dilimizin dərin qatını öyrənməkdir.

Daha sonra İnstitutda Kompüter dilçiliyi fəaliyyət göstərir. Burada Azərbaycan dilinin ümumi bazasının yaradılmasını düşünülür. Yəni Azərbaycan dili haqqında 300-400 səhifəlik material elektron məkana yerləşdirilir. Beləliklə, istənilən şəxs Azərbaycan dilinin leksikası, fonetikası və sintaksisi haqqında məlumat əldə edə bilir.

– Proses yekunlaşıbmı?

– Xeyr, amma yekunlaşmaq üzrədir. Bu şöbənin ikinci sahəsi Azərbaycan dilçiləri haqqında olacaq, qədim dövrlərdən başlayaraq indiyə qədər. Eyni zamanda Azərbaycan dili ilə bağlı bütün tarixi sərəncam və fərmanlar nəşr olunacaq. Səfəvilər dövründən başayaraq Xalq Cümhuriyyəti dövrü daxil olmaqla, Sovet dövründə, müstəqillik illərindəki fərman və sərəncamlar yığılacaq.

Mənə elə gəlir, bu şöbə olduqca aktual işlər görən şöbələrdən biridir.

Yeni açılmış şöbələrimizdən biri isə Monitorinq şöbəsidir. Müasir dövrdə elanlar, afişalar, reklamlar bizim məişətimizə daxil olub. Bunlarda isə adi orfoqrafiya qaydaları, dil xüsusiyyətləri pozulur. Bu mənada şöbəmizin əsas iş prinsipi monitorinqlər, treninqlər keçirməkdir, ədəbi dilin normalarının pozulmasının qarşısını almaqdır.

– Möhsüm müəllim, uzun zamandır reklamların, afişaların dili ilə bağlı maarifləndirici işlər aparılır. Amma konkret nəticə yoxdur. Azərbaycan dilinin qayda-qanunları reklamlarda, afişalarda yenə də pozulur. Bunların qarşısını almaqdan ötrü daha ciddi ölçü götürmək olmazmı? Məsələn, cərimələmək necə fikirdir?

– Siz bizim yaralı yerimizə toxundunuz. Bu yaxınlarda mən Elmlər Akademiyasının Rəyasət Heyətində Azərbaycanda dil siyasəti ilə bağlı məruzə elədim. Həmin məruzədə bu məsələyə də toxundum. Bir sıra ölkələrdə, məsələn, Latviyada dil normalarının pozulamsına görə cəza tədbirləri görülür. Mən düşünürəm bizim ölkədə də belə bir problemi gündəmə gətirmək vacibdir ki, dil normaları pozulduğuna görə inzibati cəza tədbirləri görülsün. Hesab edirəm ki, onda daha yaxşı təsiri olacaq.

– Yaxınlarda metro stansiyalarından birində divarda yazılmışdı ki, 7 yaşından yuxarı uşaqlara kart vurun.

– Görürsünüzmü, normalar necə pozulur?! Adicə küçələrdə yazılır ki, narahatçılığa görə üzr istəyirik.

– Əslində isə “narahatlıq” olmalıdır.

– Bəli. Hətta dil normalarımız televiziyalarda da kobud şəkildə pozulur. Qaynana yazırlar. Amma qayınana olmalıdır. Belə olduqda uşaqlar da çaşbaş qalırlar. Bilmirlər qaynana düzgündü, yoxsa qayınana?! Elə restoranlar var ki, orada lövhə yalnız ya ingilis, ya da rus dilindədir. Eyni zamanda mağazaların adları da. Bu barədə biz bir dəfə Respublika konfransı da keçirdik, ora müvafiq qurumları da dəvət etdik. Məsələ yuxarı səviyyədə həll olunmalıdır. Amma ən yaxşı yollarından biri doğrudan da inzibati cəza tədbirləridir.

– Bayaqdan Dilçilik İnstitutunun şöbələrini saydınız. Bildirdiniz ki, institutda xeyli işlər görülür. Bəs niyə Dilçilik İnstitutunun adı mətbuatda daha çox qalmaqallı hadisələrdə hallanır? Məsələn, rəhmətlik Tofiq Hacıyevin vaxtında problemlər oldu, sonra isə professor Qulu Məhərrəmli.

– Düzü, mən o məsələyə toxunmaq istəmirəm. Çünkü bunlar görülən işlərin arasında olduqca cüzi bir şeydir. Onlara əhəmiyyət vermək lazım deyil. Bura Akademiyadır, elmi müəssisədir, burada alimlər çalışırlar. Bizim işimiz dövlət səviyyəsində əhəmiyyət daşıyır. Ana dili millətin varlığıdır. Ölkə prezidenti keçən il Akademiyanın 70 illiyinə həsr olunmuş xüsusi yığıncağında ana dilinin saflığı məsələsinə toxundu. Siz görürsünüzmü prezidentimiz ana dilində necə də gözəl və səlis danışır, yaxud da ulu öndərimiz necə də gözəl sözlər tapırdı, işlədirdi. Bilirsiniz ki, bu il ölkəmizdə multikulturalizm ilidir. Amma multikulturalizmə türklər çoxkültürlülük deyirlər. Yəni dilimizi özünün daxili imkanları sayəsində inkişaf etdirməyimiz daha məqsəduyğun olardı.

– Bayaq görkəmli dilçilərin adlarını çəkdiniz. Muxtar Hüseynzadə, Səlim Cəfərov və s. Bəs son illərdə gənc dilçilərimiz də yetişirmi? Məsələn, cavan dilçilər arasında gələcəyin Tofiq Hacıyevini görürsünüzmü?

– Ad çəkmək istəmirəm, amma çox ümidverici gənclər var. Mən bura rəsmi olaraq keçən ilin dekabrında gəlmişəm. Həmin gənclərin elmi işləri ilə tanış oluram. Kiminsə adını çəkib başqasını deməsəm inciyərlər. Amma İnstitutumuzda ümidverici gənclər var. Gələcəyin Ağamusa Axundovu, Tofiq Hacıyevi yetişir.

– Bəs plagiat dissertasiyalar, elmi işlər haqqında nə deyə bilərsiniz? Yaxud, kimsə dilçi alim olmaq üçün pul verib başqasına elmi iş yazdırır. Belə hallara necə baxırsınız?

– Dayaq haqqında danışdığımız dövlət proqramında antiplagiat dissertasiya məsələləri də var və bu da institutumuzun qarşısına qoyulmuş işlərdəndir. Antiplagiat sisteminin yaradılması sahəsində artıq işə başlanılıb və müəyyən işlər görülüb. Təbii ki, əvvəllər belə hallar daha çox olub.

– İndi yoxdurmu?

– Müasir dövrdə də plagiat dissertasiya işlərinə rast gəlmək mümkündür. Təbii, zəif işlər də olur, plagiat işlər də olur, mən bunları danmıram. Ancaq təsadüfi hallar qarşımıza çıxır, az-az rast gəlinir, kütləvi deyil. Antiplagiat sistemi isə bu kimi işlərin qarşısını mütləq şəkildə alacaq.

– Deyirsiniz ki, plagiat nadir hallarda olur, amma mənə elə gəlir, əksinə, son zamanlar daha da kütləviləşib.

– Yox, səhv düşünürsünüz! Buna qarşı ciddi şəkildə mübarizə aparılır. Biz – Müdafiə şuraları hər bir işə ciddi yanaşırıq, şəffaflıq, elmi səviyyə gözlənilir. Mən şəxsən hesab edirəm ki, plagiat məsələsi kütləvi şəkil almayıb, ala da bilməz! Çünki bu məsələ birinci növbədə bizdən asılı olan bir şeydir. Amma qeyd edim ki, qədim vaxtlarda da bu cür hallar – plagiatlıq olub.

– Məsələn.

– Tutalım, Füzuli nə üçün bu təxəllüsü götürmüşdü? Ona görə ki, heç kim onun təxəllüsü və şeirlərini oğurlamasın. Axı Füzuli sözünün mənası boşboğaz deməkdir.

– Möhsün müəllim, hazırda Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri kimdir?

– Əvvəllər – təzə yaranan vaxtlar bu şöbənin müdiri Həbib Zərbəliyev idi. Ancaq o, bir müddətdən sonra özü ərizə yazıb işdən çıxdı. Sonra professor Qulu Məhərrəmli gəldi. Lakin yaxınlarda o da öz ərizəsi ilə işdən ayrıldı. Hazırda isə Sevinc Əliyeva müdir vəzifəsində çalışır.

– Şöbə yaranandan iki müdiri olub, ikisi də öz ərizəsi ilə işdən gedib. Görəsən, Sevinc xanım nə vaxt ərizə yazıb gedir?

– Yox. (gülür) Onların bu şəkildə işdən çıxması tamamilə təsadüfi haldır.

– Amma qalmaqallı məhkəmə prosesi ərəfəsində Qulu Məhərrəmlinin ərizə yazıb işdən çıxmasını təsadüf kimi qiymətləndirməyənlər də oldu.

– Başqa cür düşünənlər ola bilər. Amma Qulu Məhərrəmli öz ərizəsi ilə azad olunub. Tam səmimiyyətimlə deyirəm ki, burda başqa söhbət ola bilməz! Qulu müəllimin işdən çıxmasının dediyiniz məhkəmə məsələsi ilə heç bir əlaqəsi yoxdur. O, işlərinin çoxluğu ilə bağlı getməli olduğunu dəfələrlə demişdi. Hətta mətbuata da açıqlama vermişdi ki, Tofiq Hacıyevdən sonra burada işləməyə dəyməz. Bəs bu faktı niyə demirlər?

Kəramət BÖYÜKÇÖL
AzNews.az

Muxtar hüseynzadə müasir azərbaycan dili

Müasir azərbaycan dili [Текст]. – 3-е изд. – Bakı : Şərq – Qərb, 2007. – 22 см. – (Lüğət və ensiklopediyalar).

(Lüğət və ensiklopediyalar)
Филологические науки. Художественная литература — Языкознание — Тюркские языки — Юго-западная (огузская или туркменская) группа языков — Азербайджанский (тюркский) язык — Преподавание и методика изучения языка — Учебники и учебные пособия общего характера — Учебные пособия для высшей школы

Marc21

LDR 01069nam#a2200193#i#4500
001 006683386
005 20220928132449.0
008 120403s2007####aj###########|000#||aze#d
040 ##
$a RuMoRGB
$b rus
$c RuMoRGB
$e rcr
041 0#
$a aze
044 ##
$a aj
084 ##
$a Ш163.11-923
$2 rubbk
245 00
$a Müasir azərbaycan dili
$h [Текст]
250 ##
$a 3-е изд.
260 ##
$a Bakı
$b Şərq – Qərb
$c 2007
300 ##
$c 22 см
490 0#
$a Lüğət və ensiklopediyalar
650 #7
$a Филологические науки. Художественная литература — Языкознание — Тюркские языки — Юго-западная (огузская или туркменская) группа языков — Азербайджанский (тюркский) язык — Преподавание и методика изучения языка — Учебники и учебные пособия общего характера — Учебные пособия для высшей школы
$2 rubbk
751 ##
$a Баку
$e место публикации
$4 pup

Описание

Заглавие Müasir azərbaycan dili [Текст]
Дата поступления в ЭК 03.04.2012
Каталоги Книги (изданные с 1831 г. по настоящее время)
Издание 3-е изд.
Выходные данные Bakı : Şərq – Qərb, 2007
Физическое описание 22 см
Серия (Lüğət və ensiklopediyalar)
Тема Филологические науки. Художественная литература — Языкознание — Тюркские языки — Юго-западная (огузская или туркменская) группа языков — Азербайджанский (тюркский) язык — Преподавание и методика изучения языка — Учебники и учебные пособия общего характера — Учебные пособия для высшей школы
BBK-код Ш163.11-923
Язык Азербайджанский

Состав

Müasir azərbaycan dili [Текст]. – 3-е изд. – Bakı : Şərq – Qərb, 2007. – 22 см. – (Lüğət və ensiklopediyalar).
Ч. 1: Fonetika, orfoepiya, orfoqrafiya. Ч. 1 / Əbdüləzəl Məmmədoğlu Dəmirçizadə. – 253 с.; ISBN 978-9952-34-153-9 ещё
Филологические науки. Художественная литература — Языкознание — Тюркские языки — Юго-западная (огузская или туркменская) группа языков — Азербайджанский (тюркский) язык — Фонетика
Филологические науки. Художественная литература — Языкознание — Тюркские языки — Юго-западная (огузская или туркменская) группа языков — Азербайджанский (тюркский) язык — Письмо — Орфография
Хранение: CVL ЗВ 58-02/5;

Müasir azərbaycan dili [Текст]. – 3-е изд. – Bakı : Şərq – Qərb, 2007. – 22 см. – (Lüğət və ensiklopediyalar).
Ч. 2: Leksika. Ч. 2 / Səlim Cəfərov ; [red. Bayram Əhmədov]. – 191 с.; ISBN 978-9952-34-108-9 ещё
Филологические науки. Художественная литература — Языкознание — Тюркские языки — Юго-западная (огузская или туркменская) группа языков — Азербайджанский (тюркский) язык — Лексика
Хранение: CVL ЗВ 58-02/5;

Müasir azərbaycan dili [Текст]. – 3-е изд. – Bakı : Şərq – Qərb, 2007. – 22 см. – (Lüğət və ensiklopediyalar).
Ч. 3: Morfologiya. Ч. 3 / Muxtar Hüseynzadə ; [red. Tofiq Haciyev]. – 2007. – 279 с.; ISBN 978-9952-34-179-9 ещё
Филологические науки. Художественная литература — Языкознание — Тюркские языки — Юго-западная (огузская или туркменская) группа языков — Азербайджанский (тюркский) язык — Морфология
Хранение: CVL ЗВ 58-02/5;

Müasir azərbaycan dili [Текст]. – 3-е изд. – Bakı : Şərq – Qərb, 2007. – 22 см. – (Lüğət və ensiklopediyalar).
Ч. 4: Sintaksis. Ч. 4 / Əlövsət Abdullayev v. b. ; [red. Elmira Həsənova, İsmayil Əhmədzadə]. – 2007. – 422 с.; ISBN 978-9952-34-167-6 ещё
Филологические науки. Художественная литература — Языкознание — Тюркские языки — Юго-западная (огузская или туркменская) группа языков — Азербайджанский (тюркский) язык — Синтаксис
Хранение: CVL ЗВ 58-02/5;

Comments are closed, but trackbacks and pingbacks are open.