Press "Enter" to skip to content

Muxtarov ə.i uyğur xaqanlığı

Tulan Xaqan (589-600)

Humay Muxtarova: Mənimlə bir gecəyə yarım milyon verirdi — MÜSAHİBƏ

– Humay xanım, hərdən nə düşünürsünüz?

– Hərdən gələcəyə dair planlarımdan, qazana biləcəyim uğurlar barəsində düşünürəm.

– Nəyi edə bilmədiniz?

– Bir neçə məsələ var ki, onlar hələ həll olunmayıb. O da ki, maddiyyatla bağlı olan məsələlərdir. İnşallah, onlar da həyata keçər.

– Bəlkə bir az danışasınız o arzulardan.

– Uşaqlıqdan mənim arzum olub ki, ucqar kəndlərin birində məscid tikdirim və kimsəsiz heyvanlara böyük bir sığnacaq açım.

– Heyvanları bu qədərmi sevirsiniz?

– Hədsiz dərcədə sevirəm.

– Insanları tanıdıqca, itlərə məhəbbətim artır. Bu fikirlə razısınızmı?

– Razıyam. İtə su, yemək verirsən, hər gün işə gedəndə gəlib qapıda dayanıb səni yola salır. Amma illərdir ki, qoynunda dostunu bəsləyirsən, dəstək olursan və o, sənə elə bir zərbə vurur ki, sən düşünürsən ki, axı niyə?!

– Yəni ki, “sən demə, qoynumda ilan bəsləmişəm” sözünü siz də demisiniz.

– Bəli, olub. O “soyuq müharibə” hələ də davam edir. Amma mən heç kimlə düşmənçilik saxlamıram. Belə insanları həmişə Allaha həvalə edirəm.

– Kiminlə “soyuq müharibə”dəsiniz?

– Uzun zamandır ki, bir xanımla rəfiqə idim. Dostluq etdik, amma o insanın mənə qarşı etdiklərini düşünəndə anlayıram ki, bu insan üç-dörd il ərzində mənə sevgi yox, nifrət bəsləyib. Ani bir qığılcımdan elə sözlər, elə hərəkətlər gördüm ki, şoka düşdüm. Mən indiyə qədər heç kimə qarşı kin saxlamamışam. Amma o xanımı qiyamətə qədər bağışlamayacağam.

– Nə demişdi sizin barənizdə?

– Nə deyə bilər ki? İnsan kiminsə haqqında danışmazdan qabaq öz keçmişinə baxmalıdır. Mənim övladıma sataşanı heç vaxt bağışlamaram. Uşağımı güddürüb, üzünə “kislata” tökmək istəyirdilər. 7 nəfər cinayətə cəlb olundu. Yaxşı ki, vaxtında hər şeyin üstü açıldı. Polisə müraciət etdim və bu təhlükənin qarşısı vaxtında alındı.

– Səbəb nə idi? Nə istəyirdilər sizdən?

– O mənə dedi ki, sən niyə qabağa gedirsən, mən yox?! Sırf qısqanclıq ucbatından mənə qarşı belə bir plan qurmuşdu.

– Başınızı başlara çoxmu qoşdunuz?

– Mənim ürəyim çox təmizdir. Əvvəl hamıya inanırdım. Ona görə də başım çox ağrıyıb. Amma indi elə deyiləm. Ətrafımda heç kim yoxdur. Sağ olsun menecerim Kəmalə xanım. O məni çox ayıltdı. Onu dediyi sözlər zamanla düz çıxır.

– Həyat yoldaşınızdan niyə ayrıldınız?

– Mənim həyat yoldaşım ərəbdir. O mənə Azərbaycandan heç vaxt getməyəcəyini demişdi. Lakin elə oldu ki, doqquz il orada yaşadım. Çox sıxılırdım. Mən anamı burada tək qoya biləməzdim. Evin tək uşağı olduğuma görə ona baxmalı idim.

– İndi münasibətiniz varmı onunla?

– Qızımın atasıdır. Qızıma necə lazımdırsa, baxır, onu təmin edir.

– Birinci evlilikdən sonra yenə ailə qurdunuz. O evlilik niyə alınmadı bəs?

– Biz ailə quranda o mənə ailəsindən ayrıldığını demişdi. Lakin sonra məlum oldu ki, ayrılmayıb. Mən bilsəydim, onunla ailə qurmazdım. Biz onunla Kərbəla ziyarətinə də getdik. Hətta hicaba da keçmişdim. Amma iş o yerə çatdı ki, söz-söhbətə görə yoldaşı intihar həddinə gəldi. Mən də qərara gəldim ki, kənara çəkilim. Ondan sonra məni hicabımı açdığıma görə qınadılar. Mən buna məcbur idim. Çünki aparıcıyam, başqa yerdən gəlirim yoxdur.

– Üçüncü dəfə ailə quracaqsınızmı?

– Xeyr.

– Bəs indi sevdiyiniz insan varmı?

– Var. O həmişə mənim yanımdadır, mənə dəstəkdir.

– O insan subaydırmı?

– Bəli, subaydır. İş adamıdır. Azərbaycanlıdır, lakin xarici ölkədə yaşayır. Biz ara-sıra onunla görüşürük.

– Son günlər etdiyiniz fotosessiyaya görə müzakirə mövzusu oldunuz. Əvvəlcədən bilirdinizmi belə qarşılanacağını?

– Bu təklif mənə qış ayından var idi. Mən demişdim ki, may ayında qəti cavab verəcəyəm. Onlar mənə yaxşı qonorar da təklif etmişdilər. Lakin tərəddüd edirdim. Bilirdim ki, bu fotosessiya söz-söhbətə səbəb olacaq. Lakin may ayında təklif olunan qonorarı artırdılar, mən də razılaşdım. Əslində mən bilirdim ki, qınaq obyektinə çevriləcəyəm. Amma bu qədərini gözləmirdim. Az qaldı ki, məni xalq düşməni elan etsinlər. Mənə bir italiyan brendindən təklif gəldi və dəyərləndirdim. Burada böyüdüləcək nə var? Onlar mənim simamı bəyənmişdilər. Hətta deyirdilər ki, çəkili olsaydınız, yenə də sizi çəkəcəkdik.

– Bədəninizə yönələn nəzərlər sizi narahat etmir ki?

– Düzünü desəm, o fotosessiyadan sonra instagramım “dağılır”. Mənə elə adamlardan elə təkliflər gəlir ki, özüm məəttəl qalıram. Həm də gülməyim gəlir. Deyirəm, axı niyə bizim kişilər bir az açıq-saçıq geyinən qadın görən kimi belə olurlar?!

– Sizə olunan təkliflər intim təkliflərmi olur?

– Həm intim olur, həm də sevgi təklifləri. Amma mən onları qəbul etsəydim, bəzi xanımlar kimi altdan-altdan iş görərdim. Sadəcə olaraq, intim həyat qarşılığında mənə təklif olunan məbləğlərləri görəndə gülməyim gəlir. Bir tərəfdən deyirəm ki, ay Humay, sənin nə qədər dəyərin var imiş? Digər tərəfdən də düşünürəm ki, kişilər bir gecəlik həzzə görə nələrdən keçirlər.

– Bir gecə üçün sizə ən çox nə qədər təklif ediblər?

– Bir gecəmə yarım milyon verirdi. Başqa ölkədə yaşayan bir azərbaycanlı mənə bir gecə qarşılığında yarım milyonluq hədiyyə vəd edirdi.
– Özünüzə güvənirsinizmi?
– Bəli, həmişə özümə güvənmişəm. Özümə baxan insanam. Vaxtımın çoxu gəzməkdə, salonlarda keçir. Bu uşaqlıqdan məndə bir həvəsdir. Çünki anam da özünə baxan bir xanımdır. Həkimdir. Görünür ki, bu xasiyyət mənə ondan keçib (gülür).

– Ay ərzində öz gözəlliyinizə nə qədər “qurban” verirsiniz?

– Ay olub ki, 10-15 min xərcləmişəm. Ay olub ki, 30 min, ay olub ki, 3 min. O baxır mənim aylıq gəlirimə.

– Sizcə, sizi ən cazibədar göstərən bədəninizin hansı üzvüdür?

– Gözlərim.

– Bəs simadan aşağı düşsək?

– Elə 45 kiloqram çəkidə qalmağım (gülür).

– Olanlara təəssüflənirsinizmi?

– Bəli, mən çox tez qərar verənəm. Bəzən tələsib qərar verirəm, lakin sonradan peşman oluram

– Tələsib “təndir”ə düşmüsünüzmü?

– Düşməmişəm, amma etdiyim bəzi hərəkətlər mənə sonradan zərbələr vurub.

– Bəs nəyə gecikdiniz tələsməyə?

– Əvvəlki vaxtım olsa idi, qızımın atasından ayrılmazdım. Çünki onun mənə yaşatdığı həyatı heç bir kişi yaşada bilməz. Mənim yoldaşımın məndən başqa 3 yoldaşı var. O yüksək vəzifə sahibidir. Onunla dünyanın bütün ölkələrini gəzmişəm. Brendlər geyinmişəm. İndi o həyatdan çıxıb bu həyata düşməyim məni incidir.

– Dediniz ki, ananıza görə bura gəldiniz. Bəs ananızı oraya apara bilməzdiniz?

– Mənim anamın işi buradadır və o xəstəlikdən əziyyət çəkir. O, orada yaşaya bilməzdi. Hər şeyi anama qurban verdim.

– Yenidən barışmaq fikriniz varmı?

– Qızım atasının yeganə varisidir. 18 yaşı tamam olan kimi atası onu xaricdə oxutduracaq. O, necə lazımdırsa, onu təmin edir. Bir sözlə, qızımın mənim puluma ehtiyacı yoxdur (gülür).

– Həyat yoldaşınızın 3-cü xanımı olmağa necə razı oldunuz?

– Orada bir kişi maksimum 7 qadın ala bilər. İcazə verilir. Əsas kişinin razılığıdır. Məni gördü, bəyəndi, mən də razılıq verdim.

– Boğanızda ilişib qalan nədir?

– Mən özümlə gecələr çox danışıram. Çox şeylər boğazımda ilişib qalır, amma birtəhər uduram.

– Özünüzü ittiham edirsinizmi?

– Bəli, ən çox ailə məsələlərində və ziyarətə gedib başımı bağlayıb, sonra açmağım məni çox narahat edir.

– Yenidən örtünmək kimi bir niyyətiniz varmı?

– Mən örtülü geyimlərə öyrəşmişdim. Hətta Azərbaycana gələndə bir müddət qapalı geyinirdim. İnşallah ki, yenə də qismət olar. Çünki mən İmam Hüseyn aşiqiyəm. Çalışıram ki, yaxşılıqlar edim, Allah mənim günahlarımı bağışlasın.

– Çəkdirdiyiniz fotosessiyaya görə keçmiş həyat yoldaşınız bir söz dedimi?

– Biz ayrılmışıq, o mənim işimə qarışmır. Mən bu addımımda indi həyatımda olan insanla məsləhətləşdim və onun razılığını aldım. Başqasının fikri mənim üçün önəmli deyil.

– Bu işin davamı olacaqmı?

– Olacaq, bundan da betəri olacaq (gülür).

– Nəyə ad qoya bilmirsiniz?

– İnsanların bu qədər vəhşiləşməyinə ad qoya bilmirəm.

– Ova gedərkən ovlandınızmı?

– Mən heç vaxt tora düşmürəm. Allah özü məni qoruyur. Günlərin bir günü məni İsrailə toy məclisinə dəvət etmişdilər. Razılaşdım. Məndən başqa oraya iki tanınmamış müğənni də dəvət olunmuşdu. Uçuşuma az qalmış mən ora getməkdən imtina etdim. Qızlar getdilər. Onların başına orada oyun açmışdılar. Döyüb küçələrə salmışdılar. Sonra bir dəfə Şamaxıda avtomobil qəzasına düşdük. Mənim burnum da qanamadı. Deməli, az da olsa, Allahın nəzərində varam.
– Lazımı məqamda temperaturu aşağı sala bilirsinizmi?

– Sala bilirəm. Lazımı anda aranı sakitləşdirməyə qadirəm. Psixologiyanı çox gözəl bilirəm.

– Kimə sözünüz yoxdur?

– Məni və qızımı təhqir edənlərə sözüm yoxdur. Bilmirəm ki, onlar insandır, yoxsa şeytan.

– Ayağınızın yerdən kəsildiyi anlar olubmu?

– Olub. Gün olub ki, evdən çıxmağa 20 qəpik də tapmamışam. Heç kimə əyilməmişəm. Aparıb qızıllarımı satmışam.

– Həmin məqamda nə düşünürdünüz?

– Düşünürdüm ki, Allahın bir sınağıdır. Dözürdüm, səbr edirdim.

– İndiki gənc qızlarda bəyənmədiyiniz nədir?

– İndiki qızlar ailəyə kəm baxırlar. Yoldaşları ilə bir problem olan kimi analarının üstünə qaçırlar. Mən peşman olmuşam. Bir növ harınlamış kimi oldum. Qızlara sözüm odur ki, beş-on günlük münasibətlərə aldanmasınlar, öz bakirəliklərini satmasınlar. Ailəyə ailə kimi baxsınlar. Savadı olmayıb, yoldaşından boşanan və bunun nəticəsində pis yola düşənləri haradasa başa düşmək olar. Amma pula ehtiyacı olmadığı təqdirdə onunla-bununla görüşən qızları anlaya bilmirəm.

– Şəhvət qurbanı olmusunuzmu?

– Olmamışam. Mən her şeyi yataqda görmürəm. İnsan özünə sevgi və hörmət qazanmalıdır.

Muxtarov ə.i uyğur xaqanlığı

Strateq.az saytı yeni bir layihəyə başlayır: tarixdə mövcud olmuş türk dövlətləri haqqda bilgiləri silsilə yazılar vasitəsilə özət (xülasə) şəklində oxuculara təqdim edəcək, ardınca isə çağdaş türk dövlətlərinin hər biri haqqında ayrıca məqalələr veriləcək.

Birinci yazıda ən əski dönəmlərdən orta yüzilliklərə qədərki, ikinci yazıda isə XX yüzilliyin birinci yarısında bəzən bir neçə ay, bəzən də bir neçə il mövcud olmuş türk dövlətlərindən söz açacağıq.

Bu yazıda Sacoğulları (Sacilər), Saloğulları (Salarilər), Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlar, Səfəvilər, Osmanlı dövləti, Teymur İmperatorluğu (Teymurilər), Babur İmperatorluğu, Əfşar Dövləti, Qacar Dövləti, Atabəylər, Eldəgəzlər və digər onlarla əski türk dövlətindən danışılmayacaq. Nədən ki, bunlar haqqında xeyli sayda araşdırmalar yazılmış və bir çoxu haqqında orta məktəb kitablarında, az-çox, bilgi verilir. Barəsində bilgi verdiyimiz iyirmidən artıq əski türk dövləti Azərbaycan oxucusuna bəlli olmayan və ya çox az bəlli olan dövlətlərdir.

üçüncü yazı isə çağdaş türk dövlətləri və toplumları haqqında olacaq.

Böyük Hun imperatorluğu

Bu İmperatorluğa Asiya Hun imperatorluğu da deyilir.

Miladdan öncə 220-ci ildə quruldu. Hun imperatorluğunu bir neçə türk boyu birlikdə qurmuş və birlikdə yönəltmişdi. Qaynaqlarda ilk başçısının Teoman olduğu qeyd olunur. Miladdan öncə 209-cu ildə Mete hakimiyyətə gələndən sonra bu dövləti çox qüdrətli duruma gətirmişdi. Onun hakimiyyət dönəmində İmperatorluğun ərazisi Xəzər dənizindən Yapon dənizi, çindən Sibirə qədər əraziləri əhatə edirdi. Meteniun ölümündən bir müddət sonra zəifləməyə başlayan bu dövlət miladdan öncə 46-cı ildə Doğu Hun Dövləti və Batı Hun Dövləti olmaqla iki yerə bölünür.

Doğu Hun dövləti

Miladdan öncə 46-cı ildə qurulub, eramızın 48-ci ilinə qədər mövcud olub. Hun dövləti haqqında bütün qaynaqlar çin qaynaqları olduğu üçün onların adları da çinliləşdirilmişdir. çinlilər Hun sözünü Hiung-nu şəklində yazırdılar. Doğu Hun Dövləti sıradakı xaqanlar tərəfindən yönətilmişdi:

Hohanye (m.ö. 46-31)

Su Hsien Cudi (m.ö. 20-12)

çuyacudi (m.ö. 12-8)

Vuçu Liu Cudi (m.ö. 8-m.s. 13)

Hu Tur Sıtao Gao Cudi (18-46)

Bu dövlət özü də daxili çəkişmələr sonucunda eramızın 48-ci ilində 2 yerə bölünmüşdü.

Batı Hun dövləti

Miladdan öncə 46-cı ildə yaranmışdı. Doğu Hun Dövlətinin ilk başqanı Hohanyenin qardaşı çiçi Yabğu tərəfindən qurulmuşdu. Hohanyeni çinə meylli siyasətindən narazı qalan çiçi Yabğu qardaşından ayrılaraq Batı Hun Dövlətini yaratmışdı. Bu dövlət bizim eranın 36-cı ilinə qədər mövcud olmuşdu.

Güney Hun dövləti

Bu dövlətə Batı Hun İmperatorluğu da deyilir. Bizim eranın 48-ci ilində Doğu Hun Dövlətinin iki yerə bölünməsindən yaranmışdı. Eramızın 216-cı ilinə qədər davam etmişdi. 200-cü ilə yaxın dövlət içində baş qaldıran çaxnaşma və qarşıdurmalar çinin müdaxiləsinə imkan yaratdı və dövlət 216-cı ildə süquta uğradı.

Quzey Hun dövləti

Doğu Hun Dövlətinin dağılmasından törəyən ikinci dövlət Quzey Hun Dövləti idi. Bir müddətdən sonra xeyli güclənib yüz il sürən bu dövlətin 90 ili savaşlarda keçdi. Quzey Hun Dövlətinin varlığından rahatsız olan çin sürəkli olaraq hücumlar edirdi. Hazırda çində adı tarixi qəhrəman kimi anılan Pan çao məhz Quzey Hun Dövlətinə qarşı apardığı savaşlara görə çin tarixində yaşadılır. çin və həmin dönəmdə tarixdə görünməyə başlayan Sienpi tayfalarının ardıcıl hücumları Quzey Hun Dövlətinin iki istiqamətdə vuruşmağa və sonda zəifləməyə gətirib çıxardı. Bu dövlət eramızın 156-cı ilində süquta uğradı. Quzey Hun Dövləti yıxılandan sonra Hun tayfaları Batıya doğru köç etdilər və burada Batı Hun Dövlətindən qalan tayfalarla birləşdilər.

Avropa Hun imperatorluğu

Eramızın 370-ci ilində qurulmuşdu. Ən qüdrətli dönəmi “Günəşin batdığı yerə qədər hər yeri ala bilərəm” deyən Uldızın (408-411) və Roma papasına “Siz şaşırmısız, Tanrının oğlumu olur?” deyən Atillanın (445-453) dönəmində olmuşdu. Bu İmperatorluq eramızın 469-cu ilinə, bəzi araşdırmalara görə isə, 503-cü ilə yaşayıb. İmperatorluğa aşağıdakı tarixi şəxsiyyətlər imperatorluq etmişdi:

Kama Tarkan (352 – ?)

Alypbi (Baltazar) (378 – 386)

Muncuk (386 – 390)

Karaton (412 – 422)

Attila (445 – 453)

Tuldila (455 -457)

Dengizik (458 – 469)

Ağ Hun imperatorluğu

Bizans qaynaqlarına görə, Eftalit, çin qaynaqlarına görə, Ak Hiung-nu, hind qaynaqlarına görə, Sveta-Hüna adlanan bu imperatorluq 420-ci ildə İssık gölü (İssık kül) hövzəsində meydana gəlmişdi. Qobi səhrasından Xəzər dənizinə qədər uzanan imperatorluğun sahəsi 3 milyon 500 min kvadrat km. Idi. Dilləri türkçə, dinləri Tanrıçılıq idi. İmperatorluq 567-ci ildə süquta uğrayıb.

Asiya Avar imperatorluğu

Ərəb və Bizans qaynaqlarının “avar”, çinlilərin “juan-juan”, türklərin “apar” söylədiyi Avar toplumu prototürklərdən hesab olunur. Asiya Avar İmperatorluğu 330-cu ildə qurulmuşdu. Bu günki Monqolustan və Koreya torpaqları bu İmperiyanın tərkibində idi. Avar İmperatorluğunu çoxsaylı monqol və türk boyları birgə yönəldirdilər. Qaynaqların yazdığına görə, Xaqan titulu əski türk dövlətləri içərisində ilk dəfə Avar İmperatorluğunda işlənib. Altıncı yüzillikdə güclənməkdə olan Göytürklər tərəfindən sıxışdırılan bu imperiya 555-ci ilə qədər mövcudluğunu qoruyub saxlaya bildi.

Göytürk xaqanlığı

VI
yüzilliyin ortalarında qüdrətli dövlət meydana gəldi. Sasani sərhədlərindən Sibirə qədər geniş bir ərazini əhatə edən Göytürk Xaqanlığının ərazisi 6 milyon kvadrat km. idi. Xaqanlığın ilk illərdə doğu qanadını Bumın Xaqan, batı qanadını onun qardaşı İstemi Yabğu yönəldirdi. Hər iki qardaşın adı Orxon və Kül Tikin abidələrində daşlara əbədi həkk edilib. Bu gün də var olan Kül Tikin abidəsində yazılıb:

“üstdə mavi göy, altda geniş yerlər var olduqda ikisi arasında insan oğlu var olmuş. İnsan oğlunun üzərinə soyum Bumın Xaqan, İstemi Xaqan oturmuş. Oturaraq türk millətinin elini, törəsini qorumuş, düzən vermiş. Dörd tərəf tamamailə düşmən imiş. Ordu yönəldərək dörd tərəfdəki düşmənləri almış… Doğuda Kadırqan ormanına qədər, batıda Dəmir qapıya qədər getmiş”.

Muğan Xaqan dönəmində (553-572) Xaqanlıq çox inkişaf etmişdi. O, çin İmperatoru ilə qohum olmuş, iki dövlət arasında əlaqələrin yüksək səviyyədə qurulmasına nail olmuşdu. Onun ölümündən sonra birlik pozulmuş, 582-ci ildə Göytürk Xaqanlığı Batı Göytürk Xaqanlığı və Doğu Göytürk Xaqanlığı olaraq 2 yerə parçalanmışdı.

Batı Göytürk xaqanlığı

582-ci ildə Göytürk Xaqanlığının batı hissəsində Tardu tərəfindən qurulmuşdu və 659-cu ilə qədər mövcud olmuşdu. Tardu yabğu titulu ilə Göytürk Xaqanlığının batı qanadını yönəldən İstəmi Xaqanın oğlu idi. 576-cı ildə İstəmi Xaqan ölüncə oğlu Tardu onun yerinə keçir. 582-ci ildə yeni Göytürk Xaqanı olmaq arzusu baş tutmayınca və İşbara Xaqan olunca batı qanadını ayıraraq Batı Göytürk Xaqanlığını yaradır. Göytürklər dönəmində hər hansı dövlət mənsubunun Xaqan olması üçün Dövlət Məclisinin razılığı olmalı idi. 582-ci ildə İşbaranı Dövlət Məclisi Xaqan seçmişdi.

Doğu Göytürk xaqanlığı

Bu Xaqanlıq 582-ci ildə iki yerə bölünən Göytürk Xaqanlığının doğu qanadıdır. İlk başçısı İşbara Xaqan idi. Göytürk Xaqanlığının parçalanması İşbaranı çox çətin duruma salmışdı. çin dövləti minlərlə göytürklü tacirləri ölkəsindən qovmuş, Xaqanlıq aclıq və qıtlıqla üz-üzə qalmışdı. Olduqca çətin duruma düşən İşbara Xaqan çinə müraciət etmiş, ondan yardım istəməli olmuşdu. çin imperatoru hər cür yardıma hazır olduğunu bildirmiş, lakin Doğu Göytürk Xaqanlığı qarşısında çox ağır bir şərt qoymuşdu: doğuda yaşayan göytürklər çin dilində danışmalı, çin geyimi geyməli və çin adətlərini qəbul etməli idi. Xalqı çox ağır durumda olan İşbara Xaqanın çin imperatoruna məktubu belə olur:

“Sizə bağlı qalacaq, vergi verəcək, qiymətli atlar hədiyyə edəcəm. Ancaq dilimizi dəyişdirə bilmərəm. Xalqıma çin geyimləri geyindirə bilmərəm. Adətlərinizi, qanunlarınızı qəbul edə bilmərəm. Bu mümkün deyil. çünki bütün millətim bu yöndə duyğusallıqla çarpan bir ürək kimidir“.

İşbara çindən asılı duruma düşməyi ilə razılaşmadığı üçün qısa müddət sonra dərin qayğılar içində ölür. Lakin 609-cu ildə Şi Pi Xaqanın hakimiyyətə gəlməsindən sonra Xaqanlıq xeyli güclənir. Doğu Göytürk Xaqanlığına Xaqanlıq edən türklər bunlar idi:

İşbara Xaqan (582-587)

Tulan Xaqan (589-600)

Kimin Xaqan (600-609)

Şi-Pi Xaqan (609-619)

çula Xaqan (619-621)

İl Xaqan (621-630)

Sonuncu Doğu Göytürk Xaqanı İl Xaqan olmuşdu. 630-cu ildə bu Xaqanlıq da süquta uğramışdı.

Avropa Avar imperatorluğu

Bu günki Macarstan, Slovakiya, Xarvatiya, Rumınya və Serbiyanı əhatə edən əski türk dövlətlərindən biridir. Dövlətin dili türkcə, dini Tanrıçılıq idi. Avar Xaqanı I Bayan tərəfindən 562-ci ildə qurulan bu dövlət 823-cü ilə qədər yaşamışdı.

I Bayan Avar imperatorluğuna 40 il – 562-ci ildən 602-ci ilə qədər xaqanlıq etmişdi. Sərkərdəlik qabiliyyəti və liderlik özəlliyi ilə dövləti qüdrətli duruma gətirmişdi.

Xəzər xaqanlığı

Xəzər Xaqanlığı 630-cu ildə qurulmuş, 1030-cu ilə qədər – 400 il öz varlığını qoruyub saxlamış, Araz çayından indiki Ukraynanın batı sərhədlərinə, Qara dənizdən Aral gölünə qədər ərazini əhatə etmiş qüdrətli, əski türk dövlətlərindən biridir. Bu yaxınlarda Xəzər Xaqanlığı haqqında strateq.az saytında xüsusi araşdırma yazısı yayınlanmışdır. Bu Xaqanlıq haqqında geniş bilgi əldə etmək istəyənlər bu link vasitəsi ilə həmin araşdırmanı oxuya bilər: ( Yəhudi dinini qəbul edən ilk və tək türk dövləti: Xəzər xaqanlığı – Araşdırma )

İkinci Doğu Göytürk xaqanlığı

Bu Xaqanlıq 681-ci ildən 744-cü ilə qədər mövcud olmuşdur. çin əsarəti altında olan Doğu Göytürk Xaqanlığı Qutluq Xaqanın zamanında yenidən baxımsızlıq əldə etdi. Bu üzdən bu dövlətə “Qutluq Dövləti” də deyilməkdədir.

680-ci ildə Qutluq Bilgə Tonyukuk ilə birlikdə çinə qarşı üsyan qaldırdı. Qaynaqların yazdığına görə, “17 arxadaşı ilə” birlikdə savaşan Qutluq 681-ci ildə Doğu Göytürk Xaqanlığını bərpa etməyi bacardı. 682-ci ilə qədər bütün göytürkləri bir bayraq altında birləşdirdiyi üçün ona İltəriş titulu verildi. İltəriş el, dövlət quran anlamındadır.

Hakimiyyətə gəlincə Bilgə Tonyukuku vəzir edən İltəriş Qutluq Xaqan dövlətin başında olduğu 12 il ərzində çin üzərinə 17 dəfə yürüş etmişdi. Qaynaqların yazdığına görə, bütün səfərlərində qələbə ilə geri dönmüşdü.

693-cü ildə İltəriş Qutluq Xaqan ölür. Bundan sonra Kapağan Xaqan onu əvəz edir.

Uyğur xaqanlığı

742-ci ildə ayrı-ayrı uyğur boyları birləşərək Uyğur Xaqanlığını yaradır. Federasiya şəklində qurulan bu Xaqanlıq 840-cı ilə qədər mövcud olmuşdur.

Orxon çayı hövzəsində qurulan Uyğur Xaqanlığının paytaxtı Ordubalık (Xanbalıq) şəhəri idi. Uyğur Xaqanlığı əsasən Tanrıçılıq və şamanizm inancında idi. Eyni zamanda burada maniheizmin, xristianlığın və buddizmin də ardıcılları var idi.

Uyğur Xaqanlığı əski türk xaqanlıqları arasında öz mədəniyyətinin yüksək olması ilə seçilir. Bu Xaqanlıqda yeni şəhərlər salınır, əkinçilik və heyvandarlığın inkişafına böyük önəm verilirdi. çinlə mədəni və iqtisadi əlaqələr qurulur, dövlət bəlli hüquq qaydaları ilə idarə olunur, ayrı-ayrı dinlərin qarşılıqlı anlaşma və barış şəraitində fəaliyyət göstərməsi kimi sivil ortam meydana gətirilir.

Tabğaç dövləti

Türk Tabğaç Dövləti 385-ci ildə çinin quzeyində qurulmuş, 550-ci ilə qədər mövcud olmuşdur.

Əski türk yazılı abidələrində Tabğaç boyunun adı bir neçə dəfə çəkilir, Mahmud Kaşğarlı “Divani-lüğət-it-türk” əsərində bu boydan bəhs edir. Bilgə Tonyukuk abidəsində belə bir qeyd var:

“Bilge Tonyukuk ben özüm tabgaç iline kılındım türk bodun tabgaçka körür erdi.” (Mən Bilgə Tonyukuk Tabğaç elində doğuldum. Türk budunu Tabğaça bağlı idi).

Türkeş dövləti

Göytürklərin tərkibində olan On Ok boylarının 699-cu ildə qurduğu dövlətin adıdır. Həm də Türgiş Dövləti kimi tanınan bu dövlət 766-cı ilə qədər yaşamışdı.

Göytürk Xaqanı Bumın Xaqan 552-ci ildə İstemini On Ok boyuna “Bəy” təyin etdi. Göytürk Xaqanlığı süquta uğrayınca Baka Tarkan bütün On Ok boylarını ətrafına toplayaraq 140 minlik ordu meydana gətirdi və Türkeş Dövlətini yaratdı. Bu günki Qırğızstan ərazisinin böyük hissəsi Türkeş Dövlətinin tərkibinə daxil idi. Paytaxtı Balasaqun şəhəri idi.

VIII yüzilliyin ortalarında Türkeş dövləti içərisində baş qaldıran qarşıdurmalar və sürəkli çin müdaxiləsi sonucda Türkeş toplumunu Sarı və Qara adıyla iki yerə parçalanmışdı. Bir qədər sonra tərəflər dövləti ikiyə bölərək Sarı Türkeş Dövlətini və Qara Türkeş dövlətini yaratmışdılar.

Qaraxanlılar dövləti

Tarixdə mövcud olan uzunmüddətli türk dövlətlərindən biridir. Qaraxanlı dövləti 840-cı ildə Orta Asiya və Doğu Türküstan ərazisində qurulmuşdu. Ərazisi 3 milyon kvadrat km. idi. Qaraxanlıların hakimiyyəti 400 ilə yaxın sürüb. Qaraxanlı dövlətinin qurulduğu ilk yüzildə dini Tanrıçılıq idi. Dövlətin qurucusu Bilgə Kül Qadir Xan idi. 934-cü ilə qədər Tanrıçılıq dininə sitayiş edən bu dövlətin paytaxtı Balasaqun idi. 934-cü ildən – İslam dininin qəbul edilməsindən sonra paytaxt Kaşğar şəhəri oldu. Qaraxanlı dövləti İslam dinini qəbul edən ilk türk dövlətidir. İslam dininin qəbulundan sonra uyğur əlifbasından istifadə etməyə başlamışdılar.

Yusif Xas Hacibin “Qutadqu bilik” və Kaşğarlı Mahmudun “Divani-lüğət-it-türk” əsəri Qaraxanlılar
dönəmində meydana gəldi.

Qaraxanlı dövləti 1042-ci ildə Doğu Qaraxanlı Dövləti və Batı Qaraxanlı Dövləti olmaqla iki yerə ayrılır. Doğu Qaraxanlı Dövlətinin paytaxtı Balasaqun, Batı Qaraxanlı Dövlətinin paytaxtı isə indiki özbəkistanın Fərqanə ərazisində yerləşən özkənd şəhəri idi. Hər iki Qaraxanlı dövləti 13-cü yüzilliyin əvvəllərində süquta uğramışdı.

Qaraxoca Uyğur krallığı

9-13-cü yüzilliklərdə mövcud olmuş, Doğu Türküstan ərazisində uyğurlar tərəfindən qurulan dövlətdir. Uyğurlar 856-cı ildə Mengli Xaqanın başqanlığı ilə Uyğur Krallığını elan etdilər. Paytaxtları Beşbalıq və Turfan şəhərləri olmuşdu. 1209-cu ildə süquta uğramışdı.

Qəznəlilər dövləti

961-ci ildən 1187-ci ilə qədər mövcud olmuşdur. Dövlət öz adını hazırda Əfqanstanın 34 vilayətindən biri olan Qəznə şəhərinin adından götürmüşdü. Bu ərazilərdə uzun müddət fars kökənli Samanilərin hakimiyyətdə olması nədəni ilə burada yaşayan türklərin dili xeyli dərəcədə farslaşmışdı. Buna görə də Qəznəlilər Dövlətində 3 dildən istifadə olunurdu. Rəsmi dil əsasən farsca, hərbi dil isə türkcə idi. Dini törənlərdə daha çox ərəb dilindən istifadə olunurdu. Dövlətin paytaxtı əvvəllər Qəznə, sonralar isə hazırda Pakistan ərazisində yerləşən Lahor şəhəri idi.

Qəznəlilər Dövlətinin qurucusu olan Alp Təkin Samanilər dönəmində ordu sərkərdəsi idi. Dövlətin tam şəkildə qurulması onun kürəkəni Səbük Təkinin, yüksəlişi isə Səbük Təkinin oğlu Sultan Mahmudun adıyla bağlıdır.

1187-cı ildə (bəzi qaynaqlara görə 1186-cı ildə) Qəznəlilər dövlətinin son hökmdarı Hüsrəv Məliyin əsir alınmasına görə bu dövlət süquta uğradı.

Böyük Səlcuqlu dövləti

985-ci ildə Səlcuk bəy tərəfindən əsası qoyulan bu dövlətin digər adı Böyük Səlcuqlu İmperatorluğudur. Səlcuqlu dövləti Alp Arslanın hakimiyyəti dönəmində (1063-1072) xeyli genişlənmişdi. 1071-ci ildə baş verən məşhur Malazgird savaşı onun adıyla bağlıdır. Həmin savaşda Bizans imperatoru Romen Diogen Alp Arslan tərəfindən əsir alınmışdı. 1072-ci ildə Alp Arslan öləndən sonra onun yerinə oğlu Məlikşah keçdi. Məlikşahın hakimyyətdə olduğu 1072-1092-ci illər arası Səlcuqlu dövlətinin ən parlaq dönəmi oldu. Səlcuqlu dövləti 1157-ci ildə süquta uğradı.

Bundan başqa Kirman Səlcuqlu dövləti, Xorasan Səlcuqlu dövləti, İraq Səlcuqlu dövləti, Suriya Səlcuqlu dövləti və Anadolu Səlcuqlu dövlətinin hər biri Səlcuq bəyin soyundan gələn türklər tərəfindən qurulmuşdu.

Namiq Hacıheydərli

Strateq.az

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Hikmət” Hazırlıq Kursları на Facebook. Если вам интересны новости Hikmət” Hazırlıq Kursları, регистрируйтесь на Facebook сегодня!

Hikmət” Hazırlıq Kursları на Facebook. Если вам интересны новости Hikmət” Hazırlıq Kursları, регистрируйтесь на Facebook сегодня!

Hikmət” Hazırlıq Kursları

Orta Əsrlər Tarixi
Orta əsrlər tarixi 476-cı ildən yəni Qərbi Roma imperiyasının süqutundan- 1640-cı ilə yəni İngiltərə Burjua inqilabına qədərki dövrü əhatə edir. Bu sözü elmə İtaliya humanisti Flavio Byondo gətirmişdir.
*****************************************************************************
Çin.
III – IV əsrlərdə Çində feodalizm cəmiyyəti yaranmağa başladı. Beləki:
1) Çin feodalizm cəmiyyətinə qərbdə olduğundan fərqli dağıntılara məruz qalmadan qədəm qoydu.
2) Çində feodalizm Avropadan xeyli tez başlandı
Çində cəmiyyətin əsas hissəini təşkil edən kəndli məhsul vergisi verməklə yanaşı dövlət üçün də bir sıra ağır mükəlləfiyətlər də icra edirdi.
Çində o vaxtlar güclü ailələr adlandırılan iri xüsusi torpaq sahibliyi də mövcud idi.
Çində digər Şərq dövlət dövlətlərində olduğu kimi dövlət feodalizmi formalaşırdı.
Beləki: – Çində ən böyük torpaq sahibi olan imperator :
1) Hərbi xidmət müqabilində özünün ən yaxın adamlarına sərkərdələrə və məmurlara iri torpaq sahələri paylayırdı.
2) Məmur və ya hərbiçi vəzifədən azad edilirdisə yaxud rütbəsi aşağı salınırdısa dövlət onu torpaq üzərində sahiblik hüququndan məhrum edirdi.
Feodalizm münasibətlərinin sürətli inkişafı nəticəsində getdikcə qüvvətlənən iri feodallar artıq VIII əsrdən etibarən dövlət torpaqlarını özbaşına tutmağa başlayırdılar.Bu da nəticədə həmin torpaqlarda yaşayan kəndlilərin torpaqsızlaşmasına və feodaldan asılı adamalara çevrilməsinə səbəb olurdu.
Beləki indi:
1) Kəndli feodala vergi verməli və onun üçün əvəzi ödənilməyən işlər görməli olurdu.
2) Kəndlinin ödədiyi əsas vergi töycü olub, məhsulla ödənilirdi.
Suy sülaləsi. III əsrdə Çin imperiyasının yerində bir-birilə düşmənçilik edən bir neçə dövlət yarandı.
VI əsrin sonlarında Çində yenidən vahid dövlətin yaradılmasına başlanıldı.
Beləki bu zaman: Şimali Çjou dövlətinin sərkərdəsi Yan Szyan:
1) Öz rəqiblərinə qalib gələrək Suy sülaləsinin (586-618) əsasını qoydu.
2) Çanan şəhərini özü üçün paytaxt seçdi.
3) 589-cu ildə ölkənin cənubunda (Cənubi Çində) hökmranlıq edən Çin sülaləsinin hakimiyyətinə son qoydu
Nəticədə- VI əsrin sonunda Çində imperiya yenidən bərpa edildi.
Suy sülaləsinin ikinci və sonuncu hökmdarı Yan Quanın hakimiyyəti dövründə isə:
1) Çinin ayrı-ayrı bölgələri arasında təsərrüfat əlaqələri gücləndi
2) Ölkə daxilində yük daşınmasını asanlaşdırmaq üçün uzunluğu 1700 km olan Böyük Kanal çəkildi.
3) Təsərrüfat inkişaf etdi
4) Feodallar mərkəzə tabe edildi
Tan sülaləsi. VII əsrin əvvələrində Çində hakimiyyətə Tan sülaləsi (618-960-cı illərdə) gəldi. Beləki bu sülalə:
1) Çini 300 il idarə etdi
2) Onun imperatorları Səma oğlu adlandırılır və ilahi qüvvələrin iradəsinin daşıyıcısı hesab olunurdu.
Tan sülaləsinin imperatorları arasıkəsilməz işğalçı müharibələr aparırdılar.Beləki Tan sülaləsinin hakimiyyəti dövründə:
1) Koreya və Vyetnam işğal olundu.
2) Çin ordusu Böyük İpək Yolunun Mərkəzi Asiyaya qədər olan hissəsinə nəzarəti ələ keçirdi.
3) 751-ci ildə Talas döyüşündə Ərəblərə məğlub olduqdan sonra bu nəzarət Çinin əlindən çıxdı.
Lakin bununla yanaşı Tan imperiyasının hakimiyyəti dövründə ölkədə təsərrüfat və sənətkarlıqda bir sıra irəliləyişlər baş verdi. Beləki:
1) Şəhərlər inkişaf edərək iri ticarət və sənət mərkəzlərinə çevrilirdi.
2) Kəndlərin yanında salınmış bazarların ətrafında yeni şəhərlər meydana gəlirdi.
3) Çində liman şəhərləri də daha sürətlə inkişaf edirdi.
Türklər və Çin. Erkən orta əsrlər boyu Çin daim öz qonşuları olan Türklərlə müəyən münasibət saxlamalı olmuşdur. Çində hakimiyyət uğrunda mübarizənin getməsi və daxili çəkişmələrin güclənməsi nəticəsində erkən orta əsrlərdə baş verən türk hücumlarının qarşısını almağa imkan vermirdi.
Ağ Hun İmperatorluğu.
Böyük Hun İmperatorluğu dağıldıqdan sonra türklərin əsas hissəsi Volqadan (İdil) qərbə doğru çəkildi. Digər bir Hun birliyi isə cənuba istiqamət götürərək Qərbi Türküstan ətrafına köçdü. Hunlar burada IV əsrin sonlarında Ağ Hun dövlətini yaratdılar.
Ağ Hun dövlətinin torpaqlarına:
1) Mərkəzi Asiya, Əfqanıstan
2) Şimal qərbi Hindistanın bir hissəsi daxil idi.
Ağ Hun dövlətinin sərhədləri isə:
1) Seyhun (Sırdərya) çayı və Səmərqənd ətrafına
2) Qərbdə isə Xəzər dənizinin cənubuna qədər uzanırdı.
Yerləşdikləri bu əraziyə görə Ağ Hunlara həm də “Orta Şərq hunları ”da deyilirdi.
V əsrdən bu dövlət Eftalit dövləti kimi tanınmağa başladı. Bu da hakimiyyətdə olan Eftal xanın adı ilə bağlı olmuşdur.
Ağ Hunlar içərisində iki ən böyük qəbilə var idi. Bunlardan biri Yar digəri isə Hun qəbiləsi idi. Ölkənin idarə edilməsi yəni bütün hakimiyyət bu qəbilələrin əlində idi.
Ağ Hunlar qərbdə sərhəd qonşusu və əsas rəqibi Sasani imperiyası idi. 430-cu ildə Ağ Hunlar Sasanilərə sarsıdıcı zərbələr endirdilər.
Beləki Ağ Hun hökmdarı Ağsuvar xan:
1) 430-cu ildə Sasani şahı I Yezdəgerdi özündən asılı vəziyyətə saldı.
2) 459-cu ildə himayə etdiyi Firuzu sasani taxtına çıxarmağa nail oldu.
Nəticədə Sasani şahı Firuz (459-484 –cü illər ) Ağ Hunlardan asılılığı qəbul edərək :
1) Hər il hunlara vergi verirdi
2) Seyhun çayı ətrafındakı torpaqları Termez və Vasgird bölgələrini də Ağ Hunlara güzəştə getmişdi.
Lakin az sonra Firuz öhdəsinə götürdüyü şərtləri pozaraq Ağ Hunllara qarşı yürüşə başladı. Hunlar döyüşdə sonralar turan taktikası adı ilə məşhurlaşan taktika ilə Sasaniləri rüsvayçı məğlubiyyətə uğratdılar.Alçaldılan Firuz 484-cü ildə yenidən yürüşə çıxdı yenə də Ağsuvar Xan turan taktikası ilə sasaniləri məğlub etdi və Firuz yeddi oğlu ilə birlikdə öldürüldü.
Sasanilərlə 484-cü ildə bağlanan sülh nüqaviləsinə görə:
1) Sasanilər Mərv və Soqd vilayətlərini Ağ Hunlara verdilər
2) Sasanilər üzərinə ağır vergi qoyuldu
Ağsuvarın ölümündən sonra onun yerinə oğlu Toraman-Təkin hakimiyyətə gəldi. Onun dövründə:
1) Ağ hunlar Şimali Hindistana yürüş etdilər.
2) Pəncab vilayəti ağ hunların əlinə keçdi.
Toraman Təkin Pəncab vilayətinin Sakala şəhərini Ağ Hun dövlətinin paytaxtı elan etdi. 515-ci ildə Toraman Təkin öldü onun yerinə böyük oğlu Mihiraqula xan keçdi. Mihiraqula xanın dövründə:
1) Ağ Hun imperatorluğu öz qüdrətinin ən yüksək zirvəsinə çatdı.
2) Onun güclü nizami ordusunda 700 döyüş fili var idi.
3) Hindistan üzərinə aramsız yürüşlər davam etdirildi.
4) Ağ Hunlar Şimali-Qərbi Hindistanı tamailə özlərinə tabe etdilər.
550-ci ildən başlayaraq Ağ Hun dövlətində yüksəliş dayanmağa başladı. Parçalanma gücləndi. Artıq bu dövrdə meydana gələn yeni türk dövləti Göytürk dövləti ilə toqquşmalar başlandı. Sasanilər bundan istifadə etdilər.
Nəhayət:
567-ci ildə Sasani şahı Xosrov Ənuşirəvan və Göytürk hökmdarı İstəmi xaqan Ağ Hunlara qarşı ittifaq yaradaraq Ağ Hunları məğlub etdilər. Nəticədə Ağ Hun dövləti süquta uğradı .Onun torpaqları Sasani və Göytürklər arasında bölüşdürüldü.
Təsərüfat və ictimai həyat.Çin Mənbələrdən aydın olur ki Ağ Hunlar başqa türk tayfalarından fərqli olaraq daha tez oturaq həyata keçmişdilər.
Ağ Hunlar:
1) Ticarətdə pul işlədirdilər.
2) Bu pulların üzərindəki yazılar Hunların istifadə etdiyi Toxar yazısı idi.
3) Çin mənbələrində cəngavər döyüşçü və mahir oxatanlar idi.
Qeyd: Ağ Hunlar Azərbaycan xalqının formalaşmasında mühüm rol oynamışdılar. Çünkü:
1) Ağ Hunlardan olan Çul tayfasının bir hissəsi hələ eramızın ilk əsrlərində Dərbənd ətrafında məskən salmışdı.
2) Azərbaycanının Çola vilayətinin adı da buradan götürülmüşdür.
Qərbi Hun İmperatorluğu.
Xalqların böyük köçü. Böyük Hun imperatorluğu dağıldıqdan sonra Hun tayfalarının qərbə doğru uzunsürən və əziyyətli bir hrəkəti başlandı. Bu hadisə tarixdə “Xalqların böyük köçü ” adılanır. Beləliklə:
1) “Xalqların böyük köçü” eramızın IV əsrindən başlayaraq VI əsrə qədər davam etdi.
2) Xalqların böyük köçünü hunlar başladı.
3) Xalqların böyük köçü Slavyanların Bizans ərazisində məskən salması ilə başa çatdı.
Hunların təsiri ilə alanlar,qotlar və digər xalqlar da Mərkəzi və Qərbi Avropaya köç etdilər. Qərbə doğru hərəkət edən Hunlar:
1) 370-ci ildə Don sahilində Alanları məğlub etdilər.
2) 371-ci ildəisə Krımda Ost-qotlara qalib gəldilər.
3) Krımı ələ keçirən Hunlar burada Quldarlıq münasibətlərinə güclü zərbə endirdilər.
Hunlar Dnestr sahilində Vestqotlarla qarşılaşdılar. Vestqotlardan yadigar qalan yalnız indiki Moldovada ərazisində tikilən və “Atanirix sədləri”kimi məşhur olan torpaq sədlər oldu.
400-cü ildə Hunlar Pannoniyada məskunlaşaraq İdildən Dunaya qədər əraziləri lə keçirdilər.
Balamir (374-400) – hakimiyyətə gəldiyi zaman:
1) Hun ordusunun qüdrəti daha da artdı.
2) Hunların bir hissəi Ön Asiyaya köç etdilər.
3) Qərbi Hun dövləti xeyli qüvvətləndi
Ulduz xan (400-410). Balamirdən sonra Hun hökmdarı oğlu Uluz xan oldu. Ulduz xan:
1) İşğalçı müharibələri genişləndirdi.

2) 404-409-cu illərdə Dunayı keçərək Bizansa qoşun yeritdi.
3) Bizans tabe edildi.

Qardonlu (Qarageyimli). Ulduz xandan sonra hakimiyyətə gələn oğlu Qaradonlunun dövründə əsasən Dövlətin şərq sərhədlərinin qorunmasına xüsusi diqqət yetirildi.
Muncuq. Muncuq da çox yaşamadı. O, öləndə oğlu Atilla hələ çox gənc idi. Ona görədə xaqan Atillanın əmisi Rua oldu.
Atilla (434-453). Hakimiyyətə gələn kimi 434-cü ildə Bizansla Konstans sülh müqaviləsini imzaladı. Müqaviləyə əsasən :
1) Bizans Hunlara tabe olan xalqlarla heç bir əlaqə saxlamamalı
2) Hunlardan qaçıb Bizansda gizlənən adamlar geri qaytarılmalı idi.
3) Bizans Hunlara 700 librə qızıl verməli idi.
Atillanın dövründə dövlət imperiyaya çevrildi. Beləki Qərbi Hun imperatorluqu:
1) Şərqdə İdil çayından- qərbdə Reyn çayına
2) Cənubda Balkan yarımadasından- şimalda Baltik dənizi sahillərinə qədər böyük bir ərazini əhatə edirdi.
Qərbi Hun imperatorluğunun ərazisinə- müasir Ruminiya , Macarıstan , Avstriya , Slovakiya Çexiya , Cənubi Rusiya və Almaniyanın bir hissəsi daxil idi.
Qərb dövlətlərində yaşayan əhali Hun hökmdarı Atillanı “Tanrının qırmancı (qamçısı)”adlandırıdılar.
447-ci il II Balkan səfəri. Bizansın Kostans müqaviləsinin şərtlərini pozması, vergiləri gecikdirməsi və əsirləri gizlətməsi 447-ci ildə Atillanın II Balkan səfərinə çıxmasına səbəb oldu. Nəticədə:
1) Konstantinopol mühasirəyə alındı
2) II Feodosi ilə sülh bağlandı
Katalaun döyüşü. Atilla Bizansı tabe etdikdən sonra Qərbi Romanı da tabe etmək qərarına gəldi 451-ci ildə Katalaunda döyüş baş verdi. Ordusunu geri çəkən Atilla 452-ci ildə yenidən Romaya hücum etdi. Atilla Romanı mühasirəyə alarkən bütün Xristian dünyası adından Papa III Leon ondan Romanı dağıtmamağı xahiş etdi. Atilla xahişi qəbul edərək şəhəri dağıtmadı. Sasaniləri tabe etmək üçün səfərə hazırlaşdı. Lakin 453-cü ildə Atilla vəfat etdi.
Qərbi Hun imperatorluğu 470-ci ildə dağıldı. Sonralar bu imperatorluğun yerində Bulqar, Suvar, Avar və Xəzər xaqanlıqları yarandı.
Hunlarda ictimai quruluş və təsərrüfat. Hunlarda qəbilə-tayfa bölgüsü hakim idi .Bir neçə qohum tayfanın birləşməsi El adlanırdı.
I Göytürk İmperatorluğu.
Böyük Hun imperatorluğu dağıldıqdan sonra Mərkəzi Asiya, Altay və Böyük Çöl ərazilərində yaşayan türklər Jujan dövlətiinin əsarəti altına düşdülər.
Lakin: Türk qəbilələrinin başçısı Bumin Xaqan:
1) 546-cı ildə Teles tayfalarının Jujan dövlətinə qarşı üsyan qaldırmasından istifadə etdi.
2) 552-ci ildə Bumin xaqan Jujanları məğlub edərək yeni bir türk dövlətinin Göytürk dövlətinin əsasını qoydu.
3) Özünü “İl xaqan ”adlandırdı.
4) Ötükən şəhərini paytax seçdi.
Dövlətə Göytürk adının verilməsi ilə Hunlar özlərini ilk dəfə rəsmi olaraq Türk adlandırdılar. Göytürk hökmdarı olan Muğan və İstəmi xaqanların dövründə I Göytürk dövləti (552-588) özünün ən qüdrətli dövrünü yaşadı.
Muğan Xaqan:
1) Atasının yaratdığı dövləti möhkəmləndirməyə və ərazisini genişləndirməyə çalışrdı.
2) Jujanları darmadağın edərək onları Çin səddinin o biri tərəfinə qovdu.
3) Onun dövründə Çin Göytürklərdən asılı vəziyyətə düşdü.
İstəmi xaqan. Bumin xaqanın oğlu İstəmi xaqanın dövründə I Göytürk imperatorluğu xeyli gücləndi. Onun dövründə:
1) 555-ci ildə türklər qərbə doğru hərəkət edərək Aral gölünə çatdılar.
2) Türklər qısa müddətdə Mərkəzi Qazaxıstanı, Yeddisuyu və Xarəzmi ələ keçirdilər.
3) 558-ci ildə Göytürklər uyğurları məğlub edərək İdil (Volqa ) sahillərinə çıxdılar.
Ağ Hunlarla müharibə başa çatdıqdan sonra Göyürklər Sasanilərlə müharibəyə başladılar. 568-ci ildə Göytürklər Amudərya çayını keçərək Cürcandakı ticarət şəhərlərini və limanlarını ələ keçirdilər. 571-ci ildə Sasanilərlə müqavilə imzalandı. Müqaviləyə əsasən Soqdiana Göytürk dövlətinə birləşdirildi.
571-576-cı illərdə Göytürk orduları bütün Şimali Qafqazı tutaraq Qara dəniz sahillərinə çıxdılar. İstəmi xaqan 576-cı ildə Bizans torpaqları üzərinə yürüş etdi. Göytürklər Şimali Qafqazın düzənliklərində və Dağıstanın dağ ətəyi hissəsində möhkəmləndilər.
Beləliklə geniş ərazidə yerləşən I Göytürk imperatorluğunun ərazisinə:
1) Şərqdə Koreya körfəzindən Qərbdə Xəzər dənizinə
2) Cənubda Qumlu səhradan şimalda İdil (volqa) və Yenisey çaylarının aşağı axarlarına qədər olan torpaqlar daxil idi.
Istəmi xaqandan sonra onun varislərinin Çinlə yaxınlaşması və Buddizm dinini himayə etməsi xalqın ciddi narazılığına səbəb oldu. Nəticədə 588-ci ildə I Göytürk imperatorluğu parçalandı. Beləki I Göytürk imperiyasnın ərazisində:
1) Mərkəzi Monqolustan olmaqla Şərqi Göytürk (588-634 ) və
2) Mərkəzi Yeddisu olmaqla Qərbi Göytürk (588-659) dövlətləri yarandı.
VII əsrin əvvəllərində Şərqi Göytürk dövləti dərin böhran keçirirdi. Nəticədə 634-cü ildə Qara xan əsir edilərək Çinə aparıldıqdan sonra Şərqi Göytürk dövləti süquta uğradı.
Çinlilər 659-cu ildə Qərbi Göytürk dövləti üzərində də qələbə qazanaraq bu dövləti də süquta uğratdılar.
II Göytürk imperatorluğu.VII əsrin ortalarında Kürşadın başçılığı ilə türklər Çin əsarətinə qarşı üsyan qaldırsalar da məğlub oldular. Lakin 682-ci ildə türk sərkərdəsi İltəris xaqanın başçılığı ilə yeni bir qüdrətli hərəkat başlandı. Nəticədə türklər Çin əsarətindən çıxaraq II Göytürk imperatorluğunun əsasını qoydular.
İltəris xan:
1) 682-ci ildə II Göytürk dövlətinin əsasını qoydu
2) Özündən əvvəlki xaqanların səhvini təkrar etmədi , yəni Çinli qızla evlənmədi.
3) İlbilgə adlı türk qızı ilə evlənən İltəris xan tanınmış alim Tonyukuqu baş vəzir təyin etdi.
Onun vəfatından sonra qardaşı Qapaqan xaqan (Kapqan) hakimiyyətə gəldi. O, 697-cı ildə Kidan tayfalarını özünə tabe etdi.
Qapaqan xaqanın başlıca siyasəti
1) Ordunun möhkəmləndirilməsi
2) İqsadiyyatın canlandırılması
3) Mərkəzi Asiya türklərini vahid dövlətdə birləşdirməyə yönəlmişdi.
Qapaqan xanın dövründə- II Göytürk qoşunları Çinə qalibiyyətli yürüş edərək Sakit okeana qədər irəlilədilər.
Ona bu işlərdə qardaşı oğlanları Bilgə xan və Kültigin yaxından kömək göstərirdilər. Qardaşların fəaliyyəti uğurlu idi. beləki:
1) 709-cu ildə Bilgə xanın başçılığı ilə türk ordusu qırğızları və türkeşləri tabe etdi.
2) 711-715-ci illərdə qarluq qəbilələri üzərinə edilən yürüş də qalibiyyətlə başa çatdı.
Qapaqan xaqan öləndən sonra Bilgə xan xaqan oldu.Ona işində qardaşı Kültigin və baş vəzir alim Tonyukuq kömək edirdi.
731-ci ildə Kültigin Doquz oğuzlara qarşı döyüşdə həlak oldu. 734-cü ildə isə Bilgə xaqan türk düşmənləri tərəfindən öldürüldü.
Sosial iqtisadi quruluş. Göytürk xaqanın gələcək varisi yabqu adlanırdı. Xaqan ailəsinə daxil olan şahzadələr isə tigin titulu daşıyırdı. Xaqanın yanında ali məşvərət orqanı qurultay idi. Əhali isə budun (xalq ) və qara budun –qara xalq adlanırdı. Göytürklərin əsas məşğuliyyəti köçmə maldarlığ idi. Şəhərlər adətən balıq adlanırdı. Göytürk dövlətinin paytaxtı Ötükən şəhəri idi.
Uyğur Xaqanlığı.
Uyğur xaqanlığının banisi Qutluq Bilgə Gül Xaqandır. Paytaxtı Ordu şəhəri idi. Uyğur türkləri hunların Talas qoluna məxsusdur. Uyğur sözü müttəfiq , uyuşan deməkdir. 745-ci ildə hakimiyyətə Moyon Çur (745-759) gəldi. Onun hakimiyyətə gəlməsi narazlığa səbəb oldu. Ona qarşı qiyam baş verdi.Lakin:
1) Qiyamçılar Moyon Çurun dəstələri tərəfindən darmadağın olundu.
2) Moyon Çur Qırğızları, səkkiz oğuz, doqquz tatar qarluqları və türkeşləri öz ətrafında birləşdirdi.
Hakimiyyətdən uzaqlaşdırılan Çin imperatoru Uyğurlardan kömək istədi.Nəticədə Çinə sahib olmaq istəyən Moyon Çur xaqan böyük bir qüvvə ilə:
1) Çinin paytaxtını ələ keçirdi
2) İmperatorun hakimiyyətini bərpa etdi.
Lakin çox keçmədən Uyğurlarla Çinin arası pisləşdi.755-ci ildə Çinlilər ağır itki verərək yenidən Uyğurlara tabe oldular. Moyon Çurdan sonra hakimiyyətə Bögü xaqan (759-779) keçdi.
Bögü xaqan Çin üzərində nüfuzunu artıraraq bu ölkənin bütün ticarətini öz əlinə aldı.
762-ci ildə Tibetlilər Çinə basqın etdilər. Bögü xaqan Çin kimi zəngin bir ölkəni itirməmək üçün Tibetlilərlə mübarizəyə başladı və onları darmadağın etdi. Uyğurların bu qələbəsi onların nüfuzunun xeyli artmasına səbəb oldu.
Bağa Tarkan (779-789). Bögü xaqandan sonra hakimiyyətə Bağa Tarkan keçdi.Onun dövründə:
1) Onun dövründə iqtisadiyyat yüksəldi.
2) Uyğur xaqanlığı daha da gücləndi
Lakin iqtisadiyyat gücləndikcə qəbilə və tayfa başçılarının mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri də artırdı.
IX əsrin ortalarından başlayaraq Uyğur dövləti zəifləməyə başladı.Qırğızların üsyanı dövləti daha da zəiflətdi. Nəhayət 845-ci ildə Qırğızlar Uyğurları məğlub edərək dövlətin varlıqına son qoydular.
Uyğur türklərinin böyük mədəniyyəti olmuşdur. Çünkü:
1) Uyğur türkləri Avropalılarda xeyli əvvəl kağız istehsal etmiş
2) Mətbəə yaratmış
3) Kitab çap etməyi bacarırdılar.
4) Yazını ağac qələmlə yazırdılar.
Xəzər Xaqanlığı.
634-cü ildə Şərqi Göytürk dövləti dağıldıqdan sonra Xəzərlər yenidən müstəqil oldular .VIII-IX əsrlərdə Xəzər xaqanlığının ilk mərkəzləri Bələncər və Səməndər şəhərləri olmuşdur.Xəzərlərdə Şəhərlər Balıq adlanırdı. Həmin dövrdə Şimali Qafqaz , Azov dənizi sahilləri və Krım yarımadasının bir hissəsi Xəzərlərə tabe idi.
VIII-IX əsrlərdə qüdrətli dövlət olan Xəzər xaqanlığı geniş ərazili bir dövlət olaraq Qafqazın və Qara dənizin şimalını, Volqadan Dneprə və şimalda Kiyev şəhərlərinə qədər ərazini əhatə edirdi.
Xəzər xaqanlığında :
1) Ölkəni xaqan idarə edirdi.
2) Xaqan qeyri məhdud hakimiyyətə malik idi
3) Xaqanın ətrafında böyük imtiyaz sahibi olan bəylər və tarxanlar toplaşmışdı
4) Xaqan çoxlu hərbi qüvvəyə malik idi.
5) Xaqanın baş məsləhtəçisi məlik və ya xaqanbəyi adlanırdı.
Xəzərlər xarici ölkələrə ixrac etmək üçün balıq və balıq yağışqanı hazırlayırdılar. Xəzərlər Bizansla geniş əlaqə saxlayırdılar. Səbəbi isə:
1) Sasanilərin və Ərəblərin Xəzərlərə və Bizansa bəslədikləri dünşmənçilik münasibəti idi.
2) Bizans sasanilərə və ərəblərə qarşı dəfələrə xəzərlərin köməyindən istifadə etmişdi.
Nəticədə: Xəzərlər Ərəblərə qarşı mübarizədə Bizansla əlaqəni daha da möhkəmləndirdilər. Xəzərlərin Şərq slavyanları üzərindədə böyük təsiri olmuşdu. Çünkü:
1) Təsadüfü deyil ki 839-cu ildə ilk dəfə qurulan Slavyan birliyində baş vəzir Xaqan titulu daşıyırdı.
2) Şərq Slavyanları Xəzərlərə tabe olub onlara vergi verirdilər.
Bunun nəticəsi olaraq 882-ci ildə Knyaz Oleq Kiyevi tutaraq Xəzər xaqanlığı nümunəsində Kiyev Rus dövlətini yaratdı.
IX əsrin II yarısında Xəzərlərə tabe olan tayfalardan Polyanlar, Vyatçilər və Severyanların adı məlumdur.
Xəzərlərin ilk və uzun döyüşləri türk tayfalarından olan Peçeneqlərlə olmuşdur. Ərəblərin Azərbaycanı işğal etməsi Xəzər Ərəb müharibələrinin yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Beləki:
1) Ərəblərlə müharibənin yeni mərhələsi 709-cu ildə Xəzərlərin hücumu ilə başlandı. Ərəb qoşunları məğlub oldular.
2) 724-cü ildə Xəzərlər Qıpçaklarla ittifaqa girərək Arranda Ərəblərə ağır zərbə vurdular.
3) 730-cu ildə Xəzərlər tarixlərində ilk dəfə ən uğurlu yürüş edərək Ərdəbil yaxınlığında Ərəbləri məğlub etdilər.
Mosula qədər irəliləyən Xəzərlərin qarşısını Ərəblər Hilat şəhəri yaxınlığında çətinlliklə durdura bildilər. 737-ci ildə Ərəblər əks hücuma keçərək Xəzərləri Azərbaycandan çıxardılar. Nəticədə:
1) Xəzərlər Ərəblərə sülh bağlamağa məcbur oldular
2) Xəzərlərin bir hissəsi İslam dinini qəbul etdilər.
Yüz ilə qədər davam edən Xəzər Ərəb müharibələri xaqanlığı sarsıtdı. 790-cı ildə Xəzər xaqanı Obadi xan İudaizmi xaqanlığın rəsmi dini elan etdi. Nəticədə:
1) Xalq ilə hakim təbəqə arasında uçurum yaratdı.
2) Bu Xəzər xaqanlığının faciəsi və dağılmasının başlanğıcı oldu.
İudaizmin qəbul olunması əhali arasında düşmənçilklə qarşılandı. Toqquşmalar nəticəsində Obadi və oğlanları öldürüldü.
965-ci ildə Xəzər xaqanlığının zəifləməsindən istifadə edən Kiyev Knyazı Svyatoslav xəzər ölkəsinə məhvedici yürüş etdi. Səməndər və Sarkel şəhərləri Slavyanların əlinə keçdi. Svyatoslav Sarkel şəhərinin yerində Belaya Vena adlı qala tikdirdi.
Ərəblər. Ərəblər Asiyanın Ərəbistan yarımadasında yaşayırdılar. Bu əraziləri ərəblər Cəzirət əl-ərəb adlandırırdılar. Ərəblər əsasən yeraltı suların üzə çıxdığı vahələrdə yaşayırdılar. Ərəbistanın əsas əhalisi bədəvilər adlanan köçəri ərəblər idi.
Bədəvilərdə:
1) Dəvə əsas nəqliyyat vasitəsi kimi istifadə olunurdu.
2) Dəvəni səhra gəmisi adlandırırdılar.
3) Əvvələr qəbilələr halında yaşayırdılar.
4) Qəbilə başçısı hərbi başçı vəzifəsini də yerinə yetrirdilər.
5) İlk vaxtlar bütlərə sitayiş edirdilər.
Ərəblərdə ticarət geniş yayılmışdı. Karvan yolları üzərində ticarət məskənləri-şəhərlər yaranırdı. Bunlarda ən böyüyü Məkkə şəhəri idi.
İslam dininin meydana gəlməsi. Bədəvilər bütpərəst idilər. Onların ziyarətgah yeri olan Kəbə Məkkə şəhərində yerləşirdi. Kəbədə 360 büt var idi.
Ərəblərdə yeni dinin meydana gəlməsi Məhəmməd peyğəmbərin (s.ə.s) adı ilə bağıdır. Həzrəti Məhəmməd peyğəmbər s.ə.s:
1) 570-(1)ci ildə Məkkədə anadan olmuşdur.
2) Atası Abbudallah və özü Qüreyş qəbiləsindən idi.
3) Təxminən 40 yaşında 610-cu ildən – yeni dini təbliğ etməyə başladı.
4) Məhəmməd peyğəmbər s.ə.s-ın təbliğ etdiyi yeni din İslam dini adlanırdı.
5) İslam dinini qəbul edənlər Müsəlman adlandırılırdılar.
6) Islam allaha itaətetmə deməkdir.
Müsəlman İcmasının yaradılması. Məhəmməd peyğəmbər yeni dini Məkkədə çətinliklə yayırdı. Çünkü Qüreyş başçıları ona mane olurdular.
Ona görə də:
1) 622-ci ildə Məhəmməd peyğəmbər s.ə.s Məkkədən Mədinəyə köçdü. Bu tarixdə Hicrət adlanırdı
2) Ərəblərin Hicri tarixi (yəni Müsəlman aləminin il hesabı-tarixi) də (hicrət –köçmək , getmək) həmin ildən başlanır.
Məhəmməd peyğəmbər s.ə.ə İslamı qəbul etmiş tərəfdarları ilə Mədinədə müsəlman icması yaratdılar.
1) Bu dini icma Qəbilə icmasından fərqlənirdi. Çünkü burada insanları birləşdirən qan qohumluğu deyil, İslam dini idi.
2) İnsanların gündəlik həyatları din əsasında qurulmuşdu.
Islam dininin qəbil edilməsi nəticəsində:
1) Müsəlman icmasında birləşən ərəb qəbilələri 630-cu ildə İlk Ərəb Dövlətini yaratdılar.
2) 630 -cu ildə Ərəblər islam dinini qəbul etdilər.
Qurani-kərim-müqəddəs kitab.Qurani Kərim İslam dininin müqəddəs kitabıdır. Quran sözü oxumaq, qiraətetmək deməkdir.
Beləki bu kitab:
1) 114 surədən ibarətdir.
2) Surələr fəsil və ya bölmə adlanır.
3) Qurani kərim 23 il ərzində tamamlandı
4) Qurani kərimin hər cümləsi ayə adlanır
İslam , Xristianlıq və Yəhudilik (İudaizm). təkallahlı dinlər olub səmavi dinlər hesab olunur.
İslam şəriətinə görə: İslamı qəbul edən müsəlmanlar 5 şərtə əməl etməlidir.
1) Kəlmeyi şəhadəti bilməlidir.
2) Gündə 5 dəfə namaz qılmalıdır.
3) Oruc tutmalıdır.
4) Zəkat verməlidir.
5) İmkanı olarsa Məkkədəki Kəbəni ziyarət etməlidir.
Qeyd: Qurani –Kərimə görə Hz.Məhəmməd peyğəmbər s.ə.s allahın göndərdiyi sonuncu peyğəmbərdir.
Qərbi Avropa V-IX əsrlərdə.
Qədim Alman tayfaları. Eramızın əvvələrində Qədim Alman tayfaları kəndlərdə nəsil icması halında yaşayırdılar. Roma ilə də sıx əlaqələr saxlayırdılar. Bunun nəticəsində də Almanlar Romalılardan ikitarlalı əkin qaydasını öyrəndilər.
Qədim Alman tayfalarında ən mühüm məsələri xalq yığıncağı həll edirdi.
Beləki Xalq yığıncağı:
1. Müharibə elan edir
2. Sülh bağlayır
3. Tayfa başçısını seçir
4. İcma üzvləri arasında mübahisələri araşdırırdı.
Almanlar V-VI əsrlərdə nəsil icmasından tədricən qonşuluq icmasına keçdilər. Nəsil icmasında olduğu kimi qonşuluq icmasında da torpaq ümumi idi.
Beləliklə- Qonşuluq icmasına keçid qədim almanlarda bərabərsizliyin əsasını qoydu.
Qədim Alman tayfa başçıları özləri üçün daimi hərbi dəstələr olan – Drujinalar yaradaraq tez Romaya basqınlar etməyə başladılar. Qərbi Roma imperiyasına basqınlar isə Almanlarda bərabərsizliyi gücləndirdi.
Nəticədə:
V əsrin sonlarında alman tayfaları artıq Qərbi Roma imperiyasının ərazisində məskunlaşmışdılar. Beləki:
1) İspaniyada Qərb qotları yəni- Verstqotlar yerləşdilər.
2) İtaliyada Şərq qotları yəni – Ostqotlar məskən saldılar.
3) Qalliyada Franklar
4) Britaniyada isə anqllar və sakslar.
5) Şimali Afrikada isə Vandallar məskunlaşdılar.
Nəhayət Alman istilaları nəticəsində:
1) Qərbi Avropada tənəzzülə uğramış quldarlıq quruluşu dağıldı.
2) Feodailizmə keçid üçün şərait yarandı.
Frank dövlətinin yaradılması. Frankların Qalliyanı işğal etməsi.
V əsrin sonlarında frank tayfa başçıları içərisində Xlodviq fərqlənməyə başladı. Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfa başçıları ilə ittifaqa girdi.
Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə Franklar Romalıları darmadağın edərək Qalliyanın bir hissəsini sonra isə bütünlüklə işğal etdilər.
Nəticədə – Xlodviq Roma imperatorunun geniş torpaq mülklərini öz Drujina üzlərinə və yaxın adamlarına paylamaqla hakimiyyətini möhkəmləndirdi.
Bundan sonra Roma quldarları da Xlodviqin hakimiyyətini tanımaqla öz torpaqlarını əllərində saxladılar.
Təxminən 500-cü ildə Franklarda dövlət yarandı. Xlodviq bu dövlətin hökmdarı- Kralı oldu. İndi artıq bütün ölkə əhalisi Xlodviqə tabe idi. Franklarda hakimiyyət irsi idi. Xlodviq öz dövlətini idarə etmək üçün ərazilərə öz adamlarını hakim təyin edirdi. Bu hakimlər Qraf adlanırdı.
Qraf:
1) Hakim olduğu vilayətin əhalisindən vergi toplayır
2) Döyüşçü dəstələrinə rəhbərlik edir.
3) Məhkəmə işlərinə baxırdı.
Xlodviqin dövründə frankların qədim adətləri və kralın fərmanları əsasında onların ilk qanun toplusu – Frank qanunları yarandı. Bu qanunlar xüsusi mülkiyyəti qoruyurdu.
Qalliyanın yerli əhalisi xristian idi. Hakimiyyətini möhkəmləndirmək üçün əvvəlcə Xlodviq özü və drujinası xristianlığı qəbul etdi. Sonra isə bu din zorla bütün franklara qəbul etdirildi.
VI əsrin sonlarından etibarən Avropada icma torpaq paylarının ailələrin xüsusi mülkiyətinə çevrilməsi nəticəsində qonşuluq icmasına keçid qəti olaraq başa çatdı.
Kəndlilər isə:
1) Torpağa görə asılı vəziyyətə düşmüş asılı kəndlilər adlanırdı
2) Kəndlilər torpaqlarını itirsələr də şəxsi azadlıqlarını saxlamışdılar.
Lakin tədricən torpağa görə borcu verə bilməyən asılı kəndlilər şəxsi azadlığını itirirdilər. Şəxsi azadlığını itirmiş kəndli isə ömürlük asılılığa düşürdü. Belə kəndli təhkimli kəndli adlanırdı. Təhkimli kəndli torpaq sahibindən həm torpağa görə həm də şəxsən asılıq vəziyyətində idi.
Böyük Karl 768-814-cü illər. Frank dövlətinin ən qüdrətli dövrü Böyük Karlın hakimiyyəti illərində olmuşdur. Böyük ləqəbini O, ucaboy qüvvətli və dözümlü olduğuna görə almışdı.
Böyük Karl:
1) İtaliyanın çox hissəsini öz torpaqlarına qatdı.
2) İspaniyada Ərəblərlə müharibə apardı və Pireney dağlarından cənubdakı kiçik bir vilayəti işğal etdi.
Böyük Karl Elba və Reyn çayları arasındakı ərazilərdə yaşayan Saksları itaət altına almaq üçün 30 il mübarizə apardı. Karl Saksları nə xristianlaşdırmaqla nə də ki, sərt və amansız tədbirlərlə tabe edə bildi. Böyük Karl yalnız:
1) Saks əyanlarına çoxlu torpaq verməklə öz ətrafına çəkdi və
2) Saks əyanlarının öz xalqına xəyanəti nəticəsində Saksların müqavimətini qıra bildi.
Böyük Karl 800-cü ildə Romaya gəldi və özünü imperator elan etdi.Bunlada 800-843-cü illər Frank imperiyası dövrüdür.
Feodalizm. Azad kəndlilər o qədər kasıblaşdılar ki orduda xidmət üçün yaraq-yasaq almağa gücləri çatmırdı. Buna görədə Böyük Karl kəndliləri hərbi xidmətdən məhrum etdi. İndi qoşun iri torpaq sahiblərindən ibarət oldu.
Qərbi Avropada erkən orta əsrlərdə Feodalların əsas məşğulliyəti hərbi iş və kef məclisləri idi.
Beləki imperator torpaq sahiblərinə ona görə Torpaq paylayırdı ki:
1) Döyüşçülər kəndlilərin hesabına həm yaşasınlar həm də özlərinə yaraq yasaq alsınlar.
2) Hərbi xidməti dayandırdıqda döyüşçü bu torpaqı imperatora qaytarırdı.
Lakin sonralar bu torpaqlar irsən keçməyə başladı. Bu cür torpaq mülkləri feod sahibi isə Feodal adlanırdı.
Feod:
1) irsən keçən torpaq mülkü idi,
2) sahibinə hərbi xidmət əvəzində verilirdi.
Böyük Karlın imperiyası ilkin feodal dövləti idi. Beləliklə icma torpaqların ələ keçirən feodaların şəxsi təsərrüfatı- feodal mülkü yarandı. Feodalın əkin yeri iki hissəyə bölünürdü:
1) Ağa torpaqlarına
2) Kəndlinin pay torpaqları
Ağa torpaqlarından alınan məhsul bütünlüklə feodalın olurdu. Eləcədə pay torpaqlarından alınan məhsulun bir hissəsini də kəndli feodala verməli idi. Asılı kəndlilər mükəlləfiyyətlər yerinə yetirirdilər. Kəndlinin məcburən gördüyü işə mükəlləfiyyət deyilirdi. Biyar və töycü kəndlilərin başlıca mükəlləfiyyətləri idi.
BİZANS İMPERİYASI 395-1453-cü illər.
Qərbi Roma imperiyasından fərqli olaraq Şərqi Roma imperiyası çətinliklə olsa da Barbarların hücumuna tab gətirə bildi. Bu imperiya onun paytaxtı Konstrantinopolun keçmiş adı ilə Bizans imperiyası adlanırdı. Bizans imperiyasının ərazisinə:
1) Balkan yarımadası, Kiçik Asiya , Suriya , Misir, Fələstin eləcədə
2) Krımda Qafqazın Qara dəniz sahillərində , Ərəbistanda və Şimali Afrikada bir sıra torpaqlar daxil idi.
Bu ölkələr həm zəngin həm də mədəni ölkələr idilər.
Qərbi Avropa ölkələrində təsərrüfat tənəzzül dövrünü yaşadığı halda Bizansda təsərrüfat yüksək inkişaf etmişdi. Çünkü:
1) Bizans imperiyasının çox hissəsini Şərq ölkələri təşkil edirdi
2) Bu ölkələrdə əkinçilik xeyli inkişaf etmişdi.
Bizansda kənd təsərrüfatının yüksək inkişaf etməsinin digər səbəbi burada kəndlilərə məxsus xırda torpaq sahibliyinin qalması idi.
Bizansda qüvvətli imperator hakimiyyəti qalmışdı. Çünkü dövlət məmurları kəndlilərdən , sənət-karlardan vergi toplayır, tacirlərdən gömrük alırdılar. Buna görə də imperatorun xəzinəsi zəngin idi. Beləliklə də Xəzinənin hesabına imperator Güclü ordu və donanma saxlaya bilirdi.Bunun nəticəsi olaraq Bizans nəinki öz sərhədlərini “Barbarlardan”qorudu , hətta işğalçı müharibələr də apardı.
Sənətkarlıq, ticarət və şəhərlərin eləcə də kənd təsərrüfatının inkişafı Bizansı Qərbi Roma imperiyasından fərqləndirən mühüm xüsusiyyətlərdən idi.
Bu da Bizans imperiyasının uzun müddət davam etməsində mühüm rol oynadı. Bizans imperatoru Yustinian (527-565) dövründə hətta:
1) Roma imperiyasının əvvəlki ərazisinin bərpa edilməsinə
2) Quldarlıq qaydalarının möhkəmləndirilməsinə səy göstərildi.
Bunun üçün də Yustinian:
Şimali Afrikadakı Vandal krallığını , İspaniyada Vestqot və İtaliyadakı Ostqot krallığını da işğal etdi. Lakin onun ölümündən sonra işğal olunan bütün ərazilər itirildi.
VI əsrin ortalarından başlayaraq Slavyanlar Bizans imperiyasına basqınlar etməyə başladılar. Slavyanlar əvvəlcə Balkan yarımadasının şimalını sonra isə Makedoniya və Yunanıstanı da işal etdilər.
Bizans imperiyası ərazisində feodalizmin inkişafı bilavasitə Slavyanların adı ilə bağlıdır. Slavyanların Bizans imperiyası ərazisində məskunlaşması ilə:
1) Burada süquta uğrayan Quldarlıq quruluşundan feodalizmə keçid sürətləndi.
2) “Xalqların böyük köçü ”başa çatdı.
VII əsrdən etibarən Bizansda:
1) Feodalizm dövrü başlayır.
2) Feodal mülkləri yaranır
3) Feodallar və asılı kəndlilər meydana gəlirdi.
Qərbə nisbətən Bizansda feodalizmin inkişafının səbəbi:
1) Burada azad kənd icmasının və iri şəhərlərin yaşayış üçün daha əlverişli olması
2) Qərbi Avropa ölkələrindən fərqli olaraq Bizans imperiyası vahid bir dövlət kimi qalmışdı.
SLAVYANLAR.
Salvyanlar qədim zamanlardan Mərkəzi və Şərqi Avropada yaşyırdılar. VI əsrdə onların yaşadığı ərazi:
1) Şərqdə Dnepr çayının ortalarından Qərbdə Elba çayına
2) Şimalda Baltik dənizindən cənubda Dunay çayına və Qara dənizə qədər olan ərazini əhatə edirdi.
Sonralar Slavyanlar 3 qrupa- Şərq, Qərb və Cənub Slavyanlarına ayrıldılar. Beləki Slavyanların nəsilərinə:
1) Şərq Slavyanları Ruslar Ukraynalılar və Beloruslar
2) Qərb Slavyanları Çexlər Slovaklar və Polyaklar.
3) Cənub Slavyanları Serblər Xorvatlar və Bolqarlar daxil idi.
Slavyanların əsas məşğuliyyəti oturaq əkinçilik olmuşdur. IX əsrə qədəer Slavyanların yazısı olmamışdır. Slavyanlar erkən orta əsrlərdə ibtidai icma quruluşunda yaşayaırdılar. VI əsrdə Slav-yanlarda hələ dövlət yaranmamışdı. VI-VI əslərdə Slavyanlarda təbəqələşmə gedirdi.
VII-VIII əslərdə Slavyanlarda Dövlətin yaranması üçün lazım olan təsərrüfat formalaşırdı.
Feodalizmə keçidlə əlaqədər olaraq IX-XI əsrlərdə Slavyanlarda dövlətlər yarandı .IX əsrdə (882-ci ildə) Şərq Slavyanlarında ilk dövlət Kiyev-Rus dövləti yarandı.
X əsrdə Qərb Slavyanlarının da öz dövlətləri yarandı. Beləki: X əsrin əvvələrində Çexiya dövləti meydana gəldi.
Çexiya dövlətinin:
1) Ərazisi mühüm ticarət yollarının üstündə yerləşirdi.
2) Bu da Çexiya dövlətinin inkişafına müsbət təsir göstərirdi.
3) Paytaxtı Praqa Avropanın ən böyük şəhərlərindən birinə çevrilirdi.
X əsrin ortalarında Polşa dövləti meydana gəldi. Knyaz I Boleslav dövründə Polşa dövləti xeyli qüvvətləndi. Beləki Knyaz I Boleslav:
1) İgid Boleslav ləqəbini qəbul etdi
2) Polşanı vahid halda özünə tabe etdi.
Slavyanların qərb qonşuları Almanlar idi. Alman feodalları X əsrdə Şərqə hücum siyasəti yürüdürdülər. Bu Zaman Baltik dənizi və Elba çayı boyunda yaşayan Slavyanların dövləti yox idi. Buna görədə alman hücumlarını dəf edə bilmədilər, Nəticədə Alman feodalları:
1) Slavyanları özlərinə tabe etdilər.
2) Slavyanları meşələrə və bataqlıqlara doğru sıxışdırararaq torpaqlarını zəbt etdilər.
3) Slavyan torpaqlarında Qalalar tikdirdilər.
4) Slavyan ərzilərində özlərinə mülk saldılar.
Lakin 983-cü ildə Slavyanlar Alman feodallarına qarşı üsyan edərək azadlıq qazandılar.
Şərq tərəfdən isə Slavyanlar Macarların hücumuna məruz qalmışdılar. Macarlar köçəri həyat sürürdülər. Onlar IX əsrin sonunda Ural dağlarının cənub ətəyindən Avropaya doğru hərəkət etməyə başladılar. Nəticədə Macarlar:
1) 906-cı ildə Böyük Moraviya dövlətini darmadağın etdilər.
2) Pannoniyanı və Tissa ilə Dunay çayları arasındakı ərazini tutaraq buradakı Slavyanları özlərinə tabe etdilər.
X əsrin I yarısında Macarlar buradan Mərkəzi , Cənub və Qərbi Avropa ölkələrinə basqın etdilər. Macarların süvari qoşunları:
1) Bolqarıstana və Bizansa soxuuldular.
2) Hətta Parisə və Şimali İtaliyaya qədər gedib çıxdılar.
Lakin Macar basqınlarından ən çox əziyyət çəkən ölkə Almaniya oldu. Macarların fasiləsiz basqınları Slavyanların qərb qonşuları Almanları əhəmiyyətli dərəcədə zəiflətmişdi.
X əsrin sonunda öz dövlətlərini yaradan Macarların qonşu ölkələrə yürüşləri XI əsrin əvvəli tamamilə kəsildi.
ŞƏRQ ÖLKƏLƏRİNDƏ FEODAL DAĞINIQLIĞI.
ÇİN.
Uzun müddət Çində torpaq imperatorun mülkiyyəti sayılırdı.Kəndlilər dövlətdən kiçik torpaq payı alırdılar. Əvəzində isə xəzinəyə vergi verirdilər. İmperator qulluq əvəzində öz sərkərdələrinə və məmurlara böyük torpaq sahələri paylayırdı.
Lakin VIII əsrdən etibarən Çində feodallar dövlət torpaqlarını özbaşına tutmağa başladılar.
Nəticədə VIII-IX əsrlərdə Çində yüzlərlə kəndlisi olan feodal mülkləri meydana gəldi. Çində Kəndlilərin vəziyyəti daha ağır idi çünkü Kəndli feodala töycü verirdi -.
Beləliklə Çində Kəndlilər feodalların zülmündən canlarını qurtarmaq üçün:
1) Doğma yurdlarından dağlara və meşalərə qaçırdılar.
2) Dağlarda böyük dəstələr yaradaraq üsyan edirdilər.
Buna görədə 874-cü illdə Çinin şimal-şərqində yeni bir üsyan başlandı. Xuan Çao adlı kəndlinin başçılığı ilə kəndlilər böyük ordu yaradaraq:
1) Çinin Şimalından cənubuna qədər gələ bildilər və Kanton şəhərini tutdular.
2) Çinin paytaxtı Çanan şəhərinə doğru irəliləyərək Çananı tutdular. Nəticədə İmperator və onun qoşunu qorxusundan şəhəri tərk etdi.
Qalib gələn üsyançılar Çanana daxil olaraq Xuan Çaonu imperator elan etdilər. İmperator seçilən Xuan Çao Vergiləri ləğv etdi və dövlət anbarlarından yoxsullara taxıl paylamaq haqqında əmr verdi.
Lakin Var dövlətlərini qorumağa çalışan köhnə imperator və feodallar Şimalda yaşayan tayfaları köməyə çağırdılar. Xuan Çao Çananı tərk etməyə məcbur oldu. 884- cü ildə üsyançılar məğlubiyyətə uğradılar , pərən –pərən düşdülər. Xuan Çao isə həlak oldu.
Üsyan nəticəsində:
1) Çində feodalların və məmurların bir çoxu öldürülmüş torpaqları kəndlilərin əlinə keçmişdi.
2) Xalq kütlələri müvəqqəti də olsa öz vəziyyətlərini yüngülləşdirə bilmişdi..
Sun Sülaləsi. (960-1264). Xuan Çao üsyanından sonra Çini ara müharibələri bürüdü. 960-cı ildə Çində Sun sülaləsinin hakimiyyəti bərqərar oldu. Sun sülaləsinin hakimiyyəti dövründə:
1) Çində daim xalq üsyanları baş verir,
2) Çin daim qonşu xalqların hücumuna məruz qalırdı.
Bu dövrdə Çindən şimalda döyüşkən Çjurçujen tayfaları yaşayırdı. Çjurçujenlər:
1) Uzun müddət Çinə verdikdən sonra Güclü ordu yaratmış və müstəqillik əldə etmişdilər.
2) Çjurçujenlər yaratdıqları dövlətlərini Tsin (yəni Qızıl ) imperiyası adlandırmışdılar.
Sun sülaləsinin hakimiyyətinin zəifləməsindən istifadə edən Çjurçujenlərin süvari dəstələri Şimali Çinə soxuldular və imperiyanın paytaxtı Çananı tutdular. Çin imperatoru və böyük oğlu çjurçujenlərlə sülh danışıqları aparmaq istəsələr də tutularaq ömürlərinin sonuna qədər əsir saxlanıldılar.
Çinin yeni imperatoru ilə Çjurçujenlərlə imzalanan müqavilyə görə:
1) Çin imperatoru Çjurçujenlərdən Vassal asılığını qəbul etdi
2) Çjurçujenlər işğal etdikləri əraziləri əllərində saxladılar və Çin çoxlu miqdarda onlara gümüş və ipək təzminat verdi.
Çjurçujenlərlə mübarizədə Çin xeyli zəiflədi.
QARAXANLI DÖVLƏTİ 927-1212-ci illər.
IX əsrdə Şərqi Türkistanda Yeddisu və Tyan-Şan dağlarının şimal ətəklərində Aşina soyuna mənsub olan türkdilli Qarluqlar yaşayırdılar. Qarluq türk sözü olub qarlıq, qaryığını mənasını verir. Qarluqlar Şərqi Türkistanda Yeddisuda yaşayan Yaqmalar və Cigillər ilə birlikdə qüdrətli bir türk-islam dövləti olan Qaraxanlı dövlətinin yaradılmasında mühüm rol oynadılar.
Qaraxanlı dövlətinin əsasını 927-ci ildə Qutluq Bilgə Gül Qədir xan qoymuşdur. O özünü “Qara xan”yəni Böyük xan adlandırdığı üçün sülalə onun adı ilə Qaraxanlı dövləti adlanırdı. Qaraxanlı dövləti islam mənbələrində Əfrasiyab sülaləsi kimi də adlanırdı.
Qaraxanlı hökmdarı Satuk Qara xan:
1) İslam dinini rəsmi dövlət dini elan etdi
2) Özünü Əbdülkərim xan adlanırdı.
Qaraxanlılar İslam dinini qəbul edən ilk sülalələrindən biridir. Qaraxanilər dövlətinin əsas hücum hədəfi Mərkəzi Asiyadakı Samanilər dövləti oldu.Bu dövrdə Samanilər dövlətində:
1) Hökm sürən feodal dağınıqlığı
2) Vergi və mükəlləfiyyətlərin hədsiz ağırlığı
3) Getdikcə güclənən xalq narazılığı
Qaraxanlı hərbi qüvvələrinin Samanilər dövləti üzərində qələbəsini asanlaşdıran amillər idi. Bunu nəticəsi olaraq Qaraxanlı hökmdarı Əli Təkin:
1) 999-cu ildə Buxaranı tutdu
2) 999-cu ildə Samanilər dövlətinin varlığına son qoydu.
Samanilər dövlətinin ərazisi Qaraxanlı və Qəznəvi dövlətlərinin arasında bölüşdürüldü. Qaraxanlı dövlətinin sərhədləri: Balxaş gölündən tutmuş Hindquş və Qaraqorum dağlarının ətəklərinə qədər geniş ərazini əhatə edirdi. Qaraxanlı dövlətinin paytaxtı ilk vaxtlarda Qaşqar , Balasaqun və Uzgen şəhərləri olmuşdur. Dövləti Qaraxanlı sülaləsinə mənsub türk əsilzadələri idarə edirdi.
XI əsrdə Qaraxanlı dövlətinin tərkibinə geniş ərazilər – Şərqi Türkistan , Yeddisu , Fərqanə və Mavərənnəhr vilayətləri daxil edildi.
Qaraxanlı dövlətinin ərazisi vilayətlərə bölünürdü. Bu vilayətləri isə Qaraxanlı sülaləsinə mənsub olan İləkxanlar adlanıdırılan xanlar idarə edirdi.
Qaraxanlı dövlətinin başında xanlar xanı adlandırılan hökmdar dururdu. O, mütləq hakim və iri torpaq sahibi idi. Qaraxanlı dövlətində X-XI əsrlərdə feodal münasibətləri inkişaf edirdi. Qaraxanlı dövlətində:
1) Sultani əsas torpaq mülkiyyəti forması idi və dövlətə məxsus idi.
2) Mülk vilayət əsilzadələri olan dehqanlara məxsus torpaqlara deyilirdi
3) Xass Qaraxanlı sülaləsinin üzvlərinin torpaqları idi.
4) İqta isə Qaraxanlılar dövlətində Hərbiçilərə, ayrı-ayrı dövlət adamlarına hərbi xidmət müqabilində verilən torpaqmülkiyyəti idi.
Qaraxanlılar dövründə şəhərlər genişlənir Şəhristanla yanaşı , şəhərin bütün təsərrüfat həyatının cəmləşdiyi ticarət-sənətkarlıq qəsəbələri- rabadlar yaranırdı. Qaraxanlılar dövründə Buxara , Səmərqənd , Ürgənc və Termez şəhərləri xüsusilə şöhrət qazanmışdı. Beləki:
1) Səmərqənd öz şüşəsi və öz kağızı ilə tanınırdı.
2) Şaşa vilayətində isə dağlarda müxtəlif filizlər çıxarılırdı.
Şəhərlərdə hər bir sənətkar emalatxanası ustadan, xəlifə adlandırılan usta köməkçisindən və şagirddən ibarət idi.Eyni peşədən olan eyni məhəllədə yaşayan sənətkarlar sənətkar birliklərində cəmləşirdilər. Kiyev şəhəri ilə ticarətdə Ürgənc və Xarəzm şəhərləri mühüm rol oynayırdı.
XI əsrin ortalarında Qaraxanlı dövlətində feodal dağınıqlığı daha da gücləndi. 1042-ci ildə Qaraxanlı dövləti iki hissəyə- Şərqi və Qərbi Qaraxanlı dövlətlərinə parçalandı. Lakin:
1) Daxili çəkişmələr nəticəsində hər iki dövlət zəiflədi və
2) XI əsrin 60-70-ci illərində Qaraxanlılar Səlcuq türklərindən asılı vəziyyətə düşdülər.
3) XII əsrin 40-cı illərində isə Qarakitaylar Qaraxanlıları özlərinə tabe etdilər.
Nəhayət 1212-ci ildə Xarəzmşah Əlaəddin Məhəmməd şah Qarakitayları məğlub edərək Qaraxanlı dövlətinin varlığına son qoydu.
QƏZNƏVİLƏR DÖVLƏTİ 962-1187-ci illər.
Qəznəvi dövləti də türklərin islam dinini qəbul etdikdən sonra yaratdıqları qüdrətli türk-müsəlman dövlətlərindən biri idi. Bu dövlətin əsasını 962-ci ildə Qəznəvi türk sülaləsinə mənsub olan Alptəkin (962-963) qoymuşdur.Alptəkin Beləki:
1) Samanilər dövründə türk qulamlığında qulluq etmişdi
2) Samanilərin təzyiqindən Qəznəyə qaçdı
3) Qəznəvi dövlətinin əsasını qoydu.
4) Qəznəvi sülasinə mənsub idi.
Lakin Alptəkin 963-cü ildə vəfat etdi Qəznəvi dövləti Sabuktəkinin hakimyyəti dövründə daha da qüvvətləndi. Beləki Sabuktəkin (977-997):
1) Toharıstan , Zabulistan , Gur və Bəlucistan bölgələrini ələ kecirib Qəznəvi dövlətinin tərkibinə qatdı.
2) Haybər keçidi vasitəsilə Hindistana bir neçə dəfə yürüş etdi.
3) Onun hakimiyyəti illərində Qəznəvi dövlətinin müstəqilliyi daha da artdı və ərazisi də genişləndi.
4) Kiçik müvəffəqiyyətlər nəzərə alınmasa elə də əhəmiyyətli uğurlar əldə edilmədi.
Qəznəvilərin görkəmli hökmdarı -Səbuktəkinin oğlu Sultan Mahmud Qəznəvinin (998-1030) hakimiyyəti illərində Qəznəvilər dövlətinin qüdrəti daha da artdı. Beləki Sultan Mahmud Qəznəvi: Samanilər dövlətinin ərazisini Qaraxanlılarla bölüşdürdü və bu bölüşdürülmə nəticəsində Qəznəvilərin ərazisi xeyli artdı.
1. Xorasan Xarəzm və Sistan və
2. İindiki Əfqanıstan – Amudərya çayından cənuba və qərbə doğru keçmiş Samani torpaqları ələ keçirildi.
Sultan Mahmud Qəznəvinin xarici siyasətində əsas yeri Hindistanın işğalı tuturdu.
1) O Hindistana 1002-1026-cı illərdə 17 dəfə yürüş etdi.
2) Bu yürüşlər nətiicəsində Kəşmir, Pəncab və Qucarat vilayətləri ələ keçirildi.
3) Beləliklə Hindistanın şimal və şimal-qərb torpaqları Qəznəvi dövlətinə birləşdirildi.
Öz hakimiyyətini Qərbi İranda yaymaq istəyən Mahmud Qəznəvi 1029-cu ildə Rey, Həmadan və İsfəhan əyalətlərini işal etdi.
Onun hakimiyyətinin son illərində Qəznəvi dövləti Hindistandan Xarəzmə və Xəzərsahili torpaqlara qədər böyük bir ərazini əhatə edirdi.
Qəznəvilər dövləti siyasi quruluşuna görə:
1) Feodal monarxiyası idi.
2) Dövləti sultan titulu daşıyan hökmdar idarə edirdi.
Sultan Mahmud Qəznəvinin dövləti idarəetmə siyasətinin əsasını mərkəzi hakimiyyətin möhkəmləndirilməsi təşkil edirdi. Sultan Mahmud Qəznəvinin yürüşlərində könüllü döyüşçülər də iştirak edirdi. Onlara qazilər deyirdilər. Sultan Mahmud Qəznə şəhərinin tərəqqisinə səy göstərir sənətkarlığın və ticarətin qayğısına qalırdı.
Sultan Məsud (1030-1041) dövründə Qəznəvilər dövlətinin daxili və xarici vəziyyəti gərginləşdi. Çünkü I Sultan Məsud Hakimiyyətdə olduğu dövrdə:
1) Dövlət idarəçiliyi ilə az məşğul olur
2) Vaxtının çox hissəsini kef məclislərində keçirir
3) Paytaxtda və əyalətlərdə bütün hakimiyyət bacarıqsız və acgöz məmurların əlində idi.
Əhalinin Qəznəvilər dövlətindən narazılığı artırdı ki bunun da bir sıra səbəbləri var idi. Beləki:
1) Ağır vergi siyasəti
2) Suvarma sisteminin dağıdılması
3) Vergi toplanan zaman baş verən özbaşnalıqların olması
4) Tez-tez baş verən quraqlıq zamanı kütləvi aclıq baş verirdi.
1040-cı ildə baş verən Dəndənəkan döyüşündə Səlcuqlar Qəznəviləri darmadağın etdilər. Bundan sonra Qəznəvilərin əlində yalnız:
1. Əfaqanıstanın bir hissəsi və
2. Pəncab qaldı.
Qəznəvi dövlətinə sonuncu zərbəni isə Gurlu sülaləsi vurdu.Bundan sonra:
1) Qəznəvilər Şimali Hindistana sıxışdırıldılar.
2) Lahor paytaxt oldu.
Nəticədə Gurlular tərəfindən 1187-ci ildə sonuncu Qəznəvi hökmdarı Xosrov Məlikin əsir edilməsi Qəznəvi dövlətinə son qoyuldu.
ƏRƏB XİLAFƏTİ VƏ İSLAM DİNİN YAYILMASI.
VII-VIII əsrlərdə Ərəb işğalları. Əsasını Məhəmməd peyğəmbər s.ə.s tərəfindən qoyulan ərəb dövlətinin tarixi 3 dövrə bölünür:
I dövr – Məhəmməd peyğəmbər s.ə.s və ondan sonra gələn 4 Xəlifənin –
1. Əbu Bəkr 632-634- cü illər
2. Ömər ibn Xəttab 634-644-cü illər
3. Osman 644-656-cı illər
4. Əli ibn Əbu Talib. 656-661-ci illər dövrüdür.
Bu 4 xəlifə dövründə: Ərəb dövləti yeni yaranır və inkişaf edirdi. Dövlətin paytaxtı Məkkə və Mədinə şəhərləri idi. 656-661-ci illəri əhatə edirdi.
II Dövr – Əməvilər sülaləsinin hakimiyyəti dövrüdür. Bu dövr 661-750-ci illəri əhatə edir. Bu dövrdə dövlətin paytaxtı Şam (Dəməşq) şəhəri idi.
III dövr –Abbasilər sülaləsinin hakimiyyəti dövrüdür. Bu 750-1258-ci illəri əhatə edir. Bu dövlətin paytaxtı əvvəlcə Şam (Dəməşq) şəhəri idi sonra isə 762-c ildə əsası qoyulan Bağdad şəhəri oldu. Buna görə də bəzən Abbasilər dövlətini Bağdad xilafəti də adlandırırlar.
Qeyd: Ərəb dövləti – Xilafət adlanır və bu dövlətin başçısı Xəlifə adlanırdı.. Xilafətin başında duran Xəlifə – dövlətdə:
1) Təsərrüfat işlərinə rəhbərlik edir.
2) Peyğəmbərin müavini adlanırdı
3) Dini rəhbər sayılır
4) Müharibə vaxtı ordunun baş komandanı olurdu.
5) Məhkəmə işlərinə rəhbərlik edirdi.
Xəlifələrin başçılığı ilə ərəb orduları qısa müddətdə Ərəbistanı , Sasani impeiyasının ərazilərini, Misiri , Suriyanı sonra VIII əsrin əvvələrində Şimali Afrika ölkələrini işğal etdilər.
Bizans və İran imperiyasının xalqlarının çox ərəblərə döyüşsüz təslim olurdular. Bunun da səbəbi müharibələrdən və vergilərdən əziyyət çəkən əhalinin ərəblərə xilaskar kimi baxması idi.
711-ci ildə Tariqin başçılığı ilə ərəblər Avropanı Afrikadan ayıran boğazı (sonradan o boğaz Tariqin adı ilə Cəbəllütariq adlandırıldı. ) keçərək bir neçə il ərzində İspaniyanı işğal edərək Frank krallığına yürüş etdilər. Lakin burada:
732-ci ildə Puatye döyüşündə Franklar tərəfindən məğlub etdilən ərəblər geri çəkildilər. Eyni zamanda Ərəb orduları Qafqazı və Mərkəzi Asiyanı da işğal etdilər. Şərqdə Çinə və Hind çayı vadisinə gedib çıxdılar.
Beləliklə bu işğallar nəticəsində VII əsrdə və VIII əsrin I yarısında:
1) Atlantik okeanından Hindistan və Çinə qədər uzanan çox böyük bir ərazini əhatə edən Ərəb dövləti yarandı.
2) Bu dövlət Ərəb Xilafəti adlandırıldı.
VII əsrin II yarısı və VIII əsrdə Ərəb xilafəti mərkəzləşdirilmiş dövlət idi.dövlətin başında duran Xəlifəyə tabe olan və ayrı ayrı sahələri idarə etmək üçün divanlar yaradılmışdı. Beləki:
1. Hərbi işlər divanı – ordunun silahlandırılması və təchizi işlərinə baxırdı.
2. Daxili işlər divanı – vergilərin toplanması ilə məşğul olan idarələrin işlərinə nəzarət edirdi.
3. Poçt xidməti divanı – Yüklərin gətirilməsi ilə məşğul olur, Tikinti yollarının təmirinə nəzarət edirdi.
Nəhəng dövləti idarə etmək üçün ərəblər dövləti vilayətlərə bölürdülər . Vilayətləri idarə etmək əmirlərə tapşırılırdı.
Xilafətdə torpaq sahibliyi və vergilər.
Xilafətdə torpaq sahibliyinin müxtəlif formaları var idi. Bunlardan ən əsası:
1) xəlifə mülkləri – divan torpaqları idi.bunlar getdikcə artmaqda idi.
2) Mülk – yerli feodalların xüsusi mülkiyyəti idi.
3) İqta – xidmət müqabilində verilən torpaqlar(bu torpaqlar ərəbcə kəsik adlanırdı.) idi.
4) Vəqf – müsəlman dini idarələrinin sahib olduğu torpaqlara deyilirdi.
5) İcma (camaat)- torpaqları əhalinin ümumi istifadəsində idi.
Vergilər isə:
1. xüms – daşına bilən əmlakdan alınırdı.
2. zəkat -( sədəqə də adlanırdı) maldarlıqdan , sənətkarlıqdan ticarətdən alınırdı yoxsulların yetimlərin əlillərin ehtiyaclarına sərf olunurdu.
3. xərac – torpaq vergisi idi.
4. cizyə- müsəlman olmayan əhalidən alınan can vergisi idi.
VIII əsrdə məhsul vergisi əkin sahəsinə görə toplanılan vergi ilə əvəz olundu.
Qeyd: VII –VIII əsrlərdə ərəblər işğal etdikləri şəhərlərin əhalisini Bizans və İran hücumlarından qoruduqları üçün əhalidən az miqdarda haqq alırdılar.
Ərəblər işğal etdikləri ölkələrdə möhkəmlənmək üçün ayrı-ayrı şəxsləri , ailələri və bəzən də bütöv tayfaları buraya köçürürdülər.
Köçürmə zamanı ərəblərin bir neçə məqsədi var idi. Beləki:
1) Dövlətdən təqaüd alanları köçürməklə xəzinəni təqaüd xərcindən azad edirdilər.
2) İşğal edilmiş ölkələrdə ərəblərin hakimiyyətini gücləndirirdilər.
Təsərrüfat həyatı. Ərəb xilafətində çoxlu şəhərlər var idi. Bunlardan biri 762-ci ildə Dəclə şayı kənarında salınan Bağdad şəhəri idi. IX əsrin ortalarında Bağdad dünyanın ən böyük şəhəri olmuşdu.
Harun Ər-Rəşid.
Abbasilər sülaləəsindən olan Harun Ər-Rəşidin (786-809) dövründə xilafətdə təsərrüfat yüksək inkişaf etmişdi. Bunun səbəbi işğal olunan ölkələrdə feodal quruluşunun inkişaf etməsi ilə əlaqədar idi. Harun Ər-Rəşidin əmri ilə vergi əkin sahəsindən asılı olaraq alınmağa başlandı.
Xalq üsyanları. Xilafətə daxil olan ölkələrdə çoxlu üsyanlar baş verdi. Bu üsyanlardan biri Müqənna üsyanı idi.Beləki bu üsyan:
1. VIII əsrin 70-80 – ci illərində Mərkəzi Asiyada baş verdi.
2. Ərəb əsarətinə və feodal zülmünə qarşı olmuşdur.
3. Üsyanın başçısı Müqənna idi. (onun əsl adı Haşim ibn Hakim idi.)
4. Müqənnanın təbliğ etdiyi təlimin əsasında məzdək təlimi dururdu.
5. Ərəblər üsyançılar qarşı böyük bir hərbi qüvvə topladılar.
6. Ərəblər 783-785-ci illərdə bu üsyanı yatırdılar.
7. Üsyan yatırıldıqda Müqənna əsir düşməmək üçün özünü öldürdü.
Xilafətə baş verən üsyanlardan ən böyüyü Xürrəmilər üsyanıdır. 778-838-ci illəri əhatə edən bu hərakat amansızlıqla yatırldı: Beləki:
1. Məğlub olmasına baxmayaraq xürrəmilər hərakatı xilafəti çox zəiflətdi.
2. Bu hərəkatın təsiri ilə başqa yerlərdə də ərəblərə qarşı üsyanlar baş verdi.
Xilafətin idarə olunmasında türklərin rolu. Abbasilər dövründə Xilafətdə türklər çox böyük nüfuz qazandılar.Çünkü Abbasi xəlifəsi Mötəsim (833 – 842):
1) Dövləti idarə etməyə başlayanda ordu zəifləməyə başlamışdı.
2) Ordusunu möhkəmləndirmək üçün Farsları türklərlə əvəz etdi.
3) Öz düşməni Bizans imperiyasına və Xilafətdəki üsyanlara qarşı mübarizədə türklərdən istifadə edirdi.
Dövlət idarələrində də türklərə yüksək vəzifələr verilirdi bunun səbəbi isə türklərin təşəbbüskar və səriştəli olması idi.. Belə şəxslərdən biri Əhməd İbn Tulundur.
Əhməd ibn Tulun:
1. Misirin canişini idi.
2. Güclü donanma yaradaraq aralıq dənizində ağalıq etməyə başlamışdı.
3. Onun dövrünü Misir tarixçiləri “Qızıl dövr ”adlandırırlar.
Beləliklə IX əsrin II yarısında dövlətdə və orduda türklər üstünlük təşkil etməyə və mühüm rol oynamağa başladılar.
İri feodalların güclənməsi.
VIII əsrin ortalarında (752-ci il) İspaniyada müstəqil ərəb dövləti yarandı Onun paytaxtı Kordova şəhəri oldu.Dövlət bu şəhərin adı ilə Kordova əmirliyi adlandırılmışdır.
IX əsrdə Bağdad xilafəti zəiflədi.
Nəticədə –
1) Misir, Mərkəzi Asiya , İran və Əfqanıstan Bağdad xilafətindən ayrıldı.
2) XI əsrin ortalarında isə səlcuq türkləri ərəb mülklərinin xeyli hissəsini tutdular.
Beləliklə:
1. Iri feodalların güclənməsi
2. Xalq üsyanları nəticəsində Ərəb xilafəti dağıldı.
QƏRBİ AVROPADA FEODAL DAĞINIQLIĞI.
Frank imperiyasının dağılmasının səbəbləri. Frank imperiyası daxilən möhkəm deyildi.bunun bir sıra səbələri var idi. Beləki:
1. Frankların asılı hala saldıqları tayfalar və xalqlar öz adətləri yaşamaqda davam edirdilər.
2. Onlar müxtəlif dillərdə danışırdılar.
3. Bu xlaqlar müvəqqəti olaraq silah gücünə birləşdirilmişdir.
4. Asılı xalqlar arasında təsərrüfat əlaqələri yox idi.
Əvvəllər Frank dövlətində Frank əyanları Böyük Karlı müdafiı edirdilər . Bunun da bir sıra səbəbləri var idi. Çünkü Böyük Karl Əyanlara :
1. Yeni torpaqlar zəbt etməkdə və
2. Kəndliləri təhkimli hala salmaqda kömək edirdi.
Lakin əyanlar icma üzvlərinin torpağını zəbt etdikdən sonra qüvvətli imperator hakimiyyətinə ehtiyac duymurdular. Xırda və Orta feodallar da impertoru müdafiə etmirdilər.Bunun da səbəbi:
1. Xırda və orta feodallar kəndliləri təhkimli hala salmışdılar.
2. Həmin feodallar vassallıq əlaqəsi yolu ilə Krala deyil iri feodallara tabe idilər.
3. Hər bir feodal öz mülkində təkbaşına hakim idilər.
Qeyd: Natural təsərrüfatın hökmranlığı şəraitində feodalların torpaq üzərində mülkiyyətinin möhkəmlənməsi nəticəsində Frank imperiyası olduqca zəiflədi.
843-cü il Verden müqaviləsi.
Böyük Karlın ölümündən sonra onun varisləri arasında amansız və aramsız müharibələr aparırdılar. Bunun nəticəsi olaraq 843-cü ildə Böyük Karlın üç nəvəsi Daz Karl, Almaniyalı Lüdoviq və Lotar Verdendə Frank imperiyasının 3 hissəyə bölünməsi haqqında müqavilə bağladılar.
Bu müqaviləyə əsasən İmperiyanın:
1. Şelda ,Maas və Reyn çaylarından qərbdəki ərazisi Qərbi Frank krallığı adı altında Daz Karla verildi.
2. Alp dağlarından şimaldakı və Reyn çayından şərqdəki torpaqları Şərqi Frank krallığı adı altında Almaniyalı Lüdoviqə çatdı.
3. Reynboyu torpaqlara – Qərbi və Şərqi Frank krallığı arasındakı əraziyə həmçinin İtaliyaya Lotar sahib oldu.
4. Lotar imperator titulunu saxladı.
Bu bölüşdürülmə nəticəsində Frank imperiyasının ərazisində 3 böyük krallıq yarandı. Bu dövlətlərin hər biri feodal mülklərinə onlar da xırda feodallıqlarına parçalandı. Beləliklə Qərbi Avropada IX-XI ərləri əhatə edən feodal dağınığlığı dövrü adlanır.
Qeyd: Qərbi Avropada IX-XI ərləri əhatə edən feodal dağınığlığı dövründə Natural təsərrüfat başlıca təsərrüfat forması olmuşdur.
Avropada feodal nərdivanı.
Erkən Orta Əsrlərdə Qərbi Avropada feodallar arasında münasibətlərin təşkilat forması Feodal nərdivanı adlanırdı.Feodal nərdivanında:
1. İri feodallar yuxarıda
2. Orta və kiçik feodallar isə aşağı pillələrdə dayanırdı.
Feodal nərdivanına əsasən:
1. I – Kral, II- Hersoq və Qraflar , III- Baronlar, IV- Cəngəvərlər ardıcıllığı mövcud idi.
2. Kral – Hersoqların və Qrafların ,
3. Hersoqlar və Qraflar – Baronların
4. Baronlar isə – Cəngavərlərin Senyoru olurdu.
Qərbi Avropada ölkədəki bütün feodalların başçısı Kral sayılırdı. Beləliklə iri feodal özündən kiçik feodalın Senyoru özündən böyük feodalın isə Vassalı idi.
Bu dövrdə Feodalizmə aid xüsusiyyətlər :
1. Feodallar bir-birinin əlindən kəndlilərlə birlikdə torpaqlar qoparmağa çalışırdılar.
2. Feodalı nə qədər çox kəndlisi var idisə o güclü və varlı hesab olunurdu.
3. Feodallar çox vaxt qənimətlər əldə etmək üçün qəsdən müharibə edirdilər.
4. Feodalların ara müharibələrindən ən çox kəndlilər əziyyət çəkirdilər.
5. Feodalın sığınacağı qalalarla əhatə olunmuş qəsrlər idi.
Hər bir iri feodal öz torpağının bir hissəsini orada yaşayan kəndlilərə və hərbi xidmət müqbilində kiçik feodallara paylayırdı. Torpaq sahibi olan və digərlərinə torpaq paylayan feodal Senyor adlanırdı. Xırda feodalların – Cəngavərlərin vassalı yox idi.
Senyor vassal qarşısında bir sıra vəzifələr yerinə yetirirdi beləki:
1. Vassallarına Xidmət müqabilində vassalına torpaq verir
2. Vassallarını müdafiə edirdi.
3. Vassallarına qəyyumluq edirdi.
Vassalların da Senyorlar qarşısında bir sıra vəzifələri var idi. Beləki Senyorundan torpaq – feod alan vassal:
1. Vassallar əmr alan kimi yürüşə çıxmalı
2. Senyor məhkəməsində iştirak etməli
3. Hətta Ödənc verməklə Senyoru əsirlikdən azad etməli
4. Pul və məsləhətlə Senyora kömək etməli idi.
QƏRBİ AVROPADA YENİ DÖVLƏTLƏRİN YARANMASI.
Fransa krallığı.
Karolinqlər sülaləsinin hakimiyyəti dövründə Fransa:
1. Olduqca zəifləmişdi
2. Ölkə başdan başa feodal mülklərinə parçalanmış vəziyyətdə idi.
Şimali Fransada ən iri feodal mülkü Normandiya hersoqluğu idi. Bu hersoqluğu Skandinaviyadan tez-tez Fransaya basqın edən Normanlar yaratmışdılar.
Fransada digər feodal mülkü isə Bretan hersoqluğu idi. Şimal –şərqindəki feodal mülkü Flandriya qraflığı adlanırdı.
Başqa bir feodal mülkü Kapetinqlər sülaləsinə məxsus idi. X əsrdə bu sülalənin nümayəndəsi Quqo Kapet Fransa kralı seçilmişdi. X əsrin sonlarından başlayaraq 1328-ci ilə kimi Fransada fasiləsiz olaraq Kapetinqlər sülaləsi hökmranlıq etmişdi.
Kapetinqlərin torpaqları Paris və Orlean şəhərləri də daxil olmaqla həmin şəhərlərin ətrafındakı yerləri əhatə edirdi.X-XI əsrlərdə Fransada münasibətlərinin formalaşması başa çatdı.
Bu dövrdə Fransada Qraf və Hersoqlar öz torpaqlarında:
1. Öz mülkünün müstəqil hakimi idilər.
2. Sərbəst vergi yığır,
3. Məhkəmə işləri aparır
4. Qoşun toplayırdılar.
IX – XI əsrlərdə Fransada iki əsas sinif feodallar və təhkimli kəndlilər sinifi yarandı.
Almaniya krallığı.
İlk vaxtlar Almaniya dövləti dörd tayfa hersoqluğu – Saksoniya , Frankoniya , Almaniya və Bavariya daxil olmağla Reyn , Elba çayları və Alp dağları arasındakı ərazini əhatə edirdi.
Frank işğalları və xristianlığın yayılması Almaniyada feodalizm münasibətlərinin formalaşması sürətlənirdirirdi. Bir sıra Qərbi Avropa ölkələrindən fərqli olaraq Almaniya bu dövrdə vahid dövlət idi.
X əsrin ortaları – XI əsrin əvvəllərindən Alman feodal dövləti özü işğalçılıq siyasətinə başladı. Şərqdə Alman feodallarının əsas işğal obyekti Lababoyu slavyanların torpaqları oldu.
Almaniya kralı I Otto (936-973):
1. 951-ci ildə Şimali İtaliyanı ələ keçirdi.
2. 962-ci ildə isə Romanı tutaraq özünü imperator elan etdi.
Bu vaxtdan etibarən təkcə Şimali və Mərkəzi İtaliya deyil hətta Roma Papaları da Almaniya Kralı I Ottodan asılı vəziyyətə düşdülər. Sonralar bu dövləti Müqəddəs Roma imperiyası adlandırmağa başladılar..
XI əsrin sonunda Almaniyada:
1. Çexiya da Almaniyadan asılı vəziyyətə düşdü.
2. Almaniyada şəhərlərin ərazisi iki dəfə artdı.
3. Müstəqil iri knyazlıqlar yaranmağa başladı.
4. İşğal olunmuş ərazilərdə əhali zorla almanlaşdırıldı.
İtaliya.
773-774 – cü illərdə Şimali və Mərkəzi İtaliyanın Franklar tərəfindən işğalı nəticəsində feodal münasibətlərinin inkişafı sürətlənirdi. Bu zaman İtaliyada:
1. Feodal pərakəndəliyi gücləndi
2. Çoxlu feodal dövlətlər yarandı.
İtaliyada yaranan feodal dövlətlərindən ən qüdrətlisi və nüfuzlusu Roma papalarının dövləti – 756 – cı ildə yaradılan Papa vilayəti idi. Lakin 962 –ci ildə isə İtaliyanın bir hissəsi Müqəddəs Roma imperiyası tərəfindən işğal olundu.
Roma papaları və Alman kralları İtaliyaya sahib olmaq uğrunda mübarizə aparırdılar.
Lakin Qərbi Avropa ölkələrindən fərqli olaraq:
İtaliyada ticarət və sənətkarlıq mərkəzi olan şəhərlər IX – X əsrlərdə meydana gəldi.
Bu dövrdə:
1. IX – XI əsrlərdə İtaliyada şəhərlərin bir çoxu özünü idarə hüququ aldı.
2. Lukka , Milan , Piza kimi şəhərlərdə komunnalar yaradıldı.
3. Hakimiyyət patrisilərin və tacirlərin əlinə keçdi.
Beləliklə İtaliyada dağınıqlığ sadəcə olaraq:
1. Feodal dağınıqlığı deyil həm də siyasi dağınıqlığ idi.
2. O həmdə müstəqil dövlətlərə parçalanmışdı.

Comments are closed, but trackbacks and pingbacks are open.