Press "Enter" to skip to content

Muzey ekspozisiyaları proqram

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva layihənin 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə keçirildiyini vurğuladı. Bildirdi ki , bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) əlamətdar günü �Muzeylər və mədəni landşaftlar � mövzusuna həsr edib . Ölkəmizd ə muzey sahəsində görülən işlər barədə məlumat verən nazir müavini qeyd etdi ki , ümummilli lider Heydər Əliyevin böyük səyi ilə respublikamızda muzeylər şəbəkəsi yaradılıb. Prezident İlham Əliyev bu mədəniyyət siyasətini uğurla davam etdirir . Muzey işi sahəsində 15-dən çox sərəncam imzalanıb. 2009-cu ildən sonra 23 muzey açılıb, bir sıra muzeylərdə əsaslı yenidənqurma və təmir işləri həyata keçirilib .

Muzey əşyalarının mühafizə portalı üzrə yeni proqram təminatına dair treninq

Qəbələ şəhərində “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ilkin mərhələsi keçirilib.

Məlumat verilib ki, “Adzone” İT şirkəti tərəfindən “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenilənmiş proqram təminatının istifadə qaydaları işlənilib.

Mədəniyyət Nazirliyinin “Muzey sərvətlərinin daimi mühafizə portalı” üçün vahid idarəetmə sisteminin yaradılması məqsədilə muzeylər tərəfindən toplanılmış və sistemləşdirilmiş məlumat bazasının idarə olunması, yenilənməsi və internet məkanında təmsil olunması üçün proqram təminatı ən müasir beynəlxalq və milli texniki parametrlərə və təhlükəsizlik standartlarına cavab verir. Bununla əlaqədar şəhər və rayonlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri və muzeylərin əməkdaşları üçün yeni proqram təminatının izah edilməsinə dair üç mərhələdən ibarət regional təqdimat-treninqlər təşkil olunur.

Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, şöbənin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynlinin iştirakı ilə keçirilən təqdimat-treninqə Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Sədi Mirseyibli, muzeyin baş fond mühafizi Aida Axundova, “Adzone” şirkətinin əməkdaşları, habelə İsmayıllı, Şəki, Kürdəmir, Sumqayıt və Xaçmaz regional idarələrinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorları qatılıb.

Tədbirdə yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat edilib, portalla bilavasitə məşğul olan operatorlara şəhər (rayon) Heydər Əliyev mərkəzləri, muzeylər, ev və xatirə muzeyləri, şəhər (rayon) tarix-diyarşünaslıq muzeylərinin fondlarında qorunub saxlanılan eksponatların portala daxil edilməsi qaydası göstərilib. Bildirilib ki, təqdimat-treninqlərin respublikanın digər bölgələrində də təşkili planlaşdırılıb.

Muzey ekspozisiyaları proqram

Muzeylər və multikulturalizm �

Məktəblilər üçün muzey həftəsinin açılış mərasimi

Mayın 13-də Xalça Muzeyində �Muzeylər və multikulturalizm � – məktəblilər üçün muzey həftəsinin açılışı oldu . Layihə Mədəniyyət və Turizm Nazirliyi , UNESCO üzrə Milli Komissiya , AMEA və �İçərişəhər� Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı, Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik və Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzlərinin iştirakı ilə keçirilir .

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bu il Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə � Multikulturalizm ili � elan edildiyini , multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu vurğuladı. Qeyd etdi ki , Azərbaycanda müxtəlif millətlərə, dinlərə məxsus insanlar dostluq , əmin-amanlıq şəraitində ya şayırlar. �Azərbaycan multikulturalizmi � fənni bir sıra xarici ölkələrin ali təhsil ocaqlarında tədris olunur .

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva layihənin 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə keçirildiyini vurğuladı. Bildirdi ki , bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) əlamətdar günü �Muzeylər və mədəni landşaftlar � mövzusuna həsr edib . Ölkəmizd ə muzey sahəsində görülən işlər barədə məlumat verən nazir müavini qeyd etdi ki , ümummilli lider Heydər Əliyevin böyük səyi ilə respublikamızda muzeylər şəbəkəsi yaradılıb. Prezident İlham Əliyev bu mədəniyyət siyasətini uğurla davam etdirir . Muzey işi sahəsində 15-dən çox sərəncam imzalanıb. 2009-cu ildən sonra 23 muzey açılıb, bir sıra muzeylərdə əsaslı yenidənqurma və təmir işləri həyata keçirilib .

Muzeylər həftəsi barədə məlumat verən Sevda Məmmədəliyeva diqqətə çatdırdı ki , proqramın məqsədi uşaq auditoriyasını muzeylərdə olan zəngin fond materialları ilə tanış etməkdir. Layihədə paytaxtın aparıcı muzeyləri ilə yanaşı, bölgə muzeyləri də iştirak edir . Beynəlxalq Muzey Günü münasibətilə mayın 18-dən 21-dək bütün muzeylərdə �açıq qapı� günü elan olunub .

Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev muzeylərin əhəmiyyətindən danışdı. Bildirdi ki , muzeylər milli-mənəvi sərvətlərimizin saxlanc yeri , keçmişimizin dərki, gələcəyimizə ötürülən mirasdır.

Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə layihə barədə məlumat verdi . Bildirdi ki , məktəblilər üçün muzey həftəsi – �Muzeylər və multikulturalizm � proqramı bu il Bakıda və regionlarda 25 muzeyi əhatə edir . Məktəblilər muzey ekspozisiyaları, memarlıq abidələri ilə tanış olacaq , mədəniyyətlərin bir-birinə təsir və əlaqələrini öyrənəcəklər. Proqram üçün Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşrutlar təyin edilib və � Multikulturalizm ili � çərçivəsində mövzular seçilib . Muzey həftəsi mayın 18-də başa çatacaq .

Bildirildi ki , ötən il proqram çərçivəsində 7 min məktəbli Bakıda fəaliyyət göstərən 15 muzeyə ekskursiya edib .

Tədbirin sonunda 2015-ci ildə keçirilmiş muzey həftəsində fəal iştirak edən bir neçə orta məktəbin və 166 saylı Klassik gimnaziyanın şagirdlərinə diplom və hədiyyələr təqdim edildi .

Savalan Fərəco v

Mədəniyyət.- 2016.- 14 may.- S. 4.

Muzey ekspozisiyaları proqram

Muzey işində ixtisas dedikdə ilk öncə göz önünə muzeyşünas gəlir. Muzey işinin isə elmi-nəzəri əsaslarını “muzeyşünaslıq” öyrənir. Muzeyşünaslıq – muzeylərin yaranması, muzey fəaliyyətinin elmi-tədqiqi, ictimai mərhələləri, nəzəri əsasları, metodu, metodoloji əsasları, qanunauyğunluqları, qanunları və prinsiplərindən bəhs edən elmdir. Muzey işi-elmi, mədəni-mənəvi və estetik tələbatın ödənilməsi məqsədilə insan, onun fəaliyyəti və yaşayış mühiti haqqında mədəniyyət sərvətlərinin əldə edilməsi, qorunması, qeydə alınması, tədqiqi, təbliği və nümayişi hesab olunur. Muzeyşünaslıq,arxiv işi və abidələrin qorunması ixtisası tələbələrə muzey və tarixi-memarlıq abidələrinin qorunmasını, bərpasını öyrədir.

Muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsidir. Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə hesab olunur. Xalqın bilik və məlumat dairəsini genişləndirir, tarixi-mədəni incilərini qoruyur, yaşadır, təbliğ edir, sistemli tədqiqat işləri aparır. Sahə tarixə və dünya sənət mədəniyyətinə maraq göstərənlər üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • ➝ Muzey kolleksiyalarının və əşyalarının komplektləşdirilməsi, onların qeydiyyatının mühafizəsinin təşkili və bütövlüyünün təmin olunması;
  • ➝ Muzey kolleksiyaları,arxiv, kitabxana və digər materiallar əsasında səmərəli elmi tədqiqatlar;
  • ➝ Muzey ekspozisiyalarının və sərgilərin təşkili,muzey sahəsində dizayn və tərtibat işlərinin həyata keçirilməsi;
  • ➝ Muzey əşyalarının konservasiyası və bərpasını bütün növləri;
  • ➝ Muzey kolleksiyalarının kataloqlarının hazırlanması və nəşr olunması;
  • ➝ Muzeydaxili kütləvi tədbirlərin təşkili və muzeydənkənar tədbirlər;
  • ➝ Muzey mühiti vasitəsiylə tərbiyə prosesinin səmərəli təşkili;
  • ➝ Muzey kolleksiyalarının tətbiqi daxildir.

Baş mühafizin fəaliyyəti aşağıdakı plan ardıcıllığı ilə yerinə yetirilməlidir:

  • ➝ Muzeyin bütün fondlanma düzgün uçot işi planlaşdırılmalıdır;
  • ➝ Muzey sərvətlərinin sıradan çıxmaması və oğurlanmamasından ötrü lazımi mühafizə şəraitinin yaradılması üçün tədbirlər planı hazırlanmalı və bu plana uyğun fəaliyyət mexanizmi qurulmalıdır;
  • ➝ Uçot-mühafızə işinə dair bütün sənədlərin planlı şəkildə düzgün aparılmasına nail olunmalıdır; -sərvətlərin aşkarlanması, muzeyə daxil olması, onların uçotu, saxlanması, bərpası, mühafizəsi planlı şəkildə yerinə yetirilməlidir; -uçot-mühafızə işləri üzrə məsuliyyəti müəyyənləşdirən muzeydaxili təlimatların planlı və vaxtında işlənib hazırlanmasına nəzarət ediməlidir;
  • ➝ Muzey mühafizlərinin müvafiq təlimat haqqında biliklərinin yoxlanılması planlı şəkildə təşkil edilməlidir: -zədələnmiş sərvətlər haqqında müvafiq tədbirlər planlı şəkildə yerinə yetirilməlidir;
  • ➝ Muzey tərəfindən maddi və mənəvi mədəniyyət abidələri üçün planlı şəkildə fərdi işin açılması, müvafiq sənədlərin həmin işdə planlı olaraq toplanması, lazımi tədbirlərin görülməsi prosesi planlı şəkildə həyata keçirilməlidir və s.

Bu ixtisasa harada sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • ➝ Azərbaycan Turizm və Menecment Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti
  • → Azərbaycan Koorporasiya Universiteti
  • → “Azərbaycan” Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Muzeydə (memorial muzeylər və ev muzeyləri də daxildir)
  • ➝ Qalereyalarda,
  • ➝ Dövlət tarixi bədii qoruq müəssisələrində
  • ➝ Pararel olaraq elmi fəaliyyətinə də davam edə bilər

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Azərbaycanın, həmçinin digər ölkələrin tarixini,mədəniyyətini, abidələrin memarlıq üslublarını dərindən bilməli;
  • ➝ Nəzakətli, səlis nitq bu peşə sahiblərin gələn yerli və xarici qonaqlara düzgün ünsiyyət qurması, tariximizi, mədəniyyətimizi tanıtması üçün vacibdir;
  • ➝ Dil bilgisi bu peşə sahibləri üçün xarici qonaqlara lazımi məlumatların ötürülməsi üçün lazımdır;
  • ➝ Muzey işçisi yaradıcı olmalıdır;
  • ➝ Bərpaçılıqda da, bələdçilərin fəaliyyətində də, ekspozisiyanın tərtibatında da,ümumiyyətlə, fəaliyyətin bütün mərhələlərində yaradıcılıq vacib sayılır;
  • ➝ Öz nəzəri biliklərini durmadan artırmalıdır;
  • ➝ Təcrübə, qabiliyyət və bacarıqlarını mütəmadı inkişaf etdirməli, yaradıcı vərdişlərə yiyələnməlidir;
  • ➝ Muzeyin fəaliyyətinə yaradıcı yanaşmalıdır
  • ➝ Yüksək mədəni davranış, ziyarətçinin qəlbinə nüfuz etmək, onlarda qonaq olduğu bölgəyə qarşı hörmət, ehtiram hissi qaldırmaq bacarığı olmalıdır
  • ➝ Gülərüz və nəzakətli olmaq;
  • ➝ Yüksək ünsiyyət bacarıqları;
  • ➝ Komandada işləmək istəyi;
  • ➝ Dini və mədəni baxımdan tolerant olmaq;
  • ➝ Təşkilatçılıq bacarıqlarının olması;
  • ➝ Estetik zövq və yaradıcı düşüncə;
  • ➝ Təşəbbüskarlıq;
  • ➝ Məsuliyyətli və dürüst olmaq.

İxtisasın gələcəyi

Hələ ki, dünya muzeyləri ilə müqayisədə biz muzey işində çox geridəyik. Ən zəif cəhətlərimizdən biri elm muzeyinin olmamasıdır. Bakı şəhərindəki bir neçə böyük muzeyləri və Şəki, Gəncə kimi şəhərləri çıxmaq şərtiylə, qalan rayon muzeylərinin tərtibatında hələ də “ənənəvi sovet” muzey işi metodu ilə iş qurulur. Mövzu üzrə interaktivlər animasiyalar və s. demək olar ki, yox dərəcəsindədir.

Ölkəmizdə muzey fəaliyyəti ümumi inkişafla bağlı olduğundan, onun hərtərəfli şəkildə həyata keçirilməsi də iqtisadi, sosial, elmi, mədəni, siyasi həyatla təmasda reallaşır. Bu gün ölkəmizdə muzeylərin mövcud vəziyyətini daha da yaxşılaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Bu sahənin inkişafına daha çox diqqət ayrılır.

Əmək haqqı

Akademiya sisteminə daxil olan və milli statusu olan muzeylərdə aylıq gəlir Mədəniyyət Nazirliyinə aid muzeylərdən daha yüksəkdir. Dövlət bədii tarixi muzeylərinin bəziləri isə dövlət turizm agentliyinin nəzdindədir.

Comments are closed, but trackbacks and pingbacks are open.