Press "Enter" to skip to content

Kazımov Q. Ş. Müasir Azərbaycan dili. Morfologiya: dərslik (2010)

İkincisi söz o vaxt düzəltmə söz kimi götürülə bilər ki, onun kökü dilimizdə ayrıca işlənmiş olsun. Ərəb dilindən dilimizə keçmiş sədaqət, şücaət sözləri, eləcə də Azərbaycan dilinin öz sözlərindən olan barış, yarış, güləş, dağıntı sözləri məhz bu cəhətdən düzəltmə söz sayıla bilməz.

Morfologiya haqqinda məlumat

Sözlər tək-tək, yəni bir-birindən təcrid edilmiş halda deyil, nitqdə başqa sözlər­lə əlaqədə yaşayır. Buna görə də hər bir sözün öz əsas, leksik mənasından başqa, nitqdə – cümlə daxilində bir və bir neçə qrammatik mənası olur. Sözün qrammatik mənası leksik mənasına nisbətən çox olur; məsələn, güllər açıldı cümləsində gülləraçıldı sözlərinin leksik mənası ilə bərabər bir neçə qrammatik mənası da vardır. Güllər sözü qrammatik mənasına görə isimdir, cəmdir, adlıq haldadır, mübtədadır. Açıldı feldir, təsirsizdir, qayıdış növdədir, təkdir, şühudi keçmişdədir, üçüncü şəxsdə­dir, xəbər formasındadır, xəbərdir. Bütün bunlar qrammatik mənalardır.

Yuxarıda qeyd olunduğu kimi, morfologiya sözün müxtəlif formalarını, quruluşunu, onun leksik, yaxud qrammatik məna daşıyan tərkib hissələrini öyrənir. 2. Azərbaycan dilində sözlər quruluşca iki tərkib hissədən – kök və şəkilçidən, yaxud kök morfemdən və şəkilçi morfemdən ibarətdir. Dilçilikdə ənənəvi olaraq hər hansı bir mənaya malik ən kiçik dil vahidi morfem hesab edilir.

Kök morfem sözün leksik və qrammatik mənaya malik olub, müstəqil, müəy­yən suala cavab verən, müxtəlif sintaktik vəzifə daşıyan, dilin morfoloji sistemində müəyyən semantik-qrammatik qruplara daxil olan hissəsidir. Kök morfem sözün müs­təqil hissəsi kimi, quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Sadə kök morfem bir və ya bir neçə fonem kombinasiyasından ibarət olub, dilin müasir vəziyyəti baxı­mın­dan məna daşıyan tərkib hissələrinə parçalanmır: get, gəl, daş, baş, ev, mən, yaxşı

Düzəltmə kök (yaxud əsas) sadə kök morfemlə sözdüzəldici şəkilçidən, yaxud şəkilçilərdən ibarət olub, leksik və qrammatik məna etibarilə ilkin kökdən fərqlənir: məktəbli, dadsız, birləş, gülüm, atıcılıq.

Düzəltmə sözlər həm şəkil, həm də məzmunca sadə sözlərdən fərqlənir. İş sözü bir kökdən ibarət olduğu halda, işçi sözü düzəltmə sözdür, çünki işçi sözünü iş və -çi şəklində iki hissəyə bölmək mümkündür. Bu hissələrdən birincisi müstəqil, ikincisi qeyri-müstəqildir; birinci hissənin məzmunu olduğu halda, ikinci hissənin təklikdə heç bir məzmunu yoxdur. Yalnız iş sözünə bitişdiyi zaman müəyyən məzmuna malik olur.

Sadə sözlər sözdəyişdirici şəkilçi qəbul edərək, öz sadəliyini itirmədiyi kimi, düzəltmə sözlər də həmin şəkilçiləri qəbul etdikdə öz düzəltmə sözlüyünü itirmir; işlər sözü sadə, işçilər sözü isə düzəltmə sözdür. Sadə sözlər sözdüzəldiçi şəkilçi qə­bul edərkən yeni məzmunlu bir sözə çevrildiyi kimi, düzəltmə sözlər də başqa bir söz­düzəldici şəkilçi qəbul etdikdə tamamilə eyni məzmunlu bir söz olur, lakin düzəltmə sözlükdən çıxmır. Məsələn: yaz müəyyən məzmunlu sadə bir söz, yazı başqa məz­munlu düzəltmə söz, yazıçı daha başqa məzmunlu düzəltmə söz, yazıçılıq isə tamamilə yeni məzmuna malik düzəltmə sözdür.

Deməli, söz kökünə sözdüzəltmə məqsədindən asılı olaraq bir neçə dəfə şəkilçi artırıla bilər: gül – gülçü – gülçülük, səs – səslə – səsləndir və s.

Düzəltmə sözlərin müəyyənləşdirilməsində iki cəhəti əsas tutmaq lazımdır. Birincisi, köklə düzəltmə söz arasında üzvü bağlılıq olmalıdır, yəni yeni yaranmış söz, yeni məna məhz kökdəki mənanın əsasında yaranır. Məsələn, bağla, bağça və qulaq sözlərini nəzərdən keçirək. Bağla (maq) və bağça sözləri kök etibarilə zahirən oxşar görünür.

Əgər bu sözlərin bağ sözünün omonim mənaları əsasında yarandığını sezmə­sək, onları səhvən eyniköklü söz hesab etmiş olarıq. Halbuki bağça sözündən fərqli olaraq, bağla sözü ip, kəndir mənasında olan bağ ismindən yaranmışdır. Eləcə də qulaq sözündə – aq ünsürü zahirən şəkilçi kimi görünür, əslində isə -aq feldən isim düzəldən şəkilçi olduğundan o yalnız felə artırıla bilərdi. O biri tərəfdən, qulaq sözü ilə dilimizdəki qul ismi arasında üzvü bağlılıq olmadığından o, quruluşuna görə yalnız sadə söz kimi götürülə bilər.

İkincisi söz o vaxt düzəltmə söz kimi götürülə bilər ki, onun kökü dilimizdə ayrıca işlənmiş olsun. Ərəb dilindən dilimizə keçmiş sədaqət, şücaət sözləri, eləcə də Azərbaycan dilinin öz sözlərindən olan barış, yarış, güləş, dağıntı sözləri məhz bu cəhətdən düzəltmə söz sayıla bilməz.

Mürəkkəb sözlər həm sadə, həm də düzəltmə sözlərdən fərqlənir. Mürəkkəb sözlər vasitəsilə ayrı-ayrı kəmiyyət və keyfiyyətlərdən yeni keyfiyyət yaradılır. Yəni ayrı-ayrı məzmunlardan yeni məzmun əmələ gəririlir.

İstiot sözünün tərkibində iki müstəqil söz vardır. Bu sözlərin hər ikisi təklikdə ayrı-ayrı mənalara malik sözlərdir. Ancaq bu birləşmə nəticəsində sözlərin şəkli əlaməti dəyişmədiyi halda, məna tamamilə dəyişir. Hər iki söz öz əvvəlki mənasını itirir, ikisi birlikdə bir məna ifadə etməli olur.

3. Kök morfemdən fərqli olaraq şəkilçi morfemlər lüğəti mənaya malik deyil, qrammatik mənanı isə yalnız kök morfemin tərkibində ifadə edir. Şəkilçilər həm də fonetik cəhətdən kökdən asılı olur. Azərbaycan dilində şəkilçilər funksiyalarına görə iki yerə bölünür:

  1. sözdüzəldici (leksik) şəkilçilər;
  2. sözdəyişdirici (qrammatik) şəkilçilər

Sözdüzəldici şəkilçilərdən fərqli olaraq sözdəyişdirici şəkilçilər kökə qoşularaq onun leksik mənasında heç bir dəyişiklik yaratmır, yalnız sözə yeni forma və yeni qrammatik məna verir. Bu şəkilçilər xalis Azərbaycan dili şəkilçilərindən ibarət olub, həmişə sözün sonunda işlənir. Sözdəyişdirici şəkilçiləri aşağıdakı qruplara bölmək olar:

1) kəmiyyət kateqoriyası şəkilçiləri; 2) hal kateqoriyası şəkilçiləri; 3) mənsu­biyyət kateqoriyası şəkilçiləri; 4) xəbərlik kateqoriyası şəkilçiləri; 5) inkarlıq kateqo­riyası şəkilçiləri; 6) zaman kateqoriyası şəkilçiləri; 7) şəxs kateqoriyası şəkilçiləri;

Onu da qeyd etmək lazımdır ki, dilimizdə eyni şəkildə işlənən bəzi şəkilçilər həm sözdüzəldici, həm də sözdəyişdirici şəkilçi ola bilir. Xüsusilə, şəkilcə sözdəyiş­di­rici şəkilçilərin eyni olan –ma (-mə); -dır (-dir, -dur, -dür); -mış (-miş, -muş, -müş); -malı (-məli); -aq (-ək); -ım (-im, -um, -üm) və s.

4. Müstəqil mənasına, morfoloji əlamətinə və sintaktik roluna görə qruplaşan söz siniflərinə nitq hissələri deyilir. Müstəqil məna dedikdə sözün yalnız ayrılıqda götürülmüş leksik və ya lüğəti mənası deyil, onun leksik-qrammatik mənası da nəzərdə tutulur.

Dilimizdəki nitq hissələrini müstəqil mənalarına, qrammatik formalarına (morfoloji əlamətlərinə) və sintaktik roluna görə əsas və köməkçi olmaqla iki qrupa bölmək olar.

I. Əsas nitq hissələri leksik (lüğəvi) mənaya malik olur, müəyyən sintaktik vəzifə daşıyır, müvafiq suala cavab verir, eyni zamanda, söz yaradıcılığı prosesində yaxından iştirak edir. Onlar əşyanın adını, əlamət və keyfiyyətini, miqdarını, hal-hərəkətini, hal-hərəkətin əlamətini və əlamət-keyfiyyətin də əlamətini bildirir. Əsas nitq hissələrinə isim, sifət, say, əvəzlik, fel və zərf daxildir.

II. Köməkçi nitq hissələrinin müstəqil leksik mənaları olmur, heç bir suala cavab vermir və buna görə də cümlə üzvü ola bilmir. Mənşə etibarilə əsas nitq hissə­lərindən törəyən köməkçi nitq hissələri cümlənin təşkilində yardımçı rola malikdir. Onlar da sözlər və cümlələr arasında qrammatik əlaqə və münasibətləri təmin edir, ya da fikrin formalaşmasında rəngarəng çalarlıqlar və emosional – ekspressiv boyalar yaradaraq, danışan şəxsin, bəzən də başqasının müxtəlif hissi münasibətlərinin ifadə­sinə xidmət göstərmiş olur. Bu baxımdan köməkçi nitq hissələrinin özlərini də iki qismə ayırmaq olar:

a) sözlər və cümlələr arasında müxtəlif əlaqə və münasibətləri təmin edən köməkçi nitq hissələri. Bunlara qoşma və bağlayıcı daxildir;

b) müxtəlif emosional-ekspressiv və hissi münasibətlərin ifadəsinə xidmət edən köməkçi nitq hissələri. Bunlara ədat və modal sözləri daxil etmək olar.

Köməkçi nitq hissələri içərisində modal sözlərin ilkin məna ilə, yəni yarandığı nitq hissəsi ilə bağlılığı daha aydın hiss olunur və buna görə digər köməkçi nitq hissə­lərinə nisbətən modal sözlərin bir qismində lüğəvi məna bildirmək meyli qüvvətlidir.

Nida və yamsılamalar daha çox hiss və duyğuların verilməsi və ya müəyyən tə­biət səslərinin, görünüşün yamsılanması ilə bağlı olan nitq hissələridir.

MÖVZU 2: ƏSAS NİTQ HİSSƏLƏRİ. İSİM, ONUN MƏNA VƏ QURULUŞCA NÖVLƏRİ

  1. M. Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya, Bakı – 2007
  2. Müasir Azərbaycan dili. Morfologiya, II cild, Bakı – 1980
  3. E. Maqsudov. Poetik-praktik Azərbaycan dili. Bakı – 2011
  4. B. Xəlilov. Müasir Azərbaycan dili. Bakı – 2007

1. Şəxs bildirən isimlər: Elxan, Bağır, Hafiz

2. Bütün başqa canlı varlıqların (heyvanların) adlarını bildirən isimlər: at, ulaq, toyuq, cücə, it

3. Cansız varlıqların adlarını bildirən isimlər: torpaq, telefon, qutu, qələm

4. Təbiət hadisələrini bildirən ümumi isimlər: külək, tufan, yağış

5. Zaman bildirən ümumi isimlər: yaz, yay, qış, həftə

2. Müxtəlif məfhumları ifadə edən bütün isimləri məna növlərinə görə üç qrupa ayırmaq olar:

1) konkret və abstrakt varlıqların – məfhumların adlarını bildirən isimlər;

2) xüsusi və ümumi isimlər;

3) təklik və topluluq bildirən isimlər.

Canlı və cansız varlıqların adlarını bildirən bu isimlərin məzmununda əşya anlayışı vardır. Belə isimləri ifadə edərkən insanın şüurunda müəyyən bir varlıq dərk edilir: adam, ağac, daş, meyvə. Mənşə etibarilə konkret məfhumları bildirən isimlər abstrakt məfhumları bildirən isimlərdən əvvəl yaranmışdır; çünki insan hər şeydən əvvəl konkret varlıqları dərk etmişdir. Abstrakt məfhumları bildirən isimlər əşyadan xaricdə dərk edilir. Abstrakt isimlər abstrakt məfhumların adlarıdır. Belə adların bir qismi şeylərin keyfiyyət, əlamət və halını əşyadan xaric bildirən sözlərdir: forma, yaxşılıq, gözəllik və s.

Kazımov Q. Ş. Müasir Azərbaycan dili. Morfologiya: dərslik (2010)

Kazımov Q. Ş. Müasir Azərbaycan dili. Morfologiya: ali məktəblər üçün dərslik. Elmi redaktorı: T. Müzəffəroğlu, İ. Əhmədzadə. Bakı : “Elm və təhsil” nəşriyyatı, 2010, 400 s.

Faylın formatı: PDF
Faylın ölçüsü: 2.16 Mb

➤ Pulsuz yüklə : yandex

Related posts:

  • Leylâ Karahan. Anadolu ağızlarının sınıflandırılması (1996)
  • Qurbanov A. M. Ümumi dilçilik. Üç dildə. III cild (2019)
  • Qurbanov A. M. Ümumi dilçilik. Üç dildə. II cild (2019)
  • Qurbanov A. M. Ümumi dilçilik. Üç dildə. I cild (2019)
  • Siyamək Hüseynəlizade Miyandoab. Azərbaycan dili Əfşar şivəsinin lüğət tərkibi. Dissertasiya (ts)
  • Hacıyeva Q. Ə. Şərqi Azərbaycan ostanının toponimləri. Dissertasiya (2000)
  • Bahadır Güneş. Borçalı (Gürcistan) Karapapak / Terekeme ağzı (inceleme-metinler-sözlük). Doktora tezi (2013)
  • Harun Altun. İlk Farsça-Türkçe sözlüklerden Sıhâhu’l-Acem: Karşılaştırmalı inceleme ve kelime dizini. Yüksek lisans tezi (2015)
  • Mämmetjumaýew A., Täjimow A., Geldimämmedowa Ş., Annanyýazowa G. Gadym Türkmen Edebiýaty II: orta asyrlar (2010)
  • Täjimow A., Mämmetjumaýew A. Gadym Türkmen Edebiýaty I: iň gadymy döwürlerden X asyra çenli (2010)

Qaydalar

Darul Hikmət Elm və Tədris mərkəzinin kitabxanasından kitab götürmək üçün kitabxanaya üzv olmaq tələb olunur. Bunun üçün kitab götürmək istəyən şəxslər “oxucu kart”- na sahib olmalıdırlar. Kartın etibarlılıq müddəti istifadəyə verildiyi vaxtdan 6 ay müddətinə qədərdir. 6 aylıq abunəlik haqqı üçün 10 AZN ödənilməlidir. Kitabxanadan istifadə qaydaları: – Oxucular eyni zamanda 1 kitab götürmək hüququna malikdirlər. – Kitabların qaytarılma müddəti səhifə etibarı ilə: 0 – 200 səh = 15gün 200 – 350 səh = 20gün 350 – (üzəri) = 30gün – Göstərilən müddət ərzində kitablar qaytarılmasa oxucu hər iki günə görə 1 azn ödəməlidir. – Əgər kitabların qaytarılması təyin olunmuş vaxtdan 1 həftə müddətində gecikdirilərsə, oxucu kitabxanadan istifadə hüququndan məhrum ediləcək. – Kitablara hər hansı zərər vurularsa oxucu zərər vurduğu kitabın dəyərini ödəməli və yaxud kitabı yenisi ilə əvəz etməlidir.

Qəbul et İmtina

KİTAB SİFARİŞ ET

KİTAB HƏDİYYƏ ET

KİTAB HƏDİYYƏ ET MƏTNİ

Kitabın bronu

    Dan Brown –> Kod Da Vinchi –> Növbədə 3 nəfər var –>

daxİl ol

Remember me Forget password

Don’t have an account? REGISTER

qeydİyyat

Ad və Soyad
Sizin Email
Retpye password
Mən robot deyiləm
(012) 408 63 36 –> (+99477) 528 14 83 (+99477) 528 14 83
Darulhikmet.az KİTABXANA Elmi Ədəbiyyat Müasir Azərbaycan dili – Morfologiya

KİTABXANA

Müasir Azərbaycan dili – Morfologiya

  • Müəllif:
  • Janr: Elmi ədəbiyyat
  • Nəşriyyat: Şərq-Qərb
  • Çap ili: 2007
  • Kitabın dili: Azərbaycan
  • Statusu: Kitabxanada

Kitab haqqında

Oxşar kitablar

Sifariş et Ətraflı

Ərəb dili təlimi (1-2)

Kitabxanada
Sifariş et Ətraflı

Ərəb Dili

Ə.C.Məmmədov Kitabxanada
Sifariş et Ətraflı

Nitq Mədəniyyətinin əsasları

Nadir Abdullayev Kitabxanada
Sifariş et Ətraflı

Sosiologiya

Məcid Əfəndiyev Kitabxanada
Sifariş et Ətraflı

Elm tanrı axtarışında

Con Lennoks Kitabxanada
Sifariş et Ətraflı

Ərəb dili təlimi (3-4)

Kitabxanada
Sifariş et Ətraflı

Sərf və Nəhv

Səid Rəşadi Kitabxanada
Sifariş et Ətraflı

Sərf

Hacı Fuad Nurullah Kitabxanada
Sifariş et Ətraflı

Ümumi dilçilik

Ağamusa Axundov Kitabxanada
Sifariş et Ətraflı

Müasir Azərbaycan dili – Fonetika, orfoepiya, orfoqrafiya

Kitabxanada
Sifariş et Ətraflı

Azərbaycan ədəbi dili tarixi

Kitabxanada
Sifariş et Ətraflı

Müasir Azərbaycan dili – Sintaksis

Kitabxanada
Sifariş et Ətraflı

Məntiq

Rauf İmranoğlu Kitabxanada
Sifariş et Ətraflı

Hədis və Rical Elmi

Ramil Əzimov Kitabxanada
Sifariş et Ətraflı

Nəhv Elmi

Həmid Muhəmmədi Kitabxanada
Sifariş et Ətraflı

Sərf Elmi

Həmid Muhəmmədi Kitabxanada
Sifariş et Ətraflı

Məntiq Elmi

Dr.Möhsün Nişapuri Kitabxanada
Sifariş et Ətraflı

Fars Dili

Təhminə Rüstəmova Kitabxanada
Sifariş et Ətraflı

Bir Müslüman Evrimci Olabilir mi?

Caner Taslaman Kitabxanada
Sifariş et Ətraflı

Azərbaycan Şifahi Xalq Ədəbiyyatı

Paşa Əfəndiyev Kitabxanada
Sifariş et Ətraflı

İqtisadiyyat

Sabir İbadov Kitabxanada
Sifariş et Ətraflı

Müxtəlif Sosial Qruplardan Olan Gənclərlə Aparılan Psixososial İşin Məzmunu

Olqa Vəlimedova Kitabxanada
Sifariş et Ətraflı

Sosiologiya

Elmi Heyyət Kitabxanada
Sifariş et Ətraflı

Azərbaycan Folklorşünaslığı: Tarixi, Problemləri

Qüdrət Umudov Kitabxanada
Sifariş et Ətraflı

Ədəbi Tənqid Tarixinə Dair Portret-Oçerklər

Təyyar Salamoğlu Kitabxanada
Sifariş et Ətraflı

Ədəbiyyatşünaslığın Elmi-Nəzəri Əsasları

Xalid Əlimirzəyev Kitabxanada
Sifariş et Ətraflı

İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi

Elmi Heyyət Kitabxanada
Sifariş et Ətraflı

Azərbaycan Hidronimlərinin Sematik Xüsusiyyətləri

Nəbi Əsgərov Kitabxanada
Sifariş et Ətraflı

Şəxsiyyət və Onun Formalaşmasının Psixoloji Məsələləri

Olqa Vəlimedova Kitabxanada
Sifariş et Ətraflı

Azərbaycan Dilinin Tədris Metodikası

Əzizxan Tanrıverdi Kitabxanada
Sifariş et Ətraflı

Sosial-siyasi və hüquqi təlimlər tarixi

Yusif Rüstəmov Kitabxanada

Mərkəz haqqında

Mərkəzin fəaliyyəti online və canlı dərslərin peşəkar səviyyədə tədrisinə, seminarların, təlimlərin, mühazirələrin və s. tədbirlərin keçirilməsinə istiqamətlənib.

Əlaqə

  • Darul Hikmət Elm və Tədris Mərkəzi, Ağadadaş Qurbanov 31, Bakı
  • (+99477) 528 14 83
  • info@darulhikmet.az

Darul Hikmət Elm və Tədris Mərkəzi 2014-2023 © Bütün hüquqlar qorunur

Comments are closed, but trackbacks and pingbacks are open.