Dəbi dil. Müasir Azərbaycan ədəbi dilinin normaları
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Akademik: “Müasir Azərbaycan dilinin qrammatikası yenidən yazılmalıdır”
Akademik: “Müasir Azərbaycan dilinin qrammatikası yenidən yazılmalıdır” Bakı. 7 noyabr. REPORT.AZ/ “Müasir Azərbaycan dilinin qrammatikası” adlı kitaba ciddi ehtiyac yaranıb”.
7 Noyabr , 2018 10:12
https://static.report.az/photo/d226178b-8821-4389-ae11-9ecc627aa9c9.jpg
Bakı. 7 noyabr. REPORT.AZ/ “Müasir Azərbaycan dilinin qrammatikası” adlı kitaba ciddi ehtiyac yaranıb”. “Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib. O qeyd edib ki, bu adda axırıncı çoxcildlik nəşr XX əsrin yetmişinci illərində Azərbaycan Dövlət Universitetində çalışan görkəmli alimlər tərəfindən hazırlanıb: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev in təşəbbüsü ilə “Müasir Azərbaycan dili” çoxcildlik nəşrinin müəllifləri olan görkəmli dilçi alimlər Dövlət mükafatı laureatı adına layiq görülmüşdülər. Bununla belə, həmin qrammatika kitabının nəşrindən keçən yarım əsrdən çox müddətdə, xüsusən ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycan dilinin leksik tərkibi daha da zənginləşmiş, dildə müəyyən bir milliləşmə prosesi getmişdir. Ona görə də ölkəmizin tanınmış dilçi alimlərinin cəlb olunması ilə müstəqillik mərhələsinin tələbləri əsasında müasir Azərbaycan dilinin qrammatikası yenidən yazılmalıdır. Bu, həm ali məktəblərin filologiya fakültələri üçün dərslik kimi istifadə olunmaq, həm də ümumiyyətlə dil normalarını xalqımıza çatdırmaq üçün son dərəcə əhəmiyyətli bir addım ola bilər”. “Onu da qeyd etməliyəm ki, Nəsimi adına Dilçilik İnstitutunda “Müasir Azərbaycan dilinin qrammatikası” kitabının plan-prospekti hazırlanmışdır. Azərbaycan dilinin qrammatikasının bütün şöbələrini: leksika, fonetika, morfologiya və sintaksis bölmələrini əhatə edəcək bir kitabın yüksək elmi-nəzəri səviyyədə hazırlanması üçün ölkəmizin dilçi alimlərinin yaradıcılıq potensialını birləşdirmək lazımdır. Bundan başqa, Azərbaycan dilinin daxili zənginliyini, söz ehtiyatının rəngarəngliyini xalqımıza, yeni nəsillərə çatdırmaq üçün Azərbaycan dilinin sinonimlər lüğətinin hazırlanmasına da diqqət yetirməyimizə böyük ehtiyac var. Müasir elmi-texniki yeniliklərlə əlaqədar Azərbaycan dilinə daxil olan terminlər və onların dilimizdəki münasib qarşılığı olan sözlər haqqında mütəmadi olaraq mətbuat vasitəsilə xalqımıza zəruri məlumatların çatdırılması da çaşqınlığın, yersiz uydurmaların qarşısını ala bilər”.
Ədəbi dil. Müasir Azərbaycan ədəbi dilinin normaları.
Ədəbi dil tarixən müəyyənləşmiş möhkəm qayda -qanunlara tabe olub, xalqın, millətin ümumi, nümunəvi ünsiyyətinə xidmət edir. Ədəbi dilin iki forması vardır: şifahi ədəbi dil və yazılı ədəbi dil. Şifahi ədəbi dil (səsli dil) çox qədimdir,o, yazılı ədəbi dil hələ mövcud olmadığı uzun dövr ərzində xalq yaradıcılığının ifadə vasitəsi kimi işlənmişdir. Nitqlər, çıxışlar,mühazirələr şifahi nitqə aiddir. Şifahi ədəbi dil orfoepik normalara tabe olur və səslənən dildir. Yazılı dilin ilkin nümunələri rəsmi sənədlərin, dövlət başçılarının məktublarının, bədii əsərlərin, həmçinin dini mətnlərin dili olmuşdur. Cəmiyyət inkişaf etdikcə yazılı ədəbi dilin meydanı genişlənmişdir. Yazılı dil orfoqrafik normalara tabe olur, yazılan dildir. Dünyanın inkişaf etmiş ədəbi dilləri kimi Müasir Azərbaycan ədəbi dili də mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Ədəbi dilin (nitqin) tabe olduğu qayda -qanunların sisteminə ədəbi dilin normaları deyilir. Norma – müəyyən bir dövrdə sözün fonetik tərkibi və leksik mənasının, cümlənin qrammatik quruluşunun hər hansısa bir dil kollektivində obyektiv şəkildə fəaliyyətidir. Təbiidir ki, Azərbaycan ədəbi dilinin normaları dilimizin dialekt və şivələrindəki, xalq danışıq dilindəki qeyrimükəmməl, qeyri-sabit normalardan fərqlənir. Bu cür normalılıq, yəni normativlik ədəbi dilin nisbi sabitliyindən, əhatəliliyindən və dilin quruluşunu əks etdirməsindən irəli gəlir. Ədəbi dilin normaları bir sistem şəklində olsa da, onlarda müstəqillik də vardır. Nitq mədəniyyətinin əsas şərtlərindən biri ədəbi dilin normalarına riayət olunmasıdır. Dilin daxili quruluşunu onun səs tərkibi leksikası və qrammatikası təşkil edir. Ədəbi dilin normaları da bu quruluşa uyğundur: fonetik norma; leksik yaxud leksik- semantik norma; qrammatik norma.
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Azərbaycan ədəbi dilinin norma və üslubları
Ədəbi dilin birinci keyfiyyəti onun müəyyən normalara malik olmasıdır. Müasir Azərbaycan ədəbi dili dünyanın inkişaf etmiş dillərindən biri kimi mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur.
Dilin daxili quruluşunu onun səs tərkibi (fonetikası), leksikası (lüğət tərkibi) və qrammatikası təşkil edir. Ədəbi dilin normaları da bunlara uyğundur:
1) Fonetik norma;
2) Leksik norma;
3) Qrammatik norma.
Fonetik norma özü iki yerə bölünür:
a) Orfoepik norma
b) Orfoqrafik norma
Orfoqrafik və orfoepik normalar dilin fonetik və qrammatik (morfoloji) normaları əsasında yaranır. Azərbaycan dilinin iltisaqi tipə aid olması onun ədəbi normalarının xarakterini, tipologiyasını müəyyən edir.
Sözün ədəbi dildəki tələffüz variantı orfoepik norma adlanır. Bu normalar orfoepiya lüğətində əks olunur.
Sözün ədəbi dildəki yazılış variantı orfoqrafik norma adlanır. Bu normalar dövlət tərəfindən (Nazirlər Kabineti) tərəfindən təsbit olunur və orfoqrafik lüğətlərdə təsbit olunur.
Leksik norma
Azərbaycan dilinin lüğət tərkibi çox zəngindir. Dünyanın başqa inkişaf etmiş ədəbi dilləri kimi, Azərbaycan ədəbi dilində də leksik normanın keyfiyyətini milli sözlər müəyyən edir.
Leksik norma hər kəsdən sözün mənası və ya mənaları ilə yaxşı tanış olmağı, onu yerində, düzgün işlətməyi tələb edir. Belə ki, dildəki sözlər tarixi inkişaf sayəsində müəyyən mənaya malik olur. Sözün ona məxsus olmayan, ənənədən çıxan mənada işlədilməsi, lüzumsuz şəkildə mətnə daxil edilməsi nitq nöqsanıdır. Söz onun üçün xarakterik olan mənada işlənmirsə, demək, fikir düzgün anlaşılmayacaq, beləliklə, nitq mədəniyyətinin tələbi-leksik norma pozulacaq.
Ədəbi dildə loru, kobud söz və ifadələr işlədilməməlidir.
Leksik norma dialekt sözlərində, varvarizm və vulqar sözlərdə də çox ehtiyatlı olmağı tələb edir. Əgər bu sözlər bədii məqsəd güdmürsə, ədəbi dil normaları onları işlətməyi qadağan edir.
Sözdən düzgün istifadə ilə yanaşı, onun dəqiq, yerinə görə ifadəli və emosional işlədilməsi də leksik normanın tələblərindəndir.
Qrammatik norma
Müasir Azərbaycan ədəbi dilinin qrammatik norması ümumxalq dilinin iltisaqilik prinsipinə əsaslanan qrammatik quruluşunu əks etdirir.
Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqlərin nitqdə düzgün qurulmasını tələb edir, onu normaya salır.
Müasir ədəbi dilimizin qrammatik normalarını təxminən aşağıdakı kimi qruplaşdırmaq olar:
1) İsimlərə əvvəl cəm, sonra mənsubiyyət, hal şəkilçiləri və s. artırılır: kənd-lər-imiz-in
2) Təyini müəyyən miqdar sayı olan isim təkdə işlənməlidir: on uşaq, üç dəftər
3) Fel köklərinə əvvəl təsirlik, sonra növ, şəkil, daha sonra isə şəxs (xəbərlik) şəkilçiləri artırılır: qal-dı-ril-ma-lı-dır; döy-üş-çü-lər-imiz-in-dir
4) Mübtəda ilə xəbər arasında şəxsə, qismən də görə uzlaşma gözlənilir: Sən azərbaycanlısan. Onlar türkdürlər.
Azərbaycan ədəbi dili funksional üslublar sisteminə malikdir. Həmin üslublar aşağıdakılardır:
1) Bədii üslub: bədii əsərlərin (poeziya, nəsr, dramaturgiya) dili. Əsas əlamətləri obrazlılıq və emosionallıqdır. Azərbaycan dili yüzilliklər boyu poeziya dili kimi inkişaf etmişdir. Deməli, ədəbi dilin bədii üslubu qədimliyi, mükəmməlliyi və bütün tarixi boyu aparıcı olması ilə seçilir.
2) Publisistik üslub: qəzet, jurnal, radio, televiziya, mitinq dili, müxtəlif yığıncaqlarda istifadə olunan dil. Əsas əlaməti kütləvi anlaşıqlılıq, aydın dildir. Publisistik üslubun yaranması “Əkinçi” ilə (milli mətbuatın əsasının qoyulması ilə) başmış və inkişaf etmişdir.
3) Elmi üslub: elmi əsərlərin, dərsliklərin, monoqrafiyaların dili. Əsas əlaməti məntiqilik, ardıcıllıq, terminlərin olmasıdır. Azərbaycan alimləri istər orta əsrlərdə, istərsə də sonralar öz əsərlərini daha çox beynəlxalq dillərdə yazdıqlarına görə elmi üslub bədii və publisistik üslub qədər geniş imkanlar qazanmamışdı.
4) Rəsmi-işgüzar üslub: rəsmi və işgüzar sənədlərin dili. Əsas əlaməti standart formalardan istifadədir. Rəsmi-işgüzar üslubun inkişafı digər funksional üslublardan geri qalmışdı. Bu da həmin üslubun dövlətçilik ənənələrindən asılı olması ilə bağlıdır. Məsələn, Azərbaycan dövlətçiliyinin meydana gəlməsi ilə bağlı XVI əsrdə-Xətai dövründə az-çox mükəmməl sənəd nümunələri yaranmışdır. Sovet dönəmində isə sənədləşmə daha çox rus dilində aparıldığı üçün rəsmi-işgüzar üslub inkişafdan qalmışdı. Müstəqil Azərbaycan dövlətinin yaranması bu üslubun sürətli inkişafına və möhkəmlənməsinə şərait yaratdı.
5) Məişət üslubu: gündəlik ünsiyyət dili. Əsas əlaməti nitqin sərbəstliyi və təbiiliyidir. ədəbi dildə məişət dili, məişət üslubu – danışıq dili mövcuddur. Bu gün məişət dili kimi qavradığımız nitq o zamanlar xalqın ünsiyyət saxladığı dilin özü idi.
Comments are closed, but trackbacks and pingbacks are open.