Müasir kimyanın perspektiv istiqamətləri
Прочитано 1903 раз (-а)
Müasir kimyanın perspektiv istiqamətləri
НАЦИОНАЛЬНАя АКАДЕМИя НАУК АЗЕРБАЙДЖАНА
Институт Информационных Технологий –>
- ОБ
ИНСТИТУТЕ- История института
- Бывшие директора
- Руководство
- Директор
- Заместители директора
- Ученый секретарь
- Профсоюзная организация
- Отдел: «Комплексная переработка минерального сырья»
- Отдел: «Неорганические функциональные материалы»
- Отдел: «Координационные соединения»
- Отдел «Когерентно-синхронизированные реакции окисления»
- Отдел «Окислительный гетерогенный катализ»
- Отдел: «Нано и электрокатализ »
- Отдел:«Технология и моделирование химических и экологических процессов»
- Отдел: «Процессы сорбции»
- Отдел научной информации и патентных исследований
- Отдел научных изданий
- Отдел международных отношений, грантовых проектов и инновации
- Отдел Образования
- Отдел физико-химического анализа
- Все новости
- Конференции, собрания
- Важные события
- Встречи
- Публикации
- Юбилеи
- Интересная информация
- Образование
- Основные научные достижения
- Статьи, опубликованные в журналах с импакт-фактором
- Монографии, книги и учебные пособия
- Патенты
- Гранты
- Внедренные работы
- Экспонаты выставки
- Семинары и конференции
- Научные командировки
- Отчеты
- Общий отчёт
- Международные лаборатории
- МЕЖДУНАРОДНЫЕ СВЯЗИ
- Журнал Химические Проблемы
- Азербайджанский Химический журнал
- Ученый совет
- Диссертационный совет
- Требования к диссертациям
- Правила написания диссертации
- список защищенных диссертационных работ в институте по годам
- Диссертационный Совет (ED 1.15 və BED 1.15)
- Диссертации
- Institutda müdafiə olunacaq dissertasiyalar
- Докторантура
- Международные конференции
- Республиканские конференции
- Книги
- Журналы
- Фотогалерея
- Видеогалерея
Обьявления
2-4 oktyabr 2019-ci il tarixində Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçiriləcək
Апр 11, 2019 | 11:24Прочитано 1903 раз (-а)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın Kimya Elmləri Bölməsi və AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) təşkilatçılığı ilə 2-4 oktyabr 2019-ci il tarixində AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunmuş “Müasir kimyanın aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək. Konfransın keçirilməsində məqsəd kimya sahəsində son nailiyyətlərin müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, respublika və xarici tədqiqatçılar, elmi-tədqiqat institutları və ali təhsil müəssisələri arasında elmi əlaqələrin yaradılmasıdır. Eləcə də konfransda kimyanın tədrisi problemləri və yeni yanaşmalar müzakirə olunacaq. Konfransın elmi proqramında aşağıdakı bölmələr üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur. Konfransın bölmələri: 1. Neft, yanar şistlər, səmt qazları və təbii qazların emalının aktual problemləri; 2. Neft-kimya sintezinin perspektiv istiqamətləri, kompüter kimyası; 3. Ekologiya və enerji problemlərinin həllində “yasıl kimya”; 4. Aqrokimya və farmokimyanın aktual problemləri; 5. Nanotexnologiyalar; 6. Katalizatorlar, katalitik sistemlər, katalitik proseslər, proseslərin optimallaşdırılması və riyazı modelləşdirilməsi; 7. Səthi-aktiv maddələr və xüsusi təyinatlı reagentlər; 8. Kimyanın tədrisinə yeni yanaşmalar (elm və təhsilin inteqrasiyası). TƏRTİB QAYDALARI: Plenar məruzələrin tezisləri (1-5 səhifə) və məruzələrin tezisləri (1 səhifə) aşağıdakı tələbata uyğun tərtib olunmalıdır: – Məruzələr azərbaycan, rus və inglis dillərindən birində, A4 formatda, 2 nüsxə (2-ci nüsxə bütün müəlliflər tərəfindən imzalanır) kağız və elektron formada qəbul olunur; – Məruzələrin mətni kompüterdə Microsoft Word proqramında, Times New Roman standart 12 şriftlə, sətirlərarası interval – 1,15, sağ və soldan – 2,5 sm, yuxarı və aşağıdan – 2,5 sm, abzas – 1,25 məsafə saxlamaqla və sətirdən sətrə keçməmək şərtilə çap olunmalıdır; – Kimyəvi formulalar ChemDraw proqramında yığılmalıdır; – Məruzəçinin adının altından xətt çəkilməlidir; – Əvvəlcə məruzənin adı iri hərflərlə Times New Roman 12 şriftlə (B), 1 sətir sonra müəlliflərin adı, atasının adı və soyadı 12 şriftlə, 1 sətir sonra təşkilatın adı, şəhər və ölkə 12 şrift (I) və sonrakı sətirdə elektron poçt ünvanı 12 şriftlə (I) (U) verilməlidir; – Mətnə daxil edilən cədvəllərin adı Times New Roman 10 şriftlə (B) (I), 1,15 intervalla yazılmalıdır. Cədvəlin içində mətn Times New Roman 10 şriftlə verilməlidir; – Mətnə daxil edilən şəkillər, sxemlər, qrafik materiallar mətnin içində və ya sonda olmalıdır. Şəkilaltı yazılar Times New Roman 10 şriftlə (B) (I) yazılmalıdır. Şəkillər ayrıca JPEG formatda da göndərilməlidir; – Səhifələr nömrələnməməlidir. – Ədəbiyyat siyahısı Times New Roman 10 sriftlə yazılmalı, nömrələnməsi adi qayda üzrə olmalıdır. Təqdim olunan məruzələrə görə bütün məsuliyyəti müəlliflər özü daşıyır. Məruzələrin çap olunması üçün təsdiq olunmuş ekspertiza aktı, müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktub göndərilməlidir. Təşkilat Komitəsi göndərilmiş materialların seçilmə və qəbul olunma hüququnu özündə saxlayır. Məruzələrin tezislərinin qəbulu 1 iyun 2019-ci il tarixinə qədər davam edəcək. Qəbul olunmuş məruzələr haqqında məlumatlar 15 sentyabr 2019-ci il tarixindən başlayaraq müəlliflərə çatdırılacaq. Əlaqə məlumatları: tel: (+99412) 490-24-43 e-mail: ipcp_lab3@mail.ru; nkpi@nkpi.az Təşkilat Komitəsinin Sədri akademik Vaqif Abbasov
Müasir kimyanın perspektiv istiqamətləri
“Müasir kimyanın aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək
Avg 10 , 2019 | 02:45 / Mühüm hadisələrOxunma ( 1958 )

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ict.az saytına istinad zəruridir.
Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.
Müasir kimyanın perspektiv istiqamətləri
Müasir informasiya texnologiyalarının iqtisadi xüsusiyyətləri və inkişaf istiqamətləri tədqiq olunur 25.12.2020 13:03 / Konfranslar, İclaslar
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi. Əvvəlcə şöbənin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev müasir dövrdə informasiya iqtisadiyyatının İKT əsaslı yeni texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması zərurətindən, eləcə də həmin istiqamətdə mövcud olan problemlərdən danışdı. O, beynəlxalq səviyyədə bir çox qlobal İKT, innovasiya və iqtisadi indeksləri üzrə Azərbaycanın mövcud vəziyyətinin təhlilinin nəticələri haqqında məlumat verdi.
Dosent Ə.Əliyev İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının müəyyənləşdirilməsi, onların formalaşması xüsusiyyətlərinin, problemlərinin tədqiq olunmasının zəruriliyini önə çəkdi. IV sənaye inqilabına keçid tələblərini nəzərə almaqla İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının inkişafı üzrə müəyyən işlərin yerinə yetirildiyi haqqında məlumat verdi.
Məruzəçi seminarda İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatının əsas sektorlarından biri olan mobil sistem və texnologiyaların, son dövrlərdə aktuallığı daha da artan VPN texnologiyasının əhəmiyyəti və iqtisadi xüsusiyyətlərinin, bu texnologiyaların iqtisadiyyata verdiyi yeni dəyərlər, onların inkişaf istiqamətləri, eləcə də müvafiq sahədə beynəlxalq təcrübənin araşdırıldığını qeyd etdi.
Sonra seminarı institutun magistrləri davam etdirdilər.
Seminarda institutun magistri Rəşad İbrahimov İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatının əsas sektorlarından biri, müasir dövr üçün aktual olan “ 5G mobil texnologiyalarının tətbiq sahələri, iqtisadi xüsusiyyətləri və perspektiv istiqamətləri“ mövzusu üzrə təqdimatla çıxış etdi .
Məruzəçi R.İbrahimov 5-ci nəsil mobil texnologiyası, onun mahiyyəti, 5G-nin ondan əvvəlki texnologiyalardan, 4G-dən bir sıra prinsipial üstünlükləri haqqında ətraflı məlumat verdi. O, 5G-nin əsas tətbiq sahələri üzrə aparılmış tədqiqat işlərini diqqətə çatdırdı.
R.İbrahimov 5-ci nəsil mobil texnologiyasının əsas nümunəsi olan “Əşyaların İnterneti”, pilotsuz nəqliyyat vasitələri, bulud texnologiyaları kimi texnologiyaları haqqında geniş məlumat verdi. 5G texnologiyasının tətbiqi riskləri və onun iqtisadi xüsusiyyətləri, bazardakı vəziyyətilə əlaqədar tədqiqat apardığını da qeyd etdi.
Sonra isə institutun digər magistri Fərid Alışanov “VPN şəbəkə texnologiyasının tətbiqi problemləri, iqtisadi xüsusiyyətləri və inkişaf istiqamətləri ” mövzusu üzrə təqdimatla çıxış etdi. O qeyd etdi ki, İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatının digər sektorunu formalaşdıran texnologiyalardan biri də hazırkı dövr üçün müasir VPN şəbəkə texnologiyasıdır.
F.Alışanov VPN şəbəkə texnologiyasının mahiyyəti, işləmə xüsusiyyətləri, bu texnologiyanın nə üçün istifadə edildiyi haqqında məlumat verdi. VPN texnologiyasının növləri, əməliyyat sistemlərinin dəstəklədiyi VPN protokolları, bu texnologiyanın nə dərəcədə təhlükəsiz olması, VPN servislərinin müsbət və mənfi tərəflərinin nədən ibarət olması və bu sahədə tədqiqat apardığı elmi-tədqiqat işləri barədə də məlumat verdi.
Dinlənilən hər iki məruzə ilə bağlı fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi, suallar cavablandırıldı.
Dos. Ə.Əliyev müasir informasiya texnologiyaların ın iqtisadi xüsusiyyətləri və inkişaf istiqamətləri mövzusu üzrə təqdimatları yüksək qiymətləndirdi. Alim IV sənaye inqilabına keçidin tələblərini nəzərə almaqla İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının inkişafı üzrə müəyyən tövsiyələr verdi. Tədqiqatçılara qarşıdakı ildə ölkədə və dünyanın müxtəlif yerlərində keçirilməsi planlaşdırılan konfranslara bu mövzular üzrə məqalə təqdim etmələrini tövsiyə etdi, müvafiq məsləhətlər verdi.
Ə.Əliyev magistrlərə digər müvafiq mövzular üzrə də yeni tədqiqatların aparılması və daha səmərəli nəticələrin əldə olunması yönündə uğurlar arzu etdi. Bu sahədə institutun təcrübəli əməkdaşları ilə birgə ciddi elmi tədqiqatların aparılmasını, əldə etdikləri nəticələrini müxtəlif beynəlxalq bazalarda indeksləşən jurnallara təqdim etməyi tövsiyə etdi.
Comments are closed, but trackbacks and pingbacks are open.