Press "Enter" to skip to content

Müasir təlim texnologiyaları

Педагогика. Педагогические теории , системы, технологии, (Пед.ред.

Məktəbəqədər təhsildə müasir pedaqoji texnologiyalar

Təhsil sisteminin inkişaf tendensiyası və pedaqoji innovasiyalar sahəsində toplanmış faydalı təcrübələr, pedaqoji-psixoloji tədqiqatların nəticələri təlim-tərbiyə prosesinin məzmununun yeniləşdirilməsini tələb edir. Hazırda təhsil sistemində texnologiya termininin işlənilməsinə və başa düşülməsinə münasibətlərdə müxtəlif meyllər, yanaşmalar mövcuddur.

Pedaqoji texnologiyaları daha yaxşı başa düşmək, onun səmərəli inkişafını və tətbiqini təmin etmək üçün həmin anlayışın mahiyyətini izah etmək lazımdır.

Texnologiya sözü yunan mənşəlidir, “tekhne” (bacarıq) və “loqos” (öyrənmə, elm) sözlərindən yaranıb. Mahiyyətcə məhsulun hazırlanması bacarığını, istehsal prosesinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusunu ifadə edir. Yaxud, başqa bir mənbədə texnologiya hər hansı bir işin görülməsi zamanı istifadə olunan üsulların cəmini bildirir.

Pedaqoji prosesdə texnologiya nəzərdə tutulmuş məqsədlərin yerinə yetiril­mə­­si­ni təmin etməyə imkan verən, elmi əsaslar üzərində qurulmuş, məkan və zaman səviyyəsində proqramlaşdırılmış pedaqoji prosesin bütün komponentlərinin birgə fəaliyyət sistemidir. Həmçinin texnologiya pedaqoji prosesin paradiqmalarını müəy­yən edən elə ardıcıllıq sistemidir ki, onun tətbiqi kamil insanda tələb olunan keyfiyyətləri formalaşdırmağa xidmət edir.

Müasir pedaqoji texnologiyalar – pedaqoji prosesin tərkib hissəsi olub, təhsilin bütün sahələrində, eləcə də məktəbəqədər təhsilin səmərəli qurulması baxımından mühüm əhəmiyyətə malikdir.

Məktəbəqədər təhsil pilləsində uşaqların təhsil alması, təlim-tərbiyə işinin daha səmərəli qurulması tələb olunur. Bu zaman psixologiya, pedaqogika, sosiologiya, biologiya və digər elmlərin nailiyyətlərinə, milli mədəniyyətə, adət-ənənələrə, eləcə də müasir dünya təcrübəsinə istinad olunması zəruri hesab edilir.

Təhsil sisteminin ilkin pilləsi olan məktəbəqədər təhsil uşaqların fiziki, psixolo­ji, intellektual inkişafında, onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazır­lan­masında xüsusi əhəmiyyət kəsb edir. Məktəbəqədər yaşlı uşaqların tərbiyəsi qarşısında duran başlıca məqsəd mütərəqqi dünyagörüşə, milli, ümumbəşəri əxlaqa, mənəvi və mədəni dəyərlərə yiyələnən şəxsiyyət formalaşdırmaq, cəmiyyətimiz üçün layiqli vətəndaşlar yetişdirmək olduğundan məktəbəqədər təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür.

Təhsil sistemində əsas dəyər uşaqdır. Çünki böyüyən şəxsin həyatın­­da məktəbəqədər dövr məsuliyyətli hesab edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin hələ 2010-cu ildə qəbul etdiyi qərarı ilə “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” təsdiq edilib.

Məktəbəqədər təhsilin məqsədi uşağın fiziki, psixi, emosional, sosial və idraki inkişafı üçün şərait yaratmaq, uşaqların sadə əmək vərdişlərinə yiyələnməsini təmin etmək, uşaqlarda məntiqi və yaradıcı təfəkkürün ilkin elementlərini formalaşdırmaq və istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını təmin etməkdən ibarətdir.

Məktəbəqədər təhsildə diaqnostika texnologiyası dedikdə, uşaqların məktəbə hazırlanması və bu məqsədlə məktəbəhazırlıq qruplarında təlim və tərbiyə işinin təşkili məsələləri əsas yer tutur.

Müasir cəmiyyətin inkişafı məktəbəqədər sahənin, xüsusilə məktəbə hazırlıq təhsilinin qarşısına yeni tələblər qoyur. Qeyd edək ki, uşağın məktəbə hazırlanması təhsil sisteminin əsas pedaqoji tələblərindəndir. Bu iş dövlət siyasətinin əsas sahələrindən biridir. Uşaqların məktəb təhsilində uğur qazanması üçün hər bir uşağın bu mərhələni lazımi səviyyədə keçməsi lazımdır.

Məktəbəqədər təhsildə müasir pedaqoji texnologiyaları daha ətraflı, kompleks şəkildə öyrənmək və mənimsəmək bu sahənin təhsil nümayən­də­lə­ri üçün zəruridir. Təhsil sistemində məktəbəqədər pillədə həyata keçirilən islahat­lar bu zəruriliyi yaradır.

Lalə Allahverdiyeva

Pedaqogika üzrə fəlsəfə doktoru

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Müasir təlim texnologiyaları

Pedaqoji texnologiya dedikdə, əvvəlcədən verilmiş xarakteristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal didaktik proseslər başa düşülür. Dərs vəsaitində məsələlərin açıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır.

Hazırkı dövrdə Azərbaycanın təhsil sistemində zəruri islahatın aparıldığı bir şəraitdə tədris proqramlarının təkmilləşdirilməsinə, yeni dərsliklərin yazılmasına böyük ehtiyac duyulur. Dünyada gedən qloballaşma və Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası təhsil sistemində yeni təlim texnologiyalarından, fəal və interaktiv təlim metodlarından, yeni texnologiyalardan istifadə edilməsini tələb edir. Bu baxımdan, “Müasir təlim texnologiyaları” fənni üzrə hazırladığımız dəsr vəsaiti (mühazirə xülasələri) aktuallığı ilə seçilir. Bu vəsait “Məktəbəqədər və ibtidai təhsilin pedaqogika və metodikası”, “Pedaqogika və psixologiya” ixtisasları üzrə təhsilin bakalavr pilləsi üçün hazırlanmışdır.

Vəsaitdə müasir təhsil metod və texnologiyalardan istifadənin nəzəri və təcrübi məsələlərindən geniş bəhs olunmuşdur. Burada pedaqoji texnologiyalara tarixi-nəzəri baxış, təlim texnologiyaları haqqında anlayış, təlim texnologiyalarının struktur və funksional komponentləri, təlim texnologiyalarının yaradılması və tətbiqi prinsipləri, fəal və interaktiv təlim metodları, habelə tərbiyə texnologiyaları kimi aktual problemlərin təhlilinə xüsusi diqqət yetirilmişdir. Pedaqoji texnologiya dedikdə, əvvəlcədən verilmiş xarakteristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal didaktik proseslər başa düşülür. Dərs vəsaitində məsələlərin açıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır. Həmçinin, vəsaitdə pedaqoji texnologiyalarla təlim prosesinin idarə olunmasına, təlim texnologiyalarnın spesifik əlamətlərinə diqqət yetirilmişdir. Ən nəhayət, vəsaitdə nəzərdə tutulmuş hər bir ayrı-ayrı mövzunun sonunda istifadəsi zəruri sayılan ən vacib pedaqoji-psixoloji ədəbiyyatın siyahısı verilmişdir.

Dərs vəsaitindən bakalavr təhsili alan tələbələrlə yanaşı magistrlər, habelə pedaqoji ictimaiyyət də faydalana bilər.

Pedaqoji ali məktəb tələblərinin peşə fəaliyyətinə hazırlığının

indeksli innovativ texnologiyalar surətlə inkişaf edir.

Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında elmi potensialın və

innovasiya fəaliyyətinin dəstəklənməsi prioritet kimi nəzərdə tutulmuşdur. Strateji

əhəmiyyətli bu sənəddə qeyd olunmuşdur ki, ölkədə “bilik iqtisadiyyatı”nı formalaşdırmaq,

elm tutumlu texnologiya, məhsul (işlər ,xidmətlər) yaradılmasını sürətləndirmək məqsədilə

innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edəcəkdir.

Konsepsiyada milli innovasiya sisteminin yaradılması, elmtutumlu texnologiyaların

işlənilməsi və tətbiqi üçün texnologiyaların və innovasiya zonalarının yaradılması nəzərdə

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında, “Azərbaycanda

təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və artıq qəbul edilmə ərəfəsində olan “Elm

haqqında” Azərbaycan Respublikasının Qanununda elmin və təhsilin inkişafı, onlar

arasında inteqrasiyanın gücləndirilməsi, milli innovasiya sistemi və texnologiyaların

inkişafı, ölkə iqtisadiyyatında elm tutumlu sahələrin genişləndirilməsi, texnoloji tərəqqinin

daha da inkişaf etdirilməsi dəstəklənir, resursların elmin və texnologiyaların inkişafının

prioritet istiqamətlərinə yönəldilməsi, elmi tədqiqatların nəticəyönümlüyü, perspektiv

əhəmiyyətli layihə və proqramlara xüsusi önəm verilməsi diqqəti cəlb edir.

Elm sektorunun həm büdcə, həm də büdcədənkənar vəsaitlər, o cümlədən Elm

Fondu vəsaitləri hesabına maliyyələşdirilməsi son illər dövlət siyasətinin vacib

Yüksək ixtisaslı elmi kadrların hazırlanması, fundamental elm sahələrinin üstün,

inkişaf etdirilən sahə kimi gücləndirilməsi, təhsil və elmi fəaliyyətlərin inteqrasiyası, ali

məktəblərdə elmlərin inkişafı, elm və təhsil mərkəzlərinin yaradılması, elmi müəssisələr və

ali məktəblərin qarşısındakı süni maneələrin, elmdə qocalma tendensiyasının aradan

qaldırılması dövlətimizin elm və təhsil siyasətinin strateji hədəfləridir.

Əmək bazarının inkişaf perspektivlərini və tendensiyasını nəzərə almaqla ali peşə-

ixtisas təhsili pilləsində çevik və modul təhsilləndirici proqramların tətbiqi, gənc elmi

qüvvələr hesabına elmi və təhsil müəssisələrinin kadr potensialının gücləndirilməsi elmi

müəssisələrin və ali təhsil müəssisələrinin müasir avadanlıqlar, materiallar, cihaz və

qurğularla təchizatının və eksperimental bazasının gücləndirilməsi vasitəsilə elmi

müəssisələrin infrostrukturunun inkişaf etdirilməsinə son illər diqqət daha da artırılmışdır.

Məlumdur ki, innovativ fəallıq müasir iqtisadiyyatın və sosial həyatın rəqabət

qabiliyyətliliyini təmin edən əsas amildir. Elm, təhsil və biznesin, innovativ

infrastrukturun inteqrasiyası, proqressiv texnologiyaların tətbiqi rəqabətqabiliyyətli kadr

hazırlığının vacib şərtidir. Milli innovasiya sisteminin infrastrukturunun yaradılması

texnologiyaların transferi, innovativ-texnoloji sərbəst iqtisadi zonaların texnoloji

inkubatorların yaradılması yolu ilə həyata keçirilməkdədir.

XXI əsrdə seçkilərin keçirilməsi, münaqişələrin alovlandırılması, rəngli inqilab və

çevrilişlərə rəvac verən sosial şəbəkə texnologiyaları geniş yayılmaqda, süni intellektlə

yanaşı, canlı orqanizmlərin təbii orqan və texumalarının oxşarı olan süni nanomateriallaın

və peraparatların hazırlanması, süni böyrək, ilik, tük, dəri və s.köçürmələri üzrə tibbi

əməliyyatlar geniş vüsət almaqdadır.

Təhsildə innovasiyalar müasir təhsilin təkamülündə özünü göstərən, həyati zərurətə

çevrilmiş, geniş və çoxcəhətli təşəbbüs və yenilikləri özündə əks etdirən, sosial və

pedaqoji cəhətdən aktuallıq kəsb edən təlimin bütün forma və vasitələrinin inkişafına

pozitiv təsir göstərən yeniləşmə tendensiyasıdır.

Məlumdur ki, təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi

prosesi və onun nəticəsi, innovativ fəaliyyət müasir təhsil sisteminin reallığı və təlabatıdır.

O, təhsilin məzmununun yenidən qurulmasına yönəlmiş, təhsilləndirici prosesin texnoloji

əsasları vasitəsilə təhsil xidmətlərinin keyfiyyətinə,təhsil müəssisələrinin və məzunların

rəqabətqabiliyyətliliyinə etibarlı təminat yaradır.

Azərbaycanın milli təhsil sistemində innovasiyalar (elmi və texnoloji innovasiyalar)

qanunauyğun xarakter kəsb edir. Məlum olduğu kimi, təhsilin məzmunu, forma və

vasitələrinin tətbiqi bəşəriyyətin inkişaf səviyyəsi ilə şərtlənir, cəmiyyətdə aparılan sosial-

iqtisadi, hüquqi, mənəvi və siyasi proseslərlə sıx bağlıdır. Milli təhsil sistemimizdə tətbiqi

genişlənməkdə olan innovasiyalar sosial məzmun daşıyır və başlıca olaraq Azərbaycan

təhsilinin modernləşdirilməsi və informasiyalaşdırılması ilə diqqəti cəlb edir.

İnnovasiyaların yeniliyi elmi və texnoloji parametrlərinə və bazar mövqeyinə görə

müəyyən olunur. Müasir dövrdə alimlər innovasiyaların texnoloji, istehsal, iqtisadi,

ticarət, sosial idarəetməinnovativ strategiya olmaqla 6 başlıca növünün adını

çəkirlər. Müşahidələr göstərir ki, bir çox müəllimlər “innovasiya”“texnologiya”

anlayışlarını düzgün mənalandırmır və adətən informasiya-kommunikasiya və fəal,

interaktiv təlim texnologiyalarını nəzərdə tuturlar. Halbuki, müasir təhsil strategiyasının

texnoloji bazasında 20-dək ən müxtəlif təhsil texnologiyasının adı çəkilir.

Təhsilin modernləşdirilməsinin əsas məqsədi təhsil sisteminin dayanıqlı inkişaf

mexanizmlərinin yaradılmasından, XXI əsrin çağırışlarına, ölkənin sosial və iqtisadi

təlabatlarına uyğun etibarlı təhsil sistemi yaratmaqdan ibarətdir. Həyata keçirilən texnoloji

innovasiyalar sırasında müasir informasiya və telekommunikasıya texnologiyaları başlıca

yer tutur. Çağdaş pedaqoji reallıq ənənəvi informasiya texnologiyalarının tədricən öz yerini

daha səmərəli, məqsədə tez çatmağa təminat verən müasir texnologiyalara verməsi ilə

səciyyələnir. Təhsilin informasiyalaşdırılmasının vacib istiqamətləri sırasında təhsil

müəssisəsi səviyyəsində virtual informasiya mühitinin formalaşdırılması, təhsillə

informasiya texnologiyalarının sistemli inteqrasiyasının yaradılması, elmi tədqiqatların

nəticələri əsasında elmlə təhsilin inteqrasiyanın genişləndirilməsi, yeni elmi-texniki və

elmi-metodiki informasiyaların, konpyuter proqramlarının, informasiya təminatına

yönəlmiş geniş informasiya şəbəkələrinin yaradılması və s. daxildir.

Təhsildə innovasiya texnologiyalarının tətbiqi təlimə yeni yanaşmaya əsaslanan

müasir təhsilləndirici texnologiyaların tətbiqini tələb edir.

texnologiyalar ilk növbədə kreativ pedaqoji təfəkkürə əsaslanmalı, hər bir təhsil alanın

şəxsiyyətinin, yaradıcılıq potensialının inkişafına xidmət etməlidir. Təhsil texnologiyaları

özündə təhsilləndirici prosesə aid olan istənilən sahəni – təhsil sisteminin idarə olunması,

təhsil müəssisəsinin inkişafı, pedaqoji kollektivin formalaşması və s. aid olan fəaliyyətləri

birləşdirir. Təhsilləndirici texnologiyaların strukturuna pedaqoji məqsədəyönəlmişlik,

monitorinq və qiymətləndirmə, sərbəst şəkildə dünya təhsil məkanına çıxış, elektron

resurslardan və şəbəkə texnologiyalarından, mobil telefon, İnternet, faks, elektron poçtdan,

elektron lövhələrdən sərbəst istifadə və s. daxildir.

Müasir statistikaya görə dünyanın ən güclü ölkəsi olan ABŞ-ın təhsil xidmətləri

bazarında İnternet seqmentinin çəkisi 1998-ci ildə 2%, 2003-cü ildə 14%, 2013-cü ildə isə

62%-ə çatmışdır. Distant təhsil xidmətləri göstərən Amerika Universitetlərinin 1998-ci ildə

48%-i , hazırda isə 96%-i şəbəkə təhsili texnologiyalarından, informasiya –təhsil

portallarından istifadə edirlər.

Təhsildə elmi və texnoloji innovasiyaların əsas vasitəsi olan təhsil portalı özündə

tədris-metodiki və proqram-texniki kompleksi birləşdirən, təhsil müəssisəsinin idarə

edilməsinə təminat verən, təhsil üçün zəruri olan elmi-metodiki informasiya resursları,

dövlət təhsil standartları və müasir təhsil texnologiyalarına aid istənilən digər məlumatları

əks etdirən lokal şəbəkə resursudur. Belə portallardan daha çox açıq, qeyri-formal təhsil və

distant təhsil formalarında və virtual universitetlərdə istifadə olunur. Hazırda Rusiya

Federasiyasında Təhsil Nazirliyi tabeliyindəki 100-dən çox açıq təhsil verən Universitetin

belə portalları vardır. (

Vaxtilə akademik S.P.Kapitsa uzaqgörənliklə demişdi: “Təhsil gələcəyə yönəlmiş

sənaye sahəsidir”. Bu fakir nəinki ötən əsrin 50-60, hətta 70-80-ci illərdə də qəribə və

Ancaq akademikin bu fikri ötən əsrin sonlarında artıq gerçəyə çevrilirdi.Məktəbə

təlimin texniki vasitələri daxil olmağa başladı. Əvvəlcə təlim, daha sonra tərbiyə

texnologiyası anlayışları işlənməyə başladı və bütövlükdə “pedaqoji texnologiya” adını

aldı. Müasir pedaqoji texnologiyalar təlim, tərbiyə, inkişafdiaqnostika texnologiyaları

olmaqla 4 əsas qrupa ayrılır.

XX əsrin əvvəllərində yer üzərində elmi-texniki inqilab, sonlarında isə texnoloji

inqilab baş verdi. Bu məktəbdə də öz təsirini göstərdi.

Texnologiya yunanca “techne”-sənət, peşə, “loqos” elm deməkdir və istehsalat

proseslərinin, məsələn, metalların texnologiyası, emal texnologiyası, kimya texnologiyası,

tikinti texnologiyası və s. haqqında iş üsulları və prosesləri haqqında biliklərin

məcmuyunu əks etdirir. Bu anlayış texnikanın inkişafı ilə bağlı uğurların fonunda

meydana gəlmişdir. Müasir pedaqogikada “pedaqoji texnologiya” anlayışının onlarla tərif

olsa da, əslində o, mahiyyət etibari ilə “təlim-tərbiyə proseslərinin layihələşdirilməsinin

sistemli metodu” kimi səciyyələndirilir. Bu anlayış prosessual kateqoriya kimi bilavasitə

tədris və tərbiyə prosesi ilə – müəllim və şagirdlərin fəaliyyəti , onun strukturu, vasitələri,

metodları və s. bağlıdır.

Milli təhsil sisteminin Avropa və dünya təhsil məkanına inteqrasiyası XXI əsrdə

təhsil sferasının daha önəmli və aktual problemlərindən biridir. Bu inteqrasiya müasir

Azərbaycanda həyata keçirilən iqtisadi və sosial-mədəni islahatlar və çağırışlar fonunda

baş verir. Hazırda respublikamızın ümumtəhsil məktəbləri radikal islahatlar, bir çox

ənənəvi stereotiplərdən imtina dövrünü yaşayır. Müasir dövrdə pedaqoji kadrların peşəkar

hazırlıq səviyyəsinin yüksəldilməsinə tələbkarlıq artır, həyatın diqtə etdiyi yeni

keyfiyyətlərin qazanılması həyati zərurətə çevrilir. Müasir şəraitdə ali pedaqoji təhsil

müəssisələrində kadr hazırlığı prosesinin məzmunu və təşkili əhəmiyyətli şəkildə dəyişir,

kadr hazırlığının keyfiyyəti, gələcək müəllimlərin yalnız ixtisas üzrə deyil, pedaqoji-

psixoloji, ümumtəhsil və peşəkarlıq üzrə mükəmməl bilik və kommunikativ bacarıqlara

yiyələnməsi həyati təlabata çevrilir.

Azərbaycanın milli təhsil sistemində həyata keçirilməkdə olan davamlı islahatlar və

innovasiya proseslərinin məzmununda ali təhsil sahəsində mütərəqqi yeniləşmə meylləri

özünəməxsus yer tutur. Tələbə -gənclərin pedaqoji peşə fəaliyyətinə hazırlanması ilə

məşğul olan ali pedaqoji təhsil müəssisələrinin qarşısında duran mühüm tələblərdən biri də

gənc pedaqoqların peşəkar pedaqoji fəaliyyətə yüksək hazırlığını təmin etməkdən ibarətdir.

19 may 2005-ci ildə Azərbaycan Baloniya prosesinə qoşularaq, Avropa təhsil

məkanına daxil olmuş və öz üzərinə bir sıra öhdəliklər götürmüşdür. İlk növbədə

Avropanın norma və standartlarına müvafiq olaraq ali təhsil sahəsində qanunvericiliyin

genişlənmiş, kredit sisteminə dair

“Əsasnamələr” hazırlanmış, 2008-ci ildən etibarən ali təhsil müəssisələrinin Baloniya

sisteminə tam keçidi təmin edilmişdir. Azərbaycanın 2005-ci ildə qoşulduğu “Baloniya

Bəyənnaməsi” milli təhsil sistemimizin inkişaf meyllərini müəyyənləşdirməklə yanaşı,

onun başlıca prioritetlərini, milli təhsil standartlarının və modellərinin optimal seçiminə,

təlim texnologiyalarının müasirləşdirilməsinə geniş meydan açmışdır.

Pedaqoji texnologiyanın statusu elmi və innovativ əlamətlərlə səciyyələnir.

Məqsədin qoyulması, istifadə edilən diaqnostik vasitələr, təhsilverənlərlə təhsil alanların

qarşılıqlı təsir formaları, pedaqoji prosesin layihələşdirilməsi, pedaqoji məqsədlərə çatmaq

üçün təminat verən şərait və vasitələrin sistemi, pedaqoji fəaliyyətin nəticələri kimi

komponentlər pedaqoji texnologiyanın əsas elementləridir.

Təhsilin məqsədlərində və məzmununda baş verən dəyişikliklər, yəni yeni təhsil

standartları, təlimin yeni vasitələri (kompyuter təlimi), yeni tərbiyə konsepsiyaları pedaqoji

innovasiyaların başlıca xüsusiyyətidir. yeni ictimai- iqtisadi və mənəvi münasibətlərin

bərqərar olduğu indiki dövrdə tənqidi təfəkkürü, demokratik prinsipləri və birgə

əməkdaşlığı artıran, onların inkişafına təsir göstərən öyrənmə üçün ən səmərəli

strategiyalara yiyələnmək yeniləşən Azərbaycanın yeni məktəbinin müəllimləri qarşısında

duran başlıca prioritetlərdəndir. Bununla yanaşı, təhsilin bütün pillələrində olduğu kimi,

ali təhsil pilləsində də öz həllini gözləyən bir sıra problemlərin mövcudluğu diqqəti cəlb

Müasir qloballaşan dünyada ictimai, siyasi, iqtisadi və mənəvi münasibətlər dərin

dəyişikliklərə məruz qalır. Yaşadığımız açıq cəmiyyətdə insan münasibətlərinin

xarakterində baş verən dəyişikliklər cəmiyyətin ən fəal sosial təbəqəsi olan gənclərə daha

güclü təsir göstərir. Özünün gələcək həyat və fəaliyyətini pedaqoji peşə ilə bağlamaq

yolunu seçmiş tələbə-gənclərdə ali təhsil dövründə ixtisas və peşə hazırlığı gedişində

pedaqoji peşə fəaliyyətinin spesifik cəhətləri, müəllim əməyinin psixoloji xüsusiyyətləri,

peşəkar müəllimin şəxsiyyətinin spesifik psixoloji siması və bu peşənin digər peşə qrupları

ilə müqayisədə məxsusi əlamətlərinin öyrədilməsi ali təhsil müəssisələrində pedaqoji kadr

hazırlığı qarşısında duran xüsusi önəm kəsb edən məsələlər sırasındadır.

Ali məktəb tələbələrinin peşəkar pedaqoji fəaliyyətə hazırlığının başlıca amillərindən

biri onlarda pedaqoq şəxsiyyəti keyfiyyətlərinin, xüsusilə pedaqoji bacarıq, vərdiş və

qabiliyyətlərin formalaşdırılması, peşəkar fəaliyyətə psixoloji hazırlığın təmin edilməsidir.

Burada əsas diqqət yaxşı müəllim olmaq üçün zəruri olan keyfiyyətlərin

müəyyənləşdirilməsi zərurətinin dərk edilməsinə və onların mənimsənilməsinə

Pedaqoji texnologiyanın 3 əsas səviyyəsi fərqləndirilir:

Ümumpedaqoji texnologiya – müəyyən bir regionda, tədris müəssisəsində

təhsil prosesinin layihələşdirilməsi;

Xüsusi metodik (fənn) səviyyəsində : bir fənn, bir sinif, bir müəllim

səviyyəsində təhsil prosesinin layihələşdirilməsi;

Lokal (modul) səviyyə – təlim-tərbiyə prosesinin müəyyən bir tərkib hissəsinin,

formalaşdırılması, yeni biliklərin

mənimsənilməsi, materialın təkrarı, müstəqil iş və s. texnologiyası

Ötən əsrin 70-80-ci illərində aydın hiss olunurdu ki, ənənəvi didaktik sistem get-

gedə öz əhəmiyyətini itirir.Ənənəvi üsullarla işləyən müəllimlərin uğursuzluğu aydın

görünürdü. Həmin dövrdə “Müasir dərs” anlayışı meydana gəlsə də, onun texnoloji

bazası yox idi.

Müasir dövrdə pedaqoji fəaliyyətin yaradıcılıq növlərindən biri olması problemi də

maraq doğurur. Bu hər şeydən əvvəl fəaliyyətin icrasını şərtləndirən amillərin, mexanizm

və qanunauyğunluqların irəlicədən planlaşdırılması ilə bağlıdır. Məsələ bundadır ki,

pedaqoji əməyin yaradıcı əmək olması, onun romantikası haqqında tez-tez danışılır, lakin

bu fikirlər təəssüf ki, deklorativlikdən uzağa getmir. Hər bir pedaqoq öz sosial missiyasını

düzgün anladıqda tərbiyənin mənəvi yaradıcılıq prosesi olması məsuliyyətini dərk etmiş

olur. Təlim də yaradıcı prosesdir, elmdə və ictimai praktikada əldə edilmiş naliyyətlərin

konkret pedaqoji situasiyada tətbiqinə əsaslanan öyrətmə fəaliyyətidir.

Gənc müəllimlərin peşə hazırlığında xüsusi biliklərin və bacarıqların müstəsna

dərəcədə əhəmiyyəti vardır. Uzun illik təcrübə və müşahidələr göstərir ki, gənc mütəxəssis

nəzəri və təcrübi baxımdan nə qədər yaxşı hazırlığa malikdirsə, o, əmək fəaliyyətinə bir o

qədər inamla başlayır. Ali pedaqoji təhsil müəssisəsində tələbənin uğurları heç də həmişə

müstəqil əmək fəaliyyəti üçün səmərəli başlanğıcı təmin edə bilmir vəpeşə fəaliyyəti

zamanı gənc mütəxəssisin qarşılaşdığı çətinliklər və risk situasiyaları onun seçdiyi peşəyə

neqativ münasibətinin yaranmasına səbəb olur. Peşə hazırlığında şəxsiyyətin fərdi

xüsusiyyətlərinin, xüsusən şəxsiyyətin idrakı və emosional komponentlərinin

münasibətlər sisteminin önəmli rolu vardır. Bu amillər peşəseçmə və fəaliyyət növləri ilə

sıx bağlıdır və onların peşə fəallığının inkişafında rolu eyni deyildir. Əgər peşə insanı cəlb

edirsə və o seçdiyi peşənin romantikası ilə yaşayırsa, müvəqqəti böhranlar, əhvalın enməsi

halları təhlükəli deyil.

Rus psixoloqu L.M.Mitina müəllim şəxsiyyətinin ierarxik-struktur modelini tərtib

etmiş və buraya müəllim şəxsiyyəti üçün zəruri olan işgüzarlıq, uşaqların uğursuzluğuna

ehtiyatlı münasibət, uşaqları sevmə, ideya inamı, pedaqoji erudisiya, ciddilik,

emosionallıq və s. daxil olmaqla, 49 şəxsiyyət keyfiyyətinin adını daxil etmişdir.

“Gənc müəllim” anlayışı pedaqoji peşə fəaliyyətinə qoşulan şəxsin sosial

xarakteristikasının əsas cəhətidir və burada yaşın gənc müəllimin psixikasına və

davranışına təsirini nəzərə almaq vacibdir. Gənc mütəxəssis müstəqil peşə fəaliyyətinə ilk

addımlarını atarkən onun yaşadığı və işlədiyi mühitin, buradakı şəxsiyyətlərsarası

münasibətlərin xarakterinin, kollektivdəki psixoloji iqlimin və rəhbərlik üslubunun

xüsusiyyətlərinin nəzərə alınması ciddi amildir. Gənc müəllim peşə fəaliyyətinə ailə

tərbiyəsinin və ətraf mühitin təsiri ilə formalaşmış müəyyən dəyərlər sistemi ilə daxil olur.

Ali məktəbdə təhsil alaraq gələcək müəllimlik fəaliyyəti üçün hazırlıq keçən tələbələr

təhsil dövründə yeni pedaqoji texnologiyaları və innovasiyaları fəallıq və yaradıcılıqla

mənimsəməli, peşəkar fəaliyyət üçün zəruri olan praktik ixtisas hazırlığına malik

ƏDƏBİYYAT

“Azərbaycan: 2020. Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, B, 2012.

Кан–Калик В.А., Никандров Н.Д. Педагогическое творчество. М.,

Ковалев Н.Е., Райский Б.Ф., Сорокин Н.А. Введение в педагогику. М.,

Митина Л.М. Учитель как личность и профессионал (психологические

проблемы) М., «Пед. Общ. России»., 1994.

Педагогика. Педагогические теории , системы, технологии, (Пед.ред.

С.А.Смирнова). М., «Академия», 2003.

Педагогическая психология. (Пед ред. Н.В.Клюевой) М., «Владос –пресс»,

Профессия учитель: беседы с молодыми учителями. /Под. ред. В.Г.Онушкина,

Ю.Н.Кулюткина, С.Г.Вершловского.) М., «Педагогика», 1987.

Сластенин В.А., Исаев Н.Ф., Шиянов Е.Н. Педагогика. М.,«Академия», 2002.

Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. B., “Qanun”, 2010.

Təsilin aktual problemləri. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. B.

Щуркова Н.Е. Педагогическая технология. М., «Пед. Общ. России»., 2002.

Comments are closed, but trackbacks and pingbacks are open.