Press "Enter" to skip to content

Müasir kabel televiziyalarının inkişaf istiqamətləri: Analoq yayımdan OTT TV texnologiyasına doğru

OTT texnologiyasına gəldikdə isə bildirmək lazımdır ki, bu texnologiyanın fərqli xüsusiyyəti ilk növbədə dünyada internetin olduğu istənilən nöqtədə TV xidmətin göstərilməsinin mümkünlüyüdür. Həmçinin OTT texnologiyası bir çox əlavə xidmətlərdən istifadə etmək imkanı yaradır ki, bu xidmətləri Smart TV platforması, planşet, mobil qurğular, personal kompyuter və s. üzərindən əldə etmək mümkün olur. Bu texnologiyanın çatışmazlığı isə ondan ibarətdir ki, operatorun şəbəkəsinin yüklənməsi abunəçilərin sayına proporsionaldır.

Müasir təlim texnalogiyalari

ТЕМА 4. ПРОБЛЕМИ РОДИННОГО ВИХОВАННЯ ДІТЕЙ З ОСОБЛИВИМИ ОСВІТНІМИ ПОТРЕБАМИ. .

Інститут післядипломної педагогічної освіти КУБГ

μελέτη περίπτωσης

Eleni Kazara

книга логопеда на диск

гра найрозумніший для 3 класу

НАВЧАЛЬНА ПРОГРАМА З ПОЗАШКІЛЬНОЇ ОСВІТИ ХУДОЖНЬО-ЕСТЕТИЧНОГО НАПРЯМУ ДРАМАТ.

Наталья Качковская

презентація портфоліо вчителя фізики.Pptx

Nikolay Admirall

διαπολιτισμικότητα και πολυπολιτισμικότητα, έννοιες και πρακτικές

theozagkas

портфоліо 3

Alex Lisov

74.6k views

компаративний аналіз літературного тексту на уроках світової літератури

Юрій Шроль

10.3k views

Програми з англійської мови для 5 9 класів

Дмитрий Чешенко

портфоліо учня

yagilnytska

25.9k views

Тренінг “Техніка мовлення.Робота над мовним диханням”

Інна Жидких

32.9k views

Факультатив 8 клас

Вова Попович

довідник. фізична культура

Кременчуцький педагогічний коледж імені А. С. Макаренка

13.2k views

β4 το εκπαιδευτικο συστημα απο χωρα σε χωρα

Πρώτο Γυμνάσιο Γιαννιτσών

MaiaSiradze2

Similar to Müasir təlim texnalogiyalari (20)

12.1k views

V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha.

Yegane Ramazanova

Aysel Demirova

Layi̇he ki̇tab

25.5k views

Layihe metodu.bashirov2014

Kurikulum bilet cavab (cografiya)

27.6k views

Sabina Alieva

Meliha xanum.ppt

AZERİ AZERBAYCAN

Sabina Alieva

shafaq1975

Sabina Alieva

Informatika

Şəfiqə İmanova

Veb 2 Telim modeli

AZERİ AZERBAYCAN

“STEM Azərbaycanda 2018” müəllim Konfransı qrand layihəsi

Aliya Ahmadova

Book ve and sosila servises (1)

Prinsipler

Təhsildə kommunikasiya

Nigar Hesenli

12.1k views

130 slides

V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha.

Yegane Ramazanova

Aysel Demirova

Layi̇he ki̇tab

25.5k views

Layihe metodu.bashirov2014

Kurikulum bilet cavab (cografiya)

Advertisement

Recently uploaded (20)

kimyanın ilk anlayışları I Hissə.pptx

Modern Educator – Vali Aliyev

ZƏRƏRLİ QİDALAR.pptx

ssuser5305c0

Oksidlər.pptx

Modern Educator – Vali Aliyev

Tarixde iz qoymuslar.pptx

kimyevi reaksiyaların istilik effekti.pptx

Modern Educator – Vali Aliyev

Avoqadro qanunu. Maddə miqdarı.pptx

Modern Educator – Vali Aliyev

Müxtəlif maddələrin dissosiasiyası.pptx

Modern Educator – Vali Aliyev

Hibridləşmə.pptx

Modern Educator – Vali Aliyev

Qazlarla bağlı hesablamalar.pptx

Modern Educator – Vali Aliyev

Duzlar.pptx

Modern Educator – Vali Aliyev

kimyevi reaksiyaların təsnifatı.pptx

Modern Educator – Vali Aliyev

İon, metal və hidrogen rabitələri.pptx

Modern Educator – Vali Aliyev

Maddənin tərkibi və quruluşu.pptx

Modern Educator – Vali Aliyev

Həllolmaya təsir edən amillər.pptx

Modern Educator – Vali Aliyev

Virtual “NanoAləm” Sərgisi 2023

Aliya Ahmadova

TalehNasirov2

Kimyəvi rabitə.pptx

Modern Educator – Vali Aliyev

Turşular.pptx

Modern Educator – Vali Aliyev

Elektron balansı üsulu ilə əmsallaşdırma.pptx

Modern Educator – Vali Aliyev

Valentlik. Kimyəvi formulların tərtibi.pptx

Modern Educator – Vali Aliyev

kimyanın ilk anlayışları I Hissə.pptx

Modern Educator – Vali Aliyev

ZƏRƏRLİ QİDALAR.pptx

ssuser5305c0

Oksidlər.pptx

Modern Educator – Vali Aliyev

Tarixde iz qoymuslar.pptx

kimyevi reaksiyaların istilik effekti.pptx

Modern Educator – Vali Aliyev

Avoqadro qanunu. Maddə miqdarı.pptx

Modern Educator – Vali Aliyev

Müasir təlim texnalogiyalari

  1. 1. FƏRQANƏ ƏLİYEVA ÜMHANİ MƏMMƏDOVA MÜASİR TƏLİM TEXNOLOGİYALARI Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 30.01.2014-cü il 93 saylı əmrinə əsasən dərs vəsaiti kimi təsdiq edilmişdir
  2. 2. F.Əliyeva, Ü.Məmmədova_________________________________ BAKI-2014 Elmi redaktor: Ə.Ə.Ağayev. Pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim Rəyçilər: H.B.Bayramov. ADPU-nun dosenti pedaqogika üzrə fəlsəfə doktoru T.M.Muradova. ADPK-nın müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru S.M.Bayramova. ADPK-nın müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Fərqanə Aydın qızı Əliyeva – Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tədris-metodika kabinetinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ümhani Rafiq qızı Məmmədova – Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Dərslikdə XXI əsrin əsas tendensiyası olan müasir təlim texnologiyalarının, innovasiyaların, interaktiv təlimin, kurikulum sənədindən istifadənin yolları, dərsdə İKT-dən istifadə, qiymətləndirmə məsələlərinə aydınlıq gətirilmiş, fəal dərsin mərhələləri nəzəri və praktik olaraq göstərilmişdir. Vəsaitdən tələbələr, müəllimlər və tədqiqatçılar faydalana bilər. : 978-9952-29-082-6ЫСБН © F.Əliyeva, Ü.Məmmədova – 2 –
  3. 3. _____________________________Müasir Təlim Texnologiyaları “ ”, 2014МБМ – 3 –
  4. 4. F.Əliyeva, Ü.Məmmədova_________________________________ ÖN SÖZ Bu gün müstəqillik yolunda uğurla addımlayan Azər- baycanın təhsil quruculuğu sahəsində qazandığı nailiy- yətlər aparılan ardıcıl və davamlı təhsil siyasətinin nəticəsi kimi meydana çıxmışdır. Cəmiyyət özünün ən çətin problemlərini həll etmək üçün özünə qayıtmalı, daxili alə- mini, milli-mənəvi dünyasını təzələməli olur. İlk növbədə, insan resurslarının təkmilləşdirilməsi üçün potensial imkanlarını səfərbər edir. Gənc nəslin yetişdirilməsini, ge- niş mənada vətəndaş tərbiyəsini böyük uğurlarının bünöv- rəsinə gətirir. Bununla mənəvi təkamülə nail ola bilir. Azərbaycanda təhsil islahatı uğurla həyata keçirilir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması, cəmiyyət üçün inkişaf etmiş, beynəlxalq standartlara cavab verə biləcək şəxsiyyətin formalaşdırılması – sosial-iqtisadi və mədəni inkişafın əsasını təşkil edir. Bu şəxsiyyəti yetişdirmək üçün ailə ilə yanaşı, müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Pedaqoji təmayüllü müəssisələrdə isə bu, xüsusilə, diqqət mərkəzində olmalıdır. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri texniki tərəqqi dövründə yeni təhsil islahatından, Milli kurikulum və fəal təlimin üsul və vasitələrindən xəbərdar olan, İKT- dən istifadə etməklə dərslərini quran müəllimlər hazırla- maqdır. Təhsildə özülün möhkəm qoyulması nailiyyətlərin artmasına səbəb olur. Demək, təlimin, xüsusilə, ibtidai təlimin səmərəlilik dərəcəsinin artırılması başlıca şərt kimi daim diqqətdə olmalıdır. Təlimin keyfiyyəti yuxarıda qeyd etdiyimiz məsələləri – 4 –
  5. 5. _____________________________Müasir Təlim Texnologiyaları müəllimin yaxşı bilməsindən də asılıdır. Təcrübə göstərir ki, uzun illər ənənəvi yollarla dərs keçən müəllimlər yeniliklərlə işləməyə maraqlı deyillər. Bununla yanaşı, pedaqoji biliyini artırmağa, interaktiv üsullarla fəal dərslə- rə ustünlük verən müəllimlərimiz də vardır. Keçirilən tədbirlər, dərslər və müşahidələrdən müəyyənləşdirilmiş- dir ki, pedaqoji texnologiyaların tətbiqi ilə əlaqədar metodiki vəsaitlərə, dərsliklərə ciddi ehtiyac duyulur. Bu sahədəki boşluğu aradan qaldırmaq məqsədilə, kolleclərdə tədris olunan Müasir təlim texnologiyaları fənnini nəzərə alaraq “Müasir təlim texnologiyaları” adlı dərsliyin hazırlanmasını vacib hesab etdik. Dərslikdə müasir dərsin təşkilinə verilən tələblər, yeni pedaqoji texnologiyalar, fəal təlimin mexanizmi və mərhə- lələri, metodları, inteqrasiya, öyrədici mühit, fasilitasiya qaydaları, monitorinq və qiymətləndirmə məsələləri öz əksini tapmışdır. Müəllim hazırlığı məsələsi təhsil islahatının əsas tərkib hissəsidir. Dərslik müəllimin daxili imkanlarını yeni pedaqoji texnologiyaların öyrənilməsini motivləşdirərək özünə inamı artırmağa imkan verir. Dərsliyi yazarkən treninq və seminarlarda öyrəndiyimiz materiallar və ədəbiyyatlardan istifadə olunmuşdur. – 5 –
  6. 6. F.Əliyeva, Ü.Məmmədova_________________________________ I BÖLMƏ: MÜASİR TƏLİM NƏZƏRİYYƏSİ VƏ TEXNOLOGİYASI PEDAQOJİ TEXNOLOGİYA ANLAYIŞI HAQQINDA MƏLUMAT Qloballaşan dünyada sivilizasiyanın ən mütərəqqi sahəsi sayılan təhsil prosesinin durmadan inkişafı, müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, yenidən qurulması tələb olunur. Birləşmiş Millətlər Təşkilatının XXI əsri «Təhsil əsri»-«İntellekt əsri» adlandırması heç də təsadüfi deyil. Bu son illərdə dünyanın inkişaf etmiş ölkələrində daha parlaq şəkildə nəzərə çarpan elmi-texniki nailiyyətlərin nəticəsindən, həyata tətbiqindən irəli gələn zərurətdir. Deməli, hazırkı dövrdə diqqəti cəlb edən qlobal problemlərdən biri «təhsil əsrinin» ilk illərindən başlayaraq yeni pedaqoji texnologiyalara, fəal təlim metodlarına istinad etmək və milli təhsil sistemimizin dünya təhsil sisteminə inteqrasiya olunmasına zəmin yaratmaqdır. Problemin bu şəkildə qoyulması milli təhsil sistemimizdə müvafîq parametrlərə əsaslanan islahatların həyata keçirilməsi zərurətini qarşıya qoyur. Müstəqil respublikamızda təhsil islahatının həyata – 6 –
  7. 7. _____________________________Müasir Təlim Texnologiyaları keçirilməsi işinin geniş miqyas aldığı müasir dövrdə pedaqogika elminin həyati əhəmiyyəti daha parlaq şəkildə nəzərə çarpır. Milli və bəşəri dəyərləri, elmi nailiyyətləri böyüməkdə olan nəslə çatdırmaqda pedaqogika elmi həlledici rol oy- nayır. Həyatın, elmin sürətlə inkişaf etməsi, elmi biliklərin differensasiyasının və inteqrasiyasının daha böyük vüsət götürməsi, geniş şəkil alması, orta ümumtəhsil, ali və orta ixtisas məktəblərində yeni pedaqoji taktların, yanaşma tərzinin, bir sıra yeni fənlərin tədrisi zərurətinin meydana çıxması pedaqogika elminin diapazonunun genişlənməsini vacib sayır. Hər hansı yeni bir məsələnin, anlayışın mahiyyətini doğru-düzgün başa düşmək, müasir mövqedən şərh etmək üçün ən əvvəl onların mənşəyinə, lüğəti mənasına xüsusi diqqət yetirilməlidir. «Pedaqoji texnologiya», yaxud «yeni pedaqoji texnologiya» anlayışları öz mənşəyini ümumi texnologiya ilə bağlı izah və şərhlərdən götürür. Pedaqoji prosesin tarixi inkişaf strukturuna və xrono- logiyasına daha çox diqqət yetirən M.V.Klarin daha sonra təlim prosesində pedaqoji texnologiyanın bir sıra başlıca məsələləri üzərində dayanır. «Pedaqoji texnologiya psixoloji-pedaqoji qaydaların cəmidir və bunlar formaları, metodları, üsulları, priyom- ları, tərbiyə vasitələrini müəyyən edir» (B.T.Lixaçov). Pedaqoji texnologiya-təlim prosesinin reallaşdırılması- nın məzmunlu texnikasıdır (V.P.Bespalko). Pedaqoji texnologiya-təlim nəticəsində planlaşdırılmış müvəffəqiyyət prosesinin təsviridir (İ.P.Volkov). – 7 –
  8. 8. F.Əliyeva, Ü.Məmmədova_________________________________ Texnologiya-sənətdir, ustalıqdir, bacarıqdır, təlim me- todlarının cəmidir, vəziyyətin dəyişməsidir (V.M.Şenel). Təlim texnologiyası-didaktik sistemin tərkibi, proses- sual bir hissədir (M.Çoşanov). Pedaqoji texnologiya-biliklərin, tədbiqini və bütövlük- də tədris prosesi və biliklərin mənimsənilməsini müəyyən- ləşdirən, texniki və insan resurslarını, onların qarşılıqlı əlaqəsini nəzərə alan təhsil formalarının optimallaşdırıl- ması vəzifəsini qarşıya qoyan sistemli metoddur. «Pedaqoji texnologiya» anlayışı üç aspektdə təqdim oluna bilər: 1. Elmi-pedaqoji texnologiya pedaqogika elminin məqsədləri məzmunu və təlim metodlarını öyrənib işləyən və pedaqoji prosesi layihələşdirən bir hissəsidir. 2. Prosessual-təsviri: təlimin planlaşdınlmış nəticələ- rinə nail olmaq üçün alqoritm prosesi, məqsəd, məzmun və vasitələrin cəmi kimi. 3. Prosessual-təsirli: texnoloji proses kimi bütün şəx- si, instrumental və metodoloji pedaqoji vasitələrin fəaliyyəti. Əgər bu gün müstəqil Azərbaycanımızın təhsil sistemi dünya təhsil sisteminə inteqrasiya olunursa, təhsilimizin ayrı-ayrı mərhələləri təhsilin dünya standartları tələbləri səviyyəsində qurulur və əsaslı təkmilləşdirmə, yeniləş- dirmə işləri aparılırsa, deməli, pedaqoji prosesdə iştirak edənlərin hamısı «pedaqoji texnologiya» anlayışlarının mahiyyətini daha mükəmməl həyati mövqedən mənim- səməli, buna uyğun fəaliyyət istiqamətləri nəzərə çarp- malıdır.«. Texnologiya (yunanca techne-sənət, peşə, elm- loqos + anlayış, təhlil) istehsalat proseslərinin, vasitələri – 8 –
  9. 9. _____________________________Müasir Təlim Texnologiyaları haqqında biliklərin məcmusudur. Bu anlam texnikanın inkişafı zəminində əmələ gəlib. Hətta özünəməxsus elm sahəsi kimi formalaşıb və texniki uğurların həyata keçirilməsinə xidmət edib. Pedaqoji texnologiyada müəllimin fəaliyyətinin aşağıdakı funksional kom- ponentlərini ayırmaq olar: 1) qnostik (idraki) komponent; 2) layihələşdirici komponent; 3) konstruktiv komponent; 4) təşkilatçılıq komponenti; 5) kommunikativ (ünsiyyət) komponenti. Beləliklə, müəllimin təlim texnologiyalarını aşağıdakı əməliyyatlar təşkil edir: 1) bilikləri toplamaq (əldə etmək) üçün əməliyyatlar; 2) təlimin, təhsil-tərbiyənin məqsədlərini layihələndir- mək üçün əməliyyatlar; 3) təlim, təhsil-tərbiyə prosesini təşkil etmək üçün əmə- liyyatlar; 4) bilikləri kommunikatordan (müəllimdən) şagirdlərə ötürmək üçün əməliyyatlar. Pedaqoji texnologiyalar aşağıdakı kimi təsnif oluna bilər: 1) təlim texnologiyası (öz-özünə öyrənmə texnologi- yası); 2) tərbiyə texnologiyası; 3) inkişaf texnologiyası; 4) diaqnostika texnologiyası. Təlim texnologiyası dedikdə bilik, bacarıq və vərdişləri formalaşdırmaq üçün əməliyyatlar komplekti başa düşülür. – 9 –
  10. 10. F.Əliyeva, Ü.Məmmədova_________________________________ Tərbiyə texnologiyası dedikdə, nisbi, sabit və müntə- zəm olaraq ümumiləşən münasibətlərin məqsədyönlü for- malaşdırılması üçün əməliyyatlar komplekti başa düşülür. İnkişaf texnologiyasi: təlim və təhsil-tərbiyə texnolo- giyasi ilə sıx əlaqədardir. Psixi inkişaf dedikdə, əqli baca- rıqların formalaşdırılması, insan psixikasında hər hansı əməliyyatların çoxalması başa düşülür. Beləliklə, bacarıq- ların formalaşması harada baş verərsə, orada psixi inkişaf müşahidə olunur. Fiziki inkişaf zamanı fiziki bacarıqlar nəticə kimi özünü göstərir. Diaqnostika texnologiyası – pedaqoqların və ya psi- xoloqların uşağın məktəbə hazırlığının diaqnozlaşdı- rılmasıdır. Pedaqoji texnologiya təlim prosesinə yeni baxışdır. Bu baxışa görə təlim prosesi ənənəvi təlimdən fərqli olaraq maksimum idarə olunan proses olmalıdır. Təlim texno- logiyasının tarixi XX əsrin ikinci yarısında bilikləri yoxlamaq üçün texniki qurğuların meydana gəlməsindən başlanır. Bir müddət təlim texnologiyası təlimdə texniki vasitələrdən istifadə kimi başa düşülürdü. Alimlər belə hesab edirlər ki, texnikadan istifadə daha çox informasi- yanı vermə üçün köməkçi xarakter daşıyır, amma tədris prosesinin ayrı-ayrı mərhələlərində texnikanın tədris prosesinə daxil edilməsi aktual inkişaf edir. Alimlər gələcəkdə müəllim və məktəbin köməyi olmadan öyrədici (təlim edici) sistemlərdən müstəqil istifadə olunacağını proqnozlaşdırırlar. Pedaqoji texnologiya – sosial idarəetmə və təbiət elmlərinin qanun və qanunauyğunluqlarına əsaslanaraq optimal öyrədici sistemlərin layihələşdirilməsi və tətbiqi – 10 –
  11. 11. _____________________________Müasir Təlim Texnologiyaları ilə məşğul olan geniş elm sahəsi kimi xarakterizə olunur. Tədris prosesinin optimallaşdırılması üçün bir neçə texnologiyanı eyni zamanda tətbiq etməyə imkan yaranır. Pedaqoji prosesin və şəxsiyyətyönümlü inkişafın təmin olunmasında çox böyük əhəmiyyət kəsb edən həmin imkanlar həyatiliyi, müasir mövqeyi ilə diqqəti cəlb edir. Çünki, şəxsiyyətin hərtərəfli, ahəngdar inkişafını təmin edən əlverişli şəraitin yaradılması, eyni zamanda, təlim prosesinin optimallaşmasına, qazanılan biliklərin, anlayış- ların şüurluluğuna, əhatəliliyinə, bu məqsədlə yeni təlim metodlarının meydana çıxmasına və tətbiqinə gətirib çıxa- rır. Bütün bunlar isə öz növbəsində yeni təlim texnolo- giyalarının effektliyini inandırıcı şəkildə nəzərə çatdırır. Məhz, buna görədir ki, tanınmış pedaqoq alimlər və mütəxəssislər pedaqoji texnologiyaların izahında mahiyyət dolgunluğuna xüsusi diqqət yetirirlər. Belə bir mövqe yeni təlim texnologiyalarını daha yaxşı başa düşməyə onların səmərəli inkişafına və tətbiqinə zəmin yaradır. Unutmaq olmaz ki, hər hansı təhsil sahəsinin özünəməxsus xüsu- siyyətlərini bilmədən, bunlara uyğun yanaşma tərzlərini, vasitə və yolları müəyyənləşdirmədən yeni təlim texnolo- giyalarını mükəmməl mənimsəmək, bu istiqamətdə qarşı- da duran vəzifələri uğurla həyata keçirmək mümkün deyil. TƏHSİLDƏ MODERNLƏŞMƏ MÜƏLLİM HAZIRLIĞININ RESURSU KİMİ Ölkəmizin dünyaya sürətlə inteqrasiya olunması və mədəni əlaqələrin genişlənməsi gənclərimizdə mühüm ümumbəşər dəyərlər formalaşdırmaqla yanaşı, həm də – 11 –
  12. 12. F.Əliyeva, Ü.Məmmədova_________________________________ milli adət-ənənələrimizi, mənəvi dəyərlərimizi qoruyub saxlamaq və inkişaf etdirmək zərurəti doğurur. Ona görə də, indi hər bir valideyn övladını məktəbə yola salarkən haqlı olaraq bütün bunları çox həssaslıqla nəzərə alır. Onun çağdaş bilgi və bacarıqlara yiyələnmiş, milli mənəvi dəyərləri mənimsəmiş bazar iqtisadiyyatı şəraitində çevik fəaliyyət göstərməyi, özü, ailəsi və ölkəsi üçün faydalı olmağı bacaran bir şəxs kimi yetişəcəyini istəyir. Təhsilin, dövləti və cəmiyyəti möhkəmləndirməyin prioritet sahələrindən biri hesab edən Azərbaycanın baş- lıca məqsədi də demokratik, dünyagörüşlü, bacarıqlı, mə- suliyyətli vətəndaşlar yetişdirməkdə görür. Bütün bunlar uşaqlardan gələcəyə, get-gedə mürəkkəbləşən cəmiyyətə hazırlığı ilə bağlı məsələlərə, xüsusən də, təhsil konsepsi- yasına yeni nəzərlə baxmağı tələb edir. Aydındır ki, ailə- nin, cəmiyyətin və dövlətin gələcəyə yönəlmiş bu sifa- rişini illər boyu formalaşmış ənənəvi fənyönümlü təlim sistemi ilə yerinə yetirmək qeyri mümkündür. İndi məktə- bin əsas məqsədi şagirdlərin yaş və fərdi xüsusiyyətlərini, meyl və maraqlarını nəzərə almaqla onlarda əqli, əxlaqı, etik, estetik və fiziki inkişafa kömək göstərmək, gündəlik həyatda rastlaşdıqları problemləri həll etmək üçün zəruri bacarıqlar formalaşdırmaqdır. Çünki, yaşadığımız yüksək texnologiya əsrində biliklər unudulsa da, bacarıqlar əhəmiyyətini itirmir. Təhsil əsri, intellekt əsri, hesab edilən XXI yüzilliyin cəmiyyət həyatında baş verən yenilikləri qırmızı xətt kimi təhsildən, təlim prosesindən keçir. Təhsildə modernləşmə mütləq milli baza əsasında onun inkişaf səviyyəsi kimi nəzərdə tutulmalı, tarixilik, varislik, müasirlik vəhdətdə və – 12 –
  13. 13. _____________________________Müasir Təlim Texnologiyaları dinamikada nəzərə alınmalıdır. Inkişaf etmiş ölkələrin təhsil təcrübəsi göstərir ki, adi ünsiyyət yaratmaqdan tutmuş, kiçik iqtisadi layihələr qurub reallaşdırmağa qədər ən müxtəlif qabiliyyətləri özündə əks etdirən bacarıqlar mükəmməl bir sistemin tərkib hissələridir. Belə sistemləri isə şagirdi sinifdə təlimin obyekti kimi yox, subyekti kimi qəbul edən şagirdyönümlü təlim metodları və inteqrativ fənlərin köməyi ilə yaratmaq mümkündür. Ona görə də, yerli və beynəlxalq təcrübələr nəzərə alınmaqla, Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasına (Milli Kurikuluma) bu vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaq inteqrativ təlim adlı yeni didaktik prinsip daxil edilmişdir. Təhsil prosesində şagirdlərin qazanıb gündəlik həyatlarında tətbiq edə biləcəkləri bilik, bacarıq və vərdişlərin formalaşdırılması həm fənlərin, həm də onların əhatə etdikləri mövzuların əlaqəli – inteqrativ şəkildə tədrisini tələb edir. Çagdaş təhsil təcrübəsi göstərir ki, təlim prosesində yeni təlim metodlarından istifadə etmədən hər hansı bir fənnin tədrisində müvəffəqiyyət əldə etmək qeyri-müm- kündür. Bu məqsədlə də təlim prosesində motivasiyanın yaradılması, fəallığın artırılması, məzmunun hərtərəfli aşı- lanması və şagirdlərdə müasir dünyagörüşün formalaş- dırılmasında inteqrasiyaediciliyin rolu danılmazdir. Hazırda təhsilin təşkili formaları, məzmunu, təlimin metod və vasitələri, qiymətləndirmə, pedoqoji prosesi ida- rəetmə və digər məsələlərə elmi və praktik olaraq yenidən baxılır, milli və dünya təcrübəsi dəyərləri nəzərdən keçi- rilir, nəticələrə gəlinir. Hazırda pedaqogika elmində təli- – 13 –
  14. 14. F.Əliyeva, Ü.Məmmədova_________________________________ min fəal metodları, metod və texnologiyalar, keyfiyyətin qiymətləndirilməsi, işgüzar səs-küy, inteqrasiya, mübahi- sə, tənqidi təfəkkürün inkişaf etdirilməsi və digər anla- yışlar işlədilir. Müasir təlim texnologiyası öyrətmə və öyrənmə fəaliy- yətinin təşkilində, pedaqoji prosesin gedişində, yeniləşdir- mədə, qiymətləndirmədə və digər təlim xarakterli işlərdə nəzərə alınan, istifadə olunan iş, forma, üsul və tərzlərin kompleks və əlaqəli həyata keçirilməsidir. Təlim texnologiyası təhsilin pillə və mərhələsinə, məz- mununa, formasına, təlim tipinə görə müxtəlif çalarlı ola bilər. Fəal təlimin peşəkarlıqla tətbiq edilməsi məktəbdə şəraiti, şagirdin təhsilə münasibətini dəyişə bilir, pozitiv və fəal həyat mövqeyini formalaşdırmağa şərait yaradır. Belə üsullar həmçinin biliklərin müstəqil mənimsənilməsi və yeniliklərin kəşf edilməsi, qazanılmış biliklərin yaradı- cılıqla yenidən işlənməsi, təcrübədə onlardan istifadə edilməsi, problemi həll etmək üçün yoldaşları ilə əmək- daşlıq etməyi bacarmaq, özünü realizə yollarını axtarıb tapmaq kimi keyfiyyətlərin əldə edilməsinə şərait yarada bilər. Belə dəyişikliklərin qarşıya çıxardığı çətinliklərə sinə gərmək üçün təlim prosesində daha çox İKT-nin köməyindən istifadə edilir. Təlimin texniki vasitələri şagirdlərə informasiyaları çatdırmaqda, bilikləri dərk et- məkdə, yadda saxlamaqda, tətbiq edilməsində və təlimin nəticələrinin dəqiqləşdirilməsində istifadə olunan qurğu- lardır. İKT şagirdlərin istifadə etdiyi resursların çeşidini zənginləşdirməklə yanaşı onlara yaşadıqları dünyanı dərk etməkdə köməklik edə bilər. Fəal təlim üçün metod və texnologiyalar qarşıya qo- – 14 –
  15. 15. _____________________________Müasir Təlim Texnologiyaları yulmuş məqsəd və şəraitdən asılı olaraq seçilməlidir. Müəllimlər məqsəd və şəraitə, fənnə, mövzuya şagirdlərin təcrübə və bilik səviyyəsinə görə bütün təlim modellə- rindən, müxtəlif metodika və texnologiyalarından istifadə etməlidirlər. Əsas odur ki, təlim uşaqları inkişaf etdirsin, onların düşünmək, müstəqil fikir söyləmək, biliklərini tətbiq edə bilmək bacarıqlarını açıqlasın. Onlarda ünsiy- yət, anlaşma mədəniyyəti, öz problemlərini həll etmək qabiliyyəti formalaşdırsın. Şagird biliklərin mənimsə- nilməsi prosesinin başlıca simasına çevrilməsi üçün, özünün və müəlliminin mövqelərini dəqiqləşdirir. Şagirdin mövqeyi kəşf edən olmalıdır. O, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, müstəqil tədqiqat prosesində bunları həll edir. Müəllimin mövqeyi bələdçi, aparıcı olmalıdir. O, sistemli, ardıcıl və məqsədyönlü şəkildə şa- girdlərlə əməkdaşlıq edir, problemli vəziyyəti təşkil edir, tədqiqat məsələlərinin qoyuluşunda şagirdlərə istiqamət göstərir. Müəllimin pedaqoji fəaliyyəti müvəffəqiyyətlə yerinə yetirməsi onun öz qarşısında duran funksiyaları necə həyata keçirməsindən asılıdır. Müəllim şəxsiyyəti onun peşə fəallığının mənbəyi və hərəkətverici qüvvəsidir. Müəllim əməyində onun şəxsiy- yəti aparıcı yerlərdən birini tutur. Müəllim şəxsiyyəti lazımi səviyyədə formalaşmazsa cəmiyyətin onun qarşı- sında qoyduğu sosial sifarişi həyata keçirə bilməz. Axı müəllim gənc şəxsiyyətin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Pedaqoji fəaliyyətin müvəffəqiyyəti üçün hər bir müəllim təbiət və cəmiyyət haqqında dərin biliklərə yiyələnməklə yüksək inam və bir sıra mühüm keyfiyyətlərə yiyələnməlidir. Bu keyfiyyətlər – 15 –
  16. 16. F.Əliyeva, Ü.Məmmədova_________________________________ belə xarakterizə olunur: a) Hər bir müəllim öz fənninə dərindən yiyələn- məlidir; b) İdrak nəzəriyyəsini və pedaqoji elmi mükəmməl bilməlidir; c) Ayri-ayrı anlayışlar arasındakı əlaqə və münasibət- ləri açmağı bacarmalıdır; d) Şagirdləri fəallaşdırmaq məqsədi ilə müxtəlif metod və vasitələrdən istifadə etməyi bilməlidir; Fəal təlim üsullarının müvəffəqiyyətlə həyata keçməsi üçün müəllimin fəaliyyətində təcrübə, bilik, bacariq və adətlər özünəməxsus yer tutur. Müasir müəllim öz ixtisa- sının müxtəlif sahələrini, sosial-iqtisadi, istehsal və mə- dəni problemləri həll etmək üçün imkanları və tədris etdiyi elmə aid bütün yenilikləri, onun perspektiv imkanlarını mükəmməl bilməlidir. Müasir təlim prosesində müəllimin fəaliyyəti şagirdin tədris və idrak fəaliyyətini təşkil etmək, şagirdin tərbiyə- sinə və inkişafina yönələn fəaliyyəti qurmaq, şagirdi fəallığa həvəsləndirməkdən ibarətdir ki, bu da Azərbayca- nın dövlət müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qorumağa, respublikamızı inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olan vətəndaşlar yetişdirməyə köməklik göstərməkdir. MÜASİR DƏRS VƏ FƏAL TƏLİM Təhsil müəssisələrində, o cümlədən, orta ixtisas təhsili müəssisələrində də tədris prosesində yeni təlim texnologi- yalarının tətbiqi, dünya təhsil sisteminə inteqrasiya mə- – 16 –
  17. 17. _____________________________Müasir Təlim Texnologiyaları sələlərinə ciddi yanaşılır. Təhsilin keyfiyyəti bir təkcə şərt deyil, həm də proses- dir. Keyfiyyətli təhsil prosesin əsas tərkib hissələrindən biri dərsin təşkilidir: onun mərhələləri, təlimin forma, üsul və metodlarıdır; onun qurulması optimal düzgün həllin tapılmasıdır. B.A.Suxamlinski demişdir: ”Dərs müəllimin ümumi və pedaqoji mədəniyyətinin güzgüsüdür, onun intellektual zənginliyinin ölçüsüdür, erudusiya dünyagörüşünün göstərcisidir. ”Hər birimiz dəfələrlə özümüzə suallar veririk: “Mən nə edim ki, şagirdlərimin biliklərinin key- fiyyəti yüksək olsun?”, “Təlimin effektiv forma metod- larından istifadə edirəmmi?”, “Şagirdlərə yanaşmamız düzgündürmü?” Ənənəvi dərs – doğma insan kimidir; müasir tələblərə cavab verməsə də, bu dərsdə hər şey tanışdır. “Bəlkə heç nəyi dəyişməyə ehtiyac yoxdur?” Ənənəvi dərs – digər dərs növləri üçün əsasdır, bu elə bir böyük tarixdir ki, burada bir neçə nəsil öyrənib təhsil alıb. Müasir dərs nədir? Dərsə müasirlik verən nədir? Bu- günkü dərs dünənkindən nə ilə fərqlənir? Dərslərin analizi göstərir ki, həm şagirdlər, həm də müəllim üçün dərs onda maraqlı ola bilər ki, o sözün geniş mənasında müasir olsun. Muasir – bu həm tamamilə yenidir, həm də keçmiş ilə əlaqələri kəsməyəndir, bir sözlə aktualdır. Aktualdır – müasir dövr üçün vacibdir, zəruridir. Əgər dərs müasir- dirsə, onda o mütləq gələcək üçün əsas qoyur, keyfiyyətli təhsilin əsasını qoyur. Müasir dərs – yeni texnologiyanın köməyilə təşkil olunan, ümumi məqsədlərə çatmaq üçün əməkdaşlıqdır. – 17 –
  18. 18. F.Əliyeva, Ü.Məmmədova_________________________________ Müasir dərsdə müəllim hər bir uşağı görür, onun poten- sialından maksimum istifadə edir. Müasir dərs – bütün iştirakçıların qarşılıqlı inam və etibarı əsasında canlı ün- siyyətidir. Müasir dərs – İKT-lərin istifadəsi ilə keçirilən dərsdir. Müasir dərs, ona xas olan bütün əlamətləri sax- lamaqla, variativ deyil, həm də mütəmadi inkişaf edən forma kimi nəzərdən keçirilməlidir. Bu inkişafın əsas istiqaməti onda görünür ki, dərs nəinki müəllimin, həm də şagirdin yaradıcılığının nəticəsi olsun. Müasir dərs necə olmalıdır? Müasir dərs – hər şeydən əvvəl müəllimin şagird şəxsiyyətinin inkişafı üçün, onun elmi inkişafı üçün, bilikləri dərin, şüurlu mənimsəməsi üçün, mənəvi əsaslarının formalaşması üçün bütün im- kanlardan bacarıqla istifadə etdiyi dərsdir. Müasir dərs – şagirdlərin maraqları əsasında qurulub, onların tələbatla- rının ödənməsinə istiqamətlənən, səmimi atmosferdə təşkil olunan, fəal təlim metodlarından istifadə edilən, əyani vəsaitlərin elmi informasiyanı müşayət edən, şagirdlərin müstəqil fəaliyyəti əsasında qurulan dərs olmalıdır. Müasir dərsin xarakteristikasını necə verə bilərik: 1.Müasir dərsdə darıxmağa, qorxuya, hiddətə, hirsə yer yoxdur. 2.Müasir dərsdə maraq, inam və əməkdaşlıq atmosferi hökm sürür 3.Müasir dərsdə hər bir şagirdə yer var, ona görə ki, müasir dərs onun gələcəkdə müvəffəqiyyətinin rəhnidir. Müasir dərsə qoyulan tələblər: • Dərsin didaktik məqsədləri və məzmunu ilə təyin olunan, ciddi və vahid daxili məntiqi olmalıdır; • Proqram tələblərini və dərs standartlarını, şagird- – 18 –
  19. 19. _____________________________Müasir Təlim Texnologiyaları lərin bacarıq və tələbatlarının diaqnostikasını, müəllimin imkanlarının özünü qiymətləndirməsini nəzərə alaraq qurulmalıdır; • Dəqiq didaktik istiqaməti və özünəməxsus xüsu- siyyətləri olmalıdır; • Konkret nəticələrə istiqamətlənməlidir; • Rasional quruluşa və tempə malik olmalıdır; • Materialın öyrədilməsi öz quruluşuna görə variativ olmalıdır; • Biliklərin əksər hissəsi yaradıcı tapşırıqların yerinə yetirilməsi yolu ilə müstəqil axtarış prosesində əldə edilməlidir; • Dərsin əsas tərəfi fərdi təlim olmalıdır. Müasir dərsin effektivlik kriterləri bunlardır: • Konkret formalaşdırılmış gözlənilən nəticəyə istiqamət; • Şagirdin canlı, şəxsi dəyərli biliklərinə istiqamət; • Dərsin istiqamətverici və tərbiyəvi məsələlərinə diqqət; • Şagirdin yaradıcı idrak fəaliyyətinə əsaslanma; • Şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alır; • Dinamikliyi, intensiv təlim metodlarını nəzərə alır; • Kəşf etməklə öyrənmə; • Diskussiyaların varlığı; • Şəxsiyyətin inkişafı. Belə dərsi hazırlamaq və keçirmək asan deyil, bunun üçün müəllimlik fəaliyyətinə məsuliyyətlə yanaşmaq lazımdır. Bu gün müəllim üçün yaxşı fənn müəllimi olmaq – 19 –
  20. 20. F.Əliyeva, Ü.Məmmədova_________________________________ kifayət deyil, ona yeni informasiya texnologiyalarını bil- mək; şagirdləri müstəqil qərarı qəbul etməyi bacarmaq, onlar üçün məsuliyyət daşımağı öyrətmək zəruridir. Müasir dərs dedikdə fəal (interaktiv) dərs nəzərdə tu- tulur. Fəal (interaktiv) təlim nədir? “Fəal (interaktiv) tə- lim” şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçılarla əməkdaşlıq şəraitində həya- ta keçirilən təlim nəzərdə tutulur. Son illərdə respubli- kamızda çox müəllim fəal təlim üsulu ilə tanış olmuş və müxtəlif treninqlərdə iştirak etmişdir. Müəllimlərdə fəal dərslərin hazırlanması, planlaşdırılması və onların həyata keçirilməsi üçün vacib olan ilkin təcrübə toplanmış, əsas bilik, bacarıq və vərdişlər formalaşmışdır. Fəal (interaktiv) dərs müəllimin çəkdiyi zəhmətin, yaradıcı axtarışın nəticəsini müəyyən edir. Bu gün mək- təblərdə və orta ixtisas təhsili müəssisələrində də müasir təlim metodları və dərsdə yeni pedaqoji texnologiyaların tətbiqi baxımından qarşıda duran məqsəd və vəzifələr müəllim tərəfindən planlaşdırılır və təlim prosesində həyata keçirilir. Dərsin hər bir dəqiqəsi nə qədər səmərəli və şagirdlərin fəalliğı şəraitində keçərsə, nəticədə bir o qədər sevindirici olur. Müasir təlim metodlarınin tətbiqi, elektron dərslərin təşkili, qabaqcil müəllimlərin iş təcrü- bələrinin öyrənilməsi və işdə tətbiqi, açıq dərslərin din- lənilməsi və təhlili dərsdə istifadə edilən təlim üsullarının məqsədyönlü olması, texniki vasitələrdən və əyani və- saitlərdən istifadə, müəllimin fasilitator bacarıqları, ver- diyi tədqiqat sualı tələbələrin çalışqanlıgını artırır, onların tədqiqat apararaq elmlərin əsaslarına sərbəst yiyələn- məsinə səbəb olur. Müasir təlim metodlarından istifadə – 20 –
  21. 21. _____________________________Müasir Təlim Texnologiyaları zamanı tələbələrin təfəkkürü, idrakı inkişaf edir. Bu, müx- təlif tapşırıqların qruplarda icrası, təhliletmə və nəticə- çıxarma, layihələrin hazırlanması və s. tədbirlərin həyata keçirilməsi ilə formalaşır. Fəal təlim metodlarının əsas məqsədi tələbələri müasir dünyadakı həyata hazırlamaq, müstəqil düşunmək, sərbəst fikir və rəy söyləmək, qərar qəbul etmək, tənqidi təfəkkürü formalaşdırmaq, onlarda cəmiyyətimizin demokratikləşdirilməsi işində fəal iştirak etməyə lazım olan keyfiyyət və bacarıqları inkişaf etdirməkdən ibarətdir. Təlimlə tərbiyənin vəhdəti də müasir dərsin qarşısında qoyulmuş mühüm tələbdir. Dərs şagirdlərin mənəvi in- kişafina, əxlaqca təkmilləşməsinə xidmət göstərməlidir. Qruplarda aparılan tədqiqat işləri zamanı tələbələrin əməkdaşlığı nəticəsində bir çox problemlər meydana çıxır ki, müəllim bunun da öhdəsindən ustalıqla gəlməli və tələbələrin şəxsiyyətinə, tərbiyəsinə, əxlaqına qiymət verərək onları düzgün istiqamətləndirməlidir. Təlimin şagirdyönümlü olması müəllimi dərsə daha ciddi, yaradıcı münasibət bəsləyərək planlaşdırma aparma- sına sövq edir. Müəllimlər müasir dərsi planlaşdırarkən, ilk növbədə, motivasiya və tədqiqat sualını hazırlamalıdır. Bunun nəticəsində tələbəyə həm mövzu, həm də tədqiq edəcəyi sual aydın olur. Bu sual dərsin digər mərhələləri üçün sütun olmalı, mövzunun bünövrəsi olmalıdır. Təd- qiqat zamanı paylanan materialın dolğunluğu, düzgünlüyü və yığcamlığı tələbənin vaxtında nəticə çıxarmasına səbəb olur. İşçi vərəqlərində verilmiş suallar tətbiqetmə zamanı tələbənin yaradıcılığını üzə çıxarmağa şərait yaradır. – 21 –
  22. 22. F.Əliyeva, Ü.Məmmədova_________________________________ MÜASİR TƏLİM PRİNSİPLƏRİ 1.Şəxsiyyətə yönəlmiş təlim prinsipi. Nə üçün uşaqlar erkən yaş dövründə daha fəal olurlar? Elmi araşdırmalar göstərir ki, insan bütün ömrü boyu qazanılan məlumatın təxminən 70% ni 6 yaşa qədər əldə edir. Paradoks ondan ibarətdir ki, məktəbə daxil olduqdan sonra uşağın idrak fəallığı mühüm dərəcədə ləngiməyə başlayır. Bu nəyə görə baş verir? İş ondadır ki, məktəbə qədər dövrdə uşaq dünyanı bir tədqiqatçı kimi dərk edir: o suallar verir və suallara cavab tapmaq üçün imkanı daxilində olan müxtəlif mənbələrdən istifadə edir və ilk növbədə, öz təcrübəsinə əsaslanır. Onu əhatə edən dünyanı müstəqil dərk edərək uşaq öz maraqlarına görə fəaliyyət göstərir. Birinci sinifə daxil olarkən uşaq elə bir təlim mühitinə düşür ki, harada onun vərdiş etdiyi, ona yaxın və təbii olan təlim üsulunu dərk etmək tələb olunur. Müəllim tələb edir ki, uşaq ona diqqətlə qulaq asıb dediklərini yadda saxlasın, təlimatlarını dəqiq həyata keçirsin və bu təlimata aid olmayan sualları az versin. Bununla şagirddən demək olar ki, passiv mövqeyin tutması, tədqiqatçı roldan imtina etməsi və müəllim tərəfindən verdiyi məlumatla kifayətlənməsi tələb olunur. Bu cür təlim prosesinin mərkəzində şagird yox, müəllim olur. Məhz müəllim təlim prosesinin fəal iştirakçısı olur və şagirdə nəyi və necə dərk edilməsini diktə edir. Bunun nəticəsi olaraq şagirdin dərk etmə imkanları məhdudlaşır, onun ehtiyacları, maraq və qabiliyyəti nəzərə alınmır. Deməli, şagirdi fəallaşdırmaq üçün, ilk növbədə, vacib- dir ki, o bir şəxsiyyət kimi təlim prosesinin mərkəzi obyeti – 22 –
  23. 23. _____________________________Müasir Təlim Texnologiyaları kimi çıxış etsin. Təlim uşağın maraq və tələbatlarına, onun bilik səviyyəsi, imkan və qabiliyyətlərinə yönəlməlidir. Müəllim şagirdə şəxsiyyət kimi yanaşmalı, onun fərdi cəhətləri nəzərə alınmalı və hörmət əsasında münasibət göstərilməlidir. 2. Fəal idrak prinsipi Tədris prosesi elə təşkil olunmalıdır ki, idrak fəallığını, təbii öyrənmə fəaliyyətini doğursun, şagirdə “ilk kəşf” sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyə- lənmək həvəsini yaratsın. Idrak fəallığı, ilk növbədə, təfəkkürün fəallaşması əsasında yaranır. Buna nail olmaq üçün təlim prosesində idrak fəallığını stimullaşdıran problemli situasiyalar yaradılmalıdır. Uşaqda bu problemin həlli təlabatın yaranması nəticəsində bütün idrak prosesləri də fəallaşır, o yeni bilikləri kəşf etməyə yönəlir. 3. İnkişafedici təlim prinsipi. Görkəmli rus psixoloqu, müasir pedaqogikanın banilə- rindən biri olan L.S Viqotskinin nəzəriyysinə görə təlim inkişafı qabaqlamalı, uşağın “qarşıdakı (yaxın) inkişaf zonasına” yönəldilməlidir. Bu inkişaf zonasında uşağın potensial imkanları mərkəzləşib və onların aktuallaşması üçün xüsusi təlim şəraiti yaradılmışdir. Buna nail olmaq üçün şagirdlərə onların imkanlarına uyğun lakin bir qədər mürəkkəb tapşırıqları müstəqil həll etmək üçün vermək və eyni zamanda, müəllim və digər böyüklərin tərəfindən bu- nun üçün suallar verməklə, vasitələr göstərməklə istiqa- mətləndirmək lazımdır. Yəni təlim uşağın özünün müs- təqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində aşkar- lanan bilik bacarıqları əldə etmək imkanlarına tuşlan- – 23 –
  24. 24. F.Əliyeva, Ü.Məmmədova_________________________________ mışdır. İnkişafedici təlim, ilk növbədə, təfəkkürü və ya- radıcılığı formalaşdırır. 4.”Qabaqlayıcı təlim” prinsipi Müasir dövrdə baş verən sürətli dəyişikliklər təlimin qarşısında şagirdlərin həyata hazırlanması məsələsini daha kəskin qoyur. Bunun üçün, ilk növbədə, təlim cəmiyyətin inkişaf təmayüllərini əks etdirməli və yeni nəsilləri yaxın gələcəkdə təşəkkül tapacaq dünyada fəaliyyətə hazırlama- lıdır. Məsələn, məktəb şagirdə əsas baza bilik, bacarıq və vərdişləri verməklə kifayətlənməməlidir və eyni zamanda, onun dərketmə fəallığını, hər şeyi öyrənmək həvəsini və digər zəruri keyfiyyətləri formalaşdırmalıdır. Şagirdə zə- ruri olan informasiyanı müstəqil əldə etməyi, onu yenidən işləməyi və düzgün tətbiq etməyi öyrətməlidir. 5.Təlim – tərbiyə sisteminin çevikliyi prinsipi. Təlim – tərbiyə sisteminin çevikliyi onun real şəraitə uyğunlaşmaq qabiliyyətinin olmasında oz təzahürünü ta- pır. Ictimai mühitin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, təlim proqramlarının məzmununun, tədris proqramlarının qurulmasının, təlim-tərbiyə prosesinin təşkilinin, pedaqoji texnologiyaların seçilməsinin siste- matik təzələnməsi baş verməlidir. Çevik təlim-tərbiyə sis- temində daha çox təlimin differensiallaşmasına, şagird- lərin müxtəlif məlumatın işlənməsi və mənimsənilməsi üsullarının nəzərə alınmasına üstünlük verir. Buna nail olmaq üçün müəllim çalışmalıdır ki, hər bir şagirdə fərdi yanaşsın. Təlim-tərbiyə sisteminin çevikliyi bir nəticə olaraq şagirdlərdə biliklərin daha çox yaradıcı və praktiki tətbiqinə yönəlməsində öz əksini tapır. 6. Əməkdaşlıq prinsipi – 24 –
  25. 25. _____________________________Müasir Təlim Texnologiyaları “Müəllim-şagird” qarşılıqlı münasibətləri sistemində onların hər biri təlim prosesinin gedişində tərəf müqabil kimi iştirak etməlidirlər. Əməkdaşlıq təlim prosesinin kollegial və dinamik şəkildə keçməsində öz əksini tapır. Əgər şagird təlim prosesində müəllimlə bərabər hüqüqlu şəxs kimi çıxış edərsə, bu onun fəaliyyətində yeni bir keyfiyyət yaradır: şagirdin özünə inamı artır, o öz fikrini çatdırmağa qorxmur, öz potensial imkanlarını gerçəkləş- dirir. Əməkdaşlıq prinsipi müəllimdən tələb edir ki, o şagirdin qiymətləndirilməsində daha çox dəstəkləyici qiymətlərdən istifadə etsin. Əməkdaşlıq təlim mühitini şagird üçün daha əlverişli edir. 7. Dioloji təlim prinsipi Məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini müəy- yən edə bilməsi və faydalanması məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir. Təlim prosesinin bütün şagirdlərin müxtəlif nöqteyi nəzərlərini və fikirlərini nəzərə almaqla, dialoji təlim tədrisin məzmununu daha da zənginləşdirmək imkanı yaradır, nəticə çıxarma prosesinə təsir edir. Təhsil islahatinin əsas prinsipləri DEMOKRATİKLƏŞDİRMƏ Təhsil prosesinin demokratikləşdiril- məsində maraqlı olan bütün tərəfləri, dövlət strukturları və ictimaiyyət nümayəndələrini (müəllimləri, şagird- ləri, valideynləri) təhsil prosesinə fəal iştirak etməyə cəlb etmə deməkdir; tədris müəssisəsinin “şəffaflığı” prinsi- pinin həyata keçirilməsidir. – 25 –
  26. 26. F.Əliyeva, Ü.Məmmədova_________________________________ HUMANİSTLƏŞDİRMƏ Təhsilin humanistləşdirilməsi şagirdə münasibətin dəyişməsini nəzərdə tutur, o cümlədən, yaradıcı inkişaf qabiliyəti və humanist yönümlü şəxsiyyətin for- malaşdırılması; əqli və fiziki imkanla- rından, öyrənmə qabiliyyətindən asılı olmayaraq şagirdin şəxsiyyətinə hör- mətlə yanaşma; şagirdin qabiliyyət və təmayüllərinin aşkar edilməsi və onla- rın inkişafı üçün şəraitlərin yaradılması. DİFFERENSİALLAŞDIRMA Təlimin diferensiallaşdırılması şagird- lərin imkanlarının nəzərə alınması ilə qurulur. FƏRDİLƏŞDİRMƏ Təhsilin fərdiləşdirilməsi şagirdlərin fərdi maraq və tələbatlarının nəzərə alınmasıdır. İNTEQRASİYA Təhsilin inteqrasiyası fənlərin öyrə- nilməsi zamanı fənlərarası əlaqələrin aşkar edilməsi əsasında qlobal təfək- kürün formalaşdırılmasının vacibliyini nəzərdə tutur. HUMANİTARLAŞDIRMA Təhsilin humanitarlaşdırılması şəxsiy- yətin yaradıcı inkişaf prosesinin şərti kimi çıxış edir və təhsilin məzmununun formalaşmasına yeni yanaşmanı nə- zərdə tutur. Bu ümümbəşəri dəyərlərin yaradılması ilə bağlı fənlərin rolunun artmasını, öz xalqının mədəniyyətinə birləşmə və dünya mədəniyyətinin dəyərləri ilə tanışlığı ifadə edir. İNFORMASİYA TEXNOLOGİYALARININ TƏHSİL SAHƏSİNDƏ TƏTBİQI XXI əsrin əsas tendensiyası yüksək texnologiyaların inkişafı, elmi nailiyyətlərin real həyata geniş tətbiqi, cəmiyyətin informasiyalaşdırılmasıdır. Hazırkı cəmiyyət- də informasiya texnologiyalarının rolu çox böyükdür və – 26 –
  27. 27. _____________________________Müasir Təlim Texnologiyaları bu gün cəmiyyətin intellektuallaşması prosesində, təhsil sisteminin və mədəniyyətin inkişafında onlar mərkəzi yer tutur. Insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi informasiya texnologiyaları ilə tanışlığın zəruriliyini diktə edir. Təhsil və elm cəmiyyətin informasiyalaşdırıl- ması prosesinin obyektlərindən biridir. Informasiya tex- nologiyalarının təhsilə tətbiqi onların düzgün seçilməsini tələb edir. İKT-nin təhsil sahəsinə aktiv tətbiqi mütəxəs- sis hazırlığının səviyyə və keyfiyyətinin artırılmasına yö- nəldilməlidir. İKT–nin təhsilə tətbiqi müəyyən məsələnin reallaşmasını müəllimin qarşısına məqsəd qoymalıdır: • Tələbənin düşüncə tərzinin inkişaf etdirilməsi; • Bilik, bacarıq və vərdişlərinin əldə edilməsi fəaliy- yəti insanın bütün növ dərketmə fəaliyyətinin inkişafına kömək etməsi; • Dərs prosesinin fərdiləşdirilməsi prinsipinin onun tamlığını saxlamaq şərti ilə reallaşdırılması. İKT–nin təhsilə tətbiqi sahəsindəki bütün nailiyyətlər, telekommunikasiya şəbəkəsinin yaradılması və orada informasiya selinin təmin edilməsi, verilənlər və bilik bazasının yaradılması və müşayət edilməsi, hamısı bir məqsədə İKT–nin təhsil sahəsinə tətbiqinin metodoloji əsasınin işlənilməsinə xidmət etməlidir. Hal–hazırda cəmiyyət qarşısında bir məsələ durur – kompyuterin təh- sil sistemində düzgün, optimal və ziyansız istifadəsi. Kompyuter texnologiyalı təlim informatika prinsiplərinə əsaslanan və kompyuterlə reallaşan təlimdir. KTT – in ənənəvi təlimdən fərqi kompyuterin dinamik inkişaf edən təlim vasitəsi kimi istifadə edilməsidir. Elektron təhsil sistemi bir çox informasiya texnologiyalarını birləşdirir. – 27 –
  28. 28. F.Əliyeva, Ü.Məmmədova_________________________________ Bunlara kompyuter şəbəkələri, noutbuklar, interaktiv sinif lövhələri, planşet kompyuterlər, cib cihazları, internet və s. aiddir. Kompyuter – sadəcə olaraq elektron dərslik deyil. Bu, dərs, sorğu, arayış, məlumat, ədəbiy- yatların, müxtəlif bilik sahələri üzrə verilənlər bazası, iş dəftərlərini özündə birləşdirən bir çantadır. Kompyuter təhsilin keyfiyyətini yüksəltməyə və materialın mənim- səmə sürətini artırmağa, həmçinin kollektiv iş və müna- sibət üçün yaxşı mühitdir. Kompyuter vasitəsilə tələbələr ümumi tapşırıqları yerinə yetirə bilər və həmçinin müəl- limlərdən kömək ala bilərlər. Avropada artıq çoxdandır ki, informasiya texnologiyalarına gənclərin təhsilinin keyfiyyətini artırmaq üçün effektiv vasitə kimi baxırlar. Yeni texnologiyalar düzgün istifadə edildikdə ibtidai, orta, ali təhsilin səviyyəsini yüksəltməyə və intelektual cəmiyyətin formalaşmasını sürətləndirməyə qadirdir. Baxmayaraq ki, ölkələrin təhsil sistemləri müxtəlifdir, istifadə etdikləri texnologiyalar da fərqlidir. Yeni qurulan təhsildə idrakı inkişafın parametrlərini nəzərə almaq, ona imkan və şərait yaratmaq əsas amil he- sab edilir. Təhsili bilavasitə inkişafyönümlü bir proses kimi stimullaşdırmaq əsas vəzifəyə çevrilir. Təhsilin key- fiyyəti, eyni zamanda, rəqabətliliyi zəruri cəhətlər kimi diqqət mərkəzində saxlamalıdır. Təbii ki, keyfiyyət anla- yışında şagirdlərin bir şəxsiyyət kimi təhsil prosesində qazanmış olduğu dəyərlər (kompetensiyalar) əhatə olu- nur. Onlar şagirdin idrakı, hissi və psixomotor fəaliyyət- lərinin fonunda bütöv şəxsiyyətin inkişaf səviyyəsini göstərə bilir. Bunlar şagirdlərin qazanmış olduğu və hələ qabiliyyətlər səviyyəsinə çatmayan bilik və bacarıq- – 28 –
  29. 29. _____________________________Müasir Təlim Texnologiyaları larından fərqlənir. Məktəb həm özünün maddi-texniki bazasına, həm resurslarına, həm də əldə etdiyi nəticələrə görə başqa təh- sil müəsisələri ilə müqayisə fonunda irəliləməli, rəqabət xofu onun fəaliyyətini zəiflətməməlidir. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması” üzrə Dövlət Proqramı çərçivə- sində ölkəmizdə təhsil şəbəkəsi yaradılır. Fikrimizcə, bu gün milli təhsil sistemləri üçün ən vacib və son dərəcə zəruri olan odur ki, öyrənənlərdə sadəcə oxumaq, yazmaq və hesab vərdişləri yaratmaq, onlara təbiət, sosial və digər elm sahələrindən biliklər verməklə kifayətlənmə- yərək, vətəndaşlarda heç kəsin, o cümlədən, gələcək nə- sillərin hüquq və maraqlarına xələl gətirməkdən özünün, xalqının və ümumən, insanın inkişafına yönələn dərk edilmiş fəal həyat mövqeyi formalaşdırmaq, layiqli yaşa- yış üçün lazımı qabiliyyət, bacarıq və vərdişlər aşıla- maqdır. Başqa sözlə, müasir təhsil sistemi insana özü və təbiətlə ahəngdar yaşamağı öyrətməli, insanı, səxsiyyəti əsas götürən, təbiətə istiqamətləndirən dünya görüşü formalaşdırmalıdır. Təhsilin köməyi ilə davamlı inkişafa nail olmaq müəl- lim və şagirdlərdən cəmiyyətin inkişafı, onların mövcud dəyərlər və məqsədlər arasındakı ziddiyətlərin üzə çıxarılması məsələlərinin öyrənilməsinə ciddi yanaşmanı tələb edir. Bunlar isə öz növbəsində təhsil almaqla yeni motivasiya yaradır, çünki, təhsil onlara davamlı inkişafı və ona alternativ baxışları qiymətləndirmək, sonra bu görüşlərin həyata keçirilməsində birgə keçirilməsinə çalışmaq imkanı verir. – 29 –
  30. 30. F.Əliyeva, Ü.Məmmədova_________________________________ Bu gün hamı aydın görür ki, şagird özünün “təmin obyekti” rolu ilə razılaşmaq istəmir, müəllimin “hər şeyi bilən, bütün suallara mütləq doğru cavabı olan, həmişə haqlı olan, bütün mümkün hüquqların yeganə sahibi” olduğuna şübhə ilə yanaşır. Müəllim, marağı olmayan dinləyici qarşısında heç bir fayda verməyən monoloqun- dan əl çəkərək şagirdin mənafeyini, arzu və istəklərini, bacarıq və qabiliyyətlərini nəzərə almalı, ona yaşamaq bacarıqları verməli, müasir cəmiyyətdə öz yerini tapmaq- da yardımçı olmalı, şagirdlərə hazır resept vermədən bilikləri, həyati bacarıqları sərbəst əldə etməyin yollarını öyrətməyə üstünlük verməlidir. Şagirdə güclü informa- siya axınından ona lazım olan, onu maraqlandıran məlu- matı axtarıb seçməkdə, qarşılaşdığı problemləri həll et- məyi bacarmaqda, özünü müstəqil inkişaf etdirə bilən fəal şəxsiyyət kimi formalaşmaqda yardımçı olmaq gərəkdir. Müəllim şagirdə nəyin yaxşı, nəyin pis olmasını onun özünün müəyyənləşdirilməsi üçün müvafiq şərait yaratmalı, həyati vacib məsələlərə onlarda öz münasibət- lərinin yaranmasına istiqamət verməli, həyat keşməkeş- lərində bələdçi olmalıdır. – 30 –
  31. 31. _____________________________Müasir Təlim Texnologiyaları II BÖLMƏ: MİLLİ KURİKULUM VƏ İNTEQRATİV TƏLİMİN NƏZƏRİ ƏSASLARI MİLLİ KURİKULUM VƏ FƏNN KURİKULUMLARININ XARAKTERİK XÜSUSİYYƏTLƏRİ Müstəqil respublika kimi Azərbaycanın inkişafının mü- hüm göstəricilərindən biri təhsil sahəsində əldə olunmuş nailiyyətlərdir. Bunlar ölkəmizdə həyata keçirilən təhsil siyasətinin nəticəsidir. Bu siyasət 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında müəyyənləşdirilmişdir. 1999-cu ildə ölkədə Təhsil Sahə- sində İslahat Proqramı hazırlanıb təsdiq olunmuşdur ki, orada məqsəd konkret olaraq göstərilmiş, təhsil sahəsində dövlət siyasətinin mahiyyəti açıqlanmışdır: “. əsas məqsəd məktəbəqədər, orta, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ – hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanu- nunda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir”. Müasir dünyanın inkişaf etmiş ölkələri artıq təhsilin yeni məzmununu çoxdan tətbiq edirlər və onun müsbət nəticələri barədə aydın təsəvvürə malikdirlər. Belə məzmun nəticələrdən ibarət olur və bacarıqlara söykənir. Şagirdlərin təlim fəaliyyətini ifadə edə bilmək imkanı ilə seçilir. Yeni məzmunun yaradılmasına az vaxtda nail olmaq – 31 –
  32. 32. F.Əliyeva, Ü.Məmmədova_________________________________ mümkün deyildir. Bunun üçün islahatları tədricən, mərhələlər üzrə aparmaq tələb olunurdu. Odur ki, İslahat Proqramında təhsil sahəsində aparılan işləri üç mərhələdə yerinə yetirmək nəzərdə tutulmuşdur. 2003-cü ilə qədər birinci və ikinci mərhələlərdə müəyyən hazırlıq işlərini aparmaq, təşkilati – hüquqi baza yaratmaq olmuşdur. 2003-cü ildən Proqramda nəzərdə tutulanların həyata keçirilməsinə başlanılmışdır. Məlum olduğu kimi, Azərbaycan təhsilinin tarixində ilk dəfə “Azərbaycan Respublikasında ümumi təhsilin kon- sepsiyası (Milli Kurikulumu)” hazırlanmış, Azərbaycan respublikası Nazirlər Kabinetinin 2006-cı il 30 oktyabr tarixli 233 nömrəli qərarı ilə təsdiq edilmişdir. Kurikulum mənşəcə latın sözü olub lüğəti mənası “yol”, “istiqamət” deməkdir. Daha sonralar elm və təhsil sahələrində termin kimi işlənməyə başlamışdır. Azərbay- canın pedaqoji terminologiyasına 90-cı illərin axırında daxil olmuşdur. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Milli kurikulumda təhsil pillələri və fənlər üzrə ümumi təlim nəticələri verilmişdirsə, fənn kurikulumunda siniflər üzrə ümumi təlim nəticələri göstərilmişdir. “Azərbaycan Respublikası ümumi təhsil Konsepsiyasi “(Milli Kurikulum)” sənədindəki müddəalar Respublikada hər hansı fənn üzrə fəaliyyətlər sistemini ümumiləşdirmək baxımından konseptual xarakter daşıyır. Ona görə də, fənn kurikulumları öz növbələrində həm də çərçivə sənədi hesab edilir. Ondan sonra hazırlanacaq məktəb və sinif kurikulumlarının ümumi prinsiplərini əks etdirir. Milli kurikulumun strukturu: – 32 –
  33. 33. _____________________________Müasir Təlim Texnologiyaları • Ümumi təhsilə və ümumi təhsilli şəxsə verilən tələblər • Ümumi təhsilin məzmun standartları • Ümumi təhsil müəssisələrində fənlər üzrə həftəlik dərs saatlarının miqdarı • Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri • Ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi • Fənn kurikulumlarının strukturu Kurikulumla bağlı əsas pedaqoji anlayışlar aşağıdakılardır: Ümumi təlim nəticələri Mənimsənilməsi nəzərdə tutulan və əvvəl- cədən müəyyənləşdirilmiş təlim nailiy- yətlərinin konkret bir nəticəsidir. Məzmun xətti Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Məzmun standartı Təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Alt standart Əsas standartlarla ifadə olunmuş fikrin müəy- yən hissəsidir. Qiymətləndirmə standartı Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Təlim strategiyaları Təhsil prosesində istifadə olunan forma, metod, üsul və vasitələrin məcmusudur. Tədris vahidi Dərslikdəki mövzuların tematik qrupudur. Resurslar Məzmun standartlarının reallaşdırılmasında istifadə olunan təlim vasitələridir. Şagird nailiyyəti Bilik və bacarıqlar əsasında qazanılan dəyərdir. Dəyərlər Şəxsiyyəti şərtləndirən keyfiyyətlərdir. – 33 –
  34. 34. F.Əliyeva, Ü.Məmmədova_________________________________ Mahiyyət etibarı ilə yeni olan bu sənəddə ibtidai, əsas və orta təhsil pillələri üzrə ümumi məqsəd və nəticələrlə yanaşı, zəruri hesab edilən fənlər və onlara aid ümumi nəticələr əhatə olunmuşdur. Bu fənlərin içərisində ana dili ön planda dayanır. Digər fənlərdə olduğu kimi ana dili üzrə nəticələr də əldə olunacaq nailiyyətləri əks etdirir. Bunlar aşağıdakılardan ibarətdir: İbtidai təhsil pilləsi üzrə. Şagird: sərbəst, düzgün, sürətlə, şüurlu, ifadəli oxuyur və savadlı yazır; dialoqa girir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir; oxuduğu və dinlədiyi mətnlərə münasibət bildirir; ayrı-ayrı mətnlərdən əsas faktları seçir, qruplaşdırır, kiçikhəcmli mətnlər qurur; Azərbaycan xalqının dili, tarixi, əxlaqi – mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti, adət – ənənələri haqqında ilkin məlumatları sadə formada təqdim edir; lüğətlərdən, məlumat kitablardan, kataloqlardan istifadə edir. Təhsildə demokratikləşmə prinsipi yalnız gözlənilən ümumi nəticələrə vahid standart tələb kimi qarşıya qoyur. Gələcəkdə müxtəlif növ şagird nailiyyətlərinin qiymətlən- dirilməsində həmin standartların əsas götürüləcəyini nə- zərdə tutur. Bu nəticələrin əldə olunması üçün strategi- yaların seçilməsində sərbəstlik verilir. Dərslik müəllifləri təlim standartlarının reallaşdırılmasına təminat verən dərslik dəsti hazırlamaqda mövcud vəziyyətdən çıxış edə- rək orijinal məzmun və struktur müəyyənləşdirilmiş, müəllimlər isə işlədikləri mühitin tələblərinə uyğun təlim strategiyaları hazırlamışlar. Azərbaycan dili fənn kurikulumu giriş və üç bölmədən ibarətdir. Girişdə fənnin məqsəd və vəzifələri, əhəmiyyəti, xarakterik xüsusiyyətləri, kurikulumun tərtibi prinsipləri – 34 –
  35. 35. _____________________________Müasir Təlim Texnologiyaları əhatə edilmişdir. Fənnin məzmunu hissəsində məzmun xətləri, məzmun xətləri üzrə ümumi nəticələr, siniflər üzrə nəticələr, əsas və alt standartlar verilmişdir. Eyni zamanda, fəndaxili və fənlərarası inteqrasiya məsələləri də bu hissədə əhatə olunmuşdır. Azərbaycan dili kurikulumunda həlledici hissələrdən biri “Təlim strategiyası”dır. Kurikulumda müəyyən olun- muş məzmun standartlarını reallaşdırmaq üçün strateji əhəmiyyət daşıyan tövsiyyələr verilir. Azərbaycan dili üzrə təlimin təşkilinə verilən tələblərin, forma və üsul- ların, müəllimin fəaliyyətinin planlaşdırılmasına aid nü- munələr həmin tövsiyələrdə əhatə olunur. Onların dərslik yazanlar, məktəb kurikulumlarını hazırlayıb həyata keçirənlər, idarəçiliklə məşğul olanlar üçün faydalı olacağı diqqət mərkəzində saxlanılır. Fənn kurikulumları hər bir fənn üzrə məqsəd, məzmun, texnologiya və qiymətləndirmə məsələlərini həll etməklə çox çeşidli iş parometrlərini əlaqəli şəkildə ümumiləşdirir. Nəticələr şəklində olan məzmun təhsil pillələri və siniflərə aid məzmun xətləri üzrə kurikuluma daxil edilir. Stan- dartlar səviyyəsində təqdim olunmuş siniflər üzrə nətic- ələrin sərhədi standartlar və alt-standartların (beyçmark- ların) hüdudunda müəyyənləşdirilir. Məsələn, I sinifdə ana dili üzrə “Oxu”. Oxuyub-anlama. . 2.0. Şagird ilkin oxu texnikasına yiyələndiyini nümayiş etdirir. 2.1 Nitq səslərini nümayiş etdirir. ”. Bu təlim standart- ları məktəb səviyyəsində təlim məqsədlərini müəyyən olunması üçün nə dərəcədə konseptual əhəmiyyət kəsb – 35 –
  36. 36. F.Əliyeva, Ü.Məmmədova_________________________________ edirsə, təlim texnologiyaları və qiymətləndirmə məsələləri də məktəblərdə tətbiq olunma baxımından da həmin əhəmiyyətə malikdir. Fənn kurikulumunun özünəməxsus xüsusiyyətləri vardır. Onlar aşağıdakılardan ibarətdir: Fənn kurikulumları nəticəyönümlü xarakterə malikdir. Bu xüsusiyyət onu əvvəlki proqramlardan kəskin şəkildə fərqləndirir. Nəticəyönümlülük nədir? Bu, müasir kuriku- lumların hazırlanmasında nəzərə alınan mühüm didaktik prinsiplərdən biri hesab edilir. Təlim prosesindən əldə olunacaq nəticələrin əvvəlcədən müəyyən edilməsi və onun məzmuna gətirilməsi bu prinsipin başlıca cəhətlərindən biri kimi dəyərləndirilir. Nəticəyönümlülüyün olması, ilk növbədə, təlim fəaliy- yətinə əsaslanır, bütövlükdə təlim prosesinin mahiyyətini təşkil edən son nəticəni görməyə imkan verir. Fənn kuriku- lumlarında təlimin nəticələri müxtəlif olur: ümumi nəti- cələr; xüsusi nəticələr. Hər bir fənn kurikulumunda özünə yer tutan bu nəticələr təlım baxımından xüsusi əhəmiyyətə malikdir. Onlar həm məzmunu müəyyənləşdirmək, həm də qiymətləndirmə aparmaq işində öz rolunu oynayır. Bu nəticələr əslində həmin təhsil pilləsi üzrə milli səviyyədə müəyyənləşdirilmişdir ki, onlar Respublikada bütün fənlər üzrə ümumi təhsilin məzmununu ifadə edir. Məzmun xətləri və siniflər üzrə hazırlanmış nəticələr isə ümumi nəticələrə uyğun xüsusi nəticələr kimi təsdiq olunur. Fənn kurikulumları şagirdyönümlülüyü ilə seçilən sənəddir. Fənn kurikumlarında öz əksini tapan bütün nəticələr şagirdlərə, onların inkşafının izlənməsinə yönəldilmişdir. – 36 –
  37. 37. _____________________________Müasir Təlim Texnologiyaları Fənnin ümumi məsələlərindən biri kimi məqsəd və vəzifələrin belə müəyyənləşdirilməsində şagird şəxsiyyəti- nin formalaşmasi və inkişafı diqqət mərkəzində saxlanıl- mışdır. Onların sinifdən sinifə, bir təhsil pilləsindən digərinə keçməsinin tənzimlənməsi, normal inkişafın istiqamətləndirilməsi ön planda saxlanılmışdır. Şagird fəaliyyətlərinin təmin olunması və formalaş- ması, onun bir subyekt kimi inkişaf etməsi üçün müvafiq təlim şəraitinin yaradılması mühüm amil kimi nəzərə alınmışdır. Sagirdin idraki, hiss və psixomotor bacarıqları- nın müəyyən olunmuş həddə çatması üçün humanist və demokratik prinsiplərə söykənən iş üsulları və formaların seçilməsinə rəvac verilməsi, ən müasir texnologiyalardan istifadə olunacağı göstərilmişdir. Fənn kurikulumlarında şagird nailiyyətlərinin qiymət- ləndirilməsi üzrə işin məzmunu bilavasitə bir subyekt kimi təlim alanlara yönəldilir. Qiymətləndirmə standartlarında şagirdlərin fəaliyyəti, üzərində işlədikləri məzmun və şərait elementləri ilə yanaşı, onların əldə edəcəkləri minimum nailiyyətlər də ifadə edilir. Bu zaman şagirdin minimum təlim şəraiti, fizioloji və psixoloji durumu nəzərə alınır. Bütövlükdə fənn kurikulumunda şagird şəxsiyyətinin inkişaf istiqamətləri bütün parametrlərdə aydın görünür. Fənn kurikulumları inteqrativ xarakter daşıyır. Bu, ilk növbədə, onun ümumi təhsil məktəbləri üçün və şagird şəxsiyyətinin formalaşmasına imkan yaratması ilə əlaqədardır. Şagirdlərin həyati bacarıqlarının formalaş- dırılması, onların davamlı fəaliyyət üçün hazırlanması ilə bağlıdır. Ona görə də, kurikulumlarda əks olunmuş təlim nəticələri (təlim standartları) biri-digərini tamamlamaq, – 37 –
  38. 38. F.Əliyeva, Ü.Məmmədova_________________________________ möhkəmləndirmək, davam etdirmək baxımından elə ardı- cıllıqla verilir ki, onların vasitəsilə şagird şəxsiyyətinin formalaşması və inkişafını izləmək mümkün olsun. Bu əlaqələr məzmun və istiqamətinə görə iki yerə ayrılır: şaquli inteqrasiya, üfüqi inteqrasiya. Şaquli inteqrasiya daha çox fənnin siniflər və mər- hələlər arasındakı əlaqəni, üfüqi isə müxtəlif, lakin uyğun gələn fənlərin əlaqəsini ehtiva edir. Bütün hallarda şa- girdlərin inteqrativ standartlar əsasında ölçülə bilən bacarıqlara yiyələnmələri diqqət mərkəzində saxlanılır. Fənn kurikulumları qabaqlayıcı xarakter daşıyır. Bu onun konseptuallığından irəli gəlir. Kurikulumlar bütün təlim nəticələrini əks etdirməklə sondakı nailiyyət- ləri fərz etməyə imkan yaradır. Öyrənmə prosesinin nəticəsində əldə olunan nailiyyətin hansı səviyyədə olmasını müəyyənləşdirmək üçün şərait yaradır. Bəzən yeni kurikulumların islahedici xarakterə malik olduğu göstərilir. Təbii ki, belə bir yanaşma yeni kuriku- lumların nəticəyönümlü xarakterini, onun qabaqlayıcı funksiyasını zəiflədir. Bütün bunlarla yanaşı, fənn kurikulumları həm də müx- təlif bacarıqların öyrənilməsini nəzərdə tutan balanslaş- dırılmış və əhatəli yanaşmanı əhatə edir; təlimin fəal üsullarından istifadə olunmaqla məzmun standartlarının səviyyəsinə çatmağa imkan yaradır; şagirdlər bilik və anlayışlarının daim qiymətləndirilməsini, tədris ili ərzində düzəlişlərin edilməsini (korrektələrin aparılmasını) nəzərdə tutur; şagirdlərin təlimə cəlb olunmasını, davamlı təhsilə hazırlanmasını təmin edir; şagirdlərin təhsil alarkən, bilikləri qiymətləndirilərkən, kompüter savadı artırılarkən – 38 –
  39. 39. _____________________________Müasir Təlim Texnologiyaları müasir texnologiyalardan istifadə etmələrini nəzərdə tutur; uyğun təlim resurslarına və inzibati yardıma malik olur. MÜASİR TƏHSİLDƏ İNTEQRASIYA. İNTEQRASİYANIN PSİXOLOJİ-PEDAQOJİ ƏSASLARI Müasir ibtidai təhsilin üstünlük verdiyi məqsəd uşağın şəxsiyyətinin inkişaf etdirilməsidir. Bu məqsəd təlim pro- sesinin humanistləşdirilməsi, uşağın əsaslı inkişafı üçün potensialın yaradılması ilə əldə olunur. Bu məqsədə çat- maq üçün inteqrasiya əsasında təlimdən istifadə olun- malıdır. Təhsildə inteqrasiya prosesləri – psixoloji və pedaqoji baxımdan təhlili zəruri olan, kifayət qədər mürəkkəb, gös- təricilərinin müxtəlifliyinə görə kompleks və hərtərəfli bir anlayışdır. İnteqrasiya əsasında təlimin əsas məqsədi dünya haq- qında bütöv təsəvvür yaratmaqla şagirdlərin əqli inkişa- fının təmin edilməsi ilə bağlıdır, buna görə də biliklərin psixofizioloji əsaslarını, uşaqlıqda əsas təfəkkür fəaliyyə- tinin inkişafının faktiki xüsusiyyətləri haqqında dəqiq təsəvvürləri müəyyənləşdirmək lazımdır. Təlimin nəzəri və praktik əsaslarının təhlili göstərir ki, bilikləri qavrama mexanizminin və onların inteqrasiya prosesi, iki psixoloji konsepsiyaya: əqli fəaliyyətin mərhə- ləli formalaşması nəzəriyyəsi (P.Y.Qalperin, A.N.Leont- yev, N.F.Talızina) və əqli fəaliyyətin assosiativ-reflektor təbiəti təliminə (Y.N.Kabanova-Meller, N.A.Mençinska- ya, Y.A.Samarin) söykənir. N.F.Talızina inteqrasiya proseslərinin əhəmiyyətini – 39 –
  40. 40. F.Əliyeva, Ü.Məmmədova_________________________________ artıq maddi və ya maddiləşdirilmiş formada təqdim olun- muş məlumatın xarici plandan daxili plana, mərhələli keçidinin psixofizioloji mexanizminin özündə, əqli planı isə əqli fəaliyyətin mərhələli formalaşması prosesində araşdırır. Bu konsepsiya yeni biliklərin formalaşma mexanizmini başa salır, öyrədilən şəxsin həyata keçirdiyi ardıcıl fəaliyyətin (maddi şəkildə olan obyektlə fəaliyyət, xarici nitq şəklində fəaliyyət, özü haqqında xarici nitq, daxili nitq düşüncə fəaliyyəti kimi) inteqrasiya sayəsində ətraf mühitdən alınmış obyektiv informasiya şağırdin beyninə həkk olunaraq onu zənginləşdirir. Konsepsiya biliklərin sintezinə, əlaqələrin yaranmasına və onların təlim prosesində sisteminə psixoloji tərəfdən açıqlama verir. Y.A.Samarin tərəfindən tədqiq olunmuş əqli fəaliyyətin assosiativ-reflektor təbiətinin psixofizioloji nəzəriyyəsi inteqrasiya proseslərinin özünü büruzə verməsinə yönəlmişdir. Assosiativ təfəkkür haqqında nəzəriyyənin əsasını müəllifin – hər bir bilik assosiativdir, biliklər sis- temi isə assosiasiyalar sistemidir – fikri təşkil edir. Təq- dim olunmuş təsnifata əsasən təlim prosesində yaranan assosiasiyalar (assosiasiya latın dilindən tərcümədə «bir- ləşdirmək» deməkdir) pillə-pillə çətinləşən bir neçə növə ayrılırlar: lokal, xüsusi sistemli, daxili sistemli və sistemarası. Müəllif lokal assosasiyalara verilən faktlar çərçivəsində yaranmış ən adi əlaqələri aid edir ki, bu da o deməkdir ki, inteqrativ əlaqələr elementar hissələrə bölünməyərək daha sadə olur. Y.A.Samarinin xüsusi sistemli assosasiyalar adlandır- dığı sistemli assosiasiyalar səviyyəsində isə assosasiyalar – 40 –
  41. 41. _____________________________Müasir Təlim Texnologiyaları konkret mövzu və ya cisim, anlayış haqqında materialın öyrənilməsi zamanı yeni faktlar və anlayışlar daha əvvəl əldə edilmiş faktlarla müqayisə olunanda yaranır. Bununla da, biliklərin ən adi ümumiləşdirilməsi baş verir, lakin bir- birinə yaxın biliklərlə uyğun gəlmirlər. Bu mərhələdə şağirdlərdə analitik-sintetik fəaliyyət növu yaranır. Dərs mövzusunun, kursun bölmələri arasında yaranan səbəb-nəticə, zaman, kəmiyyət əlaqələrini özündə əks et- dirən və bu zaman öyrənilən obyekt çərçivəsində bilik- lərdən geniş istifadə olunan inteqrasiya əlaqələrini tam bilik sistemini (bioloji, fiziki və s.) təmin edən fəndaxili assosasiyalar adlandırırlar. Sistemli assosasiyaların yüksək mərhələsi və buna uyğun olaraq, əqli fəaliyyətin yüksək pilləsi müxtəlif di- daktik materialların arasında yaranan əlaqədir, və ya sis- temlərarası assosasiya, müxtəlif bilik sistemlərini birləşdirir, ümumiləşdirir, cisim və ya hadisənin müxtəlif rakurslardan öyrənilməsinə imkan verir. Bu assosiasiyalar mərhələsində ümumi anlayışlar yaranır, müxtəlif bilik sahələrinin qovuşmasında qarşılıqlı əlaqələrin yaranma- sına şərait yaranır. Beləliklə, assosasiyaların inteqrasiya- sının inkişafı dinamikasının təməli qoyulmuş: lokal və xüsusi sistemli assosasiyalar fəndaxili assosasiyaların əsasını təşkil edir, sonuncu isə öz növbəsində fənlərarası assosiasiyaları yaradır. Y.A.Samarin qeyd edir ki, ibtidai məktəbdə assosiativ təfəkkür nəzəriyyəsinə görə, inteqrasiya kəmiyyət xarak- terli olmalıdır – «hər şeydən bir az» və uşaqlar anlayışlar haqqında yeni-yeni məlumatlar alaraq olan biliklərinin dairəsini (dərketmədə spiralvari hərəkərt edərək) siste- matik olaraq artırır və genişləndirirlər . – 41 –
  42. 42. F.Əliyeva, Ü.Məmmədova_________________________________ Beləliklə, kiçikyaşlı məktəbli üçün səciyyəvi olan lokal assosiasiyanın olması, həmçinin xüsusi sistemli assosiasi- yaların formalaşmasının başlaması imkanı ibtidai mək- təbdə inteqrasiyanın əsasını təşkil edir. Elmi ixtisas ədəbiyyatının təhlili göstərir ki, bu gun heç bir pedaqoji lüğətdə, pedaqoji ensiklopediyada və ya məlumat kitabçasında «inteqrasiya» anlayışının tərifi yoxdur, halbuki pedaqoji və metodik ədəbiyyatda kökündə «inteqrasiya» sözü olan çox sayda terminlərdən geniş istifadə olunur. Məsələn, inteqrasiya olunmuş və inteqrativ kurslar, inteqrasiyalı təlim, inteqrasiya əsasında dərs və s. Lakin bu gün bir sıra pedaqoji tədqiqatlarda alimlər pedaqoji inteqrasiya fenomeninə tərif verməyə çalışırlar: İnteqrasiya – «bir-biri ilə üzvi əlaqədə olan, ətraf mü- hitə analoji olaraq yaradılan dərs fənlərinin sistemidir. ». İnteqrasiyanın əsasını – dünyada hər şey bir-biri ilə əlaqə- dədir, «asılı olmayan» heç nə yoxdur – aksiomu təşkil edir. İnteqrasiya – «sistemin böyük orqanik vəhdətə doğru hərəkət etməsidir». İnteqrasiya – «bilik və bacarıqların bütövlüyünü təmin etməyə yönəldilmişdir». İnteqrasiya – «təbiət qanunlarının ümumilik və vəhdət, subyekt tərəfindən dünyanın tam dərk etməsi əsasında təhsil məzmununun təşkilinin aparıcı formasıdır». İnteqrasiya – «müəyyən fənnlərin sərbəst bir sistemdə sintez olunması, məqsədyönlü birləşməsidir». Yuxarıda aparılan müqayisə nəticəsində meydana çıxan əlamətlərin obyektiv nəzəri qiyməti bizə özümüzün peda- qogikada «inteqrasiya»nın tərifini verməyə əsas verir. Odur ki, pedaqoji inteqrasiyanı biz şagirdlərin özlərini – 42 –
  43. 43. _____________________________Müasir Təlim Texnologiyaları inkişafa aparan təhsil sistemi çərçivəsində təlimin məz- mun, forma və metodlarının eynitipli hissələrinin və elementlərinin məqsədyönlü təşkil olunmuş strukturlu əlaqəsi kimi səciyyələndirə bilərik. İbtidai təlimə aid olduqda «inteqrasiya» anlayışı bir neçə məna kəsb edə bilər: – Birincisi, məktəblidə dünya haqqında tam təsəvvür yaratmaqdır. – İkincisi, biliklərin bir-birinə yaxınlaşmasının ümumi bünövrəsinin tapılmasıdır . – Üçüncüsü, şagirdlərin inkişafı nəticə göstəricisi kimi. İNTEQRASİYA KURİKULUM TƏHSİLİNİN STRATEGİYASI KİMİ Müasir təlimin inteqrasiya əsasında təşkili məhz təh- silin kurikulum modelinin tətbiqi zamanı mümkündür. Kurikulumun nəzəri problemlərindən biri onun növlə- rinə görə təsnif olunmuşdur. Bu məsələdən bəhs edən alimlərin fikrincə, kurikulumların növləri barədə yekdil fikir yoxdur. Bu da ondan irəli gəlir ki, kurikulumları təsnif edərkən ona müxtəlif prinsiplərlə yanaşılır: ya xarakterlərinə, ya təyinatına, ya da məzmun və strukturuna görə münasibət bildirirlər. Bütün məqamlarda elə kuriku- lumlar vardır ki, onlar ümumi ölkə səviyyəsində qəbul olunmaqla geniş miqyasda tətbiq edilir. Mahiyyət etibarı ilə belə kurikulumlar milli xarakter daşıyır və ona görə də Milli Kurikulum adlanır. Ayrı-ayrı fənlərin bütövlükdə xüsusiyyətlərini əhatə edən kurikulumlar isə fənn kurikulumları kimi tanınır və dəyərləndirilir. İnteqrasiya – müəyyən təhsil sistemi çərçivəsində şa- – 43 –
  44. 44. F.Əliyeva, Ü.Məmmədova_________________________________ girdlərin təfəkküründə dünyanın bütöv və bölünməz ob- razını formalaşdırmaq, onları inkişafa və özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaq və onları sistemləşdirməkdir. Müasir dünya təcrübəsində, əsasən, inteqrasiyanın iki səviyyəsi fərqləndirilir: Fəndaxili inteqrasiya – müəyyən bir fənnin aşıladığı an- layış, bilik və bacarıqların əlaqələndirilməsi – fənn daxi- lindəki faktların sistemləşdirilməsidir. Belə səviyyədə inteqrasiyanı verilmiş materialın ayrı-ayrı tədris vahidlə- rində cəmləşdirilməsi də hesab etmək olar. Fəndaxili inteqrasiya öz növbəsində həm üfüqi, həm də şaquli ola bilər. Təlimin məzmununun bu modelə uyğun sistemləşdiril- məsi şagirdlərin təfəkküründə dünyanın bütöv və bölün- məz obrazının yaradılması ilə yanaşı, həm də ümumelmi anlayışlar, kateqoriyalar və yanaşmalarla xarakterizə olunan yeni tip biliklərin formalaşdırılmasına təkan verir. Fənlərarası inteqrasiya – iki və ya daha artıq fənnin əhatə etdiyi anlayış, bilik, bacarıq və prinsipin sintezidir. Bu inteqrasiya bir fənnə aid olan qanun, nəzəriyyə və metodların başqa bir fənnin öyrədilməsində istifadəsini nəzərdə tutur. İbtidai məktəbdə fənlərarası əlaqələr elmi biliklərin tərkibinə görə (faktiki, təsəvvür, konkret) müəyyən olunur. Məsələn (faktlar səviyyəsində) təbiət cisimlərinin quruluşunda çoxsaylı simmetriya faktları ilə tanışlıq zamanı fənlərarası əlaqələr yaranır. Belə ki, riyaziyyat dərsində «Cisimlərin simmetriyası» mövzusu keçilir. Həyat bilgisi dərsində «Payız gəldi» mövzusunda yarpaqların, bitkilərin (söyüd, palıd, ağcaqayın, göyrüş və – 44 –
  45. 45. _____________________________Müasir Təlim Texnologiyaları s.) şəkilləri, herbarilər (qurudulmuş bitkilər) nümayiş olunur və «Yarpaqların gözəlliyi nədədir? Simmetriya nə deməkdir? Nə simmetrikdir?» kimi suallar müzakirə olunur. Bu şagirdlərə simmetriya faktının təkcə riyaziy- yatda deyil, həm də təbiətdə, təsviri incəsənətdə, hazır- lanma texnologiyasında olmasını görməyə kömək edir. Fənlərarası əlaqələr təbiət elmləri anlayışlarının forma- laşmasında xüsusi yer tutur. Məsələn, həyat bilgisi dərslərində uşaqlar «yarpaqlı», «iynəyarpaqlı» ağaclar anlayışı ilə tanış olurlar. Təsviri sənət dərslərində bu anlayış yarpaqlı və iynəyarpaqlı ağacın budağının şəklinin çəkilməsi ilə, əmək dərslərində isə lepka ilə möhkəmlənir. Lakin bununla yanaşı, anlayış haqqında biliklər sadəcə təkrarlanmır, həm də dərinləşir. Fənlərarası əlaqələr müxtəlif dərs fənlərində təkrara yol vermir və materialın əlavə vaxt itirmədən öyrənilməsinə, qarşılıqlı sistemləşdirilmiş uzlaşmanın həyata keçirilmə- sinə, şagirdlərin əldə etdikləri biliklərdən gündəlik həyatda istifadə etməsinə stimul yaratmağa imkan verir. İBTİDAİ SİNİFLƏRDƏ FƏNDAXİLİ İNTEQRASİYA Dünya obrazının bütövlüyü prinsipi təhsildə elə məz- mun seçilməsini tələb edir ki, o uşağa dünya haqqında tə- səvvürləri vəhdət şəklində yadda saxlamağa və canlan- dırmağa kömək etsin, cisimlər və hadisələr arasında əla- qələrin müxtəlifliyini dərk etməsini təmin etsin və eyni zamanda, eyni cismi müxtəlif tərəflərdən görmək qabiliy- yətinin formalaşmasını təmin etsin. Bununla şagirdlərin dünyanı təbii olaraq dərk etməsi – 45 –
  46. 46. F.Əliyeva, Ü.Məmmədova_________________________________ prosesi bərpa olunur. Uşağın təfəkkür fəaliyyətinin inki- şafı müəyyən şərait yaradılmış yerdə mümkündür, burada təlim məzmununun, metodlarının və normalarının inteqrasiyası böyük rol oynayır. Bu proses müəllimlərin təcrübəsində inteqrasiyanın müxtəlif mərhələlərində həyata keçirilir. Belə ki, pedaqoji fəaliyyətdə dəyişikliklərin bir çox hissəsi pedaqoji pro- sesin texnologiyası sahəsindədir. Son zamanlar müasir ib- tidai məktəbdə qeyd olunan tendensiyaların təhlili üzərin- də dayanaq. Qabaqcadan demək istəyirik ki, pedaqoji prosesin texnologiyası dedikdə didaktik materialın məzmunlu seçimi və quruluşunu, həmçinin dərs prosesinin qurulması prinsipləri və üsullarını nəzərdə tuturuq. Birinci mərhələyə nümunə kimi müəyyən davranış qaydaları çərçivəsində biliklərin sistem halına gətirilmə- sidir, hissələrə bölünmüş faktlardan yeni qanunun kəşfı, dünya haqqında təsəvvürlərin dəqiqləşməsi prosesində sistemləşməyə keçiddir. Bu mərhələnin inteqrasiyası fən- daxilidir, belə ki materialın böyük qruplara «preslən- məsinə» yönəlmiş prosesdir və nəticədə davranış qayda- larının məzmununun dəyişməsinə gətirib çıxarır. Bu mə- nada inteqarsiya edilmiş məzmun «informasiya baxımın- dan daha ətraflıdır və ətraflı informasiya kateqoriyaları ilə düşüncə qabiliyyətinin formalaşmasına yönəlmişdir. İbtidai məktəbdə ifadəetmənin məzmunu müxtəlif strukturlu ola bilər və burada ayrı-ayrı biliklər və ya onların elemenləri öz aralarında müxtəlif cür «birləşir». Y.Ş.Kərimov quruluşu dörd növə ayırır: xətti, konsentrik, spiralvari və qarışıq. Fəndaxili inteqrasiya üçün konsentrik-prinsipə əsasla- – 46 –
  47. 47. _____________________________Müasir Təlim Texnologiyaları nan spiralvari quruluş səciyyəvidir. Belə bir təşkilatçılıqda dəyərlərin öyrənilməsi xüsusidən (detallar) ümumiyə (bütöv bir anlayış) və ya əksinə həyata keçirilir. Məzmun tədricən yeni məlumatlarla, bağlılıqlarla və asılılıqlarla zənginləşir. Bu formanın əsas xüsusiyyəti ondan ibarətdir ki, şagirdlər əvvəlki mövzunu nəzərdən qaçırmadan onunla bağlı bütün məlumatları genişləndirir və daha dərindən öyrənirlər. Müəyyən edilmişdir ki, təlimin müasir təcrübəsində in- san öz intellektual imkanlarının 10% – dən çox istifadə etmir. Didaktik vahidlərin böyüdülməsinə (DVB) əsasla- nan təlim hər bir şagirdin beynində böyük həcmdə psixofızioloji rezervləri aşkarlayır və hərəkətə gətirir. Burada həmçinin şüuraltı rezervlərin aktivləşməsi və məntiqi və obrazlı düşüncə mexanizminin (beyinin sağ və sol yarımkürələrində) birgə fəaliyyəti ilə əlaqədar olaraq biliklərin özünün inkişafı baş verir. DVB-dən istifadə etmək fikri informasiya sintezinə və bununla bağlı pedaqoqikada davamlı təhsil konsepsiyasını təsdiqləyərək inteqrasiyanın müasir dərk edilməsi tenden- siyasına cavab verir. Bir-birinə yaxın olan anlayışlar qrupunu özündə birləşdirən böyük həcmli mövzulara keçərkən şağirdin beynində keyfiyyətcə yeni biliklər yaranır, ən başlıcası isə yalnız yüksək mənimsəmə vahidi çərçivəsində dərk edilən bağlantı haqqında məlumat, bir elementdən digərinə keçid haqqında informasiyaya malik olur. Lakin, təəssüf ki, ənənəvi təlim təcrübəsində biliklərin (təfəkkür əməliyyatlarının) qeyri-müştərəkli, kəsirli və elementarizm səviyyəsinə çatdırılması geniş yayılmışdır. – 47 –
  48. 48. F.Əliyeva, Ü.Məmmədova_________________________________ Məsələn, 1-ci sinfin riyaziyyat dərsliyində 2 rəqəminin üstünə 1 rəqəmini gəlməyə (yəni 2+1=3) icazə verilir, lakin, şagirddən 3-ün 2-dən nə qədər böyük olduğu soruşulmur, çünki müqayisə dərsi 2-ci sinfin proqramına salınmışdır. Qüvvədə olan proqramlar elə tərtib olunub ki, birinci dərs ilinin sonunda şağird «iki dəfə iki – dörd» kimi aksiomatik ifadələri bilmir, çünki vurma bütövlükdə ikinci sinfə aid edilib. Eləcə də, ibtidai məktəbin dörd dərs ili ərzində tək və cüt rəqəmlər qarşılaşmayacaq və s. Bununla yanaşı məlum olmuşdur ki, birbaşa və vasitəli məsələlərin həllinin öyrənilməsi səmərəliliyi birinin digərinə keçməsini nəzərdə tutur. L.Tolstoy tamamilə doğru qeyd etmişdir ki, adətən müəllimlər dərs materialını hədsiz dərəcədə xırdalamağa, biliklərin hissələrə bölünərək təqdim olunmasına can atır- lar, halbuki uşaqlar üçün canlı və mürəkkəb məlumatlar maraqlıdır. DVB-ni, fəndaxili inteqrasiya prinsipini bilmək müəl- limə öz dərslərini və təlim prosesini daha geniş həcmli biliklər əsasında qurmaq imkanı verir. Təlim zamanı DVB texnologiyasında aşağıdakı əsas elementləri ayırmaq vacibdir: 1) bir-biri ilə sıx əlaqəli bölmələrin, əks qarşılığı olan anlayışların birgə və eyni zamanda öyrənilməsi; 2) tapşırıqların əksinə çerilməsi; 3) şagirdlər tərəfindən müqayisəli və ümumiləşdirici, in- duksiyalı və analoji tapşırıqların sərbəst şəkildə tərtib edilməsi; 4) deformasiyalı bərabərliklərin (riyaziyyat) bərpa olun- ması; – 48 –
  49. 49. _____________________________Müasir Təlim Texnologiyaları 5) sübut üçün qrafık sxemlərin mənimsənilməsi və tər- tib edilməsi; 6) məlumatın obrazlı əyani şəkildə təqdim edilməsi; 7) gələcək biliyin (sübutu və həqiqətə bənzər fikirlərin qarşılıqlı bir-birini tamamlanması) dərs məlumatının bü- külmə əsasında öyrənilməsi perspektivinə çıxış. DVB ənənəvi təcrübədə tez-tez pozulan tarixi və mən- tiqi əlaqəni, yəni biliklərin hazırlıq kursunun (S.N. Lisen- konun terminologiyasına görə) qabaqlanmanın rolunu artırır və bununla bərabər əvvəlki məlumatın şagirdlərin özləri tərəfindən inkişafı və zənginləşdirilməsi yolu ilə artırılmasını təmin edir. Fəndaxili inteqrasiyanın DVB-nin üstünlüyü ondadır ki, hamı tərəfindən qəbul olunmuş təlim metodikası qarşı- sında psixoloji tərəfdən səmərəli təfəkkür qanunauy- ğunluğuna istinad etməsi ilə izah olunur. DVB-nin tətbiqini müəllimlər əsassız olaraq müqayisə adlandırırlar. Məşhur rusiya fizioloqu İ.P.Pavlov deyir: “Müqayisə sağlam təfəkkürümüzü asanlaşdırır və tez- ləşdirir». Psixofızioloji tədqiqatlardan məlumdur ki, təfək- kürün səmərəli olmasında dövrü qabiliyyətin, dövri prosesin, əməliyyatların bütövlüyünün və düşüncənin rolu vacibdir”. DVB texnologiyasının effektivliyi təcrübədə sübuta yetirilmişdir və onunla izah olunur ki, böyük həcmli biliklərin yadda saxlanılması operativ yaddaşın (20-30 dəq.) aktiv fazası hüdudlarında həyata keçirilir, yəni dərs ərzində həyata keçirilir. İBTİDAİ SİNİFLƏRDƏ FƏNLƏRARASI – 49 –
  50. 50. F.Əliyeva, Ü.Məmmədova_________________________________ İNTEQRASİYA İnteqrasiya əsasında təlimin – dünya haqqında bütöv təsəvvür yaratmağın – əsas məqsədi şagirdlərin əqli inki- şafının təmin edilməsi ilə bağlıdır, buna görə də biliklərin psixofizioloji əsaslarını, uşaqlıqda əsas təfəkkür fəaliy- yətinin inkişafının faktiki xüsusiyyətləri haqqında dəqiq təsəvvürləri müəyyənləşdirmək lazımdır. İkinci mərhələyə aid sintez olan fənlərarası inteqrasiya bir fənnin işarələri, nəzəriyyəsi və metodlarından digər fənnin tədrisində istifadə olunmasıdır. Bu mərhələdə həyata keçirilən məzmunun sistemləşdirilməsi uşaqların beynində dünya haqqında tam təsəvvürün formalaşması ilə nəticələnən prosesdir. Bu ümumi elmi anlayışlar, kateqori- yalar, yanaşmalarda öz əksini tapan keyfiyyətcə yeni bi- liklərin yaranmasına gətirib çıxarır. Fənlərarası inteqrasiya fəndaxili inteqrasiyanı əhəmiyyətli dərəcədə zənginləş- dirir. Məktəb təcrübəsi və alimlərin elmi tədqiqatları (A.Y.Danilyuk, V.T.Fomenko, K.Y.Kolesina, O.Q.Qilya- zova, A.Q.Kuznetsova və b.) dərs materialının məzmunu müxtəlif yanaşmalar əsasında qurulması mümkünlüyünü bir daha təsdiqləyir. Fənlərarası əlaqələr məşhur alim-pedaqoqların (İ.D.Zvereva, V.M.Korotova, E.T.Monoszon, M.N.Skat- kina, V.N.Maksimova və b.) tədqiqatlarında təlim və tərbiyənin vəhdəti şərti kimi, təlimin fənni sisteminə həm «üfüqi», həm də «saquli» istiqamətdə kompleks yanaşma kimi çıxış edir. Hazırda fənlərarası əlaqələr kimi istifadə olunan üfüqi – 50 –
  51. 51. _____________________________Müasir Təlim Texnologiyaları tematizm ibtidai məktəbdə əsaslı yer tutur. İbtidai məktəbdə fənlərarası əlaqələr elmi biliklərin tərkibinə görə (faktiki, təsəvvür, konkret) müəyyən olunur. Məsələn, (faktlar səviyyəsində) təbiət cisimlərinin quruluşunda çoxsaylı simmetriya faktları ilə tanışlıq zamanı fənlərarası əlaqələr yaranır. Azərbaycan dili dərsinin timsalında bəzi fraqmentlərə nəzər salaq: Mövzu: Nitq hissələri Məqsəd: «Nitq hissələri» mövzusunu blok şəklində təqdim cdərək uşaqları nitq hissələri ilə (fel, isim, sifət, zərf, say, əvəzlik) tanış etmək. Dilə, fənnə qarşı uşaqlarda maraq oyatmaq. Dərs ləvazimatı: «Nitq hissələri» adlı dayaq konspektinin plakatı Dərsin gedişi: I. Dərs mövzusunun elan edilməsi. – Uşaqlar, bu gün biz «Nitq hissələri» adlı ölkənin sakinləri ilə tanış olacağıq. Bu gün əsas nitq hissələri ilə tanış olacağıq. – Dayaq konspektinə baxın və adlarını çəkin. (Uşaqlar nitq hissələrinin adlarını çəkirlər.) – «Nitq hissələri» sözünün mənasını necə başa düşür- sünüz? (Bu söz birləşməsinin mənası açıqlanır.) – Nitqimiz bir tək uzun nitqdən ibarət deyil. Bəs o nədən ibarətdir? (Sözlərdən.) – 51 –
  52. 52. F.Əliyeva, Ü.Məmmədova_________________________________ – Doğrudur, nəyi isə ifadə edən sözlərdən ibarətdir. Dayaq konspekt üzrə iş «Söz məna kəsb edir» (Təkrar.) – Hansı məna kəsb etdiyindən, hansı suallara cavab verməyindən asılı olaraq sözlər insan tərəfindən müxtəlif qruplara – nitq hissələrinə bölünmüşdür. II. Nitq hissələri ilə tanışlıq. Tapşırıq: Ətraf mühitdə olan, ismin suallarına cavab verən bütün sözləri seçmək (qrup halında iş). Qrup vərəqlərdə şagirdləri əhatə edən bütün əşyaları yazırlar. – Bütün bu sözlər nəyi ifadə edir? Bir sözlə demək. (Əsyaları.) Yadda saxla! Əşyanın adını bildirən bütün sözlər isimdirlər. İSİM – yəni əşyanın ismini, adını bildirən sözlərdir. Tapşırıq: Uşaqlar isimlərin adlarını deyir və onları dəftərə yazırlar (3-4 isim). İkinci evdə isə ismin qızı yaşayırdı – onun adı SİFƏTDİR. O, rəssam idi və əşyanı elə rəngləyirdi ki, o göz qabağındaca qeyri-adi olurdu. Tapşırıq: Bir neçə topa fərqli rənglər verməyə çalışın (şifahi) (qrup halında iş). Qrup vərəqlərdə top sözünə bildikləri bütün sifətləri yazırlar. Necə top alındı? (Uşaqların cavabları.) Yadda saxla: Sifət ismə onun keyfiyyətini, əlamətini bildirmək üçün əlavə olunur, yəni ismin necə, nə cür olduğunu göstərir. Əşyaları müəyyən edirəm. Mənimlə onların əlaməti var. Nitqinizi bəzəyirəm. Məni hamı bilməli, qorumalıdır! Üçüncü evdə isə FEL baba yaşayır. O bütün isimləri hərəkət etməyə məcbur edir. – 52 –
  53. 53. _____________________________Müasir Təlim Texnologiyaları Tapşırıq: Topu (şifahi) hərəkət etdirməyə, nə isə etdirməyə çalışın. (Qrup halında iş.) qrup vərəqlərdə top sözünə aid bildikləri bütün sözləri yazırlar. Top haqqında nə demək olar? (Şağirdlərin cavabları.) Yadda sax1a: Fel – əşyanın hərəkətini bildirən sözdür. Tapşırıq: Nöqtələrin yerinə mənaca uyğun fellər qoymaq. Balta ilə odunları. Rəngli karandaşla. Əlvan topu. «Nitq hissələri» ölkəsinin dördüncü evində SAY yaşayır. O əşyaların sayını bildirir. İki kürküm var. On qardaşa çatar. Bunu kim tapar? (əlcək). Beşinci cvdə ikinci rəssam – ZƏRF yaşayır. Lakin bu rəssam hərəkətləri elə təsvir edir ki, onlar bir-birindən fərqlənsin. Yadda sax1a: Zərf – hərəkətin əlamətini bildirən sözdür. Tapşırıq: Aşağıdakı cümlələrdə zərfi tapmağa çalışın. Aydın dərslərini yaxşı oxuyur. Aşağıda sürətli çay axırdı. (Zərflərin yazılması.) Altıncı evdə qeyri-adi nitq hissəsi yaşayır – ƏVƏZLİK. Onun adını tapmağa çalışın. (Adın yerinə.) Özünü işə tam sərf edir, Adları əvəz edirəm! Lakin təkcə ismi deyil, Həm də sifəti və sayı da əvəz edirəm. Tapşırıq: Əvəzliyin rolunu ifa etməyə çalışın. Cümlə- lərdə isimləri, sifətləri, sayları elə əvəz edin ki, onlar tək- – 53 –
  54. 54. F.Əliyeva, Ü.Məmmədova_________________________________ rarlanmasın. Balaca qız yol ilə qaçırdı. Birdən balaca qız pişik gördü. Tülkü haqqında pis fıkirlər gəzir, guya ki, tülkü toyuqları oğırlayır. Qırmızı top suya düşdü. Külək qırmızı topu dalğalar üzərindən apardı. Materialın möhkəmləndirilməsi: Biz əsas nitq hissələri ilə tanış olduq. III. Dərsin yekunu. Bu günki dərsdə nə haqqında öyrən- diniz? «Nitq hissələri» nə deməkdir? Dərsdə hansı nitq hissələri ilə tanış oldunuz? Ev tapşırığı: Sifət ilə birlikdə 4 isim taparaq onları dəftərə yazmaq. Fənlərarası əlaqələr müxtəlif dərslərdə təkrara yol vermir və materialın əlavə vaxt itirmədən öyrənilməsinə, qarşılıqlı olaraq sistemləşdirilmiş uzlaşmanı həyata keçirməyə, şagirdləri əldə etdikləri bilikləri gündəlik həyatda istifadəsinə stimul yaratmağa imkan verir. – 54 –
  55. 55. _____________________________Müasir Təlim Texnologiyaları III BÖLMƏ: ŞƏXSİYYƏTYÖNÜMLÜ TƏHSİLDƏ İKT VƏ KONSTRUKTİVİZM KONSTRUKTİVİZM NƏZƏRİYYƏSİ Konstruktivizm nəzəriyyəsinin müəllifi Aleksandr Mi- xoileviç Kandır. (1992-ci il) Konstruktivizm – kons- truktor sözündən götürülüb ”yaradıcı öyrənmə” deməkdir. Bu nəzəriyyədə müəllim (təlimçi) deyil, şagird (öyrənən) əsas götürülür. Öyrənən cisim və hadisələrlə bilavasitə əlaqədə olur, bunun nəticəsində onların əlamətlərini qavrayır, problemləri həll edir. O, fərdi şəkildə işləməyə və təşəbbüs nümayiş etdirməyə həvəsləndirilməlidir. Konstruktivizm nümayəndələri öyrənmə prosesinə əqli təhlilin məhsulu kimi baxırlar. Şagirdlər yeni bilikləri ilkin biliklər ilə əlaqələndirməyi öyrənirlər. Öyrənən fəal düşündükdə ən yaxşı nəticəyə nail olmaq olur. Konstruktivist düşünmə prosesində öyrənənin mövqeyi, fikirləri öyrənməyə təsir edir. Öyrənən problemlərə həll yollarını özü fikirləşib tapmağa, fikir və fərziyyələrini sınaqdan keçirməyə həvəsləndirilməlidir. Ona ilkin bilik- lərinə əsaslanmağa imkan yaradılmalıdır. Bu nəzəriyyə daxilində müxtəlif fərziyyələr mövcuddur, buna bax- mayaraq öyrənmə haqqında təsəvvürlər hamısında eynidir. Bu təsəvvürlərdən ikisi əsasdır: İctimai və koqnitiv (idraka əsalanan) konstruktivizm. Bugünkü konstruktivist təlim insan beyni üzrə aparılan tədqiqat və öyrənmə prosesinin necə baş verməsi haqqında olan biliklər üzərində qurulmuşdur. – 55 –
  56. 56. F.Əliyeva, Ü.Məmmədova_________________________________ Konstruktivizm nəzəriyyəsinin prinsipləri: İnkişafetdirici Təhsilləndirici Tərbiyələndirici Konstruktivizm nədir? • Öyrətməyə deyil öyrənməyə xüsusi əhəmiyyət verir; • Öyrənənin fərdi yanaşması, şəxsi təşəbbüsünü qəbul edir və onu buna həvəsləndirir; • Öyrənənə iradə və məqsəd daşıyıcısı kimi baxır; • Öyrənməni tam bir proses kimi görür; • Öyrənəni soruşub öyrənməyə həvəsləndirir; • Öyrənərkən tənqidi yanaşmanı qəbul edir; • Öyrənənin bilmək istədiklərini öyrədir; • Öyrənənin əqli qabiliyətlərini nəzərə alır; • Öyrənmə prosesini qiymətləndirərkən qavrama və cavablara xüsusi əhəmiyyət verir; • Koqnitiv nəzəriyyənin prinsiplərinə əsaslanır; • Koqnitiv nəzəriyyənin qabaqcadan xəbər vermək, yarat- maq və təhlil etmək kimi terminlərindən geniş şəkildə istifadə edir; • Şagirdin öyrənmə üsulunu nəzərə alır; • Öyrənəni digər şagirdlər və müəllimlərlə dialoqa girməyə həvəsləndirir; • Birgə öyrənmə tərəfdarıdır; • Öyrənəni real situasiyalara cəlb edir; • Öyrənmənin baş verdiyi mühütə böyük əhəmiyyət verir; • Öyrənənin münasibət və fikirlərini nəzərə alır; – 56 –
  57. 57. _____________________________Müasir Təlim Texnologiyaları • Öyrənənə gerçək təcrübə əsasında yeni bilik və düşünmə tərzi formalaşdırmağa imkan yaradır. Konstruktivizm öyrənmə və öyrətmə prosesinə yanaşma olub, öyrənmə prosesinin “əqli təhlil”in nəticəsi olmasına əsaslanır. Başqa sözlə desək, şagirdlər qazandıqları yeni bilikləri ilkin biliklərlə əlaqələndirməyi öyrənirlər. Bu nəzəriyyənin nümayəndələri düşünürlər ki, öyrənmə prosesinə mühüt və şagirdin fikir və münasibəti təsir edir. Konstruktivist təlim insan beyni üzrə bu yaxınlarda aparılmış tədqiqat və öyrənmə prosesinin necə baş verməsi haqqında olan biliklər üzərində qurulmuşdur. TEXNOLOGİYANIN İMKANLARINA ƏSASLANMAQ. KOMPYUTERLƏR VƏ KONSTRUKTİVİZM Şəxsiyyətyönümlü təlim mühitləri müstəqil fəaliyyətlə yanaşı, həm də öyrənənlər arasında əməkdaşlığı dəstək- ləyir. Bu növ dərslər şagirdlərə daha əvvəl öyrəndiklərini cari təcrübələri ilə əlaqələndirmək imkanı verir. Öyrə- nənlər çeşidli vasitələrdən və resurslardan istifadə etmək imkanına malik olur. Müəllimlər bu növ siniflərin tərtibatı ilə məşğul ola bilər və bu işdə onlara kompyuterlər köməklik edə bilər. Kompyuterlər öyrənənlərin öz şəxsi anlayışlarını for- malaşdırmaq üçün istifadə etdikləri üsulları dəstəkləyə bilər. İnternetdən məlumat toplayan şagirdlər özü öz fəa- liyyətini istiqamətləndirən və müstəqil olurlar. Onlar hansı mənbələrdən istifadə etməyi və hansı əlaqələri qurmağı özləri seçir. Müəllimlərin müəyyən etdiyi parametrlərdən – 57 –
  58. 58. F.Əliyeva, Ü.Məmmədova_________________________________ asılı olaraq şagirdlər öz mövzularına və apardıqları araş- dırmalara nəzarəti tam şəkildə öz əllərində saxlaya bilir. Şagirdlər kompyuterdən istifadəyə əsaslanan fəaliyyəti öz adi iş templəri ilə həyata keçirə bilər. 25 nəfərin bir tapşırıq üzərində işləməsindənsə texnologiya işin müstəqil şəkildə tamamlanmasına imkan yaradır. Geridə qalanlara müəllim fərdi olaraq diqqət yetirən zaman, digərləri daha mürəkkəb tapşırıqlarla məşğul ola bilər. Kompyuter proqramları öyrənənlər üçün çeşidli seçim- lər təmin etmək məqsədilə mətnləri, təsvirləri, səsləri və hərəkətləri birləşdirə bilər. Multimedia proqramları da yalnız sinifdə istifadə olunan resurs rolunu oynamayacaq, həm də şagirdlərin işinin zənginləşdirilməsinə və müxtəlifliyinə öz töhfəsini verəcək. Şagirdlər kompyuterlərdən bir resurs vasitəsi kimi, fərdi şəkildə öyrənmə üçün bir iş mərkəzi kimi və ya öz fikirlərini digər öyrənənlərlə paylaşmaq üçün bir ünsiyyət vasitəsi kimi istifadə edərək öz anlayışlarını inkişaf etdirə bilər. Öyrənənlərin fərdi anlayışları və təcrübələri kuriku- lumun məzmunu ilə müqayisə edilməlidir. Şagirdlərin fərdi anlayışlarının düşüncə tərzlərini aydınlaşdırmaqla müəllimlər şagirdlərin əvvəlki təcrübələrinin onların cari fəaliyyətlərinə təsirini müəyyənləşdirə bilər və şagirdlərin yeni təcrübələr vasitəsilə təhsillərini inkişaf etdirməsinə köməklik edə bilər. Kompyuterlərdən həmçinin fəal xarakterli işlərdə; • məlumatların və resursların toplanılması; • həmkarlarla söhbət; • çətin məsələnin həlli və ya mühakimə yürütmə; prosesində istifadə oluna bilər. – 58 –

Müasir kabel televiziyalarının inkişaf istiqamətləri: Analoq yayımdan OTT TV texnologiyasına doğru

Televiziyanın həyatımıza təsiri danılmaz bir faktdır və müasir dövrümüzdə hər bir şəxs bu və ya digər dərəcədə televiziya izləyicisidir.

Trend-i buradan izləyin

Televiziyanın həyatımıza təsiri danılmaz bir faktdır və müasir dövrümüzdə hər bir şəxs bu və ya digər dərəcədə televiziya izləyicisidir. Əksər hallarda biz, izləyici olaraq televiziya verlişlərini internet, smartfon qurğular və ya ənənəvi televizor üzərindən izləyirik və bu seyr sadəcə proqramların izlənməsi ilə yekunlaşır. Amma çox az sayda izləyici televiziya proqramlarını seyr edərkən bunun hansı texnologiya üzərindən həyata keçirildiyini, telesiqnalın hansı sistem əsasında necə və harada yarandığını fikriləşir. Bu prosesi təmin edən texnologiyalar isə müxtəlifdir və günümüzdə televiziya yayımı tipinin analoq və rəqəmsal tip üzrə bölgüsü artıq köhnəlmiş bir metoddur.

Qeyd etmək lazımdır ki, rəqəmsal texnologiyaların inkişafı ilk növbədə televiziya şəbəkəsinin infrastrukturundan asılıdır. Belə ki, abunəçinin TV xidmətə qoşulması bu və ya digər formada hər hansı bir texnologiyadan istifadəni şərtləndirir. Bu mənada analoq və rəqəmsal yayım DVB-T/T2 texnologiyası üzrə televiziya antennasının, rəqəmsal-peyk yayım isə DVB-S/S2 texnologiyası üzrə televiziya çanaq antennasının quraşdırılmasını tələb edir. Məlumat üçün bildirək ki, qeyd olunan texnoloji sistemlərdən DVB-T (Digital Video Broadcasting – Terrestrial) DVB standartlar sisteminə daxil ola yerüstü -efir yayımı üzrə Avropa standartıdır. DVB-S/S2 isə öz növbəsində müvafiq olaraq “birinci və ikinci nəsil” rəqəmsal peyk yayımı standartlarıdır. Peykdən mobil telefona video siqnalın ötürülməsinə isə digər bir texnologiya olan DVB-H texnologiyası imkan verir. (Bu texnologiya Azərbaycanda tətbiq olunmur)

Kabel yayımı üzrə texnologiyalardan danışan zaman onu qeyd etmək yerinə düşər ki, bütün bu texnoloji sistemlər bir-birilərindən müəyyən xüsuysiyyətlərinə görə fərqlənirlər. Belə ki, analoq və rəqəmsal kabel TV yayımı (DVB-C) abunəçinin evinə koaksial kabelin çəkilməsini tələb edir. Müasir dünyada geniş yayılmış və ölkəmizdə də artıq aktul olan İPTV texnologiyası isə (Internet Protocol Television) İP protokolu üzrə şəbəkədə məlumatların ötürülməsini əks etdirən rəqəmsal televiziyadır ki, bu da abunəçinin Ethernet texnologiyası üzrə sistemə qoşulmasını nəzərdə tutur. Nəhayət tamamilə yeni olan OTT (Over the Top) texnologiyası da vardır ki, bu internet üzərindən video xidmətin göstərilməsini nəzərdə tutur. OTT abunəçinin istifadə etdiyi platformaya – kompyuter, mobil telefon, planşet və s. internet şəbəkəsi üzərindən video siqnalın verilməsini nəzərədə tutur. Bu sistemdə həmçinin Wi-Fi, 3G, LTE şəbəkəsinin də istifadə olunması mümkündür.

Texnologiyaların müsbət və mənfi cəhətləri

Dünya miqyasında artıq analoq yayımın öz aktuallığını itirməsi və əksər dövlətlərdə yayımlanmaması səbəsindən bu sistem ödənişli televiziya xidməti kontekstində demək olar ki, nəzərdən keçirilmir. Dünyanın demək olar ki, əksər dövlətlərində analoq yayım rəqəmsal efir yayımı ilə əvəz edilir. Məhz bu proses Azərbaycanda da müvafiq Dövlət Proqramına uyğun icra edilir. Rəqəmsal yayıma keçid prosesi hazırki durumda biznes imkanları nəzərdə tutmur. Qeyd edək ki, burada məqsəd olaraq daha çox sosial olmaqla bütün ölkə ərazisində yüksək keyfiyyətli yayımın təmin edilməsi hədəf olaraq qarşıya qoyulur.

Analoq və rəqəmsal yayım, İPTV, OTT texnologiyasından danışan zaman bu texnologiyaların müqayisəli təhlili də maraq doğurur. Belə ki, ümumilikdə haqqında bəhs edilən bütün bu sistemlərin üstün və zəif cəhətləri vardır. Belə ki, analoq yayım əhatə dairəsinin genişləndirilməsi, xərclərin azlığı və abunəçilər üçün əlavə qurğulara ehtiyyacın olmaması kimi müsbət cəhətlərə malik olsa da bir sıra çatışmazlıqlara da sahibdir. İlk növbədə burada icazəsiz kabel şəbəkəsi sisteminə qoşulma imkanı, əlavə xidmətlərin və kanallar paketinin olmaması bu texnologiyanın ən zəif cəhətləridir.

Rəqəmsal-peyk yayım tipi olan DVB-S/S2 texnologiyasının stabil çalışması isə daha çox iqlim şəraitindən və siqnalın keyfiyyətindən asılıdır. Digər çatışmazlıqlar sırasında abunəçilərin qoşulması zamanı yüksək xərclər, binaların fasadında çanaq antenlərinin qurulmasına tələb oluna icazə və əlavə xidmətlərin çox az sayda olmasını göstərmək olar. Lakin qeyd etmək lazmıdır ki, bu texnologiyada kanalların paket şəklində təqdimi və videonun yüksək keyfiyyəti vardır ki, bu da üstün cəhətlər hesab olunur.

DVB-C rəqəmsal kabel televiziyası və IP-televiziya da müqayisəli təhlil aparan zaman bir sıra çatışmazlıqları biruzə verir. Birincisi, burada şəbəkənin təşkili, onun rəqəmsallaşdırılması, modernizasiyası və video tarfikin itkisiz olması üçün İP tənzimləmələrə ehtyyac yaranır ki, bu da əlavə xərclər deməkdir. İkincisi isə DVB-C, və IP-televiziya üçün abunəçilərin ünvanında tələb olunan rəqəmsal aparatın abunəçi tərəfindən əldə edilməsi ehtiyyacı vardır. Lakin bütün bu DVB-C texnologiyasının çatışmazlığı fonunda İPTV texnologiyası daha çox üstünlüyə malikdir, belə ki, məhz İPTV çoxsaylı əlavə xidmətləri abunəçilərə təqdim edə bilir.

OTT texnologiyasına gəldikdə isə bildirmək lazımdır ki, bu texnologiyanın fərqli xüsusiyyəti ilk növbədə dünyada internetin olduğu istənilən nöqtədə TV xidmətin göstərilməsinin mümkünlüyüdür. Həmçinin OTT texnologiyası bir çox əlavə xidmətlərdən istifadə etmək imkanı yaradır ki, bu xidmətləri Smart TV platforması, planşet, mobil qurğular, personal kompyuter və s. üzərindən əldə etmək mümkün olur. Bu texnologiyanın çatışmazlığı isə ondan ibarətdir ki, operatorun şəbəkəsinin yüklənməsi abunəçilərin sayına proporsionaldır.

Yuxarıda qeyd olunan bütün rəqəmsal texnologiyalarda telesiqnalın verilməsində ümumi xüsusiyyət isə kanalların müxtəlif paketlərdə birləşdirilməsi imkanının mümkünlüyüdür.

Mümkün olan müxtəlif texnologiyalar

Kabel televiziyasının inkişaf tarixi də texnoloji inkişaf fonunda maraq doğurur. Belə ki, əgər bu inkişaf tarixinə baxsaq görərik ki, şirkətlər əvvəlcə sırf olaraq televiziya xidmətinin təqdimi məqsədilə bazara daxil olmuşdular. Daha sonra operatorlar efir televiziyasını 50-60 kanalın müəyyən aylıq abunə haqqı qarşılığında təqdim edilməsilə əvəz etdilər. Bazarda rəqiblərin sayının çoxalması ilə isə operatorların qarşısında seçim yarandı. Operatorlar ya mövcud abunəçi bazasında alternativ mənbə tapmalı ya da rəqiblərə özlərinin bazardakı paylarını güzəştə getməli idilər. Bu şəraitdən ən optimal çıxış və eyni zamanda qazancın səviyyəsinin artırılması yolu kanalların paketləşdirilməsi – yəni müxtəlif tematikalı kanalların paketlərdə müəyyən abunə haqqı qarşılığında təqdim olunması oldu. Bu isə şəbəkənin rəqəmsallaşdırılması və DVB-C texnologiyanın istifadəsini tələb etdi. Hazırda isə abunəçinin mənzilinə çıxışa sahib olmaqla kabel televiziya operatorları digər rabitə operatorlarının bazarına daxil olmaqla internet və digər əlavə xidmətlər göstərmək istəyirlər ki, bu da bazarda rəqabəti daha da gücləndirir.

Kabel televiziyalarının texnoloji cəhətdə inkişafından danışan zaman nəzərə almaq lazımdır ki, müasir dövrümüzdə hər hansı bir operatorun bu və ya digər texnologiyadan istifadə etməsi ilk öncə şirkətin infrastrukturunun inkişaf səviyyəsindən asılıdır. Belə ki, bu gün abunəçilərə televiziya xidmətinin verilməsi rəqabət apara bilən hər bir operator üçün de fakto vacibdir, lakin operatorlar bunu öz texniki imkanları çərçivəsində və ən əsası isə özünəməxsus üsullarla reallaşdırırlar. Məsələn, əgər əvvəlki dövrlərdə ənənəvi rabitə operatorları əhaliyə telefon vasitəsilə internet xidməti (ADSL) təqdim edirdilərsə, daha sonra bu genişzolaqlı şəbəkə (Fiber Optic) ilə əvəz olundu. Bu da öz növbəsində operatorlar üçün əlavə imkanlar yaratdı. Bir müddətdən sonra isə texnologiya bazarında rəqabət operatorları vadar etdi ki, mövcud İP şəbəkəsi və ADSL seqmenti ilə birgə video xidmətlərin göstərilməsinə start versinlər. Qeyd edək ki, bu tip operatorlarda video xidmətin əsasında İPTV texnologiyası dayanır. İndi isə bazarda fəaliyyət göstərən alternativ operatorlardan olan təzyiqlərin fonunda şirkətlət ADSL texnologiyasından da yeni, daha güclü və məlumatın ötürülmə sürəti daha yüksək olan MetroEthernet, PON, FTTH texnologiyasına keçirlər ki, bununla da IPTV texnologiyası daha da inkişaf edir.

Texnologiyalardan bəhs edən zaman həmçinin mobil operatorların imkanları və onların bazara olan maraqlarını da nəzərə almaq lazımdır. Məsələn, elə ölkəmizdə fəaliyyət göstərən rabitə operatorlarının imkanları bir müddətdən sonra maksimum həddə çatacaq və artıq abunəçi sayının artımı mümkün olmayacaq. Burada bir məsələni vurğulamaq lazımdır ki, son illər ərzində onların yatırdığı investisiya birbaşa olara genişzolaqlı şəbəkənin inkişafı, 3G texnologiyası, indiki şəraitdə isə LTE texnologiyasına istiqamətlənir. Bu da şirkətlərə imkan verir ki, öz şəbəkələri vasitəsilə müxtəlif texnoloji platformalardan (mobil telefon, planşet, personal kompyuter və s.) internetə daxil olan abunəçilərin sayını daha da artırsınlar. Burada növbəti addım isə əlavə xidmətlərin göstərilməsi olacaq. Mobil operatorlar tərəfindən davamlı olaraq yüksək sürətin verilməsində nasazlıqlar və şəbəkədə yaranan problemləri nəzərə alsaq, hazırda dünyada yeni texnologiya olan OTT operatorlar üçün maraq yaradır. Fikrimcə, bir müddətdən sonra ölkəmizdə mobil rabitə operatorları üçün də OTT texnologiyasının prioritetliyi ön plana keçəcək.

Bazarda rəqabət və interaktiv televiziyaya keçid

Ölkəmizdə telekommunikasiya bazarının inkişafına nəzər salsaq və inkişaf modelini müəyyənləşdirməyə çalışsaq görərik ki, burada Qərb modeli aydın şəkildə özünü göstərir. Texnoloji anlamda bu o deməkdir ki, böyük şirkət bir neçə texnoloji platformaya malik biznes struktura çevrilir. Məhz belə bir şəraitdə bu cür telekommunikasiya qurumu ən müxtəlif xidmətlər təqdim edə bilir. Burada stasionar telefon, mobil rabitə, genişzolaqlı internet, kabel televiziyası və s. xidmətlərin göstərilməsinin mümkünlüyü imkanı yaranır. Bu tip böyük şirkətlər üçün əlavə xidmətlər olan video xidmət, daha maraqlı kontent, abunəçilərə müxtəlif interaktiv interfeys və əyləncə imkanlarının təqdimi daha cəlbedici olur. Eyni zamanda şirkətlər təqdim etdikləri xidmət və kontentin bütün mobil qurğularda keçərli olması, interfeysin asanlığı və istifadə rahatlığını nəzərə alırlar. Məhz bu imkanların texnoloji cəhətdən reallaşması üçün də hibrid texnologiyalardan istifadə edilir. Belə ki, hibrid texnologiyalar operatorların mövcud texnoloji çatışmazlığını müvafiq şəkildə kompensasiya edir. Belə olan halda bütün xidmətlərin vahid şəkildə təqdimi DVB-C/IP hibrid rəqəmsal qəbuledicinin, SmartTV və hətta IPTV qurğusunun təqdimi ilə mümkün ola bilər. Bu sistemdə kanalların yayımı ya DVB-C yaxud IPTV texnologiyası üzərindən mümkün olur, digər videoxidmətlər isə OTT texnologiyası vasitəsilə təqdim olunur. Növbəti variant isə bütün mümkün xidmət növlətinin OTT texnologiyası üzərindən verilməsidir ki, burada da abunəçi tərəfindən Smart box, personal kompyuter, planşet, mobil qurğular istifadə olunur.

Bildirmək lazımdır ki, hazırda dünya bazarında klassik televiziyanı OTT texnologiyası əvəz etmək üzrədi. Bu açıq internet televiziya xidmətidir ki, tələbata uyğun olaraq keyfiyyətli və əlavə imkanların olduğu video xidməti təqdim edir. Müasir dövrümüzdə artıq bir çox televiziyalar internet üzərindən yayımlanır. Texnoloji inkişaf artıq o səviyyəyə çatır ki, genişzolaqlı internet (Fiber Optic) xidmətinin daha da dərin nüfuzetməsi və bu xidmətə qoşulan insanların sayının artması ilə internet televiziya ilk öncə video xidmət sonra isə yayım xidmətlərinə görə adi televiziya xidməti ilə rəqabət aparmaq və hətta onu üstələmək imkanlarına sahib olur. Belə olan şəraitdə müasir və müxtəlif xidmətləri bir platformada təqdim edən universal bir texnologiyanın inkişafı Azərbaycanda da həm günün tələbi, həm də abunəçilərin seçiminə çevrilir.

Fuad Allahverdiyev

  • kabel televiziyaları
  • OTT TV texnologiyası
  • Fuad Allahverdiyev

Müasir tlim texnologiyası

Şəhid atası Hacı Əhməd:: “Həqiqətən də bu uşaqlar qəhrəmanlıq göstəriblər,tərifə layiqdirlər, amma bizə də o qədər qəmlər qaldı”-Sumqayıtda şəhidlərin doğum günü qeyd olundu-Video+FOTOLAR

Sumqayıtda zəlzələ qurbanı olmuş tələbənin yas mərasimi olub

Əliyev tərəfindən aparılan bütün islahatlar Azərbaycan dövlətinin milli maraqlarına xidmət edir-Kamilə Əliyeva

“Kitablarda Özünü Tap” layihəsi keçirilidi – FOTOLAR
Hikmət Hacıyev: “Qlobal Bakı Forumu son 10 ildə öz uğurunu sübut edib”

Yeni Azərbaycanın yaradıcısı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir-Kamilə Əliyeva

“Zəng vurub yardım istədi” – Kərim Təranədən danışdı
AHİK Türkiyəyə konteyner evlər göndərib-VİDEO+FOTOLAR

İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak edib-Video+FOTOLAR

DTX-nin Gəncə şəhər idarəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Sumqayıtda “Gənclərin İnklüziv İnkişafına Dəstək” Təşəbbüs Qrupunun təqdimat mərasimi keçirildi
“Vətəni sevməyi SƏN-dən öyrəndik!” adlı kitabın təqdimatı keçirildi

“Müəllim vəzifəsi ona görə şərəflidir ki, cəmiyyət üçün ən dəyərli,bilikli,zəkalı,tərbiyəli vətəndaşlar hazırlayır”.
Heydər Əliyev.

Nizami rayon 12 nömrəli tam orta məktəbin tarix
müəllimi Şövqiyyə Əsgər qızı Əliyeva

Təhsil hər bir şəxsin,cəmiyyətin, xalqın və dövlətin həyatında inkişaf və tərəqqinin mənbəyidir. Əlbəttə söhbət müasir tələblərə cavab verən yüksək keyfiyyətli təhsildən gedir.
Təhsil prosesinin həyata keçirildiyi məkan isə məktəbdir. Çünki millətin gələcəyi məktəbdə formalaşır. Valideynlər öz övladlarının savadlı böyüməsi, gələcəyinin parlaq olması üçün biz müəllimlərə etibar edirlər. Biz müəllimlər də şagirdlərin bilik səviyyəsini yüksəltmək üçün, təhsildə keyfiyyəti artırmaq üçün müasir tələbləər uyğun olaraq müasir təlim texnologiyalarından istifadə edərək nümunəvi dərs qurmalıyıq.
Mən də tarix fənninin tədrisində fəal təlim metoduna üstünlük verirəm. Fəal təlim metodu şagirdlərin təfəkkürünü inkişaf etdirir. Şagird kəşf olunanları özü üçün yenidən kəşf edir.
Tarix fənninin tədrisində müasir təlim texnologiyaları işərisində ən geniş istifadə etdiyim forma qruplarla işdir. Təcrübələrimə əsaslanaraq deyərdim ki, qruplar şəklində iş sinifdə bütün şagirdlərin fəal şəkildə öz bacarıqlarını səfərbərliyə almaq imkanı yaradır,şagirdin özünü inamlı aparmasına yardım edir. Şagirdlərdə kollektivçilik hisslərini inkişaf etdirir,ünsiyyət bacarıqlarının formalaşmasına imkan yaradır.
Tarix fənninin tədrisində bu bacarıqları inkişaf etdirməyi özümə borc bilirəm. Hər bir dərs mənim üçün seçdiyim və sevdiyim peşənin yollarında yeni bir kəşfə, yeni bir pilləyə çevrilir. Şagirdlərin dərs zamanı ünsiyyətinə,fikirləşərək yaradıcı olmalarına, öyrənməyi öyrənmələrinə şərait yaradıram.Mən həm də vətənpərvərlik idayası aşılayan zəngin dərs vəsaitlərindən, kinofilmlərdən, tarixi yerlərə ekskursiyalardan və s. bu kimi əyaniliklərdən istifadə edirəm.
Şagirdlərimin tarix fənninə marağına artırmaq məqsədi ilə müntəzəm şəkildə “Tarix gecələri” keçirirəm. Bütün tədbirlərimin ssenarisini özüm qururam və bundan zövq alıram.
Tarix fənninin digər fənnlərlə inteqrasiyasını yaratmaq məqsədi ilə “Fənnlərin dostluğu” bilik yarışması təşkil edirəm.
Tarix fənninin tədrisində müasir təlim texnologiyalarından olan “Rollu oyunlar” mövzunun daha yaxşı mənimsənilməsinə və uzun müddət yadda qalmasına səbəb olur. Məsələn dərs dediyim V siniflərin birində şəxsən hazırladığım rollu oyunu nəzərinizə çatdırmaq istəyirəm. Paylama vərəqində hər şagirdə deyəcəyi sözləri verdim və belə maraqlı, yaddaqalan oyun alındı.
“Baba və sevimli nəvələr”
Baba-Mənin əziz nəvələrim, tarixlərdən üzü bəri daşlar üstə həkk olunmuş abidələr çox olmuşdur. Bu tarixi abidələr hansılardır?Kim danışar?
Nəvə-Bu tarixi abidələr-Qobustandır.Min illərin yadigarı-Azıx adlı mağaradır.
Baba-Bəsdir əyləş,ardını bəs kim danışar?
Nəvə-Azərbaycan dediyimiz ana Vətən xalqımızın ta qədimdən məskənidir.
Torpağımın altı qızıl,üstü qızıl,bol bəhrəli sərvətlidir,
Bu diyarın övladları zəhmətsevər,qətiyyətli,qeyrətlidir.
İllər ötdü zaman-zaman,neçə-neçə mərd qəhrəman,
Vətən üçün öz canını verib qurban,
O qəhrəman oğullarla fəxr eyləyir bu gün,anam Azərbaycan.
Baba-Demək bizim vətənimiz qəhrəmanlar diyarıdır?
Nəvə-Çoxdur bizim qəhrəmanlar,igid,qorxmaz,mərd oğullar.
Biri-Məşhur Cavanşirdir-Alban sərkərdəsidir.
Biri-Babək,mərd igiddir,tarixi bir şəxsiyyətdir.
O birisi-Qızıl Arslan,Atabəylər dövründə ad qazanmış bir pəhləvan.
O birisi-Şah babamız Xətaidir, sözləri də,qılıncı da kəsərlidi.
Baba-Deyə bilərsənmi sən kimsən?
Nəvə-Mən kiməm?Əlbəttəki azərbaycanlıyam,damarlarımda türk qanı axır.Ürəyi kimi, qəlbi açıq xalqıq biz,özüdə nə desən var bizim vətəndə.Heç kimdən,heç nəyi əsirgəmirik,təkcə Vətən torpağından başqa.
Baba-Çox sağ olun mənim biləyən nəvələrim siz cavablarınızla vətənpərvər olduğunuzu sübut etdiniz.
Bu rollu oyun inandırım sizləri ki, uşaqlarda həm də vətənpərvərlik hissi də oyatdı.Şagirdlərim bir anlığa özlərini başqa aləmdə hiss etdilər. Hətta dərsdən sonra evə gedib bu gün öyrəndiklərini valideynləri ilə bölüşdülər. Həm də bilik səviyyələrini artırdılar,onlara tanış olmayan qəhrəmanları tanıdılar.
Tarix fənninin tədrisində müasir təlim üsullarından istifadə təhsildə keyfiyyəti hər zaman artırır. Şagirdlərin İKT-dən istifadə bacarığını dərinləşdirmək,sərbəst nitq söyləmək mədəniyyətini inkişaf etdirmək məqsədi ilə müəyyən mövzular haqqında təqdimatlar hazırlamaq tapşırıram. Şagirdlər təqdimatlar hazırlayarkən həm də onlarda olan fitri istedad da üzə çıxır. Məsələn ilk dərs günü VIII sinifdə dərs zamanı Respublikamız, işğal altında olan torpaqlarımız,ərazilərimiz haqqında söhbət apardım. Və şagirdlərə “Bu gün Azərbaycan dedikdə hansı əraziləri nəzərdə tutursunuz?”başlıqlı təqdimat hazırlamağı tapşırdım. İstedadlı şagirdlərimdən biri maraqlı təqdimat hazırladı. Müəllimlik fəaliyyətim dövründə birinci dəfə idi ki, belə dərin düşüncəli, istedadlı bir şagirdlə rastlaşdım. Onun təqdimatını sizin diqqətinizə çatdırmaq istəyirəm.
“Azərbaycan” deyəndə
Xəyalım gedib çıxır Dəmir Qapı- Dərbəndə,
Təbriz düşür yadıma “Azərbaycan” deyəndə,
İrəvan qalasını mən tuturam nəzərdə.
Borçalı yada düşür “Azərbaycan” deyəndə,
Ürəyim sızıldayır mən “Qarabağ” deyəndə,
Xoxalını anıram “Azərbaycan” deyəndə.
Bakımızın adını sevinirəm çəkəndə,
Qürur hissi duyuram “Azərbaycan”deyəndə.
Deməli müasir təlim texnologiyalarının tətbiqi keyfiyyətli təhsil verir.
Yaradıcı tətbiqetmə də fəal dərsin ən maraqlı, zehni inkişaf etdirən hissələrindən biridir. Bölmə üzrə mövzular bitəndə şagirdlərə krossvord tətbiq etməyi tapşırıram.
Əyləncəli krossvordların tərtibatı və həlli şagirdlərin diqqət və yaddaşlarını inkişaf etdirir və keçmiş biliklərinin səviyyəsini müəyyən etməsinə imkan yaradır.
Müasir təlim texnologiyalarının tətbiqi nəticəsində şagirdlər həm tədris,həm də sosial xarakterli problemlərin müstəqil həllinə cəlb olunur,müxtəlif informasiya mənbələrindən istifadə edir,sistematik olaraq müstəqil şəkildə bilik ehtiyatını artırırlar.
19 illik iş təcrübəmə əsaslanaraq onu da demək istəyirəm ki, tarix fənninin tədrisində mütləq əyani vəsait olmalıdır. Şagirdin dərsə diqqətlə yanaşması,öz fikrini,yəni dərsdə qazandığı biliklərin yaddaşa hopması, dərsi mükəmməl mənimsəməsi üçün əyani vəsaitlərin rolu böyükdür. Şagirdlər əyani vəsaitlərdən istifadə edərək keçmiş dərsi möhkəmlədir və yeni dərsə zəmin yaradır.
Hər hansı bir mövzu öyrədilərkən göz yaddaşı etmək daha keyfiyyətli təhsil verir. Belə ki, mövzuya uyğun resuslar-xəritələr,cədvəllər,illüstrasiyalar,dövrü əks etdirən nümunələr mütləq olmalıdır. Mən öz tarix kabinetimdə keçmişimizi əks etdirən əl dəyirmanı,yun darağı,cəhrə,hana,sandıq,mis qazanlar,saxsı qablar,bəşəriyyətin kəşfi olan təkər,nehrə və s.nümunələr qoymuşam. Şagirdlər dərs zamanı o nümunələri gözləri ilə görür və ömürlük beyinlərinə həkk edirlər.
Tarix fənninin tədrisində keyfiyyətli dərs əldə etmək üçün ekskursiyaların da çox böyük əhəmiyyəti var. May ayında Bədii sənət nümunələri ilə şagirdlərimi tanış etmək üçün böyük ipəkçilik mərkəzi olan Şəki şəhərinə ekskursiyaya yollandıq. Təkəlduzçuluq,muncuqlu tikmələr,şəbələli işləmələr və s.qeyri-maddi mədəniyyət nümunələrinin hazırlanması qaydası ilə şagirdlərim tanış oldu. İpəkçiliyin mərkəzi olan Şəkidə çox maraqlı bir fakt öyrəndilər ki,ipək saplarla hazırlanmış bədii tikmələrin qalıqlarını arxeoloqlar torpağın altından tapıblar,amma ipəklə işləmələr xarab olmayıb. Araşdırmadan sonra məlum olub ki, torpağın altında belə qurd qurdun məhsuluna dəymir. İnandırım sizi şagirdlərin gözləri yaşardı.Nə qədər tərbiyəvi bir faktla tanış oldular.
Hər zaman dərslərimi müasir tələblərə cavab verən fəal təlim əsasında qurmağı özümə borc bilirəm.
Tarix fənninin tədrisində keyfiyyəti artırmaq məqsədi ilə aşağıdakı təkliflərimi nəzərinizə çatdırıram. Diqqətinizə görə əvvəlcədən sizə minnətdaram.
Təkliflər
1.Sinifdə şagirdlərin sayı 10-15 nəfərdən artıq olmasın.
2.Sinif otaqları hər mövzuya uyğun resurslarla təchiz edilsin.
3.Tarix təliminin müasir həyatla əlaqəsi təmin edilsin.
4.Dərs yükünün kəmiyyəti azaldılıb,keyfiyyəti artırılsın.
5.Müvafiq dərslərin məkan amili nəzərə alınaraq vizual şəkildə tədris edilməsi nəzərdə tutulsun.
6.Şagirdlərdə məsuliyyət və özünəgüvən hissini formalaşdırmaq üçün müvafiq dərslərin tədrisi onların təklif və iradları əsasında qurulsun.
7.Şagirdlər arasında dərsə maraq və keyfiyyət meyarının artırılması zəminində standartlardan qaçılsın.
8.Dəstəkləyici və həvəsləndirici mühit yaradılsın.

Comments are closed, but trackbacks and pingbacks are open.