Press "Enter" to skip to content

Mühasibat maliyyə uçotunun metodoloji prinsipləri

– Bu məbləğlər, vergi və yığımlar şəklində ödənilir. Həmin pullar şəxsi vəsaitlər, eləcə də istiqraz mənbələrinin yardımı ilə formalaşır.

Mühasibat uçotunun predmeti və metodu barədə

– Bu vəsaitlər müəssisənin uzunmüddətli iqtisadi fəaliyyətində iştirak edir. Öz formasını qoruyub saxlayır və istehsal olunan məhsulun maya dəyərinə qismən (amortizasiya ödənişləri şəklində) daxil edilir.

Qeyri-maddi aktivlər

– Bunlara patentlər, müəssisənin sirləri, lisenziyalar, ticarət markaları və s. aiddir.

Dövriyyə vəsaitləri

– İstehsal prosesində elə də çox vaxt ərzində istifadə olunmur. (təxminən bir istehsal dövrü). Dövriyyə vəsaitlərinə xammal, materiallar, alınmış yarımfabrikatlar, elektrik enerjisi, yanacaq, qablaşdırma qutuları aiddir.

Pul vəsaitləri

– Bunlar müəssisənin kassasında, cari hesabda və xüsusi bank hesablarında olan pullardır.

Ödəniş vəsaitləri

– Bu debitor borclarıdır.

Mücərrəd vəsaitlər

– Bu məbləğlər, vergi və yığımlar şəklində ödənilir. Həmin pullar şəxsi vəsaitlər, eləcə də istiqraz mənbələrinin yardımı ilə formalaşır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat uçotunun metodu
  • hesablar;
  • ikili qeydiyyat;
  • sənədlər;
  • inventarlaşdırma;
  • qiymətləndirmə və kalkulyasiya;
  • mühasibat balansı;
Hesab

– Bu uçot alətidir. İqtisadi vəsaitlər və əməliyyatların qruplaşdırılması və kodlaşdırılması üçün bir vasitədir.

Hesabların korrespondensiyası

– Bu, hesabların qarşılıqlı əlaqəsidir.

İkili qeydiyyat

– Bu, iqtisadi əməliyyatların bir hesabda debetə, digər hesabda isə kreditə görə qeydə alınmasıdır.

Sənədlər

– Bu, uçot sənədlərində müəssisənin iqtisadi fəaliyyətinin tam və fasiləsiz şəkildə əks olunmasıdır.

İnventarlaşdırma

– Bu müəyyən bir tarixdə mal-maddi dəyərlərin, pul vəsaitlərinin və maliyyə öhdəliklərinin faktiki mövcudluğunun yoxlanılmasıdır.

Qiymət

– Dəyərin pul ölçüsündə qiymətləndirilməsi.

Kalkulyasiya

– Bu, məhsul istehsalına çəkilən xərcin müəyyən edilməsidir. Buna məhsula çəkilən xərclər daxil edilir.

Mühasibat balansı

– Bu, iqtisadi vəsaitlərin ümumiləşdirilməsi, müəyyən tarix üçün onun mənbələrinin qruplaşdırılmasından ötrü olan bir üsuldur. Sol hissə – balansın aktivi, sağ tərəf isə balansın passividir. Mühasibat balansının aktiv və passivlərinin yekunu bir-birinə müvafiq gəlməlidir.

Mühasibat maliyyə uçotunun metodoloji prinsipləri

Mühasibat uçotunun əsasları

Bölüm Məzmun Əsas Mühasibat uçotunun anlayışı

Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir. Mühasibat uçotunun məcburiliyi Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vergilər nazirliyinə tələb olunan bəyannamələr təqdim etməlidirlər. Bu hesabatların hazırlanması mühasibat uçotunun aparılmasını tələb edir.
Mühasibat uçotunun məlumatları sahibkarların beynəlxalq dilidir. Təqdim edilən hesabatlar müəssisə barədə bütün vacib məlumatları verir.
Müəssisədə mühasib nəzarət, maliyyə, təhlil və proqnozlaşma funksiyalarını yerinə yetirir.

  • İnformasiya (məlumatvermə) funksiyası
  • Əmlakın qorunub saxlanması
  • Analitik
  • Nəzarət

  • maliyyə, bank, vergi orqanları, investorlar, mal satanlar, mal alanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesabatlarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırmaq;
  • əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara Müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək;
  • maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək.

  • mühasibat uçotunun fasiləsizliyi – müəssisə yarandığı gündən ləğv edildiyi günədək bütün fəaliyyəti dövründə mühasibat uçotunun fasiləsiz həyata keçirilməsi, ləğvetmə zamanı Mühasibat uçotunun xüsusi qaydasının tətbiq olunması;
  • mühasibat uçotu hesablarının tətbiqi – müəssisə əmlakının, öhdəliyinin hərəkəti üzrə bütün təsərrüfat əməliyyatlarını, gəlir və xərc, mənfəət, zərər və bu kimi bütün başqa göstəricilərini yarandığı vaxtda da mühasibat hesablarında ikili yazılış üsulu ilə heç bir istisnaya yol vermədən düzgün əks etdirilməsi;
  • təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun mənaca onun qalan bütün əlamətlərindən üstünlüyünün təminatı – müəssisənin ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edilməsi və onların uçot siyasətində kommersiya sirri kimi qorunub saxlanması;
  • təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı – müəssisənin maliyyə nəticələrini formalaşdıran zaman potensial zərərin, yaxud öhdəliyin son dərəcə mənfəətə və ya aktivə çevrilərək uçot və hesabatda əksini tapması üçün böyük hazırlıq işinin—ehtiyatlılığın təmin edilməsi;
  • qiymətləndirmənin təminatı – müəssisənin bütün dövriyyə və dövriyyədənkənar aktivlərinin, öhdəliklərinin və digər sərvətlərinin ilkin və bərpa dəyəri ilə qiymətləndirilərək bazar qiymətlərinə uyğunlaşdırılması.

  • Mühasibat balansı;
  • Mənfəət və zərər haqqında hesabat;
  • Kapitalda dəyişikliklər haqqında hesabat;
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
  • Uçot siyasəti və izahlı qeydlər.

Mühasibat uçotu

Uçotun təşkili

Mühasibat uçotunun əsasları (prinsipləri)

“Əsas” ( prinsip), bir qayda olaraq, həmişə qəbul olunan aksiom kimi başa düşülür. Bu baxımdan, mühasibat uçotunda əsaslar, qəbul olunmuş təlimatlar və ya metodlar deməkdir. Yuxarıda qeyd olunduğu kimi, müəssisənin maliyyə hesabatları səhmdarlar, banklar, investorlar, kreditorlar kimi müxtəlif tərəfləri maraqlandırır. Əgər maliyyə hesabatlarının hazırlanması prosesində müxtəlif müəssisələr ümumi prinsiplər toplusuna əməl etməzsə, maliyyə hesabatlarının təhlil edilməsi, onlar əsasında müəyyən yekun rəylərin verilməsi olduqca çətinləşər. Bu çətinliklərin həll olunması üçün maliyyə hesabatlarının hazırlanmasında əməl edilməli olan müəyyən standart əsaslar və ya prinsiplər təqdim olunmuşdur. Biz, mühasibat uçotu terminologiyasında “əsaslar” əvəzinə, “Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS)”, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS)” və “Ümumi Qəbul Olunmuş Mühasibat Uçotu Prinsipləri (ÜQMUP)” anlayışlarından istifadə edirik.

Bunu paylaş:

  • Twitter-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)
  • Facebook-da paylaşmaq üçün tıkla (Yeni pəncərədə açılır)
  • Daha çox
  • LinkedIn-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)
  • Click to share on WhatsApp (Yeni pəncərədə açılır)
  • Pinterest-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)
  • Click to share on Skype (Yeni pəncərədə açılır)

Comments are closed, but trackbacks and pingbacks are open.