Vaqif Quliyev
dır. Bu da həmin mühasiblərdə yeni mühasibat sisteminin daha çətinliyi və
Mühasiblər üçün ödənişsiz seminar!
24 dekabr 2017-ci il tarixində saat 10:00-da Milli Mühasiblər Forumunun bir qrup spikerləri olan tanınmış mühasib və audit sahəsinin mütəxəssisləri Mehdi Babayev, Radil Fətullayev, Kəmaləddin Quliyev və Emin Səttarov Forum qabağı seminar keçirəcəklər.
Seminarın əsas mövzuları aşağıdakılardlr:
– Sadələşdirilmiş vergi bəyannaməsinin və mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin və “verginin hesablanması” bölməsinin mühasibat uçotu məlumatları əsasında düzgün doldurulması qaydası.
– Elektron qaimə fakturaların tətbiqi ilə əlaqədar yeniliklər, elektron qaimə fakturaların praktiki tərtibatı, təqdim edilməsi, elektron imzalama və digər tətbiqlərin müsbət tərəfləri və yarana biləcək cətinliklərin aradan qaldırılması yolları.
– Vergi orqanı tərəfindən göndərilən uyğunsuzluq məktublarının (kameralların) kompleks cavablandırılması yolları.
– Kredit almaq məqsədilə müəssisənin maliyyə təhlilinin aparılması.
– Digər daha maraqlı və mühasibatlığa dair praktik aktulal məsələlər barədə peşəkar izahların verilməsi.
– İştirakçılar tərəfindən verilən sualların cavablandırılması.
Tədbirin Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK-nın) Akt zalında baş tutması planlaşdırılır.
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küç, 57, 3-cü mərtəbə (Azərneftkimyamaşın binası, Kral şadlıq sarayı ilə üzbəüz).
Qeydiyyat üçün office.iroib@gmail.com e-poçt ünvanına soyad, ad, ata adı, iş yeri, vəzifə, e-mail və telefon nömrənizi göndərməyiniz xahiş olunur.
Əlavə məlumat üçün əlaqə telefonu:
(012) 480 28 45
(070) 511 77 31
(055) 333 76 90
Əlaqələndirici şəxs: Nəzir Xalid
Vaqif Quliyev
lərin praktikada da tətbiq edilməsinə kömək məqsədi ilə yazılmışdır.
Fikrimizcə, müasir dövrdə Azərbaycanda mühasibatlığın öyrədilməsi 3
istiqamətdə həyata keçirilir:
II. Mühasibatlıq sahəsində mövcud olan beynəlxalq sertifikasiya
imtahanlarına hazırlığın aparılması;
III. Beynəlxalq mühasibat uçotunun yerli qanunvericiliyə uyğun tətbiqi
üzrə tədrisin həyata keçirilməsi.
Ənənəvi mühasibat uçotunun tətbiqinin başlıca səbəbi müəssisələrdə
hələ də sovet mühasibat uçotunu tətbiq edən çoxsaylı mühasiblərin olması-
dır. Bu da həmin mühasiblərdə yeni mühasibat sisteminin daha çətinliyi və
onun Azərbaycanda tətbiqinin mümkünsüzlüyü kimi yanlış fikrin formalaş-
ması ilə bağlıdır. Əslində bu bəzi insanların fitrətindəki yeniliyə keçmək
qorxusundan irəli gəlir. Yaxşı olardı ki, onlar yeni mühasibat sistemini
öyrənməyə cəhd etsinlər və sonda görərlər ki, beynəlxalq mühasibatlıq sovet
uçotuna nisbətən dəfələrlə asan və tətbiqi sadədir.
Mühasibatlıq sahəsində mövcud olan beynəlxalq sertifikasiya imtahan-
larına hazırlıq üzrə tədrisə meyliliyin səbəbi xarici şirkətlərin və son zaman-
larda yerli şirkətlərdə də geniş vüsət alan mühasib vəzifəsi üzrə vakansiya
elanı zamanı qoyulmuş tələblərdən irəli gəlir. Bu gün kifayət qədər çoxsaylı
tələbələr həmin imtahanları vermək üçün çoxlu pul xərcləyir. Çünki azərbay-
canlı tələbələrdə beynəlxalq sertifikata qarşı yüksək bir maraq vardır. Hətta
bu marağı dərk edən iş adamları ingilis və rus dillərini bilməyən tələbələrin
tələbatını ödəmək üçün həmin sertifikatların milli formalarını da qurmağa
məcbur oldular. Halbuki, sertifikasiya yönümlü imtahanların əksəriyyəti
praktikadan daha çox tələbələrdə məntiqi biliklərin formalaşmasına istiqa-
Beynəlxalq mühasibatlığın yerli qanunvericiliyə uyğun tətbiqi ilə bağlı
tədris isə hələ ki, Azərbaycanda çox az sayda qurumlar və şəxslər tərəfindən
həyata keçirilir. Fikrimizcə, bu cür qurumlardan biri də məhz İqtisadi Araş-
dırmalar və Tədris Mərkəzi (İATM) dir.
İATM tərəfindən sizə təqdim olunun bu kitab beynəlxalq mühasibatlı-
ğı öyrənən şəxslərin biliklərinin tətbiqi üçün vacibdir.
Kitab İATM-in nəşri olan “Beynəlxalq mühasibatlığa giriş” kitabı əsa-
Nəzərinizə çatdırmaq istərdik ki, kitab özündə nəzəriyyə və
praktikanın qarşılıqlı əlaqəsini birləşdirir. Bu baxımdan kitabdan düzgün
istifadə etdiyiniz təqdirdə sizdə müstəqil şəkildə maliyyə hesabatlarını hazır-
lamaq bacarığı formalaşacaqdır. Ona görə də nəşrdən səmərəli bir şəkildə
yararlanmaq üçün “kitabdan istifadə qaydaları”nı da diqqətlə oxumağınızı
Qeyd edək ki, kitabda verilmiş məsələlərdə tərtibat və texniki nöqteyi-
nəzərdən müəyyən qüsurlar da ola bilər. Ona görə də hər zaman oxucuların
irad və təkliflərini qəbul etməyə hazırıq. Sizin irad və təkliflərinizi inşaAllah
növbəti nəşrlərimizdə nəzərə almağa çalışacağıq.
012 480 28 45, Mob: (050) 531 03 81, (055) 203 07 85,
Mühasibatlığa dair məsələlər toplusu kitabının II nəşri artıq satışdadır!
İATM tərəfindən sizə təqdim olunun bu kitab beynəlxalq mühasibatlığı öyrənən şəxslərin biliklərinin tətbiqi üçün nəzərdə tutulmuşdur.
Kitab İATM-ın nəşri olan “Beynəlxalq mühasibatlığa giriş” kitabı əsasında hazırlanmışdır.
Yeni nəşr əvvəlkindən fərqli olaraq 304 səhifə və 18 fəsildən ibarətdir. Bu nəşrə əlavə olaraq büdcədən maliyyələşən təşkilatların mühasibatlığını əhatə edən nümunəvi həlli və cavabları ilə birlikdə 10-dan çox məsələ daxil edilmişdir.
Bundan başqa yeni nəşrə qarışıq mövzuları əhatə edən 10 dan çox məsələ, 20-yə yaxın mühasibatlığa dair yeni hesabat formaları və cədvəllər əlavə olunmuşdur. Məsələləri həll etmək istəyən şəxslər həmin formalardan lazım olanın surətini çıxarmaqla tapşırıqların həllində istifadə etməklə işlərini asanlaşdıra bilərlər.
Ümumiyyətlə, kitabdan düzgün istifadə etdiyiniz təqdirdə, sizdə müstəqil şəkildə maliyyə hesabatlarını hazırlamaq bacarığı formalaşa bilər.
Yeni nəşrin mündəricatı aşağıdakı fəsillərdən ibarətdir:
Fəsil 1. Mühasibat bərabərliyində əməliyyatların qeydiyyatı
Fəsil 2. Əməliyyatların jurnalda və T-hesablarda əks etdirilməsi
Fəsil 3. Sınaq balansdan maliyyə hesabatlarına keçid
Fəsil 4. Düzəliş qeydləri və köməkçi hesabların bağlanması
Fəsil 5. Uzunmüddətli maddi aktivlər (əsas vəsaitlər)
Fəsil 6. Qeyri-maddi aktivlər
Fəsil 7. Ticarət əməliyyatları və ticarət ehtiyatları (mallar)
Fəsil 8. Ticarət ehtiyatlarının maya dəyərinin hesablanması metodları
Fəsil 9. Debitor borcları, ümidsiz borclar və sair debitor xarakterli aktivlər
Fəsil 10. Valyuta məzənnələri
Fəsil 11. Qiymətləndirilmiş öhdəliklər
Fəsil 12. Kreditor borcları, avans ödənişləri və sair kreditor xarakterli öhdəliklər
Fəsil 13. Vergilər
Fəsil 14. Əmək haqqı və işçilərlə bağlı sair ödənişlər
Fəsil 15. İstehsal əməliyyatları və istehsalat məsrəfləri
Fəsil 16. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
Fəsil 17. Büdcə təşkilatlarında əməliyyatların qeydiyyatı və maliyyə hersabatı formalarının hazırlanması
Fəsil 18. Qarışıq məsələlər
Mühasibatlığa dair yeni formalar
Kommersiya təşkilatları üçün yeni hesablar planı
Kitabda kommersiya təşkilatlarına aid verilmiş məsələlərdəki şərti şirkət adları Mendeleyev cədvə-linin elementlərindən istifadə olunmaqla göstərilmişdir. Büdcə təşkilatlarına aid məslələr işğal olunmuş Azərbaycan torpaqları ilə adlandırılmışdır. Fikrimizcə, bu yanaşma sizə məsələləri rahat şəkildə tapmaqda köməklik göstərəcəkdir.
Kitabda hər bir mövzu üzrə məsələnin 1 və ya 2 nümunəvi həlli verilmişdir. Nümunəvi çalışmaları öyrənməklə siz növbəti məsələləri həll etmək bacarığına yiyələnəcəksiniz.
Yeni nəşr beynəlxalq səviyyədə tanınan ACCA, CIMA və CIPFA kimi təşkilatların sertifikatlarını əldə etmək üçün vacib biliklərin əldə edilməsində, xüsusilə də mühasibatlıq sahəsində yerli sertifikatların əldə olunmasında yaxşı vasitə hesab oluna bilər.
Kitab 2017-cı ildə «Nurlar» Nəşriyyat Poliqrafiya Mərkəzində çap olunmuşdur. 304 səhifədir. Müəlliflər: Radil Fətullayev, İbad İbadov və Fərid Abbaslı.
Kitab barədə əlavə məlumat almaq üçün İATM-ın rəsmi internet səhifəsindəki linkə: http://iatm.az/az/pages/muhasibatliga_dair_meseleler_toplusu/ və aşağıda sıralanmış telefon nömrələrinə müraciət edə bilərsiniz.
Telefonlar: (012) 480 28 45; (055) 333 76 90; (070) 511 77 31; (050) 605 37 01
Comments are closed, but trackbacks and pingbacks are open.