Press "Enter" to skip to content

MÜHƏNDİS QRAFİKASI KAFEDRASI

Təyinatla gənc mütəxəssis kimi Azərbaycan Texniki Universitetinin Mühəndis qrafikası kafedrasında saxlanıb və həmin kafedrada müxtəlif vəzifələr tutub.

AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

Əhməd Süleyman oğlu İmanov 1965-ci ildə
qədim Borçalı mahalında anadan olub.

1983-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU-nun) Maşınqayırma fakültəsinə iki imtahanla (eksprement yolu ilə) əla qiymətlərlə daxil olub. 1990-cu ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirərək “Mühəndis mexanik” ixtisasına yiyələnib.

Təyinatla gənc mütəxəssis kimi Azərbaycan Texniki Universitetinin Mühəndis qrafikası kafedrasında saxlanıb və həmin kafedrada müxtəlif vəzifələr tutub.

Eyni vaxtda o, 1992-ci ildən Azərbaycan Texniki Universitetinin “İstilik texnikası və istilik qurğuları” kafedrasının dissertantı olub və 1998-ci ildə “Geniş hal parametrləri intervalında perftorkarbomların istilikkeçirməsi” mövzusunda dissertasiya müdafiə edərək, texniki elmlər namizədi (fəlsəfə doktoru) alimlik dərəcəsi alıb.

2016-cı ildən “Mühəndis qrafikası” kafedranın müdiri vəzifəsində çalışır. 8 kitabın müəllifidir: 1) “Maşın qrafikasının proqram təminatı. AutoCAD 2000” (2000, 180 səh.); 2) “Tərsimi həndəsə məsələləri” (2000, 72 səh.); 3) “Tərsimi həndəsədən iş dəftəri” (2002, 34 səh.); 4) “Maşın qrafikası. AutoCAD 2002” (2004, 302 səh.); 5) “Mühəndis və maşın qrafikası” (2007, 400 səh.); 6) “Tərsimi həndəsə. Mühəndis və maşın qrafikası” (2009, 112 səh.); 7) “Mühəndis və kompüter qrafikası” (2010, 153 səh.); 8) “Kompüter qrafikası. AutoCAD 2013” (2013, 350 səh.).
İşlədiyi müddət ərzində 70-ə yaxın elmi əsəri yerli və xarici elmi jurnallarda çap olunub. Nəşr edilən elmi əsərləri əsasən “Kompüter qrafikası”, “İstilik texnikasının nəzəri əsasları”, “Tərsimi həndəsə”, “Aerodinamika” və s. elmi sahələrə həsr olunub. Bunlar elmi məqalələr, dərs vəsaiti, tədris proqramları və metodik gostərişlərdir.

Əhməd müəllim xarici ölkələrdə elmi məzuniyyətlərdə olub. O cümlədən, Türkiyədə Gebze Yüksek Teknoloji Enstitütünun CAD/CAM (Pro/Engeener proqramı) texnologiyaları üzrə sertifikatnı alıb. Elm və təhsildə müasir kompüter texnolojiyalarından geniş istifadə edir. Kafedrada onun rəhbərliyi altında dünyada geniş yayılmış müasir kompüter texnologiyalarından və tətbiqi qrafiki proqramlardan olan AutoCAD, 3DS MAX, İnventor, SolidWorks və s. kimi proqramların tədrisi təşkil olunub. Həmçinin o, “Tərsimi həndəsə və mühəndis qrafikası”, “Multimedia texnologiyaları”, “Kompüter qrafikası” və s. kimi fənləri tədris edir.

Dosent Əhməd İmanov Azərbaycan Texniki Universiteti Elmi Şurasının və
“Xüsusi Texnika və Texnologiya” fakultəsi Elmi Şurasının üzvudür.
Universitetdə həyata keçirilən bir neçə yerli və beynəlxalq layihələrin iştirakçısıdır.
Elmi və pedaqoji fəaliyyətini uğurla davam etdirir.

Biz də Azərbaycan Texniki Universitetinin “Mühəndis qrafikası” kafedrasının müdiri,
tanınmış alim, texnika elmləri namizədi, çox hörmətli dosent Əhməd İmanovu
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və
şərəfli elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Müşfiq BORÇALI,
ZiM.Az

MÜHƏNDİS QRAFİKASI KAFEDRASI

5
şəkildə öz fəaliyyətini bərpa edir və kafedraya rəhbərlik yenidən V.F.Puzırevskiyə
həvalə edilir. Kafedranın formalaşmasında və inkişafında bu şəxsin böyük zəhməti
və rolu olmuşdur. Məhz onun kafedraya rəhbərlik etdiyi dövrdə xüsusiləşdirilmiş
auditoriyalar və laboratoriyalar təşkil olunmuş, dərs prosesləri coxlu sayda əyani
və texniki vasitələrlə təchiz olunmuşdur. 1940-cı ildə Ə.Məmmədov,
V.F.Puzırevski və K.Məmmədov tərəfindən azərbaycan dilində «Tərsimi həndəsə»
adlı ilk dərslik hazırlanııb nəşr olunmuşdur.
Professor V.F.Puzırevskinin rəhbərlik etdiyi dövrdə respublikada tanınmış
mühəndis və gənc mütəxəssislər, o cümlədən, Ə.Hacıyev, A.Vəliyev, M.Qluskin,
A.Buşnev, l.Buşneva, M.Əliyeva, O.Rəhimov, Z.Əhmədov, C.İsmayılov,
O.Qurbanov, R.Əyyubova, Ə.Mirzəbəyli, L.Mirantsev, V.Bernşteyn, B.Vetoxin
kafedrada fəaliyyətə başlamışlar.
1962-ci ildə həmin kafedranın əsasında iki müstəqil kafedra təşkil olunması
qərara alınır. O zamanlar institut M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya
İnstitutu (AzİNEFTEXİM) adlandırılırdı. Yeni və müstəqil «Tərsimi həndəsə»
kafedrasına rəhbərlik etmək professor V.F. Puzırevskiyə həvalə edilir. «Rəsmxət»
kafedrası isə dosent A.V. Dmitrevskinin rəhbərliyi altında fəaliyyətə başlayır. Bu
şəxsiyyətlərin hər biri öz işinin gözəl biliciləri olmaqla yanaşı yüksək səviyyəli
təşkilatçılıq bacarığına malik idilər. Onlar ətraflarına topladıqları gənc və bacarıqlı
mütəxəssislərin köməkliyi ilə kafedraların texniki bazasının yüksəldilməsinə,
keçirilən dərslərin maraqlı olmasına yönəldilməsi istiqamətində böyük işlər görə
bilmişdilər. Həmin illərdə «Rəsmxət» kafedrasına yeni müəllimlər cəlb edilir:
R.Rəfiyev, B.Quliyev, İ.Çernikova, A.Cavadov, S.Baxışev və C.Əliyev.
Bu illərdə ilk dəfə olaraq, təkcə Azərbaycanda deyil, keçmiş SSRİ
məkanında da «Tərsimi həndəsə və rəsmxət» fənlərinin tədrisində elektrik əsasında
işləyən cihazların, maketlərin və s. tədris vəsaitlərinin dərs prosesində tətbiqinə
başlanılmışdır.
1965-1971-ci illər ərzində «Rəsmxət» kafedrasına dosent K.M. Bağırzadə
rəhbərlik edir. Onun dövründə kafedraya böyük istehsalat təcrübəsi qazanmış,
aspiranturanı bitirərək namizədlik dissertasiyası müdafiə etmiş mütəxəssislər işə

İbrahim Həbibov

6
dəvət edilirlər. Bu sırada texnika elmlər namizədləri S.Süleymanov, A.Əsədov,
Y.Fərzanə, Q.Fukson, T.Dadaşeva, M.Məmmədova, Q.Qirimov, Z.Kərimov,
P.Məlikov, B.Qutman, eləcə də X.Babayeva, B.Sultanova, İ.Tsibulski, Z.Hacı-
məmmədova, K.Hüseynov, A.Hüseynov, M.İsmayılov, M.Balakişiyeva, M.Fətəli-
yeva, U.Datskovski, S.Məlikova, C.Camalov və X.Cavadovanı göstərmək olar.
971-ci ildən «Rəsmxət» kafedrasına professor Z.M. Əhmədov rəhbərlik
etmişdir. 1975-cı ildə yenidən bu iki kafedra «Mühəndis qrafikası» adı altında
birləşdirilir və ona rəhbərlik etmək professor Z.M. Əhmədova həvalə edilir. Bu
illərdən başlayaraq kafedrada yenidənqurma işləri aparılır. Belə ki, kafedranın
adının «Mühəndis qrafikası» qoyulması onun müasirləşdirilməsini və yeni statusa
uyğun gəlməsini tələb edir. Kafedrada küllü miqdarda təsərrüfat hesablı elmi işlər
yerinə yetirilir, tədris otaqlarındakı avadanlıqlar yeniləri ilə əvəz olunur, yeni dərs
vəsaitləri və metodiki göstərişlərin nəşri qaydaya salınır. Eyni zamanda kafedraya
yeni qüvvələr cəlb edilir: R.Səttərova, F.Səmədov, Ə.Babayev və N. Sadıqova.
1981-1986-cı illərdə kafedraya professor Ə.Həsənov rəhbərlik etmişdir. Bu
müddətdə kafedrada böyük və güclü müəllim potensialı formalaşmış və onların bir
qrupunun iştirakı ilə «Tərsimi həndəsə» kursu üzrə yeni dərsliyin nəşri üçün geniş
işlər aparılmışdır. İlk dəfə olaraq tədris proqramlarına qrafiki proqramlaşdırma ilə
bağlı mövzular daxil edilmişdir.
1986-1992-ci illərdə kafedraya rəhbərlik dosent S.Bünyadova həvalə edilir.
Bu dövrdən kafedrada tədris prosesində geniş şəkildə elektron hesablama maşınları
tətbiq olunmağa başlayır. Kafedra o vaxtlar üçün müasir olan DBK-3 tipli fərdi
kompüterlər ilə təchiz olunur.
1991-cı ildə institutun adı dəyişdirilir və o universitet statusu alaraq
Azərbaycan Sənaye Universiteti (AzSU)

adlandırılır. Dosent S.Bünyadovun rəh-
bərliyi ilə 1991-ci ildə maşın qrafikası üzrə I Respublika elmi-metodiki konfrans
keçirilir. Kafedraya yeni müəllimlər cəlb olunur. Onlardan S.Mustafayev, Z.Nur-
məmmədova, S.Tağıyev, V.Məmmədov və R.Ərəbovu misal göstərmək olar.
1992-ci ildə Respublika Nazirlər Kabinetinin qərarı ilə AzSU-nun adı
dəyişdirilərək Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) adlandırılır.

MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:

80

illik şərəfli yolun tarixi

7
1992-1994-cü illərdə kafedraya professor S.İ.Bəxtiyarov rəhbərlik edir.
1995-ci ildən ADNA-nın «Mühəndis qrafikası» kafedrasına t.e.d., professor
İ.Ə.Həbibov rəhbərlik edir. Bu müddətdə kafedranın tədris, metodiki, elmi-
tədqiqat və digər sahələrində ciddi yenidənqurma işləri aparılır. Tədris prosesində
kompüterləşmə işi, texniki və əyani vasitələrin tətbiqi xüsusi vüsət alır. Kafedranın
elmi fəaliyyət istiqaməti dəqiqləşdirilərək neft-mədən avadanlıqlarının layihələn-
dirilməsində kompüter qrafikasının tətbiqi ilə əlaqələndirilir. Bu sahədə alınmış
nəticələr mütəmadi olaraq elmi konfranslarda, mətbuatda, seminar və simpozium-
ların materiallarında dərc olunur. 1998-ci ildə professor İ.Ə.Həbibovun rəhbərliyi
altında azərbaycan dilində ilk dəfə olaraq «Kompüter qrafikası və onun mühəndis-
layihə işlərində tətbiqi» dərsliyi hazırlanıb nəşr olunur.
1999-cu ildə «Kompüter qrafikası və informatikanın neft maşınqayırmasında
tətbiqi» mövzusunda səyyar elmi-texniki konfrans keçirilmiş və kafedranın bu
sahədə apardığı işlərin tezisləri konfransın materiallarında dərc edilmişdir.
2000-ci ildə «Maşıınqayırma texnologiyası» kafedrası ilə birlikdə, ADNA-
nın 80 illik yubileyi ilə bağlı Suraxanı NQÇİ-də «Dəniz və quruda işləyən neft
avadanlıqlarının işinin effektivliyi və etibarlılığı» mövzusunda elmi praktiki
konfrans keçirilmişdir.
Son illərdə kafedrada çoxlu sayda dərslik, dərs vəsaiti və metodiki göstəriş-
lər hazırlanıb nəşr olunmuşdur. İxtisaslaşdırılmış dərs otaqları, o cümlədən, yerli
şəbəkə sistemi əsasında işləyən «Kompüter sinfi» yaradılmışdır.
2010-2011-ci illərdə professor İ.Ə.Həbibovun rəhbərliyi ilə ilk dəfə olaraq
ümumtəhsil məktəblərinin 8 və 9-cu sinifləri üçün «Rəsmxət» dərsliyi yazılmış və
küllü tirajla çap olunaraq tədris prosesində tətbiq edilmişdir.
Tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması kafedranın əsas fəaliyyət
istiqamətlərindən birinə çevrilmişdir. Kafedrada hazırlanan tələbə elmi işləri
diplomlarla qiymətləndirilir.
Son illərdə kafedrada aparılmış elmi işlərin yekunları yaxın və uzaq xarici
ölkələrin elmi jurnallarında, o cümlədən Çində, Rumıniyada, Rusiyada, Türkiyədə,

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT RƏSM QALEREYASI

Qrafika təsviri sənətin bir növüdür. Bura müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Yunanca “graphike” – rəsm, şəkil deməkdir.

XIX əsrdə qrafikanın əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdi. Sonradan bu sənət növü daha da təkmilləşib. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən əsas materialın ağ yerliyi qrafikanın əsas bədii vasitələrindən olub.

İşlənmə texnikasına görə qrafika sənəti iki hissəyə ayrılır – rəsm və çap qrafikası. Onlardan ən qədim və ənənəvi növü rəsmdir. Karandaşla işlənilən rəsm əsasən kağızda, bəzən isə parça üzərində çəkilir. Bu rəsmlər yalnız bir nüsxədə yaranır. Bəzi əsərlər rəng baxımından zəngin olduğuna görə, onların boyakarlıqla yaxınlığı var: bunlar sulu boyalarla çəkilən (akvarel, quaş, tempera) və yaxud pastel (rəngli karandaş) texnikasında çəkilmiş rəsmlərdir. Qrafika üsulu ilə əsərlər, portret, mənzərə və s. janrlarda rəsmlər yaratmaq mümkündür.

Qrafikanın digər bir növü olan çap qrafikasını rəsmdən fərqləndirən əsas cəhət odur ki, çap qrafikası əsərlərindən eyni keyfiyyətdə istənilən qədər nüsxə almaq mümkündür. Buraya metal, ağac, daş və maqnezium üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir. Çap qrafikasında qrafik lövhənin materialından asılı olaraq müxtəlif texnikalar yaranıb:

  • Metal, yəni mis üzərində iynə ilə cızılmış və sonra basma üsulu ilə yaranmış qravürlərə ofort deyilir.
  • Daş üzərində həkk olunmuş qrafikaya litoqrafiya ( “lito” yunanca “daş” deməkdir),
  • Ağac üzərindəki qrafikaya isə ksiloqrafiya (“ksilo” – yunanca “ağac” deməkdir) deyilir.
  • Nisbətən sonra yaranmış linoqravür – linoleumu qazımaqla işlənilir.

Sahəsinə görə qrafikanın kitab qrafikası (kitabın tərtibatı), elmi-tədqiqat qrafikası (elmi cədvəllər, çertyojlar, sxemlər, xəritələr), plakat qrafikası, sənaye qrafikası (məhsulun tərkibini bildirən açıqcalar, dəvətnamələr, paltar etiketləri) və s. kimi növləri var.

Azərbaycanda qrafika sənətinin ilk nümunələrinə Qobustan qaya rəsmlərində, Təbriz miniatür məktəbi sənətkarlarının yaratdıqları əsərlərdə və rəssamların qrafik lövhələrində rast gəlinir. Lakin klassik ədəbi əsərlərin, əlyazmaların və dini kitabların bədii tərtibatı qrafikanın Azərbaycanda qədim tarixə malik olduğunu göstərir.

Qrafikanın dəzgah, sənaye qrafikası və plakat kimi başlıca növləri əsasən 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalından sonra inkişaf edib. Bu dövrdə ideya-bədii vasitələrin operativliyi, kütləviliyi, siyasi kəsərliliyi ilə fərqlənən qrafika sənəti xüsusi əhəmiyyət kəsb edib. Qəzet-jurnal və kitab tərtibatı da Azərbaycan sovet qrafikasının qabaqcıl janrlarından sayılıb. Respublikada mətbuat və nəşriyyat işlərinin genişlənməsi karikatura və kitab qrafikasının inkişafına təkan verib. Qrafiklər “Azərnəşr”in çap etdiyi kitabların tərtibində fəal iştirak ediblər.

Satirik qrafikanın yaranması və inkişafı “Molla Nəsrəddin” jurnalının fəaliyyəti ilə bağlıdır. Azərbaycan Sovet qrafikasının inkişafında xalq rəssamı, mahir karikatura ustası Əzim Əzimzadənin(1880-1943) müstəsna rolu olub. O, qrafikanın müxtəlif janrlarında çalışaraq rəngarəng rəsm silsilələri, plakat, karikatura, səhnə tərtibatı, geyim eskizləri və s. yaradıb.

Ə.Əzimzadənin kitab qrafikası sahəsində yaratdığı ən kamil əsər M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalardır.

30-cu illərdə qrafika sahəsində Qəzənfər Xalıqov, İsmayıl Axundov, Kazım Kazımzadə, Əyyub Məmmədov və b. rəssamlar fəaliyyət göstəriblər. Azərbaycan və xarici ölkə yazıçılarının kitablarına illüstrasiyalar çəkərək müxtəlif aktual mövzularda siyasi plakatlar yaradıblar.

İkinci Dünya Müharibəsi illərində təsviri sənətin ən kütləvi, operativ və kəsərli növü olan qrafika əsərləri xüsusi əhəmiyyət qazanıb.

50-ci illərdə Azərbaycan qrafika sənətinin inkişafında mövzu, janr, bədii üslub rəngarəngliyi sahəsində axtarışlar həlledici yer tutub. Dəzgah qrafikası növlərində silsilə əsərlər yaradılıb. Maral Rəhmanzadənin əmək və məişət mövzularına həsr etdiyi “Bizim Xəzərdə” (1953-60), “Mənim bacılarım” (1965-82) linoqravüra və rəsm silsilələri, “Azərbaycan neft ölkəsidir” (1947) avtolitoqrafiyalar silsiləsi obrazların rəngarəngliyi, milli xüsusiyyətləri ilə fərqlənir. Ələkbər Rzaquliyevin “Köhnə Bakı”, “Xalçaçılar”, Rasim Babayevin “Qobustan”, “Xınalıq” linoqrvavüra silsilələri xalq məişətinin real lövhələri, ifadə yetkinliyi ilə səciyyələnir.

60-70-ci illərdə Azərbaycan dəzgah qrafikasında yeni mərhələnin başlanğıcı oldu. Səttar Bəhlulzadə, N.Axundov, Yusif Hüseynov, Nazim Babayev, Rəsul Hüseynov, Arif Ələsgərov, Rafiq Mehdiyev və b. rəssamların yaradıcılığında rast gəlinir.

Comments are closed, but trackbacks and pingbacks are open.