Mühazirə keçmək üçün plan-konspekt mövzu-10 Mülki müdafiə kəşfiyyatının təşkili və aparılması
Kəşfiyyat dəstəsi təbii fəlakət və ya qəza nəticəsində bilavasitə obyektdə, habelə düşmən basqınından sonra zədələnmə ocağında və hərəkət marşrutlarında yaranmış vəziyyəti öyrənmək məqsədi ilə göndərilir. Kəşfiyyat dəstəsi, onun komandirindən və bir neçə kəşfiyyat manqalarından ibarət olur. Hər manqa bir-birindən 500 m aralı, 800 m-dək zolaqda yaxud şəhərin 2-3 məhəlləsindən ibarət sahədə kəşfiyyat aparmaq üçün nəzərdə tutulur. Kəşfiyyat manqası fərdi mühafizə vasitələri, radiasiya və kimya kəşfiyyatı cihazları, kəşfiyyat jurnalı, qələm, hədd nişanları dəsti və fərdi dozimetr ilə təchiz edilir, fəaliyyətə başlayarkən ona nəqliyyat və rabitə vasitələri, habelə hərəkət marşrutunun sxemi, obyektdə kəşfiyyat apardıqda isə obyektin sxemi verilir.
1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd olunur. Bu gün münasibətilə mülki maarifləndirici tədbirlər keçirilir. Hazırda təşkilata dünyanın 50-dən çox ölkəsi daxildir. 1993-cü ildən nüfuzlu beynəlxalq təşkilata üzv seçilən Azərbaycan Respublikası bu mötəbər qurumla sıx əməkdaşlıq edir.
Təşkilatın vəzifələri həm müasir dövrdə müharibələrin, həm də əmin-amanlıq dövründə güclü istehsalat qəzalarının və təbii fəlakətlərin, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasıdır. Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.
Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi dayanır. Mühafizənin əsas üsul və vasitələri isə insanların mühafizə qurğularında yerləşdirilməsi, təhlükəsiz yaşayış məntəqələrinə təxliyəsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan hücum, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.
Azərbaycanda mülki müdafiə ilə bağlı genişmiqyaslı işlər görülüb
Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin (FHN) yaranması ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edir. Nazirlik ölkəmizdə mülki müdafiə sisteminin yaradılmasına böyük diqqət göstərir. Bu məqsədlə Mülki Müdafiə Qoşunlarının balansındakı binalarda, bu sahədə ixtisaslaşan hərbi hissələrdə dünya standartlarında əsaslı təmir və yenidənqurma işləri aparılır. Məhz bunun nəticəsində nazirliyin fövqəladə hallarda cavab tədbirlərinin görülməsində, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, hadisələrə çevik və operativ reaksiya verilməsində göstərdiyi səylər xarici tərəfdaşlar tərəfindən də yüksək qiymətləndirilir.
Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyətini uğurla davam etdirir. Ötən 18 ildə nazirlik fövqəladə hallarla mübarizə sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan qorunması, yanğından mühafizə və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb.
Azərbaycan dövləti fövqəladə halların idarə olunmasında maddi-texniki bazanın gücləndirilməsi, kadr potensialının daha da artırılması, fövqəladə hallara dair məlumat mübadiləsinin aparılması, eləcə də beynəlxalq təcrübədə qazanılmasında nailiyyətlərin ölkəmizdə tətbiq edilməsində maraqlıdır. Bu istiqamətdə FHN Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə sıx əməkdaşlığı davam etdirir. Bu baxımdan 2013-cü ildə Təşkilatın təşəbbüsü və FHN-in təşkilatçılığı ilə Qəbələdə keçirilmiş “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfransı qeyd etmək olar. Bundan başqa, FHN Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyası tərəfindən müxtəlif illərdə keçirilmiş sessiyalarda yüksək səviyyədə təmsil olunub.
“Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, – deyən Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsi istiqamətində mühüm tədbirlər görülüb. Bu sahədə zəruri qanunvericilik bazası yaradılıb, 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” və “Mülki müdafiə haqqında” qanunlar qəbul olunub. Dövlətimizin başçısının diqqət və qayğısı ilə ölkəmizdə mülki müdafiə xidmətinin maddi-texniki bazası xeyli gücləndirilib, mütəxəssis hazırlığı günün tələbinə uyğun qurulub. 2005-ci il dekabrın 16-da ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılıb. Prezident İlham Əliyevin dediyi kimi: “Bütövlükdə, bu gün texniki təminat yüksək səviyyədədir. Son illərdə lazım olan bütün texniki avadanlıq alınmışdır. Yəni bu gün texniki təchizatla bağlı heç bir problem yoxdur. Bir sözlə, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası möhkəmdir, işçilərin peşəkarlığı artır, tədris prosesi düzgün təşkil edilibdir”.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu sahəyə də diqqət və qayğı göstərir. Ali Baş Komandan İlham Əliyevin 2011-ci ildə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağını təqdim etməsi buna bariz nümunədir. Ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə FHN-in mülki müdafiə sisteminin rolu danılmazdır. Mülki müdafiə işinin səviyyəsinin durmadan yüksəldilməsi, bu sahənin peşəkar gənc kadrlara olan ehtiyacının ödənilməsi baxımından FHN Akademiyasının da üzərinə böyük məsuliyyət düşür. Ali tədris müəssisəsi olaraq Akademiyada mülki müdafiə dərslərinin yüksək səviyyədə keçirilməsinə, kursantlara öyrədilən nəzəri biliklərin praktiki məşğələlərlə əlaqələndirilməsinə böyük diqqət yetirilir.
Mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığı və maarifləndirilməsi təmin edilir
Respublikada insanların həyatının, əmlakının baş verə biləcək təbii və texnogen fəlakətlərdən qorunması atılan mühüm addımlardan biridir. Ötən illər ərzində böyük inkişaf yolu keçən FHN və onun struktur qurumları üçün müasir inzibati binalar tikilib istifadəyə verilib, şəxsi heyətin sosial təminatının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülüb.
Fövqəladə hallar zamanı əhalinin xəbərdar edilməsi diqqətdə saxlanılaraq şəhər və rayonlarda quraşdırılan elektrik sirenlərinin sazlığı mütəmadi yoxlanılır. Respublikada mülki müdafiə işinin təşkili ilə bağlı obyektlərdə taktiki-xüsusi təlim, əməli məşğələ, konfranslar, mааrifləndirici tədbirlər keçirilir. Mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığı və maarifləndirilməsi təmin edilir, ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi işləri davam edir. FHN-in əhalinin təhlükəsiz şəraitdə yaşaması və mülki müdafiə işinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilir.
FHN təbii və texnogen fəlakətlərə çevik və operativ reaksiya verilməsinə hər zaman hazırdır
Fövqəladə Hallar Nazirliyi istənilən şəraitdə fövqəladə hallara cavab tədbirlərin görülməsinə, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılmasına, hadisələrə çevik və operativ reaksiya verilməsinə hər zaman hazırdır. Nazirliyin əməkdaşları mülki müdafiə işində, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq göstərirlər.
Buna misal olaraq FHN-in xilasetmə dəstələrinin İsraildə, Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak etməsini göstərə bilərik. Nazirliyin şəxsi heyətinin peşəkarlığının və digər ölkələrdə baş verən fövqəladə hadisələrin qarşısının alınmasında göstərdiyi yüksək çeviklik və fədakarlığın ən bariz nümunəsi 2021-ci ildə Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi olub. Qardaş ölkədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasa yayılmasının qarşısının alması məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə yola salınan FHN-in 743 əməkdaşı fədakarlıqları ilə əsl qardaşlıq örnəyi nümayiş etdirib.
Bu ilin fevralın əvvəlində isə Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən qardaş ölkədə olan FHN-in qüvvələri müvafiq tədbirləri davam etdirir. Bu çərçivədə, zəlzələdən ciddi ziyan çəkmiş Türkiyənın Kahramanmaraş bölgəsində FHN-in qüvvələri təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə əlaqədar fəaliyyət göstərir. Onlar axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz iştirak edib və bu işə mühüm dəstək göstərərək layiqli töhfəsini verib. Ümumilikdə, FHN-in qüvvələri Türkiyədə bu vaxtadək həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 761 nəfərin isə cəsədini çıxarıblar. Axtarış-xilasetmə əməliyyatlarında xüsusi texniki vasitələr, habelə xilasetmə itlərindən istifadə olunub.
İnanırıq ki, FHN ölkəmizin coğrafi xüsusiyyətlərini nəzərə alaraq mülki müdafiə sisteminin müasir tələblər səviyyəsində formalaşdırılması, maddi-texniki bazanın daim yenilənməsi və əhalinin maarifləndirilməsi sahəsində gördüyü işləri bundan sonra da əzmlə davam etdirəcək. FHN-in şəxsi heyəti ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirməyə hər an hazırdır.
Mühazirə keçmək üçün plan-konspekt mövzu-10 Mülki müdafiə kəşfiyyatının təşkili və aparılması
Mövzu-10 Mülki müdafiə kəşfiyyatının təşkili və aparılması.
Tədrisin məqsədi: Mülki müdafiə kəşfiyyatının aparılması üsullarını və baş verən bütün növ fəlakətlər zamanı mühəndis kəşfiyyatının rolunu izah etmək.
Məşğələnin keçirildiyi yer: BDU-nun auditoriyası
Vaxt: 2 saat
Tədris sualları və təxmini vaxt bölgüsü:
Tələbələrin davamiyyətinin və mühazirəyə hazırlığının yoxlanılması-10 dəq;
- 1-ci tədris sualı: Mülki müdafiə kəşfiyyatı haqqında anlayış-40dəq;
- 2-ci tədris sualı: Sülh və hərbi xarakterli FH-da MM kəşfiyyatının təşkili və aparılması- 35 dəq;
- Mövzuya yekunun vurulması – 5 dəq.
- Ədəbiyyat:
- Azərbaycan Respublikasının “Mülki Müdafiə haqqında” 30.12.1997-ci il tarixli, 420-10 saylı qanunu
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarı.
- Mühəndis və qəza-xilasetmə işlərinin aparılmasının təşkili dərsliyi.
Ümumi müddəalar
Kəşfiyyat – sülh və müharibə dövrlərində MM tədbirlərinin yerinə yetirilməsi üçün MM qüvvələrinin ən başlıca təminat növüdür.
Təbii və texnogen xarakterli fövqəladə hadisələr və düşmənin müasir qırğın silahlarından istifadəsi nəticəsində yaranmış vəziyyət barədə məlumatların əldə edilməsi məqsədilə bütün təbəqəli komandirlərin, qərargahların, hərbiləşmiş və hərbiləşdirilməmiş MM qüvvələrinin həyata keçirdikləri tədbirləri kəşfiyyat özündə əks etdirir.
Qarşıya çıxan tapşırığın xarakterinə görə kəşfiyyat ümumi və xüsusi kəşfiyyat növlərinə bölünür.
Ümumi kəşfiyyat fövqəladə hallar baş vermiş sahələrdə yaranan vəziyyət barədə dərhal ilkin məlumatlar əldə etmək üçündür. Belə işlərə MM-n qoşun hissələrinin, hərbiləşdirilməmiş dəstələrin, habelə rayonların, obyektlərin kəşfiyyat qrupları, manqaları, müşahidə və laboratoriya nəzarəti şəbəkəsi cəlb olunur.
Ümumi kəşfiyyat – qəzanın yerini, vaxtını, xarakterini, dağıntının dərəcəsini, dəyən maddi ziyanın miqdarını, xəsarət alanların və köməyə ehtiyacı olanların sayını, əhalinin mühafizəsi və xilas edilməsi üzrə vacib olan tədbirlərin görülməsini, müəyyən etmək məqsədilə təşkil olunur və aparılır.
- qəzaya məruz qalmış əraziyə (obyektə) baxış;
- zərərçəkənlərin və zədə alanların axtarışı;
- müxtəlif planların (sxemlərin) öyrənilməsi;
- qəzanın baş verməsi barədə məlumatı olanlarla sorğunun keçirilməsi yolu ilə aparılır.
Kəşfiyyat vəzifələrinin yerinə yetirilməsi üçün kəşfiyyatın qüvvə və vasitələri müxtəlif nəqliyyat vasitələrinin bazasında yerləşdirilə bilər.
Xüsusi kəşfiyyatı adətən MM xidmətləri təşkil edir. Bu işləri radiasiya və kimya müşahidəsi postları, mühəndis və epidemioloji kəşfiyyat qrupları, baytar və fitopatoloji manqalar və digər qüvvələr yerinə yetirirlər. Bu zaman kəşfiyyat yerlərindəki konkret vəziyyət mütəxəssislər tərəfindən təfsilatı ilə öyrənilir, dəqiqləşdirilir, ümumiləşdirilir və MM qərargahına çatdırılır.
Xüsusi kəşfiyyat radiasiya, kimya, mühəndis, yanğın, tibbi və bioloji kəşfiyyat növlərinə bölünür.
Xüsusi kəşfiyyatin qarşısında duran vəzifələr müşahidə aparılması, ətraf mühitə dozimetrik və kimyəvi nəzarətin təşkili, nümunələrin götürülməsi, analizin aparılması və digər üsullarla həyata keçirilir.
Xüsusi kəşfiyyatin aparılması üçün kimyəvi kəşfiyyat dozoru (KKD), radiasiya və kimyəvi müşahidə postu (RKMP), mühəndis kəşfiyyat dozoru (MKD), yanğından mühafizə, tibbi, bioloji (bakterioloji) və digər MM xidmətlərinin kəşfiyyat orqanları cəlb oluna bilər. Yuxarı komandirin qərarı ilə yaranmış vəziyyət barədə məlumatların dəqiqləşdirilməsi üçün qərargahın zabit heyətindən də kəşfiyyat dozoru yaradıla bilər.
Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq yerüstü kəşfiyyat, havadan kəşfiyyat və dənizdən (çaydan) kəşfiyyat növləri müəyyən edilmişdir.
Yerüstü kəşfiyyat – ən dəqiq, daha dolğun kəşfiyyat növü sayılır və bütün MM qərargahları tərəfindən təşkil edilir.
Havadan kəşfiyyat – zədələnmə ocaqlarında, təbii fəlakət və qəza rayonlarında ümumi vəziyyəti tez aşkar etmək üçün təyyarə və ya vertolyotlardan aparılır.
Dənizdən (çaydan) kəşfiyyat – sahillərdə, limanlarda, buradakı qurğularda vəziyyəti öyrənmək məqsədilə aparılır, yüksək sürətli gəmilər və ya katerlər vasitəsi ilə icra edilir.
Sülh və hərbi xarakterli FH-da MM kəşfiyyatının əsas vəzifələri
MM sistemində aparılan kəşfiyyatda məqsəd güclü istehsalat qəzasından, təbii fəlakətdən və ya düşmən basqınından sonra yaranmış vəziyyət barədə dəqiq məlumatlar toplamaqdır. Bunlar MM rəhbərinə əhalinin mühafizəsini və xilasetmə işlərini təşkil etmək barədə düzgün qərar qəbul etmək üçün lazımdır.
- ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bitkiçilik məhsullarının radioaktiv, kimyəvi və bakterial maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;
- yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epizodik vəziyyətə müntəzəm nəzarət etmək;
- güclü istehsalat qəzası və ya təbii fəlakət baş vermiş rayonlarda yaranan vəziyyətləri aşkar etməkdir.
- işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya endirildiyi, nüvə partlayışının gücü və koordinatları;
- radiasiyanın səviyyəsi, zəhərləyici maddənin konsentrasiyası və zəhərli hava buludunun yayılma istiqaməti ;
- zədələmə ocağının hüdudları;
- xilasetmə və digər təxirə salınmaz işlər aparılan rayonlarda zədələnmə şəraitinin necə dəyişdiyi;
- mühafizə qurğularının və oradakı insanların vəziyyəti, onlara yardım göstərmənin yolları;
- kommunal enerji şəbəkələrinin və rabitə xətlərinin vəziyyəti;
- MM dəstələrinin və köçürülən əhalinin hərəkət edəcəyi marşrutlar;
- yanğın yerləri və yanğının yayılma istiqaməti;
- hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli subasma və daşqın zonalarının yaranıb-yaranmadığı və s.
Təbii fəlakət rayonunda kəşfiyyat aşağıdakıları müəyyən edir:
- fəlakət ocağının (rayonunun) sərhədlərini və qəzanın yayılma istiqamətlərini;
- təhlükə gözlənilən obyektləri və yaşayış məntəqələrini;
- insanların toplanma yerlərini;
- qəza zonasına texnikanın aparılması yollarını;
- zədələnmiş bina və qurğuların və orada xəsarət alanların sayını;
- texnoloji və kommunal-enerji sistemlərində qəza yerlərini;
- işlərin aparılması zamanı mexaniki vasitələrdən istifadənin mümkünlüyünü;
- görüləcək işlərin həcmini və s.
Texnogen qəzalar zamanı kəşfiyyatın ümumi vəzifələri
Texnogen qəzalar zamanı kəşfiyyat aşağıdakıları müəyyən edir:
- dağıntıların xarakterini, dərəcəsini, xilasetmə və digər təxirəsalınmaz işlərin həcmini və fərdi mühafizə vasitələrindən istifadə etmədən tədbirlərin həyata keçirilməsinin mümkünlüyünü;
- şəraitin gərginləşməsinə səbəb ola biləcək dağıntıların miqdarını;
- insanların həyatı üçün yaranmış təhlükənin dərəcəsini və onların toplanma yerlərini;
- giriş yollarının vəziyyətini;
- sənaye və kommunal-enerji xətlərinin vəziyyətini;
- texnoloji qurğuların və inşaat konstruksiyalarının zədələnməsini.
- MM qüvvələrinin qəza zonasına çatdırılmasının ən təhlükəsiz və qısa yolunu;
- binalarda, qurğularda, kommunal-enerji təsərrüfatında dağıntıların və həyat üçün təhlükənin dərəcəsini;
- dağıntıların təmizlənməsi, zərərçəkənlərin çıxarılması və onların köçürülməsi üçün əlverişli yolların mövcudluğunu;
- hava şəraitini və işlərin aparılmasına onun təsirini;
- mexanizasiya vasitələrindən istifadənin və partlayış işlərinin aparılmasının mümkünlüyünü;
- hərəkət istiqamətində dağıntının xarakterini, dağılmış ərazilərin təqribi sahəsini və bu ərazilərdən keçidlərin və yolların salınması üçün ən optimal üsulları (iş həcmi ən az olan yollardan marşrut seçilir);
- kommunal-təsərrüfat xətlərinin dağılması nəticəsində su basmış sahələrdə qəzanın lokallaşdırılması üçün görüləcək işlərin xarakteri və həcmini;
- zədələnmiş bina və qurğulara baxış zamanı ilk növbədə daşıyıcı divarların və asılan konstruksiyaların (balkonların, karnizlərin) vəziyyətini;
- sənaye müəssisələrindəki təzyiq altında olan və kimyəvi təhlükəli maddələr saxlanılan tutumların vəziyyətini.
- binanın daxilinə baxış keçirərkən, orada qalan insanların yerlərini və s.
Təbii və texnogen xarakterli qəzalardan sonra sənaye və digər obyektlərdə mühəndis xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında mühəndis kəşfiyyat mühüm yer tutur.
Mühəndis kəşfiyyatının təşkili və aparılması üsulları
Mühəndis kəşfiyyatı ştatlı mühəndis kəşfiyyat dozoru və ya mühəndis kəşfiyyatı manqası tərəfindən aparılır. Kəşfiyyatçıların təchizatı kəşfiyyat tapşırıqlarına uyğun həyata keçirilir.
Kəşfiyyat zamanı müşahidə aparılır, hadisə yerinə, oradakı əşyalara, iş aparılan sahəyə və obyektlərə, qurğuların vəziyyətinə bilavasitə baxış keçirilir.
Kəşfiyyat tapşırıqları verilən zaman dozora (manqaya) göstərilir: fəaliyyət göstəriləcək zonanın hüdudları; hərəkət marşrutu; çıxış məntəqəsindən keçmə vaxtı; kəşfiyyatın vəzifələri (hansı vaxtda, hansı məlumatları toplamaq, hansı məntəqəyə kimi kəşfiyyat aparmaq və kəşfiyyatın sona çatma vaxtı), ayrılmış nəqliyyat vasitələrinin sayı və kəşfiyyat məlumatlarının məruzə edilməsi qaydası.
Mühəndis kəşfiyyat dozorunun fəaliyyət qaydaları
Şəraitdən asılı olaraq kəşfiyyat dozorları hadisə yerinə nəqliyyat vasitələri ilə və ya piyada çıxırlar. Nəqliyyat vasitəsində kəşfiyyat aparan dozora kəşfiyyat üçün 500-800 m endə zolaq (2-4 kvartal), piyada dozora isə eni 200-300 m (1-2 kvartal) gözlə görünən zolaq ayrılır.
- yollarda, körpülərdə və keçidlərdə dağıntıların xarakterini, dərəcəsini, həcmini və mexanizmlərdən istifadənin mümkünlüyünü;
- kommunal-enerji sistemlərində zədələrin xarakterini və yerlərini;
- su mənbələrinin vəziyyəti və onlardan istifadə olunmasının mümkünlüyünü;
- partlayış işlərinin aparılması şəraitini;
- xilasetmə və digər təxirəsalınmaz işlərin həcmini və aparılması şəraitini.
Fövqəladə hallarda MM kəşfiyyatının təşkili və aparılması qaydaları
Kəşfiyyatı təşkil etmək, bütün MM rəhbərlərinin, qərargahlarının və komandirlərinin vacib vəzifələrindən biridir.
Kəşfiyyatın konkret məqsədlərini, bunun üçün istifadə ediləcək qüvvələri, ilk növbədə hansı məlumatların toplanmasını və müddətlərini mülki müdafiə rəhbəri müəyyənləşdirir.
Kəşfiyyatın təşkil edilməsi üçün MM qərargahının rəisi məsuliyyət daşıyır, bu işin bilavasitə təşkilatçısı isə MM qərargahı rəisinin müavinidir. O, MM rəhbərinin qərarına və qərargah rəisinin konkret göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır, qrupları və manqaları fəaliyyətə hazırlayır, kəşfiyyata göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil edir və ümumiləşdirir. Fəlakət rayonlarında, yaxud zədələnmə ocaqlarında yaranmış vəziyyət barədəki bu məlumatlar dərhal MM rəhbərinə və yuxarı qərargaha təqdim edilir, həmçinin tabelikdəki qərargahlara və bölmə komandirlərinə çatdırılır.
Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd – kəşfiyyat planıdır. Kəşfiyyat planı müvafiq MM qərargahında əvvəlcədən tərtib edilir, yuxarı qərargahla razılaşdırılır və MM rəhbəri tərəfindən təsdiqlənir.
Plana obyektin sxemi (rayonun xəritəsi) əlavə edilir, burada idarəetmə məntəqələrinin, mühafizə qurğularının, kəşfiyyat bölmələrinin yerləri, bu bölmələrin fəaliyyət marşrutları, vəzifələrini yerinə yetirdikdən sonra toplanış məntəqələri şərti işarələrlə göstərilir. MM qərargahının rəisi bölmə komandirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda yaranmış vəziyyət barədə qısa məlumat verilir, kəşfiyyatın nə məqsədlə aparıldığı, onun konkret vəzifələri və icra müddəti, marşrutlarda fəaliyyət vaxtı rabitə yaratmaq və kəşfiyyatın nəticələri barədə məlumat vermək qaydaları dəqiq göstərilir.
Kəşfiyyat dəstəsi təbii fəlakət və ya qəza nəticəsində bilavasitə obyektdə, habelə düşmən basqınından sonra zədələnmə ocağında və hərəkət marşrutlarında yaranmış vəziyyəti öyrənmək məqsədi ilə göndərilir. Kəşfiyyat dəstəsi, onun komandirindən və bir neçə kəşfiyyat manqalarından ibarət olur. Hər manqa bir-birindən 500 m aralı, 800 m-dək zolaqda yaxud şəhərin 2-3 məhəlləsindən ibarət sahədə kəşfiyyat aparmaq üçün nəzərdə tutulur. Kəşfiyyat manqası fərdi mühafizə vasitələri, radiasiya və kimya kəşfiyyatı cihazları, kəşfiyyat jurnalı, qələm, hədd nişanları dəsti və fərdi dozimetr ilə təchiz edilir, fəaliyyətə başlayarkən ona nəqliyyat və rabitə vasitələri, habelə hərəkət marşrutunun sxemi, obyektdə kəşfiyyat apardıqda isə obyektin sxemi verilir.
Zədələnmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya səviyyələri 0,5 rentgen-saatdan çox olan, yaxud kimyəvi zəhərlənmə aşkar edilən zonanın hüdudları hədd nişanları vasitəsilə nişanlanır.
Zədələnməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və nişanda zəhərlənmənin növünü, səviyyəsini və ölçülmə vaxtını qeyd edir. Hədd nişanı yolun kənarında yaxşı görünən yerdə qoyulmalıdır. Manqa komandiri hərəkəti davam etdirərək marşrutun sxemində hər dəfə zəhərlənmə ölçülən yeri, zəhərlənmənin növünü və ölçülmə vaxtını kəşfiyyat jurnalında qeyd edir və bu barədə radio vasitəsi ilə obyektin MM qərargahına məlumat verir. Obyektin ərazisində kəşfiyyatçılar müxtəlif sexlərdə, qurğularda, xüsusən də xilasetmə işləri aparılacaq sahələrdə zəhərlənmənin növünü, səviyyəsini (dərəcəsini) təyin edir, vəziyyətin dəyişməsinə nəzarət edirlər.
Kəşfiyyata başlamaq üçün çıxış məntəqəsinin yeri obyektin yaxınlığında təyin edilir. Burada dəstə komandiri vəziyyətlə tanış olub obyektdə kəşfiyyat aparmaq üçün manqalara tapşırıq verir. Kəşfiyyatçılar obyektin sexlərində, sığınacaqlarında, xilasetmə aparılacaq yerlərdə yaranmış vəziyyəti – dağıntıların və yanğınların xarakterini, adamlar qalmış yerləri və s. öyrənir, zəhərlənmənin səviyyələrini ölçürlər. Belə yerlər, adətən əvvəlcədən müəyyən edilir və yuxarıda deyildiyi kimi, obyektin kəşfiyyat sxemində (planında) göstərilir.
Kəşfiyyat qurtardıqdan sonra kəşfiyyat manqası qərargaha gəlir, komandir vəzifələrin yerinə yetirilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təqdim edir. Bundan sonra o, lazımi hallarda şəxsi heyətin və avtomobilin zəhərlənmə dərəcəsini yoxlayır, ehtiyac varsa, xüsusi sanitar təmizləmə işlərini təşkil edir və qrupu yeni vəzifələrin icrası üçün hazırlayır.
Qəza yerlərində kəşfiyyat apararkən, havadan və torpaqdan nümunələr götürüb analizə göndərmək lazımdır. Güclü zəlzələdən sonra aparılan kəşfiyyatın əsas vəzifələri bina və tikililərin nə dərəcədə dağıldığını, uçqunlar altında adamlar qalan yerləri və onların vəziyyətini, ikinci zədələnmə ocaqlarının (yanğın, daşqın, kimyəvi zəhərlənmə) yaranıb-yaranmadığını öyrənmək, qaz, su, elektrik şəbəkələrində qəzaların yerini, dərəcələrini, xilasetmə işlərinin növünü, həcmini və s. müəyyən etməkdən ibarətdir.
Daşqın və sel vaxtı kəşfiyyat bölmələri fəlakətli sahələrin hüdudlarını, yardıma ehtiyacı olan insanların, habelə kənd təsərrüfatı heyvanlarının qaldığı sahələri müəyyənləşdirir, daşqın zonasından çıxarılmalı maddi sərvətləri aşkar edir, üzmə vasitələrindən istifadə edilməsi üçün marşrutlar axtarır və s.
Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi
Mülki Müdafiə Qoşunları
Maşın və mühərrik haqda olan kitabda kişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məslələr yer alıb.
Ads
!Reklam – Sidebar 01
Xəbər lenti
Ermənilər Zəngilanda DSX-nın mövqelərini atəşə tutdu – Bir hərbçi yaralandı
20.03.2023 – 10:01
Ceyhun Bayramov Brüsselə getdi – Türkiyə və Suriyaya görə.
20.03.2023 – 09:30
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
20.03.2023 – 09:00
Putin Ukraynadakı vəziyyəti diplomatik yolla həll etmək istəyir
20.03.2023 – 00:31
Bu gün Novruz bayramıdır
20.03.2023 – 00:00
Yaşıl hidrogen mövzusunda seminar keçirildi
19.03.2023 – 23:30
Azərbaycan millisi ardıcıl ikinci dəfə Avropa çempionu oldu
19.03.2023 – 23:06
Putindən əvvəl həbsinə order verilən dövlət başçıları – SİYAHI
19.03.2023 – 22:24
Seçkilərlə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyinin iş qrafikində dəyişiklik edildi
19.03.2023 – 21:56
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
19.03.2023 – 21:32
İlham Əliyev Novruz bayramı ilə bağlı paylaşım etdi – FOTO
19.03.2023 – 21:11
Almaniyanın ədliyyə naziri: “Putini həbs edəcəyik”
19.03.2023 – 20:26
Şimkənddə diaspor fəalları və azərbaycanlı tələbələrlə görüşlər oldu
19.03.2023 – 20:03
Mahir Əmrəli Azərbaycan millisindən kənarlaşdırıldı
19.03.2023 – 19:42
Koronavirus
Peyvəndləmə ilə bağlı son vəziyyət nə yerdədir?
19.03.2023 – 19:21
“Qarabağ” “Qalatasaray”la oyun üçün “Zirə”yə müraciət etdi
19.03.2023 – 19:00
Koronavirus
Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
19.03.2023 – 18:39
Astarada adam öldürməyə cəhd edən şəxs saxlanıldı
19.03.2023 – 18:06
XİN Ermənistanın bəyanatına cavab verdi
19.03.2023 – 17:43
İqtisadiyyat
Azərbaycanda polad boruların istehsalı iki dəfə artdı
19.03.2023 – 17:17
Gəncədə keçmiş arvadını öldürməkdə şübhəli bilinən kişi saxlanıldı
19.03.2023 – 16:56
Azərbaycanda geniş pul kütləsi artdı
19.03.2023 – 16:35
Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
19.03.2023 – 16:14
XİN xalqı Novruz bayramı münasibətilə təbrik etdi
19.03.2023 – 15:53
Azərbaycanın U-17 millisinin heyəti açıqlandı
19.03.2023 – 15:32
“Nicat Lənkəranski” həbs olundu
19.03.2023 – 15:11
DYP sürücüləri diqqətli olmağa çağırdı
19.03.2023 – 14:50
Müdafiə naziri yaralı hərbçiləri ziyarət etdi – VİDEO
19.03.2023 – 14:18
Bayram günü hava necə olacaq?
19.03.2023 – 13:57
Manatın dövretmə sürəti azaldı
19.03.2023 – 13:36
!Reklam – Sidebar 02
!Reklam – Smartbee
Ən Çox Oxunanlar
Bu gün üçün ən çox oxunan məlumat tapılmadı.
Bu həftə üçün ən çox oxunan məlumat tapılmadı.
Bu ay üçün ən çox oxunan məlumat tapılmadı.
!Reklam – Sidebar 03
Müsahibələr
Gənc aktrisa: “Buna görə məni küçədə daş-qalaq edərlər” – VİDEOMÜSAHİBƏ / FOTOLAR
Nəsib Nəsibli: “Demokratik dəyişikliklər belə son nəticədə İranın dağılmasına gətirib çıxaracaq” – MÜSAHİBƏ
Rəsm əsərləri ehtiyatda olan zabitin gözü ilə: “Bəzi məsələlərdə hətta düşmənə qarşı da mülayimlik göstərirdim” – MÜSAHİBƏ
Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Bununla yanaşı, Yenicag.az Analitik İnternet Qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, xəbər yayır.
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
© 2007-2023 Bütün hüquqları qorunur.
Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq kopyalana və başqa yerdə yayımlana bilməz.
Comments are closed, but trackbacks and pingbacks are open.