Münasibetin koordinat müstəvisində təsviri
Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı atasının adı dəyişdikdə, şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı yararsız hala düşdükdə, vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.
Təsviri sənətin nəzəriyyəsi növləri və janrları
İncəsənət ictimai şüurun formalarından biridir. İncəsənət insanın mənəvi aləminin onun həyata bədii estetik münasibətin ifadəsidir və nəhayət, incəsənət həyatın bədii əksidir. İncəsənətin müxtəlif növləri məlumdur. Məsələn, memarlıq, heykəltaraşlıq, xalçaçılıq, teatr, ədəbiyyat, kino, aktyor sənəti və s. Bunların arasında 4-ü təsviri sənətə aiddir.
1. Boyakarlıq
2. Qrafika
3. Heykəltaraşlıq
4. Dekorativ-tətbiqi sənət
1. Boyakarlıq əsərinin başlıca təsvir vasitələri rəsm və rənglərdən ibarətdir. Onu müxətlif növlərə ayırmaq olar. Boyakarlığın ən qədim ibtidai forması divar rəsmləridir. Onlar ibtidai dövrdə mağaralarda işlənilən heyvan və insan təsvirlərindən tutmuş, ən müasir ictimai binaların monumental təsvirlərini bəzəyir. Divar rəsmlərinin işlənməsi zamanı müxtəlif bədii texniki materiallardan və üsullardan istifadə olunur. Bunlardan biri mozaika üsubudur ki, xırda rəngli qeyr-şəffaf şüşə parçalarının nəm suvağa düzülməsindən ibarətdir. Qədim zamanlarda mozaika üslubundan hovuzları bəzəmək üçün istifadə edirdilər. Bundan başqa freska adlı başqa bir texnika vardır ki, nəm deməkdir. Divarın nəm suvağına sulu boyalarla işlənmə texnikasıdır. Boyakarlığın ən feniş yayılmış forması dəzgah boyakarlığıdır. Kətan və ya ağac üzərində yağlı boyalarla işlənilən belə əsərlər molbert adlanan xüsusi dazgahda yaradılır. Monumental boyakarlıq əsərindən fərqli olaraq dəzgah rəssamlığı əsərləri sərbəstdir və istənilən yerdən asıla bilər. İncəsənət əsərləri müxətlif janrlara bölünür:
1. Tematik tablo janrı– dini əsərlərə, əfsanələrə, yaxud, rəvayətlərə işlənmiş əsərlər aiddir.
2. Batal janrı– bu mövzuya hərb səhnələrini təsvir edən və müharibə təsvirləri olan əsərlər aiddir.
3.Mənzərə janrı- bura təbiətin müxtəlif guşələrindən götürülmüş dağ, dərə, çəmən, çay, müşə, təbiət hadisələrindən götürülmüş tufan,ildırım, yağış, qar, iqlim landşaftlarından götürülmüş təsvirlər aiddir. Peysaj– fransız sözü olub, “hüdudlanmış ərazi” deməkdir. Məsələn, çay plantasiyası, üzüm tarlası, pambıq sahəsi, taxıl sahəsi və s. Buna da qüyd etmək lazımdır ki, dəniz təsvirləri olan əsərlər marina, onu işləyən rəssamlar isə marinist adlanır. Dəniz təsvirləri işləyən ən məşhur rəssam Ayvazovski, Surikov, Repin.
4.Məişət janri– xalqın gündəlik yaşayış tərzi, onların həyatı haqqında məlumat verir. Görkəmli Azərbaycan rəssamı Əzim Əzimzadənin yaradıcılığında məişət janrı mühüm yer tutur. Varlı evində toy, Kasıb evində toy, varlı evində Ramazan bayramı, kasıb evində Ramazan və s. Ə.Əzimzadə həm də Azərbaycanın karikaturçu rəssamı olmuşdur. M.Ə. Sabirin bütün əsərlərinə illüstrasiyalar işləmişdir.
5.Portret janrında konkret şəxslərin təsvirləri verilir.
6. Natürmort janrı cansız təbiət deməkdir. Bura ovlanmış quşlar, gül dəstələri, məişət əşyaları aiddir.
2. Qrafika. Təsviri sənətin növlərindən biridir. Burada dərin texniki üsullarla işlənmiış rəsmlər daxildir. Yunanca “qraphike” sözündən götürülmüş, “rəsm, şəkil” deməkdir. Qrafika üsulu ilə portret, mənzərə və s. janrlarda rəsmlər yaratmaq mümkündür. Qrafikanın işlənmə texnikası 2 hissəyə ayrılır. Onlardan birincisi ən qədim və ənənəvi rəsmdir. Karandaş rəsmi əsasən kağızda, bəzən isə parça üzərində işlənilir. Bu rəsmlər yalnız bir nüsxədə yaradılır. Qrafikanın ikinci növü qravürdür. Rəsm yalnız vahid nüsxədə olursa, onda eyni keyfiyyətdə bir-neçə nüsxə almaq mümkündür. Qravür çap qrafikasıdır. Buraya metal, ağac, daş və maqnezium aiddir. Metal və ya mis üzərində iynə ilə cızılmış, sonra büsma üsulu ilə işlənmiş qravürə oford deyilir. Daş üzərində həkk olunmuş qravür. Litoqrafiya, ağac üzərində həkk olunmuş qravürə isə ksiloqrafiya, lito yunanca daş, ksilo yunanca ağac deməkdir. Nisbətən sonralar yaranmış linoqravür lindekmu qazmaqla işlənilir. Qrafikanın müxtəlif janrları var: 1. Kitab qrafikası. Kitabın tərtibatı məsələsini həll edir. 2. Dəzgah qrafikası. Əsər bir nüsxədə yaradılır və bundan bir neçə almaq mümkündür. 3. Elmi-tədqiqat qrafikası. Bura elmi cədvəllər, çertyojlar, sxemlər, xəritələr, tədris cədvəlləri aiddir. 4. Plokat qrafikası. Bir şəxsin ideya və fikirlərini kütləvi şəkildə xalqa çatdırmaqdan ibarətdir. Məsələn, Mən fəxr edirəm ki, Azərbaycanlıyam. 5. Sənaye qrafikası. Məhsulun tərkibini, onun əlamətlərini bildirir. Məsələn, açıqcalar, dəvətnamələr, sənaye məhsulları, paltar etiketləri və s. ola bilər.
3. Dekorativ-tətbiqi sənət. Dekorativ-tətbiqi sənət dekorativ sənət növüdür. Əsasən məişətdə işlədilmək üçün bədii məmulatlar hazırlayan yaradıcılıq sahələrini əhatə edir. Müxtəlif avadanlıq, mebel, xalça, əmək alətləri, paltar, hər cür bəzək əşyaları dekorativ sənət nümunəsi ola bilər. Dekorativ sənət əsərləri hazırlandığı materiala və işlənmə texnikasına görə (oyma, tikmə, basma, naxış) müxtəlif sahələrə ayrılır. Dekorativ-tətbiqi sənət əsərlərinin naxış, bəzək və rəsmlərində məxsus olduğu xalqın mənəvi aləmi, yaşayış tərzi, adət və ənənələri əks olunur. Dekorativ sənət ən geniş yayılmış plastik sənət növüdür. Bura düluzçuluq, memarlıq, dizayn kimi dekorativ sənətdə insanların yaratdığı maddi mühitin bədii cəhətdən formalaşmasına xidmət edir və estetik keyfiyyətlər aşılayır. Monumental dekorativ sənət (fasad və interyerləti bəzəyən memarlıq dekorları, divar naxışları, vitraj, mozaika, eləcə də park heykəltaraşlığının yaradılması) dekorativ-tətbiqi sənət və tərtibatçılıq sənəti (bayram şənliklərinin, muzey və sərgi ekspozisiyalarının, vitrin və s. bədii tərtibatı) sahələrinə bölünür.
4. Heykəltaraşlıq. Təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın boyakarlığa nisbətən imkanları məhduddur. İndiyə qədər əsasən 2 cür heykəl məlumdur: 1-ci qisim heykəllərə həcmli və ya dəyirmi heykəllər deyilir. Bunlara hər tərəfdən baxmaq mümkündür. 2-ci qisim heykəllərə isə relyef heykəllər deyilir. Relyef 2 hissəyə ayrılır. 1. Barelyef, basrelyef sözündən götürülmüş alçaq relyef deməkdir. 2. Qorelyef, haut relyef sözündən götürülmüş yüksək relyef deməkdir. Heykəltaraşlıq sənətinin 3 sahəsi məlumdur. 1. Monumental 2. Dekorativ 3. Dəzgah heykəltaraşlığı. 4ş Monumental heykəltaraşlıq. Əsərləri açıq havada qoyulur. Böyük şəhərlərin meydanlarnda bəzən isə ictimai-binaların daxilində qoyulur. Dekorativ heykəllər əsasən memarlıq abidələrinin bəzəldilməsinə xidmət edir. Onlar orta əsrlərdən bu günə kimi parkları, bağları, fəvvarələri bəzəyir. Memarlıq abidələri ilə bağlı olmayan park və fəvvarələrin bəzədilməsi üçün nəzərdə tutulmayan, əsasən muzeylərdə nümayiş olunan heykəllər dəzgah heykəltaraşlığına aiddir. Heykəltaraşlıq əsərinin hansı materialda və hansı texnikada hazırlanmasının böyük əhəmiyyəti var. Adətən, heykəllər gil, ağac, plastilin, mum, metal və s. hazırlanır.
- Teqlər:
- təsviri sənət
Münasibetin koordinat müstəvisində təsviri
Beynəlxalq münasibətlər nəzəri baxımdan siyasət elminin bir qoludur. Bütün ölkələr, beynəlxalq arenada təmsil olunan təşkilatlar, transmilli korporasiyalar bu sahənin əsas predmet obyektlərdir. Beynəlxalq münasibətlər ixtisasının məqsədi bu sahə üzrə ixtisalaşmaq arzusunda olan şəxslərə sahənin əsas predmeti olan ölkələrin və təşkiatların beynəlxalq iqtisadi və hüquqi normalar çərçivəsində inteqrasiyası və sıx əməkdaşlıq münasibətlərinin qurulması üçün lazım olan bilik və bacarıqları verməkdir. Bu ixtisas hüquq, xarici dillər və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur. Bu sahədə nəzəri biliklərin əsasını sadalanan sahələr üzrə nəzəri biliklər təşkil edir:
- ➝ Beynəlxalq münasibətlər nəzəriyyəsi;
- ➝ Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü;
- ➝ Avropa və Amerika; Yaxın və Orta Şərq ölkələrinin müasir xarici siyasəti;
- ➝ Beynəlxalq təşkilatlar; Beynəlxalq iqtisadi münasibətlər;
- ➝ İqtisadi diplomatiya; Dünya iqtisadiyyatı;
- ➝ Siyasi və iqtisadi coğrafiya;
- ➝ Beynəlxalq hüquq, beynəlxalq müqavilələr;
- ➝ Beynəlxalq təhlükəsizlik; Dünya siyasəti;
- ➝ Geosiyasət;
- ➝ Azərbaycanın xarici siyasəti;
- ➝ Diplomatiya və konsul xidməti; Diplomatik protokol;
- ➝ Konfliktologiya;
- ➝ İnteqrasiya prosesləri.
İxtisasın tarixi
Beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsilin əsası ilk dəfə 1919 – cu ildə Britaniyada qoyulmuşdur. Bu ixtisas üzrə ali təhsilin magistratura pilləsi üzrə ilk proqram isə 1928 – ci ildə Çikaqo Universitetində yaradılmışdır.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
- ➝ Dövlətin və ya şirkətin daxili və xarici siyasətini müəyyənləşdirmək və bu istiqamətdə beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanması;
- ➝ Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
- ➝ Layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası;
- ➝ Müxtəlif mənbələrdən vacib məlumatların toplanması və inkişafların təhlili;
- ➝ İşlə bağlı yazılı və şifahi tərcümələr etmək;
- ➝ Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
- ➝ Beynəlxalq nümayəndə heyətlərinin müşayiəti, beynəlxalq tədbirlərin təşkili və keçirilməsi;
- ➝ Protokol işləri;
- ➝ Rəsmi səfərlərin hazırlanması;
- ➝ Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
- ➝ Mediya ilə iş, müasir informasiya texnologiyalarından istifadə;
- ➝ Millətlərarası ünsiyyət mədəniyyətini, xarici ölkələrin iş mədəniyyətini qorumaq;
- ➝ Müxtəlif xarakterli qlobal proseslərin tənzimlənməsi: iqtisadi, mədəni, hərbi, siyasi, ekoloji;
- ➝ Dövlət xaricində soydaşlarımızın maraqlarını qorumaq (Dövlətin diaspora fəaliyyəti).
Harada bu ixtisasa sahiblənmək olar?
- ➝ “ADA” Universiteti
- ➝ Azərbaycan Dillər Universiteti
- ➝ Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
- ➝ Bakı Dövlət Universiteti
- ➝ Bakı Slavyan Universiteti
- ➝ Naxçıvan Dövlət Universiteti
- ➝ Bakı Avrasiya Universiteti
- ➝ Xəzər Universiteti
- ➝ Naxçıvan Universiteti (Naxçıvan şəhəri)
- ➝ Qərbi Kaspi Universiteti
- ➝ Odlar Yurdu Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar ?
- ➝ Xarici İşlər Nazirliyində;
- ➝ Diplomatik nümayəndəlikərdə;
- ➝ Beynəlxalq təşkilatlarda;
- ➝ Xarici şirkətlərdə;
- ➝ Dövlət orqanlarının və yerli şirkətlərin beynəlxalq əlaqələr şöbələrində;
- ➝ Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarında;
- ➝ Elmi-tədqiqat mərkəzlərində tədqiqatçı (bunun üçün ən azı magistr dərəcəsi lazımdır);
- ➝ Ali məktəblərdə ixtisas fənləri üzrə müəllim (bunun üçün ən azı magistr dərəcəsi lazımdır);
- ➝ Transmilli Korporasiyalarda.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
Bu ixtisas sahibləri sahə bilikləri ilə yanaşı:
- ➝ Geniş dünyagörüşünə, intellektə;
- ➝ Analitik düşünmə tərzinə və sürətli qərarvermə qabiliyyətinə;
- ➝ Beynəlxalq dillərdən əlavə( ingilis dili mütləq səviyyədə), bir və ya iki xarici dil üzrə dil bilikləri;
- ➝ Xarici dil öyrənmək bacarığı;
- ➝ Yüksək kommunikasiya,dinləmək və fikrini düzgün ifadə etmək bacarığı;
- ➝ Liderlik bacarıqları;
- ➝ Siyasi düzgünlük və nəzakət bacarıqları;
- ➝ Məlumatı tez qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
- ➝ Stres davamlılıq, dözümlülük və özünü idarəetmə bacarığı;
- ➝ İşdə dəqiqlik;
- ➝ Vətənpərvərlik.
Qeyd: Bu ixtisas sahibləri gündəlik olaraq dünyadakı iqtisadi və siyasi proseslərdən tez zamanda və ətraflı məlumatlar əldə etmək üçün nüfüzlu xəbər agentliklərinin paylaşımlarını izləmək, məqalələrini anlamaq üçün mütləq şəkildə ingilis dilini yaxşı səviyyədə bilməlidirlər. Ümumiyyətlə ixtisası bu dildən ayrı düşünmək qeyri-mümkündür. Tələbələr hələ universitetin ilk illərindən ingilis dili bacarıqlarını inkişaf etdirməlidirlər. Əks halda, ixtisas üzrə bir çox zəruri bilikləri əldə edə bilməyəcəklər və bu da onların bu istiqamət üzrə ixtisaslı kadr olmalarına ciddi əngəl olacaq. Dil bilikləri ilə yanaşı, həmçinin yüksək inkişaf etmiş kommunikasiya, liderlik bacarıqları (Emosional zəka (EQ) üzrə inkişaf etmiş keyfiyyətlər) ixtisas üzrə əsas tələblərdən hesab edilir. Həmçinin bu ixtisas üzrə çalışanlar tez-tez təmsil etdikləri təşkilat və ya ölkələrin maraqlarınının təmsili və qorunması üçün danışıqlar aparmaq məcburiyyətində olduqlarından, kompramisə getməyi bacarmalı, lakin öz maraqlarını ön planda tutmalı ve ehtiyac olarsa, bu məqsədlə reallıqları maraqları lehinə təqdim etməyi də bacarmalıdırlar.
İxtisasın gələcəyi
Yaşadığımız müasir dövr qlobalaşma və inteqrasiya dövrüdür. Bu isə öz növbəsində birbaşa olaraq beynəlxalq münasibətlər sahəsində ixtisaslı kadrlara tələbin artacağına işarədir. Bununla belə bu ixtisas ölkələrarası siyasi münasibətlərdən yüksək dərəcədə asılı olduğundan lokal perspektivi görmək üçün bu sahə üzrə fəaliyyət göstərməyi planlaşdırdığınız ölkənin iqtisadi və siyasi əlaqələrini araşdırmaq önəmlidir.
Əmək haqqı
İxtisas üzrə əmək haqqı namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri , çalışdığı sahə və qurumdan asılı olaraq dəyişir. Məvacib aralığı ümumi olaraq aşağıdakı məbləğdədir:
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və verilmə müddəti dəyişdirilir
Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin forması və verilmə müddəti dəyişdiriləcək.
Milli Məclisdən bazar ertəsi Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliklər barədə sənəd parlamentin müzakirəsinə təqdim olunub.
Layihədə qeyd olunur ki, hər bir Azərbaycan vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan vətəndaşlığına qəbul edildikdən sonra 1 ay müddətinə şəxsiyyət vəsiqəsi almalıdır.
Şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək.
Layihədə şəxsiyyət vəsiqəsində göstərilən məlumatlarda dəyişiklik edilməsi də nəzərdə tutulur.
Belə ki, şəxsiyyət vəsiqəsində digər məlumatlarla yanaşı, şəxsin fərdi indentifikasiya nömrəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkli yerləşdiriləcək.
Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çip) yuxarıda qeyd olunan məlumatlarla bərabər, şəxs soyadını və adını dəyişibsə, əvvəlki soyadı və adı, vətəndaşın doğulduğu yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın valideynlərinin adı və soyadı, vətəndaşın ərinin (arvadının) soyadı, adı, uşaqlarının adı, soyadı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları və s. məlumatlar daxil ediləcək.
Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı atasının adı dəyişdikdə, şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı yararsız hala düşdükdə, vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.
Bu hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 ay müddətində şəxsiyyət vəsiqəsini verən orqana müraciət etməlidir.
Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə həmin vəsiqə təqdim edildiyi vaxtdan 1 gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.
Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş məlumatlarda səhv müəyyənləşdirildikdə, səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilməlidir.
2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşa çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəsifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqələrin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.
Qanun layihəsində qanunun 2014-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Hazırda qüvvədə olan qanunla 16 yaşı tamam olan vətəndaşlar şəxsiyyət vəsiqəsi alırlar. Həmçinin, vətəndaş 25, 35, 50 yaşlarında şəxsiyyət vəsiqəsini dəyişməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.