Press "Enter" to skip to content

Müstəqillik dövrü azərbaycan ədəbiyyatı

Kitabın birinci cildi “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı 1990-cı illərdə” adlanır və burada müstəqillik ədəbiyyatının təşəkkül mərhələsi “keçid ədəbiyyatı” kimi xarakterizə olunur.

Mədəniyyət

Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən və dünya dövlətlər birliyi sırasına bərabərhüquqlu üzv kimi qəbul edilməsindən sonra Azərbaycan ədəbiyyatını xalqın inkişaf etmiş toplumlar səviyyəsində yaşaması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, yaxın və uzaq xalqlarla Azərbaycan xalqının dostluq və mədəni əlaqələrinin təbliği, insanpərvərlik və ictimai ədalət kimi əsrlər boyunca klassiklər tərəfindən təbliğ və tərənnüm olunan ümumbəşəri ideyaların yeni — qloballaşma şəraitində daha da inkişaf etdirilməsi problemləri məşğul etməkdədir. Hər cür ideoloji yasaqlardan azad olmuş və bu sahədə qarşıdurmaya bir əsas görməyən bədii təfəkkür sahibləri daha çox nəzəri-estetik rəqabətlə ədəbiyyatın inkişafını şərtləndirirlər. Bu baxımdan son dövr Azərbaycan ədəbiyyatında postmodernist meyllərin mövcudluğunu da qeyd etmək lazımdır. Bununla belə, Azərbaycan ədəbiyyatının başlıca inkişaf meylləri azərbaycançılıq məfkurəsinin tərənnümünə və təntənəsinə əsaslanır. XX əsrin sonu, XXI əsrin əvvəllərində cari ədəbi prosesin canlanmasında, yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində vaxtilə maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: “Azərbaycan”, “Literaturnı Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarının və “Ədəbiyyat qəzeti”nin Azərbaycan hökumətinin xüsusi qərarı ilə müntəzəm surətdə ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsinin böyük əhəmiyyəti olmuşdur.

Dövlət müstəqilliyinin bərpa edilməsi Azərbaycanda klassik irsin yeni meyarlarla dəyərləndirilməsi sahəsində bir sıra çox mühüm hadisələrlə əlamətdar oldu. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında “Kitabi-Dədəm Qorqud” eposunun 1300 illik, M.Füzulinin 500 illik yubileylərinin geniş miqyasda keçirilməsi və hər iki tədbirin zirvə toplantılarında dünyanın bir sıra dövlət başçılarının iştirakı azad Azərbaycanda ədəbiyyatın, mənəviyyatın, bütün mədəniyyətin parlaq təntənəsinə çevrildi. Füzulinin 500 illiyi təkcə Azərbaycanda deyil, Türkiyə, İran, İraq, Rusiya, Özbəkistan, Çin və başqa ölkələrdə də geniş qeyd olundu. Sözügedən tədbirlər Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafına da yeni təkan verdi. “Kitabi-Dədəm Qorqud”un elmi-tənqidi mətni və kütləvi nəşrləri, bu möhtəşəm oğuznamə haqqında yeni monoqrafik tədqiqatlar işıq üzü gördü. Füzulinin bütün əsərləri (külliyyatı) 6 cilddə nəşr edildi. Dahi sənətkarın həyat və yaradıcılığına dair fundamental tədqiqatların yeni bir silsiləsi onun istedadının pərəstişkarlarına təqdim edildi. Bu işdə Azərbaycan Milli Elmlər Akademiyasında, o cümlədən Nizami adına Ədəbiyyat İnstitutunda çalışan alimlərin təqdirəlayiq xidmətləri danılmazdır.

2004-cü ildə Azərbaycan ədəbiyyatı nümunələrinin latın qrafikası ilə kütləvi tirajla yenidən nəşr edilməsinə və Azərbaycan Milli Ensiklopediyasının yaradılmasına dair prezident İlham Əliyevin sərəncamları və bu münasibətlə ölkədə geniş miqyasda həyata keçirilən tədbirlər də, eyni zamanda Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin inkişafına, yeni uğurlar qazanmasına böyük təminatdır.

Azərbaycan artıq öz milli mədəniyyəti, ədəbiyyatı və incəsənəti, şəxsiyyətləri ilə dünya meridianlarına çıxır. Prezidentimizin müvafiq fərmanları ilə dünya şöhrətli Bülbülün 100 illiyinin Moskvada, Tbilisidə və Ankarada keçirilməsi, məşhur bəstəkar Qara Qarayevin 80 illik yubileyinin Moskva və Parisdə, görkəmli müğənni Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada, türk xalqlarının ana kitabı olan “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyinin türkdilli dövlət başçılarının və nümayəndələrinin iştirakı ilə Bakıda və Parisdə — UNESCO-nun iqamətgahında yüksək səviyyədə qeyd olunması müstəqil Azərbaycanı yenidən dünyaya tanıtmış, hər bir həmvətənimizin qəlbində milli iftixar duyğuları oyatmışdır. Mədəni irsimizə diqqət və qayğı dövlət səviyyəsində həyata keçirilir, Azərbaycan mədəniyyətinin inkişafı naminə göstərilən xidmətlər yüksək qiymətləndirilir və həvəsləndirilir.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adlı kitab çap etdirilib. İnstitutun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə iki cilddə, iri həcmdə (1890 səh.) hazırlanmış kitab monoqrafik səciyyə daşıyır.

Kitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, formalaşması, ümumi xüsusiyyətləri, müasir inkişaf tendensiyaları araşdırılıb və əsas yaradıcı simalarına oçerklər həsr olunub. Nəşrdə 15 fəsil, onlarla icmal və portret oçerk, yüzdən çox yarımbaşlıq yer alıb. Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyi, zənginliyi və təkrarsızlığını ortaya çıxarır.

İkicildlik kitabın elmi redaktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı geniş “Ön söz” məqaləsi ilə açılır. Məqalədə müstəqillik dövrü ədəbiyyatını yetirən ictimai-siyasi və tarixi-mədəni durum səciyyələndirilir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqını dərin uçurumdan qurtaran xilaskarlıq missiyası və yeni dövr ədəbiyyatının formalaşmasındakı tarixi rolu diqqətə çatdırılır. Müasir ədəbiyyatın layiqli yer tutmasında Prezident İlham Əliyevin Ulu Öndərin quruculuq missiyasını davam və inkişaf etdirməsinə, respublikanın qabaqcıl dünya mədəniyyəti kontekstində təmsil olunmasına böyük önəm verilir. Eyni zamanda məqalədə müstəqillik dövrü ədəbiyyatının xarakteri, tipoloji xüsusiyyətləri, yaradıcılıq prinsip və metodları, inkişaf tendensiyaları və perspektivləri hərtərəfli şərh olunur.

Kitabın birinci cildi “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı 1990-cı illərdə” adlanır və burada müstəqillik ədəbiyyatının təşəkkül mərhələsi “keçid ədəbiyyatı” kimi xarakterizə olunur. “Müstəqillik ədəbiyyatının mövzu və tendensiyaları”, “Qanlı Yanvardan başlanan yol”, “Qarabağ müharibəsinin ədəbiyyatda inikası”, “1990-cı illərdə nəsr” və digər tematik və problematik bölgülər dövrün ədəbi-bədii mənzərəsini təsəvvür etməyə imkan verir.

Kitabın ikinci cildi XXI əsrdən başlayaraq müstəqillik zəminində tam ifadəsini tapan müasir dövr ədəbiyyatından söz açır və “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdə” adlanır. Tam plüralizmə, azad yaradıcılıq seçiminə, çoxüslubluluğa meyil edən müasir Azərbaycan ədəbiyyatı burada başlıca olaraq janrlar üzrə nəzərdən keçirilib, ideya-tematik və poetika zənginliyi üzə çıxarılıb.

Müasir Azərbaycan ədəbiyyatında cərəyanlaşma, realizmlə yanaşı, magik realizm, ekzistensializm, dekadans və modernizm, avanqard və postmodernizmin təzahürü qeydə alınıb və kitabda ayrıca nəzərdən keçirilib. Müstəqillik dövründə uşaq ədəbiyyatı, ədəbiyyatşünaslıq və tənqid, müasir nəzəriyyə, Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası və əlaqələri məsələləri də ayrı-ayrı fəsillərdə araşdırılıb, təqdim olunub.

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabında icmal oçerklər də geniş yer almaqla yanaşı, əllidən çox yazıçı və şairlər haqqında portret oçerklər də verilib. O cümlədən, ikinci cilddə Hidayət, Kamal Abdulla, Aqil Abbas, Mövlud Süleymanlı və başqaları barədə oçerklər dövr ədəbiyyatını ədəbi simalarda da izləməyə imkan verir.

İkicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun eyniadlı şöbəsində, digər şöbələrin əməkdaşlarının da fəal iştirakı ilə hazırlanıb. Ümumilikdə, kitab üzərində 45 müəllif işləyib.

Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru filologiya üzrə elmlər doktoru Tehran Əlişanoğludur.

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində Prezident İlham Əliyev alimlərimizə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə kitab yazmağı tövsiyə edib. Prezidentimizin çağırışına cavab olaraq ərsəyə gəlmiş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun ədəbi-mədəni ictimaiyyətə yubiley hədiyyəsi, eyni zamanda müstəqil dövlətçiliyimizin 25 illiyinə elmi hesabatıdır.

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”

İkicildlik kitabın elmi redaktoru akademik İsa Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı geniş ön söz məqaləsi ilə açılır.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adlı kitab çap etdirib.

Publika.az xəbər verir ki, institutun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə 2 cilddə, iri həcmdə (1890 səh.) hazırlanmış kitab monoqrafik səciyyə daşıyır.

Kitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, formalaşması, ümumi xüsusiyyətləri, müasir inkişaf tendensiyaları araşdırılmış və əsas yaradıcı simalarına oçerklər həsr olunub.

İkicildlik kitabın elmi redaktoru akademik İsa Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı geniş ön söz məqaləsi ilə açılır.

Kitabın birinci cildi “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı 1990-cı illərdə” adlanır və burada müstəqillik ədəbiyyatının təşəkkül mərhələsi “keçid ədəbiyyatı” kimi xarakterizə olunur.

Kitabın ikinci cildi XXI əsrdən başlayaraq müstəqillik zəminində tam ifadəsini tapan müasir dövr ədəbiyyatından söz açır və “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdə”adlanır.

Müasir Azərbaycan ədəbiyyatında cərəyanlaşma, realizmlə yanaşı, magik realizm, ekzistensializm, dekadans və modernizm, avanqard və postmodernizmin təzahürü qeydə alınmış və kitabda ayrıca nəzərdən keçirilib. Müstəqillik dövründə uşaq ədəbiyyatı, ədəbiyyatşünaslıq və tənqid, müasir nəzəriyyə, Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası və əlaqələri məsələləri də ayrı-ayrı fəsillərdə araşdırılıb, təqdim olunub.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Müstəqillik dövrü azərbaycan ədəbiyyatı

Kulis.az İradə Musayevanın “Müstəqillik, müstəqillik, müstəqillik. ” məqaləsini təqdim edir.

(AMEA-nın Nizami adına Ədəbiyyat institutunun hazırladığı “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi haqqında)

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı iki cilddən ibarət “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təntənəli təqdimatı oldu. Sevindiricidir. Axır ki, 25 illik ədəbi xronikanın mənzərəsi aydınlaşacaq, bu adda (“müstəqillik ədəbiyyatı”), bu çeşiddə yaradıcılıq tariximizin əsil mahiyyətini, seçilmişlərini tanıyacağıq!-deyə fərəhləndik. 1800 səhifəlik nəfis tərtibatlı kitaba çoxlu suallarım vardı. İkicildliyin elmi redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru isə filologiya elmləri doktoru, professor Tehran Əlişanoğludur.

Kitab İ.Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı irihəcmli məqaləsi ilə açılır. Yəqin ki, müstəqilliyimizin şərəfli və kəşməkəşli yolundan, bu yolun ağrısını və sevincini özündə əks etdirən və ya arzuladığımız kimi əks etdirə bilməyən ədəbiyyatının mahiyyətindən, xarakterindən danışılacaqdı bu giriş məqaləsində. Məqalənin adı bunu diktə edirdi. Amma belə olmur. İsa müəllim ilk cümlələrdəncə millət kimi formalaşmağımızın tarixinə toxunur. Onun təqdimatından belə çıxır ki, biz son 25 ilə qədər millət ola bilməmişik, sadəcə “dünyada az tanınan toplum” kimi səciyyələnmişik: “Azərbaycan xalqı bir zaman tərkibində olduğu sovet dövlətinin asılılığından qurtarıb, üçrəngli bayrağını Birləşmiş Millətlər Təşkilatının binasında ən yüksəklərə qaldırmış, bu ümumdünya təşkilatının tədbirlərinə rəhbərlik etmək səlahiyyətlərinə qədər ucalmışdır. Xalqımız ictimai-iqtisadi və mədəni inkişafının yüksək tempi ilə bir zamanlar dünyada az tanınan bir toplumdan hazırda dünyanın hər tərəfində qəbul edilən, örnək göstərilən millətə çevrilmişdir”. (s.3) Akademikin millət kimi yaşımızı 25 ilə endirən bu təəssüfdoğurucu qənaəti çoxlu suallar yaratdı bir anda: minilliklərlə yaşı ölçülən ədəbi, tarixi abidələrimizin sahibi biz deyildikmi? Axı qəbilə, tayfa, qaraçı dəstəsi assosiasiyası yaradan “toplum” ifadəsi bu millətin yaşı bir yana, yaratdığı misilsiz mədəniyyət, sənət nümunələrinə belə yaraşdırılmır. Lap son 100 ili götürək: Ə.Hüseynzadəni, M.Ə.Rəsulzadəni, H.Cavidi, C.Məmmədquluzadəni, M.Ə.Sabiri, Ü.Hacıbəylini, Ə.Şıxlinskini və onlarla, bəlkə daha çox mütəfəkkiri, milli qürur simvolu ola bilən millət fədaisini “toplum”mu yaratmışdı? Sovet dövrü dediyimiz zamanda biz millətlikdən çıxmışmıydıq? Bəs Q.Qarayev, F.Əmirov, S.Vurğun, R.Rza, M.Abdullayev, T.Salahov və yenə onlarla, yüzlərlə tarixə imza qoyan yaradıcı şəxsiyyətləri necə, “toplum”mu yaratmışdı?

Həmin məqalədə 25 illik qısa bir dövrü əhatə edən müstəqillik ədəbiyyatını İ.Həbibbəyli qəribə bir məntiqlə iki yerə bölür: “Bütövlükdə, müstəqillik dövrü ədəbiyyatını iki mərhələyə ayırmaq lazım gəlir:1) Sovet ədəbiyyat düşüncəsindən müstəqillik dövrünə “keçid ədəbiyyatı” kimi xarakterizə olunan 1990-cı illər; 2) XXI əsrdən başlayaraq müstəqillik zəminində tam ifadəsini tapan müasir dövr ədəbiyyatı”. (s.14)

Deməli, ədəbiyyat tarixində mərhələlər artıq 10, 15 il miqyasına qədər kiçilib. Axı ədəbiyyatda mərhələ adətən tarixin, ictimai-iqtisadi formasiyaların, sosial-siyasi mənzərələrin, qlobal hadisələrin və intibahi dəyişikliklərin, fəlsəfi-estetik, mənəvi-intellektual təkamüllərin yenilədiyi, forma və mahiyyət etibarilə kəskin dəyişdiyi zamanların-daha böyük, bəzən əsrlərlə, bəzən bir neçə onilliklərlə hesablana bilən zamanın çərçivəsində müəyyənləşir. Əldə olan faktlara əsasən desək, yaşı 1000 ili keçən yazılı Azərbaycan ədəbiyyatını 10 illik bölgülərə məruz qoymaq onun xarakterini, miqyasını, diapazonunu kiçiltmirmi? Hələ adın mahiyyətinə diqqət edin: 1-“keçid ədəbiyyatı”, 2-“müasir dövr ədəbiyyatı”.

Daha sonra oxuyuruq: ”Müasir Azərbaycanı iki on il əvvəlin parçalanmaq, dağılmaq, vətəndaş müharibəsinə yuvarlanmaq təhlükəsi qarşısında qalmış ölkə ilə müqayisə etmək çətindir”. (s15)

İ.Həbibbəyli və T.Əlişanoğlu müstəqillik ədəbiyyatının nümayəndəsi kimi kitaba daxil etdikləri yüzlərlə müəllifi də həmin “iki on ilin” sərhədində ayırır, hərəsini bir mərhələyə şamil edir. Hətta belə çıxır ki, məsələn hansısa yazıçı romanının birini 1998-ci ildə, o birisini 2003-cü ildə yazıbsa bu adam özü də ikimərhələli müəllif olur. Yəni, ədəbiyyat tarixinin iki mərhələsində yazıb yaratmış kimi səciyyələnir. Əgər o adamın, məsələn, Anar, Elçin kimi sovet dövründə də yazdıqları varsa, artıq onlar olur üçmərhələli yazar.

İ.Həbibbəyli həmin proqram məqaləsində kitabın tərtibat prinsipini də həmin meyarla konturladıqlarını əvvəlcədən açıq-aşkar elan edir: “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı iki mərhələdə inkişaf etdiyi üçün təqdim olunan bu kitabda da mərhələli tədqiqat və təhlilə əsaslanılmışdır. Birinci mərhələni əhatə edən 1990-cı illər ədəbiyyatı sovet hakimiyyətinin son illərindən müstəqillik dövrünə “keçid əlamətləri” ilə səciyyələnir. Bu dövr ədəbiyyatının əsas mövzuları: 1) İstiqlal və 20 yanvar mövzusu; 2) Qarabağ müharibəsi mövzusu; 3) sosial böhran və dekadans mövzusu; 4) avanqard sənət-mövzularıdır”. (s17)

Ədəbiyyatda mərhələ bölgüsü prinsipinin mövzularla (özü də bu qədər məhdudlaşdırılmış ampluada) müəyyənləşməsi faktına indi rast gəldim.

Və daha maraqlı açıqlamalar növbəti hissələrdə verilir. Bədii ədəbiyyata akademik, hətta ideya konturu da cızır. Bədii düşüncə hüdudsuzluğunda yazıb–yaratmalı olan müəlliflərə konkret ideya diktəsi şüar kimi səslənir. Belə çıxır ki, bizim ədəbiyyatda bədii əsərlərin ideyası azərbaycançılıq və multikultural dəyərlərə söykənməlidir, daha doğrusu, artıq “söykənib”: “İdeya əsası Azərbaycançılıq və multikultural dəyərlərə söykənən, bədii keyfiyyətlərini klassik Azərbaycan və modern dünya ədəbiyyatı zəminində sintez edən bu ədəbiyyat, hər şeydən əvvəl, müasir Azərbaycanın obrazını yarada bilmiş, dünyaya tanıtmışdır. Eyni zamanda, hazırda müasir dünya ədəbi prosesinin kontekstində inkişaf edən Azərbaycan ədəbiyyatı milli-mənəvi dəyərlərə ağırlıq verməklə yanaşı, beynəlxalq miqyasda ədəbiyyatda gedən proseslərə inteqrasiya edərək dünya ədəbiyyatının bir hissəsinə çevrilməkdədir”. (s. 23)

“Keçid dövrü”ndə janr münasibətləri baxımından müşahidə olunan müəyyən qeyri-differensiallıq, ətalət mexanizmi müstəqillik tendensiyalarının inkişafı ilə aradan qalxmış, müasir Azərbaycan ədəbiyyatında demək olar ki, bütün ədəbi növlərdə janr yaddaşının oyanması faktı qeydə alınmışdır”. (s. 23)

Yazıçılar janrından asılı olmayaraq cəmiyyətin və insanın dərin qatlarına doğru daha çox diqqət yetirmiş, sosial və mənəvi problemlərə xeyli dərəcədə geniş müstəvidə nəzər salmışlar”. (s. 24)

Azərbaycan şeiri dünya ədəbiyyatında cərəyan edən estetik-fəlsəfi təmayüllərə nüfuz etməyə doğru inkişaf etməyə başlamışdır”. (s.25)

Doğrudanmı, bu günün Azərbaycan şeiri dünya ədəbiyyatının cərəyanına, hətta estetik-fəlsəfi təmayülünə (!-İ.M) nüfuz etməkdədir? Bəs kimlərin timsalında?

Biz bu kitabda daha çox müstəqilliyimizi yalnız və yalnız öyən, alqışlayan, tərifləyən şüarçı tezisləri oxumalı deyildik. Bu kitabda akademik və məsul redaktorun (eləcə də kitabdakı materialların xeyli hissəsinin müəllifinin) fundamental, elmi, analitik təhlil və müqayisələri ilə səciyyələnən, sözün həqiqi mənasında “müstəqillik dövrü ədəbiyyatı”nın obrazını, portretini görməli, tanımalı idik. Kitabda “müstəqillik” sözü bəlkə on min dəfə təkrarlanır, “ədəbiyyat” kəlməsi də həmçinin. Amma bu anlayışların əlaqəsi, birlikdə ifadə etdiyi məna və məzmun aydın olmur, pafos, şablon təkrarlar ilğımında öz qənaətlərimiz də az qala itib-batır.

Kitabda “Müstəqillik dövrü ədəbiyyatı” adına yazılacaq və bəzi hallarda bəlkə də yazılmağa layiq olmayacaq imzaların sayı-hesabı bilinmir. Etiraz doğurmamaq, heç kimin xətrinə dəyməmək üçün hamının adını “anmaq” səxavətliliyi, əslində, kitabın ciddiliyi haqqındakı təsəvvürümüzü ilk səhifələrdəcə alt-üst etdi. Səhifə-səhifə ad sadalamaları ilə həcm, cild yaradan məsullar bilməli idi ki, böyük bir tədqiqat mərkəzinin, institutun bu xarakterli ədəbiyyatı təqdimatında bizi maraqlandıran, düşündürən, bizim üçün yenilik ola biləcək elmi-nəzəri əsaslandırmalara söykənən fundamentallıq olmalı idi. Məlum məqalələrin toplanıb sadəcə ön sözlərlə kitablaşması hələ sualın cavabı deyil. Onlarla portretlər oldu ki, kitabda onların haqqında diletantlıq səviyyəsində yazılar gedib. Halbuki həmin şair və yazıçılar haqqında dəyərli monoqrafiya və məqalələr yazanlar var ki, onlar, sadəcə ədəbiyyat institutunun işçisi deyil. Yəqin ki, bu yanlış yanaşmanın cavabı belə izah olunacaq: kitab ədəbiyyat institutunun əməkdaşları tərəfindən hazırlanıb. Amma bu əməkdaşlar da çox hallarda elə o kənarda qalan əsil tədqiqatçıların kitablarından bol-bol “bəhrələnib”.

İlk iradlarımızdan biri məhz mövzuya –bu adda kitab hazırlamaq ideyasını reallaşdırmaq məqsədinə yaradıcı yanaşa bilməmək faktı ilə bağlıdır. “Hazır məhsulları”, müxtəlif insanların müxtəlif zamanlarda yazdığı məqalələri toplu halına gətirmək zəhmətini qiymətləndirsək də, bu 1800 səhifəlik kitab haqqında heyrətli çıxışların, alqışların səmimiliyini, əlbəttə, qəbul edə bilmədik.

Ardı var.

06.11.16

  • Vaqif Bayatlı Odərin saytı yaradıldı
  • Məşhur yaponiyalı müğənni vəfat etdi
  • Billie Eilish: “Sosial şəbəkələri sildikdən sonra azadam”

Comments are closed, but trackbacks and pingbacks are open.