Müsəlman qardasima cavab
Sonuncu videomuz
İbtidai Vəhşi
X-XIV əsrlərdə Şərq və qədim yunan fəlsəfəsini öyrənmək əsasında ərəbdilli fəlsəfə özünün yüksək mərhələsinə çatır. Bu dövrdə İlahiyyata bağlı islam din fəlsəfəsi, vəhdəti-vücud təlimi, xüsusən sufizm (təsəvvüf), yunan filosoflarının, birinci növbədə Platon və Aristotelin fəlsəfəsi zəminində yaranan, sonralar orijinal təlimə çevrilən Şərq peripatetizmi daha geniş yayılmışdı.
Panteizm (yunanca “pan” – hər şey, “theos” – Allah, yəni hər şey Allahındır) Allahı təbiətdə yerləşdirir, dünya ilə eyniləşdirir. Vəhdəti-vücud və təsəvvüf fəlsəfəsinə görə isə, Allah təbiətə yerləşə bilməz, o məkana və zamana sığışa bilməz, bütün maddi dünya Allah atributlarının (ayrılmaz özəlliklərinin) təzahürüdür və Allahın hər bir əlaməti özünü ayrı-ayrı əşyalarda göstərir. Allah, vahid və mütləq Varlıq kimi bütün mövcudatın əsasıdır. İslam təliminə görə dünyanın mahiyyəti qətiyyən Allahın mahiyyətinə daxil edilə bilməz, əksinə onun mövcudluğu Allah sayəsində mümkündür.
“Saflıq qardaşları”nın təlimi
IX əsrin ikinci yarısında Bəsrə şəhərində “Saflıq qardaşları” (İxfan-əs-Səfa) adlı dini-fəlsəfi cəmiyyət yaranmışdı. Bu cəmiyyət 890-cı ildə din və müxtəlif bilik sahələrinə həsr edilmiş 52 trakatak çap olunandan sonra çox məşhurlaşmışdı.
Bu təlim sinkretik (yun. “synkretismos” – “qovuşma” – müxtəlif elementlər, fikirlər, təlimlərin birləşdirilməsi) xarakter daşıyırdı. Məntiq və fizikada “Saflıq qardaşları” əsasən Aristotelə, təbabət və psixologiyada Qalenə, ümumi fəlsəfi məsələlərdə isə sufizmə əsaslanaraq bu mövqedən çıxış edirdilər.
“Saflıq qardaşları” göstərirdilər ki, idrakın üç mərhələsi var: “hissi, rasional və intuitiv idrak”
Bu təlimin tərəfdarları hesab edirdilər ki, din və şəriət öz ilkin təmizliyini itirib. Odur ki, dini çirkabdan təmizləmək lazımdır. Cəmiyyət pis işlərlə dolub, əxlaq pozulub. Yalız fəlsəfə cəmiyyəti dağılmaqdan xilas edə bilər.
Təbrizdə “kafir iqamətgahı” adlandırılan, indi isə yalnız dağıntıları qalan bir tikili məhv edilmiş elm və hikmət haqqında ağı oxuyurdu. Bu icmanın ən son üzvlərindən olan gənc İsmayıl böyük qardaşlarını və müəllimlərini xatırladıqca dərd içində qovrulurdu. O zaman bu məkanda hamı qardaş sayılırdı. Hətta müəllimlər də tədrisə görə məvacib almağı özlərinə təhqir sayırdılar. “Saflıq qardaşları” sırasına qatılan şagirdə görə atalarından yazılı sənəd alınırdı. Bu sənədə əsasən şagird mütləq atasının himayəsindən çıxıb, müəlliminin mənəvi övladı olmalı idi. 15 yaşından aşağı olan kəs bu hikmət cəmiyyətinə qəbul edilmirdi. Təşkilatın üzvlərindən yaşlı nəsillə yox, müxtəlif elmlərə həvəsli olan, bu dünyanı və axirəti qəbul edən, qiyamət gününə, peyğəmbərin dediklərinə əməl edən, ehtiras və savaşlardan qaçan gənc nəsillə iş görmək tələb edilirdi.
Gənc İsmayıl onu da yaxşı xatırlayırdı ki, “Saflıq qardaşları” cəmiyyətinə qədəm qoyan hər şagirdə müəllimlər öncə bu sözləri deyirdi: “Bütün təbəqə və siniflərdən olan insanlarla təmas qurun. Səbirli olun və insanlara sevgi ilə yanaşın. Onlara yeməkdəki duz kimi qaynayıb-qarışın. Ağıllı bir loğman, həkim kimi davranın və mənəvi xəstələri sağaldın”.
Bu cümlələr “Saflıq qardaşları”nın özəyi sayılan Bəsrədə, təşkilatın yaradıcıları tərəfindən yazılmışdı və xilafət sərhədlərini aşaraq Qafqazda, Anadoluda bütün gizli ocaqlara yayılmışdı. İsmayıl da ilk olaraq bu sözləri əzbərləmiş, səhəri gün isə Evklid həndəsəsini öyrənməyə başlamışdı. Çünki bu gizli cəmiyyətin əsas qayəsi şəriət qanunlarından qurtularaq ilahiyə, Ədəbi Həqiqətə qovuşmanın hikmətinə vaqif olmaq idi. O səbəbdən də, məntiqi mühakimənin inkişafı üçün riyaziyyat elmləri ilə fəlsəfəni birinci növbədə tədris edirdilər.
HAŞİYƏ-1: Haqqında danışacağımız gizli elmi cəmiyyət bu gün az qala bütün dünyanın borclu olduğu “Saflıq qardaşları” birliyidir. Bəzi mənbələrdə “İxfan əs-Səfa” məktəbi kimi təqdim edilən gizli təşkilat, dövrün hakimi-mütləqlərindən xəbərsiz fəaliyyət göstərir, ən yaxşı alimləri öz sıralarına qatırdı. Məktəb X əsrdə qədim elm mərkəzi olan Bəsrədə yaranmışdı. Amma tezliklə Azərbaycan torpaqlarını da öz ziyasına bürüdü. Onlar hələ intibah dövründən əvvəl itib-batmaqda olan, misilsiz dəyərə malik antik yunan filosof və alimlərinin əsərlərini axtarıb tapır, onları qoruyur və ən əsası tərcümə edirdilər. Bununla da əsl elm və fəlsəfə mənbəyi olan yunan mətnlərinin hikmətini Şərq coğrafiyasında da yayırdılar. Şərqin “yeni platonçuları” adlandırılan “Saflıq qardaşları”nın təbirincə, Ali Səadətə qovuşmaq üçün insan ilk növbədə öz ruhunu saflaşdırmalı idi. Bunun da yeganə yolu elm və fəlsəfəyə yiyələnməkdəydi. Şəriət isə onları nə anlaya bilir, nə də qəbul edirdi. Şərq intibahının yaranmasında misilsiz xidmətləri olan “Saflıq qardaşları” “insanı kainatlaşdırmaq” düsturunu qədim yunan mətnlərindən qopararaq İslam dünyasına gətirmişdi. Onlar Aristotel və Platonun metafizik dünyagörüşünü, saf İslam etiqadı ilə sintez edərək “vəhdəti-vücud”un ilk müddəalarını yaratdılar. Tək elə buna görə, XII əsrdə özünün zirvə nöqtəsinə çatan və bir neçə əsr davam edən Şərq düşüncəsi, “Saflıq qardaşları”na çox minnətdar olacaqdı.
İsmayıl hələ tilmiz (gizli cəmiyyətin bütün məktəblərində bura yeni qədəm qoyan 15 yaşlı şagirdləri “tilmiz” adlandırırdılar) olan vaxtlarında birlikdəki nizamı qavramışdı. Bilirdi ki, burada ona öyrədilən bütün elmlərin əsas məqsədi insan ruhunun təmizlənməsini təmin etmək və onu əbədi səadətə qovuşdurmaqdır. Elm və hikmətin Ali Səadət qulluqçusuna çevrildiyi məkanda bütün şagirdlər arasında qardaşlıq münasibətləri var idi. Amma onlar da bilik və qavrama bacarıqlarına görə bir neçə qrupa bölünmüşdülər: Birinci qrupa 15-30 yaş arasındakı gənclər daxil idilər və onlar ancaq müəllimlərin buyruğu altında bilgi alırdılar. Fiziki təmizliyə önəm verən, fikirləşməyi və dərsləri mükəmməl qavramağı bacara bilən bu qrupun üzvləri “əl Əbrar-əl Ruhəma”, yəni, “dindar və mərhəmətli” adlanırdılar. İkinci qrupa 30-40 yaş arası insanlar daxil edilir və onlara fəlsəfi bilgilər verilirdi. Bu qrupun üzvləri “Əhyar-dindar” və ya “Fudala-bilgin” adlanır və ocaqlardakı şagirdlərə rəhbərliyi həyata keçirirdilər. Üçüncü qrup 40-50 yaş arası, fəlsəfi, elmi, şəriət biliklərinə malik olan insanlardan təşkil olunurdu. “Əl-Fudala-əl-Kiram” adlanan qrup üzvləri sultanlıq mövqeyində idilər. Nəhayət, sonuncu qrupa daxil olan insanlar 50 yaşdan yuxarı olanlardan ibarət idi ki, onlar fövqəlduyuma, uzaqgörənliyə sahib saflıq ardıcılları sayılırdılar və onları Məlaikə-mukarribin adlandırırdılar.
İsmayılın aid olduğu birinci qrup ikinci qrupdan yalnız nəvaziş görür, oradakıların mehribanlığına və qardaşlıq eşqinə tuş gəlirdi. Amma heç vaxt “ikinci mərtəbə”nin üzvləri ilə elmi müzakirələrə girişmirdilər. Həmçinin, ikinci qrupun üzvləri də üçüncü qrupun seçilmişləri ilə pərdə saxlayırdılar.
“Saflıq qardaşları” öz aralarında şəriəti “açıq din” adlandırırdılar. Yəni, burada hər şey hamının qavradığı, fərqinə vardığı və icra etdiyi rituallar sistemi idi. Amma batində qalan məna çox az insana çatırdı. “İxfan əs-Səfa” məktəblərində tədris olunan batini elmlərin əsas məqsədi ruhu arındırmaq, onu xoşbəxtlik mərtəbəsinə çatdırmaq idi. Bu ocaqlarda filosofları, batini elmlərə yiyələnərək, ilahi səadətə qovuşmaq üçün hazırlayırdılar.
Saflıq ardıcıllarının fəlsəfəsinin əsasını kainatın Tək ilahi qaynağının olması və ruhların bu qaynağa, yəni Tanrıya geri dönüşü inancı təşkil edirdi. Necə ki, sözlər ağızdan, işıq günəşdən yayılır, eləcə bütün kainat da Tanrıdan qaynaqlanır.
Bu fəlsəfəni biz daha sonra Azərbaycanın ən güclü filosoflarından biri Şihabəddin Sührəverdinin “işraqilik” təlimində görürük. Böyük Sührəverdinin bu “işıq fəlsəfəsi”ndə Küldən qopmuş işıq zərrələri yenidən ona doğru qayıdır. Şərqşünas alim Zakir Məmmədovun Sührəverdidən tərcümə etdiyi “İşıq heykəlləri” əsərində bu detal qabarıq əks olunub. Klassik fəlsəfədə isə buna “emanasiya” deyilir.
Emanasiya inancına görə, öncə vahid İşıq Toplusu, yəni, Tanrı mövcuddur, ondan mərtəbə-mərtəbə ağıl və ruh yaranır. Ruhdan dördüncü olaraq ilk maddə, beşinci olaraq təbiət, altıncı – cisimlər meydana çıxır. Ardınca yeddinci – fələklər, səkkizinci – elementlər və ondan da doqquzuncu olaraq mədənlər, bitkilər, heyvanlar meydana çıxır. Kainatı makrokosmos, insanı mikrokosmos kimi qəbul edən Saflıq ardıcıllarının fikrincə, “bədənimiz kainatın bir parçasıdır, ona görə də ruhumuz da Kosmik ruhun bir parçasıdır. Kosmik ruh varlıqları necə idarə edirsə, ruhumuz da bədənimizi o cür yönəltməkdədir.
İsmayıl və başqa tilmizlər bu fəlsəfənin mahiyyətini yavaş-yavaş qavradıqları zaman dövrün nadan hakimlərinin fitvası ilə Təbrizdəki gizli ocaq aşkarlandı. Dördüncü qrupun üzvləri olan əsas idarəçilər təhlükəsizlik naminə və xüsusən də tilmizləri qorumaq üçün onları bazar meydanlarına səpələdilər. Ətrafındakılardan fərqlənməyən şagirdlər fiziki baxımdan xilas olsalar da, iqamətgahın dağıdılması onları mənən öldürdü.
HAŞİYƏ-2: – ”Saflıq Qardaşları” cəmiyyətinə aid olan filosoflar qrupu əsasən üç işlə məşğul idi: tədris, tərcümə və yazı. Onlar şagirdləri öyrətməkdən də çox, qiymətli mətnlərin tərcüməsinə diqqət edirdilər. Bu cür tərcümələr bütün elm sahələrinə aid olmalı idi. Hətta musiqi fəlsəfəsinə aid tərcümələrə də yer ayırırdılar.
Onlar bu tərcümələr vasitəsilə musiqi, təbiət ünsürləri (hеyvanlar, bitkilər, minеrallar) və rənglər arasında uyğunluq haqqında təlim yaratdılar. Saflıq filosofları hеsab еdirdilər ki, müxtəlif alətlərdə çalınan musiqi insan şüuruna dərman bitkiləri və ətirli ədviyyələr kimi təsir еdir. Məsələn, tarda çalınan musiqi ətirli zəfəran kimi, nağara – mixək və jеnşеn, ud – pişikotu, nеy – badrəncbuyə, zurna – tünd qəhvə kimi təsir göstərir.
İxfan əs-Səfanın həm Qərb, həm də Şərq dünyagörüşlərini özündə birləşdirməsi xristian və islam dünyası arasındakı soyuqluğu aradan qaldırmaq gücünə malik idi. Belə ki, Saflıq qardaşlarının Fəsdə yerləşən təşkilatının səyi nəticəsində tezliklə onların ideyaları İspaniya ərazilərinə yayılaraq, oradan da digər Avropa ölkələrinə istiqamətləndi.
Dörd hissədən ibarət “Saflıq qardaşları və vəfa munisləri” ensiklopediyasındakı əlli iki traktatdan on dördü riyaziyyat, on yeddisi təbiət, onu metafizika və on biri ilahiyyat məsələlərinə həsr olunub. Riyaziyyata aid traktatlarda riyazi fənlərin idraki əhəmiyyəti yüksək qiymətləndirilib. Saya dair traktatda deyilir ki, sayların nəfslərdəki surətləri mövcudatın materiyadakı surətlərinə uyğundur. Həndəsəyə dair traktatda məqsəd hissi şeylərdən əqli şeylərə, cismani şeylərə, cismani şeylərdən ruhi şeylərə, konkret şeylərdən mücərrəd şeylərə keçməkdə nəfsin düzgün istiqamətləndirilməsidir. Digər traktatlarda isə beləcə, insan nəfsinin biliklərlə zənginləşdirilməsi, idraki qüvvələrə yiyələnməsi, nəhayət, kamilləşməsi, saflaşması qayəsi qarşıya qoyulur.
. İsmayıl gizli ocağın dağıdılmasından sonra öz ruhi inkişafını dondurmuş oldu. Bəzi mənbələrin dediyinə görə, “Saflıq qardaşları”nın Anadolu, Azərbaycan, hətta Avropa ərazisində dağıdılan iqamətgahlarının üzvləri sonradan bu birliyin mərkəzi olan şəhərə getmədilər. Çünki onlar üçün bir elm ocağının dağıdılması, ümumiyyətlə, elmin süqutu idi.
Haqqında danışdığımız İsmayıl da ocaqda yiyələndiyi bilgilərindən istifadə edib sonradan ortabab bir tacir oldu. Ömrünün sonunda isə müflisləşdi.
Məncə, bu gün bəzi islam ölkələrindəki duruma diqqət edəndə anlayırsan ki, bir vaxtlar Qərbə meydan oxuyan, indi isə ondan xeyli geridə qalmış Şərq də elə həmin o İsmayılın vəziyyətindədir – elmdən, ziyadan uzaqlaşıb qaranlığa qərq olan İsmayılın.
(red.- Elmin Nuri)
“Sufizm” (təsəvvüf)
VIII-IX əsrlərdə meydana gələn sufizm müsəlman Şərqində ən çox yayılmış dini-fəlsəfi, mistik dünyagörüşdür. Təsəvvüfün həm Şərq, hən də Qərb tədqiqatçılarının çoxu bu fikirdədir ki, bu təlim islam dini zəminində meydana gəlib və onun iki əsas mənbəyi var: Quran və sünnət. Başqa kənar təsirlərin o qədər də əhəmiyyəti yoxdur.
Sufizm təmsilçiləri hesab edirdilər ki, şəxsi ruhi-psixoloji təcrübə vasitəsilə insanın Allah ilə bilavasitə mənəvi ünsiyyəti, heç olmasa hələlik kənardan seyr etməsi, sonra isə tamamilə qovuşması mümkündür. Bu ünsiyyət ürəyində dərin ilahi məhəbbət olan insanın ehtiraslı vəcd (ekstaz) və mənəvi işıqlanma vasitəsilə yaranır. Orta əsrlərdə belə cərəyanlar nadir hadisə deyildi. Mistika bəşəriyyətdə mövcud olan bütün böyük dini sistemlərdə (buddizm, hinduizm, iduaizm, xristianlıqda) müəyyən yer tutur. Lakin təsəvvüf özəllikləri ilə onlardan kəskin surətdə fərqlənir. Amerika tədqiqatçısı Annemari Şimmel yazır: “Mistsizmə Mütləqə məhəbbət kimi tərif vermək olar, belə ki, əsl mistsizmi asketizmdən fərqləndirən qüvvə məhəbbətdir. İlahi məhəbbət sınaq və qəlbin təmizlənməsi üçün göndərilən çətinliklərə dözmək və hətta buna sevinmək qabiliyyətini axtaranlara güc verir”.
Sufilərə görə həqiqi bilik ilahi nurlanma yolu ilə, (red.- emanasiya) mistik məhəbbətlə, Allaha yaxınlaşmaq və nəhayət, Ona qovuşmaqla əldə edilir. Ona görə də sufilər intuitiv idrakı can atırlar. Onlar hesab edirlər ki, Allaha yeganə substansiyadır və dünya bu yeganə, bütöv substansiyanın təzahürləridir; bütün cisimlər, təbiət hadisələri müvəqqəti olaraq öz başlanğıcdan ayrılırlar, darıxırlar, qayıtmaq vəhdəti, insanın Allaha qovuşmasının yalnız bir yolu var – məhəbbət. Burada ağıl gücsüzdür.
Sufizmin üç mərhələdən keçdiyini daha çox qeyd edirlər: 1) şəriət – islamın bütün hüquq qaydalarının yerinə yetirilməsi; 2) təriqət – hörmətli, tanınmış şeyxin, pirin yanında şagirdlik (müridlik) dövrü; arası kəsilməyən dualar və gərgin düşüncələr, rəqslə müşayiət edilən dini ayinlər vasitəsilə şəxsi iradəni məhv etmək; 3) mərifət – Allahı ağılla yox, qəlblə dərk etmək; 4) həqiqət – mistik üsullarla mərifətlə həqiqəti Allahda tapmaq.
Yeni platonçuluq ilə təsəvvüf arasınakı əsas fərq ondan ibarətdir ki, təsəvvüf hər şeydən əvvəl dini mistsizmdir, yeni platonçuluq isə fəlsəfi mistsizmdir; yeni platonçuluğun əsasında ağıl, təsəvvüfün əsasında isə inam dayanır. Çünki ağıl nə qədər uca olsa da, Allaha çatdıra bilmir. Həqiqəti dərk etməyin əsas yolu İlahi eşqdir.
Böyük sufi-filosof əl-Ərəbinin fikrincə məhəbbətin müxtəlif növləri son nəticədə Yaradan ilə yaradılanlar arasında qarşılıqlı məhəbbətə müncər edilir və yalnız insanda məna kəsb edir. Əgər məhəbbət səmimidirsə, o, insan şəxsiyyətini inkar edir (fəna və ya fənafillah) və onu Allahın varlığında əridir (beka və ya bəqa). O, deyirdi: “Sevən insanın ağlını almayan və ona sevdiyindən başqa nəyinsə haqqında fikirləşmək imkanı verən hər hansı məhəbbət səmimi deyil. Bu yalnız özünü inandırmaqdır. Kimsə demişdi:
Ağılla idarə edilən məhəbbətdə
Yaxşı heç nə yoxdur”.
Sufizm aşağıdakı prinsiplərə inanmağı tələb edir: 1) günaha görə peşmançılıq; 2) sufinin yeganə qoruyucusu Allahdır; 3) Allah hər şeyi görür və ondan heç nəyi gizlətmək olmaz; 4) sufi yalnız Allahın köməyinə arxalanır; 5) sufi daim Allaha yaxınlaşır, onu ağıl ilə deyil, qəlb ilə görür, daim hiss edir, sevir və nəhayət, ona qovuşur. Bu çox uzun və məşəqqətli yoldur.
Sufilərin fikrincə, yalnız bir Mütləq Varlıq var. O təkdir, şəriksizdir, əbədidir, məkansızdır. Bu Allahdır. Bütün Kainat – canlı və cansız təbiət, tək-tək əşyalar, cəmiyyət, o cümlədən insanlar şərti olaraq “varlıq” adlandırılsa da, onlar fanidir, keçicidir, əvvəli və axırı var. Beləliklə, tək Varlıq və yoxluq var, mövcud olan hər şey sözün həqiqi mənasında varlıq deyil, yoxluqdur. Yoxluq Varlığa çevrilə bilər, bunun şərtləri var. Bu yalnız insana aiddir. Hər bir insan, artıq deyildiyi kimi, çalışmalıdır ki, öz mənliyini yox etsin, varlığını atsın, maddi dünyaya aludə olmasın, mənəvi cəhətdən saflaşsın, nəticədə İlahi məhəbbət yolu ilə özünü yox edərək Allaha qovuşsun, Mütləq Varlıqda əriyib əbədiyyətə çatsın, yəni əsl Varlığa çevrilsin. Məsələn, böyük Mövlana Cəlaləddin Rumi (1207-73) soruşur ki, insan öz varlığını harada axtarmalıdır və cavab verir ki, öz varlığını tərketmədə. Əks halda insan ölümsüzlüyə çata bilmir. “Varlıqdan imtina edənlərə və mənlik qorxusundan azad olanlara fələk də, günəş də, ay da xidmət və təzim edir”. Yəni insan öz varlığından imtina edərək, onu Allahın varlığına qovuşdura biləndə müqəddəsləşir və bütün Kainat ona baş əyir. Çünki, “dünya sənin nəzərində böyük və nəhayətsiz görünsə də, bil ki, qüdrəti – İlahiyyə qarşısında bir zərrə də deyil”.
Əl-Ərəbi fənanın yeddi mərhələsini göstərirdi: 1) Allaha zidd hərəkətlərdən imtina; 2) insan fəaliyyətinin xəyali sərbəstliyindən imtina və onun Allahdan gəldiyini başa düşmək; 3) yaradılanların bütün xassələrindən imtina və dünyaya Allahın gözü ilə baxmaq; 4) Allahın böyüklüyünü seyr edərək öz şəxsi mövcudluğundan imtina; 5) Allahı seyr edərək ətraf mühitdən imtina; 6) Allahdan başqa hər şeydən; hətta Onun maddi dünyadakı predmetlərdə gizlənən fəaliyyətinin təzahürlərindən təcrid olunma; 7) İlahi atributlardam təcrid olunma və dünya ilə heç bir əlaqə yaratmadan Allahı seyr etmək.
Hürufilik
Hürufilik fəlsəfəsinin əsasında islam mistsizmi – təsəvvüf dayanır. Hürifilik öyrədir ki, hərflərin sirrini, bu yolla dünyada təzahür edənlərin ad və mahiyyətinin sirrini öyrənərək insan Yaradanın sirlərini anlayır, onun təzahürlərini yaradılanlarda, ilk növbədə özündə tapır. Lakin Allah yalnız elə insanda özünü göstərir ki, o insan ən yüksək kamillik dərəcəsinə çatmış olsun, yəni öz varlığını Onun varlığında yox etməyin zəruriliyini dərk etsin.
Hürifizmin banisi Azərbaycan şairi və mütəfəkkiri Fəzlullah Nəimi (1339-94), ən böyük nümayəndəsi isə İmadəddin Nəsimidir (1369-1417). Nəsiminin dünyagörüşü hürifilik ilə məhdudlaşmır və bütövlükdə təsəvvüf fəlsəfəsini əhatə edir.
Onun dünyagörüşünə məşhur İlahi eşq şairi Mənsur əl-Həllacın (859-912) “Ənəlhaq” (Mən Həqiqətəm) təliminin həlledici təsiri olmuşdur. Nəsimi göstərdirdi ki, insan öz mənliyindən imtina edib Allahla birləşəndən sonra yalnız bir Mən – Allah qalır. Onun əsərlərində “Haqq” (Allah) ilə “cümlə aləm” arasındakı vəhdət üçün “İnsan” (Mən) anlayışı vasitə olur. İnsan ən geniş mənada Allah, həm də “cümlə aləm”dir. Lakin hər insan yox, ən kamil təmiz mənəviyyata nail olub ilahiyyata qovuşan insan belə çıxış edə bilər. Belə “Mən” “Haqq” (Allah) ilə eyniləşdirilir:
Mənsur ənəlhəq ayidər, yəniki, Həq mənəm Həq,
Surəti Rəhman buldum, surəti-Rəhman mənəm.
Mən həm də bütün dünyanı əhatə edir:
Mən mülki-cahan, cahan mənəm, mən!
Mən Həqqa məkan, məkan mənəm, mən!
Mən cümlə cahanü kainətəm,
Mən dövrü zaman, zaman mənəm, mən!
“Mən” (Allah) kainata yerləşmir, əksinə, bütün kainatı özündə yerləşdirir. “Sığmazam” rədifli qəzəl bu münasibətlə deyilmişdi:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhərü laməkan mənəm, kövnü məkanə sığmazam.
Əlbəttə “Gövhəri laməkan” (məkansız substansiya), yəni Allah öz yaratdığı iki dünyaya (bu dünya və o dünyaya) və “kövnü məkana” (var olan məkana) sığa bilməz.
İşrakilik
İşrakiyyə fəlsəfəsi müsəlman xalqlarının fəlsəfə tarixində xüsusi yer tutur. Bu təlimin yaradıcısı Azərbaycan filosofu Şihabəddin Sührəvərdi (1154-91) olmuşdur. Bu fəlsəfi təlim Qədim Şərq, Qədim Yunan fəlsəfəsi (xüsusən neoplatonizm) və təsəvvüf (sufizm) əsasında yaranmış və formalaşmışdır. “İşrak” (ərəbcə “əl-işrak” – aydınlaşdırma, işıqlandırma) sözü öz mənasına görə latın termini “emanasiya” sözünə uyğun gəlir. Burada işıq və zülmət haqqında zərdüştlüyün açıq təsiri görünür. İşrakizmə görə Günəş əşyaları işıqlandırdığı və görünən etdiyi kimi, mənəvi şüalanma və yaxud intuisiya da insana həqiqət yolunu göstərir. Burada əl-Qəzalinin də Sührəvərdiyə təsiri hiss olunur.
İşrakizm təliminə görə insan ruhu İlahi işıqdan törəyən işıqdır. İnsanın bütün fəaliyyəti onun daxilində mövcud olan İlahi işığın sayəsində mümkün olur. İdarə edən işıq ilə bədən arasındakı əlaqə müvəqqəti və keçicidir. Bədən ölüb yox olandan sonra bu işıq (ruh) yaşamaqda davam edir. Bədəndən azad olan ruh yüksək İlahi işığa qədər yüksəlir, işıqlar işığına (nur-əl-ənvərə) doğru hərəkət edir, lakin hələlik ona qovuşa bilmir, onun ali gözəlliyini seyr edə bilir və səadətə çatır.
Beləliklə, Sührəvərdi fəlsəfəsinin əsas məqsədi insan ruhunun öz əzəli başlanğıcına doğry gedən yolu göstərməkdir. Bu fəlsəfə islam fikir tarixində mistzism ilə rasional fəlsəfəni yaxınlaşdırmaq yolunda ilk ciddi təşəbbüsdür.
İstifadə olunmuş ədəbiyyat:
Yusif Rüstəmov “Fəlsəfə tarixində fəlsəfə” kitabı
Elmin Nuri “Gizli elm cəmiyyəti – Saflıq qardaşları təşkilatı” məqaləsi
Müsəlman qardasima cavab
Məqalələr İman qardaşlığı
“Qardaşlıq müsəlmanlar arasında iman bağlılığıdır”.
Mömin qardaşım, bil ki, bu din möminlə öz Rəbb arasında bağlılığa əsaslanır, bu da tovhiddir. Müsəlmanın başqa müsəlmanla qarşılıqlı əlaqəsi isə qardaşlıq deməkdir. Müsəlmanın qeyri müsəlmanla əlaqəsinə dəvət deyilir. Bu üç növ əlaqə mərhəmət prinsipinə əsaslanır. Müsəlmanın öz Rəbbi ilə əlaqəsi tovhid əlaqəsidir (ibadət, itaət və sədaqət). Allah bunu bizdən həm bu dünyada, həm də axirətdə bizə rəhm etmək üçün tələb edir. Allah təala Yusifin dili ilə buyurur: «Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı tanrılar yoxsa, hər şeyə qadir və qalib vahid Allah yaxşıdır?» (Yusif, 39). Müsəlmanın öz qardaşı müsəlmanla əlaqəsi iman qar-daşlığı əlaqəsidir. Bu əlaqənin aramızda olmasını Allah təala bizə rəhm etmək, bizim bir-birinə rəhm etməsi üçün istəyir. Allah təala buyurur: «Həqiqətən, möminlər qardaşdırlar» (əl-Hucurat, 10).
Təala həmçinin buyurur: «Odlu uçurumun lap kənarında durarkən sizi ondan xilas etdi» (Ali-İmran,103).
Allah təala buyurur: «Mömin kişi və qadınlar bir-birinə həyandırlar. Onlar yaxşı işlər görməyi əmr edir, qəbahəti rədd edir və namaz qılırlar…» (ət-Tövbə, 71). Bu yazıda bir qardaşlıq haqqında danışacayıq: Müsəlmanın müsəlman olmayanla münasibəti Allaha, imana dəvət və İslam dinini təbliği şəklində olur. Əgər o, bu dəvəti qəbul etməzsə, onu rədd edərsə, təkəbbür göstərərsə, zorakılığa yol verib müsəlmanlara qarşı zülmə yol verərsə onunla mübarizə aparılır. Bu münasibət barədə müstəqil elmi araşdırmaların sayı çoxdur, onlardan bəziləri barədə növbəti şəriət risaləmizdə danışacağıq.
Qardaşlıq gözəl hisslər, xoş rəftar və təmiz əxlaq deməkdir. Ədalət, saleh əməl və xoş söz kimi anlayışlar ona istinad edir. İslamda qardaşlıq geniş və hərtərəfli əhatəli bir anlayış olub əməli məzmunda təcrid olunmamışdır, əksinə o, mərhəməti, səmimiyyəti, təvazökarlığı, məhəbbəti, dostluğu, sədaqəti, etibarlığı, lütfkarlığı vacib edən bir hissiyatdır.
Peyğəmbər (s.a.v.) aşağıdakı sözləri ilə qardaşlıq hissini yüksək qiymətləndirir: “Özünə istəyini qardaşına da istə-məyincə sizdən heç kəs həqiqi iman sahibi ola bilməz” (Riyadus-salihin, 236). Deməli, qardaşlıq olan yerdə həsəd, tamah, yalançılıq, xəyanət və zülm kimi mənfi hisslər üçün yer qalmır. Sən özünə rəva bildiyini qardaşın üçün də istəyirsən. Çünki Allah məhəbbət, Onun təkliyini iqrar etmək (tovhid), Peyğəmbərə (s.a.v.) və onun ardıcıllarına məhəbbətdir. Sən onunla bir kökdə birləşirsən. O, səninlə birgə vahid bir iman cəmiyyətinə mənsubdur. Bu halda qarşılıqlı əlaqə iman qardaşlığı hissinə əsaslanır.
Peyğəmbər (s.a.v.) demişdir: “Mömin mömin üçün vahid bir bina kimidir. Bir-birinə dayaqdırlar” (Riyadus salihin, 273. Hamılıqla məqbul hədisdir).
Peyğəmbər (s.a.v.) həmçinin demişdir: “Müsəlman müsəlmanın qardaşıdır. Ona xəyanət etməz, yalan deməz, onu darda qoymaz. Müsəlmanın borcu digər müsəlmanın namusuna, malına, qanına hörmət etməkdir. Burada Allahdan qorxu (təq-va) vardır. Qardaşı müsəlmanı təhqir edən adam hər əmələ qurşalan kimidir” (Riyadus salihin, 223).
Peyğəmbərin (s.a.v.) mübarək kəlamında deyilir: “Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onunla ədavət etməz. Qardaşının ehtiyaclarını ödəyənin ehtiyaclarını Allah ödəyir. Qardaşını sevindirən Allah qiyamət gün sevindirəcəkdir, müsəlmanı qoruyanı Allah qiyamət günü qoruyacaqdır” (Riyadüs-salihin, 223. Hamılıqla qəbul edilmiş hədis).
Peyğəmbər (Ona və ailəsin Allahın salavatı və salamı olsun) həm də buyurur: “Müsəlmanın altı şeyə haqqı vardır: Onunla qarşılaşsan salam ver, səni çağırsa cavab er, səndən məsləhət istəsə məsləhət ver, asğırsa ona “Yərhəmukəllah” (Allah rəhm eləsin) de, xəstələnsə onun müalicəsinə kömək et, ölsə onu dəfn elə” (Müslimin rəvayəti, 2/62).
Allah təala bizə bildirmişdir ki, möminin ən əzəmətli sifətlərindən biri də qardaşlıq, iman sevgisidir ki, qardaşları mərhəmət hissi ilə əhatə edir. Allah təala demişdir: «Məhəmməd (Ona və ailəsinə Allahın salavat və salamı olsun) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, birbirinə (öz aralarında) isə mərhəmətlidirlər» (əl-Fəth, 29). Peyğəmbər (s.a.v.) demişdir: “Allah təala qiyamət günü soruşur: “Mənim cəlalətimlə bir-birinə qarşılıqlı məhəbbətlə bağlı olanlar, yalnız mənim kölgəmin olduğu bir gündə ona sığınanlar hardadır?” (Müslimin rəvayəti, 1021).
Peyğəmbər (s.a.v.) demişdir: “Allaha and olsun, siz iman gətirməyincə cənnətə daxil ola bilməzsiniz. Qarşılıqlı məhəbbət hissi olmadan iman sahibi də olmaz”.
Allahın mənə və sənə mərhəmətini görürsən. Peyğəmbər (s.a.v.) cənnətə daxil olmağı tovhid olan imanı, tovhidin və ona məhəbbətin sabitliyi ilə əlaqələndirmişdir. Allah təala aydın şəkildə bildirir ki, möminlər bir-birinə məhəbbət hissi bəslədikdə Allahın da məhəbbətini qazanmış olurar. Möminlər, həmçinin bir-birinə məhəbbət bəsləməli, təvazökar olmalı, bir-birilə mehriban dolanmalı, biri başqası ilə münasibətdə təkəbbür göstərməməlidirlər. Möminlərin bu keyfiyyətlərə malik olması Allahın onlara məhəbbətinin təzahürüdür. Buna görə Allah onlardan razı qalır, onları öz dininin etibarlı adamları edir, onları başqalarından üstün tutur. Müsəlman qardaşım, bu ayə barədə dərindən düşün: «Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah onun əvəzinə elə bir tayfa gətirər ki, Allah onları, onlar isə Allahı sevərlər. Onlar möminlərlə münasibətdə mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu Allahın lütfüdür, onu istədiyinə verər. Allahın lütfü genişdir və O, biləndir» (əl-Maidə,54). Bu gün biz islami qardaşlığa möhtacıq, necə ki, biz tovhidə möhtacıq, İslama çağırışa möhtacıq. Lakin, qardaşlıq hissini itirərək təfriqəyə qurşandıq, parçalandıq, ixtilafa vardıq. Biz zəifləşsək düşmənlər bizə üstün gələcəkdir. Çünki, biz ədavət və düşmənçilik hissini bir-birinə yönəltmişik. Möh-tərəm qardaşım, bilməlisən ki, bunun səbəbi Allah təalanın kitabından uzaq olmağımızdır. Allah təala onu öz Rəsulunu nazil etmişdir ki, bizi haqq yoluna yönəltsin, xristianların başına gələnlər bizim də başımıza gəldi. Onlar ayrı-ayrı tayfalara parçalandılar. Hərc-mərcliyə qurşalandılar, bir-birilə müharibə etdilər və vuruşdular. Onlar bir-birinə nifrət etdilər.
Allah təala buyurur: «Biz xristianıq deyənlərdən də əhdi-peyman almışdıq. Bundan sonra onlar bildiklərindən bəzilərini (Məhəmməd peyğəmbərə iman gətirməyi) unutdular. Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara gördükləri işlər barədə xəbər verəcəkdir» (əl-Maidə, 14). Eyni hadisələr yəhudilərlə də baş verdi. Çünki onlar da Allahın tovhidini qəbul etmədilər, Ona iman gətirmədilər, Allahın qüdrətinə və Onun cəzasının hazırlığına inanmadılar. Onları zahirən bir-birilə tam həmrəy hesab edirlər. Lakin əslində onlar parçalanışlar, qəlbləri bir-birinə qarşıdır, müxtəlifdirlər. Allah təala buyurur: «Sən onların əlbir olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır».
Müsəlmanlar yəhudi və xristianlardan tamamilə fərq-lənməlidirlər. Allah təala bizi onların ardınca getməkdən və onları izləməkdən çəkindirmişdir. Allah təala kəramətli əshabələri qardaş, məhbub olduqlarına görə tərifləmişdir. Onlar bir-birilə münasibətdə təvazökar olmuşlar. Allah təala onları bu məsələdə mədh edərək buyurur: «Mühacirlərdən əvvəl (Mədinədə) yurd salmış və (Məhəmməd əleyhissəlama qəlbən) iman gətirmiş kimsələr (ənsarlar) öz şəhərlərinə mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd, qəzəb duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən, tamahından qorunub saxlanılan kimsələr-məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!» (əl-Həşr,9).
Allah təala sonrakı dövr möminlərinin özündən əvvəl gələnlərə necə münasibətdə olduğunu bizə bildirir:
«Onlardan (mühacir və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ya rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yol vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətli və mərhəmətlisən” (əl-Həşr,10). Allah subhanəhu qardaşlar arasında təfriqə baş verdikdə onu yaxşılıqla, hikmətlə aradan qaldırmağı, onun həlli üçün şəriətə əsasən hökm çıxarmağı tələb etmişdir. Allah təala buyurur: «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özündən olan ixtiyar sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli nəticə etibarilə daha yaxşıdır” (ən-Nisa, 59). Allah təala bizi sülhə, əmin-amanlığa nail olmaq üçün çalışmağa çağırmışdır. İki mömin tayfa arasında müharibə baş verdikdə onun alovunun gücləndirilməsindən bizi çəkindirmişdir. Çünki bu iman qardaşlığına ziddir, möminlər qardaşlar arasında müharibə ilə razılaşa bilməzlər. Allah təala buyurur:
«Əgər möminlərdən iki dəstə bir-birilə vuruşsalar onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətlə) qayıdana qədər vuruşun. Təcavüzkarlıq edən (allaha itaət) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldən və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevir. Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (əl-Hucurat, 9-10).
Möhtərəm qardaşım, bu iki ayədən sən bildin ki, müsəlmana nifrət və zülmü həm əməldə, həm də dildə ifadə etmək haramdır. Mömin hətta düşmənləri ilə münasibətdə də haqqı rəhbər tutmalıdır, qardaşları ilə mülayim olmalıdır. Düşmən tərəflər arasında sülh təqva əsasında bərqərar ola bilər. O, Allahın müsəlman üçün dilədiyi mərhəmətin əsasıdır.
Tarix: 03.01.2015 | Oxunma sayı: 3. 852 baxış
Axtar
İslamevi Sosial Şəbəkələrdə
“Cümənin Bərəkəti” – Radio verilişi
73 gün sonra qurtaran həsrət..
(video) | Mədinə
Qurani Kərimin mənaca tərcüməsi
Namaz Vaxtları
YENİ DƏRSLƏR
Sonuncu videomuz
Kəbə’ni canlı izlə (Məkkə şəhəri)
Ən çox baxılanlar
- Namazın vaxtları – 119. 101 baxış
- SIXINTI VƏ KƏDƏRİ ARADAN QALDIRAN 5 ZİKR – 95. 420 baxış
- AXŞAM ZİKRLӘRİ – 57. 353 baxış
- MӘHӘRRӘM AYI VӘ AŞURA GÜNÜ HAQDA HƏR ŞEY (araşdırma) – 42. 910 baxış
- YENİ DOĞULMUŞ KÖRPƏ ÜÇÜN EDİLƏCƏK 6 ŞEY – 40. 957 baxış
Təsadüfi yazılar
- Dövrümüzdə Xəvaric İdeologiyasının Mövcudluğu məsələsi
- Kişi impotentdir (cinsi cəhətdən gücsüz) və bu barədə bir şey bildirmədən evlənmək istəyir
- 81 – Təkvir surəsi
Stalinin əlindən qaçdı, Məkkədə yaşadı, üç arvad aldı – Leninin müsəlman qardaşı
Amerikada sərin bir payız günü “Dallas-Teleqraf” qəzetini oxuyanlar Lenin və əkiz qardaşı Sergeyin uşaqlıq, gənclik şəkillərinə böyük təəccüblə baxırdılar.
O vaxta qədər heç kim Leninin əkiz qardaşı olduğunu bilmirdi. Qəzet oxucuları Leninin, Sergey Lenin adlı əkiz qardaşı olduğunu öyrənməklə yanaşı, onun müsəlman olduğunu, hətta Həcc ziyarətinə getdiyini və bir neçə il Məkkədə qaldığını da öyrəndilər.
Çox qısa müddətdə bu xəbərlər və qəzetdə dərc olunan fotolar bütün dünyada yayımlanır və hamı bir-birinə Leninin müsəlman qardaşı Sergeyin qeyri-adi həyatı barədə danışır.
Xəbərə görə, Sergey 22 aprel 1870-ci ildə əkiz qardaşı Vladimir İliçlə birlikdə Ulyanovskda dünyaya gəlir. Vladimir İliçlə əkiz olmasına baxmayaraq, mənəvi cəhətdən əksinə bir uşaq olur. O, uşaq olanda belə, ət yeməyib, heyvanlara sevgi ilə yaxınlaşıb, heç vaxt kiməsə zərər verməyib.
1886-cı ildə evdən ayrılan Sergey Lenin Ufaya gedir və orada evlənir. Evləndiyi qız müsəlmandır və adı Zühredir. Qardaşı Vladimirlə əlaqəsi az olsa da, o, yaşadığı bölgədəki kommunist hərəkatlarına qoşulur.
1905-ci ildə Vladimir ondan pul istəyir. Mum ticarətindən yaxşı sərvət əldə edən Sergey kommunist ideologiyasına kömək etmək üçün bütün pullarını qardaşına verir.
Sergey 1917-ci ildə fəhlə və kəndlilərlə ön cəbhədə vuruşur. Rusiyada inqilabın uğur qazanmasına töhfə verir.
1924-cü ildə Vladimir İliç öldükdə, Stalin Leninin əkiz qardaşı Sergeylə əlaqədar bütün rəsmi qeydləri məhv etdirir. Sergey Lenin bir başqırd kəndinə geri çəkilir və orada üç qadınla evlənərək sakit bir həyat yaşamağa başlayır.
1930-cu ilə qədər Sovet İttifaqında qalan Sergey Lenin Stalinin təzyiqinə dözməyərək ölkəni tərk etdir və əvvəlcə Trotskiyə yaxın olmaq üçün Meksikaya köçür. Meksikada “Tarixin dönüşü” dastanını yazır. Köhnə fikirlərindən dönən Sergey kommunist sisteminin islamlaşaraq humanist bir ideologiyaya çevriləcəyini iddia edir.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.