Press "Enter" to skip to content

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında

Aşağıdakılar müəlliflik hüququnun obyektləri deyildir:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 435-VIQD nömrəli Qanununun tətbiqi və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 435-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 41-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının ikinci cümləsində “qurum” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur.

2. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 168; 2009, № 8, maddə 630; 2018, № 6, maddə 1211; 2021, № 3, maddə 226, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 noyabr tarixli 2983 nömrəli Sərəncamı) 2.1-ci və 2.3-cü bəndlərində “birinci bəndində, ikinci bəndinin” sözləri “birinci və ikinci abzaslarının” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 435-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2022-ci il

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 435-VIQD nömrəli Qanununun tətbiqi və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 435-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 41-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının ikinci cümləsində “qurum” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur.

2. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 168; 2009, № 8, maddə 630; 2018, № 6, maddə 1211; 2021, № 3, maddə 226, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 noyabr tarixli 2983 nömrəli Sərəncamı) 2.1-ci və 2.3-cü bəndlərində “birinci bəndində, ikinci bəndinin” sözləri “birinci və ikinci abzaslarının” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 435-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2022-ci il

11 января 2022, 16:01

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Maddə 2. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericilik [ redaktə ]

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu qanundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. [1]

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə müəyyən edilmiş qaydalar bu Qanunla müəyyən edilmiş qaydalardan fərqli olduqda beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.

Maddə 3. Qanunun tətbiq sahəsi [ redaktə ]

Bu Qanunun müddəaları aşağıdakılara şamil edilir:

  1. Azərbaycan Respublikasının vətəndaşı olan və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olan fiziki şəxsin, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxsin müəlliflik hüququna və ya əlaqəli hüquqlara malik olduğu elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar və fonoqramlar;
  2. Azərbaycan Respublikası ərazisində ilk dəfə dərc edilmiş (buraxılmış) elm, ədəbiyyat və incəsənət əsərləri və ya fonoqramlar. Əsər və fonoqram Azərbaycan Respublikasının hüdudlarından kənarda ilk dəfə dərc edildikdən (buraxıldıqdan) sonra 30 gün keçənədək Azərbaycan Respublikası ərazisində dərc edildikdə Azərbaycan Respublikasında da ilk dəfə dərc edilmiş (buraxılmış) sayılır;
  3. Azərbaycan Respublikası ərazisində ilk dəfə edilmiş ifalar, yaxud bu maddənin ikinci bəndinin müddəalarına uyğun surətdə qorunan fonoqrama yazılmış ifalar, yaxud fonoqrama yazılmamış, lakin yayım təşkilatının bu maddənin dördüncü bəndinə uyğun surətdə qorunan verilişinə daxil edilmiş ifalar;
  4. Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxs sayılan və verilişlərini Azərbaycan Respublikası ərazisində yerləşən ötürücülərin köməyi ilə həyata keçirən yayım təşkilatlarının verilişləri;
  5. Azərbaycan Respublikası ərazisində olan memarlıq əsərləri; [2]
  6. Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə uyğun olaraq qorunan digər elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar, fonoqramlar və yayım təşkilatlarının verilişləri.
  7. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq elə əsərlərə və əlaqəli hüquqlar obyektlərinə qorunma tətbiq edilir ki, mənşə ölkəsində həmin obyektlər üçün müəyyən edilmiş qorunma müddətləri bitməmiş olsun.

Maddə 4. Əsas anlayışlar [ redaktə ]

Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaya malikdir:

“müəllif” — əsərin yaradıcısı olan fiziki şəxs, “audiovizual əsər” — bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulan, təsvirlər silsiləsindən ibarət (səslə müşayiət olunan, yaxud olunmayan) əsər; audiovizual əsərlərə ilkin və sonrakı yazılma üsulundan asılı olmayaraq kinematoqrafiya əsərləri və kinematoqrafiya vasitələrinə bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər (tele-, videofilmlər, diafilmlər və s.) aiddir; “məlumat bazası” — materialların seçilməsinə və ya düzümünə görə yaradıcı əməyin məhsulu olan və kompüterin (HEM-in) köməyi ilə tapıla və işlənə biləcək şəkildə sistemləşdirilmiş məlumatların (məqalələrin, hesablamaların, faktların və başqa materialların) məcmusu; “surətçıxarma” — əsərin və ya fonoqramın bir və ya daha çox nüsxəsinin hər hansı maddi formada, o cümlədən səs və videoyazı şəklində hazırlanması. Əsərlərin və ya fonoqramların elektron (rəqəmli də daxil olmaqla), optik və ya maşınla oxunan digər formada müvəqqəti, yaxud daimi saxlanma üçün yazılması da surətçıxarma sayılır; “yazılma” — texniki vasitələrin köməyi ilə səslərin və (və ya) təsvirlərin dəfələrlə qavramağa, surətini çıxarmağa, yaxud bildirməyə imkan verən hər hansı maddi formada əks olunması; “audiovizual əsər istehsalçısı” — belə əsərin hazırlanması təşəbbüsünü və məsuliyyətini üzərinə götürmüş fiziki və ya hüquqi şəxs. Başqa sübutlar olmadıqda audiovizual əsərdə adı adi qaydada göstərilmiş fiziki və ya hüquqi şəxs audiovizual əsərin istehsalçısı sayılır; quruluşçu rejissor – audiovizual əsərlərin quruluşçusu və teatr, sirk, kukla, estrada, televiziya tamaşası və digər tamaşanın quruluşunu həyata keçirən və ya bu cür tamaşalara quruluş verən şəxs; pirat məhsul – müəllifin və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan hazırlanmış (istehsal edilmiş) əsər və fonoqram nüsxələri; plagiatçılıq – əsərin başqa şəxsin adı altında tam və ya qismən açıqlanması, yəni özgənin elmi, ədəbi, bədii və ya digər növ əsərini öz adı ilə nəşr etdirməsi, yaxud özgənin müəllifliyini mənimsəmə və ya mənbəyi və müəllifi göstərilmədən əsəri və ya onun bir hissəsini köçürməklə yeni əsərin yaradılması, bu cür əsərlərin yenidən dərc edilməsi, qəzet, jurnal məqalələrinin və yayım təşkilatları üçün verilişlərin hazırlanması, habelə şərikli müəllifliyə məcbur etmə; [4] “fonoqram istehsalçısı” — ifanın və ya digər səslərin ilk dəfə yazılması təşəbbüsünü və məsuliyyətini üzərinə götürmüş fiziki və ya hüquqi şəxs. Başqa sübutlar olmadıqda həmin fonoqramda və (və ya) onun qoyulduğu qutuda adı adi qaydada göstərilmiş fiziki və ya hüquqi şəxs fonoqram istehsalçısı sayılır; “ifaçı” — rol oynayan, oxuyan, qiraət edən, deklamasiya deyən, musiqi aləti çalan və ya ədəbiyyat və incəsənət əsərlərini başqa şəkildə (o cümlədən estrada, sirk və ya kukla teatrı nömrələri) ifa edən aktyor, müğənni, musiqiçi, rəqqas və ya digər şəxs; “kompüter” (hEM) — informasiyanı işləməyə qadir olan elektron və ya ona oxşar qurğu; “kompüter proqramı” (HEM üçün proqram) — maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu. Kompüter proqramına həmçinin onun hazırlanması gedişində əldə edilən hazırlıq materialları və onun doğurduğu audiovizual təsvirlər də daxildir; “kollektiv əsər” — fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə və rəhbərliyi altında onun öz adı ilə nəşr edilmək şərti ilə iki və ya daha çox fiziki şəxsin yaratdığı əsər; [5] törəmə əsər – tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi; [6] toplu – materialların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi müstəqil əsərlərdən ibarət məcmuə. Belə məcmuələr (toplular) ensiklopediya və ya antologiya kimi əsər mənasını ifadə edir; [7] “əsərin açıqlanması” — müəllifin razılığı ilə əsərin ilk dəfə kütləyə çatdırılması məqsədi ilə dərc edilməsi, kütləvi nümayiş etdirilməsi, kütləvi ifa olunması, efirə verilməsi və başqa üsullarla edilən hərəkət; “dərc edilmə” (istifadəyə buraxılma) — əsərin müəllifinin və ya fonoqram istehsalçısının razılığı ilə əsərin, fonoqramın kütlənin tələbatını ödəmək üçün dövriyyəyə buraxılması, elektron-informasiya sistemləri vasitəsi ilə əsərdən və fonoqramdan istifadəyə imkan yaradılması da dərc edilmə sayılır; “yayım təşkilatının verilişi” — efir və ya kabel yayımı təşkilatının özünün və ya onun vəsaiti hesabına başqa təşkilatın yaratdığı veriliş. “tətbiqi sənət əsəri” — əllə və ya sənaye üsulu ilə yaradılmış və praktik istifadə funksiyaları olan, yaxud praktik istifadə əşyalarına köçürülən incəsənət əsəri; “fotoqrafiya əsəri” — fiksajlama texnologiyasından (kimyəvi, elektron və s.) asılı olmayaraq işıq şüalanmasının və ya başqa şüalanmanın təsvir yaratmağa imkan verən üsulla fiksajlanması. Audiovizual əsərlərin ayrıca götürülmüş kadrı “fotoqrafiya əsəri” sayılmır; “kütləvi ifa” — əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatlarının verilişlərinin həm canlı ifada, həm də müxtəlif texniki vasitələrin və proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə istisna olmaqla) deklamasiya, oyun, oxu və başqa üsulla elə tərzdə təqdim edilməsidir ki, ailə dairəsinə və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin; [8] “kütləvi nümayiş” — əsərin, ifanın yayım təşkilatının verilişinin orijinalının və ya bir nüsxəsinin bilavasitə, yaxud plyonkanın, slaydın, kadrın, yaxud başqa qurğuların və ya proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə istisna olmaqla) ekranda elə tərzdə nümayiş etdirilməsidir ki, ailə dairəsində və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin. Audiovizual əsərin ayrı-ayrı təsvirlərinin ardıcıl olmayan nümayişi də onun kütləvi nümayişi sayılır; “pulsuz istifadə” — əsərin orijinalına və ya nüsxəsinə sahiblik hüququnun müəyyən müddətə əhaliyə pulsuz xidmət göstərən kitabxanalara, arxivlərə və başqa müəssisələrə, təşkilatlara verilməsi; kütləvi bildiriş (kütləyə çatdırma məqsədi ilə bildiriş) – əsərlərin və əlaqəli hüquqların obyektlərinin efirlə və kabellə (naqil və ya naqilsiz rabitə vasitələri ilə) hər hansı bildirişi, həmçinin bu obyektlərin faktiki qavranılmasından asılı olmayaraq, əhali tərəfindən əldə olunmasını təmin etmək məqsədi ilə onların hər hansı üsulla kütləyə çatdırılması (əsərin nüsxələrinin yayılması istisna olmaqla); [9] interaktiv bildiriş (əsərlərin və əlaqəli hüquqların obyektlərinin interaktiv istifadə üçün kütləyə çatdırılması) – əhali nümayəndələrinin öz şəxsi seçiminə görə istənilən yerdə və istənilən vaxtda əsərlərin və əlaqəli hüquqların obyektlərinin əldə olunmasını həyata keçirə biləcəyi tərzdə onlara çatdırılması; əsəri və əlaqəli hüquqların obyektlərini yaymaq – əsərin və ya əlaqəli hüquqların obyektlərinin orijinalının və ya nüsxələrinin satışı və ya mülkiyyət hüququnun başqa cür verilməsi ilə kütləyə çatdırılması; texniki mühafizə vasitələri – əsərə və əlaqəli hüquqların obyektlərinə daxilolmanı nəzarətdə saxlamağa imkan verən, hüquq sahibinin və ya istehsalçının icazə vermədiyi hərəkətlərin qarşısını alan, yaxud məhdudlaşdıran istənilən texniki qurğu və ya onların hissələri; hüquqların idarə edilməsi haqqında informasiya – əsəri, əsərin müəllifini və ya digər hüquq sahibini eyniləşdirən və ya əsərdən istifadə şərtləri haqqında məlumatları və təqdim olunan belə məlumatları özündə saxlayan hər hansı rəqəmləri və ya kodları bildirir ki, informasiyanın istənilən elementlərindən hər hansı biri əsərin nüsxəsinə əlavə edilmiş olur, yaxud bu obyektlərin kütləyə çatdırılması məqsədi ilə bildirişi zamanı görünür; [10] “reproqrafik surətçıxarma” (reprosurətçıxarma) — əsərin (yazılı və başqa qrafik əsərin) orijinalının və ya nüsxəsinin fotosurətçıxarma yolu ilə və ya nəşretmə istisna olmaqla, digər texniki vasitələrin köməyi ilə hər hansı ölçüdə (böyüdülmüş, yaxud kiçildilmiş) faksimilesinin çıxarılması; kirayə – əsərin, fonoqramın və ya bu qanunla qorunan obyektlərin orijinalının və ya nüsxələrinin birbaşa və ya dolayısı yolla gəlir götürmək məqsədi ilə müəyyən müddətə müvəqqəti istifadəyə verilməsi; [11] “şərikli əsər” — bu maddədə nəzərdə tutulan kollektiv əsərlər istisna olmaqla iki və ya daha çox müəllifin yaratdığı əsər; “efirlə bildiriş” — əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin radio və televiziya vasitəsi ilə (kabel televiziyası istisna olmaqla), o cümlədən peyklərin köməyi ilə kütləyə çatdırılması. Əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin peyk vasitəsi ilə efirlə bildirişi dedikdə, yerdə yerləşən stansiyadan göndərilən siqnallar vasitəsi ilə kütlənin faktik qəbul etməsindən asılı olmayaraq, əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin kütləyə çatdırılması başa düşülür. Kodlaşdırılmış siqnalların bildirişi, əgər kodun açılması vasitələri yayım təşkilatı tərəfindən və ya onun razılığı ilə əhaliyə təqdim olunarsa, efir bildirişi sayılır; [12] “kabellə bildiriş” — əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərini kabel, naqil, optik tel və digər oxşar vasitələrlə kütləyə çatdırılması; “fonoqram” — ifaların və ya digər səslərin müstəsna olaraq səsli yazılması; “əsər nüsxəsi” — əsərin hər hansı maddi formada hazırlanmış surəti; “fonoqram nüsxəsi” — fonoqramda yazılmış səslərin hamısının və ya bir hissəsinin bilavasitə və ya dolayısı ilə hər hansı maddi daşıyıcıya köçürülmüş surəti; “retranslyasiya” — yayım təşkilatının verilişinin başqa yayım təşkilatı tərəfindən eyni vaxtda efirlə (kabellə) verilməsi.

II bölmə [ redaktə ]

Müəllİflİk hüququ

I fəsil [ redaktə ]

Müəllİflİk hüququnun obyektlərİ

Maddə 5. Müəlliflik hüququnun obyekti [ redaktə ]

  1. Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.
    Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. [13]
  2. Müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər aşağıdakı obyektiv formalarda mövcud ola bilər: yazılı (əlyazması, makina yazısı, not yazısı və s.); şifahi (kütləvi çıxış, kütləvi ifa və s.); səs, yaxud videoyazılma (mexaniki, maqnit, rəqəmli, optik və s.); təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video-, yaxud fotokadr və s.); həcmli — fəzavi (heykəl, model, maket, tikili və s.); digər formalar. Əsərin hissələri (adı, personajı və s.) bu maddənin 1-ci bəndində göstərilən əlamətlərə malik olduğu və müstəqil istifadə oluna bildiyi halda müəlliflik hüququnun obyekti sayılır. [14]
  3. Müəlliflik hüququ öz-özlüyündə ideyalara, metodlara, proseslərə, sistemlərə, üsullara, konsepsiyalara, kəşflərə, riyazi anlayışlara və ya faktlara şamil edilmir. [15]
  4. Əsərə müəlliflik hüququ onun ifadə edildiyi maddi obyektə olan mülkiyyət hüququ ilə bağlı deyil.

Maddi obyektə mülkiyyət hüququnun və ya maddi obyektə sahiblik hüququnun verilməsi qanunda xüsusi göstərilən hallardan başqa öz-özlüyündə bu obyektə ifadə edilmiş əsərə müəlliflik hüququnun verilməsinə səbəb olmur.

Maddə 6. Müəlliflik hüququnun obyekti olan əsərlər [ redaktə ]

  1. Müəlliflik hüququnun obyektləri aşağıdakılardır: ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.); [16] dram, musiqili-dram və başqa səhnə əsərləri; xoreoqrafiya əsərləri və pantomimalar; mətnli və ya mətnsiz musiqi əsərləri; audiovizual əsərlər (kino-, tele-, və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər); heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri; dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri; memarlıq, şəhərsalma və bağ-park sənəti əsərləri; [17] fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər; coğrafiyaya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər; törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi); toplular (ensiklopediyalar, antologiyalar, məlumat bazaları və materialın seçilməsinə və ya düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi olan digər məcmuələr); [18] Törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən əsərlərin müəlliflik hüququ obyektləri olmasından asılı olmayaraq qorunur. teleradio verilişlərinin proqramları, kataloqlar, bukletlər, fotoalbomlar, mündəricatlar, multimedia məhsulları (əsərləri) və digər əsərlər. [19]
  2. Kompüter proqramları ədəbi əsərlər kimi qorunur. Kompüter proqramlarının qorunması ilkin mətn və obyekt kodu da daxil olmaqla istənilən dildə və formada ifadə edilən proqramların bütün növlərinə, o cümlədən əməliyyat sistemlərinə şamil edilir. [20]

Maddə 7. Müəlliflik hüququ ilə qorunmayan obyektlər [ redaktə ]

Aşağıdakılar müəlliflik hüququnun obyektləri deyildir:

a) rəsmi sənədlər (qanunlar, məhkəmə qərarları, qanunvericilik, inzibati və məhkəmə xarakterli digər mətnlər), həmçinin onların rəsmi tərcümələri; b) dövlət rəmzləri və nişanları (bayraqlar, gerblər, himnlər, ordenlər, pul nişanları, digər dövlət rəmzləri və nişanları); v) xalq yaradıcılığı (folklor) nümunələri; q) günün yenilikləri, müxtəlif hadisə və faktlar barədə informasiya xarakterli məlumatlar. [22]

Maddə 8. Müəlliflik hüququnun yaranması. Müəlliflik prezumpsiyası [ redaktə ]

  1. Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.
  2. Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər hansı nüsxəsində göstərilən və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır: dairəyə alınmış S latın hərfi — ©; müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər); əsərin ilk dəfə dərc edildiyi il.
  3. Əsərin anonim və ya təxəllüslə dərc edildiyi hallarda (müəllifin təxəllüsünün onun şəxsiyyətini şübhə altında qoymadığı hallar istisna olmaqla) əsərdə adı göstərilən naşir, digər sübutlar olmadıqda, bu Qanuna uyğun olaraq müəllifin nümayəndəsi sayılır və bu simada müəllifin hüquqlarını qorumaq və həyata keçirmək səlahiyyətinə malikdir. Bu müddəa müəllifin öz şəxsiyyətini açıqladığı və müəllifliyini bəyan etdiyi ana qədər qüvvədə qalır.
  4. Kütləyə çatdırılmış və ya çatdırılmamış əsərə müstəsna müəlliflik hüquqlarının sahibləri onu müəlliflik hüququnun qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirə bilərlər.
  5. Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Bu şəhadətnamə müəlliflik prezumpsiyası kimi çıxış etmir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır. [23]

Maddə 9. Şərikli əsərlərə müəlliflik hüququ (şərikli müəlliflik) [ redaktə ]

İki və ya daha çox şəxsin birgə əməyi ilə yaradılan əsərə müəlliflik hüququ (şərikli müəlliflik) həmin əsərin, ayrılmaz, bütöv və ya müstəqil əhəmiyyətə malik olan ayrı-ayrı hissələrdən ibarət olmasından asılı olmayaraq birlikdə şərik müəlliflərə məxsusdur.

Şərikli əsərlərdən istifadə hüququ bütövlükdə onu birgə yaratmış müəlliflərə məxsusdur.

Şərikli əsərin müəlliflərindən heç birinin əsaslı dəlilləri olmadan digərinə həmin əsərdən istifadəni qadağan etməyə ixtiyarı yoxdur.

Şərikli əsərin müstəqil əhəmiyyətli hissəsi həmin əsərin digər hissələrindən ayrılıqda istifadə oluna bilərsə, müstəqil əsər kimi qəbul edilir.

Aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, şərikli əsərin müəlliflərindən hər birinin özünün müstəqil əhəmiyyət daşıyan hissəsindən öz istəyinə uyğun şəkildə istifadə etmək ixtiyarı vardır.

Şərik müəlliflər arasındakı münasibətlər onların razılığı ilə müəyyən edilir.

Şərikli əsər müəlliflərinin hər birinin ayrılıqda həmin əsəri Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmək və əsərin qeydiyyatı haqqında şəhadətnamə almaq, habelə öz hüquqlarının müdafiəsi ilə əlaqədar, o cümlədən əsərin hissələri ayrılmaz olduqda da müstəqil tədbirlər görmək hüququ vardır. [24]

Maddə 10. Tərtib olunmuş (tərtibatçılıq) və kollektiv əsərlərə müəlliflik hüququ [ redaktə ]

  1. Topluların və tərtib edilmiş digər əsərlərin müəllifi (tərtibatçı) yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsi və ya düzümü şəklində olan əsərlərə müəlliflik hüququna malikdir.
    Tərtibatçı topluya daxil edilmiş hər bir əsərin müəllifinin hüquqlarına riayət etməklə həmin topluya müəllif hüququna malikdir. Toplulara daxil edilmiş əsərlərin müəllifləri, müəllif müqaviləsində başqa hallar nəzərdə tutulmadıqda, öz əsərlərindən istədikləri qaydada istifadə edə bilərlər.
    Tərtibatçının müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur.
  2. Ensiklopediyaları, ensiklopedik lüğətləri, dövri və davamı olan elmi əsərlərin toplularını, qəzetləri, jurnalları və başqa dövri nəşrləri buraxan fiziki və hüquqi şəxslər belə nəşrlərdən bütövlükdə istifadə etmək üçün müstəsna hüquqa malikdirlər. [25]
    Naşirin belə nəşrlərdən hər hansı şəkildə təkrar istifadə olunarkən öz adını (təşkilatın adını) göstərmək, yaxud göstərilməsini tələb etmək ixtiyarı vardır.
    Kollektiv əsərə daxil edilmiş əsərlərin müəllifləri müəllif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, bütövlükdə kollektiv əsərdən asılı olmayaraq öz əsərlərindən istifadəyə müstəsna hüququ saxlayırlar.

Maddə 11. Törəmə əsərlərə müəlliflik hüququ [ redaktə ]

Tərcüməçinin və digər törəmə əsər müəlliflərinin etdikləri tərcüməyə, dəyişməyə, aranjemana və digər yenidən işlənmələrə müəlliflik hüququ tanınır.

Tərcümə edilən, dəyişilən, aranjeman edilən, yaxud başqa cür yenidən işlənən əsərlərin müəlliflərinin hüquqları saxlanılmaqla, tərcüməçi və digər törəmə əsər müəllifi öz yaratdığı əsərə müəlliflik hüququndan istifadə edir.

Tərcüməçilərin və digər törəmə əsər müəlliflərinin müəlliflik hüququ həmin əsərlərin başqa şəxslər tərəfindən tərcüməsinə və yenidən işlənməsinə mane olmur.

Maddə 12. Audiovizual əsərlərə müəlliflik hüququ [ redaktə ]

  1. Audiovizual əsərin müəllifləri (şərikli müəllifləri) aşağıdakılardır: quruluşçu rejissor; ssenari müəllifi; quruluşçu rəssam; quruluşçu operator; xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin (mətnli, yaxud mətnsiz) müəllifi (bəstəkar). Audiovizual əsərin ssenarisinin hazırlanmasında istifadə olunmuş, yaxud audiovizual əsər üzərində iş prosesində yaradılmış və ya audiovizual əsərin tərkibinə hissə kimi daxil edilmiş əsərin müəllifi öz hissəsinə münasibətdə audiovizual əsərin müəllifi sayılır. [26] Öz əsərinin audiovizual əsərin tərkibinə daxil edilməsinə razılıq vermiş əsər müəlliflərinin audiovizual əsərin istifadəsini qadağan etmək və ya hər hansı şəkildə məhdudlaşdırmaq hüququ yoxdur. [27]
  2. Audiovizual əsərin yaradılmasına dair müəlliflərlə filmin istehsalçısı (prodüseri) arasında bağlanmış müəllif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müəlliflər tərəfindən bu müqaviləyə əsasən audiovizual əsərin istehsalçısına (prodüserinə) həmin əsərin surətinin çıxarılması, yayılması, kütləvi ifası, kütləvi nümayişi, kabel televiziyası ilə kütləvi bildirişi, efirə verilməsi və ya hər hansı başqa şəkildə kütləvi bildirişi, həmçinin mətnin subtitrləşdirilməsi və dublyaj edilməsi üçün müstəsna hüquqlar verilmiş olur. Göstərilən hüquqlar audiovizual əsərə müəlliflik hüququnun qüvvədə olduğu müddətdə qüvvədə qalır. [28]
    Audiovizual əsər istehsalçının həmin əsərdən hər hansı şəkildə istifadə olunarkən özünün və ya təşkilatın adını göstərmək, yaxud göstərilməsini tələb etmək hüququ vardır.
  3. Xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin (mətnli, yaxud mətnsiz) müəllifi audiovizual əsərin kütləvi ifası zamanı öz musiqili əsərinin kütləvi ifasına görə müəllif qonorarı almaq hüququnu saxlayır. [29]
  4. Audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir. [30]

Maddə 13. Xidməti vəzifəsini, yaxud işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış əsərə müəlliflik hüququ [ redaktə ]

  1. Xidməti vəzifəsini, yaxud işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış əsərə (xidməti əsər) müəlliflik hüququ xidməti əsərin müəllifinə məxsusdur.
  2. Xidməti əsərdən istifadəyə müstəsna hüquq, aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmazsa, müəllifin əmək münasibətlərində olduğu şəxsə (işəgötürənə) məxsusdur.
    Xidməti əsərdən hər hansı formada istifadə olunarkən (xidməti əsərin təkrar nəşri, başqa dilə tərcüməsi, yenidən işlənməsi və s.), xidməti əsər müəllifinin qonorar almaq hüququ vardır. Xidməti əsərdən istifadənin hər növünə görə müəllif qonorarının həcmi və ödənilməsi qaydaları işəgötürənlə müəllif arasındakı müqavilə ilə müəyyənləşdirilir. [31]
  3. Xidməti əsər işəgötürən (xidməti əsərin sifarişçisi) tərəfindən heç bir əsas olmadan 3 il müddətində istifadə olunmazsa, əsərdən istifadəyə müstəsna hüquqlar müəllifə keçir. Bu müddət tərəflər arasında razılaşma yolu ilə azaldıla bilər.
  4. İşəgötürənin xidməti əsərdən hər hansı şəkildə istifadə olunarkən öz adını göstərmək, yaxud göstərilməsini tələb etmək ixtiyarı vardır.
  5. Bu maddənin müddəaları xidməti vəzifəsini və ya işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış kollektiv əsərlərə (bu Qanunun 10-cu maddəsi) şamil edilmir. [32]

Maddə 14. Şəxsi (qeyri-əmlak) hüquqlar [ redaktə ]

  1. Əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır: a) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); b) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); v) əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və ya hər hansı digər formada yenidən işlənməsinə, həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); [33] q) istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ);
  2. Şəxsi hüquqlar bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarından asılı olmayaraq, müəllifə məxsusdur və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalır.
  3. Müəllif, istifadəçiyə dəyən zərəri və qazanacağı gəliri ödəmək şərti ilə, əsərin açıqlanması haqqında əvvəllər qəbul edilmiş qərardan imtina edə bilər (imtina hüququ). Əgər əsər açıqlanmışdırsa, müəllif imtina barədə açıq çıxış etməlidir. Belə halda müəllifin həmin ana qədər hazırlanmış əsər nüsxələrini öz vəsaiti hesabına almaq ixtiyarı vardır.

Xidməti və audiovizual əsərlərə münasibətdə bu bəndin müddəaları tətbiq olunmur. [34] Maddə 15. Əmlak (iqtisadi) hüquqları

  1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.
  2. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: [35] əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ); [36] əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); [37] əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); [38] əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ); əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə bildiriş hüququ); kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kütləyə çatdırmaq üçün kabellə kütləvi bildiriş hüququ); əsəri tərcümə etmək (tərcümə hüququ); dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ). memarlıq, şəhərsalma və bağ-park layihələrindən istifadə üzrə müstəsna hüquqlara həm də belə layihələrdən praktik istifadə etmə halları daxildir. Qəbul edilmiş arxitektura layihəsinin müəllifinin, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, sifarişçidən öz layihəsinin tikinti üçün sənədlərinin hazırlanmasında və binanın tikintisində (tikilidə) iştirakını tələb etmək hüququ vardır. [39] Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir. [40]
  3. Əsərin qanuni dərc edilmiş nüsxələri satılma yolu ilə mülki dövriyyə buraxılmışdırsa, sonradan həmin nüsxələrin müəllifin razılığı olmadan və müəllif qonorarı ödənilmədən (bu qanunun 16-cı maddəsində göstərilən hal istisna olmaqla) yayılmasına yol verilir. [41]
    Bununla birlikdə, əsərin orijinalının və ya nüsxələrinin bu nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq kirayəyə verilməklə yayılması hüququ müəllifdə və müəlliflik hüququnun digər sahibində qalır.
  4. Müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.
  5. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan əmlak hüquqları üçün məhdudiyyətlər bu qanunun 17-24-cü maddələri ilə o şərtlə müəyyən edilir ki, belə məhdudiyyətlər əsərdən normal istifadəyə zərər vurmasın və müəllifin və müəlliflik hüququnun digər sahibinin qanuni maraqlarını əsassız olaraq məhdudlaşdırmasın. [42]

Maddə 16. İncəsənət əsərləri əsəri ilə təmasda olmaq hüququ. İzləmə hüququ [ redaktə ]

  1. Təsviri sənət əsərinin müəllifinin , habelə yazıçının və ya bəstəkarın mülkiyyətçidən və ya digər hüquq sahibindən öz əsərinin və ya əlyazmalarının surətini çıxarmaq ixtiyarının həyata keçirilməsinə imkan verilməsini tələb etmək hüququ vardır (təmasda olmaq hüququ). Bununla belə, mülkiyyətçidən əsərin müəllifə çatdırılmasını tələb etmək olmaz. [44]
  2. Bu maddənin 1-ci bəndində göstərilən əsərlərə mülkiyyət hüququnun müəllifdən başqa şəxsə keçməsi əsərin birinci satışı kimi qəbul edilir (əvəzi ödənilməklə və ya ödənilməməklə). [45]

Təsviri sənət əsərlərinin orijinallarının və ya yazıçı və bəstəkarın əlyazmalarının mülkiyyət hüququnun birinci dəfə başqa şəxsə keçməsindən sonra hər dəfə onların orijinallarının açıq (hərrac, təsviri sənət əsərləri qalereyası, bədii salon, mağaza vasitəsi ilə və s.) satışı zamanı müəllifin və ya onun vərəsələrinin, əgər sonrakı satış qiyməti əvvəlki satış qiymətindən 20% çox olarsa, satış qiymətinin 5%-ni almaq hüququ (izləmə hüququ) vardır. [46]

Göstərilən hüquq müəllifin sağlığında ayrılmazdır və ancaq qanun üzrə və ya vəsiyyətnamə ilə müəlliflik hüququnun qüvvədə olduğu müddətdə müəllifin vərəsələrinə keçir.

Maddə 17. Əsərlərdən və fonoqramlardan şəxsi məqsədlər üçün istifadə [ redaktə ]

  1. Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı ödəmədən fiziki şəxsin qanuni dərc edilmiş əsərdən, bu maddənin üçüncü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, gəlir götürmədən ancaq şəxsi məqsədlər üçün bir nüsxə hazırlanmasına yol verilir. [47]
  2. Bu maddənin birinci bəndinin müddəaları aşağıdakı hallarda tətbiq olunmur: memarlıq əsərinin bina və ona oxşar tikili formasında surətinin çıxarılması; [48] məlumat bazalarının və ya onların əsas hissələrinin surətinin çıxılması; bu Qanunun 24-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kompüter proqramlarının surətinin çıxarılması; kitabların (bütövlükdə), not mətnlərinin və təsviri sənət əsərlərinin orijinallarının reprosurətinin çıxarılması (reprosurətçıxarma). [49] interaktiv bildiriş vasitəsi ilə kütləyə çatdırılmış əsərin icazəsiz surətinin çıxarılması; interaktiv bildiriş vasitəsi ilə kütləyə çatdırılmış əsərdən normal istifadəyə zərər vuran və ya müəllifin maraqlarını əsassız olaraq məhdudlaşdıran hər hansı surətçıxarma. [50]
  3. Şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar istehsalçı, yaxud surətçıxarma üçün istifadə olunan avadanlığın (audio və videomaqnitafonlar, başqa avadanlıqlar) və maddi daşıyıcıların (səs (və ya) videolent və kasetlər, lazer diskləri və digər maddi daşıyıcılar) idxalçısı tərəfindən ödənilir.
    Bu maddədə göstərilən qonorarın minimum məbləği, bölüşdürülməsi və ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [51]
  4. Bu maddənin üçüncü bəndində göstərilən qonorarın yığılması və bölüşdürülməsi müəllif, ifaçı və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat tərəfindən onların arasında bağlanmış müqaviləyə uyğun olaraq həyata keçirilir (bu Qanunun 42-ci maddəsi). Göstərilən müqavilədə başqa hal nəzərdə tutulmadıqda, qonorar aşağıdakı qaydada bölüşdürülür: 40% — müəlliflərə, 30% — ifaçılara, 30% — fonoqram istehsalçılarına.
    Qonorarın məbləği və ödənilməsi şərtləri, bir tərəfdən göstərilən istehsalçı və ya idxal edən, digər tərəfdən müəllif, ifaçı və audiovizual əsər və fonoqram istehsalçıları, yaxud onların əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında bağlanmış müqavilə ilə, tərəflərin razılıq əldə edə bilmədikləri hallarda isə Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [52]
    Bu maddənin birinci bəndində göstərilən qaydada şəxsi məqsədlər üçün əsərin surətinin çıxarılmasına görə qonorarın bölüşdürülməsi müəlliflər və ya müəlliflik hüquqlarının digər sahibləri, ifaçılar və fonoqram istehsalçıları arasında adi qaydada həyata keçirilir.
  5. Bu maddənin 3-cü bəndində göstərilən avadanlıq və maddi daşıyıcılar ixrac edildikdə və ev şəraitində istifadə üçün nəzərdə tutulmayan professional avadanlıq olduqda onlara görə qonorar ödənilmir.

Göstərilən avadanlığı və materialları fiziki şəxslər ancaq şəxsi məqsədlər üçün idxal edərkən də qonorar ödənilmir.

Maddə 18. Kitabxanalar, arxivlər və təhsil müəssisələri tərəfindən əsərlərin reprosurətinin çıxarılması [ redaktə ]

  1. Müəllifin və ya müəlliflik hüququnun digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını, götürülmə mənbəyini mütləq göstərməklə və gəlir əldə etmək məqsədi olmadan, əsərin müəyyən məqsəd üçün lazım olan həcmdə reprosurətinin çıxarılmasına yol verilir: a) itirilmiş, məhv edilmiş və ya istifadəyə yaramayan nüsxələrin dəyişdirilməsi məqsədi ilə qanuni əsasda çap edilmiş əsərlərin reprosurətinin çıxarılması üçün kitabxana və arxivlərə; başqa kitabxana və arxivlərin fondlarından itirilmiş, məhv edilmiş və ya istifadəyə yaramayan nüsxələrin dəyişdirilməsi üçün əsərlərin nüsxələrinin verilməsinə, əgər adi şəraitdə belə nüsxələrin alınması başqa yolla mümkün deyilsə; b) qanuni əsasda çap edilmiş ayrıca məqalə və başqa kiçik həcmli əsərlərin və ya əsərin qısa parçasının, ya da yazılı əsərlərin (kompüter proqramları istisna olmaqla) qısa hissələrinin tədris, elmi və ya şəxsi məqsədlər üçün fiziki şəxslərin sorğusu üzrə kitabxanalar tərəfindən vahid nüsxədə reprosurətinin çıxarılmasına; v) ümumtəhsil müəssisələrində məşğələlər üçün qanuni əsasda çap edilmiş ayrı-ayrı məqalələrin və digər kiçik həcmli əsərlərin və ya yazılı əsərlərdən qısa parçaların (kompüter proqramları istisna olmaqla) surətinin çıxarılmasına.
  2. Bu maddənin birinci bəndinin “a” və “b” yarımbəndlərində nəzərdə tutulmuş reprosurətçıxarmaya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatın verdiyi lisenziyanın olmadığı hallarda yol verilir. [53]

Maddə 19. Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə [ redaktə ]

Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir:

  1. elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə;
  2. qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə;
  3. müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə;
  4. fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır;
  5. açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır;
  6. qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla korlar üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədi ilə yaradılmış əsərlərdən başqa).

Maddə 20. Sərbəst giriş üçün daim açıq olan yerlərdə əsərlərdən istifadə [ redaktə ]

Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən, əsərin təsvirinin surətçıxarma və ya kütləvi bildiriş üçün əsas obyekt olduğu və ya əsərin surətinin kommersiya məqsədilə istifadə olunduğu hallar istisna olmaqla, sərbəst giriş üçün daim açıq olan yerlərdə qoyulmuş memarlıq, fotoqrafiya, təsviri sənət əsərlərinin surətinin çıxarılmasına və ya kütləvi bildirişinə yol verilir. [54]

Maddə 21. Rəsmi və digər mərasimlər zamanı əsərlərin kütləvi ifası [ redaktə ]

Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı verilmədən rəsmi və dini mərasimlərdə, həmçinin dəfn mərasimlərində qanuni dərc edilmiş musiqili əsərlərin belə mərasimlərin xarakterinə uyğun həcmdə kütləvi ifasına yol verilir.

Maddə 22. Məhkəmə və inzibati məqsədlər üçün əsərin surətinin çıxarılması [ redaktə ]

Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı verilmədən əsərin məhkəmə və inzibati işlərin aparılması üçün lazım olan həcmdə surətinin çıxarılmasına yol verilir.

Maddə 23. Efir yayımı təşkilatlarının qısamüddətli istifadə üçün yaratdıqları yazılmalar [ redaktə ]

Aşağıdakı şərtlər gözlənilməklə müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və əlavə haqq vermədən efir yayımı təşkilatının efir bildirişi hüququnu aldığı əsərin qısamüddətli istifadə üçün yazılmasına hüququ vardır:

a) yazılmanın efir yayımı təşkilatının öz avadanlığı vasitəsi ilə və onun öz verilişləri üçün hazırlanması; b) yazılmış əsərin müəllifi ilə daha uzun müddət haqqında razılıq əldə edilmədikdə, belə yazılmanın 6 ay müddətində məhv edilməsi; belə yazılma müstəsna sənədli xarakter daşıyırsa, müəllifin razılığı olmadan dövlət arxivlərində saxlana bilər. [56]

Maddə 24. Kompüter proqramlarının və məlumat bazalarının surətinin çıxarılması. Kompüter proqramlarının dekompilyasiyası [ redaktə ]

  1. Kompüter proqramını və ya məlumat bazasını qanuni əsasda əldə edən şəxs müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən aşağıdakıları həyata keçirə bilər: a) kompüter proqramında və ya məlumat bazasında istifadəçinin texniki vasitələrinin fəaliyyəti üçün lazım olan qədər dəyişikliklər etmək, həmçinin kompüter proqramının və ya məlumat bazasının təyinatına uyğun şəkildə işlənməsi ilə bağlı hər hansı bir hərəkəti etmək, o cümlədən yazılma və kompüterin (bir kompüterin, yaxud kompüter şəbəkəsinə qoşulmuş istifadəçi kompüterin) yaddaşında saxlamaq, həmçinin müəllif müqaviləsi ilə başqa hal nəzərdə tutulmazsa, aşkar edilmiş səhvləri düzəltmək; [57] b) qanuni sahibkarın kompüter proqramının və ya məlumat bazasının itirilmiş, məhv edilmiş və ya istifadəyə yararsız formaya düşmüş nüsxəsinin dəyişdirilməsi və arxivləşdirilməsi üçün nəzərdə tutulmuş ehtiyat nüsxəni hazırlamaq.
  2. Kompüter proqramının və ya məlumat bazasının ehtiyat nüsxəsi bu maddənin birinci bəndi ilə nəzərdə tutulan hallardan başqa, digər məqsədlər üçün istifadə oluna bilməz, kompüter proqramına və ya məlumat bazasına sahiblik hüququna xitam verildiyi hallarda bu nüsxə məhv edilməlidir.
  3. Kompüter proqramının nüsxəsini qanuni əsasda əldə edən şəxsin müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin icazəsi olmadan və haqq vermədən kompüter proqramını dekompilyasiya etmək (surətini hazırlamaq və obyekt kodunu çevirməklə onu ilkin mətnə çevirmək) ya da əgər digər şəxs tərəfindən müstəqil qaydada işlənmiş kompüter proqramının başqa proqram və dekompilyasiya olunan proqramlarla qarşılıqlı əlaqədə işləmək qabiliyyətinin əldə edilməsi üçün onların dekompilyasiya edilməsinin vacibliyi ortaya çıxarsa, bu halda həmin şəxsə proqramın dekompilyasiyasını aşağıdakı şərtlər gözlənilməklə tapşırma hüququ vardır:
    1. proqramların qarşılıqlı əlaqədə işləmək qabiliyyətinin əldə edilməsi üçün vacib olan informasiya əvvəllər bu şəxsə başqa mənbələrdən məlum olmamışdır;
    2. göstərilən hərəkətlər dekompilyasiya edilmiş proqramların qarşılıqlı əlaqədə işləmək qabiliyyətinin əldə edilməsi üçün vacib olan hissələrlə məhdudlaşdırılır;
    3. dekompilyasiya nəticəsində alınmış informasiya ancaq müstəqil qaydada işlənmiş kompüter proqramının başqa proqramlarla qarşılıqlı əlaqədə işləmək qabiliyyətinin əldə edilməsi üçün istifadə oluna bilər, digər şəxslərə verilə bilməz, həmçinin növünə görə dekompilyasiya edilmiş proqramla oxşar olan kompüter proqramının işlənməsi və ya müəlliflik hüquqlarını pozan digər hərəkətlərin həyata keçirilməsi üçün istifadə oluna bilməz.

    III fəsil [ redaktə ]

    Müəllİflİk hüququnun qüvvədə olma müddətİ

    Maddə 25. Müəlliflik hüququnun qüvvədə olma müddəti [ redaktə ]

    1. Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. [58]
      Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. Müəllifin vəfatından sonra onun şəxsi hüquqlarının qorunması bu Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
    2. Bu maddənin birinci bəndi və 26-cı maddə ilə nəzərdə tutulmuş müddətlərin hesablanması göstərilən müddətin əvvəli üçün əsas götürülən hüquqi faktın baş verdiyi ildən sonra gələn ilin əvvəlindən hesablanır.
    3. Bu qanunla müəyyən edilmiş qorunma müddətləri bu qanunun qüvvəyə mindiyi tarixə qədər qorunma müddəti bitməmiş bütün əsərlərə şamil edilir. [59]

    Maddə 26. Müəlliflik hüququnun xüsusi müddətləri [ redaktə ]

    1. Anonim və ya təxəllüslə dərc edilmiş əsərə müəlliflik hüququ həmin əsərin qanuni dərc edildiyi tarixdən 70 il müddətində qüvvədə qalır. [60]
      Əgər göstərilən müddətdə anonim və təxəllüslə dərc edilmiş əsərin müəllifi öz şəxsiyyətini açarsa və ya onun şəxsiyyəti sonradan şübhə doğurmazsa, ona 25-ci maddənin birinci bəndinin müddəaları tətbiq edilir.
    2. Şərikli əsərə müəlliflik hüququ müəlliflərin bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının vəfatından sonra 50 il müddətində qüvvədə qalır.
    3. Müəllifin vəfatından sonra 30 il müddətində ilk dəfə dərc edilmiş əsərə müəlliflik hüququ onun qanuni dərc edilmə tarixindən sonra 50 il müddətində qüvvədə qalır.
    4. Kollektiv əsərə bu Qanunun 10-cu maddəsi ilə nəzərdə tutulmuş hüquqlar belə əsərin dərc edildiyi, əgər dərc edilməmişdirsə, yaradıldığı tarixdən 50 il müddətində qüvvədə qalır.

    Maddə 27. İctimai varidat [ redaktə ]

    1. Əsərə müəlliflik hüququnun qüvvədə olma müddəti qurtardıqda əsər ictimai varidata keçir.
      Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
      İctimai varidata keçmiş əsərlərdən, bu maddənin ikinci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, müəllif qonorarı verilmədən, sərbəst istifadə oluna bilər. Lakin müəllifin bu Qanunun 14-cü maddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları gözlənilməlidir. [61]
    2. Azərbaycan müəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət varidatı elan edilə və ondan istifadəyə görə xüsusi ödənişlər müəyyənləşdirilə bilər. Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. [62]

    IV fəsil [ redaktə ]

    Müəllİflİk hüquqlarının keçməsİ. Müəllİf müqavİlələrİ

    Maddə 28. Müəlliflik hüquqlarının verilməsi və keçməsi [ redaktə ]

    Müəllifin bu qanunla nəzərdə tutulan əmlak hüquqları müəllif müqavilələri üzrə verilir və vərəsəlik qaydasında keçir. [63]

    Maddə 29. Vərəsəlik qaydasında müəlliflik hüququnun keçməsi [ redaktə ]

    1. Müəlliflik hüququ vərəsəlik qaydasında qanun və ya vəsiyyətnamə üzrə keçir.
      Müəllifin bu Qanunun 14-cü maddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları vərəsəlik üzrə keçmir. Müəllifin vərəsələri şəxsi hüquqların qorunmasını həyata keçirə bilərlər. Vərəsələrin bu səlahiyyətləri müddətlə məhdudlaşdırılmır.
    1. Müəllif vəsiyyətnamənin icrasını təyin etdiyi qaydada şəxsi hüquqlarının qorunmasını həvalə etdiyi şəxsi göstərə bilər. Belə şəxs öz səlahiyyətlərini ömürlük həyata keçirir.

    Müəllifin şəxsi hüquqlarının qorunması haqqında belə göstərişi olmadıqda o, vəfat edəndən sonra şəxsi hüquqlarının qorunmasını onun vərəsələri, yaxud vərəsələri yoxdursa və ya müəlliflik hüququnun qorunma müddəti qurtarmışdısa, belə hüquqların qorunmasını həyata keçirən Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı yerinə yetirir.

    Maddə 30. Müəllif müqavilələri üzr müəlliflik hüquqlarının verilməsi [ redaktə ]

    1. Bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər.
      Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər.
    2. Müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi əsərdən müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadəyə müstəsna hüququnu başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verir.
    3. Qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (qeyri-müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi istifadəçiyə həmin əsərdən eyni üsulla istifadəyə razılıq almış başqa şəxslə bərabər istifadəyə icazə verir.
    4. Müəllif müqaviləsi üzrə verilən hüquqlar, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, qeyri-müstəsna hüquqlar olur.

    Əsərin, əlaqəli hüquqlar obyektinin və onlardan istifadə ilə bağlı hüquqların (əmlak hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilələrin qeydiyyatına görə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilir. [64]

    Maddə 31. Müəllif müqaviləsinin şərtləri və formaları [ redaktə ]

    1. Müəllif müqaviləsində aşağıdakılar müəyyən olunmalıdır: əsərdən istifadə üsulları (belə müqavilə üzrə verilən konkret hüquqlar); hüquqların verildiyi müddət və ərazi; qonorarın məbləğlərinin və (və ya) əsərdən istifadənin hər növünə görə qonorarın məbləğlərinin müəyyən edilməsi qaydaları; ödəniş qaydaları və müddəti, həmçinin tərəflərin mühüm hesab etdikləri digər şərtlər.
      Müəllif müqaviləsində əsərdən istifadənin üsulları haqqında şərt olmadıqda (müəllif müqaviləsi üzrə verilən konkret hüquqlar), müqavilə onu bağlayan tərəflərin istəklərinin əldə edilməsi üçün vacib hesab etdikləri istifadə üsuluna görə bağlanmış hesab oluna bilər.
      Müəllif müqaviləsində istifadənin müddəti haqqında şərt olmadıqda həmin müqavilə bağlandığı tarixdən 5 il keçəndən sonra müəllif tərəfindən pozula bilər, həm də istifadəçi müqavilənin pozulması haqqında 6 ay əvvəldən yazılı xəbərdar edilməlidir.
      Müəllif müqaviləsində ərazi haqqında şərt olmadıqda, müqavilə üzrə nəzərdə tutulan hərəkətlər Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşdırılır.
    2. Müəllif müqaviləsi üzrə müəllif haqqı əsərdən müvafiq üsulla istifadəyə görə alınan gəlirdən faizlə, əgər əsərin xarakteri və ya istifadə xüsusiyyətləri ilə bağlı gəliri müəyyən etmək mümkün deyilsə, onda müqavilədə konkret məbləğ göstərilməklə və ya başqa şəkildə müəyyən edilir.
    3. Müəllif müqaviləsinin müəllifin gələcəkdə müəyyən mövzuda və ya müəyyən sahədə əsər yaratmaq imkanlarını məhdudlaşdıran və bu Qanunun müddəalarına zidd olan şərtləri etibarsızdır.
    4. Müəllif müqaviləsi yazılı şəkildə bağlanmalıdır.

    III bölmə [ redaktə ]

    Əlaqəlİ hüquqlar

    Maddə 32. Əlaqəli hüquqların subyektləri [ redaktə ]

    1. İfaçılar, fonoqram istehsalçıları və yayım təşkilatları əlaqəli hüquqların subyektləridir. Əlaqəli hüquqlar bu Qanunun 2-ci bölməsində nəzərdə tutulmuş müəlliflik hüquqlarına zərər vurmadan həyata keçirilir.
    2. Fonoqram istehsalçısı və yayım təşkilatı bu bölmədə nəzərdə tutulan hüquqları ifaçı və fonoqrama yazılan və ya efirlə, yaxud kabel televiziyası ilə verilən əsərin müəllifi ilə bağlanan müqavilə üzrə aldığı hüquqlar həddində həyata keçirir.
    3. İfaçı bu bölmədə nəzərdə tutulan hüquqları, ifa olunan əsərin müəllifinin hüquqlarına riayət etmək şərti ilə həyata keçirir.
    4. Əlaqəli hüquqların yaranması və həyata keçirilməsi üçün hər hansı formal qayda tələb olunmur. Fonoqram istehsalçısının və (və ya) ifaçının öz hüquqlarını bildirməsi üçün əlaqəli hüquqları qoruma nişanından istifadə etmək hüququ vardır; bu nişan fonoqramın hər nüsxəsində və (və ya) onun içinə qoyulduğu qutuda göstərilir və üç ünsürdən ibarət olur: dairəyə alınmış R latın hərfi — ®; əlaqəli hüquqların sahibinin adı; fonoqramın ilk dəfə istehsal olunduğu il.
    5. Əlaqəli hüquqların obyektlərinə müstəsna hüquq sahibləri onları əlaqəli hüquqların qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirə bilərlər. Bu halda əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. [65]

    Maddə 33. İfaçının hüquqları [ redaktə ]

    1. İfaçının aşağıdakı şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları vardır: ad hüququ; ifanı ifaçının şərəf və ləyaqətinə xələl gətirə biləcək hər hansı təhrif, dəyişmə və digər qəsdlərdən müdafiə etmək hüququ (şöhrətinə hörmət edilməsi hüququ); ifadan bu Qanunda nəzərdə tutulan hallardan başqa, istifadənin hər növünə görə qonorar almaq hüququ da daxil olmaqla, hər hansı formada istifadəyə müstəsna hüquq.
    2. İfadan istifadəyə müstəsna hüquq aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir: [66] əvvəllər yazılmamış ifanın yazılması; ifaçının razılığı ilə ifanın yazılması halından başqa, yazılmış ifanın belə yazılma zamanı ifaçının razılığı alınmış məqsədə uyğun istifadə üçün surətinin çıxarılması; ifaçının razılığı ilə əvvəllər həyata keçirilmiş və ya efirlə verilmiş ifanın yazılmasının kütləvi bildiriş üçün istifadə olunduğu hallar istisna olmaqla, ifanın efirlə, kabel televiziyası ilə bildirişi və özünün canlı ifasının kütləvi bildirişi, yaxud ifanın başqa formada kütləvi bildirişi; [67] ifaçının iştirak etdiyi ifanın dərc edilmiş fonoqramının kirayəyə verilməsi.
    3. Bu maddənin 2-ci bəndi ilə müəyyən olunan səlahiyyətlər ifaçı, ifanın kollektiv ifaçılar tərəfindən ifa olunduğu halda isə həmin kollektivin rəhbəri tərəfindən istifadəçi ilə bağlanmış yazılı müqavilə əsasında həyata keçirilir.
    4. İfaçı ilə yayım təşkilatı arasında ifanın efirlə və ya kabel televiziyası ilə bildirişi üçün müqavilə bağlanması, əgər bu, ifaçı ilə yayım təşkilatı arasında bağlanmış müqavilədə birbaşa nəzərdə tutulursa, ifanın yazılması və onun surətinin çıxarılması (bu maddənin ikinci bəndinin 1-ci və 2-ci yarımbəndləri) hüquqlarının ifaçı tərəfindən verilməsini bildirir. Bu cür istifadəyə görə ifaçıya veriləsi qonorarın məbləği göstərilən müqavilə ilə müəyyənləşdirilir.
    5. İfaçı ilə audiovizual əsərin istehsalçısı arasında audiovizual əsərin yaradılmasına görə müqavilə bağlanması ifaçı tərəfindən bu maddənin ikinci bəndinin 3-cü yarımbəndində göstərilən hüquqların verilməsini bildirir; bununla birlikdə, ifaçı həmin audiovizual əsərin nüsxələrinin kirayəyə verilməsinə görə haqq almaq hüququnu saxlayır. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, ifaçı tərəfindən belə hüquqların verilməsi audiovizual əsərlərin istifadəsi ilə məhdudlaşdırılır. Audiovizual əsərdə qeydə alınmış səs və təsvirlərdən ayrı-ayrılıqda istifadə hüququ istisna edilir.
    6. İfaçı ilə fonoqram istehsalçısı arasında ifanın fonoqrama yazılmasına görə müqavilə bağlanması ifaçı tərəfindən fonoqramın kirayəyə verilməsi hüququnun verilməsini bildirir (bu maddənin ikinci bəndinin 4-cü yarımbəndi); ifaçı həmin fonoqram nüsxələrinin kirayəyə verilməsinə görə qonorar almaq ixtiyarını saxlayır.
    7. Xidməti vəzifə və ya işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış ifaya görə ifaçının ad və şöhrətinə hörmət edilməsi hüququ vardır. Əgər aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmazsa, həmin ifadan istifadəyə müstəsna hüquq, ifaçının əmək münasibətlərində olduğu şəxsə məxsusdur.
    8. İfaçının bu maddənin ikinci bəndi ilə nəzərdə tutulmuş müstəsna hüquqları müqavilə üzrə başqa şəxslərə verilə bilər.

    Maddə 34. Fonoqram istehsalçısının hüquqları [ redaktə ]

    1. Fonoqram istehsalçısı, bu Qanunla nəzərdə tutulan hallardan başqa, fonoqramın hər hansı istifadəsinə görə haqq almaq hüququ da daxil olmaqla, fonoqramdan istənilən formada istifadə üçün müstəsna hüquqa malikdir.
    2. Fonoqramdan istifadəyə müstəsna hüquq fonoqram istehsalçısına aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir: fonoqramın nüsxələrini birbaşa və dolayı yolla çoxaltmaq; fonoqramın orijinalını və ya nüsxələrini hər hansı yolla – satış, icarə və s. vasitələrlə yaymaq, yaxud hər hansı üsulla paylamaq; [68] fonoqram nüsxələrini yaymaq məqsədi ilə fonoqram istehsalçısının icazəsi ilə istehsal edilmiş nüsxələr də daxil olmaqla, mövcud qanunvericiliyə uyğun surətdə idxal etmək; fonoqramda dəyişiklik etmək və ya hər hansı üsulla onu yenidən işləmək.
    3. Satılmaqla mülki dövriyyəyə buraxılan qanuni dərc edilmiş fonoqram nüsxələrinin sonradan fonoqram istehsalçısından razılıq almadan və haqq vermədən yayılmasına yol verilir. Bununla birlikdə, fonoqram nüsxələrinə əmlak hüququndan asılı olmayaraq, fonoqram istehsalçısının fonoqram nüsxələrini kirayəyə vermək yolu ilə yaymaq hüququ saxlanır.
    4. Fonoqram istehsalçısının bu maddənin ikinci bəndi ilə nəzərdə tutulmuş müstəsna hüquqları müqavilə əsasında başqa şəxslərə verilə bilər.

    Maddə 35. Yayım təşkilatının hüquqları [ redaktə ]

    Verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla yayım təşkilatının ondan istənilən formada istifadəyə müstəsna hüququ vardır.

    Yayım təşkilatının verilişlərindən istifadəyə müstəsna hüquq efir (kabel) yayımı təşkilatının aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir: [69]

    verilişi yazmaq; verilişin yazılmasının yayım təşkilatının razılığı ilə həyata keçirildiyi və onun yazıldığı məqsəd üçün surətinin çıxarıldığı hallardan başqa, verilişin yazılmasının surətini çıxarmaq; öz verilişinin eyni vaxtda kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi; öz verilişini kütləvi bildiriş üçün kabel televiziyası ilə göstərmək və ya efirə vermək; [70] öz verilişinin pullu giriş olan yerlərdə kütləvi bildirişi. televiziya verilişlərinin kütləyə çatdırılması məqsədi ilə bildirişi. [71]

    Maddə 36. İfaçının, fonoqram istehsalçısının və yayım təşkilatının hüquqlarının məhdudlaşdırılması [ redaktə ]

    1. Bu Qanunun 33—35-ci maddələrində nəzərdə tutulmuş hüquqlara Qanunun 36—38-ci maddələri ilə müəyyən olunan məhdudiyyətlər bu şərtlə tətbiq olunur ki, həmin məhdudiyyətlər ifalardan, fonoqramlardan və yayım təşkilatının verilişlərindən və onların yazılmalarından, həmçinin onlara daxil edilmiş elm, ədəbiyyat və incəsənət əsərlərindən normal istifadəyə ziyan vurmasın və ifaçının, fonoqram istehsalçısının, yayım təşkilatının və göstərilən əsərlərin müəlliflərinin qanuni maraqlarını əsassız şəkildə məhdudlaşdırmasın.
    2. İfaçının, fonoqram istehsalçısının, yayım təşkilatının razılığı olmadan və qonorar verilmədən ifalardan, fonoqramlardan və yayım təşkilatının verilişlərindən və onların yazılmalarından aşağıdakı hallarda istifadəyə yol verilir:
      1. elmi, tədqiqat, polemika, tənqid və informasiya məqsədi ilə ifalardan, fonoqramlardan və yayım təşkilatının verilişlərindən məqsədə lazım olan həcmdə qısa parçalar formasında sitat gətirilməsi;
      2. müəyyən məqsəd üçün lazım olan həcmdə qısa parçalar formasında illüstrasiya xarakterli təlim, yaxud elmi-tədqiqat məqsədi ilə istifadə;
      3. ifalardan, fonoqramlardan və yayım təşkilatının verilişlərindən qısa parçaların cari hadisələr haqqında icmala daxil edilməsi;
      4. elm, ədəbiyyat və incəsənət əsərlərinin müəlliflərinin əmlak hüquqlarının məhdudlaşdırılmasına münasibətdə bu Qanunun ikinci bölməsinin müddəaları ilə müəyyən edilmiş digər hallarda.

      Maddə 37. Kommersiya məqsədi ilə buraxılmış fonoqramlardan istifadə [ redaktə ]

      1. Kommersiya məqsədi ilə buraxılmış fonoqramın istehsalçısının və ifası fonoqrama yazılmış ifaçının razılığı olmadan, lakin qonorar verilməklə aşağıdakılara icazə verilir: fonoqramın kütləvi ifasına; fonoqramın efirlə kütləvi bildirişinə; fonoqramın kabellə kütləvi bildirişinə.
      2. Bu maddənin birinci bəndi ilə nəzərdə tutulmuş qonorarın yığılması, bölünməsi və ödənilməsi fonoqram istehsalçıları ilə ifaçıların hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlar (bu Qanunun 40-cı maddəsi) arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, göstərilən qonorar fonoqram istehsalçısı ilə ifaçı arasında bərabər bölünür.
      3. Qonorarın məbləği və ödənilməsi şərtləri fonoqramın istifadəçisi və ya belə istifadəçilərin birlikləri (assosiasiyaları) ilə fonoqram istehsalçıları və ifaçıların hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında bağlanmış müqavilə əsasında, tərəflərin razılığa gəlmədikləri hallarda isə Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

      Qonorarın məbləği fonoqramdan istifadənin hər növünə görə müəyyən edilir.

      Maddə 38. Efir yayımı təşkilatlarının həyata keçirdikləri ifaların və verilişlərin qısamüddətli istifadə üçün yazılması [ redaktə ]

      Efir yayımı təşkilatının aşağıdakı şərtlər gözlənilməklə, ifaçının, fonoqram istehsalçısının və yayım təşkilatının razılığı olmadan qısamüddətli istifadə üçün ifanı və ya verilişi yazmaq və həmin yazılmanın surətini çıxarmaq hüququ vardır:

      1. efir yayımı təşkilatının qısamüddətli istifadə üçün yazmaq, yaxud surətini çıxarmaq istədiyi ifanın və ya verilişin efirlə kütləvi bildirişinə əvvəlcədən icazə alması;
      2. efir yayımı təşkilatı tərəfindən öz avadanlığı vasitəsi ilə və məxsusi olaraq öz verilişləri üçün qısamüddətli istifadə üçün yazılmanın hazırlanması və surətinin çıxarılması;
      3. bu Qanunun 23-cü maddəsinin ikinci yarımbəndi ilə ədəbiyyat, elm və incəsənət əsərlərinin qısamüddətli istifadə üçün yazılmaları barəsində nəzərdə tutulmuş şərtlərlə belə yazılmaların sonradan məhv edilməsi.

      Maddə 39. Əlaqəli hüquqların qüvvədə olma müddəti [ redaktə ]

      1. İfaçının bu Qanunun 33-cü maddəsi ilə müəyyən olunmuş hüquqları ilk ifa edilən tarixdən 50 il müddətində qüvvədə olur. İfaçının şəxsi hüquqları 29-cu maddədə nəzərdə tutulan qaydada müddətsiz qorunur. Fonoqram istehsalçısının bu Qanunun 34-cü maddəsi ilə nəzərdə tutulmuş hüquqları fonoqramın ilk dəfə dərc edildiyi tarixdən 50 il müddətində, əgər fonoqram həmin müddət ərzində dərc edilməmişdirsə, onun ilk yazılma tarixindən 50 il müddətində qüvvədə olur.
        Efir yayımı (kabel televiziyası) təşkilatının bu Qanunun 35-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqları həmin təşkilatın verilişi birinci dəfə efir (kabel televiziyası) vasitəsi ilə həyata keçirdiyi tarixdən 50 il müddətində qüvvədə olur.
      2. Bu maddədə nəzərdə tutulmuş müddətlərin hesablanması həmin müddətin əvvəli üçün əsas olan hüquqi faktın baş verdiyi ildən sonrakı ilin yanvar ayının 1-dən başlayır.
        İfaçının, fonoqram istehsalçısının, yayım təşkilatının bu bölmədə nəzərdə tutulmuş hüquqları vərəsələrə, hüquqi şəxslərə münasibətdə isə hüquqi varislərə bu maddədə göstərilmiş müddətlərin qalan hissələri həddində keçir.
      3. Bu qanunla müəyyən edilmiş qorunma müddətləri bu qanunun qüvvəyə mindiyi tarixə qədər qorunma müddətləri bitməmiş bütün əlaqəli hüquqların obyektlərinə şamil edilir. [72]

      IV bölmə [ redaktə ]

      Müəllİflİk hüququ və əlaqəlİ hüquqlar sahəsİndə dövlət sİyasətİ və İdarəçİlİyİ

      Maddə 40. Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasəti və idarəçiliyi [ redaktə ]

      Müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin istiqamətləri aşağıdakılardır:

      1. elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması, xalqın mənəvi dəyərlərinin artırılması sahəsində fəaliyyətin həvəsləndirilməsi;
      2. mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq müəlliflik hüquqlarını müəyyən edən və qoruyan qanunvericilik bazasının yaradılması;
      3. müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsində dövlət idarəçiliyinin təşkili;
      4. beynəlxalq əlaqələrin inkişaf etdirilməsi yolu ilə müəlliflərin digər dövlətlərin ərazilərində hüquqlarının qorunması.

      Müəllif qonorarının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

      Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanları səlahiyyətləri daxilində:

      müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətini və idarəçiliyini həyata keçirir;

      müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;

      müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarət edir;

      müəlliflik hüququ və əlaqəli hüquqlar üzrə beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və bu sahədə əməkdaşlığı təşkil edir;

      elm, ədəbiyyat və incəsənət əsərlərinin dövlət qeydiyyatını aparır;

      əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə təşkilatları müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən uçota alır və onların fəaliyyətinə nəzarət edir; [73]

      qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

      Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilir.

      Müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitləri bütövlükdə dövlət büdcəsinə köçürülür. [74]

      Maddə 41. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların yaradılması [ redaktə ]

      1. Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir. [75]
      2. Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir.
        Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır. [76]
        Həmin təşkilatların fəaliyyətinə antiinhisar qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir.
        Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər.
        Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər. [77]
      3. Dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan (akkreditasiyadan) keçirlər.

      Bu qanunun tələblərinə əməl etməyən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hüquq pozuntularının aradan qaldırılması barədə Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının yazılı tələblərini icra etmədikdə bu orqan tərəfindən həmin təşkilatın akkreditasiyasının ləğvi barədə əsaslandırılmış qərar qəbul edilir. Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı akkreditasiyasının ləğvi barədə qərar qəbul edilmiş əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların ləğvi haqqında məhkəməyə müraciət edir. [78]

      Maddə 42. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların funksiyaları [ redaktə ]

      1. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
        1. lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır;
        2. idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir;
        3. lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda (bu Qanunun 12-ci maddəsinin 4-cü bəndi, 17-ci maddəsinin 3-cü bəndi və 37-ci maddəsinin 1-ci bəndi) istifadəçilərlə qonorarın məbləğlərini razılaşdırır; [79]
        4. lisenziya üzrə və (və ya) bu bəndin 3-cü yarımbəndində nəzərdə tutulmuş qonorarı yığır;
        5. yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir;
        6. idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir;
        7. müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirir.

        Maddə 43. Ödəmək hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların vəzifələri [ redaktə ]

        1. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar aşağıdakı vəzifələri yerinə yetirir:
          1. yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək; bununla birlikdə təşkilatın yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə çəkdiyi xərcləri ödəmək üçün lazım olan məbləği, həmçinin müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin razılığı və maraqları əsasında bu təşkilat tərəfindən yaradılan xüsusi fondlara yönəldilən məbləği çıxmaq hüququ vardır;
          2. yığılan qonorarı bu bəndin 1-ci yarımbəndində göstərilən məbləği çıxarmaqla, əsərlərin və əlaqəli hüquqların obyektlərinin faktik istifadəsinə uyğun şəkildə bölmək və müntəzəm olaraq ödəmək;
          3. qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək;
          4. Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə onun hesabına illik haqq ödəmək.
          1. nizamnamədə dəyişikliklərə, qonorarın məbləğinə və ayırmalara dair qərarlar haqqında;
          2. təşkilatın eyni sahədə fəaliyyət göstərən xarici təşkilatlar da daxil olmaqla bağladığı müqavilələr haqqında;
          3. illik balans, illik hesabat və fəaliyyətinin audit yoxlanması haqqında;
          4. bu təşkilatları təmsil etmək səlahiyyəti verilmiş şəxslər haqqında;
          5. təşkilatın fəaliyyətinin bu Qanuna, başqa qanunvericilik aktlarına, həmçinin nizamnaməsinə uyğunluğunu yoxlamaq üçün vacib olan digər sənədlər.

          V bölmə [ redaktə ]

          Müəllİflİk hüququnun və əlaqəlİ hüquqların müdafİəsİ [81]

          Maddə 44. Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi. Əsərlərin və ya fonoqramların pirat nüsxələri [ redaktə ]

          1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə səlahiyyətli dövlət orqanları və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. [83]
          2. İstehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır. [84]
            Gətirildiyi ölkədə heç vaxt qorunmamış və ya qorunma müddəti keçmiş, lakin bu Qanuna müvafiq surətdə qorunan əsərlərin və fonoqramların müəlliflik hüququnun və əlaqəli hüquqlarının sahiblərinin icazəsi olmadan Azərbaycan Respublikasına idxal edilən nüsxələri də kontrafakt nüsxələr hesab olunur.
          3. Əsərlərə və fonoqramlara münasibətdə aşağıdakılara yol verilmir: a) müvafiq texniki mühafizə vasitələri ilə əsərlərdən və fonoqramlardan istifadəyə qoyulmuş məhdudiyyətlərin müəllifin (və ya digər hüquq sahibinin) və fonoqramın hüquq sahibinin icazəsi olmadan aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə; b) əsərin və fonoqramın istənilən texniki mühafizə vasitələrinin və ya onun hissələrinin istehsalına, yayılmasına, kirayəyə verilməsinə, müvəqqəti istifadəsinə, idxalına, reklamına, gəlir götürmək məqsədi ilə istifadəsinə, yaxud texniki mühafizə vasitələrinin tətbiqini qeyri-mümkün edən və ya texniki vasitələrlə bu hüquqların lazımi müdafiəsinin təmin edilməsinə yönəldilmiş xidmətlərə.

          Hüquq sahibinin icazəsi olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın dəyişdirilməsi və ya ləğv edilməsi də hüquq pozuntusu sayılır. [85]

          Maddə 45. Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi vasitələri (üsulları) [ redaktə ]

          1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.
          2. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər:
            1. zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;
            2. zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi;
            3. hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması;
            4. pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi.

            Maddə 46. Pozulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların bərpasının təminatı [ redaktə ]

            1. Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi üçün iddia ərizəsi verdiyi hallarda dövlət rüsumu ödəmir.
            2. Pozulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların bərpasının təminatı üçün səlahiyyətli vəzifəli şəxslər və orqanlar Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun lazımi tədbirləri görməlidirlər. [87]
            3. Müəlliflik hüququ və əlaqəli hüquqların mülki-hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. [88]

            Maddə 47. Qanunun pozulmasına görə məsuliyyət [ redaktə ]

            Bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

            Azərbaycan Respublikasının Prezidenti

            Bakı şəhəri, 5 iyun 1996-cı il

            1. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 1.2-ci maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən və həmin Qanunlara müvafiq qəbul edilən Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
            2. ↑ 12 oktyabr 2001-ci il tarixli 199-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 691) ilə 3-cü maddənin 5-ci bəndində “arxitektura” sözü “memarlıq” sözü ilə əvəz edilmişdir.
            3. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 3-cü maddəyə 7-ci və 8-ci bəndlər əlavə edilmişdir.
            4. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 4-cü maddənin “audiovizual əsər istehsalçısı” anlayışından sonra yeni məzmunda anlayışlar əlavə edilmişdir.
            5. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 4-cü maddənin “kollektiv əsər” anlayışında “üzrə” sözü “ilə” sözü ilə əvəz edilmişdir.
            6. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 4-cü maddənin “törəmə əsər” anlayışı yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: “törəmə əsər”— başqa əsərə əsaslanan əqli yaradıcılıq məhsulu (tərcümə, uyğunlaşdırma, səhnələşdirmə, yenidən işləmə və s.);
            7. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 4-cü maddənin “törəmə əsər” anlayışından sonra yeni məzmunda anlayış əlavə edilmişdir.
            8. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 4-cü maddənin “kütləvi ifa” anlayışında “müxtəlif qurğuların” sözləri “müxtəlif texniki vasitələrin” sözləri ilə əvəz edilmişdir.
            9. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 4-cü maddənin “kütləvi bildiriş” anlayışı yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: “kütləvi bildiriş” (kütləyə çatdırma məqsədilə bildiriş) — əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatları verilişlərinin, təsvirlərinin və (və ya) səslərinin efirlə, kabellə və ya başqa üsulla elə tərzdə bildirilməsidir ki, təsvirlər və ya səslər bu cür bildiriş olmadan qavranıla bilməyən məsafədə ailə dairəsinə və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin;
            10. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 4-cü maddənin “kütləvi bildiriş” anlayışından sonra yeni məzmunda yeni anlayışlar əlavə edilmişdir.
            11. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 4-cü maddənin “kirayə” anlayışı aşağıdakı redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: “kirayə” əsərin və ya fonoqramın orijinalına və ya nüsxəsinə sahiblik hüququnun birbaşa və ya dolayısı ilə gəlir götürmək məqsədi ilə müəyyən müddətə verilməsi;
            12. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 4-cü maddənin “efirlə bildiriş” anlayışının sonuna yeni məzmunda cümlə əlavə edilmişdir.
            13. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 5-ci maddənin 1-ci bəndinin ikinci abzasında “qeydə” sözü “qeydiyyata” sözü ilə əvəz edilmişdir.
            14. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 5-ci maddənin 2-ci bəndinin sonuna yeni məzmunda cümlə əlavə edilmişdir.
            15. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 5-ci maddənin 3-cü bəndində “kəşflərə” sözündən sonra “, riyazi anlayışlara” sözləri əlavə edilmişdir.
            16. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 6-cı maddənin 1-ci bəndinin ikinci abzasında mötərizədə verilmiş “məqalələr” sözündən sonra “mühazirələr və çıxışlar,” sözləri əlavə edilmişdir.
            17. ↑ 12 oktyabr 2001-ci il tarixli 199-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 691) ilə 6-cı maddənin birinci hissəsinin doqquzuncu abzasında “arxitektura” sözü “memarlıq” sözü ilə əvəz edilmişdir.
            18. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 6-cı maddənin 1-ci bəndinin on üçüncü abzasında mötərizədə verilmiş sözlər çıxarılmışdır.
            19. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 6-cı maddənin 1-ci bəndinin sonuncu abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: digər əsərlər.
            20. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 6-cı maddənin 2-ci bəndinin əvvəlinə aşağıdakı redaksiyada cümlə əlavə edilmişdir.
            21. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 7-ci maddənin adı yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Maddə 7. Müəlliflik hüququnun obyekti olmayan əsərlər
            22. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 7-ci maddənin “v” və “q” yarımbəndləri müvafiq olaraq yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: v) xalq yaradıcılığı əsərləri; q) hadisələr və faktlar haqqında informasiya xarakterli məlumatlar.
            23. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 8-ci maddənin 5-ci bəndinin birinci cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Əsərini qeydiyyatdan keçirən şəxsə müəyyənləşdirilmiş nümunədə şəhadətnamə verilir.
            24. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 9-cu maddəyə yeddinci hissə əlavə edilmişdir.
            25. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 10-cu maddənin 2-ci bəndinin birinci cümləsində “kollektiv əsərlərdən” sözləri “belə nəşrlərdən” sözləri ilə əvəz edilmişdir.
            26. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 12-ci maddənin 1-ci bəndinin yeddinci abzas aşağıdakı redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Əvvəllər yaradılmış, yenidən işlənmiş və ya audiovizual əsərin tərkibinə hissə kimi daxil edilmiş əsərin müəllifi də audiovizual əsərin şərik müəllifi sayılır.
            27. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 12-ci maddənin 1-ci bəndinə səkkizinci abzas əlavə edilmişdir.
            28. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 12-ci maddənin 2-ci bəndində “əsərin yaradılmasına dair” sözlərindən sonra “müəlliflərlə filmin istehsalçısı (prodüseri) arasında” sözləri, “müəlliflər” sözündən sonra “tərəfindən” sözü, “əsərin istehsalçısına” sözlərindən sonra “(prodüserinə)” sözü əlavə edilmişdir və “müstəsna hüquqlar verir” sözləri “müstəsna hüquqlar verilmiş olur” sözləri ilə əvəz edilmişdir.
            29. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 12-ci maddənin 3-cü bəndində “, kütləvi bildirişi, həmçinin audiovizual əsərin nüsxələrinin kirayəyə verilməsi zamanı həmin əsərlərdən istifadəyə görə” sözləri “zamanı öz musiqili əsərinin kütləvi ifasına görə” sözləri ilə əvəz edilmişdir.
            30. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 12-ci maddənin maddəyə 4-cü bənd əlavə edilmişdir.
            31. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 13-cü maddənin 2-ci bəndinin ikinci abzasının əvvəlinə cümlə əlavə edilmişdir.
            32. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 13-cü maddənin 2-ci bəndindən sonra 3-cü bənd əlavə edilsin, 3-cü və 4-cü bəndlər müvafiq olaraq 4-cü və 5-ci bəndlər hesab edilmişdir.
            33. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 14-cü maddənin 1-ci bəndinin “v” yarımbəndindən “ya hər hansı digər formada yenidən işlənməsinə, həmçinin” sözləri çıxarılmışdır.
            34. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 14-cü maddənin 3-cü bəndinin ikinci abzasında “Xidməti əsərlər yaradılarkən” sözləri “Xidməti və audiovizual əsərlərə münasibətdə” sözləri ilə əvəz edilmişdir.
            35. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 15-ci maddənin 2-ci bəndinin birinci abzasında “qadağan etməyi” sözləri “qadağa qoymağı” sözləri ilə əvəz edilmişdir.
            36. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 15-ci maddənin 2-ci bəndinin ikinci abzasında “əsərin” sözündən sonra “birbaşa və ya dolayısı yolla” sözləri əlavə edilmişdir.
            37. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 15-ci maddənin 2-ci bəndinin üçüncü abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: əsərin nüsxələrini hər hansı üsulla yaymaq, satmaq, kirayəyə vermək və s. (yayma hüququ);
            38. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 15-ci maddənin 2-ci bəndinin üçüncü abzasından sonra yeni məzmunda abzas əlavə edilmişdir.
            39. ↑ 12 oktyabr 2001-ci il tarixli 199-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 691) ilə 15-ci maddənin ikinci hissəsinin on ikinci abzasında “arxitektura” sözü “memarlıq” sözü ilə əvəz edilmişdir.
            40. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 15-ci maddənin 2-ci bəndinin sonuna abzas əlavə edilmişdir.
            41. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 15-ci maddənin 3-cü bəndində “verilmədən” sözü “ödənilmədən (bu qanunun 16-cı maddəsində göstərilən hal istisna olmaqla)” sözləri ilə əvəz edilmişdir.
            42. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 15-ci maddənin 4-cü və 5-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
              4. Əsərlərdən istifadənin hər növünə görə müəllif qonorarının həcmi və hesablanması qaydası əmlak hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.
              5. Əmlak hüquqları üçün bu maddənin ikinci bəndində nəzərdə tutulan məhdudiyyətlər bu Qanunun 17—25-ci maddələri ilə o şərtlə müəyyən edilir ki, belə məhdudiyyətlər əsərdən normal istifadəyə əsassız ziyan vurmasın və müəllifin qanuni maraqlarını lüzumsuz məhdudlaşdırmasın.
            43. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 16-cı maddənin adında “Təsviri sənət əsəri” sözləri “İncəsənət əsərləri” sözləri ilə əvəz edilmişdir.
            44. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 16-cı maddənin 1-ci bəndinin birinci cümləsində “mülkiyyətçidən öz əsərinin” sözləri “, habelə yazıçının və ya bəstəkarın mülkiyyətçidən və ya digər hüquq sahibindən öz əsərinin və ya əlyazmalarının” sözləri ilə əvəz edilmişdir.
            45. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 16-cı maddənin 2-ci bəndinin birinci abzasında “Təsviri sənət əsərinə” sözləri “Bu maddənin 1-ci bəndində göstərilən əsərlərə” sözləri ilə əvəz edilmişdir.
            46. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 16-cı maddənin 2-ci bəndinin ikinci abzasında “Əsərə mülkiyyət hüququnun birinci dəfə başqa şəxsə keçməsindən sonra hər dəfə onun orijinalının” sözləri “Təsviri sənət əsərlərinin orijinallarının və ya yazıçı və bəstəkarın əlyazmalarının mülkiyyət hüququnun birinci dəfə başqa şəxsə keçməsindən sonra hər dəfə onların orijinallarının” sözləri ilə əvəz edilmişdir və “almaq hüququ” sözlərindən sonra “(izləmə hüququ)” sözləri əlavə edilmişdir.
            47. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 17-ci maddənin 1-ci bəndində “nəzərdə tutulan hallar istisna olmaqla,” sözlərindən sonra “gəlir götürmədən” sözləri əlavə edilmişdir.
            48. ↑ 12 oktyabr 2001-ci il tarixli 199-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 691) ilə 17-ci maddənin ikinci hissəsinin ikinci abzasında “arxitektura” sözü “memarlıq” sözü ilə əvəz edilmişdir.
            49. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 17-ci maddənin 2-ci bəndinin sonuncu abzasında “(tam)” sözü “(bütövlükdə)” sözü ilə, “reproqrafik surətinin” sözləri “reprosurətinin” sözü ilə və nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir.
            50. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 17-ci maddənin 2-ci bəndinin sonuncu abzasından sonra yeni məzmunda abzaslar əlavə edilmişdir.
            51. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 17-ci maddənin 3-cü bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 3. Fiziki şəxslər tərəfindən, fonoqramda yazılmış audiovizual əsərlərin surəti çıxarılarkən müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin müəllif qonorarı almaq ixtiyarı vardır. Göstərilən qonorar istehsalçı, yaxud surətçıxarma üçün istifadə olunan avadanlığın (audio və videomaqnitofonlar, başqa avadanlıq) və maddi daşıyıcıların (səs və (və ya) videolent və kassetlər, lazer diskləri və digər maddi daşıyıcılar) idxalçısı tərəfindən ödənilir.
            52. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 17-ci maddənin 4-cü bəndinin ikinci abzasında “müəllif, ifaçı və” sözlərindən sonra “audiovizual əsər və” sözləri əlavə edilmişdir.
            53. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 18-ci maddənin 2-ci bəndi çıxarılmışdır.
            54. ↑ 12 oktyabr 2001-ci il tarixli 199-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 691) ilə 20-ci maddədə “arxitektura” sözü “memarlıq” sözü ilə əvəz edilmişdir.
            55. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 21-ci maddənin adında “bildirişi” sözü “ifası” sözü ilə əvəz edilmişdir.
            56. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 23-cü maddənin “b” yarımbəndində “rəsmi arxivlərdə” sözləri “dövlət arxivlərində” sözləri ilə əvəz edilmişdir.
            57. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 24-cü maddənin 1-ci bəndinin “a” yarımbəndində “müəllif müqaviləsi ilə başqa hal nəzərdə tutulmazsa” sözləri çıxarılsın, “aşkar” sözündən sonra “edilmiş” sözü əlavə edilmişdir.
            58. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 25-ci maddədə “50 il” sözləri “70 il” sözləri ilə əvəz edilmişdir.
            59. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 25-ci maddəyə 3-cü bənd əlavə edilmişdir.
            60. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 26-ci maddədə “50 il” sözləri “70 il” sözləri ilə əvəz edilmişdir.
            61. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 27-ci maddənin 1-ci bəndinin üçüncü abzasında “üçüncü” sözü “ikinci” sözü ilə əvəz edilmişdir.
            62. ↑ 22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706) ilə 27-ci maddənin 2-ci bəndində “müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının hesabına” sözləri “dövlət budcəsinə” sözləri ilə əvəz edilmiş və “müəlliflik hüquqları sahəsində siyasətin həyata keçirilməsi məqsədi ilə istifadə olunur” sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 2. Azərbaycan müəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət varidatı elan edilə və ondan istifadəyə görə xüsusi ödənişlər müəyyənləşdirilə bilər. Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və müəlliflik hüquqları sahəsində siyasətin həyata keçirilməsi məqsədi ilə istifadə olunur.
            63. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 28-ci maddədə “Müəlliflik hüquqları” sözləri “Müəllifin bu qanunla nəzərdə tutulan əmlak hüquqları” sözləri ilə əvəz edilmişdir.
            64. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 30-cu maddəyə 5-ci bənd əlavə edilmişdir.
            65. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 32-ci maddəyə 5-ci bənd əlavə edilmişdir.
            66. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 33-cü maddənin 2-ci bəndinin birinci abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: İfadan istifadəyə müstəsna hüquq aşağıdakı hərəkətləri həyata keçirməyi və ya həyata keçirilməsinə icazə verməyi bildirir:
            67. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 33-cü maddənin 2-ci bəndinin dördüncü abzasında “kabel televiziyası ilə bildirişi” sözlərindən sonra “və özünün canlı ifasının kütləvi bildirişi” sözləri əlavə edilmişdir.
            68. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 34-cü maddənin 2-ci bəndinin birinci, ikinci və üçüncü abzasları yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
              Fonoqramdan istifadəyə müstəsna hüquq aşağıdakı hərəkətləri həyata keçirmək və ya həyata keçirilməsinə icazə vermək hüququnu bildirir:
              fonoqramın surətini çıxarmaq;
              fonoqram nüsxələrinin istənilən üsullarla yaymaq, satmaq, kirayəyə vermək və s.;
            69. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 35-ci maddənin ikinci hissəsinin birinci abzasında “həyata keçirmək və ya həyata keçirilməsinə icazə vermək hüququnu bildirir” sözləri “həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir” sözləri ilə əvəz edilmişdir.
            70. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 35-ci maddənin ikinci hissəsinin beşinci abzasından “və ya efirə vermək” sözləri çıxarılmışdır.
            71. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 35-ci maddənin ikinci hissəsinə yeddinci abzas əlavə edilmişdir.
            72. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 39-cu maddəyə 3-cü bənd əlavə edilmişdir.
            73. ↑ 1 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29) ilə 40-cı maddəsinin üçüncü hissəsinin yeddinci abzasında “dövlət qeydiyyatına alınmış” sözləri çıxarılmışdır, “qeydiyyata” sözü “müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən uçota” sözləri ilə əvəz edilmişdir.
            74. ↑ 22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706) ilə 40-cı maddənin axırıncı abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı dövlət büdcəsindən ayırmalar, fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlər, əmlak hüquqlarının kollektiv əsasda idarə edən təşkilatların ödədiyi haqlar və qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşdirilir.
            75. ↑ 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 41-ci maddənin 1-ci bəndində “İctimai birliklər haqqında” Azərbaycan Respublikası Qanununa” sözləri “müvafiq qanunvericiliyə” sözləri ilə əvəz edilmişdir.
            76. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 41-ci maddənin 2-ci bəndinin birinci abzasına ikinci cümlə əlavə edilmişdir.
            77. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 41-ci maddənin 2-ci bəndinin sonuna abzas əlavə edilmişdir.
            78. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 41-ci maddəyə 3-cü bənd əlavə edilmişdir.
            79. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 42-ci maddənin 1-ci bəndinin 3-cü yarımbəndində “hallarda” sözündən sonra “(bu Qanunun 12-ci maddəsinin 4-cü bəndi, 17-ci maddəsinin 3-cü bəndi və 37-ci maddəsinin 1-ci bəndi)” sözləri əlavə edilmişdir.
            80. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 43-cü maddənin 2-ci bəndində “əsərlərindən” sözündən sonra “və əlaqəli hüquqların obyektlərindən” sözləri əlavə edilmişdir.
            81. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə V bölmənin və 44-cü maddənin adında “qorunması” sözü “müdafiəsi” sözü ilə əvəz edilmişdir.
            82. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 44-cü maddənin adında “kontrafakt” sözü “pirat” sözü ilə əvəz edilmişdir.
            83. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 44-cü maddənin 1-ci bəndində “həmin hüquqları” sözü “əmlak hüquqlarını” sözü ilə əvəz edilmişdir.
            84. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 44-cü maddənin 2-ci bəndində “kontrafakt” sözü “pirat” sözü ilə əvəz edilmişdir.
            85. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 44-cü maddəyə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilmişdir.
            86. ↑ 1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342) ilə 45-ci maddə aşağıdakı redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Maddə 45. Müəlliflik hüququnun və əlaqəli hüquqların qorunması vasitələri (üsulları)
              Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının qorunması üçün məhkəməyə müraciət edə bilərlər.
              Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüququ müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakıları da tətbiq edə bilər:

            a) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəlik hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;

Comments are closed, but trackbacks and pingbacks are open.