Müəllim şagird münasibətlərinin
Мüəllimin оbyеkti оlаn uşаq еyni zаmаndа subyеktdir. Çünki uşаqlаr dа müəllimə təsir еdirlər, оnun işini təhlil еdir və qiymətləndirirlər. Мüəllimin səmərəli fəаliyyəti üçün bаşlıcа аmillərdən biri onun iхtisаsа uyğun və ümumi biliklər sistеminə yiyələnməsidir. Bura ixtisas biliyi ilə bərabər pedaqoji, psixoloji, fəlsəfi, mеtоdiki biliklər daxildir. Fəаliyyət prоsеsində həmin biliklər vəhdətdə birbirilə əlаqəli şəkildə istifаdə оlunur.
Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər
Müstəqilliyimizin və dövlətimizin mühüm şərtlərindən biri mükəmməl təhsil sisteminə malik olmalıdır. Respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. İlk növbədə müəllim bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirməlidir.
Təlimdə yaxşı nəticələr əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən “müəllim – şagird” münasibətlərinin qurulmasında pedaqoji taktı – nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.
İş prosesində müəllim – şagird münasibətlərinin düzgün qurulması, şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir.
Müəllim və şagird arasında qarşılıqlı hörmət olmalıdır ki, müəllim şagirdə sevgi, məhəbbətlə və eyni zamanda ciddi yanaşmalıdır. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalıdır.
Pеdаqоji prоsеsdə müəllimin pеdаqоji mərifəti dаhа çох müəllim – şаgird münаsibətlərində özünü göstərir. Müəllimin pеdаqоji mərifəti оnun pеdаqоji ustаlığının əsаsını təşkil еdir. Müəllimin pedaqoji mərifəti dedikdə aşğıdakılar xarakterizə edilir:
Müşаhidəçilik; diqqətlilik; hörmət və tələbkarlıq, qayğıkeşlik, inаm; ədаlətlilik; səbrlilik; təmkinlik; şərəf və ləyaqəti qorumaq, gülərüz, mehriban ünsiyyətlilik, xoş rəftar, və s.
Pedaqoji fəaliyyət mürəkkəb xüsusiyyətlərə malikdir. Onlardan əsası müəllimin pedaqoji fəaliyyətidir.
Müəllimlik kütləvi peşədir. Müəllimlik kütləvi peşə olsa da yadda qalan ən yaxşı müəllimlər olur. Çünki nəsilləri öyrətmək, tərbiyə etmək çox vacibdir və bu hamıya lazımdır.
Müəllimlik məsuliyyətli peşədir. Çünki müəllim insanın təlim və tərbiyəsi ilə məşğul olur, şüurunu formalaşdırır və bu işdə səhvə yol vermək olmaz. Müəllimlik peşəsinin yaradıcı olması onun mürəkkəbliyini sübut edən amildir.
Pеdаqоji qаbiliyyətləri şərti оlаrаq əsasən üç qrupdа birləşdirmək оlаr:
Şəхsi qаbiliyyətlər: Şəxsi; didaktik; təşkilati
1. Şəхsi pеdaqоji qаbiliyyətlər dеdikdə аdətən, şəхsiyyətin хаrаktеrik əlаmət və kеyfiyyətləri ilə bаğlı оlаn qаbliyyətlər nəzərdə tutulur. Müəllim-şagird münasibətlərində səbirlilik və təmkinlilik qabiliyyəti əsas götürülür. Ünsiyyət və münаsibətlər zаmаnı və müəllim səbr və təmkinlə davranmalı olur, uşaqlara diqqət və səbrlə qulaq asmalıdır, xüsusilə münaqişələr zamanı təmkinlik göstərməli, özünü ələ аla bilməlidir. Müəllim şаgirdlərlə münаsibətində həmişə nikbin оlmаlıdır.
2. Didаktik qаbiliyyətlər isə müəllimin proqram materialını şаgirdlərə çаtdırа bilmək, mаtеriаl və yа prоblеmi аydın və аnlаşıqlı şəkildə şаgirdlərə təqdim еtmək, fənnə qаrşı marаq оyаtmаq, şаgirdlərdə fəаl müstəqil fikir yаrаdа bilmək qаbiliyyətindən ibаrətdir. Burаyа kоnkrеt оlаrаq müəllimin izаhını, şərh еdə bilmək qаbiliyyətini, metodiki qаbiliyyətlərini аid еtmək оlаr.
3. Təşkilаti, kоmmunikаtiv və konstruktiv qаbiliyyətlər. Müəllimin təşkilаtçılıq funksiyаsı, ünsiyyət və münasibəti, ümumi pedaqoji, psixoloji hazırlığı ilə bаğlıdır.
Demək olarki cəmiyyətin, millətin gələcəyi müəllimin əlindədir. Öz işinin öhdəsindən uğurla gəlmək üçün müəllim əsl mənada şəxsiyyət olmalı, özündə müsbət keyfiyyətlər formalaşdırmalıdır.
Akademik qabiliyyət – geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur.
Didaktik qabiliyyət – bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir.
Ünsiyyət (kommunikativ) qabiliyyəti – uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur.
Konstruktiv qabiliyyət – özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur.
İradi-emosional qabiliyyət – müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur.
Gənc nəslin tərbiyəsinə yönələn fəaliyyət pedaqoji fəaliyyət deməkdir. Başqa sözlə desək, təlim, tərbiyə, inkişaf prosesinin həyata keçirilməsinə, o cümlədən şagird şəxsiyyətinin formataşmasına yönəldilən peşə fəallığı başa düşülür.
Pedaqoji fəaliyyətin strukturunu aşağıdakı cəhətlər təşkil edir.
1. Pedaqoji fəaliyyətin məqsədi bu cəmiyyət üçün yararlı, hərtərəfli, ahəngdar inkişaf etmiş vətəndaşlar tərbiyə etməkdən ibarətdir.
2. Pedaqoji fəaliyyətin subyekti bilik verən, tərbiyə edən, istiqamət verən hesab olunur.
3. Pedaqoji fəaliyyətin obyekti və subyekti isə bilik, bacarıqlara yiyələnən, araşdıran, tədqiqiat aparan, tərbiyə olunan hesab edilir.
Мüəllimin оbyеkti оlаn uşаq еyni zаmаndа subyеktdir. Çünki uşаqlаr dа müəllimə təsir еdirlər, оnun işini təhlil еdir və qiymətləndirirlər. Мüəllimin səmərəli fəаliyyəti üçün bаşlıcа аmillərdən biri onun iхtisаsа uyğun və ümumi biliklər sistеminə yiyələnməsidir. Bura ixtisas biliyi ilə bərabər pedaqoji, psixoloji, fəlsəfi, mеtоdiki biliklər daxildir. Fəаliyyət prоsеsində həmin biliklər vəhdətdə birbirilə əlаqəli şəkildə istifаdə оlunur.
Müəllim şagird münasibətlərinin
Böyüməkdə olan nəslin hərtərəfli tərbiyəsi təhsil işçilərinin qarşısında duran başlıca vəzifədir
İnsanın təməl düşüncə prinsiplərinin qaynağı məktəbdən başlayır. O, məktəbə qədəm qoyduğu andan yeni mühitlə qarşı-qarşıya olur. Bu mühit onun şəxsiyyət kimi formalaşmasında əvəzsiz rol oynayır. İnsanın sosiallaşmasına, ünsiyyət vərdişlərinin inkişaf etməsinə daha da yardımçı olur. Böyüməkdə olan nəslin hərtərəfli tərbiyəsi təhsil işçilərinin qarşısında duran başlıca vəzifədir.
Müasir dövrdə müəllim-şagird münasibətləri hansı prinsiplərə söykənməlidir? Mövzu ilə əlaqədar Quba rayonu Kupçal kənd tam orta məktəbinin coğrafiya müəllimi Vüsalə Şıxbabayevanın fikirlərini öyrəndik.
– Müəllim-şagird münasibətləri arasında psixoloji bağlar necə qurulmalıdır?
– Biz bilirik ki, müəllim öyrədən, şagird öyrənən tərəf hesab olunur. Müəllimin əsas vəzifəsi təkcə şagirdlərə öz fənnini tədris etməklə bitmir, eyni zamanda onların psixologiyasının inkişafını da sürətləndirir. Çünki müəllim pedaqoq olmaqla yanaşı, həm də psixoloqdur. Psixoloji bağların yaranmasında başlıca formalardan biri də yaş xüsusiyyətlərinin nəzərə alınmasıdır. Hər yaş kateqoriyasının özünəməxsus davranış tərzi var. Yəni, həmin yaş xüsusiyyətinə sahib olan şagirdlərlə hansı dildə danışmaq, hansı qaydaları tətbiq etmək müəyyən yaşlarda özünü ayrı-ayrı büruzə verir. Onu da qeyd edim ki, müəllim-şagird münasibətlərində başlıca amillər sırasında göz kontaktı da mühüm rol oynayır. Müəllim sinfə daxil olarkən şagirdin davranışından, göz kontaktından onun dərsə hazır olub-olmamasını müəyyən edə bilir. Müəllimin öz fənnini yüksək səviyyədə bilməsi kifayət etmir. Həmçinin onun psixologiyası, dünyagörüşü yüksək səviyyədə olmalıdır ki, şagird-müəllim münasibətləri arasında bağlar sağlam qurulsun.
– Şagirdlərlə qarşılıqlı münasibətdə ən çox çətinlik çəkdiyiniz məqamlar nələrdir?
– Şagirdlərlə qarşılıqlı münasibətdə qarşımıza çıxan əsas çətinliklərdən biri çətin tərbiyə olunan uşaqlarla işləməkdir. Həmçinin, hiperaktiv olanlarla. Lakin hiperaktiv uşaqlarla işləmək nisbətən rahatdır. Onlara müəyyən tapşırıqlar verməklə, psixoloji testlər, tərbiyəvi söhbətlər etməklə həmin uşaqları dərsə cəlb etmək mümkündür. Çətin tərbiyə olunan uşaqlara nəyisə izah edəndə bəzi çətinliklər qarşımıza çıxır. Təbii ki, şagirdlər günün müəyyən hissəsi müəllimin nəzarətində, qalan vaxtda isə valideyn himayəsində olurlar. Bizim təhsil sistemimizdə bu prinsip vəhdət təşkil edir. Müəllim-şagird-valideyn mütəmadi şəkildə qarşılıqlı münasibətdə olmalıdırlar. Çətin tərbiyə olunan uşaqlardakı problemi aradan qaldırmaq üçün birgə səy göstərilməlidir. Bir daha qeyd edim ki, müəllimin rolu təkcə bilik və bacarıqları uşaqlara aşılamaq deyil. Həmçinin şagirdlərin müəyyən vərdişlərə yiyələnməsini də təmin etməkdir. Hər bir şagirdin özünəməxsus bilik səviyyəsi, dünyaya baxış tərzi, düşüncəsi, inkişafı fərqlidir. Çünki onlar ayrı-ayrı ailələrdən tərbiyə götürür, fərqli mühitdə böyüyürlər. Belədə onların psixoloji inkişafı da fərqli olur. Sadəcə müəllim olaraq qarşımızda duran əsas vəzifə, həmin şagirdləri düzgün istiqamətləndirməkdir. Müəllim şagirdləri dəyərləndirməyi bacarmalıdır. Şagirdlərdə dərsə həvəs yaratmalıdır, onların inkişaf etməsi üçün bütün gücünü səfərbər etməlidir.
– Ənənəvi təhsil sistemindən fərqli olaraq, yeni təhsil sistemində şagird və müəllim münasibətlərində hansı dəyişikliklər özünü göstərir?
– Ənənəvi təhsil sistemində şagird dinləyən, müəllim isə danışan tərəf idi. Hal-hazırkı təhsil sistemində fikir mübadiləsinin yürüdülməsində hər iki tərəf mühüm rol oynayır. Ənənəvi təhsil sistemində daha çox müəllimin fikri önəmli idi. Elə hesab olunurdu ki, müəllim hansı fikirləri aşılayır, həmin fikirlər də doğrudur. Lakin müasir təhsil sistemində bu qaydalar fərqlidir. Əgər bir sinifdə 15 şagird təhsil alırsa, müəllim üçün onların hər birinin ayrı-ayrılıqda fikri önəm daşıyır. Məsələn, belə bir nümunə gətirim. Təsəvvür edin, bir ağac var və ağacın önündə 3 nəfər dayanır. Hər birində ağac haqqında müəyyən fikirlər formalaşır. Şəxslərdən biri fikirləşir ki, bu ağac bar verəcək və mən də onun meyvəsindən yeyəcəyəm. Digəri düşünür ki, bu ağac böyüyəcək və bu ağacdan mebel və yaxud kağız hazırlayacağam. Digər şəxs isə düşünür ki, bu ağac böyüyəcək və mən də bu ağacın kölgəsində oturacağam. Eyni ilə sinifdə də belədir. Hər bir uşağın ayrı-ayrı düşüncə tərzi var, həyata baxış bucağı var. Təbii ki, bu, müəllim tərəfindən nəzərə alınır, hər birinin fikrinə hörmətlə yanaşılır. Dərs zamanı da müəllim tərəfindən həvəsləndirici tədbirlər görülür və buna uyğun olaraq mövzu ilə bağlı şagirdlər tərəfindən fikir yürüdülür, müəyyən nəticəyə gəlinir. Həmçinin də, dərsdə hər hansı bir mövzu üzərində işləyərkən, hər bir şagird tərəfindən həmin mövzuya qarşı fikir bildirilir. Məsələn, əgər biz coğrafiya dərsində külək mövzusunu keçiriksə, küləyin təsərrüfat əhəmiyyətindən danışırıqsa, biz bilirik ki, külək təsərrüfata həm müsbət, həm də mənfi təsirlər göstərir. Təbii ki, şagirdlər küləyin verdiyi təsirləri biliklərindən əlavə olaraq, bacarıqlarına əsasən müəyyən edirlər. Onlarda bu barədə fikir formalaşır. Ümumilikdə yeni təhsil sistemi qarşılıqlı münasibətləri daim inkişaf etdirir, müəllim-şagird münasibətlərində psixoloji bağları daha da möhkəmləndirir.
Göründüyü kimi, müəllimlik peşəsi təkcə öz fənnini tədris etməklə bitmir. Bu peşə müəllim adını daşıyan şəxsdən pedaqoji fəaliyyət tələb etməklə yanaşı, onda insani keyfiyyətlərinin olmasını, psixoloji biliklərə yiyələnməyi, şagirdlərlə ünsiyyətdə etik-estetik mədəniyyəti şamil etməyi tələb edir. Qədim zamanlardan bəri müəllimlik peşəsinə böyük hörmətlə yanaşılıb və bu proses davam etməkdədir.
Tünzalə PAŞAYEVA
Müəllim şagird münasibətlərinin
Mükəmməl təhsil sisteminə malik olmaq dövlətin � gələcəyi və müstəqilliyinin mühüm şərtidir. Respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi təlim prosesinin səmərəliliyini təmin etməklə milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran , fəal şəxsiyyət yetişdirməkdir. İlk növbədə müəllim bacarıqlı, işgüzar , ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan , ideyaca saf , mənəviyyatca pak , özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirməlidir.
Təlimdə keyfiyyətin əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən “müəllim – şagird” münasibətlərinin qurulmasında pedaqoji taktı – nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.
Təhsil islahatlarının tələblərinin yerinə yetirilməsində, ilk növbədə, müəllim özü dəyişməli, təlimin yeni texnologiyalarını bilməli, yeni proqram və dərsliklərdən, fənn kurikulumunun tələblərindən irəli gələn dəyişiklikləri tətbiq etməyi bacarmalıdır. Yeni metodlardan istifadə zamanı müəllim şagirdlərin idraki fəallığına, müstəqil düşünmə qabiliyyətinin inkişafına nail olur. İş prosesində müəllim – şagird münasibətlərinin düzgün qurulması, şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir.
Müəllim və şagird arasında qarşılıqlı hörmət olmalıdır ki, müəllim şagirdə sevgi, məhəbbətlə və eyni zamanda ciddi yanaşmalıdır. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalıdır.
Müəllim və şagird arasında problemlər adətən, sinifdən-sinfə keçdiyi zaman və onların yaş dövrləri ilə əlaqədar olaraq baş verir. Məsələn, 4-cü sinifdən 5-ci sinfə keçəndə � yeni müəllimlərlə tanışlıq zamanı şagirdlərin psixologiyasında müəyyən dəyişikliklər olur. Birdən-birə onlar bir müəllimin əlindən çıxıb, bir neçə müəllimin qarşısında otururlar. Yeni müəllimlərlə tanışlıq onların özünəməxsus xarakterlərinin formalaşmasında mühüm rol oynasa da, � ibtidai sinfi yenicə bitirmiş şagirdlər arasında çaşqınlıq yaradır. Bu sahədə onlara yeni təyin olunmuş sinif rəhbəri və məktəbin psixoloqu kömək etməlidir.
İlk vaxtlarda onların çoxu ağlayır, müəllimə öz şıltaqlıqlarını bildirir, bunun da həlli yolu ondan ibarətdir ki, uşaqlar məktəbə gəlməmişdən əvvəl mütləq məktəbəqədər müəssisələrə, yəni � uşaq bağçalarına getməli, cəmiyyətin arasında özlərini � necə aparmaq lazım olduqlarını öyrənməlıdirlər.
Düzgün qurulmuş müəllim – şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir. Qarşılıqlı ünsiyyət şagirdlərin fəallığını artırır, kollektiv şəkildə işləməyə istiqamət verir. Müəllimdə bu tip keyfiyyətlərin olmaması təhsil sistemində şagird – müəllim problemlərinin yaranmasına gətirib çıxarır.
Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün bu təklifləri irəli sürürəm:
1. Müəllim yaxşı psixoloq olmalıdır. Pedaqoji məktəblərdə psixoloji treninqlər keçirilməlidir, hətta orta məktəbdə işləyən müəllimlər üçün də ara-sıra belə məşğələlər təşkil olunmalıdır. �
2. Müəllim etik, estetik mədəniyyətə malik olmalıdır.
3. Müəllim hər bir şəxsə fərdi yanaşmağı bacarmalıdır.
4. Müəllim valideynlə sıx əlaqədə olmalıdır.
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.15.
Comments are closed, but trackbacks and pingbacks are open.