İXTİsas: “MÜhasibat uçotu və audiT” kurs iŞİ MÖvzu: “MÜƏSSİSƏNİN ÖDƏMƏ qabiLİYYƏTİNİn təHLİLİ” qrup: 478
2. Maliyyəni dövlət idarəetmə orqanları sistemi və onların vəzifələri
Mühasibat və maliyyə arasındakı fərq
Mühasibat şirkətin maliyyə ili sonunda maliyyə vəziyyətini və gəlirliliyini müəyyənləşdirmək üçün iş hadisələrinin və əməliyyatlarının qeydlərini sistemli şəkildə aparmaq sənətidir. Tamamilə maliyyə ilə eyni deyil. Texniki olaraqmaliyyə resursların bölüşdürülməsi və idarə olunması ilə əlaqəli iqtisadiyyatın bir hissəsidir.
Mühasibat, rasional qərar qəbul etmək məqsədilə şirkətin maliyyə məlumatlarını istifadəçilərə təqdim etməyi hədəfləyərkən, maliyyə, pul, investisiya, kredit, bank işi və bazarlarla əlaqəli məsələlərə diqqət yetirir. Bir çoxları mühasibat və maliyyənin eyni olduğunu düşünürlər, amma bunlar iki fərqli fəndir. Bu məqalədə mühasibat və maliyyə arasındakı anlayış və fərq izah olunur.
Müqayisə qrafiki
| Müqayisə üçün əsas | Mühasibat | Maliyyə |
|---|---|---|
| Məna | Mühasibat uçotu bir müəssisənin pul əməliyyatlarını qeyd etmək və hesabat vermək sənətidir. | Maliyyə, bir müəssisənin fondlarının idarə olunması elmidir |
| Filiallar | Maliyyə uçotu, idarəetmə uçotu, xərc uçotu, vergi uçotu və s. | Xüsusi Maliyyə, Dövlət Maliyyəsi, Korporativ Maliyyə və s. |
| Karyera | Mühasibat uçotu mütəxəssisləri mühasib, auditor, vergi məsləhətçisi və s. Ola bilər. | Maliyyə mütəxəssisləri investisiya bankiri, maliyyə analitiki, maliyyə məsləhətçisi və s. Ola bilər. |
| Bölmə | Mühasibat uçotu maliyyə hissəsidir. | Maliyyə mühasibatlığın bir hissəsi deyil. |
| Məqsəd | Maliyyə hesabatını oxuyanlara şirkətin ödəmə qabiliyyəti vəziyyəti barədə məlumat vermək. | Gələcək strategiyalar hazırlamaq üçün kapital bazarını və iş fondlarını öyrənmək. |
| Alətlər | Gəlir tablosu, balans hesabatı, nağd pul hesabatı və s. | Risk Analizi, Kapital Büdcəsi, Oran Analizi, Kaldıraç, İş kapitalının idarə edilməsi və s. |
Mühasibat tərifi
Mühasibat maliyyə məlumatlarının müəyyənləşdirilməsi, qeyd edilməsi, təsnifləşdirilməsi, ümumiləşdirilməsi, hesabatı, təfsiri və təhlilinin tamamlandığı bir müddətdir. Mühasibat Uçotu Standartı (AS) əsasında maliyyə hesabatlarının düzgün izlənməsini təmin etmək üçün əməliyyatları sistematik şəkildə qeyd etmək sənətidir. Bir müəssisənin maliyyə hesabatının köməyi ilə maliyyə ilinin sonunda daxili yoxlama və vergi yoxlaması aparılır.
Bu maliyyə hesabatı, auditdən sonra müəyyən bir dövr üçün işin performansını və mövqeyini görə bilən istifadəçilər üçün oxunaqlıdır. Maliyyə hesabatının istifadəçiləri kreditorlar, borclular, borc verənlər, təchizatçılar, investorlar, səhmdarlar, işçilər və s. Kimi bütün maraqlı tərəfləri əhatə edir.
Maliyyə tərifi
Maliyyə, vəsaitlərin səmərəli alınması və bölüşdürülməsi (yəni xərcləmə və ya investisiya) haqqında bir elmdir. Bu, pul və kapital bazarı ilə əlaqəli işlərin təşkili və idarə edilməsi ilə yanaşı tədqiq edən daha geniş bir müddətdir. Maliyyənin əsas cəhəti “pulun zaman dəyəri” dir, yəni pulun dəyəri zamanla dəyişir.
Optimal bir investisiya planı seçmək üçün hər hansı bir büdcəni təhlil etməyə kömək edir və bu da bir firma üçün risk faktorunu azaldır.
Qarşılıqlı asılılıq
Mühasibat və maliyyə hər ikisi iqtisadiyyatın bir hissəsidir. Hər iki müəssisə bir-birindən asılıdır, məsələn mühasibat maliyyə hissəsidir və maliyyə mühasibatdan asılıdır. Maliyyə təhlili auditor tərəfindən təqdim edilmiş maliyyə hesabatının köməyi ilə aparılır. Başqa sözlə, bir-biri ilə çox sıx əlaqəlidirlər və ya deyə bilərik ki, mühasibat uçotunun sonu maliyyənin başlanğıcıdır.
Nəticə
Mühasibat və maliyyə hər bir iş sahəsində elə bir işə cəlb olunur ki, iş onlar olmadan uzun müddət yaşaya bilməz. Əhəmiyyətini bilmək istəyirsinizsə, təsəvvür edin ki, hər ikisi orada olmasaydı bir şirkətin vəziyyəti nə olardı. Əməliyyatların qeydləri olmayacaq, mənfəət müəyyən edilə bilməz, ehtiyatların və investisiyaların qiymətləndiriləcəyi bir əsas olmayacaq, kapitalın idarə edilməsi ağlasığmaz, risk faktoru artacaq, müqayisə edilə bilməz, büdcə və nağd pulun analizi mümkün olmayacaq və s. Hər hansı bir şəxs varsa
Hər kəs mühasibat və maliyyə sahəsində karyera qurmaq istəyirsə, ilk növbədə karyera seçimi bankçılıq, reklam, sığorta, marketinq, menecment və s. Bunu etmək üçün mühasibat və maliyyə dərəcələri almalıdır.
İXTİsas: “MÜhasibat uçotu və audiT” kurs iŞİ MÖvzu: “MÜƏSSİSƏNİN ÖDƏMƏ qabiLİYYƏTİNİn təHLİLİ” qrup: 478
1.MÜƏSSİSƏNİN ÖDƏMƏ QABİLİYYƏTİNİN TƏHLİLİNİN VƏZİFƏLƏRİ VƏ İNFORMASİYA MƏNBƏLƏRİ
Bazar iqtisadiyyatı şəraitində müəssisənin maliyyə vəziyyəti onun ödəmə qabiliyyəti ilə müəyyən olunur.Ödəmə qabiliyyəti də öz növbəsində bilavasitə üç fondun vəziyyətindən asılıdır:satış, mənfəət, dövriyyə vəsaitləri.
Müəssisənin maliyyə vəziyyətinə “mənfəət” və “satış” amilinin təsiri “məhsul satışından mənfəət planının yerinə yetirilməsi” və “məhsul satışı planının yerinə yetirilməsi” göstəriciləri vasitəsi ilə əks olunur.Dövriyyə vəsaitləri fondunun vəziyyəti onların yaradılma mənbələrinin tamlığından və vəsaitin istifadə istiqamətlərindən asılıdır.Dövriyyə vəsaitlərinin tamamlanma mənbələrinin tamlığının xarakteristikası üçün “xüsusi dövriyyə vəsaitinin çatışmazlığı (artıqlığı)” göstəricisindən istifadə edilir.
Göründüyü kimi mühasibat hesabatı məlumatları əsasında müəssisınin maliyyə-təsərrüfat fəaliyyətinin təhlili müxtəlif detallaşdırma dərəcəsində aparıla bilər.Müəssisənin iqtisadi potensialının vəziyyətinin və dinamikasının, nəticələrin və onlardan istifadənin səmərəliliyinin təşkilini əks etdirən göstəricilər sistemi və analitik cədvəllər bu istiqamətdə təhlilin əsasını təşkil edir.Dərin maliyyə təhlili çərçivəsində uçot məlumatlarının keyfiyyəti qiymətləndirilir və müəssisənin ödəmə qabiliyyətini xarakterizə edən əsas göstəricilər, onların hesablanması və analitik qiymətləndirilməsi aparılır.
Bazar iqtisadiyyatı şəraitində maliyyə təhlili aşağıdakı əsas metodlardan istifadə olunmaqla aparılır:
1)balansın hər bir mövqeyinin və ya ötən dövrün məlumatları ilə üfqi-müqayisəsi;
2)göstəricilərin strukturunun (hər bir mövqenin bütövlükdə nəticələrə təsirinin) şaquli təhlili;
3)bir neçə il ərzində göstəricinin trend təhlili.
Təhlil həm mütləq, həmçinin də nisbi göstəricilərə əsasən aparılmalıdır. Bu zaman müəssisənin nisbi göstəricilərinin hesablanması mühüm əhəmiyyət kəsb edir.
Müəssisənin maliyyə vəziyyəti müəssisənin vəsaitinin yerləşdirilməsi və istifadəsini xarakterizə edir.Bu. maliyyə planının icra səviyyəsi, mənfəət və digər mənbələr hesabına, eləcə də istehsal fondlarının, xüsusilə dövriyyə vəsaitinin dövranının sürətləndirilməsi hesabına xüsusi vəsaitlərin tamamlanması ilə şərtlənir.
Maliyyə vəziyyəti, ilk növbədə, müəssisənin ödəmə qabiliyyətində, təsərrüfat müqavilələrinə müvafiq texnika və materiallara görə mal göndərənllərin ödəmə tələblərinin vaxtında təmin edilməsində, kreditlərin qaytarılmasında, fəhlə və qulluqçulara əmək haqqının ödənilməsində, büdcəyə ödəmələrin vaxtında köçürülməsi qabiliyyətində öz əksini tapır. Ödəmələrin vaxtında və tam aparılması təsərrüfat subyektinin ödəmə qabiliyyətinin xarici görünüş formasidir.Maliyyə sabitliyi isə həmin halın daxili tərəfini əks etdirir.
Bazar iqtisadiyyatı şəraitində təhlil zamani konkret müddətə və perspektive ödəmə qabiliyyətinin hesablanmasına xüsusi diqqət verilməlidir.
Əgər ödəmə üçün vəsait öhdəlikləindən çox olarsa, onda müəssisə ödəmə qabiliyyıtinə malikdir.Belə hesablamaları aparmaq üçün analitik malgöndərənlərlə hesablaşmalar üzrə hesablaşma hesabında vəsait çatışmazlığı, ssuda üzrə banka, maliyyə orqanlarına borcun gecikdirilməsi haqqında informasiyadan istifadə edir.
Yuxarıda qeyd olunduğu kimi, balansın likvidliyi səhmdarlar, banklar, malgöndərənlər tərəfindən müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsində mühüm meyar hesab olunur.Balansın likvidliyinin təhlili və ona nəzarət yalnız hesablaşmaların cari vəziyyəti ilə deyil, eləcə də onun gələcək perspektivi ilə xarakterizə olunur.Ona görə də müəssisənin ödəmə qabiliyyətinin təhlili qarşısında aşağıdakı əsas vəzifələr qoyulur:
1)müəssisədə maliyyə resurslarından istifadənin obtektiv qiymətləndirilməsi və təhlili;
2)müəssisənin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün daxili ehtiyatların müəyyən edilməsi;
3)müəssisə ilə xarici maliyyə, kredit orqanları arasında münasibətlərin yaxşılaşdırılması;
Mühasibat balansı (1 saylı illik və rüblük hesabat forması) müəssisənin ödəmə qabiliyyətinin təhlili üçün əsas informasiya mənbəyi hesab edilir.Bu istiqamətdə dərin təhlil aparmaq üçün balansa əlavənin (5 saylı illik hesabat forması) məlumatlarından da istifadə edilir.
2.MÜƏSSİSƏNİN ÖDƏMƏ QABİLİYYƏTİNİN GÖSTƏRİCİLƏR
SİSTEMİ VƏ ONLARIN HESABLANMASI METODİKASI
Məlim olduğu kimi, ödəmə qabiliyyəti müəssisənin maliyyə vəziyyətini xarakterizə edən mühüm göstəricidir.Ödəmə qabiliyyətinin qiymətləndirilməsi balans məlumatlarına əsasən aparılır.
Müəssisənin ödəmə qabiliyyətinin (likvidliyinin) əmsalları müəssisənin özünün asan realizə edilən vəsaitləri hesabına qısa müddətli öhdəlikləri ödəmək qabiliyyətini əks etdirir.Həmin göstəriciləri hesablayarkən qısa müddətli öhdəliklər əsas götürülür.
Müəssisənin ödəmə qabiliyyətini əks etdirən əsas göstəricilər
1.Mütləq likvidlik əmsalı (Əm.l.):
Əml = Pul vəsaiti + Qısamüddətli maliyyə qoyuluşu (1)
Qısamüddətli öhdəliklər
Bu göstəricinin minimum həddi 0.2-0.25 hesab edilir.Bu əmsal material resursları ilə təmin edən mal göndərənlər və müəssisəni kreditləşdirən banklar üçün mühüm əhəmiyyət kəsb edir.Əgər Əml>0.5 olarsa, müəssisənin ödəmə qabiliyyəti yüksək hesab edilir.
2.Aralıq (“kritik”) likvidlik əmsalı (Əa.l.)
Əal = Pul vəsaiti + Qısamüddətli maliyyə qoyuluşu +Debitor borcları (2)
Bu əmsalın minimum həddi 0.7-0.8 hesab edilir.Bu göstərici səhm sahiblərini daha çox maraqlandırır.
3.Cari likvidlik əmsalı (Əc.l.)
Əül = Pul vəsaiti + Qısamüddətli maliyyə qoyuluşu +Debitor borcları Ehtiyatlar və xərclər (3)
Cari ödəmə qabiliyyətini hesablayarkən gələcək dözrün xərcləri ehtiyat və xərclərin məbləğinə daxil edilmir.Bu əmsal vahiddən aşağı olmamalıdır.İnkişaf etmiş ölkələrdə bu göstəricinin “təhlükəsizlik həddi” 2-2.5 hesab edilir.
Ödəmə əmsallarının mahiyyətində olan fərqlər sahənin xüsusiyyətləri, mal və xidmətlərə gorə hesablaşma formaları, istehsal tsiklinin müddəti, əmtəə-material dəyərləri ehtiyatının strukturu ilə bağlıdır.Ödəmə əmsalı yüksək olduqca kreditorların müəssisəyə inamı artır.
4.Əmtəə-material dəyərləri ehtiyatının likvidlik əmsalı (Əə.m.l.)
Əəml = Ehtiyat və xərclər (4)
Bu əmsal onu göstərir ki, əgər müsəssisə əmtəə-material dəyərlərini satarsa qısa müddətli öhdəliklərin hansı hissəsini ödəyə bilər.
5.İnkişaf etmiş bir sıra ölkələrdə likvidliyin daha bir göstəricisi hesablanır:
Əi.t.h = Pul vəsaiti + debitor borcları (5)
Gözlənilən gündəlik pul gəliri
Bu əmsal mövcud likvid aktivlər hesabına kömoaniyanın hansı müddətə öz fəaliyyətini davam etdirə biləcəyini xarakterizə edir.
Pul vəsaiti və qısamüddətli maliyyə qoyuluşları (qiymətli kagızlar) dövriyyə vəsaitinin daha mobil hissəsi hesab olunur.Dövriyyə vəsaitləri pula çevrilmə müddətinə görə fərqlənirlər.Belə ki, debitor borclarının və material dovriyyə vəsaitlərinin likvidlik səviyyəsi aşağıdır.Material dövriyyə vəsaitlərinin tərkibində hazır məhsul, əmtəə və material ehtiyatları, bitməmiş istehsalat və yarımfabrikatlar likvidlik səviyyəsinə görə fərqlənirlər.Debitor borcların likvidliyini banka ödəmə sənədlərinin hərəkəti surətindən, bank sənədlərinin vaxtında tərtibindən, ayrı-ayrı alıcılara verilən kommersiya kreditinin müddətindən, onların ödəmə qabiliyyətindən və s. aslılıdır.
Müəsisənin ödəmə qabiliyyətinin perspektiv vəziyyətini nəzərdən kecirərkən gələcəkdə daxil olacaq xalis pul dəlirini nəzərdən qacırmaq olmaz. Bura amortizasiya ayırmaları və satışdan daxil olan ümumi pul gəlirinin tərkibində xalis mənfəət də daxildir.Gəlirin qalan hissəsi istehsal amillərinin təkrar istehsalına, büdcəyə ödəmələrə və digər məqsədlərə yönəldilir.
Səhmdar və korporotiv müəssisələr, məhdud məsuliyyətli cəmiyyətlər üçün nizamnamə, səhm və ya pay fondlarında toplanmış xüsusi maliyyə resurslarının saxlanılmasının qiymətləndirilməsi çox aktualdır.Bu müəssisələrin xüsusi maliyyə resursları səhmdarların, iştirakçıların nizamnamə və ya digər fondlara yönəltdiyi üzvlük haqqı hesabına yaradılıq.Qanuna müvafiq olaraq belə müəssisənin nizamnamə kapitalı nizamnamələrində göstərilən həddən aşağı olmamalıdır.
İqtisadi təhlil prosesində yuxarıda nəzərdən keçirilən əmsallarla yanaşı aşağıdakı göstəricilər də müəyyən edilir.
a)Xüsusi dövriyyə vəsaitinin həcmi.Bu göstəricini hesablamaq üçün xüsusi kapital və uzunmüddətli öhdəliklərin cəmindən əsas vəsiat və qoyuluşları və cari öhdəlikləri çıxmaq lazımdır.
Xüsusi dövriyyə vəsaitinin həcmi müəssisənin xüsusi kapitalının cari aktivlərinin (bir ildən az müddətə dövrana malik olan aktivlər) ödənmə mənbəyi olan hissəsini xarakterizə edir.
Xüsusi dövriyyə vəsaitləri aktivləri, eləcə də vəsait mənbələrinin strukturundan çox asılıdır.Bu göstərici kommersiya fəaliyyəti və digər vasitəçilik əməliyyatları ilə məşğul olan müəssisələr üçün əhəmiyyətə malikdir.Başqa şərtlər dəyışməz qaldığı halda bu göstəricinin yüksəlməsi müsbət meyl kimi qiymətləndirilir.
b)Xüsusi dövriyyə vəsaitinin manevrlik əmsalı.Bu əmsal ehtiyat və xərclərin xüsusi dövriyyə vəsaitlərinin məbləğinə nisbəti kimi hesablanır. Xüsusi dövriyyə vəsaitinin manevrlik əmsalı xüsusi dövriyyə vəsaitinin pul formasında olan hissəsinin əks etdirir.Normal fəaliyyət göstərən müəssisələr üçün bu əmsal 0 və 1 həddində dəyişilir.
v)Aktivlərdə dövriyyə vəsaitinin payı.
Bu göstərici cari xərclərin müəssisənin sərəncamında qalan bütün vəsaitinə nisbətən xarakterizə edir.Qeyd etmək lazimdır ki, o ehtiyatların dəyərlərinin xüsusi dövriyyə vəsaiti hesabına ötürülən hissəsini xarakterizə etməklə əsasən ticarət müəssisələrinin maliyyə vəziyyətinin təhlilində mühüm əhəmiyyət kəsb edir.Bu göstəricinin aşağı həddi 50% səviyyəsində müəyyən edilmişdir.
q)Cari aktivlərdə istehsal ehtiyatlarının payı.Bu göstərici ehtiyat və xərclərin cari aktivlərə nisbəti kimi müəyyən edilir və vahiddən aşağı olduqda müəssisənin maliyyə vəziyyəti qeyri-sabit hesab olunur.Ona görə də müəssisələrdə müəyyən həcmdə istehsal cehtiyatlarının yaradılması onların maliyyə vəziyyətinin sabitliyinə şərait yaradır.
3.MÜƏSSİSƏNİN ÖDƏMƏ QABİLİYYƏTİNİN TƏHLİL METODİKASI
Bazar iqtisadiyyatı şəraitində balansın likvidliyinin təhlilinə tələbat maliyyə məhdudiyyəti və müəssisənin kredit qabiliyyətinin qiymətləndirilməsi zərurəti ilə bağlıdır.Balansın likvidliyi müəssisənin öhdəliklərini öz aktivləri ilə örtmə dərəcəsi ilə xarakterizə olunur.Bu zaman həmin aktivlərin pula cevrilmə müddəti ğhdəliklərin ödənmə müddətinə müvafiqdir.Aktivlərin likvidliyi – aktivlərin pul vəsaitinə çevrilmə müddəti üzrə balansın likvidliyinin tərsinə olan kəmiyyətidir.Aktivlərin pula cevrilməsinə nə qədər az müddət tələb olunarsa , onun likvidliyi bir o qədər yüksək olacaqdır.
Likvidlik dərəcəsindən asılı olaraq, daha doğrusu pul vəsaitinə çevrilmə sürətinə görə müəssisənin vəsaitləri aşağıdakı qruplara bölünür:
1)daha yüksək likvid aktivlər – müəssisənin pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşu (qiymətli kağızlar);
2)tez realizə olunan aktivlər – debitor borcları və digər dövriyyə aktivləri;
3)yavaş realizə olunan aktivlər – balansın aktivinin P, “Ehtiyatlar və xərclər” bölməsinin maddələri (“gələcək dövrün xərcləri” maddəsi istisna olmaqla), eləcə də aktivin I bölməsini “Uzunmüddətli maliyyə qoyuluşu (digər müssisələrin nizamnamə fonduna yönəldilmiş məbləğdə azaldılmış) və təsisçilərlə hesablaşmalar”.
4)çətin realizə olunan aktivlər –balansın aktivinin I bölməsinin maddələri (əvvəlki qripa daxil edilən maddələr çıxılmaqla).
Balansın passivi ödəmələrin müddətinə görə aşağıdakı qaydada qruplaşdırılır:
1)Daha təcili öhdəliklər – kreditor borcları (balansın passivinin II bölməsinin maddələri), dividentlər üzrə hesablaşmalar, eləcə də vaxtında ödənilməmiş ssuda;
2)qisamüddətli passivlər- qisamüddətli kredit və borc vəsaitləri;
3)uzunmüddətli passivlər- uzunmüddətli kredit və borc vəsaitləri;
4)daimi passivlər – balansın passivinin I “Xüsusi vəsaitlərin mənbələri” bölməsinin maddələri.
Balansın likvidliyinin müəyyən edilməsi üçün aparılan iqtisadi təhlil prosesində balansın aktivi və passivi üzrə yekunları müqayisə etmək lazımdır.Aşağıdakı nisbətlərdə balans mütləq likvidli hesab edilir:
1A≥1P;2A≥2P; 3A≥3P; 4A≥4P
Üç qeyri-bərabərliyin yerinə yetirliməsi dördüncü bərabərsizliyi də həll eməyi tələb edir.Buna görə də balansın aktiv və passivinin ilk üç qrupunun yekununu müqayisə etmək məqsədəuyğun hesab edilir.Dördüncü bərabərsizlik “balanslaşdırma” xarakterini daşıyır, eyni zamanda dərin iqtisadi məzmuna malikdir: Onun yerinə yetirilməsi maliyyə sabitliyinin minimum şərtinin gözlənilməsini (müəssisədə xüsusi vəsaitinin mövcudluğu) əks etdirir.
Əgər bir və ya bir neçə bərabərsizlik optimal varianta zidd olarsa balansın likvidliyi onun mütləq likvidliyindən az və ya çox fərqlənəcəkdir.Bu zaman bir qrup aktiv üzrə vəsait çatışmazlığı digər qrup aktivlərdə vəsait artıqlığı ilə kompensasiya olacaqdır.Balansın likvidliyinin təhlili aşağıdakı formada tərtib edilmiş cədvəl əsasında aparılır.
Balansın likvidliyinin təhlili (min.man.)
.Daha likvid aktivlər
2.Surətlə realizə edilən aktivlər
3.Zəif realizə edilən aktivlər
4.Çətin realizə edilən aktivlər
Daha likvid vəsaitlərin və sürətli realizə edilən aktivlərin təcili öhdəliklər və qısamüddətli öhdəliklərlə müqayisəsi cari ödəmə qabiliyyətini müəyyən etməyə imkan verir.Zəif realizə edilən aktivlərin uzunmüddətli və orta təcili passivlərlə müqayisəsi perspektiv ödəmə qabilyyətini xarakterizə edir.Cari likvidlik müəssisənin yaxın və ya nəzərdən keçirilən müddətdə ödəmə qabiliyyətinin olub-olmamasını sübut edir.Perspektiv likvidlik isə gələcək daxil olmalar və ödəmələrin müqayisəsi vasitəsi ilə müəssisənin ödəmə qabiliyyətinin proqnozumu əks etdirir.
Balansın likvidliyinin yuxarıda göstərilən sxem üzrə təhlili tam dəqiq deyildir.Bu. mühasibat hesabatı əsasında xarici təhlili aparan analitik üçün informasiyanın məhdudluğu ilə şərtlənir.Təhlilin nəticələrini dəqiqləşdirmək üçün şərh edilən metodikanın göstəricilərinə düzəliş edilməsinə imkan verən xüsusi metodlardan istifadə tələb olunur.
Müəssisənin ödəmə qabiliyyətinin iqtisadi təhlili prosesində balansın aktivinin və passivinin I bölməsinin yekunlarının müqayisəsi cari ödəmə və daxilolmaların nisbətini əks etdirir.Aktiv və passivin II bölməsinin yekununun müqayisəsi yaxın gələcəkdə cari ödəmə qabiliyyətinin artım və ya azalma meylini xarakterizə edir.
Balansın likvidliyinin yuxarıda əks etdirilən metodikası müəssisənin qısamüddətli öhdəliklərini ödəmək imkanı haqqında tam təsəvvür yaratmır.Ona görə də müəssisənin ödəmə qabiliyyəti qısamüddətli öhdəlikərin tamamlanması kimi likvid vəsaitlər dəsti ilə fərqlənən üç nisbi likvidlik göstəricisi vasitəsi ilə qiymətləmdirirlir.
2 saylı cədvəldə müəssisənin ödəmə qabiliyyəti göstəricilərinin hesablanması üçün məlumat verilmişdir.
2 saylı cədvəl
Müəssisənin ödəmə qabiliyyətinin hesablanmasında istifadə edilən məlumatlar (min.man.)
Cədvəlin məlumatlarına əsasən müəyyən etmək olar ki, mütləq ödəmə əmsalı dövrün əvvəlində 0.18(771:4350), dövrün sonunda 0.25 (8118:32522) təşkil etmişdir.Göründüyü kimi, hesabat dövründə qısamüddətli öhdəliklərin 25%-i dərhal ödənilə bilər.Əlbəttə, dövrün əvvəlində mütləq likvidlik əmsalı onun nəzəri həddindən aşağı olsa da (0.18) dövrün sonuna yüksəlmiş və qəbul həddi təmin edir.
Likvidlik əmsallarını hesablamaqla yanaşı likvidlik dərəcəsinə görə müəssisənin aktivlərinin strukturnu təhlil etmək məqsədəuyğundur.
3 saylı cədvəl
Likvidlik dərəcəsinə görə aktivlərin strukturu
q)Digər pul vəsaitləri
d)Qısamüddətli maliyyə qoyuluşu
II likvidlik dərəcəsinə malik aktivlər
-mala, iş və xidmətlərə görə
-alınmış veksellər üzrə
-digər əməliyyatlar üzrə heyətlə
b)mal göndərənlərə və podratçılara verilmiş avans
b)azqiymətli tezxarab olan əşyalar
q)gələcək dövrün xərcləri
z)digər dövriyyə aktivləri
v)qurulmaqda olan avadanlıqlar
q)bitməmiş kapital qoyuluşu
d)uzunmüddətli maliyyə qoyuluşu
z)digər qeyri-maddi aktivlər
Cədvəlin məlumatlarından göründüyü kimi, müəssisənin aktivlərinin yekununda IV likvidlik dərəcəsinə malik olan aktivlərin xüsusi cəkisi daha yüksək – 40.3% (39942 : 99089×100), III likvidlik dərəcəsinə malik olan aktivlər üzrə nisbətən az – 31% (30743:99089×100), II likvidlik dərəcəsinə malik olan aktivlər üzrə 20.5% (20286:99089×100) təşkil etmişdir.
4.MÜƏSSİSƏNİN MALİYYƏ VƏZİYYƏTİNİN KOMPLEKS TƏHLİLİ
VƏ REYTİNQİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Kompleks iqtisadi təhlil prosesində göstəricilər sistemi ilə xarakterizə olunan təsərrüfat proseslərinin keyfiyyət və kəmiyyətcə təhlili əsasında müəssisənin fəaliyyətinin nəticələrinin yekunlaşdırılması mühüm yer tutur.Obyektin fəaliyyətinin qiymətləndirilməsi kompleks təhlilin birinci mərhələsində aparılır.Bu zaman analitik işlərin əsas istiqamətləri müəyyən edilir.Son mərhələdə isə təhlilin nəticələri yekunlaşdırılır.Son qiymətləndirmə hər bir konkret situasiya üçün əsas informasiya mənbəyi hesab edilir.
Maliyyə vəziyyəti müəssisənin işgüzar fəaliyyətinin və etibarlılığının mühüm xarakteristikasıdır.O müəssisənin rəqabətə davamlılığını və işğüzar əməkdaşlıqda onun potensialini müəyyən edir, yalnız müəssisənin deyil, eləcə də onun portnyorlarının iqtisadi maraqlarının səmərəli təmin edilməsi üçün təminatdır.
Bazar iqtisadiyyatı şəraitində iqtisadi proseslərin iştirakçılarının müəssisənin maliyyə vəziyyəti və işgüzar aktivliyi haqqında obyektiv və düzgün informasiya əldə edilməsinə marağı daha da artmşdır.Bazar münasibətlərinin bütün subyekləri (mülkiyyətçilər, investorlar, banklar, mal göndərənlər, sifarışçilər və s.) öz portnyorlarının rəqabətə davamlılığı və etibarlılığının birmənalı qiymətləndirilməsində maraqlıdır.
4 saylı cədvəl
Nəşr olunan hesabat məlumatlarına əsasən
Təsərrüfat fəaliyyətinin gəlirliyinin qiymətləndirilməsi
İdarəetmənin səmərəliliyinin qiymətləndirilməsi göstəriciləri
İşgüzar aktivliyin qiymətləndirilməsi
Likvidliyin və bazar sabitliyinin qiymətləndirilməsi
Müəssisənin maliyyə vəziyyətinin və işgüzar aktivliyinin kompleks müqayisəli reytinq qiymətləndirilməsi metodikasının tərkib mərhələləri aşağıdakılardır:hesabat dövrü üçün ilkin informasiyanın toplanması və analitik işlənməsi; müəssisənin maliyyə vəziyyətinin reytinqinin qiymətləndirilməsi üçün göstəricilər sisteminin əsaslandırılması və onların təsnifləşdirilməsi; reytinq qiymətləndirmənin yekun göstəricisinin hesablanması; reytinqə görə müəssisələrin təsnifləşdirilməsi.Yekun reyqtinq qiymətləndirmədə müəssisənin istehsal və maliyyə fəaliyyətinin bütün vacib göstericiləri nəzərə alınır.Onun tərtibatı zamanı müəssisənin istehsal potensialı, onun məhsulunun rentabelliyi, istehsal və maliyyə resurslarından istifadənin səmərəliliyi, vəsaitlərin vəziyyətivə yerləşdirilməsi haqqında və digər göstəricilərdən istifadə olunur.
İqtisadi ədəbiyyatlarda müəssisənin reytinqinin qiymətləndirilməsi üçün ilkin göstəricilər dörd qrupda cəmləşdirilir (4 saylı cədvəl).Birinci qrupa müəssisənin təsərrüfat fəlaiyyətinin gəlirliyinin (rentabelliyinin) qiymətləndirilməsinin daha ümumi və zəruri göstəriciləri daxildir.Ona görə də müqayisəli qiymətləndirmədə rentabellik göstəricisindən (xalis mənfəətin bütün əmlakın dəyərinə və ya müəssisənin xüsusi vəsaitlərinin həcminə nisbəti) istifadə edilir.
İqtisadi təhlil prosesində xalis mənfəətin həcmi müəssisənin maliyyə nəticələri və onlardan istifadə haqqında hesabat (2 saylı forma) məlumatları əsasında aşağıdakı formulaya əsasən müəyyən edilir.
burada, Pr – müəssisənin xalis mənfəəti;
Po – müəssisənin ümumi balans mənfəəti;
Pn – mənfəətdən vergi
İkinci qrupda idarəetmənin səmərəliliyinin qiymətəndirilməsi göstəriciləri (mənfəətin müəssisəsinin dövriyyəsinin yekununa – məhsul, iş, xidmət satışından əldə edilən pul gəlitinə nisbəti) aiddir.
Üçüncü qrupa müəssisınin işgüzar aktivliyinin qiymətləndirilməsi göstıriciləri daxildir:bütün aktivlərin (bütün kapitalın) səmərəliliyi məhsul satışından pul gəlirinin balansın valyutasına nisbəti kimi müəyyən edilir.Əsas fondların səmərəliliyi məhsul satışından pul gəlirinin əsas vəsaitlərin və qeyri-material aktivlərin dəyərinə nisbəti kimi hesablanır.Dövriyyə fondlarının dövranını müəyyən etmək üçün məhsul satışından əldə edilən pul gəlirinin ehtiyat və xərclərin orta dəyərinə nisbəti kimi hesablanır.Debitor borclarının dövranı məhsul satışından əldə edilən pul gəlirinin debitor borclarının ümumi məbləğinə nisbəti kimi müəyyən edilir.Debitor borclarının müəyyən edilməsi üçün müəssisənin balansına əlavədə göstərilən məlumatlardan istifadə etmək mümkündür.
Dördüncü qrupa müəssisənin likvidliyinin və bazar sabitliyinin qiymətləndirilməsi göstəriciləri daxildir.Cari likvidlik (ödəmə) qabiliyyəti dövriyyə aktivlərinin təcili öhdəliklərinin məbləğinə nisbəti kimi hesablanır. Kriktik likvidlik əmsalı pul vəsaitləri və debitor borclarının təcili öhdəliklərə nisbəti kimi xarakterizə olunur.Daimi (sabit) aktivin indeksini hesablamaq üçün əsas vəsaitlərin və qeyri dövriyyə aktivlərini dəyərini xüsusi vəsait mənbələrinə bölmək lazımdır.
Müəssisənin maliyyə müstəqilliyi onun xüsusi vəsaitinin balansın valyutasına nisbətini xarakterizə edir.Ehtiyat və xərclərin xüsusi dövriyyə vəsaiti ilə təmin olunmasını müəyyən etmək üçün xüsusi dövriyyə vəsaiti məbləğini ehtiyat və xərclər məbləğinə bölmək lazımdır. Səhmdar kompaniyaların bazar sabitliyini xarakterizə etmək üçün nisbi göstəricilərdən -bir səhmə düşən mənfəətin həcmi, bir səhmə düşən divident və s. Göstəricilərdən istifadə olunması məqsədəuyğundur.
Beləliklə, yalnız müəssisənin cari maliyyə vəziyyətinin deyil, eləcə də həmin vəziyyətin dinamikada yaxşılaşdırılması üzrə onun səyinin qiymətləndirilməsini müəyyən etmək mümkündür.Həmin əmsal həmçinin müəssisənin istehsal və maliyyə resurslarından istifadəsinin səmərəlilik səviyyəsini müəyyən etməyə imkan verir.
5.MÜƏSSİSƏNİN MÜFLİSLƏŞMƏSİ EHTİMALININ ANALİTİK QİYMƏTLƏNDİRİLMƏSİ
Müəssisənin müflisləşməsi bazar iqtisadiiyyatının inkişaf yolu seçmiş respublikanın müasir iqtisadiyyatında yeni haldır.
Müəssisənin müflisləşməsi dedikdə borclunun öhdəliklərinin onun əmlakının dəyərindən çox olması və ya balansın quruluşunun qeyri-qənaətbəxş olması və səbəbindən büdcəyə və qeyri-büdcə fondlarına məcburi ödəmələri təmin etməməsi daxil olmaqla malların (iş, xidmətin) dəyərinin ödənilməsi üzrə kreditorların tələbini yerinə yetirə bilməməsi başa düşülür.Balansın strukturunun qeyri-qənaətbəxş olması borclunun əmlakının və öhdəliklərinin elə vəziyyəti ilə xarakterizə olunur ki, burada əmlakın likvidlik səviyyəsinin hədsiz aşağı olmasından kreditorların öhdəliklərinin vaxtında ödənillməsi təmin edilmir.Bu zaman əmlakın dəyəri borclunun borclarının ümumi məbləğinə bərabər ola bilər və ya ondan artıq ola bilər.
Müflisləşmə vəziyyətinin yaranmasının əsas səbəbləri aşağıdakılardır:
1.Təsərrüfatçılıq şəraitinin yaratdığı obyektiv səbəblər – maliyyə, pul, kredit, vergi sisteminin və iqtisadiyyatın yenidən qurulmasının qanuni bazasının təkmilləşdirilməsi;
2.Bilavasitə təsərrüfatçılığın özünə aid subyektiv səbələr- müflisləşməni qabaqcadan görmək və həmin təhlükəni vaxtında aradan qaldırmaq bacarığının olmaması;tələbin zəif öyrənilməsi və reklamın olmaması səbəbindən satışın həcminin azalması, məhsulun keyfiyyətinin və qiymətinin aşağı düşməsi, özünü döğrultmayan yüksək xərclər, məhsulun aşağı rentabelli olması, istehsal tsiklinin həddindən çox olması, böyük miqdarda borc və qarşılıqlı ödəmələrin mövcudluğu, rəhbərlərin bazarın formalaşmasının reallığına uyğunlaşması, yüksək tələbata malik məhsul buraxılışının tənzimlənməsində onların təşəbbüskarlığınını olmaması və s.
Müəssisənin müflisləşməsi ehtimalını maliyyə təhlili vasitəsi ilə qiymətləndirmək olar.Məhz onun vasitəsi ilə müəssisənin iqtisadiyyatında mövcud konkret “xəstəliyi” və onun aradan qaldırılması üçün əməli tədbirləri müəyyən etmək olar.Maliyyə təhlili müəssisənin müflisləşmə ehtimalını proqnozlaşdırmaq və onun krizis vəziyyətindən çıxması üçün qabaqcadan fikirləşmək və tədbirlər görməkdə geniş vasitələrə malikdir.
Hər hansı müflisləşmədən uzaq olmaq üçün universal yol müflisləşmə ehtimalının qiymətləndirilməsi üçün müəssisənin fəaliyyətinin vaxtaşırı maliyyə təhlililin aparılmasıdır.Maliyyə təhlili iqtisadi nəzəriyyə,hüquqi biliklərə,mühasibat uçotuna əsaslanır.
Müasir iqtisadi ədəbiyyatlarda maliyyə göstəricilərinin proqnozlaşdırılmasının çoxsaylı üsul və metodları verilmişdir.Lakin müəssisənin maliyyə vəziyyətinin ekspres təhlili üçün onların hamısından istifadəyə lüzum qalmır.Müəssisənin müfliləşməsi mümkünlüyü baxımından maliyyə vəziyyətinin proqnozlaşdırılmasına yanaşmanın üç əsas formasnı nəzərdən keçirək:
1)krediti ödəmə qabiliyyəti indeksinin hesablanması
2)göstəricilər sistemindən və qeyri formal meyarlardan (əlamətlər) istifadə
3)ödəmə qabiliyyəti göstəricilərinin proqnozlaşdırılması
Müəssisənin müflisləşmə ehtimalının qiymətləndirilməsi zamanı məşhur qərb iqtisadçısı E.Altman tərəfindən hazırlanmış metoddan geniş istifadə olunur.
Həmin modulun ən sadəsi ikiamilli modul hesab olunur.Bu zaman iki əsas göstərici götürülür ki,E.Altmana görə müflisləşmə ehtimalı onlardan asılıdır.Həmin göstəricilər ödəmə əmsalı və maliyyə asılılığı göstəriciləri aid edilir.Təhlil nəticəsində qərb təcrübəsində həmin amillərin hər birinin kəmiyyət əmsalı müəyyən edilmişdir.
Z= -0,3877-1,0736Əö+0,0579Əma (9)
Burada Əö – ödəmə əmsalı (cari aktivlərin cari öhdəliklərə nisbəti)
Əma-maliyyə asılılığı əmsalı (borc vəsaitlərin passivin yekununa nisbəti)
Əgər Z=0 olarsa həmin müəssisə üçün müflisləşmə ehtimalı 50%, Z 0 olarsa müflisləşmə ehtimalı 50% yuxarıdır və Z-in artması ilə həmin ehtimal daha da artır.Bu modulun üstünlüyü onun sadəliyi, müəssisə haqqında məhdud informasiya şəraitində belə onun tətbiqinin mümkünlüyü ilə xarakterizə olunur.Lakin müflisləşmə ehtimalının yüksək dəqiqliklə proqnozlaşdırılmasında bu moduldan istifadə olunur.Çünki müəssisənin maliyyə vəziyyətinə təsir edən digər vacib göstəricilər (müəssisənin rentabelliyi,aktivlərin səmərəliliyi,işguzar aktivliyi) bu modulda öz əksini tapmamışdır.İki amilli modulun köməkliyi ilə proqnozda səhv ∆Z=±0,65 intervalında qiymətləndirilir.
Qərb təcrübəsində E.Altmanın 1968-ci ildə hazırladığı beşamilli modulundan geniş istifadə olunur.İndeksi tərtib edərkən müəllif 66 müəssisəni tədqiq etmiş,onların yarısı 1946 ve 1965-ci illərdə müflisləşmiş,qalanları öz fəaliyyətini uğula davam etdirmişlər.Bu zaman müflisləşmə ehtimalının proqnozlaşdırılması üzrə 22 analitik əmsal öyrənilmişdir.
Bəzi ədəbiyyatlarda xüsusi kapitalın bazar qiyməti ilə örtülməsi əmsalının səhm kapitalının bazar dəyərinin qısamüddətli öhdəlikləri kimi hesablanması tövsiyyə edilir.
Lakin hal-hazırda respublikada səhmlərin bazar dəyəri haqqında məlumatın olmaması səbəbindən və həmin göstəricinin əksər müəssisələr üçün özünün həqiqi variantında hesablanmasının mümkün olmadığından bəzi iqtisadçılar bütün aktivlərin dəyərinin borc vəsaitlərinin cəminə bölünməsini təklif edirlər.
Əlbəttə,həmin göstəricinin bu qaydada hesablanması real deyildir.Ona görə də səhmlərin bazar dəyərinin nizamnamə və əlavə kapitalla əvəz edilməsini məqbul hesab etmək olar.Çünki bu zaman müəssisənin aktivlərinin dəyərinin artması və ya nizamnamə kapitalının artmasına (səhmin nominal dəyərinin artması və ya əlavə səhm buraxılması) ve yaxud da əlavə kapitalın artmasına (səhmlərin kursunun artması) səbəb olur.Lakin bu halda xarici amillərin və investorların davranışından (əlavə səhm buraxılışınn onların emitentinin müflisləşməsinə səbəb olacağını güman edir və onları almaqdan imtina etməklə səhmlərin bazar dəyərini aşağı salır) asılı olaraq səhmlərin kursunun mümkün dəyişilməsi nəzərə alınmır.
Altmana görə Z indeksinin kritik kəmiyyəti 2,675 hesab edilir.Konkret hər hansı bir müəssisə üçün onun kredit ödəmək qabiliyyəti bu kəmiyyətlə müqayisədə müəyyən edilir.Belə ki,müflisləşmə ehtimalı Z 2,675 olduqda müəssisənin normal maliyyə sabitliyinə malik olduğundan həmin ehtimalın olmaması kimi qiymətləndirilir.
Bəzi iqtisadçılara (Artmenko V.Q, Bellendir M V) görə müflisləşmə ehtimalı həmin əmsalın (Z) kəmiyyətinin 1,8-ə qədər olması şəraitində ən yüksək 1,81-2,7 həddində yüksək, 2,8-2,9 həddində mümkün, 3,0-dan yuxarı olduqda isə aşağıdır.
Beşamilli modulun proqnoz dəqiqliyi bir il üçün 95%, 2 il üçün isə 83%-ə qədərini təşkil edir ki,bu da həmin modulun üstünlüyünü əks etdirir.Müəssisənin müflisləşməsi ehtimalı ilin əvvəli ilə müqayisədə sonrakı dövrlərdə artır.Bu müəssisənin rentabelliyinin aşağı düşməsi onun qısamüddətli öhdəliklərinin və aktivlərinin artmas səbəbilə izah edilir.E.Altman tərəfindən 1977-ci ildə hazırlanmış beşamilli modul 5 il müddətindı müəssisənin müflisləşməsi ehtimalını 70%-ə qədər dəqiqliklə proqnozlaşdırmağa imkan verir.Həmin modula aktivlərin rentabelliyi, mənfəətin dəyişkənliyi, kreditlər üzrə faizlərin örtülməsi əmsalı, toplanmış mənfəət, örtülmə amsalı, müstəqillik amsalı və aktivlərin məcmuu göstəriciləri daxil edilmişdir.
Digər qərb ölkələrində də müəssisələrin müflisləşməsi ehtimalının proqnozlaşdırılması üçün müxtəlif modullar hazırlanmışdır.Məsələn,Böyük Britaniyadakı audit yoxlaması təcrübəsinin ümumiləşdirilməsi üzrə komitənin tövsiyyələri işlənib hazırlanmışdır ki burada müəssisənin müflisləşməsi ehtimalının qiymətləndirilməsi üçün kritik göstəricilər verilmişdir.Həmin göstəriciləri iki qrupa bölmək olar.
- əsas istehsal fəaliyyətində təkrar olunan əhəmiyyətli itkilər
- vaxtı keçmiş kreditor borclarının kritik səviyyəni ötməsi
- uzunmüddətli maliyyə qoyuluşu mənbəyi kimi qısamüddətli borc vəsaitindən həddən çox istifadə edilməsi
- likvidlik əmsalının çox aşağı olmas
- dövriyyə vəsaitlərinin daima çatışmaması
- vəsait mənbələrinin tərkibində borc vəsaitlərinin xüsusi çəkisinin təhlükəli həddə qədər çatması
- qeyri düzgün maliyyələşdirmə siyasətinin aparılması
- investorlar,kreditorlar və səhmdarlar qarşısında öhdəliklərin daima yerinə yetirilməməsi
- debitor borclarının böyük xüsusi çəkiyə malik olması
- normadan artiq və satılmayan malların və istehsal ehtiyatlarının movcudluğu
- bank sistemi idarələri ilə münasibətlərin pisləşməsi
- qeyri səmərəli şərtlərlə maliyyə mənbələrindən istifadə olunması
- uzunmüddətli potensial kontraktların itirilməsi
- sifarişlər portfelində qeyri qənaətbəxş dəyşikliklər
- Idarəetmə aparatının aparıcı əməkdaşlarının itirilməsi
- İstehsal texnoloji proseslərdə məcburi dayanmalar
- Müəssisənin naməlum nəticəli məhkəmə araşdırmasında iştirakı
- Aparıcı kontragentlərin itirilməsi
- Qeyri səmərəli uzunmüddətli müqavilələr.
- Namazəliyev H. İ. Sənaye müəssisələrinin təsərrüfat fəaliyyətinin iqtisadi təhlili
- Анализ хозяйственност деятельности впромышленности Минск., выш. Шк 1997
- Ковалев B.B. Финансовый анализ. М. Финанcы и статистика, 1998
- Pycak H.A. Pycak B.A. Финансовый анализ cyбъекта xoзяствoвания. Минск., выш. Шк 1998
- Шepeмeт A.Д.,Баkaнoв M.И. Tеopия экoномического aнaлиза.
Fənn: Maliyyə, pul tədavülü və kredit Mövzu Maliyyənin mahiyyəti. P L a n
2.Dövlətin maliyyə siyasəti
1990-cı ilədək Sovet İttifaqının maliyyə siyasəti K.Marksın və V.İ.Leninin nəzəri müddəalarının təsiri altında formalaşmışdı. Sosialist dövlətinin mahiyyəti haqqında marksist-leninçi nəzəriyyədə dövlətin maliyyə siyasətinin başlıca prinsipi – maliyyə resurslarının dövlətin əlində mərkəzləşdirilməsindən ibarət idi.
Maliyyə siyasətində 1995-ci ildən başlayaraq perspektiv istiqamətlər müəyyən edildi ki, burada da aşağıdakılar nəzərdə tutulmuşdur.
1.Müəssisələrin və vətəndaşların vergiyə cəlb edilməsini, gömrük tariflərini tənzimləmək, idarəetmə aparatının saxlanmasına dövlət xərclərini ixtisar etmək yolu ilə büdcə kəsirinin azaldılmasına nail olmaq.
2. Müəssisə və fiziki şəxslərə vergiqoyma sistemini təkmilləşdirmək və sadələşdirmək, vergilərin sayını xeyli azaltmaq.
3. İnflyasiyanın səviyyəsini azaltmaq, müəssisələrə sahibkarlıq fəaliyyəti seçməkdə sərbəstlik vermək.
4. Ölkədə sənaye və kənd təsərrüfatı istehsalını canlandırmaq, istehsal və maliyyə münasibətlərini sağlamlaşdırmaq qabiliyyətində olan mütəxəssislərin hazırlanmasının genişləndirilməsi.
5. İqtisadiyyatın sabitləşdirilməsi üzrə tədbirlərdə bankların və digər kredit idarələrinin rolunu artırmaq. Bu məqsədlə bank sistemində islahatları elə keçirmək lazımdır ki, bankların əsas məqsədi maksimum mənfəət götürmək deyil, minimum haqla müəssisə və əhaliyə xidmət etmək olsun.
6. Kredit münasibətləri sistemini təkmilləşdirmək, kredit münasibətlərinin inkişafı istehsalın və xidmət sahəsinin inkişafına yardım etməlidir.
7. İstehsal və qeyri – istehsal sferalarında dövlət tədbirlərini maliyyələşdirmək üçün ölkənin maliyyə resurslarının xeyli hissəsini dövlətin əlində (dövlət büdcəsində) təmərküzləşdirmək lazımdır.
8. Perspektivdə dövlət büdcəsinin sosial yönümlüyünü, sosial tələbatlara maliyyə resurslarının ayrılmasını təmin etmək.
Dövlətin maliyyə siyasəti investisiya siyasəti ilə qırılmaz surətdə əlaqədardır.
Dövlətin investisiya siyasəti – maliyyə siyasətinin tərkib hissəsi olub, dövlətin investisiya fəaliyyətini maliyyələşdirməyə münasibətini ifadə edir. O, birincisi, investisiyanın məqsəd və istiqamətini; ikincisi investisiya fəaliyyətinin dövlət tənzimlənməsinin formasını müəyyən edir.
Dövlətin investisiya siyasətinin əsas məqsədi investisiya fəaliyyəti üçün zəruri olan maliyyə resurslarının səfərbər edilməsi, investisiya fəallığının aşağı düşməsinin qarşısının alınması, əsaslı vəsait qoyuluşunun səmərəliliyinin yüksəldilməsindən ibarətdir.
İnvestisiya siyasəti həm dövlət investisiyasının maliyyələşdirilməsini və həm də öz vəsaiti hesabına əsaslı tikintini həyata keçirən xüsusi investisiyalara və müəssisələrə münbit investisiya şəraiti yaratmaqdan ibarətdir.
3. Müəssisənin (Təşkilatın) maliyyə siyasəti və onun hazırlanması
Müəssisənin maliyyə siyasəti – müəssisənin maliyyə resurslarının formalaşması və səmərəli istifadə edilməsinə yönəldilmiş maliyyə resurslarının idarə edilməsi metodlarının məcmusudur.
Müəssisənin maliyyə siyasətinin hazırlanmasının məqsədi müəssisənin strateji və taktiki məqsədlərinə nail olmasına yönəldilən maliyyənin idarə edilməsinin səmərəli sistemini təşkil etməkdən ibarətdir.
Müəssisədə maliyyə siyasətinin işlənib – hazırlanmasının strateji vəzifələri aşağıdakılardan ibarətdir:
kapitalın strukturunun optimallaşdırılması və müəssisənin maliyyə sabitliyinin təmin edilməsi;
maksimum mənfəətin əldə olunması;
müəssisənin maliyyə – iqtisadi fəaliyyətinin şəffaflığına nail olunması;
müəssisənin investisiya cəlbediciliyinin təmin edilməsi;
müəssisə tərəfindən maliyyə resurslarının cəlb edilməsinin bazar mexanizmlərindən (kommersiya krediti, büdcə krediti, qiymətli kağızlar buraxılması və s.) istifadə edilməsi.
Taktiki maliyyə vəzifələri hər bir müəssisə üçün fərdi olur. Onlar strateji vəzifələrdən, vergi siyasətindən, müəssisənin mənfəətindən istehsalın inkişafına istifadə edilməsi imkanlarından irəli gəlir.
Əsasən müəssisənin maliyyə siyasətinin hazırlanmasının əsas istiqamətlərinə aiddir:
1)maliyyə – iqtisadi vəziyyətin təhlili;
2)uçot siyasətinin hazırlanması;
3) kredit siyasətinin hazırlanması;
4) dövriyyə vəsaitinin, kreditor və debitor borclarının idarə edilməsi;
5) xərclərin (məsrəflərin) idarə edilməsi və amortizasiya siyasətinin seçilməsi;
6) divident siyasəti;
7) maliyyənin idarə edilməsi.
Maliyyə – iqtisadi vəziyyətin təhlili maliyyə siyasətinin işlənib – hazırlanmasının əsasını təşkil edir. Burada nəinki maliyyə təhlilinin metoduna, habelə əldə edilmiş nəticənin təhlilinə və idarəetmə qərarlarının işlənib hazırlanmasına diqqət yetirilir.
Müəssisənin fəaliyyətinin maliyyə – iqtisadi təhlilinin əsas komponentləri mühasibat balansının üfüqi, şaquli və trend təhlilidir.
Mühasibat hesablarının təhlili müəssisənin əmlakının tərkibini, maliyyə vəziyyətini, xüsusi vəsaitlərin formalaşması mənbələrini, borc vəsaitinin miqdarını, məhsul (əmtəə, iş və xidmət) satışından əldə edilən satış pulunun həcminin qiymətləndirilməsini müəyyən etmək məqsədilə onda göstərilən mütləq göstəricilərin öyrənilməsi deməkdir. Hesabatların faktiki göstəriciləri müəssisələrin planlaşdırdığı göstəricilərlə müqayisə edilir.
Üfüqi təhlil ilin axırına mühasibat hesabının göstəricilərini ilin əvvəlinə və keçmiş dövrə olan göstəricilərlə müqayisəsindən ibarətdir. Şaquli təhlil balansın ayrı – ayrı ümumi yekun göstəricilərində xüsusi çəkisini müəyyən etmək və nəticəni keçmiş dövrün göstəriciləri ilə müqayisə etmək məqsədi ilə aparılır. Trend təhlili bir neçə il üzrə hesabat göstəricilərinin bazis ilindən nisbi kənarlaşmasının hesablanmasına əsaslanır.
Müəssisənin maliyyə – iqtisadi vəziyyətinin təhlilinin nəticələrinə söykənərək uçot siyasətinin bu və ya digər vəziyyətinin variantı hesablanır. Çünki bu sahədə qəbul edilmiş qərardan birbaşa büdcəyə və büdcədənkənar fondlara keçirilən vergilərin məbləği, balansın strukturu, bir sıra başlıca maliyyə – iqtisadi göstəricilərin əhəmiyyəti asılı olur. Müəssisədə uçot siyasəti müəyyən edilərkən istehsalda xammalın və materialların, azqiymətli və tez xarab olan əşyaların silinməsi qaydaları, bitməmiş istehsalın qiymətləndirlməsi metodları, sürətləndirilmiş amortizasiya tətbiq etmək imkanları mövcud olur.
Müəssisənin kredit siyasətinin hazırlanması. Bu məqsəd üçün balansın passivinin strukturu təhlil edilir, xüsusi və dövriyyə vəsaitlərinin payı, onların nisbəti təhlil edilir, xüsusi dövriyyə vəsaitinin çatışmamazlığı müəyyən olunur. Hesablama əsasında borc alınmış vəsaitə tələbat müəyyən edilir. Bəzi hallarda xüsusi dövriyyə vəsaiti kifayət etdikdə belə, müəssisələrə kredit almaq məqsədəuyğun hesab edilir. Bu o vaxt mümkündür ki, kredit vəsaitinin cəlb edilməsi və istifadəsindən əldə edilmiş səmərə faiz dərəcəsindən yüksək olsun. Müəssisənin kredit siyasəti kredit təşkilatını, faiz dərəcəsinin miqdarını, kreditin ödənilməsi müddətini seçməyi nəzərdə tutur.
Dövriyyə vəsaitinin, debitor və kreditor borclarının idarə edilməsi . Maliyyə siyasəti hazırlanarkən, belə hesab edirlər ki, bu maliyyyənin idarə edilməsinin əsas problemidir. Bu problemin düzgün həll edilməsindən istər xüsusi vəsaitlərin və istərsə də borc alınmış vəsaitlərin istifadəsinin səmərəliliyi çox asılıdır. Müəssisənin maliyyə siyasəti hazırlanarkən nəzərdə tutulmuş dövriyyə vəsaitindən səmərəli istifadə edilməsinin yüksəldilməsinin mühüm amili dövriyyə vəsaitinin dövriyyəsidir.
Xərclərin (məsrəflərin) idarə edilməsi və amortizasiya siyasətinin seçilməsi. İstehsal xərclərinin (məsrəflərinin) və tədavül xərclərinin idarə edilməsinə həsr edilmiş maliyyə siyasəti bölməsinin hazırlanması üçün maliyyə təhlilinin xərc və rentabellik səviyyəsi haqqında məlumatlarından istifadə edilir. Təhlil əsasında xərclərin (dəyişən, sabit və qarışıq) optimallaşdırılması və müəssisənin zərərsiz işləməsinə nail olunması üzrə tədbirlər hazırlanır.
Amortizasiya siyasətinin seçilməsi müəssisənin maliyyə siyasətində böyük əhəmiyyət kəsb edir. Qüvvədə olan qanunvericiliyə əsasən müəssisə tezləşdirilmiş, yəni avadanlıqları dəyişdirmək üçün xərcləri artırmaqla sürətli vəsait yığmaq hüququna malikdir. Müəssisə həmçinin əsas fondların yenidən qiymətləndirilməsini keçirmək, amortizasiya ayırmalarının hesablanması üsulunu müəyyən etmək hüququna malikdir.
Müəssisənin divident siyasəti səhimdar cəmiyyətlərində, istehsal kooperativlərində və istehlak cəmiyyətlərində hazırlanır. Onun seçilməsində aşağıdakıları nəzərə almaq lazımdır:
dividentin ödənilməsi səhmdar cəmiyyəti üzvlərinin və kooperativlərinin marağını təmin edir;
yüksək məbləğdə divident ödənilməsi təşkilatın inkişafına yönəldilən mənfəətin payını azaldır.
Maliyyə siyasəti hazırlanarkən dividentlərin üstünlüklərini və çatışmamazlıqlarını qiymətləndirmək, dividentin ödənilməsinin optimal variantını tapmaq, müəssisənin perspektiv inkişafına məsrəfləri nəzərə almaq lazımdır.
Müəssisənin maliyyəsinin idarə edilməsi . Müəssisənin idarə edilməsinin müasir sistemi planlaşdırılma, normalaşdırma və nizamlaşdırma nəzəriyyələrinə əsaslanır.
4. Azərbaycan Respublikasının maliyyə sistemi
Maliyyə sistemi – qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət göstərən maliyyə münasibətlərinin ayrı – ayrı həlqələrinin məcmusudur. Maliyyə sistemi vasitəsilə pul vəsaitlərinin fondlarının bölgüsü, formalaşması və istifadəsi həyata keçirilir. Maliyyə sisteminə ölkənin maliyyə fəaliyyətinin və pul tədavülünün tənzimlənməsinə xidmət edən maliyyə idarələri daxil edilir.
Maliyyə bölgü münasibətlərinin daşıyıcısı olduğuna görə, məhz bu bölgü müxtəlif təsərrüfat subyektləri arasında baş verir. Pul vəsaiti fondlarının yaradılması və istifadəsi qaydasından asılı olaraq maliyyə sistemi iki yerə ayrılır:
1) Ümumdövlət maliyyəsi (mərkəzləşdirilmiş maliyyə);
2) Müəssisə və təşkilatların (təsərrüfat subyektlərinin)
maliyyəsi (qeyri – mərkəzləşdirilmiş maliyyə).
Maliyyə sistemi geniş mənada özünə habelə 3) kredit bank sistemini də (ölkənin banklarını və digər kredit idarələrinin məcmunu) daxil edir. Bu bölmənin hər biri təşkilati struktura malik olmaqla bir neçə həlqədən ibarətdir.
Birinci bölmənin – dövlət maliyyəsinin həlqələri mərkəzləşdirilmiş maliyyəyə aiddir və makro səviyyədə iqtisadiyyatı və maliyyə – bölgü münasibətlərini tənzimləmək üçün istifadə edilir.
İkinci bölmə müəssisə və təşkilatların maliyyəsini qeyri – mərkəzləşdirilmiş maliyyəni əhatə edir və mikro səviyyədə iqtisadiyyatı və sosial münasibətləri tənzimləmək və stimullaşdırmaq üçün istifadə edilir.
Kredit – bank sferası ölkənin banklarından və digər kredit idarələrindən ibarətdir. Ölkənin maliyyə sisteminə maliyyə fəaliyyətini həyata keçirən və tənzimləyən dövlət maliyyə istitutları da (təşkilatlar və idarələr) aiddir.
Azərbaycan Respublikasının maliyyə sistemi
Müəssisə və təşkilatların maliyyəsi
Dövlət maliyyə orqanları sistemi
›Dövlət sığorta fondları
›Kommersiya müəssisələrinin (təşkilatlarının) maliyyəsi
›Dövlət və bələdiyyə müəssisələrinin maliyyəsi
›Qeyri kommersiya müəssisə və təşkilatlarının maliyyəsi
›İctimai təşkilatların və birliklərin maliyyəsi
›AR-nın Milli Bankı
›Bank olmayan kredit təşkilatları
›AR-nın Maliyyə Nazirliyi
›AR-nın subyektlərinin maliyyə orqanları
›AR-nın Vergilər Nazirliyi
Maliyyə sisteminin ayrı-ayrı sferaları (bölmələrə) və həlqələri bir-birindən hər bir həlqənin fəaliyyət xüsusiyyətləri, pul vəsaitləri fondlarının bölüşdürülməsi və istifadəsi metodları ilə və deməli, onların maliyyə sistemindəki rolu ilə fərqlənir.
5. Azərbaycan Respublikasının maliyyə siteminin
ayrı – ayrı əlaqələrinin xarakteristikası
Azərbaycan Respublikasının dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsinin əsas maliyyə planıdır. Dövlət büdcəsi dövlətin funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin maliyyələşdirilməsini təmin edir.
Hazırda Azərbaycan Respublikasının büdcə sistemi iki səviyyədən ibarətdir:
Azərbaycan Respublikasının dövlət büdcəsi;
Dövlət maliyyəsinin növbəti həlqəsi büdcədənkənar məqsədli dövlət fondlarıdır. Büdcədənkənar dövlət fondları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına əsasən dövlətə məxsus olan, lakin büdcə sisteminə daxil olmayan maliyyə fondlarıdır.
Büdcədənkənar fondlar həm sosial və həm də iqtisadi xarakterli olurlar.
Büdcədənkənar fondlar ciddi təyinata malikdir. Onların yaradılmasında başlıca məqsəd əhaliyə sosial xidmətin genişləndirilməsi, geridə qalmış infrastruktur sahələrin inkişafının stimullaşdırılması, iqtisadiyyatın aparıcı sahələrinin əlavə vəsaitlə təmin edilməsi və s. ibarətdir. Təsərrüfatçılığın bazar şəraitinə keçildiyi dövrdə aşağıdakı büdcədənkənar dövlət sosial fondları yaradılmışdır: pensiya fondu, sosial sığorta fondu, məcburi tibb sığorta fondu. Bu fondlar dövlət mülkiyyətində olub, maliyyə sisteminin müstəqil maliyyə – kredit idarələri kimi fəaliyyət göstərirdilər. Büdcədənkənar fondlar məqsədli təyinata (əhaliyə göstərilən sosial xidmətin maliyyələşdirilməsi) malikdir.
Sosial təyinatlı büdcədənkənar fondlarla yanaşı iqtisadi təyinatlı fondlar da yaradılır ki, onların hesabına dövlətin iqtisadi vəzifələrinin həll edilməsi tələbatı təmin edilmiş olur. İqtisadi fondlara misal olaraq Dövlət Yol Fondunu, Sahibkarlığa Kömək Milli Fondu, Təbiəti Mühafizə Ehtiyat Fondunu, Məşələrin Qorunub Saxlanması və Təkrar İstehsalı Fondunu, Dövlət Neft Fondunu və s. göstərmək olar.
Qeyd etmək lazımdır ki, istər sosial təyinatlı və istərsə də iqtisadi təyinatlı fondlar müəyyən dövrlərdə yaradıla və ləğv edilə bilər. Belə ki, Azərbaycan Respublikasında yuxarıda sadalanan büdcədənkənar fondların əksəriyyəti ləğv edilmiş və xüsusi təyinatlı büdcə fondlarına çevrilmişlər.
Bütün büdcədənkənar dövlət fondlarının gəlirləri müəssisə, idarə və təşkilatların məcburi tədiyyələri hesabına əmələ gəlir. Büdcədənkənar dövlət fondlarının vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək məqsədilə onlar AR – nın Maliyyə Nazirliyi nəzdində Baş Dövlət Xəzinədarlığında cəmləşdirilmişdir.
Dövlət krediti maliyyə sistemində xüsusi yer tutur . Dövlət krediti – öz xərclərini maliyyələşdirmək üçün dövlət tərəfindən əhalinin, müəssisə və təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi üzrə kredit münasibətlərini ifadə edir. Dövlət krediti tədiyyələrin könüllü olaraq dövlət xəzinəsinə ödənilməsinə əsaslanır.
Dövlət krediti dövlət istiqrazlarını, pul – şey lotoreyalarını və digər qiymətli kağızları yerləşdirmək yolu ilə cəlb edilir. Dövlət krediti eyni zamanda dölətin xarici borcudur ki, bu halda dövlət xarici dövlətlərdən büdcə kəsirini ödəmək üçün kredit alır.
Dövlət maliyyəsinin tərkib hissələrindən biri də sığorta fondudur. Sığorta fondu təbii fəlakətlər və bədbəxt hadisələrdən dəyən zərələrin ödənilməsini təmin edir və onların qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinə yardım edir.
Maliyyə sisteminin növbəti sferası təsərrüfat subyektlərinin – müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların maliyyəsidir. Müəssisə və təşkilatlar ictimai tələbatı ödəmək məqsədilə məhsul istehsal etmək, iş görmək və xidmət göstərmək üçün qanunla müəyyən edilmiş qaydada yaradılmış müstəqil təsərrüfat subyektidir, hüquqi şəxsdir.
Müəssisə və təşkilatlarda gəlirlərin əsas hissəsi formalaşır ki, onlar da sonralar müxtəlif kanallar vasitəsilə yenidən bölüşdürülür.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi şəxslər kommersiya və qeyri – kommersiya təşkilatlarına (müəssisələrinə) ayrılır.
Beləliklə, müəssisələrin maliyyəsinə maliyyə sisteminin aşağıdakı həlqələri daxildir:
kommersiya əsasında fəaliyyət göstərən müəssisələrin maliyyəsi;
qeyri – kommersiya fəaliyyəti həyata keçirən müəssisələrin maliyyəsi;
dövlət və ya bələdiyyə müəssisələrinin maliyyəsi;
ictimai təşkilatların (birliklərin) maliyyəsi.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.5 maddəsinə əsasən kommersiya təşkilatları elə hüquqi şəxslərdir ki, onun fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdir.
Kommersiya təşkilatları olan hüquqi şəxslər istehsal kooperativləri, təsərrüfat orqanları və cəmiyyətləri, dövlət müəssisələri, bələdiyyə unitar müəssisələri formasında yaradıla bilərlər.
İstehsal – təsərrüfat fəaliyyəti prosesində müəssisələr öz xüsusi vəsaitlərini mənfəət, amortizasiya ayırmaları və məqsədli pul vəsaitləri fondlarının yaradılması hesabına formalaşdırır. Müəssisələr zəruri hallarda cəlb edilmiş vəsaitlərdən də istifadə edirlər. Cəlb edilmiş vəsaitlər isə: borc alınmış vəsaitlərdən (kredit formasında); səhm buraxılışı və onların satışı hesabına daxil olan səhm kapitalı; konkret investisiya layihələri iştirakçılarının pay vəsaitlərindən ibarətdir.
Müəssisələrin maliyyəsi mikroiqtisadiyyatın əsasını təşkil edir. Maliyyə resurslarının əksəriyyət hissəsi burada formalaşır. Maliyyə sisteminin ümumi durumu müəssisənin maliyyə vəsaitindən bilavasitə asılıdır. Onlar maddi, əmək və maliyyə resurslarının dəyərcə qiymətləndirilməsinin idarə edilməsinə, onların balanslaşdırılmasının təmin edilməsinə imkan verir. Müəssisələrin mənfəəti bütün səviyyəli büdcələrin gəlirlərinin formalaşdırılmasında həlledici rol oynayır. Büdcədən sosial sferanın, iqtisadiyyatın, investisiya proqramının, müdafiənin, ekologiyanın və s. maliyyələşdirilməsi təmin edilir.
Mövzu 3 : Maliyyənin idarə edilməsi və planlaşdırılması
P L A N
1. Maliyyənin idarə edilməsinin mahiyyəti və metodları
2. Maliyyəni dövlət idarəetmə orqanları sistemi və onların vəzifələri
3. Bazar iqtisadiyyatı şəraitində maliyyə planlaşdırılması və proqnozlaşdırılması
4. Maliyyənin idarə edilməsinin avtomatlaşdırılmış sistemi
1. Maliyyənin idarə edilməsinin mahiyyəti və
metodları
İdarəetmə dedikdə, müəyyən nəticələrə nail olmaq üçün məcmu üsul və metodların köməyi ilə obyektə şüurlu, məqsədyönlü təsir başa düşülür.
İdarəetmə fəaliyyətinin mühüm sahəsi maliyyənin idarəedilməsindən ibarətdir. O xüsusi aparat, xüsusi metod, o cümlədən müxtəlif stimul və sanksiyaların köməyi ilə həyata keçirilir.
Digər idarəetmə sistemlərdə olduğu kimi maliyyənin idarə edilməsində də idarəetmənin obyektləri və subyektləri vardır. İdarəetmənin obyekti kimi pul gəlirlərinin və yığımlarının formalaşması və onların təsərrüfat subyektləri və dövlət tərəfindən istifadəsi ilə əlaqədar olan maliyyə münasibətləri ilə çıxış edir. İdarəetmə subyekti isə idarəetməni həyata keçirən təşkilatı struktur hesab edilir.
Maliyyə münasibətlərinin təsnifatına uyğun olaraq, idarəetmə obyekti onların sahəsinə görə təşkilatların (müəssisələrin, idarələrin) maliyyəsi, sığorta münasibətləri, dövlət maliyyəsi, ev təsərrüfatının maliyyəsi kimi müxtəlif qruplara ayrılır. Onlara müəssisələrin maliyyə xidməti (şöbələri), sığorta orqanları, maliyyə orqanları və vergi idarələri kimi idarəetmə subyektləri uyğun gəlir. Maliyyənin idarəedilməsini həyata keçirən təşkilat strukturlarının məcmusu maliyyə aparatı hesab edilir.
İdarəetmə subyektləri maliyyə münasibətlərinin hər bir sahəsində və hər bir həlqəsində maliyyəyə məqsədyönlü təsirin spesifik metodlarından istifadə edirlər. Eyni zamanda onlara idarəetmənin vahid metod və üsulları da məxsusdur. Maliyyənin idarəedilməsində planlaşdırma, operativ idarəetmə, nəzarət kimi mühüm funksional elementləri ayırmaq olar.
Planlaşdırma maliyyənin idarəetmə sistemində əhəmiyyətli yer tutur. Planlaşdırma zamanı təsərrüfatçılığın istənilən subyekti maliyyənin vəziyyətini hərtərəfli qiymətləndirir, maliyyə resurslarının artırılması imkanlarını aşkar edir, onların daha səmərəli istifadə edilməsi istiqamətlərini müəyyən edir. Plan qərarları mühasibat, statistik və operativ hesabatlara əsaslanan maliyyə informasiyasının təhlili əsasında qəbul edilir.
Operativ idarəetmə cari maliyyə vəziyyətinin operativ təhlili əsasında işlənib hazırlanan kompleks tədbirləri ifadə edir və maliyyə resurslarının yenidən bölüşdürülməsinin köməyi ilə az xərclə daha yüksək səmərə əldə etmək məqsədini güdür. Operativ idarəetmənin əsas məzmununu təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq üçün maliyyə resurslarının səmərəli istifadə edilməsindən ibarətdir.
Nəzarət planlaşdırma və operativ idarəetmə prosesində həyata keçirilir. O, maliyyə resurslarının istifadəsi üzrə faktiki nəticələri plan göstəriciləri ilə müqayisə etməyə, maliyyə resurslarının artırılması və onların daha səmərəli istifadə edilməsi ehtiyatlarını aşkar etməyə imkan verir.
Maliyyənin idarə edilməsinin strateji (ümumi) və operativ formaları fərqləndirilir. Strateji idarəetmə proqnozlaşdırma vasitəsilə perspektiv maliyyə resurslarının müəyyən edilməsində, məqsədli proqramın reallaşdırılması üçün maliyyə resurslarının həcmini təyin etməkdə və s. istifadə olunur. O, dövlət və təsərrüfat idarəetmə orqanları tərəfindən: AR-nın Milli Məclisi, Prezident Aparatı, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və b.tərəfindən həyata keçirilir. Operativ idarəetmə maliyyə sistemi aparatının: Maliyyə Nazirliyi, AR subyektlərinin maliyyə orqanlarının, yerli hakimiyyət orqanlarının, büdcədənkənar fondların rəhbərlərinin, sığorta təşkilatlarının, müəssisələrin maliyyə xidmətlərinin (şöbələrin) funksiyalarına daxildir.
2. Maliyyənin dövlət idarəetmə orqanları sistemi və onların vəzifələri
Azərbaycan Respublikasında maliyyənin ümumi (strateji) idarəedilməsi ölkə Konstitusiyasına əsasən dövlət hakimiyyəti orqanlarına AR Milli Məclisinə, Prezident Aparıtına, və AR Hökumətinə həvalə edilmişdir.
Maliyyənin operativ idarə edilməsini maliyyə aparatı həyata keçirir. Onun köməkliyi ilə dövlət iqtisadiyyatın bütün struktur bölmələrinin maliyyə fəaliyyətinə rəhbərlik edir. Maliyyə aparatı operativ maliyyə planlaşdırılması, uçot, təhlil, nəzarət və maliyyə planlarının yerinə yetirilməsi üzrə işləri həyata keçirir.
Xalq təsərrüfatının müəssisə və sahələrində maliyyə fəaliyyətini müəssisənin maliyyə şöbələri və xidmətləri, habelə nazirlik və idarələrin maliyyə bölmələri həyata keçirirlər. Sığorta münasibətlərini xüsusi sığorta strukturları idarə edir . Dövlət maliyyəsinin idarə edilməsi üzrə işləri Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və onların yerlərdəki orqanları həyata keçirirlər.
Milli Məclis AR–nın dövlət büdcəsinə və onun icrasına dair hesabata baxır və təsdiq edir. Milli Məclis habelə vergilər, rüsumlar və məcburi tədiyələr haqqında qanunlara baxır. Bundan başqa o, dövlətin daxili və xarici borclarının həddini müəyyən edir.
Maliyyənin idarə edilməsini həyata keçirən ən mühüm orqan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və onların yerlərdəki orqanlarıdır. Maliyyənin idarə edilməsi sahəsində onun əsas vəzifələri aşağıdakılardan ibarətdir:
-Azərbaycan Respublikasında dövlətin vahid maliyyə, büdcə və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsi;
-Dövlət büdcəsi layihəsinin hazırlanması və icrasının təşkili;
-Dövlət maliyyəsinin sabitliyinin təmin edilməsi və maliyyə bazarının inkişafı üçün zəruri tədbirlərin həyata keçirilməsi;
-Maliyyə resurslarının sosial–iqtisadi inkişafın üstün istiqamətlərində təmərküzləşməsi;
-Azərbaycan Respublikasının iqtisadiyyatına xarici kreditlərin cəlb edilməsi, onların xərclənməsi və hərəkəti üzrə uçotun aparılması və ödənilməsi mənbələrinə dair təkliflərin hazırlanması;
-Büdcə sisteminin planlaşdırılması metodlarının, büdcə-vergi proqnozlaşdırılmasının, maliyyələşdirmə mexanizminin, uçot və hesabat qaydalarının təkmilləşdirilməsi;
-Büdcə vəsaitinin, o cümlədən məqsədli büdcə fondlarının, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınan daxili və xarici kreditlərin xərclənməsi üzərində maliyyə nəzarətinin həyata keçirilməsi;
-Dövlət büdcəsi vəsaitlərinin idarə edilməsinin, o cümlədən bölgüsünün səmərəliliyinin təmin edilməsi;
-Azərbaycan Respublikası ərazisində əyar nəzarətinin həyata keçirilməsi.
Comments are closed, but trackbacks and pingbacks are open.