Bağırsaq xəstəlikləri
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev nazirliyin instaqram hesabındakı canlı yayımda deyib.
Mədə bağırsaq xəstəliklərinin profilaktikası
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov mədə xəstəlikləri ilə bağlı müsahibə verib.
Ölkə.Az sözügedən müsahibəni təqdim edir:
– Qış fəslində mədə-bağırsaq xəstəlikləri artırmı?
– Mədə və həzm sistemi xəstəliklərinə ilin bütün fəsillərində sıx rast gəlinir. Havalar soyuduqca isə bu şikayətlərin artdığını müşahidə edirik. İlk növbədə hava soyuduqca mədənin turşu ifrazi artır. Soyuq hava insan üçün stres faktorlardan biridir. Bir digər səbəb isə qışda insanların turşu tutmalarından çox istifadə etməsidir. Duzlu qidaların qəbulu mədəyə qıcıqlandırıcı təsir göstərir və bunlarda öz növbəsində reaktiv qastritlərə səbəb olur. Mədə xəstəliyindən əziyyət çəkən xronik qastrit xəstələrinə duzlu turşulardan uzaq durmağı tövsiyə edirik. Konservləşdirilmiş, duzlu və marinə olunmuş qidalar eyni zamanda öd daşı və öd xəstəliyi olan insanlar üçün də ciddi tətikləyici səbəblər sırasındadır. Bu qidaların qəbulu həmin insanlar üçün ağrıların artmasına və xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər. Eyni zamanda qış fəslində axşam saatlarında yeyilən daha çox xəmir yeməklərini istifadəsinin artması və fiziki aktivliyin azalması da bu problemlərin tez-tez rast gəlinməsinə gətirib çıxarır. Bir məsələni də vurğulamaq istəyirəm ki, qarşıdan yeni il bayramı gəlir. Bayramla əlaqəli insanların qidalanma tərzi hər zaman qarışır. Qidaların qarışdırılması, artıq miqdarda qəbulu və alkoqolun istifadəsi bayramdan sonra hər il mədə-bağırsaq şikayəti ilə müraciət edən xəstələrin sayının artmasına səbəb olur. Kəskin mədə ağrıları, mədə xorası, eroziyalar, öd daşı tutmaları, mədəaltı vəzi iltihabları, alkoqola bağlı mədə zədələnmələri, qaraciyərin zədələnmələri şikayətlərinə daha çox rast gəlirik. Bu səbəbdən vətəndaşları bayram süfrələrində qida qəbuluna diqqət etmələrini tövsiyə edirəm.
– Mədə xəstəliklərinin tətikləyici səbəbləri nələrdir?
– Mədə insanın əsas həzm aparatıdır. Qida ilə orqanizmimizə bir çox mikroblar daxil olur. Məhz mədənin turşuluğu, əridici gücü sayəsində zərərverici mikroblar məhv edilir. Mədə xəstəliklərinin səbəbləri dedikdə ilk növbədə həyat tərzini vurğulamaq istərdim. Ət məhsullarının istifadəsi ölkəmizdə daha çoxdur. Aparılmış elmi tədqiqatlar göstərir ki, meyvə-tərəvəzlə qidalanan insanlarda mədə-bağırsaq xərçənginin riski ət məhsulları ilə qidalanan insanlara nisbətdə dəfələrlə az olur. Bir digər faktor istə acqarına alkoqol, tütün, energetik içikilərin qəbulu, yuxu rejiminin pozulması insanlarda mədənin əsas xəstəliklərinə səbəb olur. Əsasəndə reflüks şikayətinin artmasına səbəb olur. Bir digər əsas məsələ də nəzarətsiz dərman qəbuludur. Belə ki, xəstələr həkim nəzarəti olmadan bir çox dərmanları miqdarından çox istifadə edirlər. Məsələn bunlara ən çox ağrikəsiciləri misal göstərmək olar. Orqanizmdə olan ağrını müvəqqəti saxlamaq üçün hətta həftələrlə qəbul edilən bu dərmanlar çox ağır nəticələr gətirib çıxarda bilir. Təcrübəmizdə ağrıkəsicilərin yüksək dozada və uzun müddətli qəbulu mədə-bağırsaq qanamalarına səbəb olan pasientlərimiz olub. Bu səbədən bir daha oxuyucularımıza həkim tövsiyəsi olmadan dərman qəbulundən çəkinmələrini tövsiyə edirəm.
Qastrit, xoralar və reflü kimi xəstəliklər ən çox görülən həzm problemlərindəndir. Bu problemlərin yaranmasına həzm sistemini qoruyan maneə qatının bütövlüyünün pozulması səbəb olur. Mədə qatının korlanmasında allergenlər səbəbindən turşu ifrazının artması, konservləşdirilmiş məhsulların və çirkli suların istehlakı, mədədə olan helikobakter pilori mikrobu böyük rol oynayır.
– Günümüzdə mədə xərçənglərinin rast gəlinmə tezliyini necə dəyərləndirirsiniz?
– Mədə xərçəngi çox ciddi sosial və iqtisadi zərərə səbəb olan bir xəstəlikdir və dünyada çox ciddi artım tendensiyası olan problemdir. Belə ki, Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin (IARC) proqnozlarına görə, 2020-ci ildən başlayaraq 2040-ci ilə qədər mədə xərçənginə statistikasında çox ciddi artım tendensiyası gözlənilir. Eyni zamanda, bu hesabatda bildirilir ki, məhz kişilərdə qadınlara nisbətən mədə xərçənginin rast gəlmə halında çox ciddi şəkildə fərq olacaq. Buna görə də ÜST mədə xərçənginin erkən araşdırması, qarşısını alınması və profilaktikası məqsədilə hər bir ölkədə buna dair strategiyanın olmasını tövsiyə edir.
Burada əsas məqamlardan biri mədə xəstəliklərinin, xüsusilə də mədə xərçənginin erkən diaqnostikasıdır, çünki bu xəstəlik gec mərhələlərdə aşkar edildiyi zaman xəstənin 5 ilə qədər yaşama ehtimalı 30 faizdən aşağıdır. Yəni, bu çox ciddi letallığı olan bir xəstəlikdir, ona görə də dünyada erkən mərhələdə aşkarlandığı təqdirdə mədə xərçəngi tam müalicə oluna bilər.
Vətəndaşlarımızı məlumatlandırmalıyıq ki, əgər mədə-bağırsaq şikayətləri varsa və bu proses bir aya yaxın davam edirsə, o təqdirdə mütəxəssis həkimə müraciət etmək mütləqdir. Çünki həkim məsləhəti və tövsiyəsi olunmadan dərman qəbulu ilə mədə xəstəlikləri üçün bir zəmin hazırlayırsınız.
Mədə-bağırsaq xəstəliklərinin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, onlar qarşısı alınan xəstəliklərdir, yəni profilaktikası ən işlək olan xəstəliklər sırasında məhz mədə-bağırsaq xəstəliklərdir. Mədə-bağırsaq traktının ən ciddi xəstəliyi olan mədə-bağırsaq xərçənginin erkən endoskopik müayinələr (erkən dövrdə aşkarlamaq) əsasında qarşısını almaq mümkündür. Yəni, bir növ endoskopiya və müasir qastroenterologiya insanların həyatının xilas olunması üçün əvəzsiz rola malikdir.
Yekunda onu demək istərdim ki, normal yuxu, sağlam qidalanma və erkən müayinələr sayəsində insanların ömrünü uzatmaq olar və xəstələnmə hallarının qarşısını ciddi şəkildə almaq mümkündür.
Bağırsaq xəstəlikləri
Statistik məlumatlara əsasən dünya əhalisinin 90%-i mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkir. Həzm traktında gedən patoloji proseslərin əksəriyyəyi məhz bağırsaqla bağlıdır. Bağırsaq həyati vacib funksiyaları yerinə yetirir. Burada qida ilə qəbul olunan faydalı maddələr qana sorulur, toksinlər orqanizmdən xaric edilir. Bağırsaq xəstəlikləri bu proseslərin pozulması ilə müşayiət olunur. Nəticədə sağlamlığa ciddi ziyan dəyir.
Bağırsaq xəstəlikləri hansı səbəblərdən yaranır?
- irsi meyllik
- həzm sisteminin digər xəstəlikləri ( qastrit , pankreatit)
- bəzi dərman vasitələrinin (məsələn, antibiotiklərin nizamsız qəbulu)
- qeyri-düzgün qidalanma (yağlı, qızardılmış, duzlu, acı yeməklər, yarımfabrikatlar)
- vitamin və mineral çatışmazlığı
- artıq çəki və azhərəkətlilik
- stress amilləri
Bağırsaq xəstəlikləri necə təzahür edir?
Bağırsaqda gedən patoloji proseslər adətən qarın ağrısı və nəcis ifrazının pozulması (ishal, qəbizlik və ya onların növbələnməsi) ilə özünü büruzə verir. Həmçinin xəstələrdə qarında köp , iştah pozğunluğu, nəcisdə selik və qan, çəkinin azalması müşahidə olunur.
Xəstəlikdən asılı olaraq, ağrının xarakteri dəyişir. Məsələn, nazik bağırsağın patologiyalarında göbək ətrafında dartıcı, güclü ağrılar yaranır. Yoğun bağırsaq xəstəliklərində isə ağrı küt olur, nəcis və qaz ifrazından sonra zəifləyir, hətta bəzən itir.
Nəcis ifrazı gün ərzində 3-4 dəfədən çox baş verdikdə bu vəziyyət ishal kimi qiymətləndirilir. Nazik bağırsağın patologiyalarında nəcis duru konsistensiyalı, köpüklü olur. Orada həzm olunmamış qida qalıqları izlənilir. Yoğun bağırsaq xəstəlikləri üçün duru nəcis xarakterik deyil. İfrazatlar az miqdarda, bəzən qan və selik qarışıqlı olur.
Qəbizlik adətən yoğun bağırsaq xəstəliklərinin əlaməti sayılır. Bu hər zaman bağırsaqda gedən dəyişikliklərlə əlaqəli olmur. Sağlam insanlarda qidalanma pozğunluğu, oturaq həyat tərzi, bəzi preparatların yanaşı effekti kimi qəbizlik meydana çıxa bilər.
Ən çox rast gəlinən bağırsaq xəstəlikləri
Enterit
Nazik bağırsağın selikli qişasının iltihabı olub, kəskin və xroniki formalara bölünür. Kəskin enteritin əlamətlərinə qida zəhərlənmələri, bəzi infeksion xəstəliklər (qarın yatalağı, «bağırsaq qripi» və s.) təsadüf olunur. Kəskin forma ishal, qusma, göbəkətrafı nahiyədə ağrı ilə başlayır. Zamanla simptomlara qızdırma, halsızlıq, baş ağrıları da qoşulur. Xroniki enteritin inkişafı üçün uzun müddət tələb olunur. Əksər hallarda qastrit fonunda yaranır. Xəstəlik göbək ətrafında küt ağrılar, köp, qurultu ilə gedir. Ağır formalarda ishal sutka ərzində 20 dəfə təkrarlanır.
Bağırsaq xəstəlikləri – Kolit
Yoğun bağırsağın selikli qişasının iltihabıdır. Kəskin forma əsasən infeksion (dizenteriya) mənşəli olur. Onun əlamətlərinə qarında sancışəkilli ağrı, selik və ya qanlı nəcis, halsızlıq aiddir. Xroniki qeyri-infeksion kolit adətən qastrit, enterit və ya pankreatitin ağırlaşması hesab olunur. Xəstəlik qarnın sağ, sol və ya aşağı hissəsində sızıltılı ağrılar, uzunmüddətli qəbizlik və ya ishal, iştahsızlıq, köplə təzahür edir. Pasiyentlərdə tez-tez depressiya, psixoemosional pozğunluqlar qeydə alınır.
Bağırsaq xəstəlikləri – Qeyri-spesifik xoralı kolit
Ayrıca forma kimi təsnif edilir. Xəstəliyin səbəbi sona qədər müəyyən edilməmişdir. Onun genetik mənşəli olması irəli sürülür. Xoralı kolitdə ilk növbədə düz bağırsaq zədələnir. Proses uzun sürdükdə iltihab yoğun bağırsağın digər şöbələrinə də yayılır. Xəstəliyin əsas əlaməti qanaxmadır. Xoralı kolit ishal, qarnın sol tərəfində ağrılarla müşayiət olunur.
Bağırsaq xəstəlikləri necə müalicə olunur?
Pasiyent qastroenteroloqun qəbuluna gələrkən ilk növbədə onun şikayətləri dinlənilir. Həkim əlamətləri aydınlaşdırdıqdan sonra kolonoskopiya təyin edir. Müayinənin nəticələrinə əsasən konservativ (dərman preparatları) və ya cərrahi yolla müalicə aparılır.
Xəstəliyin ağırlaşmasını gözləmədən ilkin mərhələlərdə həkimə müraciət olunduqda müalicə çox asan başa gəlir. Odur ki, sadalanan əlamətlərlə qarşılaşdıqda dərhal mütəxəssisə müraciət edin.
Bağırsaq xəstəlikləri 2360
Bağırsaq həkimi
Hansı əlamətlərlə qarşılaşdıqda mütləq bağırsaq həkiminə müraciət etmək lazımdır? Ümumiyyətlə, bağırsaq həkimi kimdir? Bu mövzuda yaranan suallara məqalədə cavab tapın.
Bağırsaq xəstəlikləri 1888
Qarın ağrısının səbəbləri
Qarında yaranan ağrılar qeyri-düzgün qidalanma və ya stress mənşəli ola bilər. Bəzən isə ağrı hər hansı bir xəstəliyin əlaməti kimi meydana çıxır. Bu barədə məqalədə oxuyun.
Bağırsaq xəstəlikləri 2677
Qarında köp
Qazlı içkilər, bəzi tərəvəzlər, dənli bitkilər – lobya, mərci yedikdə qarında köp yaranır. Lakin bu narahatlıq ciddi xəstəliyin əlaməti də ola bilər. Ardını məqalədə oxuyun.
Saytda dərc olunan məlumatlar sadəcə maarifləndirici xarakter daşıyır və ixtisaslaşmış tibbi yardımı əvəz etmir. Bu səbəbdən həkimlə məsləhətləşməyiniz vacibdir!
Sayt xəritəsi
Sosial şəbəkələr
Bizi həmçinin yuxarıda qeyd olunan sosial şəbəkələrdən də izləyərək ən son paylaşımlarımızdan xəbərdar ola bilərsiniz.
“Mədə-bağırsaq xəstəliklərində. “
Fəsil dəyişkənlikləri ilə əlaqədar bir çox xəstəliklər kəskinləşmə mərhələsindədir. Onlar daha çox yuxarı tənəffüs yolu sistemi xəstəlikləridir – allergik rinit, astma, yuxarı tənəffüs yolu infeksiyası və s. Bəzi mədə-bağırsaq sistemi xəstəliklərinin də, xüsusilə qastritin yaz aylarında kəsinləşdiyini görürük. Mütləq şəkildə bu dönəmlərdə bir çox proseslər olur ki, vətəndaşlar onlara diqqət etməlidirlər. Mədə-bağırsaq xəstəliklərində gizli gedən simptomlar aşkarlanır, ya da ki, heç bir simptomu olmayanlarda yeni əlamətin üzə çıxmasına şahid oluruq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev nazirliyin instaqram hesabındakı canlı yayımda deyib.
Z.Quliyev immuniteti gücləndirmə üsullarından bəhs edərək qeyd edib: “İmmuniteti hansı qidaların gücləndirməsindən ziyadə hər zaman balanslı qidalanmaq daha yaxşıdır. Təkcə düzgün qidalanmaqla immun sistemim güclü olacaq demək mümkün deyil. Burada bir çox faktor var ki, onların hamısı birlikdə dəyərləndirilməlidir. Yuxu rejiminə əməl edilməli, bol miqdarda maye qəbul edilməli – burada bəzi xəstəliklər var ki, xüsusilə ürək-damar sistemi xəstəliklərində çox maye qəbul etmək zərər ola bilər – balanslı qidalanmalı, hər şeyi öz mövsümündə yeməli, xüsusən də bir qidaya daha çox üstünlük verilib digər qidaların qəbulu azaldılmamalıdır. Meyvə-tərəvəzlərdən mövsümünə uyğun olaraq maksimum dərəcədə istifadə olunmalıdır. Həftədə bir dəfə balıq əti yeyilməsi mütləqdir, hazır yağlarda qızardılmış, hisə verilmiş qidalardan maksimum dərəcədə uzaq durulması məqsədəuyğundur. Qidaların bol su ilə qaynadıb bişirdikdən sonra qəbul edilməsi tövsiyə olunur.
Bədəndəki hər hansı bir mineral və ya vitamin çatışmazlığını dərman vasitələri ilə bərpa etmək məqsədəuyğundur. Lakin bunu hər hansı analiz və həkim məsləhəti olmadan özbaşına qəbul edərkən onun faydadan çox zərər verəcəyini unutmamaq lazımdır. Ona görə də pasiyent immun sistemində hər hansı bir problem olduğunu düşünürsə, həkimə müraciət etməli, gərəkli analizləri verməli və əskik olan hormon, vitamin və mikroelementin bərpası istiqamətində mütəxəssisin tövsiyə etdiyi dərmanları qəbul etməlidir. Bəzən özbaşına alınan dərman bizə faydadan çox zərər verə bilər. Bunu təcrübədə görürük. Ciddi şəkildə vitamin toksikasiyası, yəni vitaminlərin bədəndə aşırı dərəcədə çox olması simptomları ilə qarşılaşırıq”.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.