Məhkəmələr və hakimlər haqqında qanun
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
“Məhkəmələr və hakimlər haqqında” qanun dəyişdi
Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihəyə əsasən, Azərbaycanın bəzi rayon (şəhər) məhkəmələrində hakimlərin həm də məhkəmənin sədri olması təklif edilir.
Qanunun 22-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan rayon (şəhər) məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.
Qanuna edilən əlavəyə əsasən, rayon (şəhər) məhkəməsi bir hakimdən ibarətdirsə, həmin hakim eyni zamanda bu məhkəmənin sədri təyin olunur.
Layihədə vurğulanıb ki, ölkə ərazisində 30-dan çox rayon məhkəmələri mövcuddur ki, həmin məhkəmələr bir hakimdən ibarətdir.
“Qanuna əsasən, rayon (şəhər) məhkəməsinə bir hakim təyin olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir, yəni, işə qəbul, işdən azad edilməsi məsələləri, məhkəmənin fəaliyyətində cari məsələlər və.s. Faktiki olaraq hakim həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir, lakin bu o anlama gəlmir ki, o, məhkəmə sədridir. Qanuna uyğun olaraq, hakimlərin fəaliyyəti 5 ildə 1 dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilir. Hakim sədrin səlahiyyətlərini həyata keçirməsinə baxmayaraq, onun fəaliyyətini 5 ildə 1 dəfədən az olmayaraq, Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirmək mümkün olmur. Dəyişiklik qanunun təkmilləşdirilməsi məqsədilə edilir” – deyə layihədə qeyd olunub.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Məhkəmələr və hakimlər haqqında qanun
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, dəyişikliklər Azərbaycan Prezidentinin 2019- cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası məqsədilə hazırlanıb.
Belə ki, layihədə “Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması” adlı yeni maddə əksini tapıb. Həmin maddədə nəzərdə tutulan normaların məqsədi məhkəmələrin eyni xarakterli işlərə baxarkən bir-birinə ziddiyyət təşkil edən qərarların verməsinin qarşısının alınmasıdır. Eyni zamanda, maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların qarşısını almaq məqsədilə Ali Məhkəmə Plenumunun müvafiq izah nəzərdə tutan qərarlarının verilməsi də maddə ilə nəzərdə tutulub.
Layihədə əksini tapmış normalar Ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına yönəlmiş və qanunvericilik təşəbbüsü qaydasında Prezident tərəfindən Milli Məclisə təqdim edilib.
Qanunun 2020-ci il martın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.
Günel Türksoy
Son xəbərlər
- 11:00 | “Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar
- 10:18 | İlk dəfə birlikdə görüntüləndilər – Foto
- 09:45 | “Barselona” “Real”ı son dəqiqədə məğlub etdi – Video
- 09:30 | Ceyhun Bayramov Brüsselə getdi
- 09:18 | Ermənilər Zəngilan istiqamətində mövqelərimizi atəşə tutdu – Hərbçimiz yaralandı
- 09:17 | Cəlilabadda əməliyyat, 3 nəfər tutuldu – Foto
- 09:07 | Mehriban Əliyevadan Novruz bayramı paylaşımı
- 00:01 | Azərbaycanda Novruz bayramıdır
- 19.03.2023 23:25 | Qazaxıstanda parlament seçkiləri başa çatdı
- 19.03.2023 22:51 | Cennifer Lopezdən yeni kolleksiyası üçün cazibədar – Fotolar
- 19.03.2023 22:24 | Abşeron RPİ-yə rəis müavini təyin edildi
- 19.03.2023 22:02 | İraqla İran sərhəd təhlükəsizliyinə dair saziş imzaladı
- 19.03.2023 21:48 | Güləşçimiz Avropa çempionatında qızıl medal qazanıb
- 19.03.2023 21:38 | Pakistanın bu bölgələrində toplaşma qadağası qoyuldu
- 19.03.2023 21:15 | AZAL sərnişinlərinə Novruz bayramı münasibətilə endirim hədiyyə edir
- 19.03.2023 21:14 | Prezidentdən Novruz bayramı ilə bağlı paylaşım
- 19.03.2023 21:00 | “PAŞA Holding”dən şəhid ailələrinə bayram sovqatları – Fotolar
- 19.03.2023 20:47 | “Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video
- 19.03.2023 20:15 | İşğal altındakı Mariupolda ilk dəfə – Fotolar
- 19.03.2023 19:42 | Mahir Emreli millinin toplanışında iştirak etməyəcək
- 19.03.2023 19:18 | “Artıq bəsdir” – Demetdən boşanma iddialarına cavab
- 19.03.2023 18:53 | Fransada pensiya yaşına etiraz edən 500 nəfər saxlanıldı
- 19.03.2023 18:28 | Putinin həbsi üçün İnterpola müraciət olunacaq
- 19.03.2023 17:45 | Kahramanmaraşda ard-arda iki zəlzələ oldu
- 19.03.2023 17:27 | Bu gün neçə vaksin vurulub?
- 19.03.2023 17:26 | Yoluxanların sayı açıqlandı
- 19.03.2023 17:20 | Ukraynanın Azərbaycandakı səfirindən Novruz bayramı təbriki
- 19.03.2023 16:52 | Azərbaycan XİN-dən Ermənistana cavab
- 19.03.2023 16:47 | Ukrayna Bəşər Əsədə sanksiyalar tətbiq etdi
- 19.03.2023 16:22 | İbrahimoviçdən tarixi qol
- 19.03.2023 16:00 | Bakı metrosunda retro vaqonlar nümayiş etdirilir
- 19.03.2023 15:28 | Bu gün “El-Klasiko” var
- 19.03.2023 14:46 | “Nicat Lənkəranski” həbs olundu
- 19.03.2023 14:39 | Xərçəngə qalib gəldi, 531 gündən sonra meydana çıxdı
- 19.03.2023 14:12 | Zakir Həsənov yaralı hərbçilərimizlə görüşdü – Fotolar
- 19.03.2023 13:45 | Füzuli şəhəri belə inşa ediləcək
- 19.03.2023 13:34 | Gəncədə kişi keçmiş arvadını öldürdü
- 19.03.2023 13:31 | Boksçumuz DÇ-nin finalına yüksəldi
- 19.03.2023 13:01 | “Demişdim ki, öldü var, döndü yoxdur” – Prezident
- 19.03.2023 12:41 | Qanunsuz kömür istehsalının qarşısı alındı
- 19.03.2023 12:32 | Sabah hava necə olacaq?
- 19.03.2023 12:21 | Sabunçu rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd edildi
- 19.03.2023 12:01 | Əlinin qətlini arvadı təşkil edibmiş – Rəsmi
- 19.03.2023 11:35 | Prezidentin o tviti. – Foto
- 19.03.2023 11:22 | Samuxda 14 yaşlı qız intihar etdi
- 19.03.2023 11:12 | Nərimanov rayonunda Novruz bayramı coşqusu – Fotolar+Video
- 19.03.2023 10:42 | FHN əhaliyə təkrar müraciət etdi
- 19.03.2023 10:37 | Binəqədidə bayram konserti təşkil olunub
- 19.03.2023 10:07 | “İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video
- 19.03.2023 09:52 | Ekvadorda 6,9 bal gücündə zəlzələ – Ölənlər var
Məhkəmələr və hakimlər haqqında qanun
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Cəmiyyət “Məhkəmə və hakimlər haqqında” qanunda dəyişiklik
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Noyabr 29, 2016 – 16:57
!Reklam – Yazi
Azərbaycanda hakim haqqında cinayət təqibi ilə bağlı Baş prokurorun təqdimatına baxılması müddəti azaldılıb.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məhkəmə və hakimlər haqqında” qanunun 101-ci maddəsinə (hakimlərin toxunulmazlığı) dəyişiklik edilməsi təklif edilib. Dəyişiklik barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Vüsal Hüseynov məlumat verib. Dəyişiklik layihəsinə əsasən, hakim haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Baş Prokurorunun təqdimatına daxil olduğu gündən 72 saat müddətində baxılacaq. Hazırda bu müddət 10 gündür. Qeyd edək ki, “Məhkəmə və hakimlər haqqında” qanuna əsasən, hakimi cinayət başında tutmuş cinayət təqibi orqanı bu barədə dərhal Baş prokurora məlumat verir. Baş prokuror hakim barəsində cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar müəyyən etdikdə dərhal Məhkəmə Hüquq Şurasına bu barədə təqdimat verir. Məhkəmə Hüquq Şurası hakimin tutulduğu andan 24 saat müddətində onun barəsində cinayət təqibinin həyata keçirilməsinə dair təqdimata Baş prokurorun və ya onun müavininin iştirakı ilə baxır, həmin təqdimatın təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Bu qərar dərhal Baş prokurora təqdim edilir. Məhkəmə Hüquq Şurasının razılığı olduqda, cinayət başında tutulmuş hakim barəsində cinayət təqibi cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq davam etdirilir. Belə razılıq olmadıqda cinayət başında tutulmuş hakim dərhal azad edilir. Dəyişiklik səsə qoyularaq qəbul edilib.
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Comments are closed, but trackbacks and pingbacks are open.