Press "Enter" to skip to content

Məhsulların təqdim edilməsi

Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.

Xankəndi

Sabirabad rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 17-də pambıqçılığın inkişafına həsr edilmiş birinci ümumrespublika müşavirəsində qarşıya qoyulmuş vəzifələrin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icrasının təmin edilməsi məqsədilə nazirliyin müvafiq əmri ilə İşçi qrupu yaradılıb.

Nazirlikdən AzVision.az -a bildirilib ki, İşçi qrupu on gün müddətində beynəlxalq təcrübə nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının, o cümlədən pambıq və pambıq məhsullarının istehsalına və emalına görə hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi prosedurlarının müəyyən edilməsi, subsidiyaların verilməsinin istiqamətləri və məbləğləri, ayrılan subsidiyaların təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, barama istehsalına və tədarükünə, pambıq, tütün və digər texniki bitkilərin əkilməsinə və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, eləcə də digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştlə satılan mineral gübrələrə və pestisidlərə subsidiyaların verilməsi mexanizminin daha da təkmilləşdirilməsi barədə təkliflər hazırlayacaq.

İşçi qrupuna eyni zamanda müasir texnologiyalar əsasında məhsul istehsalının genişləndirilməsi məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına son məhsula görə subsidiyaların veriləcəyi məhsulların siyahısı, subsidiyaların verilməsinin şərtləri və məbləğləri barədə təklifləri də hazırlayaraq razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilməsi tapşırılıb.

Sizə teleqram var Vaxtında, Aydın, Lazımlı!

Məhsulların təqdim edilməsi

Ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinin stimullaşdırılması üçün qanunvericilikdə müəyyən güzəştlər nəzərdə tutulur. Vergi Məcəlləsinə son dəyişikliklə bu sahədə yenilik edilmişdir. Mövzu ilə bağlı maraq doğuran məqamlara Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev aydınlıq gətirir.

Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.

Burada əsas şərt kənd təsərrüfatı məhsullarının tərkibinin dəyişdirilmədən, təbiətdə olduğu ilkin formada, emal əməliyyatlarına məruz qalmadan təqdim edilməsidir. Əgər məhsulların kimyəvi tərkibi dəyişdirilərsə və ya məhsul emal əməliyyatına məruz qalarsa, o halda məhsulların təqdim edilməsi ƏDV-yə cəlb olunur.

Misal 1: Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan ƏDV ödəyicisi fındıq istehsal edib və 5.000 manata satıb. Fındıq təbiətdə olduğu ilkin formada təqdim edilib.

Həmin fındıqdan istehsal olunan şokolad isə 10.000 manata təqdim edilib. Göstərilən məbləğlərə ƏDV daxil deyil. ƏDV öhdəliyini müəyyən edək.
Misaldan göründüyü kimi, fındığın təqdim edilməsi ƏDV-dən azad olan əməliyyat hesab edilir. Çünki təqdimetmə zamanı tərkibi dəyişdirilməmiş və təbiətdə olduğu ilkin formada olmuşdur. Fındıqdan şokolad hazırlanmması isə kənd təsərrüfatı məhsulunun kimyəvi tərkibinin dəyişdirilməsi hesab edilir və bu məhsulun təqdim edilməsi ƏDV-yə cəlb olunur. Baxdığımız misalda vergi ödəyicisinin ƏDV öhdəliyi 1.800 manat (10.000×18 % ) olacaqdır.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Ona görə də idxal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə və topdan ticarət qaydasında satışı zamanı ƏDV ticarət əlavəsindən tutulur.

Vergi Məcəlləsinə edilmiş digər dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

Misal 2: Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicisi hesabat dövründə 5.000 manatlıq kənd təsərrüfatı məhsulu idxal etmişdir. İdxal zamanı gömrük orqanları tərəfindən 900 manat (5.000 x18 % ) ƏDV tutulmuşdur. Pərakəndə ticarətçi həmin malı 6.800 manata (1.800 manat ticarət əlavəsi ilə) daxili bazarda təqdim etmişdir. ƏDV öhdəliyini müəyyən edək.

Misaldan göründüyü kimi, pərakəndə ticarətçi məhsula 1.800 manat ticarət əlavəsi tətbiq etmişdir. Bu halda, büdcə qarşısında 324 manat (1800 x 18 % ) ƏDV öhdəliyi yaranır, idxal zamanı gömrük orqanları tərəfindən tutulan 900 manat ƏDV məbləği isə əvəzləşdirilmir. Eyni hal topdansatış fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicilərinə də şamil edilir.

“Qida təhlükəsizliyi haqqında” qanun qüvvəyə minib

“Qida təhlükəsizliyi haqqında” qanun qüvvəyə minib “Qida təhlükəsizliyi haqqında” qanun (38.6-cı, 38.7-ci və 38.8-ci maddələri nəzərə alınmaqla) 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.

1 Yanvar , 2023 09:10

https://static.report.az/photo/5e453f1c-0eca-384b-aa2c-b392d6f341e0.jpg

“Qida təhlükəsizliyi haqqında” qanun (38.6-cı, 38.7-ci və 38.8-ci maddələri nəzərə alınmaqla) 2023-cü il yanvarın 1-dən qüvvəyə minib. “Report” xəbər verir ki, qanun qida təhlükəsizliyi sistemi üzrə bir çox yeniliklərin hüquqi bazasını formalaşdırmaqla yanaşı, sahibkarlara dövlət dəstəyi siyasəti çərçivəsində bəzi inzibati prosedurların sadələşdirilməsini də nəzərdə tutur. Qanuna əsasən, bu gündən etibarən sahibkarlıq subyektlərini bir sıra yeniliklər gözləyir. Belə ki, təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə veriləcək. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi ölkələrdə isə qiymətləndirmə aparılmaqla həyata keçiriləcək. Bioloji aktiv qida məhsulları, qida və yem əlavələri və təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək. Qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına icazə verilməyəcək və bu cür məhsulların idxalı, istehsalı mümkün olmayacaq. Qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda, həmin məhsulların idxalına və dövriyyəsinə icazə verilməyəcək. Qida məhsullarının markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilməyəcək. Bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minəcək. Bütün qida və yem məhsulları məhsul idxal olunmamışdan əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən və idxal sağlamlıq aktı verildikdən sonra dövriyyəyə buraxılacaq. Qida ilə təmasda olan material və məmulatların idxalı zamanı onlara Agentlik tərəfindən verilən idxal sağlamlıq aktı, yerli istehsal olduqda isə obyektlərin qeydiyyatı tələb olunacaq. Aşağı riskli məhsullara aid qida obyektlərinin qeydiyyatı avtomatik, yüksək riskli məhsullara aid obyektlərin təsdiqi isə tələblərə uyğunluğu qiymətləndirilməklə həyata keçiriləcək. Obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan, təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə vahid məbləğ (150 manat) olmaqla ödəniləcək. Yem məhsullarının dövlət qeydiyyatı “yem zəncirinə” nəzarətlə əvəz olunacaq. Özəl laboratoriyalar akkreditasiya ilə yanaşı, AQTİ-nin səriştəlilik sınaqlarından keçdikdən sonra onların nəticələri qəbul ediləcək. Qanunun 38.6-cı maddəsinə əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və buna əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdır (Qanunun 16.2-ci maddəsi). Qida subyektləri qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar (Qanunun 19.3-cü maddə) bağlı müddəalar “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, iri sahibkarlıq subyekti hesab edilən qida subyektləri üçün bu Qanun dərc olunduğu gündən iki il, orta və kiçik sahibkarlıq subyektləri hesab edilən qida subyektləri üçün dörd il, mikro sahibkarlıq subyektləri hesab edilən qida subyektləri üçün altı il sonra qüvvəyə minir. Qanunun 38.7-ci maddəsinə əsasən, həmin Qanunun 25.1-ci maddəsi, yəni yeni növ qida məhsullarının, təbii mineral suların və genetik modifikasiya olunmuş orqanizmlərin və yem məhsullarının qeydiyyata alınması ilə bağlı tələblər bu Qanun dərc olunduğu gündən bir il sonra qüvvəyə minir. Qanunun 38.8-ci maddəsinə əsasən, həmin Qanunun 27-ci maddəsi, yəni qida və yem məhsullarının izlənilməsi bu Qanun dərc olunduğu gündən iki il sonra qüvvəyə minir. Qeyd edək ki, 9 fəsil, 38 maddədən ibarət olan qanun Azərbaycanda ilkin istehsal, istehsal və emal edilən, ölkəmizin ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.