Məktəb kitabları
84 1 Yanvar 1970
30 yaşadək oxumalı olduğumuz 30 kitab
Sizinlə razıyam ki, deyirlər, “Bəzi kitabların yaşı yoxdur”. Lakin, bir şeyi də unutmayaq ki, dünyagörüşünün və həyata baxış şəklimizin formalaşmasında mütaliə yaşımız xeyli rol oynayır. Elə kitablar var ki, yeniyetmə və gənclik çağında oxunması daha gözəl nəticələrə səbəb ola bilər. Bu baxımdan sizə dünya ədəbiyyatından otuz yaşadək mütləq oxumalı olduğumuz otuz kitabı təqdim edirik.
Qeyd: Kitabları əldə etmək üçün fotolara tıklamağınız yetərlidir 🙂
1. Fyodor Dostoyevski – “Cinayət və cəza”
“Cinayət və cəza” romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Bu elə bir dövr idi ki, Rusiya təhkimçilik hüququndan təzəcə azad olmuş və hələ özünün gələcək inkişaf yollarını dəqiq müəyyənləşdirməmişdi. Rusiya hansı yolla gedəcəkdi? O, Avropa kapitalist inkişaf yolunu seçəcək, yoxsa öz milli ənənələrinə əsaslanaraq yeni, Avropa xalqlarından fərqli bir yolla gedəcəkdi? Bu sualların dəqiq və birmənalı cavabı yox idi və 60-cı illər rus ədəbiyyatı bu məsələ haqqında dərindən düşünürdü. Dostoyevski Çernışevskidən fərqli olaraq Rusiyanın gələcək nicatını inqilabda və ədalətli sosial quruluşda, yəni sosializmdə deyil, xalqın, millətin rus pravoslav dininə tapınaraq mənəvi kamilləşmə yolunu seçməsində görürdü. O dövr üçün Çernışevskinin fikirləri daha aktual, daha real görünürdü. Rusiya nəhayət ki, müəyyən müddətdən sonar sosializm deyilən məqsədə nail oldu. Lakin geniş tarixi kontekstdə Dostoyevski fikirləri həqiqətə daha yaxın idi, çünki onlar rus milli ruhunun, milli xarakterinin, milli mədəniyyətinin əsaslarını və dərin təmayüllərini daha dürüst ifadə edirdi. Bugünkü nöqteyi-nəzərindən diqqət yetiriləndə Dostoyevskinin fikirlərinin özünü doğrulduğunu görürük.
2. Ceyn Ostin – “Qürur və qərəz”
Bu günə qədər “ingilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ən başlıcası isə odur ki, yazıçı bütün başqa qələm sahiblərindən fərqli olaraq oxucusunun psixi-emosional dünyasına təcavüz edib, onun hiss və duyğularıyla oynamır. Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.
3. Alber Kamyu – “Yad”
Kamyu deyincə, ədəbiyyat sahəsində ilk ağlagələn, onun 1942-ci ildə nəşr olunmuş “Yad” əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir Ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını belə öyrənə bilmirik (burada Kafkanı xatırlamaq yerinə düşər).
Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Ancaq bu yadlaşmanın Kamyu üçün Marksist yadlaşma təlimi ilə əlaqəsi olmadığını vurğulamaq lazımdır. Buradakı yadlaşma Kamyunun məşhur “absurd” fəlsəfəsindən doğur. Qəhrəmanın dediyi “hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir, əslində 30, ya da 70 yaşında ölməyin fərqli olmadığını mən də bilirdim, çünki hər iki halda çox təbii olaraq başqaları yenə yaşayacaqlar və bu minillərlə davam edəcək (. ) İnsan madam ki öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur”, – sözləri, müasir nihilizmin absurd anlayışı əsasında araşdırılmasıdır.
4. Lev Tolstoy – “Anna Karenina”
Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailənin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxunur.
Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında roman. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə baxmadan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.
Anna Karenina obrazı çox ziddiyyətlidir. Həyatı alt-üst olduğu üçün oxucunun ona yazığı gəlir, oynaşından ötrü öz oğlunu atdığı üçünsə oxucu ona nifrət edir.
5. Con Steynbek – “Qəzəb salxımları”
XX əsr Azərbaycan ədəbiyyatında geniş şöhrət tapan və adı tezliklə dünyanın bir çox ölkələrinə yayılan Con Steynbekin “Qəzəb salxımları” romanı ilk dəfə 1939-cu ildə çap olunub və “Bədii kitab” nominasiyası üzrə Pulitser mükafatına layiq görülüb. Roman ABŞ-da kollec və məktəblərin dərs proqramlarına daxil edilib.
Romandakı hadisələr böyük depressiya dövründə baş verir. İcarədar-fermer olan Codu ailəsi iqtisadi çətinliklərə görə doğma ev-eşiyini tərk etmək məcburiyyətində qalaraq, səadət tapmaq ümidi ilə bir çox ailələrə qoşulub Kaliforniyaya üz tutur. Ailənin başına gələn hadisələri qisas və qəzəb hissi ilə təqdim edən, sevgi və nifrət motivlərini böyük ustalıqla verən müəllif oxucunu hadisələrin sehrinə salır.
Antuan de Sent-Ekzüperi öz qısa ömründə iki həyat yaşayıb: təyyarəçi həyatı, bir də yazıçı ömrü. Əslində onun həyatının bu iki tərəfini bir-birindən ayırmaq da olmaz, çünki yazıçı Ekzüperinin azsaylı əsərləri təyyarəçi Ekzüperinin təcrübəsi, dünyagörüşü, hiss-həyəcanı hesabına yaranıb. Yazıçının şah əsəri sayılan “Kiçik Prins” povesti o ədəbiyyat örnəklərindəndir ki, həm uşaqlar, həm də böyüklər tərəfindən maraqla oxunur.
7. Qabriel Markes – “Yüz ilin tənhalığı”
“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tənhalıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, həqiqətən, mifik xarakter daşıyır. Buendia ailəsinin bir neçə nəslinin tarixçəsinin özü və bununla yanaşı onun xarakterik xüsusiyyətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların talelərinin qabaqcadan müəyyən edilməsi nəsil mifi xarakteri qazanır. Romanda o, Makondonun və bütün Buendia üzvlərinin həlakına bir neçə dəqiqə qalmış bu nəslin sanskrit dilində yazılmış tarixçəsini açmış qaraçı Melkiades surətində təcəssüm edir. Eyni zamanda, romanda mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qurmalarda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aşkar fantastik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gülüşü parodiya vasitəsidir. Latınamerikan nəsrinin mifyaradıcı “möcüzənin reallığı”, “magik realizm” romanda Amerikanın təkrarsız simasının yaradılmasının vacib vasitəsi və eyni zamanda özünə bir parodiya kimi çıxış edir.
8. Corc Oruell – “1984”
Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş…
9. Uilyam Qoldinq – “Milçəklər tanrısı”
“Milçəklər Tanrısı” günümüzdə bir atom müharibəsi zamanı kimsəsiz adaya düşən bir qrup məktəbli uşağın gəldikləri dünyanın adət və ənənələrindən uzaqlaşaraq, insan yaradılışının təməlindəki qorxunc gerçəyi ortaya qoymalarını dilə gətirir. Mövzusu R.M.Ballantinenin “Mərcan Adası” kimi kimsəsiz bir Mərcan adasının cənnətini təcəssüm etdirən mühitdə başlayan bu roman, çağdaş cəmiyyətlərdəki çöküntünün, insan yaradılışındakı köklərini göz önünə gətirmək məqsədilə “Mərcan Adası”ndakı hadisələrdən də fərqli süjet xəttinə malikdir. İnsan ürəyinin dərinliyində yerləşən qaranlığı deşərkən “Milçəklər Tanrısı” daha çox Conradın qısa romanı “Qaranlığın Ürəyi”ni andırır. Qoldinqin romanındakı uşaqlar da başlanğıcda eynilə Kurt kimi, toplumun təzyiqindən uzaq bir örnək sistem qurmaq istəyərkən, get-gedə heyvanlaşır, qorxunc bir xarakterə sahib insana çevrilirlər. Bu hissədən sonra “Milçəklər Tanrısı” əsərinin süjet xətti yuxarıda sadaladığımız əsərlərdən kəskin şəkildə fərqlənərək daha da axıcı olur. Qoldinq bu əsəri ilə kimsəsiz adadakı yaşayışın çətinliklərini, kədərini və ya xoşbəxtliyini anmağı deyil, daha çox, insanlığın düşdüyü mühiti, fərdlər arasındakı mübahisələrin hansı nəticələrə gətirib çıxartdığını göstərməyə çalışır.
10. Oldos Haksli – “Cəsur yeni dünya”
Hakslinin «Yeni cəsur dünya» əsəri utopik gələcəyə satirik baxış nümunəsidir. Satirik əsər hesab oluna biləcək bu romanda insanlar genetik çoxalma ilə nəsil artırır. Burda kastalara ayrılma doğumdan əvvəl baş verir. İnsanların yetişdirilməsi ilə inkubatoriya məşğul olur. Təhsil prosesində insanlara öz kastalarına məhəbbət, yüksək kastalara hörmət, aşağı kastalara isə laqeydlik aşılanır.
11. Con Steynbek – “Siçanlar və adamlar”
“Siçanlar və adamlar” povestindəki obrazlar – bir parça torpaq həsrəti ilə yaşayan, bu həsrətlə də ömrünü başa vuran kəslər, yazıçının çox yaxından tanıdığı, dərdlərinə şərik olduğu insanlardır. Sonradan, dünyada böyük şöhrət qazanmasına baxmayaraq, elə bil Con Steynbek bu povestdə heç vaxt ondan ayrı düşməyən öz duyğularını, onun həyatının unudulmaz bir parçası saydığı həmin günləri yazırdı.
12. Jose Saramago – “Korluq”
Nəşr edildikdən sonra Avropada böyük ajiotaj yaradan əsərin arxa fonunda çox böyük ictimai-siyasi-mədəni tənqid dayanır. Təkcə ədəbi yaradıcılığı ilə deyil, siyasi fəaliyyəti ilə də seçilən, həyatının sonuna qədər kommunizmə, sol ideyalara sadiq qalan portuqal yazıçının bu romanı yeni dövrə, kapitalizmə və onun gətirdiyi naqisliklərə qarşı yazılmış ən möhtəşəm əsərlərdən biri sayılır. Amma ədəbi əsəri təkcə hansısa ideologiyanın çərçivələrində şərh eləmək də düzgün olmazdı.
Dahiyanə «Korluq» romanını oxuyan istənilən dünyagörüşə sahib oxucu orada özü üçün faydalı, öz dünyasının qaranlıq bucaqlarına işıq salan fikirlərlə qarşılaşacaq. Bu roman müasir ədəbiyyatın şedevrlərindən biri sayılır.
13. Fridrix Nitsşe – “Zərdüşt belə deyirdi”
Bu əsər dünya fəlsəfi fikrinin zehinlərdə dərin iz buraxan on kitabından biri sayılır. Dahi mütəfəkkir Fridrix Nitsşenin qədim şərq müdriki Zərdüştün həyatına və düşüncələrinə həsr olunmuş əsəri həyat və qüdrətli zəka qəhrəmanları haqqında ən kədərli epopeyalardan biridir.
Burada poetik əzəmət, dərin fikir, mənalı rəmz, hər cür tiranlıq və saxtakarlığın amansız ifşası çox qəribə şəkildə bir-biri ilə çulğalanmışdır.Nitsşe özü bu əsər barədə belə yazır: “Bu ya poeziya, ya beşinci İncil, ya da nəsə hələ adı olmayan bir şeydir- bu, mənim əsərlərimin ən ciddisi, ən uğurlusudur”.
14. Qustav Flober – “Madam bovari”
XIX əsrdə Fransada realizm məyusluğun övladı kimi dünyaya gəlmişdi. O dövrün insanları qardaşlıq və azadlıq xülyalarını artıq itirmişdilər. Romantizm öz yerini daha səmimi və daha gerçək olan realizmə verməyə hazırlaşırdı və “Madam Bovari” əsəri bu keçid dövründə atılan mühüm addımlardan birinə çevrildi.
Sonralar romanın baş qəhrəmanı Emma Bovarinin hər şeydən narazı xasiyyətinin nəticəsi kimi məmnuniyyətsizliyi, reallıqla fantaziya arasındakı sərhədi təyin etmək bacarıqsızlığını bildirən “bovarizm” termini meydana gəldi. Floberin fikrincə, “bovarizm” romantik ideyaların gerçəkliyin xırda hadisələri ilə görüşündən törəmişdir.
15. Frans Kafka – “Çevrilmə”
«Çevrilmə» novellası da metafora baxımından zəngin və çoxmənalı əsərdir: burada az qala, hər cümləni yüz yerə yozub yüz nəticə çıxarmaq mümkündür. Ancaq bir məsələ tam şübhəsizdir: itaətkar oğulu – üzüyola qulluqçunu əcaib həşərata çevirib onu doğma ailə mühitinə atmaqla Kafka biganəliyin, fərdin faciəvi və sonsuz tənhalığının gerçək surətini yaratmışdır.
16. Heminquey – “Əcəl zəngi”
Ernest Hemingwayin romanları hər zaman bütün dünyanın diqqət mərkəzində olub. “Əcəl zəngi” İspan vətəndaş müharibəsi zamanı dağlarda mübarizə edən bir qrup partizandan bəhs edir.
Əvvəllər kilsə zəngləri, toy, xaç suyuna salınma və dəfn mərasimlərilə yanaşı döyüşdə qalibiyyət kimi əhəmiyyətli hadisələri elan etmək üçün istifadə edildi.
əsərdə həmçinin, Heminqueyin öz həyatından müxtəlif elementlərə də rast gəlinir.
17. Viktor Hüqo – “Səfillər”
Viktor Hüqonun 1862-ci ildə nəşr olunmuş və XIX əsrin ən mükəmməl nəsri hesab edilən fransız romanı. Romanda XIX əsrin əvvəllərində on yeddi il ərzində (1815-ci ildən başlayaraq 1832-ci il İyun qiyamına qədərki dövrdə) bir neçə fransız obrazın həyatı və qarşılıqlı münasibələri izlənilir. Roman Din şəhərinin yepiskopu Miriel Benvenünün həyat tərzinin təsviri ilə başlayır. Sanki Hüqo bununla insanları daha mərhəmətli ədalətli olmağa çağırır. Əsərdə qanunun və xeyirxahlığın təbiəti tədqiq edilir, habelə əsər Fransa tarixi, Paris memarlığı, siyasət, əxlaq fəlsəfəsi, antimonarxizm, hüquq, din, romantik məhəbbət və ailə sevgisinin təbiəti və tipləri kimi mövzularla genişləndirilir. Məzmun dəlillərə əsaslanmış və tarixi hadisələrlə zəngin olduğundan tarixi fiksiya hesab edilir. Belə güman edilsə də, romanın fonunda Fransa inqilabı dayanmır. Fransa inqilabı XVIII əsrdə baş vermiş, “Səfillər” isə XIX əsrdə yazılmışdır. Adı çəkilən “inqilab” yalnız İyun qiyamıdır (1832-ci il tələbə üsyanı).
18. Şarlotta Bronte – “Ceyn Eyr”
Həyat gözəldir, amma onun sərt üzü də var. Yaşamaq təkcə həyatdan zövq almaq deyil, həm də onun uğrunda mübarizə aparmaq, bu həyatda təsadüfi olmadığını sübuta yetirməkdir. XIX əsr İngiltərə yazıçısı Şarlotta Brontenin qəhrəmanı ən ağır sınaqlardan ləyaqətlə çıxaraq öz təmiz adını qoruyub saxlayır. Onun adı Ceyn Eyrdir. Yüzillər gəlib keçir, dünya dəyişir, amma hər gələn nəsil bu sadə, kimsəsiz qızın amansız taleyinə tabe olmaması, ağır sınaqları dəf edərək səadətə yetməsi haqqında özünün danışdığı həyat hekayətini sevə-sevə oxuyur. O hər bir oxucunu özünə sirdaş edir. Onun həyat yolu insanın mənəvi və əxlaqi qələbəsinin rəmzidir. “Ceyn Eyr” romanı dünya ədəbiyyatının qızıl fonduna daxil olmaqla bərabər ən çox ekranlaşdırılan əsərlərdən biridir. Lakin heç bir film, hətta onun ən uğurlu ekran təcəssümü belə kitab qədər maraq və həyəcan doğurmur, qəhrəman və oxucu arasında məhrəm, səmimi münasibəti əvəz edə bilmir.
19. Corc Oruell – “Heyvanıstan”
“Malikanə” fermasının tənbəl və əyyaş sahibi Mr. Cons bir gün fermanın heyvanlarını yemləməyi unudur. Heyvanların fermanı ələ keçirmək üçün qaldırdığı növbəti üsyana donuz Napoleon və Uillinqton rəhbərlik edirdilər. Ferma haqsızlığı aradan qaldırmaq və dördayaqlıların mənafeyinə xidmət etmək məqsədi ilə yenidən quruldu. Ancaq zaman keçdikcə üsyanın prinsipləri təhrif olundu və unuduldu. Yeni və gözlənilməz hallar baş qaldırdı…
“Heyvanıstan” – yanlış istiqamətlənmiş bir inqilabın tarixi – Corc Orueldən gücün azdırıcı təsirinə satirik baxış.
20. Orxan Pamuk – “Mənim adım qırmızı”
Nəqqaşın öz üslubu, rəngi, səsi olmalıdırmı?
Padşahın əmrilə gizli kitab hazırlayan nəqqaşlardan biri öldürüləndə qatili üslubuna görə tapmaq olarmı?
Məşhur türk yazıçısı, 2006-cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamukun «Mənim adım Qırmızı» romanı 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən sənət, eşq, qətl hadisələrini təsvir edir.
Roman bir çox məziyyətləriylə yanaşı, Nizaminin əsərlərinə çəkilmiş miniatürlər, böyük rəssam Kəmaləddin Behzadın misilsiz əsərləri, ümumiyyətlə, nəqş sənəti haqqında bənzərsiz hekayətdir.
21. Paulo Coelho – “Kimyagər”
Kimyagər – Braziliya yazıçısı Paulo Koelhonun ən məşhur əsərlərindən biridir. O, dünyada milyonlarla insanın sevimli kitabıdır. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. «İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır. .» – bunu Koelho deyir. Artıq kulta çevrilən bu roman öz oxucusunun həyatını dəyişməyə qadir olan bir əsərdir.
Oxuculara «Kimyagər» kitabının simvolik olduğunu və bu baxımdan da uydurmaya bir kəlmə də yol verilməyən «Maqın gündəliyi»ndən fərqləndiyini əvvəlcədən deməyi özümə borc bilirəm. Ömrümün on bir ilini əlkimyanı öyrənməyə həsr etmişəm. Magiyada ilk addımını atan hər kəs üçün dəmiri qızıla çevirmək, yaxud Əbədi Həyat İksirini tapmaq çox cəzbedicidir. Allahın varlığını dərk və hiss etməyənə qədər hər şeyin nə vaxtsa həmişəlik olaraq bitəcəyi fikri mənim üçün dözülməz olduğundan, etiraf edim ki, iksir məndə çox güclü təəssürat yaratdı. Ona görə də yer üzündəki ömrümüzü illərlə uzada biləcək hansısa məhlulu yaratmağın mümkünlüyü haqqında eşitdikdən sonra özümü bu iksirin hazırlanmasına həsr etməyi qərara aldım.
Bu zaman yetmişinci illərin əvvəli, böyük sosial dəyişikliklər dövrü idi, hələ əlkimya sahəsində ciddi işlər yox idi. Mən bu kitabın qəhrəmanlarından biri kimi, qəpik-quruşumu xarici kitablar almağa, zamanımı isə – onların mürəkkəb simvolik dilini öyrənməyə xərclədim.
Məktəb kitabları
Mekteb kitabları tecili satılır 1 ci 2 ci 3 ci 4 ci sinif kitablari satilir tecili icinde islenmis ve teze kitablarda var
Bakı 26 Oktyabr 2019 1209 dəfə
Sebine Abbasova
Elanın vaxtı bitmişdir
Seçilmişlərə əlavə et
Oxşar Elanlar
“Riyaziyyat” kitabları
7 13 Mart
Mostbet – ən etibarlı bukmeyker
Mostbet Reklam
Məktəb mebeli
110 22 İyul 2020
Dərsliklər
7 11 Mart
Məktəb mebeli
90 15 Sentyabr 2020
Test topluları
1 13 Mart
Məktəb mebeli
100 22 İyul 2020
Məktəb üçün mebel
90 25 Yanvar 2020
Məktəb mebelləri yığılması
90 25 Yanvar 2020
Məktəb üçün oturacaq dəsti
120 7 Fevral 2020
Məktəb üçün oturacaqlar
120 7 Fevral 2020
Astroproqnoz kitablar
1 8 Fevral
Məktəb mebellərinin sifarişi
90 25 Yanvar 2020
Dərs kitabları
5 11 Mart
SAT kitabları
15 12 Mart
Yös kitabları
6 12 Mart
KitchStore
6 Fevral 2021
Mağazanın bütün elanları
Bakı şəhəri
Korkmaz Droppa A050 Dəmləmə Çayniki
30 1 Yanvar 1970
Korkmaz Retro Rose Çaydan Dəsti A195
84 1 Yanvar 1970
Korkmaz A1090 Astra XL Qazan Dəsti
280 1 Yanvar 1970
Tibb kitabları
10 12 Mart
Xalid Hüseyni kitabları
20 12 Mart
Möhür və ştampların hazırlanması
20 11 Mart
Тайны ХХ века kitabları
4 26 Fevral
e-reader PocketBook 633 Color Moon Silver
399 12 Mart
İt yuvası
60 17 Mart
Ebay dropshipping öyrədilməsi
59 14 Mart
Dolab
340 26 Fevral
Ödənişli xidmətlər
Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!
Ödənişli xidmətlər
Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!
Elanı sil
Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim
Telefon: (012) 566-74-58
Haqqımızda
Yardımçı linklər
Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır
© UcuzTap bir şirkət məhsuludur
Məktəb kitablarını birləşdirin
Məktəb kitabları çox baha ola bilər. Şagirdlər və tələbələr bəzən bu kitablara hər il külli miqdarda pul xərcləyirlər. Bəs niyə bu bahalı kitabları itirmək riski var? Özünüz hazırladığınız bir üz qabığı üçün qurban verdiyiniz kiçik pullar sizə daha uzun ömürlü kitablar verir, yəni daha az xərclə başa vurursunuz. Buna görə də gözləməyin və kitabınızı bu gün birləşdirin!
hərəkət kurs
Metod 1 kağız örtüyü
- Qapağınıza uyğun bir çox müxtəlif növ kağız var. Ümumiyyətlə, daha qalın kağız (məsələn, karton) daha davamlıdır, lakin dekorativ kağız (məsələn, bükmə kağızı) daha gözəl görünə bilər (örtükdəki örtüyü necə bəzəmək və möhkəmləndirmək barədə məsləhətlər üçün aşağıdakı məqaləyə baxın).
- Siz həmçinin kağıza bənzər materiallardan istifadə edə bilərsiniz: məsələn, divar kağızı, sarğı kağızı və ya lent.
- Bunu etməsəniz, növbəti addım daha çətin olacaq. Bu kəsiklər olmadan kağızı kitabın ətrafında bükmək sadəcə olaraq mümkün deyil. Kitabı açıb bağladığınız zaman üz qabığınız qırışıb cırılacaqdı.
- Qapağınızın daha çıxmaması üçün hər şeyi lentlə bağlayın.
- İndi işiniz bitdi! İndi etdiyiniz hər şey sizə bağlıdır.
- Məsələn, kitabın arxasına yapışan lent yapışdıra bilərsiniz. Bu şəkildə daha da qorunur və daha uzun müddət davam edir.
- Kitabın künclərində də eyni şeyi edə bilərsiniz. Təsiri eynidir: kitab daha sabit və daha uzun qorunur.
- Rəsmlər və ya karalamalar (qələmlərin itələmədiyinə və kitabı rəngləməməsinə əmin olun)
- Stiker
- Yapışqan lent dizaynı
- Qapağı yaradıcı şəkildə kəsin (oyma görünüş)
- Jurnallardan kəsə biləcəyiniz hər şey ön səhifəyə yapışdırıla bilər.
- Ön səhifədə adınızı və ya telefon nömrənizi yazın. Bu, kitabı itirdiyiniz zaman və kimsə onu tapdıqda sizə xəbər verir.
- Bununla belə, ünvanınızı və ya qeydiyyat nömrənizi təqdim etməməlisiniz. Bu iş deyil.
Metod 2 kağız torbadan örtün
- Kağız çantanız kitabınızın hər iki tərəfini örtəcək qədər böyük olmalıdır.
- Kağızdakı bükülmələrə əhəmiyyət verməyin. Öz qırışlarınıza ehtiyacınız var.
- Ən aşağı rejimdə kağızı ütü ilə bir az qızdırsanız, bükmələri ütüləyə bilərsiniz. Ancaq kağız bir az qıvrılmışsa, çox yaradıcı görünə bilər.
Yapışqan lent örtüyü
- Bir lent zolağı kənara qoyun. Uzunömürlülük baxımından, yapışan lentdən hazırlanmış bir qapaq açıq şəkildə qalib gəlir.
- Bununla belə, lenti birbaşa qapağa qoymaq çox sərfəli deyil, buna görə də əvvəlcə onun üçün bir örtük hazırlamalısınız. Bu, əslində çox asandır, yalnız bir az vaxt aparır. Əvvəlcə yan tərəfə uzun bir lent qoyun və yapışqan tərəfi yuxarıya qoyun.
- Siz həmçinin bantları üst-üstə qoya bilərsiniz ki, heç bir deşik olmasın.
- Nəhayət, mükəmməl düzbucaqlı formaya malik olan və hələ də kitabınızdan daha böyük olan lent örtüyünə ehtiyacınız var.
Kitabın ətrafındakı lentdən örtüyü düzəldin
- Bunu yuxarıda kağız metodu üçün təsvir edilən eyni səbəbdən etməlisiniz. Bu kəsiklər olmasaydı, kitabı açdığınız zaman üz qabığınız yırtılardı, çünki qəribə qıvrımlar yaradardı.
- Yuxarıda dediyim kimi – əlamətdar kitablarınız və sizi yenidən tapmalarını asanlaşdırır.
- Kitabları ağ maskalı lentlə yaxşıca etiketləyə bilərsiniz. Siz onu ön və / və ya onurğada istifadə edə bilərsiniz. Hər bir kitabda mövzunu aydın şəkildə göstərmək üçün yaxşı bir yoldur.
Məsləhətlər
- Mövzu üçün uyğun örtükləri rəngləyə bilərsiniz. Coğrafiya kitabının xəritəsi, alman kitabının üzərində qələm və kağız rulonu və s.
- Əlbəttə ki, siz sadəcə olaraq kağız üzlü qapaq ala bilərsiniz.
- Əlavə sabitlik istəyirsinizsə, kitabınızın üz qabığını da laminat edə bilərsiniz.
xəbərdarlıqlar
- Əhatə üçün birdən çox təbəqə istifadə etməməlisiniz. Çox qalın üzlüklər etməli olduqları işin yalnız əksini edir və çox sürtməklə kitaba zərər verir (lent örtük olsa belə).
Nə lazımdır
- İnteqrasiya ediləcək dərslik
- Bağlamaq üçün kağız və ya parça
- bağlar
- Öz-özünə yapışan lent, yapışqan lent
- Qələmlər və digər bəzək əşyaları
Comments are closed, but trackbacks and pingbacks are open.