Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə. ( I hissə)
Eyni bir standart dərslikdəki bir neçə mövzu ilə reallaşdığına görə həmin standartlardan çıxan qiymətləndirmə meyarları növbəti müvafiq dərslərdə də istifadə edilir.
Məktəbdaxili qiymətləndirmə
Trampın “Dərin dövlət”lə Baydenə meydan oxuması başına bəla oldu: “Məni həbs edəcəklər”
Ağdamda traktor minaya düşdü, sürücü yaralandı – DİN açıqlama yaydı
Bakıda əməliyyat: “Salamat Ramil” saxlanıldı
AK Partiyanın seçki düsturu : spiker dəyişir, Akar isə.
Ərdoğan finlandiyalı jurnalistə ayaqqabı hədiyyə edib
Türkiyə Finlandiyanın NATO üzvlüyünə “hə” dedi: “İsveçə gəldikdə isə. “
Deputatdan yeni məmurlara etiraz: “”Sən keçmiş nazirlə, yaxud icra başçısı ilə işləmisən” bəhanəsi ilə kimisə vəzifədən çıxarmayın”
Prezident İlham Əliyev fərman imzaladı – Dəyişiklik
İlham Əliyev Rəhim Məmmədova orden verdi – Sərəncam
Müsavat Partiyasının parçalanma planı: kimdir günahkar? – Müsavatçıdan açıqlamalar
Prezidentin TDT-də mesajlarla dolu çıxışı: Ermənistana son xəbərdarlıq, Şuşa Bəyannaməsi və. – TƏHLİL
Akşenerdən Kılıçdaroğluna qarşı növbəti həmlə – Fotosuna yer vermədi
Nazirlik: “Məktəbdaxili qiymətləndirmə tədris ilinin sonunda da qaydalara uyğun aparılacaq”
“Birinci yarımildə məktəbdaxili qiymətləndirmə ilə bağlı Təhsil Nazirliyinin müvafiq əmri oldu. Məktəbdaxili qiymətləndirmə mövcud vəziyyətə uyğunlaşdırıldı və keçirildi”.
Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bildirib. Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmə tədris ilinin sonunda da qaydalara uyğun aparılacaq: “Əgər mövcud vəziyyət davam edərsə, bununla bağlı Təhsil Nazirliyinin qərarı olacaq. Bu o deməkdir ki, distant təhsildə olan rayon və şəhərlərdə imtahanlar müvafiq qaydada keçiriləcək. Əyani və hibrid təhsil forması davam edən rayonlar və şəhərlərlə bağlı da müvafiq qərar veriləcək. Bununla bağlı çətinlik və problem olmayacaq. Buraxılış imtahanları ilə əlaqədar təbii ki, Dövlət İmtahan Mərkəzində olan həmkarlarımız qərar verəcəklər”/APA.
Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə. ( I hissə)
Son günlər məktəblərimizdə şagird naliyyətlərinin qiymətləndirilməsi ilə bağlı mövzu yenidən gündəmə gəlib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsilin dövlət standartları və proqramları (kurikulumları)” və 13 yanvar 2009-cu il tarixli, 09 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” əsasında fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılmasını müəyyən edən, Azərbaycan Respublikası təhsil nazirinin 12 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə təsdiq edilmiş, Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə təlimata sonuncu dəfə 16 iyun 2016 ci ildə dəyişikliklər edilmişdir.
Həmin təlimata əsasən ölkədə olan ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmə diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (fəaliyyətin qiymətləndirilməsi), summativ (kiçik, böyük və yekun) qiymətləndirmələrdən ibarət olaraq tətbiq edilir.
Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyən- ləşdirməklə müəllim üçün şagirdlərin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir.
Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqlara nail olması üçün onun fəaliyyətini izləmək məqsədi ilə aparılır.
Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (tədris vahidinin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyətini qiymətləndirmək məqsədilə aparılır.
Məlum təlimata əsasən diaqnostik qiymətləndirmə müəllim üçün təlim strategiyasını müəyyənləşdirməyə xidmət edir. Bir qayda olaraq, təhsil səviyyəsinin, dərs ilinin, tədris vahidlərinin əvvəlində sinifdəki şagirdlərin bilik və bacarıqları, eyni zamanda şagird bir ümumi təhsil müəssisəsindən digərinə gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, şagirdə fərdi yanaşmanı təmin etmək məqsədilə aparılır.
Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimi tərəfindən müəyyənləşdirilir və aparılır.
Diaqnostik qiymətləndirmə vasitələri bir qayda olaraq, standartlar üzrə əldə olunmuş bilik və bacarıqlar əsasında hazırlanır (ibtidai təhsil səviyyəsinin birinci sinfində dərs ilinin əvvəli istisna edilməklə).
Diaqnostik qiymətləndirmə məqsədinə uyğun olaraq iki formada keçirilir:
davamlı və qısamüddətli.
Davamlı diaqnostik qiymətləndirmə, adətən, təhsil səviyyəsinin və dərs ilinin əvvəlində bir neçə dərsin müəyyən hissəsində aparılır.
Davamlı diaqnostik qiymətləndirmənin məqsədi sinifdəki şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini öyrənməkdir.
Davamlı diaqnostik qiymətləndirmədə müəllim şagirdin bilik və bacarıqlarının daxil olduğu inkişaf sahələrini (idraki, fiziki, sosial-emosional, hərəki) öyrəndiyinə görə daha çox müşahidə üsulundan və bu üsulu reallaşdıran vasitədən – müşahidə cədvəlindən istifadə edir.
Şagird haqqında daha ətraflı məlumat toplamaq üçün valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq üsulundan və sorğu vasitələrindən istifadə edilir.
Qısamüddətli diaqnostik qiymətləndirmə, adətən, tədris vahidlərinin əvvəlində bir dərsin müəyyən hissəsində aparılır.
Qısamüddətli diaqnostik qiymətləndirmənin məqsədi şagirdin fənn üzrə zəruri bilik və bacarıqları haqqında məlumat toplamaqdır.
Qısamüddətli diaqnostik qiymətləndirmədə müəllim şagirdin hər hansı bir bəhs və bölmə üzrə bilik və bacarıqlarını yoxladığına görə tapşırıqvermə, müsahibə, layihə kimi qiymətləndirmə üsullarından və müvafiq olaraq çalışma, şifahi sual-cavab, təqdimat vasitələrindən istifadə edir.
Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, yazılı qeydlər sinif və şagird portfoliosunda saxlanılır.
Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir.
Fənni tədris edən müəllim formativ qiymətləndirmə aparmaq üçün məzmun standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir. Qiymətləndirmə meyarları birbaşa məzmun standartlarından çıxarılarkən məzmun kənarda qalmamalıdır, çünki məzmun standartlarındakı fəaliyyət konkret dərs mövzusu üzərində icra olunur. Məsələn: IV sinif Həyat bilgisi fənni üzrə “2.4.2. Hüquq və vəzifələri barədə kiçik təqdimatlar edir”, “1.4.2. Ekologiyanın qorunması ilə bağlı kiçik təqdimatlar edir” standartlarında təqdimetmə bacarığının izlənilməsi zəruriləşir. Bu bacarıq yuxarıdakı standartların məzmununa uyğun olaraq, müxtəlif dərslərdə “Ekologiya” və ya “Uşaq hüquqları və vəzifələri” mövzuları üzərində icra olunur. Nəticədə formativ qiymətləndirmə zamanı müəllim şagirdlərin standartlarda tələb olunan bacarıqlara yiyələnməsi üçün onların fəaliyyətini konkret mövzular üzrə izləməyə müvəffəq olur.( müəllim əvvəlcədən hazırladığı qiymətləndirmə meyarları əsasında şagirdlərin müşahidə oluna biləcək fəaliyyət səviyyəsini zəif, orta, yüksək olmaqla qruplaşdırmalı və şagirdin adının qarşısında fəaliyyətinə uyğun müvafiq qeydlərini yazmalıdır. Formativ qiymətləndirmədə müəllim əvvəlcədən proqnozlaşdırmadığı və dərs prosesində müşahidə etdiyi fəaliyyətləri də uyğun ifadələrlə təsvir edə bilər.)
Eyni bir standart dərslikdəki bir neçə mövzu ilə reallaşdığına görə həmin standartlardan çıxan qiymətləndirmə meyarları növbəti müvafiq dərslərdə də istifadə edilir.
Formativ qiymətləndirmə zamanı müşahidə üsulu və müşahidə vərəqləri vasitəsindən, müsahibə üsulu və şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi vasitəsindən, yazı üsulu və yazı işləri, imla, inşa, esse, ifadə, məsələ, misal həlli vasitəsindən, oxu üsulu və mətnlər vasitəsindən, layihə üsulu, ayrı-ayrı şagirdlərin və ya qrupların hazırladığı təqdimat vasitəsindən istifadə olunur.
Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, nəticələr formativ qiymətləndirmə jurnalı və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, “mənimsəyir”,”mənimsəmir”, “bilir”, “bilmir”, “yaxşı”, ” orta”, “zəif” və digər bu kimi ifadələrdən istifadə olunmur.
Müəllim formativ qiymətləndirmədə şagirdin fəaliyyətini bütün dərs boyu izləyir, nəticələri yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxt ayırır.
Eyni bir standart bir neçə dərsdə reallaşdığına görə formativ qiymətləndirmə zamanı jurnalda şagirdin adının qarşısında hər dərsdə qeydlərin olması mütləq deyil.
Sinif iki yarımqrupa bölündükdə həmin fənn müəllimləri hər bir şagirdin fəaliyyəti barədə qeydləri onun hansı yarımqrupda olmasından asılı olmayaraq, adının qarşısında yazır.
Formativ qiymətləndirmə jurnalındakı qeydlər məktəbli kitabçasında da yazılır.( Mühakimə yürütməkdə çətinlik çəkir.Mühakimələri mətndəki əsas fikri qismən əhatə edir.Əsas fikirlə bağlı sərbəst mühakimə yürüdə bilir.Fikirlərini müəllimin və yoldaşlarının verdiyi sualların köməyi ilə ifadə edir.Faktları dəqiq olmasa da, sərbəst fikir söyləyir.Fikirlərini dəqiq fakt və nümunələrlə əsaslandırır. Əyani vəsaitlərin köməyi ilə təsvir edir.Əyani vəsaitlərin köməyi ilə izahlı təsvir edir.Nümunələr qurmaqla izahlı təsvir edir. Faktları sadalayır, mahiyyətini izah edə bilmir.Faktların səciyyəvi xüsusiyyətlərini mətn əsasında təqdim edir, nitqi rabitəli deyil.Nümunələrə əsaslanmaqla sərbəst təqdimat edir və s)
Summativ qiymətləndirmə kiçik, böyük və yekun olmaqla üç yerə ayrılır. Summativ qiymətləndirmə sinfin bütün şagirdləri üçün eyni vaxt ərzində eyni çətinlik dərəcəsinə malik olan qiymətləndirmə vasitələri ilə aparılır. Summativ qiymətləndirmənin aparılması üçün vaxt sualların sayına uyğun olaraq müəllim tərəfindən müəyyənləşdirilir.Qiymətlər şagirdin tapşırıqlara verdiyi düzgün cavabların sayına uyğun müəyyənləşdirilir. Sualların ümumi sayının 10%-nə qədər düzgün cavab verən “1”, 10% daxil olmaqla 20%-nə qədər düzgün cavab verən “2”, 20% daxil olmaqla 50%-nə qədər düzgün cavab verən “3”, 50% daxil olmaqla 80%-nə qədər düzgün cavab verən “4”, 80% daxil olmaqla 100%-nə qədər düzgün cavab verən şagird “5” qiymətlə qiymətləndirilir.
Summativ qiymətləndirmə şagird nailiyyətinin rəsmi qiymətləndirilməsidir və nəticələr 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər sinif jurnalına yazılır.
Göründüyü kimi söhbət 5 ballıq qiymət şkalasından getsədə əslində 4 ballıq şkala üzrə qiymətləndirmə aprarılır
( 1 yazılmır ).
Qeyd edim ki, mövcud qiymətləndirmə sistemi məktəblərimizə tətbiq olunan gündən məktəbin bə müəllimin nüfuzuna ciddi zərbə dəydi,məktəblərdə “summativ pulu”,”printer pulu “,rəng pulu”,kağız pulu” , “fayl pulu”,”papka pulu” və s. kimi müxtəlif “vergilər”,yığımlar meydana gəldi ki, məktəblərimizə inam ,etibar itdi.Müəllimlərimizin ictimai nüfuzuna ciddi xələl gəldi,müəllimə olan hörmət ,ehtiram aradan qalxdı. Bununla belə şagird naliyyətlərinin doğru qiymətləndirilməsi də mümkün deyil.BSQ-lər zamanı 6-7 yaşlı uşaqların stresləri , kütləvi kğçürmə halları, məktəblər üzrə kütləvi pul toplanması . sadalamaqla bitmir.
Mövcud qiymətləndirmə sisteminin təhsilimizə vurduğu zərbədən çox danışmadan ,müxtəlif ölkələrdə ümumtəhsil pilləsində qiymətləndirmə sistemi haqqında məlumat vermək istəyirəm . Müqaisəni isə dəyərli oxucular və izləyicilər özləri etsinlər.
İlk növbədə MDB ( possovet ) ölkələrində qiymətləndirmə şkalaları ilə tanış olaq.
Rusiya Federasiyasında Azərbaycan Respublikasında olduğu kimi 1944-cu ildən indiyədək o zamankı SSRİ hökümətinin Xalq Komissarları Sovetinin qərarı ilə 5 ballıq qiymət şkalasından istifadə olunur:
5-Şagird proqram materiallarını mükəmməl bilir,suallara şüurlu,düzgün,mükəmməl cavab verir,əldə etdiyi bilikləri praktik olaraq istifadə edə bilir,şifahi və yazılı cavablarda ədəbi dildə səhv buraxmır.
4-Şagird tələb olunan materialları bilir,mənimsəyir, əldə etdiyi bilikləri praktik olaraq istifadə edə bilir,şifahi cavablarda ədəbi dildə ciddi səhvlər buraxmır,yazılı cavablarda kiçik səhvlər buraxır.
3-Şagird proqram materiallarını qismən mənimsəyir, biliklərin təcrübədə tətbiqi zamanı bəzi çətinliklər çəkir və müəllimin köməyi ilə onları aradan qaldırır. O, şifahi cavablar və nitqin qurulmasında ,materialın ifadə zamanı səhvlərə yol verir. O ,yazı işlərində səhv edir.
2- şagird proqram materialının böyük hissəsinin bilmir, bir qayda olaraq, yalnız müəllim köməyi ilə məsələləri həll edir , inamsız cavab verir. O ,yazı işlərində tez-tez və kobud səhvlərə edir.
1- Rusiyada 1 bal yoxdur.Əgər şagird 1 alırsa bu o deməkdir ki,proqram materiallarını tam bilmir.
Rusiyada sovet dövründə olduğu kimi tədris ili 1 sentyabrda başlayır ,25 mayda bitir və 4 rübə bölünür.
Rusiya məktəblərində müəllimlər formal olaraq ( gündəliklərə yazarkən )aşağıdakı qiymət şkalasından istifadəə edirlər ki, bunun da əsas səbəbi ,mövcud qiymətləndirmə sisteminin şagirdlərin bilik və bacarıqlarının qiymətləndirməsi üçün yetərli olmamasıdır.
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması
. konulu sunumlar: “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması”— Sunum transkripti:
1 Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması
2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək fənn müəllimləri üçün yeni ümümi orta təhsil kurikulumu üzrə təlim kursunun proqramı Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması
2 Hüquqi –normativ sənədlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMi TƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI” Azərbaycan Respublikası Təhsil Nazirliyinin ci il tarixli, 736 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi TƏHSİL MƏKTƏBLƏRİNDƏ VƏ İLK-PEŞƏ İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNDƏ TƏHSİLALANLARIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ YEKUN DÖVLƏT ATTESTASİYASININ APARILMASI QAYDALARI”
3 Qiymətləndirmənin istiqamətləri
Qiymətləndirmənin istiqamətləri dedikdə, ayrı-ayrı forma, məzmun və məqsədə malik olan qiymətləndirmələr nəzərdə tutulur. Ölkəmizdə qiymətləndirmə aşağıdakı istiqamətlərdə aparılır: Beynəlxalq qiymətləndirmə Milli qiymətləndirmə Məktəbdaxili qiymətləndirmə
4 Qiymətləndirmənin istiqamətləri
Milli və beynəlxalq qiymətləndirmə təhsildə perspektivləri müəyyənləşdirmək üçün aparılan qiymətləndirmə tədqiqatlarıdır və xüsusi qurumlar tərəfindən həyata keçirilir. Məktəbdaxili qiymətləndirmə rəsmi qiymətləndirmədir və şagirdlərin sinifdən-sinfə,bir təhsil səviyyəsindən digər təhsil səviyəsinə keçirilməsinə xidmət edir.
5 Qiymətləndirmənin növləri
Qiymətləndirmənin növləri dedikdə, eyni bir qiymətləndirmə istiqamətinin tərkib hissələri başa düşülür. Məktəbdaxili qiymətləndirmənin növləri aşağıdakılardır: Diaqnostik qiymətləndirmə – ilkin səviyyənin qiymətləndirilməsi Formativ qiymətləndirmə – şagirdlərin irəliləmə və geriləmələrinin izlənməsi Summativ qiymətləndirmə – yekun qiymətləndirmə
6 Qiymətləndirmə formaları
Qiymətləndirmə forması dedikdə,onun keçirilmə mexanizmi nəzərdə tutulur. Məsələn,yekun qiymətləndirmə (buraxılış imtahanları) mərkəzləşdirilmiş, kiçik summativ qiymətləndirmə sinif daxilində, böyük summativ qiymətləndirmə məktəb daxilində, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları seçim yolu ilə məktəb daxilində aparılır.
7 Qiymətləndirmənin üsul və vasitələri
Qiymətləndirmə üsulu dedikdə, bu prosesin həyata keçirilmə üsulları nəzərdə tutulur. Qiymətləndirmə vasitəsi isə bu prosesdə istifadə olunan alətlərdir. Əgər qiymətləndirmə üsulu yoxlama yazı işi müəyyənləşdirilibsə, istifadə olunan alət-imla, inşa, məsələ və misal həlli qiymətləndirmə vasitəsi olur. Qiymətləndirmənin məqsədindən asılı olaraq üsul və vasitələr fərqli olur.
8 Diaqnostik qiymətləndirmə
Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdirilməsinə və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir. Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bəhs və ya bölmələrin əvvəlində, şagird başqa ümumi təhsil müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin nəticələri sinif və formativ qiymətləndirmə jurnallarında qeyd olunmur, müəllimin qeyd dəftərində öz əksini tapır.
9 Diaqnostik qiymətləndirmədə fəal istifadə olunan üsul və vasitələr
Üsullar Vasitələr Tapşırıqvermə Çalışmalar Müsahibə (şifahi yoxlama) Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan sifahi yoxlama zamanı müəllimin öyrənmək (diaqnoz qoymaq) istədiyi məsələnin yazıldığı vərəq) Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
10 Formativ qiymətləndirmə
Yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir. Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagirdin təlim nəticələrinə nail olması və nəticədə summmativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır. Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır.
11 Formativ qiymətləndirmə
Formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
12 Formativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr
Üsullar Vasitələr Müşahidə Müşahidə vərəqləri Şifahi sual-cavab Şifahi nitq bacarıqları üzrə qeydiyyət vərəqi Tapşırıqvermə Çalışmalar Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq) Oxu Dinləmə üzrə qeydiyyat vərəqi Oxu üzrə qeydiyyat vərəqi Yazı Yazı bacarıqlarının inkişafı üzrə qeydiyyat vərəqi Layihə Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli Rubrik Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası Şifahi və yazılı təqdimat Meyar cədvəli Test Test tapşırıqları Özünüqiymətləndirmə Özünüqiymətləndirmə vərəqləri
13 Formativ qiymətləndirmə jurnalı və məktəbli kitabçası
Formativ qiymətləndirmənin nəticələri formativ qiymətləndirmə jurnalında və şagirdin məktəbli kitabçasında sözlə qeyd olunur. Formativ qiymətləndirmə jurnalı sinif və fənn müəllimləri tərəfindən şagirdlərin gündəlik fəaliyyətini meyarlar üzrə izləyərək qeydiyyatını aparmaq üçün nəzərdə tutulur.
14 Formativ qiymətləndirmə jurnalı
Fənn üçün ayrılmış dərs saatının tarixlərini yazmaq üçün hər bir səhifənin sol tərəfi şaquli olaraq sütunlara bölünüb. Hər bir səhifənin sağ tərəfində verilmiş cədvəldə mövzunun adı, şagirdin fəaliyyətini davamlı izləmək üçün müəllim tərəfindən standartlar əsasında müəyyən edilmiş meyarlar və istifadə edilən qiymətləndirmə vasitəsinin adı yazılır.
16 Qiymətləndirmə meyarlarının müəyyən olunması
Formativ qiymətləndirmə jurnalında qeyd olunan qiymətləndirmə meyarları məzmun standartları əsasında müəyyən olunur. Məsələn, Azərbaycan dili üzrə müəllim mətnin düzgün oxusu ilə bağlı aşağıdakı standartı və onun əsasında hazırladığı meyarları keçilən proqrama uyğun müəyyənləşdirə bilər: Standart: Mətndəki sözləri orfoepiya qaydalarına uyğun oxuyur. Bu standart əsasında müəyyən edilmiş meyarlar: Mətndəki sözlərin vurğusunu düzgün müəyyənləşdirir. Mətndəki qoşasaitli sözləri düzgün tələffüz edir. Mətndəki qoşasamitli sözləri düzgün tələffüz edir. Fonetik qanun və hadisələri oxuda düzgün tətbiq edir.
19 Summativ qiymətləndirmə
Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmədən ibarətdir. Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
20 Summativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr
Üsullar Vasitələr Yoxlama yazı işləri Yoxlama yazı işləri üzrə qeydiyyət vərəqi Layihə Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən edilmiş meyar cədvəli Şifahi sorğu Şifahi sorğu üzrə qeydiyyət vərəqi Test Test tapşırıqları Tapşırıqvermə Tapşırıq, çalışma və laboratoriya işləri Yaradıcılıq və əl işləri Fənlərə müvafiq olaraq rəsmlər, hazırlanan məmulatlar və digər əl işləri
21 Qeyd: Test tapşırıqları qiymətləndirmə vasitəsi kimi hal-hazırda populyarlıq qazansa da, fənni tədris edən müəllim diaqnostik, formativ və hətta summativ qiymətləndirmədə test tapşırıqlarına aludəçilik göstərməməlidir. Şagirdlərin şifahi və yazılı nitq bacarıqlarını, məntiqi təfəkkürünü, müstəqil düşünmə qabiliyyətini inkişaf etdirən üsullardan- layihə (qiymətləndirmə vasitəsi-şagirdlərin təqdimatı və müəllimin tərtib etdiyi meyar cədvəli), şifahi sorğu (qiymətləndirmə vasitəsi-şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), yoxlama yazı işlərindən ( imla, inşa, esse, məsələ və misal həlli) geniş istifadə etməlidir. Test tapşırıqlarından davamlı olmamaqla, yeri gəldikcə yalnız summativ qiymətləndirmədə istifadə etmək tövsiyə edilir.
22 Kiçik summativ qiymətləndirmə
Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə bəhs və ya bölmələrin sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır. Kiçik summativ qiymətləndirmə vasitələri (tapşırıqlar, yazı işləri və s.) fənni tədris edən müəllim tərəfindən hazırlanır. Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün dərsdə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində “q”(qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti 2 həftə ərzində summativ qiymətləndirmə aparır və onun nəticəsini məxrəcdə qeyd edir.
23 Böyük summativ qiymətləndirmə
Böyük summativ qiymətləndirmə vasitələri (test və tapşırıqlar) ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır. Şagird I yarımildə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, bir ay müddətində onun böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir. Şagird II yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, II yarımillik qiyməti çıxarılarkən I böyük summativ qiymətləndirmədə aldığı qiymət həm də II böyük summativ qiymət hesab olunur. Şagirdin üzrsüz səbəbdən iştirak etmədiyi II yarımildəki böyük summativ qiymətləndirmənin nəticəsi yarımillik qiyməti çıxarılarkən “0” qəbul edilir.
24 Böyük summativ qiymətləndirmə
Əgər şagird I yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməmiş və bir ay müddətində onun böyük summativ qiymətləndirmədə iştirakını təmin etmək mümkün olmamışdırsa, həmin şagirdin II yarımildə böyük summativ qiymətləndirmədə aldığı qiymət həm də I yarımilin qiyməti olaraq hesablanır. Hər iki böyük summativ qiymətləndirmədə üzrlü və ya üzrsüz səbəbdən iştirak etməyən şagird haqqında məktəbin pedaqoji şurasında qərar çıxarılır.
25 Summativ qiymətləndirmə nəticələrinin hesablanması
Summativ qiymətləndirmə tapşırıqları asan,orta və çətin səviyyəli olmaqla hazırlanır və qiymətlər düzgün cavabların sayına uyğun müəyyənləşdirilir. Summativ qiymətləndirmənin nəticələri 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər jurnala yazılır. Summativ qiymətləndirmədə sualların ümumi sayının 10%-nə qədər düzgün cavab verən “1”, 10% daxil olmaqla 20%-nə qədər düzgün cavab verən “2”, 20% daxil olmaqla 50%-nə qədər düzgün cavab verən “3”, 50% daxil olmaqla 80%-nə qədər düzgün cavab verən “4”, 80% daxil olmaqla 100%-nə qədər düzgün cavab verən şagird “5” qiymətlə qiymətləndirilir.
26 Yarımillik və illik qiymətlər
Fənn üzrə yarımillik qiymət kiçik summativ (yarımil ərzində keçirilən) qiymətləndirmə nəticələrinin ədədi ortasının 40%-i ilə böyük summativ (yarımilin sonunda keçirilən) qiymətləndirmənin nəticəsinin 60%-nin cəminin yuvarlaq qiymətinə bərabər götürülməklə çıxarılır. Fənn üzrə illik qiymətlər yarımillik qiymətlərin ədədi ortasına bərabər tutulur və yuvarlaq qiymət çıxarılır.
27 Qiymətləndirmə ilə bağlı termin və ifadələr
Qiymətləndirmə standartı- təhsil alanların nailiyyət səviyyəsinə verilən dövlət tələbləri; Qiymətləndirmə meyarları- şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün məzmun standartları əsasında hazırlanmış tələblər; Portfolio- şagirdə ald olan sənədlər və əsasən formativ qiymətləndirmə məlumatlarının qeydə alındığı xüsusu qovluq; Rubrik- şagirdlərin nailiyyətlərini meyarlar əsasında ölçən qiymətləndirmə şkalası.
Comments are closed, but trackbacks and pingbacks are open.